UŞAQ VƏ YENUYETMƏ QIZLARDA ARTIQ BƏDƏN ÇƏKİSİNİN BAŞ VERMƏSİ SƏBƏBLƏRİ

17-09-2018

Artıq bədən çəkisi və piylənmənin yayılma dərəcəsi getdikcə dayanmadan artmaqdadır- hazırda bu problem ilə həm yüksək səviyyədə inkişaf etmiş ölkələrdə, həm də əhali sayına düşən gəliri aşağı olan ölkələrdə insanlar üzləşməli olurlar. Uşaqlıqda olan artıq bədən çəkisi böyüyəndə piylənməyə zəmin yaradan faktordur. 6 yaşında artıq bədən çəkisi olan 50% uşaqlar yaşlandıqca kök olur, yeniyetmə yaşında isə piylənmə ehtimalı 780% artır  [1,2]. ÜST ekspertlərin proqnozlarına görə 2025-ci ildə praktik olaraq 2 dəfə artacaqdır. Bu xəstəliyin yüksək templə artçası və geniş yayaılması piylənmən “qeyri-infektiosn epidemiua” adlandırmağa imkan verir [3,4]. Bizim dövrdə oraqnizmdə piy toxumasının həddindən artıq toplanması- piylənmə- xronik, residivləşən xəstəlik kimi nəzərdən keçirilir ki, bu da erkən dövrlərdə əmək qabiliyyətinin itirilməsinə və vaxtından əvvəl ölümə səbəb olur [5,6].

Piylənmənin müalicəsinə standart yanaşma pəhriz və fiziki yüklənmə aiddir ki, bu da 50% halda müsbət nəticə versə də, əksər xəstələrdə qısa müddətli effektə malik olur.

Məktəblilərdə artıq bədən çəkisinin korreksiyasına kompleks profilaktik tərbirlər ilə başlamaq lazımdır ki, bu tədbirlər də sağlam qida vərdişlərinin aşılanmasına, hərəkət rejiminin optimallaşdırılmasına və gün rejiminin təyin edilməsinə, uşağın özünün sağlam həyat tərzinə istiqamətlənməsi üçün motivasiyasının stimullaşdırılmasına istiqamətlən-məlidir [7,8].

Bu vəzifənin yerinə yetirilməsi üçün düzgün qidalanma Məktəbləri və sağlam həyat tərzi Məktəblərinin yaradılması effektiv olardı ki, bunları da uşaq poliklinikaları və məktəblərdə yaratmaq məqsədəuyğun olardı. Düzgün qidalanma Məktəbi çərçivəsində valideynlərə düzgün qidalanma haqqında mühazirələr, uşaqlar ilə oyun formasında məşğələlər aparmaq, görüşlər təşkil etmək məsədəuyğun olardı. Burada valideynlər və uşaqlar öz çətinlikləri və nailiyyətləri, yeni rasiona keçid ilə bağlı təcrübələri ilə bölüşürlər [9,10].

Bədən çəksinin aşağı salınmasınaa yarışmaların aparılası çox vacıbdır,  bu da başqa uşaqlarda müsbət nəticələri görməyə imkan verir.

Artıq bədən çəkisi olan uşaqların valideynlərinə qida gündləyinin aparılması tövsiyə olunur ki, burada yeyilən bütün xörəklərin miqdarı və tərkibi haqqında məlumatlar yazılır. Valideynlər əvvəlcədən uşaqların rasionunu təşkil etməlidir və sabahkı günə menyunu tərtib etməlidirilər [11, 12]. Bunun üçün səhər yeməyi, ikinci səhər yeməyi, nahar, qəlyanaltı və şam yeməyi üçün nümunələr təklif edilə bilər. Qida gündəliyi aparıldıqda dəqiq şəkildə fiksə etmək lazımdır ki, nəyin yeyilməli olduğu planlaşdırılmışdır və nə real olaraq  yeyilmişdir.

Tədqiqatın məqsədi. Qeyri-rasional həyat tərzi, qida davranaşının pozulması, kifayət qədər fiziki aktivliyin olmaması ilə əlaqədar olaraq uşaq və yeniyetmə qızlarda artıq bədən çəkisinin yaranması səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi.

Tədqiqatın material və metodları. Tədqiqat işi Azərbaycan Tibb Universitetinin I mamalıq və ginekologiya kafedrası və “Sağlam nəsil” elmi-tədqiqat mərkəzində yerinə yetirilmişdir. Tədqiqatlar 2014-cü ldə başlamışdır. 15-20 yaşlar arasında olan 120 yeniyetmə-qız tədqiqata cəlb edilmişdir. Əsas qrupa müxtəlif ağırlıq dərəcəsi olan piylənmə si olan 100 qız daxil edilmişdir. Əsas qrup piylənmə olmayan 20 qız daxil edilmişdir.

Tələbələrin sağlam həyat tərzinə meyilliyin təyin edilməsi və qida davranışının pozunatularının təyin edilməsi  məqsədilə tələbə gənclərin anket sorğusu aparılmışdır (Şək.1). Anketə qida dəbulunun sayının, gecə vaxtı qidanın qəbul edilməsi, qida rasionuna fast-fudun daxil edilməsi, eləcə də fiziki aktivlik, yuxuda olması və ayıq olması rejimləri haqqında sorğular daxil edilmişdir. 11-13 ball toplandıqda sağlam həyat tərzinə yüksək şıkildə riayət edilməsi hesab edilir, 10-7 ball orta səviyyədə, 7 balda aşağı sağlam həyat tərzinə az dərəcədə meyilli olması göstərilmişdir.

Cədvəl  № 1.

Tədqiqaya daxil edilənlərin sağlam həyat tərzinə meyilli olmasının təyin edilməsi

1

Siz gün ərzində neçə dəfə qida qəbul edirsini?

 

1-2 – 0 Ball

3-4 –1ball

 

2

Siz gecə qida qəbul edirsinizmi?

Bəli – 0 ball

Xeyr – 1 ball

 

3

Siz fast-fud  ilə qidalanırsınızmı?

Bəli – 0 bəli

Xeyr – 1 ball

 

4

Siz mədənizi dolduraraq tez-tezmi artıq qida qəbul edir və diskomfort hiss edirsiniz?

Bəli– 0ball

Xeyr – 1 ball

 

5

Siz bədən tərbiyəsi və ya idaman ilə məşğul olursunuzmu?

Xeyr-0 ball

Həftədə 1 dəfə -1 ball

Həftədə 2-3- dəfə- 2 ball

6

Siz alkholdan istifadə edirsinizmi?

Müntəzəm-0 ball

Nadir hallarda- 1 ball

Xeyr-2 ball

7

Siqaret çəkirsinizmi?

 

Bəli-0 ball

Xeyr-1 ball

 

 

8

Siz gecəni neçə saat yatırsınız:

 

˂5 saat-0 ball

5 – 1 ball

7-8 – 2 ball

 

9

Gecə yuxusunda orta dincəlmə müddəti?

 

00:00-dan gec– 0ball

23:00-24:00 – 1 ball

23:00 –dən tez – 2 ball

 

Balların ümumi cəmi

Sağlam həyat tərzinə yüksək meyillilik 11-13 ball

Sağlam həyat tərzinə orta meyillilik 10-7  ball

Sağlam həyat tərzinə aşağı meyillilik 7 baldan az

 

             

 

Tədqiqatın nəticələri və onların müzakirəsi. Tədqiqata cəlb edilən artıq bədən çəkisi olan uşaq və yeniyetmə qızlarda son on il ərzində tələbələr arasında zərərli vərdişlərə meyilli olması xarakterik olmuşdur, onlarda qida və gecə yuxusu rejimi pozulmuş, fiziki aktivlik aşağı olmuşdur.

Qida vərdişlərinin xarakterinin anket göstəricilərinin təhlilindən məlum olmuşdur ki, onlar müntəzəm qida qəbul etməmiş, sutkalıq qida rejimi düzgün paylaşdırılmamışdır (gündə 1-2 dəfə əsasən axşam vaxtları). Tədqiqat qruplarında qida xüsusiyyətləri qiymətləndirildikdə əksər qızlarda qida rejiminin pozulduğu aşkar edilmişdir. Tədqiq edilənlərin yalnız dörddə biri həmişə rasional qidalanmışlar, 27 respondent qidanın rasionallığı haqqında suala birmənalı olaraq “rasional qidalanmanın” olduğu göstərilmişdir. 65% espondent səhər yeməyinə “buterbrod” və tez hazır olan yeməklərdən istifadə edildiyini göstərmişdir. Bütün respondentlərdə tam nahar olmamışdır. Əsas qrupda 51% respondent gezə vaxtı qida qəbul etdiyini bildirmişdir. Artqı bədən çəkisi olan qızların hamısı tez-tez fast fudların qəbul etdiklərinin bildirmişdir. Lakin müxtəlif piylənmə dərəcəsi olan şəxslər qrupunda yuxu rerjiminin pozulması, gec yatağa getmə, gecə vaxtı qida qəbulunu bildirmişlər. Sorğu edilənlərdən heç biri müntəzəm bədən tərbiyəsi və ya idmanla məşğul olmamışdır. Piylənmədən əvvəlki vəziyyədə olan 14 nəfər fiziki hazırlıq qruplarında məşğul olduqlarını bildirmişlər. Böyüməkdə olan nəslin çəkisinin normallaşdırılmasının əsas yolları  düzgün qida rejimi və mütləq fiziki aktivlik olmuşdur.

Müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmi saxlamaq olar. İnsanlar bütün ömrü boyunca müəyyən səviyyədə fiziki aktivlik ilə məşğul olmalıdırlar. Həftənin əksər günləri ən azı  30 dəqiqə orta intensvlikli fiziki aktivlik ürək-damar riskinin, şəkərli diabetin, onkoloji xəstəliklərin  aşağı düşməsinə imkan verir.

Müvafiq olaraq bu patologiyaya səbəb olan faktorları bir neçə qrupda bilrəşdirmək olar: 1) orqanzimə istilik şəklində toplanmış artıq kalorini sərf etməyə imkan verməyən genetik fenomen; 2) uşaq yaşlarında həddindən artıq qidalanma, genetik fenomenin ekspressiyası cə patodizioloji proses kimi piylənmənini inkişaf etməsi üçün funksional-morfoloji özülü formalaşdırır; 3)düzgün olmayan qida vərdişləri şəklində təzahür edən əsas maddələr mübadiləsi nəticəsində endokrin reaksiyaların pozulması; 4)fiziki aktivliyin aşağl düşməsi, artıq bədən çəkisinin qalmasına səbəb olur və piylənməni daha da ağırlaşdırır.

Alimentar-hipodinamik faktorların rolunu nəzərdən keçidikdə təkcə mütləq olaraq istifadə edilən və sərf edilən enerji deyil, həm də müəyyən risk olduqda qəbul edilən qidanın kəmiyyət tərkibi nəzərə alınmalıdır. Göstərilmişdir ki, qidada zülalların az olması piylənməyə səbəb olur ki, bu da qidanın spesifik dianmik təsiribi zəiflədir [13]. Bir qayda olaraq, qida qəbulu arasında fasilələr böyük olduqda, qəbul edilən qidanən porsiyası böyük olduqda bərabər kalori artımı zamanı piylənmə daha tez inkişaf edir. Niktofagiya piylənməyə səbəb olur- maksimum qida qəbuıunun axşam və gecə vaxtlarına doğru yerinin dəyişdirilməsi. Burada hipotalamik funksiya pozuntulara tendensiya üçün xarakterik  olan  sutkalıq ritmin pozulması yer alır.

Nəticələr:

1.Tədqiq edilən şəxslərin sağlamlığı bir sıra faktorlardan asılı olub, müəyyən dərəcədə həyat tərzindən asılıdır. Artıq bədən çəkisinin əsas səbəblərinə bunlar aiddir: qida davranışnın pozulması (nadir hallarda və gecələr qida qəbulu, qidada yüksək karbohidratlı məmulatların üstünlük təşkil etməsi, qida rasionunda fast fudların olması).
2.Tədqiq edilənlərin yalnız 18%-i bədən tərbisəyi və idmanlar məşğul olmuşlar, buna baxmayaraq onların hamısında I dərəcəli piylənmə qeydə alınmışdır.
3.Həyat tərzinin modifikasyası və düzgün olmayan qida davranışı, eləcə də aşağı fiziki aktivlik aradan qaldırılmalı, sağlamlığın qorunması məqsədilə istifadə edilməlidir. Əsas etibarlı profilaktika BÇİ və cins nəzərə alınmaqla müntəzəm fiziki aktivlikdır. Bu sağlamlığın qorunması və əmək qabiliyyətinin artırılması üçün çox vacibdir. Bütün bunlar gələəkdə tədqiqatların aparıılmasına prespektivlər yaradır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Солнцева А.В., Сукало А.В. Ожирение у детей. Вопросы этиологии и патогенеза. // Мед. новости. — Минск, 2008. — №3. — С. 7-13Бурков С.Г., Ивлева А.Я. Избыточный вес и ожирение – проблема медицинская, а не косме- тическая // Ожирение и метаболизм. – 2010. – № 3. – С. 15.
2.Мельниченко Г.А., Романцова Т.И. Ожирение: эпидемиология, классификация, патогенез, клиническая симптоматика и диагностика // Ожирение; под ред. И.И. Дедова, Г.А. Мельниченко. – М., 2004. – С. 16–36
3.Петеркова В.А., Ремизов О.В. Ожирение в детском возрасте // Ожирение и метаболизм. – 2004. – № 1. – С. 17–19
4.Романцова Т.И. Эпидемия ожирения: оче- видные и вероятные причины // Ожирение и метаболизм. – 2011. – № 1. – С. 5–17. 9. Савельева Л.В. Современная концепция лечения ожирения // Ожирение и метаболизм. – 2011. – № 1. – С. 51–55
5.Аверьянов А.П., Болотова И.В., Зотова С.А. Ожирение в детском возрасте. // Лечащий врач. — М., 2010. — №2. — С.13- 15
6.Клиническая эндокринология. Руководство для врачей под ред. проф. Е.А. Холодовой // Москва, 2011. – С. 339–365.
7.Алимова И.Л. Метаболический синдром у детей и подростков. / Под ред. Л.В. Козловой. — М.: ГЭОТАР-Медиа, 2008. — 98с.
8.Дедов И.И., Петеркова В.А. Детская эндокринология. — М.: Универсум Паблишинг, 2006. — С. 448-475
9.Картелишев А.В. Вопросы ранней диагностики предрас- положенности детей к конституционально-экзогенному ожи- рению // Педиатрия. — М., 2006. — №4. — С. 7-11.
10.Speiser P.W., Rudolf M.C.J., Anhalt H., et al. // J. Cl. Endocrinol. Metab. — 2005. — Vol. 90. — P. 1871-1887. 24. Wynne K., Stanley S., Mc
11.Петеркова В.А, Ремизов О.В. Ожирение в детском воз- расте. // Ожирение и метаболизм. — М., 2004. — №1. — С. 17- 23


Müəlliflər:
G.M. Khalilova

Digər jurnal və qəzetlər