MƏKTƏBLİLƏRİN SAĞLAMLIĞININ FORMALAŞMASINDA MƏKTƏB MEBELİNİN ROLU
12-10-2017
Müasir məktəblilərin sağlamlıq vəziyyəti onların təlim-tərbiyə şərati ilə sıx əlaqəlidir. Vacib məktəb risk amillərindən biri məktəblinin iş yerinin təşkili hesab edilir. Uşaqların təhsil aldığı müddətdə tədris proqramlarının ağırlığından asılı olmayaraq, təhsilalanların fiziki sağlamlıq vəziyyətində bir sıra patologiyaların, xüsusilə də dayaq-hərəkət aparatı (qamət) və görmə ilə əlaqəli patologiyaların artımı müşahidə edilir. Qamətin əhəmiyyəti təkcə estetitik olmayıb, insan bədəninin orqan və sistemlərinin düzgün yerləşməsi, inkişafı, vəziyyəti və funksiyalarına təsir göstərir. Düzgün olmayan qamət ürəyin, ağ ciyərlərin, mədə-bağırsaq traktının işini çətinləşdirir, ağ ciyərlərin həyat tutumu azalır, maddələr mübadiləsi yavaşıyır, başağrıları yaranır, tez yorulma baş verir (1). Onurğanın deformasiyası onurğa beyni kanalının topoqrafiyasının, onurğa beyninin və onun qabığının dəyişilməsi, fəqərələrarası nahiyələrdə sıxılması ilə müşayət edilir ki, bu da daxili orqanların (2-5) və o cümlədən, tənəffüsə cavabdeh olan somatik əzələlərin (2, 6, 7) normal innervasiyasının pozulmasına səbəb olur.
Vertebral patologiyaların yaranmasının vacib səbəblərindən biri kimi uşaqların təhsil aldığı müddət ərzində statik gərgin vəziyyətdə parta arxasında başlarını aşağı əyməklə oturmaqları ilə əlaqədar hərəki fəallığının azalması göstərilir. Çox zaman məktəb mebeli də gigiyenik normalara cavab vermir. (8) Tədqiqatlar göstərir ki, təhsilalanlarda aşkar edilmiş qamət pozğunluqlarının 64%-i məktəb mebelinin funksional parametrlərinin onların boy-yaş göstəricilərinə uyğun gəlməməsi ilə əlaqədardır (9). Məktəblərin müayinəsi göstərir ki, kiçik yaşlı məktəblilərin 40%-dən 70%-ə qədəri uyğun mebellərlə təmin edilməmişdir (10, 11).
Qamət və görmə problemlərinin yaranmasına və təhsilalanlarda vaxtından qabaq yorulmanın əmələ gəlməsinə səbəb nəinki partanın ölçüsü, həm də konstruksiyasıdır. Əvvəllər məktəblərdə xüsusi konstruksiyalı (işçi səthi maili, differensiya və oturacaq distansiyası gözlənilən) partalardan istifadə edilirdi. Təəssüf ki, son 10-15 ildə iş səthi düz, boya tənzimlənməyən stol və stullardan istifdə edilir. Müşahidələr göstərir ki, belə mebeldə uşaqlar işləyərkən düzgün poza ala bilmirlər və nəticədə uzun zaman səmərəsiz vəziyyətdə oturma qamət və görmə pozğunluqlarına səbəb olur. Belə mebelə keçid təhsilalanlar arasında qamət pozğunluqlu uşaqların kəskin artımına səbəb olmuşdur (8).
Görmə itiliyinin azalmasına səbəb irsi meylliliklə yanaşı iş yerlərində təbii və süni işıqlanmanın gigiyenik normalarının gözlənilməməsi və məktəb mebeli ölçülərinin təhsilalanların yaş-boy göstəricilərinə uyğun olmamasıdır. Moskva məktəblilərinin profilaktik müayinələrinin nəticələri göstərir ki, 2013-cü ildən başlayaraq görmə itiliyinin azalan uşaqların sayı 2.6 dəfə, skoliozlu (qamət pozğunluqlu) uşaqların sayı isə16.8 dəfə artmışdır (12).
Tədqiqatın məqsədi:Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində tam orta təhsil müəssisələrində yaradılmış “Sağlam Təhsil” siniflərində istifadə edilən şagird partalarının təhsilalanların sağlamlıq vəziyyətinə təsirinin öyrənilməsi
Tədqiqatın material və metodları:Təhsilalanlarэnэn saрlamlэq monitorinqi 2 mərhələdə həyata keзirilmiєdir. Tədqiqatэn I mərhələsində Bakэ юəhərinin 5 tam orta məktəbində təhsil alan 2600 nəfər I, V və XI sinif єagirdləri (1241 qэz və 1366 oрlan) mьayinə olunmuєlar. II mərhələdə I sinifdə təhsil alan uюaqlarэn fiziki inkiюaf gцstəricilərinin, fiziki inkiєaf səviyyəsinin, funksional gцstəricilərin və saрlamlэq vəziyyətinin tədris ili ərzində dinamikada dəyiєilməsi цyrənilmiєdir. Mьayinə edilən 1413 nəfər I sinif єagirdlərindən 1113-ь (519 qэz, 594 oрlan) ənənəvi siniflərdə (adi stol və stuldan istifadə), 300-ь isə (150 qэz, 150 oрlan) “Saрlam Təhsil” siniflərində təhsil alэrlar. Tədqiqat 2014/2015-ci tədris ilinin oktyabr və may ayэnda I siniflərdə aparэlmэюdэr. 2015/2016-cэ tədris ilinin oktyabr və may aylarэnda eyni uюaqlar (II sinif юagirdləri) monitorinqə cəlb edilmiєlər.
Unifikasiya üsulunun tələblərinə uyğun olaraq somatometrik, fiziometrik müayinələr aparılmış, uşaqların qaməti, uzaqdan görmə itiliyi yoxlanılmışdır.
Nəticələrin statistik işlənməsi Microsoft Exsel-2010 aparılmış, statistik parametrlər: orta statistik göstərici (M), orta statistik göstəricinin xətası (m) ümumi qəbul edilmiş üsullarla hesablanmış, Styudent üsulu ilə fərqlərin dürüstlüyü yoxlanılmışdır. Dürüst fərq P<0,05 götürülmüşdür.
Tədqiqatın nəticələrinin müzakirəsi:Təhsil Nazirliyinin sifarişi ilə 2014/2015-ci tədris ilinin əvvəlində həyata keçirilən Bakı şəhəri tam orta məktəblərin 2500 şagirdinin sağlamlıq monitorinqinin təhlili göstərdi ki, məktəbə təzə daxil olan 1-ci sinif şagirdlərinin 32,8%-də qamət pozğunluğu aşkar olunursa, artıq 5-ci sinifdə belə şagirdlərin sayı 40.3%, son siniflərdə isə 42,6% təşkil edir. Uzaqdan görmə itiliyi normal olan uşaqların sayı ibtidai sinifdə 71.6% olmuş, buraxılş siniflərində isə 48.6% (qızlar), 61.7%-ə (oğlanlar) qədər azalmışdır.
Yuxarıda göstərilən problemlərin aradan qaldırılması məqsədi il profilaktirk tələblərin əsaslandırılması üçün bir sıra elmi işlər həyata keçirilmişdir. Belə ki, aparılan elmi tədqiqatların nəticələrinə əsasən, vertebral patologiyaların dinamikasınn müşahidəsi göstərmişdir ki, ibtidai siniflərdə gigiyenik normalara cavab verən mebellərdən istfadə zamanı 1-ci sinifdən 4-cü sinifə qədər qamət pozğunluğu olan uşaqların sayı 3.5% artdığı halda, adi stol-stulda işləyən məktəblilər arasında bu artım 19.3% təşkil etmişdir (8).
2 il ərzində aparılan Bakı şəhər məktəbliərinin sağlamlığının monitorinqinin nəticələrinə əsasən ənənəvi siniflərdə təhsil alan şagirdlərdə iki il ərzində qamət problemləri olan uşaqların sayı 17.3% artmışdır. Belə ki, 2014-cü ilin oktyabr monitorinqlərində ənənəvi siniflərdə skoliozlu uşaqlar 16.7% təşkil etdiyi halda, 2016-cı il may monitorinqlərində onların sayı 34%-ə çatmışdır (P <0.05). ST siniflərində təhsil alan uşaqlar arasında da skoliozu olan şagirdlərin sayı artmışdır. Lakin, bu fərq cüzi olmaqla (2.69%) dürüst deyildir (P>0,1).
Şək. 1. 2014-cü il oktyabr – 2016-cı il may monitorinqlərində ST və ənənəvi siniflərdə məktəblilər arasında qamət problemi olan şagirdlərin faizi
Görmə itiliyinin müayinəsi nəticələrinin təhlili göstərdi ki, STS-də təhsil alan şagirdlərdə iki il ərzində normal görməsi olan uşaqların sayı 23% artmışdır. Belə ki, 2014-cü ilin oktyabr monitorinqlərində bu göstərici 52,4% olduğu halda, may 2016-cı il monitorinqlərində 75,26%-ə çatmışdır (P <0.05). Ənənəvi siniflərdə təhsil alan uşaqlar arasında da uzaqdan görmə itiliyi normal olan şagirdlərin sayı artmışdır. Lakin, bu fərq cüzi olmaqla (8,7%) dürüst deyildir (P>0,1).
Beləliklə, müxtəlif alimlərin tədqiqatları (13,14) və həmçinin yerli araşdırmalar göstərir ki, erqonomik, gigiyenik tələblərə cavab verən, uşaqların yaş-boy xüsusiyyətlərinə uyğun mebellərin istifadəsi uşaqlarda sümük-əzələ sisteminin deformasiyası və xəstəliklərinin, görmə pozulmalarının qarşısını almağa imkan verir, uşaqların işqabiliyyətinin uzun zaman yüksək səviyyədə saxlnılmasına kömək edir. Iş yerinin erqonimik prinsiplərə əsasən qurulması onurğanın funksional və struktur dəyişikliklərinin qarşısını almaqla yanaşı, daxili orqan və sistemlərin xəstəliklərinin profilaktikasında da mühüm əhəmiyyət kəsb edir (8, 9, 11-20).
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Баранов А. А., Кучма В. Р., Звездина И. В. Табакокурение детей и подростков: гигиенические и медико-социальные проблемы и пути их решения. – М., 2007.
2. Абрамова М.А., Чернозёмов В.Г., Попова О.Н., Тихонова Е.В., Гудков А.Б. Особенности внешнего дыхания у детей младшего и среднего школьного возраста со сколиозом – жителей европейского севера России/ Экология человека. – 2015. – №6. – С. 15-19.
3. . Микиртумов Б.Е., Кощавцев А.Г., Гречаный С.В. Клиническая психиатрия раннего детского возраста. – СПб.: Питер, 2001. – 256 с.
4. Риц И.А., Цивьян Я.Л., Мотов В.П. и др. Рентгенофункциональные исследования поясничного отдела позвоночника при межпозвонковом остеохондрозе в до- и послеоперационном периоде / Актуальные вопросы патологии позвоночника. – Новосибирск, 1976. – С. 43-47.
5. Семенова Н.В. Блинова Е.Г., Ляпин В.А. Влияние образа жизни студентов ВУЗов на пищевое поведение с учетом гендерных особенностей / Профилактическая и клиническая медицина. – 2014. – № 2 (51). – С. 54-58.
6. Сонькин В.Д. Характеристика питания российских школьников. Материалы IV Межрегиональной конференции «Воспитываем здоровое поколение» (2–4 июня 2004 года). – М., 2004.
7. Чернозёмов В.Г. Висцеральные нарушения при сколиозах начальных степеней у детей школьного возраста : дис. … д-ра мед. наук. – Архангельск, 2006. – 154 с.
8. Дегтев С. Ю., Тарасова О. В., Теддер Ю. Р. Обоснование использования в учебном процессе новой модели школьной парты в сочетании с рациональной физической активностью / Экология человека 2007.12; C.20-23
9. Кузнецова Н.Н., Непомилуева О.П. Зависимость роста функциональных расстройств в период обучения от организации рабочего места школьников / Образование и воспитание детей и подростков: гигиенические проблемы. М., 2002. С. 155-157
10. Региональный доклад о санитарно-эпидемиологической обстановке в Архангельской области в 2006 году / Управление Федеральной службы по надзору в сфере защиты прав потребителей и благополучия человека по Архангельской области. – Архангельск, 2007. – С. 33–45.
11. Молдованов В. В. Гигиенические аспекты использования учебной мебели в начальной школе / Сборник материалов ХI конгресса педиатров России «Актуальные проблемы педиатрии». – М. : ГЕОТАР-Медиа, 2007. – С. 461.
12. Андреева Е.Е. Здоровья детей и подростков в организованных коллективах образовательных учреждений города Москвы/ Здоровье населения и среда обитания . M.2015 – 10 (271). C.12-15
13. Храмцов П.И., Строкина А.Н., Молдованов В.В., Сотникова Е.Н. Ученическая мебель: современный взгляд на функциональные размеры / Вопросы современной педиатрии /2009/ Том 8/ № 6; C.26-30
14. Сирант Л.Б., Николаев Н.П.Влияние эргономических параметров школьной мебели на функциональное состояние ребенка В сборнике: Инновационные технологии в сфере сервиса и дизайна Электронный ресурс: материалы I Международной научно-технической конференции. Редакционная коллегия: М.И. Бальзанников, Н.Г. Чумаченко, Н.В. Афанасьева, Е.Г. Вышкин . 2014. С. 44-46.
15. Пятырова Е.В., Ефременко Е.Е., Ковалевская Е.В., Рымина Т.Н. Школьная мебель и ее влияние на здоровье детей / здоровье. медицинская экология. наука 1-2 (41-42) – 2010. С. 99-100
16. Храмцов П.И., Молдованов В.В. Гигиенические проблемы использования ученической мебели в начальной школе / Здоровье населения и среда обитания . M.2013 – 1 (178). C.33-35
17. Дегтев С.Ю., Тарасова О.В. Влияние разных моделей ученической модели на формитование осанки у школьников / Здоровье населения и среда обитания . M.2012 – 12 (177). C.33-35
18. МуфазаловаГ.С. Школьная мебель как средство формирования осанки у обучающихся в начальных классах / В сборнике: Опыт реализации Федерального государственного образовательного стандарта в образовательных учреждениях материалы III Всероссийской научно-практической конференции. 2015. С. 19-21.
19. Ş.M.Balayeva, H.H.Qabulov; Ümumtəhsil məktəblərində fərqli təhsil texnologiyalarının şagirdlərin fiziki inkişafna təsiri / İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş elmi məcmuə; Bakı-2016, səh.72-75
20. Сулейманлы Ш.А. и др. влияние здоровьесберегающих технологий на состояние здоровья и качество обучения учащихся / Тезисы Международной Конференции стран ВЕЦА «Формирование здорового образа жизни школьников в современных условиях». Москва-2016, 14-15 ноябрь. Стр.102
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı