YENİDOĞULANLARDA PERİNATAL ASFİKSİYA ZAMANI MƏRKƏZİ SİNİR SİSTEMİNİN ZƏDƏLƏNMƏLƏRİNİN RİSK FAKTORLARI

26-08-2017

Açar sözlər: yenidoğulanlarda perinatal asfiksiya mərkəzi sinir sistemi zədələnmə risk faktorları

          Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər komitəsinin məlumatlarına əsasən uşaq əhalisinin 10%-də sinir-psixi pozulmalar müəyyən edilir ki, onlarında 80%-ə qədərinin səbəbi məhz mərkəzi sinir sisteminin (MSS) müxtəlif mənşəli perinatal zədələnmələridir. (1-3.)

          Müasir perinatologiyanın qazandığı nailiyyətlərə baxmayaraq perinatal asfiksiyaperinatalvə neonatal xəstələnmənin, eləcə də ölümün əsas səbəbi kimi qalmaqdadır.(2,3.). MSS-nin perinatalzədələnmələrinin strukturunda hipoksik-işemik zədələnmələr, neyroinfeksiyalar, doğuş travmaları və inkişaf anomaliyaları, toksik və dizmetabalik zədələnmələr önəmli yer tutur.(1). Bu strukturda yüksək xüsusi çəkiyə malik olan hipoksik-işemik zədələmələr 65-69% halda antenabal, 4-5% halda intranatal və 20-25% halda isə postnatal mənşəli faktorlar təsirindən inkişaf edirlər.

          Amerika Pediatriya Akademiyasının məlumatına əsasən ağır perinatal asfiksiya zamanı letal nəticə 50-60% halda erkən neonatal dövrdə baş verir.(4). Bu patologiya həmçinin uşaqlarda əlilliyin əsas səbəblərindən biridir.(3,4).

          Ona görə də müasir perinabalogiyanın qarşısında duran əsas məsələlərdən biri MSS-nin müxtəlif mənşəli perinatal zədələnmələrinin patogenizində mühüm rol oynayan qeyri-qənaətbəxş faktorların təyin edilməsi, hamilə qadın, döl və yenidoğulan uşaq üçün onların təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi və uşağın postnatal inkişafını müəyyənləşdirmək üçün risk qruplarını müəyyən edilməsidir.

Hazırda perinatal asfiksiyanın inkişafının müxtəlif risk faktorları-sosial-iqtisadi, fetoplasentar, ante-, intra- və postnatal risk faktorları ayırd edilir. (5-6). Lakin bu risk faktorlarının əhatə dairəsinin kifayət qədər böyük olması ucbatından onların MSS-nin zədələnmələri üçün təhlükəlilik dərəcələrini müəyyənləşdirmək və dəqiqləşdirmək heç də həmişə mümkün olmur. Ona görə də perinatal asfiksiya zamanı MSS-nin zədələnmələrinin dürüst meyarlarının ayırd edilməsi üçün yüksək risk qrupuna aid hamilə qadınların seçilməsi və onlar arasında fərdi müalicə-profilaktika tədbirlərinin görülməsi önəmlidir. Həmçinin əvvəlcədən tərtib edilmiş proqnoz tək alqoritmdən istifadə etməklə nəinki neonatal dövrdə, eləcə də südəmər və erkən yaş dövründə uşaqlar arasında MSS-nin zədələnmələrini azaltmaq olar.

Tədqiqatın məqsədi perinatal asfiksiya keçirmiş yenidoğulanlarda MSS-in hipoksik-işemik zədələnmələrinin risk faktorlarını müəyyənləşdirmək və onların informativliyini təyin etməkdən ibarətdir.

Klinik materialın xarakteristikası: Məqsədə müvafiq olaraq hamiləliyin və doğuşun xarakteri, yenidoğulan uşağın somatik və nevroloji statusunu səciyyələndirən göstəricilər ətraflı təhlil olunmuş, pre- və perinatal risk faktorlarını müəyyən etmək üçün mama-ginekoloji anamnez, ananın ekstrogenetal xəstəlikləri, sosial-bioloji faktorlar, ananın fiziki xüsusiyyətləri və irsiyyət həmçinin hamiləlik zamanı müşahidə olunan spesifik fəsadlar mütəssəl təhlil olunmuşdur.

Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda MSS-nin zədələnmələrinin ağırlıq dərəcəsindən asılı olaraq müayinə olunmuş bütün yenidoğulanlar 2 qrupa bölünmüşdür: 1-ci qrupa ağır forma zədələnməsi olan 40 uşaq, 2-ci qrupa orta ağır forma zədələnməsi olan 28 uşaq aid edilmişdir.

Tədqiqatın nəticələri:Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda MSS-nin zədələnmələrinə səbəb olan risk faktorları cədvəl 1 də verilmişdir.

Cədvəl 1-dən göründüyü kimi, yenidoğulanlarda MSS-nin hər 2 forma zədələnməsi zamanı hamiləlik qeyri-qənaətbəxş gedişli olmuşdur, lakin ağır forma zədələnmə zamanı analarda preeklampsiya, fetoplasentar çatışmazlıq, xroniki infeksiya ocaqları(xronik pielonefrit, xolesistos, tonzilit və.s) və TORCH infeksiyaları 2 dəfə çox qeyd edilmişdir. Həmçinin bu qrupda doğuş fəaliyyətinin stimulyasiyası 2,4 dəfə, hamiləlik pozulma təhlükəsi 1,2 dəfə çox rast gəlmişdir.

Hamiləliyin gedişinin təhlili göstərmişdir ki, perinatal asfiksiya keçirmiş  yenidoğulanlarda MSS-nin zədələnmələrinə səbəb olan risk faktorları

Cədvəl  № 1.

Faktorlar

Ağır forma, n=40

Orta ağır forma, n=28

Mütləq

Nisbi(%)

Mütləq

Nisbi(%)

Hamiləliyin pozulma təhlükəsi

15

37.5

6

21.4

Fetoplasentar çatışmazlıq

22

55.0

9

32.1

Xroniki hipoksiya

12

30.0

7

25.0

Preeklampsiya

22

55.0

6

21.4

Anemiya

17

42.5

9

32.1

Xroniki infeksiya ocaqları

16

40.0

6

21.4

Hamiləlik zamanı KRVS

11

27.5

4

14.2

TORCH

10

25.0

3

10.2

Anada tənəffüs sistem xəstəliyi

6

15.0

3

10.2

Anada mədə-bağırsaq sistem xəstəliyi

9

22.5

6

21.4

Anada sidik ifrazat sistemi xəstəliyi

4

10.0

3

10.2

Anada vegetativ damar distonyası

5

12.5

3

10.2

Endokrin sistemin xəstəlikləri

5

12.5

4

14.2

Ananın yaşı

˂ 30

˃ 30

26

14

65.0

35.0

18

10

64.2

35.8

Doğuş fəaliyyətinin stimulyasiyası

10

25.0

3

10.2

Sürətli doğuş

4

10.0

5

17.8

Göbək ciyəsinin boyuna dolanması

3

7.5

4

14.2

Uzunmüddətli susuz dövr

4

20.0

7

25.0

Keysəriyyə kəsiyi əməliyyatları

15

37.5

9

32.1

MSS-nin hipoksik-işemik zədələnməsi olan uşaqların analarının hamısında hamiləlik fəsadlı gedişə malik olmuşdur ki, bu da öz növbəsində fetoplasentar çatışmazlığın inkişafına zəmin yaratmış və vaxtından əvvəl doğulma ilə nəticələnmişdir.

Beləliklə, yenidoğulanlarda MSS-nin ağır zədələnmələrinə anada hamiləliyin və doğuşun fəsadlı gedişi bilavasitə zəmin yaradır; bu zədələnmələrin ağırlıq dərəcəsinin azaldılması üçün hamiləlikdən əvvəl və hamiləlik zamanı müvafiq müalicə-profilaktik tədbirlərin görülməsi vacibdir.

Növbəti mərhələdə müayinə olunmuş yenidoğulanlar MSS-nin zədələnmələrinin xarakterindən asılı olaraq 2yerə bölünmüşdür: 1-ci qrupa hipoksik-işemik (periventrokulyar leykomalyasiya, kista və.s) zədələnməsi olan 24 uşaq, 2-ci qrupa hipoksik-hemorragik (intra- və periventrokulyar qansızmalar) zədələnməsi olan 44 uşaq aid edilmişdir.

Erkən neonatal dövrün gedişinin təhlili zamanı müəyyən edilmişdir ki, MSS-nin perinatal zədələnməsi olan uşaqların 47% ağır asfiksiya, 35.2% orta ağır, 17.8% yüngül asfiksiya ilə doğulmuşdur. Hər 2 qrupda Apqar şkalası ilə qiymətləndirilməsinin nəticələri cədvəl 2-də verilmişdir.

Müqayisə qruplarında Apqar şkalası ilə qiymətləndirmənin nəticələri

Cədvəl 2-dən göründüyü kimi, 4 bal və ondan aşağı qiymət MSS-nin hipoksik-işemik zədələnməsi olan uşaqlarda 1-ci dəqiqədə 44.8%, 5-ci dəqiqədə 18.2%, hipoksik-hemorragik zədələnmələri olan uşaqlarda isə müvafiq olaraq 47.7% və 9% təşkil etmişdir. Göründüyü kimi, 5-ci dəqiqədə ağır asfiksiya müəyyən edilən uşaqların sayı hər 2 qrupda 2 dəfədən çox azalsa da, 18.7-24.9% hüdudunda saxlanmışdır ki, bu da həmin uşaqlarda MSS-nin ağır perinatalpabologiyalarının formalaşdığını göstərir.

Cədvəl2.

Qiymət (bal)

1-ci dəqiqə

5-ci dəqiqə

1-ci qrup  n=24

2-ci qrup  n=44

1-ci qrup  n=24

2-ci qrup  n=44

Mütləq

Nisbi(%)

Mütləq

Nisbi(%)

Mütləq

Nisbi(%)

Mütləq

Nisbi(%)

0

0

0

0

0

0

0

0

0

1

1

4.16

1

2.27

0

0

0

0

2

2

8.32

2

4.54

1

4.16

2

4.54

3

4

16.6

8

18.2

1

4.16

3

6.81

4

6

25.0

10

22.7

3

12.4

6

13.6

5

8

33.3

12

27.2

6

25.0

11

24.6

6

3

12.4

6

13.6

6

25.0

8

18.2

7

-

-

2

4.54

4

16.8

8

18.2

˃7

-

-

3

6.81

3

12.4

6

13.6

Cəmi:

24

100

44

100

24

100

44

100

 Mama-ginekoloji anamnez, ananın somatik və ginekoloji statusunu, hamiləlik və doğuşun gedişini, eləcə də yenidoğulan uşağın vəziyyətini səciyyələndirən göstəricilərin təhlili zamanı müəyyən edildi ki, ananın somatik anamnezindən asılı olaraq yenidoğulanlarda MSS-nin perinatal patologiyaları formalaşır. Belə ki tənəffüs orqanlarının və sidik-ifrazat sisteminin  xəstəlikləri olan analardan doğulmuş uşaqlarda 90-95% ehtimalla MSS-nin hipoksik-işemik zədələnmələri inkişaf edir və müştərək faktorların təsiri zamanı daha çox müşahidə olunur. Eyni zamanda müəyyən edilmişdir ki, anada mədə-bağırsaq traktı və ürək-damar sistemi xəstəlikləri yenidoğulanlarda MSS-nin hipoksik-işemik zədələnmələrinin inkişafına əhəmiyyətli dərəcədə təsir etmir. Həmçinin müəyyənləşdirilmişdir ki, doğuş pariteti və əvvəllər edilmiş tibbi abort yenidoğulanlarda beynin hipoksik-işemik zədələnmələrinin, xüsusi ilə periventokulyar leykomalyasiyanın formalaşma tezliyinə dürüst təsir etmir (p˃0.05). Hamiləliyin təkrari pozulmaları, sonsuzluq, cinsi orqanların iltihabı xəstəlikləri yenidoğulanlarda hipoksik-işemik zədələnmələrin inkişafına təsir edir.(p˂0.05).

Yenidoğulan uşaqlarda beynin hipoksik-işemik və ya hipoksik-hemorragik zədələnmələrinin tezliyinə hamiləliyin fetoplasentar çatışmazlıq və preeklampsiya fonunda keçməsi statistik əhəmiyyətli təsir göstərir. (p=0.012). Həmçinin, müəyyən edilmişdir ki, hazırki hamiləliyin müddəti 95% ehtimalla MSS-nin hipoksik-işemik zədələnmələrinin inkişafına təsir edir; belə ki, hamiləliyin müddəti nə qədər azdırsa , uşaqda baş  beynin hipoksik-işemik zədələnmə ehtimalı o qədər çoxdur. (p=0.014). Bununla yanaşı uzunmüddətli susuz dövrün 90% ehtimalla belə zədələnmələrin inkişafına təsiri müəyyən edilmişdir. Doğularkən uşağın vəziyyətinin  MSS-nin hipoksik-işemik və ya hipoksik-hemorragik zədələnmələrinin yaranmasına təsir etmə ehtimalının təhlili göstərmişdir ki, Apqar şkalası ilə qiymətləndirmənin nəticələrinin 5-ci dəqiqədə 4 baldan az olması zamanı belə zədələnmələrin inkişaf şansı artır.(p=0.013).

Beləliklə, perinatal  asfiksiya keçmiş yenidoğulanlarda MSS-nin hipoksik-işemik və ya hipoksik-hemorragik zədələnmələrinin inkişaf tezliyin təhlili göstərir ki, ananın somatik statusunun parametrləri ayrı-ayrılıqda beynin hipoksik-işemik zədələnmələrinin inkişafına statistik dürüst təsir etmir.(p˃0.05), lakin onların müştərək təsiri zamanı beynin hipoksik-işemik zədələnmələrinin yaranma şansı artır. Ananın ginekoloji-anamnestik göstəriciləri praktiki olaraq hipoksik-işemik və ya hipoksik-hemorragik zədələnmələrin inkişafına təsir etmir. Hazırki hamiləliyin gedişini səciyyələndirən faktorlar (preeklampsiya, cift çatışmazlığı, vaxtından əvvəl doğuş) yenidoğulanlarda baş beynin hipoksik-işemik və ya hipoksik-hemorragik zədələnmələrinin inkişafında daha əhəmiyyətli faktordur. Bu  faktorların cəmi yenidoğulanlarda MSS-nin hipoksik-işemik zədələnmələrinin inkişafında 25.0% təşkil edir, infeksiya amillərinin hipoksik-hemorragik zədələnmələrin inkişafında payı 18.2%-ə bərabərdir.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Барашнев Ю.Н. “Перенаталъная неврология.” М.Триада-Х.2011, 640 с.
2.Клименко  Т.М.,  Тарасов И.В.  “Перенаталъное гипаксическое поражение ЦНС, современный взглад на проблему.”  Вопросы практческой педиатрии 2013, Т.1, N4, c.40-45.
3.Adebami O.J. ”Maternal and fetal determinants of mortality in babies with birth asphyxia.” Son thwestern Nigeria, Gio Ady Res Med, Sci.2015; 4(6), 270-276.
4.American Academy of Pediatrics? Council on children with Disabilities; Section of Developmental Behavioral Pediatrics. Pediatrics, 2006; 118: 405-420.
5.Amritanshy K., Smiris S., Kumor v.e.a. “Clinikal profile and short-terns outcome of hypoxic-ishemice ensefalopathy among birth asphyxiated babies in Kathior Medical Hospital”.J. Clin. Neonotal. 2014; 3(4), 195-199.
6.Babu A.B, Davi S.S., Kumar K.B. “Birth asphyxia Incidence and immediate outcome in relation to risk factor and complatous. Int. J. Res. Hith.2014, (4), 1064-71


Müəlliflər:
S.A. Sadıqova
S.S. Həsənov

Digər jurnal və qəzetlər