TORPAĞIN SANİTAR MÜHAFİZƏSİ - GEOHELMİNTOZLARIN PROFİLAKTİKASININ ƏSASIDIR
22-06-2017
Müasir dövrdə əhalinin sağlamlıq vəziyyətini müəyyən edən amillərdən biri sosial cəhətdən şərtlənmiş xəstəliklər, o cümlədən helmintozlardır, onların payına bütün parazitar xəstəliklərin 99%-i düşür. Helmintozlar əhalinin sağlamlıq vəziyyətini əhəmiyyətli dərəcədə təyin edən xəstəliklərin böyük qrupudur [1, 2, 3]. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada geohelmintozlarla 1 mlrd. 400 mln. xəstəlik hadisəsi qeydə alınır, onların içərisində 100 mindən çox hadisə letal nəticələnir [4]. Geohelmintozların yayılması fərdin yaşayış yerindən, yaşadığı ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, mədəni və maddi vəziyyətindən asılıdır [5]. Dünya üzrə insanda parazitlik edən helmintlərin 250-yə yaxın növü qeydə alınır. Azərbaycan ərazisində 30-a yaxın növ geniş yayılmışdır, qalanları tək-tək hallarda aşkar edilir [6, 7].
Ətraf mühitin bütün obyektlərindən helmintlərin yumurtaları ilə daha çox torpaq, səthi su mənbələrinin suyu, kənd təsərrüfatı bitkiləri, çirkab suları çirklənməyə məruz qalır. Torpaq əhalinin həyat şəraitinə və sağlamlığına təsir edən ətraf mühit obyektləri arasında mühüm yer tutur. Torpağın çirklənməsi və orada toksikantların toplanması onun fiziki və kimyəvi xüsusiyyətlərinin pisləşməsinə, bioloji fəallığın, öz-özünə təmizlənmə proseslərinin pozulmasına, patogen mikroorqanizmlərin və helmintlərin yumurtalarının yaşama müddətinin dəyişməsinə gətirib çıxarır. Torpaq təmasda olan mühitlərin (atmosfer havası, yeraltı sular) ikincili çirklənməsinin mənbəyi ola bilər və insanın sağlamlığına həm dolayı, həm də birbaşa təsir göstərə bilər [8, 9].
Helmintozların yayılmasının güclü amili kimi çox vaxt çirkab sularının və heyvandarlıq komplekslərinin axıntı sularının tullantıları nəticəsində ətraf mühitin helmint yumurtaları ilə çirklənməsi iştirak edir. Helmintlərin yumurtaları ilə əksər şəhərlərdə suvarma əkinçilik sahələrində yetişdirilən torpaq, giləmeyvələr, tərəvəzlər çirklənmişdir. Son illər əhali arasında geohelmintozların əhəmiyyətli dərəcədə artması nəzərə çarpır [10, 11, 12]. Ətraf mühitin helmintlərin yumurtları ilə çirklənməsindən qorunması helmintozlarla mübarizədə həyata keçirilən tədbirlər kompleksində mühüm həlqələrdən biri sayılır. Bu məsələ askaridoz və trixosefalyoz zamanı xüsusilə aktualdır, onların törədicilərinin embrional inkişafı torpaqda baş verir. Bununla əlaqədar olaraq, müasir şəraitdə Bakı şəhərində əhalinin geohelmintozlarla yoluxması riskinin öyrənilməsi böyük maraq doğurur.
Yuxarıda deyilənləri nəzərə alaraq, biz bəzi helmintoz ocaqlarında ətraf mühitin askarid və tükbaş qurdun yumurtaları ilə çirklənməsi vəziyyətinin öyrənilməsini qarşımızaməqsəd qoymuşuq.
Materialvəmetodlar.Torpağın askarid və tükbaş qurdun yumurtaları ilə çirklənməsini öyrənmək məqsədi ilə Bakı şəhərində 6 yaşayış məntəqəsində geohelmintozların mikroocaqlarında 1136 torpaq nümunəsi, 350 göyərti, 207 tərəvəz nümunəsi, 96 giləmeyvə, 84 meyvə nümunəsi, 114 dəniz suyu nümunəsi müayinə olunmuşdur. Yumurtalar 324 torpaq nümunəsində, 4 göyərti nümunəsində, 22 tərəvəz, 6 giləmeyvə və 2 meyvə nümunələrində aşkar edilmişdir. Əsas etibarilə bostanlardan, şəhərin mərkəzində isə uşaq müəssisələrinin ərazisindəki qum meydançalarından götürülmüş torpağın geohelmint yumurtaları ilə çirklənməsinin vəziyyətinin öyrənilməsi böyük maraq doğurmuşdur. Torpaq N.A.Romanenko metodu ilə tədqiq edilmişdir. Ətraf mühit obyektlərinin çirklənməsi vəziyyəti hər ay öyrənilmişdir. Bu zaman o nəzərə alınmışdır ki, müxtəlif obyektlərin hər ay müayinə olunması geohelmintozların yayılmasının epidemioloji qanunauyğunluqlarını, ilk növbədə əhalinin onlarla kütləvi yoluxma müddətini və mövsümün davametmə müddətini aşkar etməyə imkan verir. Sahilyanı rayonlarda dəniz suyunun invazion askaridlərin toplanma mühiti və rezervuarı olduğunu və geohelmintozların ötürülməsində iştirak etməsini nəzərə alaraq, biz kütləvi çimmə yerlərindən dəniz suyunu götürmüş və çöküntünü koaqulyantlarla çökdürdükdən sonra N.A.Romanenko metodu üzrə müayinə etmişik.
Tədqiqat işində koproovoskopik, sanitar-helmintoloji, eksperimental və epidemioloji müayinə metodlarından istifadə edilmişdir. Təmizləyici qurğuların işinin effektivliyi, rejimi və şəraiti, həmçinin çirkab sularının və onların çöküntülərinin dezinvaziyası metodları öyrənilmişdir. Təmizlənməmiş və təmizlənmiş axıntı suları, çirkab sularının çöküntüləri, təhsil müəssisələrinin ətrafındakı, invaziya mikroocaqlarında olan mülklərin ərazilərində torpaq, su, natəmizliklər, insanların nəcisi, tərəvəzlərdən, meyvələrdən, giləmeyvələrdən, yemək göyərtisindən, əllərdən, ayaqqabılardan və məişət əşyalarından götürülmüş yuyuntular sanitar-helmintoloji müayinələrə məruz qalmışlar. Torpaqda, çirkab sularının çöküntülərində askarida yumurtalarının torpaqda yaşama müddətinin eksperimental tədqiqi test-obyektlərin qoyulması metodu ilə aparılmışdır. Nəticələrin statistik işlənməsi χ2 meyarının köməyi ilə həyata keçirilmişdir.
Nəticələrvəonlarınmüzakirəsi.Əhalinin sayına və sahəsinə görə Bakı ölkənin ən iri şəhərlərindən biridir. Şəhər qəsəbələri əhalini həyətyanı sahələrdə yetişdirilən göyərti, tərəvəz, giləmeyvə və s. ilə təchiz edir. Bu sahələrdə çirkab sularının və ayaqyolu quyularının möhtəviyyatının gübrə qismində istifadə edilməsi, gözlənildiyi kimi, onların çirklənməsinə gətirib çıxarır və geohelmintozların yayılması üçün zəmin yaradır. Bakı şəhərində ətraf mühit obyektlərindən götürülmüş nümunələrin müayinəsinin nəticələri cədvəl 1-də təqdim edilmişdir.
Sanitar-helmintoloji müayinələrdə qəbul edildiyi kimi, aşkar edilmiş yumurta və sürfələrin sayı müayinə olunan 1 kq torpağa görə hesablanmışdır. Torpaq nümunələri daha çox çirklənmişlər (28,5%): 1 kq torpaqda orta hesabla 44,3 askarid və 32,2 tükbaş qurd yumurtaları aşkar edilmişdir, bu zaman aşkar edilən bütün yumurtaların 8-9,8%-i invazion olmuşdur. Ayrı-ayrı yaşayış məntəqələrində torpağın askarida yumurtaları ilə çirklənməsi 13,1 ilə 98,5 arasında, tükbaş qurd yumurtaları ilə - 9,6 ilə 64,1 arasında dəyişmişdir.
Torpaqda askarid yumurtlarının inkişaf və yaşama müddətini tədqiq etmək üçün eksperimental sınaqlar qoyulmuşdur. Əldə olunan məlumatlar göstərmişdir ki, onlar torpağın dərinliyindən, mövsümdən və iqlim qurşağından asılıdır. Aşkar edilmiş fərqlər müayinə olunan 1 kq torpaqda qeydə alınan yumurta və sürfələrin miqdar göstəriciləri ilə tam üst-üstə düşür, bu zaman onların əksər hissəsi həyat qabiliyyətini saxlamış və hətta invazion olmuşdur (cədvəl 2).
Cədvəl № 1.
Ətrafmühitobyektlərindəngötürülmüşnümunələrin geohelmintozlarınyumurtalarınavəsürfələrinəgörəmüayinəsininnəticələri.
Müayinə obyekti |
Müayinə olunan nümunələrin sayı |
Müsbət nümunələrin sayı |
Aşkar edilmiş yumurta və sürfələrin 1 kq torpağa görə hesablanmış sayı |
|||||
müt. |
% |
askarid |
tükbaş qurd |
|||||
cəmi |
invazion |
cəmi |
invazion |
|||||
Torpaq |
1136 |
324 |
28,5±4,3 |
45,0 |
4,4 |
32,3 |
2,6 |
|
Göyərti |
350 |
43 |
12,3±5,8 |
3,9 |
0,9 |
2,2 |
0,5 |
|
Tərəvəzlər |
207 |
22 |
10,6±5,1 |
1,7 |
0,3 |
1,0 |
0,2 |
|
Giləmeyvələr |
96 |
6 |
6,3 |
1,1 |
0,5 |
0,7 |
0,3 |
|
Meyvələr |
84 |
2 |
2,4 |
0,2 |
0,05 |
0,1 |
0,02 |
|
Dəniz suyu |
114 |
- |
- |
- |
- |
- |
- |
|
Cədvəl № 2.
Torpaqda aşkar edilmiş geohelmintlərin yumurta və sürfələrinin embriogenezinin mərhələləri
Embriogenezin mərhələləri |
Geohelmintlərin yumurta və sürfələri |
|||
askaridlər |
tükbaş qurd |
|||
Müt. |
% |
Müt. |
% |
|
Deformasiya olunmuş |
51 |
26,3±3,2 |
70 |
32,9±3,2 |
İnkişaf etməyən |
29 |
14,9±2,6 |
40 |
18,8±2,7 |
Müxtəlif inkişaf mərhələlərində |
69 |
35,6±3,4 |
71 |
33,3±3,2 |
İnvazion |
45 |
23,2±3,0 |
32 |
15,0±2,5 |
Cəmi |
191 |
100,0 |
213 |
100,0 |
Nəcis kütlələri ilə torpağın sistematik çirklənməsini o fakt təsdiq edir ki, onlardan hər ay geohelmintlərin inkişaf etməyən (təzə xaric olunan) yumurtaları ayırd edilmişdir. Nümunələrin götürüldüyü mövsümdən asılı olaraq, onların çirklənmə dərəcəsi eyni deyildir: sentyabr ayından aprelə qədər torpaqda askarid yumurtalarının ən çox miqdarı aşkar edilmişdir, maydan avqusta qədər isə o, xeyli azalmışdır. Lakin tükbaş qurdun yumurtalarının ayırd edilməsi zamanı belə qanunauyğunluq nəzərə çarpmamışdır. Deyilənləri biz parazitlərin biologiyası, məhz insan orqanizmində onların yaşama müddəti ilə izah edə bilərik. Məlum olduğu kimi, askariddə bu müddət 1 ildən çox deyildir, tükbaş qurdda isə 5 il və daha çox təşkil edir. Görünür ki, yayda orqanizmdən yetkin askaridlərin çox böyük miqdarda xaric olması baş verir, yeni nəsildən olan askaridlər isə cinsi yetkinlik dövrünə çatmırlar (kütləvi yoluxma yazda baş verərsə), bu isə may-avqust aylarında torpağın askarid yumurtaları ilə çirklənməsinin azalmasına gətirib çıxarır.
Abşeron yarımadasında yay ayları (iyunun ikinci yarısı, iyul, avqust, sentyabrın birinci yarısı) yüksək temperatur və aşağı rütubət üzündən yumurtaların inkişafı üçün əlverişsizdir və onların əksər hissəsi məhv olur (bu dövrdə invazion yumurtalar yalnız yaxşı gölgələnmiş və nəmlənmiş sahələrdən götürülmüş nümunələrdə aşkar edilmişdir). Payızda isə yumurtaların əksəriyyəti temperaturun aşağı düşməsi ilə əlaqədar inkişaf etməyə macal tapmır, embriogenezin müxtəlif mərhələrində qışlayır və növbəti ilin yazında öz inkişaflarını başa çatdırırlar. Qışda həmçinin payızda inkişalarını baş çatdıra bilən invazion yumurtalar da qışlayırlar. Yumurtaların inkişafı üçün iqlim şəraiti aprel, may və qismən iyun ayında daha əlverişlidir. Bununla əlaqədar olaraq, məhz bu aylarda invazion yumurtaların maksimal sayı aşkar edilmişdir.
Beləliklə, müəyyən edilmişdir ki, Bakının şəhərətrafı və rekreasiya zonalarında ətraf mühit oyektləri geohelmintozların yumurtaları ilə sistematik şəkildə çirklənirlər ki, bu da əhalinin həmin helmintlərlə kifayət qədər yüksək səviyyədə invaziyalaşmasını şərtləndirir. Əhalinin askaridoz və trixosefalyoz ilə yoluxması il boyu mümkündür, lakin daha çox aprel-iyun aylarında reallaşır ki, bu zaman ətraf mühit obyektləri invazion yumurtalarla intensiv şəkildə çirklənmiş olur və kənd təsərrüfatı işləri ilə əlaqədar (suvarma, cərgəarası alaq, məhsulun toplanması) əhalinin onlarla tez-tez təması baş verir. Askaridozun və trixosefalyozun ötürülməsində böyük miqdarda və çox vaxt çiy, yaxşı yuyulmamış şəkildə istifadə edilən göyərti və giləmeyvələr (çiyələk) mühüm rol oynayır. Deyilənlərin hamısı ətraf mühitin helmintlərin yumurtaları ilə çirklənmədən mühafizəsinə yönəldilmiş sanitar tədbirlərin vacibliyini və əhəmiyyətini göstərir.
Geohelmintozlar zamanı aparılan profilaktik tədbirlər kompleksində helmintlərin yumurtaları ilə çirklənməsindən ətraf mühitin mühafizəsi və əhalinin ekoloji və gigiyenik mədəni səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Biz insanın yaşayış mühitinin geohelmintozların törədiciləri ilə çikrlənməsindən mühafizəsini təmin etməyə və bununla da yeni yoluxma risklərini azaltmağa və ya istisna etməyə yönəldilmiş ekoloji-parazitoloji monitorinq sistemini işləyib hazırlamışıq. Bu müayinə məlumatlarının istifadə edilməsi bizə geohelmintozların profilaktikası üzrə tədbirlər sistemini təkmilləşdirməyə imkan vermişdir ki, o da aşağıdakı bloklardan ibarətdir:
- Sanitar-helmintoloji monitorinq bloku – buraya geohelmintozlar zamanı əhalinin iqlim, sosial və istehsalat yaşayış şəraiti üzrə epidemioloji vəziyyətin informasiya təminatı daxildir;
- Əhali arasında geohelmintozların yayılması üzərində cari və operativ laborator nəzarət və əhalinin yaşayış mühiti üzərində sanitar-helmintoloji nəzarət;
- Ətraf mühitin (torpaq, natəmizliklər, çirkab suları, çirkab sularının çöküntüləri, bərk məişət tullantıları) geohelmintozlardan sağlamlaşdırılma üzrə hər iqlim-coğrafi zonalar üçün tədbirlər kompleksi;
- Aparılan işin nəticələrinin effektivliyinin qiymətləndirilməsi və tədbirlərin korreksiyası.
Beləliklə, insanın ifrazatlarının və zərərsizləşdirilməmiş heyvan peyininin gübrə kimi istifadə edilməsi, çirkabların və məişət zibillərinin vaxtında toplanmaması, daşınmaması və utilizasiya edilməməsi torpağın geohelmintlərin yumurta və sürfələri ilə intensiv çirklənməsinə gətirib çıxarır (xüsusilə kənd tipli qəsəbələrdə). Bu, insanların (çox vaxt uşaqların) geohelmintozlarla yüksək yoluxma riskini şərtləndirir. İnsanlar arasında geohelmintozların yayılmasının qarşısının alınması məqsədilə insanın təsərrüfat-məişət fəaliyyəti oyektlərində sanitar-parazitoloji müayinələrin sürətləndirilməsi, itlərin sayının tənzimlənməsi, uşaq müəssisələrinin ərazisinin heyvanların oraya girmələrinin qarşısının alınması məqsədilə sərhədlənməsi, natəmizliklərin və məişət zibilinin toplanması, daşınması və utilizasiyasının təşkil edilməsi, bitki məhsullarının səylə yuyulduqdan sonra istifadə edilməsi, torpaqla təmasdan sonra gigiyenik prosedurların mütləq aparılması və şəxsi gigiyena qaydalarına riayət edilməsinin zəruriliyinə dair əhali arasında sanitar təşviqatının artırılması vacibdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Артамошин А.С., Ходаева В.И. Возможности влияния климатических показателей на распростра-нение и интенсивность очагов некоторых гельминтозов человека // Медицинская паразитология и паразитарные болезни, 2008, № 1, с.54-58
2.Белова Е.Г. Бунаков А.В., Самофалова Н.А., Новосильцев Г.И. Методическое обеспечение санитарно-паразитологического контроля качества природной и питьевой воды // Медицинская паразитология и паразитарные болезни, 2008, №4, с.15-17
3.Дункан Мара, Сэнди Кэрнкросс. Руководство по безопасному использованию сточных вод и экскрементов в сельском хозяйстве и аквакультуре. Женева: ВОЗ, 2011, 216 с.
4.Евдокимов В.В. Методические подходы к оптимизации системы паразитологической безопасности среды обитания населения на проблемных территориях инвазии // Здоровье населения и среда обитания, 2010, № 2, с.19-21
5.Клеусова Н.А., Проскурякова A.M. Влияние естественных и антропогенных факторов на загрязнение среды г. Читы яйцами токсокар. Чита, 2012, 6с.
6.Халафли Х.Н. Распространенность кишечных паразитов среди детского населения Баку // «Проблемы социальной гигиены, здравоохранения и истории медицины», Москва, №4 2014, стр.47-51
7.Халафли Х.Н. Медико-социальная значимость кишечных паразитозов у детского населения Азербайджана // Российский вестник перинатологии и педиатрии, Москва, 2014, №3, стр.112-116
8.Чобанов Р.Э., Агаев И.А., Халафли Х.Н. Саморегуляция эпидемического процесса при гельминтозах и влияние на нее интенсивных миграционных процессов. Журнал химия, биология, медицина, 2000, №3, с.95-99.
9.Яровой П.И., Зубчук М.П., Токмалаев А.К. Справочник по медицинской гельминтологии. Кишинев; Картя Молдовеняске, 1999; 288 с.
10.Anderson R. M. and May R.M. Infectious Diseases of Humans. Oxford, Oxford University Press, 2008, 234 р.
11.De Silva N., Guyatt H., Bundy D.A.P. Anthelmintics: a comparative review of their clinical pharmacology. Drugs, 2009, №4, р. 769–788.
12.Warren K.S. Helminthes infection. Disease control priorities in developing countries, Oxford, University Press, 2010, 120р.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı