CİRƏ (CUMINUM L.) BİTKİSİ VƏ ONDAN ALINAN EFİR YAĞININ ANTİMIKROB TƏSİRİ

15-05-2017

Açar sözlər: Cuminum L., efir yağları, antifunqal və antibakterial təsir

Son zamanlar bitkilərdən alınan efir yağlarının öyrənilməsinə mühüm yer verilir. Çoxsaylı tədqiqat işləri sayəsində müəyyən edilmişdir ki, efir yağları və onların komponentləri geniş diapazonlu antimikrob aktivliyə malikdirlər [1-3].

Cinnamomum kotoense gövdəsinin oduncaqından 5 yeni maddə: kotolakton A və B, sekokotomolid, kotodiol və 2-asetil-5-dodesilfuran, həmçinin 36 məlum birləşmələr alınmışdır. Alınmış butanolidlər, izoobtuzilakton A və linkomolid B in vitro vərəm mikobakteriyalarına təsiri müəyyən edilmişdir [4]. Toz ağacı qabığının quru ekstraktından alınmış betulinolun vərəm əleyhinə təsiri müəyyənləşdirilmişdir. Belə ki, siçan orqanizmində vərəm (Mycobacterium tuberculosis) infeksiyası yaradılmış və  betulinolla təsir edilmişdir. Betulinol M.tuberculosis-in inkişafına inhibisiya etmişdir. Eyni nəticə “in vitro” tədqiqatlarda da alınmışdır [5]. Bitki antibiotiklərinin təsirindən toksinlərin neytrallaşması faktı da məlumdur.Belə ki,A.farnesiana və A.ludoviciana-nın etanol ekstraktı V.cholerae –nın O 1 və O 139 ştamlarının inkişafını ləngitməklə yanaşı, onun zəif konsentrasiyaları vəba toksininin təsirini də inhibisiya edir [6].

Efir yağları antibiotiklərin antimikrob təsirini qüvvətləndirir. Lavandula Latifolia Medik, Aniba posaeodora Ducke, Eucalyptus viminalis Lobill., E.globulus Labill., Abies sibirica Ledeb. bitkilərindən alınmış efir yağları Stenotrophomonas maltophilia, Pseudomonas aeruginosa, Asinetobacter Baumannii və Klebsiella Pneumoniae –ya qarşı müxtəlif dərəcədə antimikrob təsirləri ilə yanaşı, onların əksər halda antibiotiklərin təsirini gücləndirildiyi qeyd edilir. Göstərilən efir yağları aminoqlikozidlər və beta-laktam həlqəsi olan antibiotiklərlə sinergetik effekt göstərmişdir. Tədqiqatçılar bu faktı mikroorqanizmlərin  antibiotiklərə qarşı davamlılığın yaranma ehtimalını azalda biləcəyini bildirirlər [7].

Cirənin xalq təbabətində müəyyən yeri vardır. Soyuqdəymə zamanı cirə toxumlarının dəmləməsindən yumşaldıcı, bəlğəmgətirici kimi istiadə edilir, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalı bir dərman kimi istifadə edilir. Cirə həzm traktının motor və sekretor fəaliyyətini stimulyasiya edir, ana südünü artırır, zəif dezinfeksiyaedici təsirə də malikdir. Cirə yağından və onun komponentlərindən ətriyyat, qida və əczaçılıq sənayesində, meyvələri tibbdə və qida sənayesində, heyvanların və quşların yemləndirilməsi üçün jmıx alınmasında istifadə edilir [8].

          Cirə (Cuminum сyminum L.) – kərəvüzkimilər (Apaiaceae) fəsiləsinə aid bitkidir, iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Cirənin vegetasiya müddəti 120-150 gün çəkir. Cirə toxumu torpaqda 4-5°C temperatur olduqda inkişafa başlayır. Cücərtiləri -7°C temperatura dözümlüdür. Toxumun cücərməsi və vegetasiyası üçün optimal temperatur 20-25°C-dir [8].

Cirədən alınmış efir yağlarının da qrammüsbət və qrammənfi bakteriyalara, həmçinin C.albicans-a güclü antimikrob təsiri bir sıra tədqiqatlarda göstərilmişdir. Cirə tərkibində 2,5 – 4,0% efir yağı və 16-22 % piyli yağ olan toxumlarına görə becərilir. Bu yağın 80 %-ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir.

          Müxtəlif  bitkilərdən alınan efir yağları və onların müəyyən komponentlərinin əhəmiyyətliliyini nəzərə alaraq, bu tədqiqat işi cirədən alınmış efir yağlarının antifunqal və antibakterial təsirinin öyrənilməsinə həsr edilmişdir.

Tədqiqatın material və metodları: Cirənin tərkibindəki efir yağının antimikrob təsiri seriyalı-durulaşma üsulu ilə öyrənilmişdir.

Tədqiqatda Candida albicans, Staphylococcus aureus və Escherichia coli ştamlarından istifadə edilmişdir. Ştamlar Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının nəzdində fəaliyyət göstərən özəl laboratoriyaya müraciət etmiş pasiyentlərin fekalisindən alınmışdır. Alınmış C.albicans kulturası Saburo mühitində, S.aureus yumurta-sarılı-duzlu aqarda və E.coli endo mühitində 37°C temperaturda kultivasiya edilmiş, morfoloji, kultural və biokimyəvi xüsusiyyətlərinə görə identifikasiya edilmişdir. Təcrübələrdə C.albicans-ın 2 sutkalıq, S.aureus və E.coli-nin ətli-peptonly aqarda inkişaf etmiş 1 sytkalıq kulturalarından suspenziyalar hazırlanmışdır.  Təcrübələrdə Candidaların 1ml-də 107, bakteriyaların isə 1 ml-də 108KƏV miqdarından istifadə edilmişdir.

Efir yağının mikrobisid təsirini öyrənmək üçün 3 sınaq şüşəsindən ibarət üç cərgə götürülmüşdür. Hər cərgənin birinci sınaq borusuna cirənin 3%-li spirtli, ikinciyə 3%-li sulu məhlulu tökülmüşdür. Kontrol məqsədilə nəzərdə tutulmuş üçüncü sınaq boruları isə yalnız 3%-li spitli məhluldan istifadə edilmişdir. Sonra birinci cərgənin sınaq şüşələrinə C.albicans, ikincilərə S.aureus, üçüncülərə isə E.coli suspenziyasından 0,1ml miqdarda əlavə edilmişdir. Qarışdırıldıqdan sonra hər 5, 10, 15, 30, 40 və 60-cı dəqiqələrdə müvafiq qidalı mühitlərin səthinə ştrixlə inokulyasiya edilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi: Cirə toxumundan alınmış efir yağının 3%-li sulu məhlulu ilə aparılan təcrübələrdə mikrobisid təsir qeydə alınmamışdır. Efir yağının 3%-li spirtli məhlulunun təsirinə məruz qalmış C.albicans, S.aureus və E.coli kulturaları ekspozisiyanın ilk dəqiqələrindən etibarən inkişaf etməmişdir. Kontrol cərgədə göstərilən mikroorqanizmlər ekspozisiyanın sonuna kimi inkişaf etmişdir. Alınmış nəticələr 1-ci cədvəldə verilmişdir.

Cirə gülündən alınmış efir yağlarının da mikrobisid təsiri öyrənilmiş, alınan nəticələr ikinci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi, cirə gülündən alinmiş efir yağının antimikrob xüsusiyyəti cirə meyvəsindən alınmış efir yağına görə zəifdir. Belə ki, cirə gülündən alinmiş efir yağı mikroorqanizmlərin inkişafına dərhal təsir etmir. Bakteriyalar, qrammənfi və ya qrammüsbət xüsusiyyətlərindən asılı olmadan, ekspozisiyanın 5 və 10-cu dəqiqəsində inkişaf etmiş, yalnız 15-ci dəqiqədən etibarən inkişaf dayanmışdır. C.albicans kulturasında isə ekspozisiyanın 5, 10 və 15 dəqiqələrində inkişaf qeydə alındığı halda, yalnız 30-cu dəqiqədən etibarən  inkişaf olmamışdır.

Cədvəl  № 1.

Cirə toxumundan alınmış efir yağının mikroorqanizmlərə təsiri

 

3%-li spirtli məhlul

3%-li sulu məhlul

Kontrol

 

10´

15´

30´

40´

60´

10´

15´

30´

40´

60´

10´

15´

30´

40´

60´

C.albi

cans

-

 

-

-

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+

S.au

reus

-

-

-

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+

E.coli

-

-

-

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+


Beləliklə, aparılan tədqiqat işi, cirədən alınış efir yağlarının həm antibakterial, həm də antifunqal təsirini bir daha təsdiq edir. Həmçinin cirə meyvəsindən alınmış efir yağının daha əhəmiyyətli antimikrob təsirə malik olduğunu göstərir.

Cədvəl2.

Cirə gülündən alınmış efir yağının mikroorqanizmlərə təsiri

 

3%-li spirtli məhlul

3%-li sulu məhlul

Kontrol

 

10´

15´

30´

40´

60´

10´

15´

30´

40´

60´

10´

15´

30´

40´

60´

C.albi

cans

+

+

+

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+

S.aure

us

+

+

-

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+

E.coli

+

+

-

-

-

-

+

+

+

+

+

+

+

+

+

+

+

+

Məlumdur ki, tibbi praktikada mikroorqanizmlərin törətdikləri xəstəliklərin müalicəsində müxtəlif tərkibli mikrobəleyhinə preparatlardan geniş istifadə edilir. Bu zaman dərman preparatlarının makroorqanizmə əlavə təsirləri yarana bilir, həmçinin də mikroblarda rezistentlik formalaşır. Yuxarıda qeyd edildiyi kimi, efir yağları antimikrob təsirlərilə yanaşı, həm də istifadə edilən bəzi antibiotiklərin təsirini də gücləndirir [9]. Yaşıl çayın 40%-li qlikol ekstraktı S.mutans-a mikrobisid təsir göstərdiyi halda, E.coli və C.albicans-a təsir göstərmir. Yaşıl çay ekstraktına hidroksianizol butilatın fenol antioksi-dantının inhibisiyaedici dozadan az miqdarda əlavə edilməsi S.mutans-a qarşı bakterisid aktivliyi yüksəldir, E.coli və C.albicans-a qarşı antimikrob təsiri isə induksiya edir [10]. Eləcə də mikroorqanizmlərin patogenlik amillərinə inhibisiyaedici təsiri aşkar edilmişdir [11, 12]. Efir yağlarının göstərilən xüsisiyyətlərilə yanaşı, makroorqanizmə  təsri də məlimdur. Belə ki, tozağacı qabığının quru ekstraktından alınmış betulinolun vərəm mikobakteriyasına təsirlə yanaşı, vərəmlə yoluxmuş siçanların ağciyər, qaraciyər və dalağında  reparativ proseslərə müsbət təsir etdiyi sübut olunmuşdur [6].

Bitkilərdən alınmış efir yağları və onların müxtəlif komponentlərinin antimikrob xüsusiyyətlərinin öyrənilməsi bir daha göstərir ki, onlar antimikrob preparatların yaradılması üçün perspektivli ola bilər.

Efir yağları göstərilən xüsusiyyətlərinə görə, mikroorqanizmlərin antibiotiklərə rezistentliyi probleminin həllində və infeksion xəstəliklərin kompleks müalicəsində əlavə dərman preparatı kimi istifadə edilməsində tövsiyə edilə bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. ТкаченкоК.Г.,  Казаринова Н.В., Шкиль Н.А., Чупахина Н.В. Эфирные масла как средства дезинфекции в ветеринарии. // Научные ведомости Белгородского государственного университета. Серия Естественные науки. № 11 (66) 2009. Вып. 9 (1). С. 65 - 71.

2. Ткаченко К.Г. Эфирномасличные растения и эфирные масла: достижения и перспективы, современные тенденции изучения и применения. // Вестник Удмурдского университета. Биология: науки о земле. 2011. Вып. 1. С. 88 – 100.

3. Пронченко Г.Е., Вандышев В.В. Растения – доноры БАД за и против. ГЭОТАР-Медиа,  2010,  216 с.

4. Chen Fu-Chi, Peng Chien-Fang, Tsai İan-Lih, Chen İh-Sheng. Antitubercular constituents from the stem wood of Cinnamomum kotoense. // J.Natur.Prod. 2005, 68, №9 p.1318-1323.

5. Демихова О.Б., Балакшин В.В., Преснова ГА., Бочарова ИВ., Лепеха Л.Н., Черноусова Л.Н., Смирнова Т.Г., Поспелов Л.Е.,Чистяков А.Н. Изучение антимикобактериальной активности сухого экстракта бересты на модели экспериментального туберкулеза у мышей. // Пробл.туберкулеза и болезней легких. 2006, № 1, стр.55-57.

6. Garsia Santos, Alaruon Ginebra, Rodriguez Cristina, Heredia Norma. Extracts of Acasia farnesiana and Artemisia ludoviciana inhibit growth, enterotoxin production and adhesion of Vibrio cholerae. // J.Microbiol. and Biotechnol. 2006, v.22, №7, p.669-674.

7. Жученко Е.В., Семенова Е.Ф., Маркелова Н.Н., Шпичка А.И., Князькова А.А. Влияние эфирных масел на микроорганизмы различной таксономической принадлежности в сравнении современными антибиотиками. Сообщение III: действие масел лаванды, розового дерева, эвкалипта, пихты на некоторые грамотрицательные бактерии. // Известия высших учебных заведений. Поволжский регион. Биология, 2015, №1, (9), стр.30-41.

8. Шкиль Н.А., Чупахина Н.В., Казаринова Н.В., и др. Влияние эфирных масел на изменение чувствительности микроорганизмов к антибиотикам. // Растительн. Ресурсы, 2006, 42, № 1, с.100-107.

9. Somonetti G., Somonetti N., Villa A. İncreased microbicidal activity of green tea (Cameliia sinensis) in combination with butylated hydroxianisole. // J.Chemother, 2004, 16, № 1, p.122-127.

10. Garsia Santos, Alaruon Ginebra, Rodriguez Cristina, Heredia Norma. Extracts of Acasia farnesiana and Artemisia ludoviciana inhibit growth, enterotoxin production and adhesion of Vibrio cholerae. // J.Microbiol. and Biotechnol. 2006, v.22, №7, p.669-674 .

11. Капустина О.А., Карташова О.Л. Факторы патогенности грибов рода Candida и возможность их регулции эфирными маслами. // Бюллетень Оренбургского научного центра УрО РАН. (электр.журнал), 2013, № 1, с.1-10.


Müəlliflər:
S.Q. Cəlilova
Z.Ö. Qarayev
S.A. Muradova

Digər jurnal və qəzetlər