AĞIZ QOXUSU VƏ AĞIZ GİGİYENASI, AĞIZ SAĞLAMLIĞI, DEMOQRAFİK, DAVRANIŞ VƏ PSİXOLOJİ FAKTORLAR ARASINDAKI ƏLAQƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ

24-03-2017

Ağız qoxusu halitozis, oral malodor, foetor ex ore, foetor orıs, bad breath olaraq da adlandırılmışdır [1]. Halitozis, ağız içi və ya ağız xarici qaynaqlı  xoş olmayan nəfəs qoxusunu təsvir etmək üçün istifadə edilən ümumi bir termindir. Oral malodor isə xüsusilə ağız boşluğundan çıxan qoxunu təsvir etmək üçün istifadə edilmişdir. Ağız qoxusu cəmiyyətin böyük bir hissəsini təsir etməkdədir, ictimai və psixoloji çətinliklərə səbəb olmaqdadır. Ağız qoxusu problemi insanların bir-birləri ilə olan əlaqələrini təsir etdiyi üçün inkişaf etmiş ölkələrdəki insanlar bu problemə daha çox diqqət etməkdədir. Ağız qoxusunun fərqli ölkələrdəki yayilmasını göstərən məlumatlar cədvəl 1-də göstərilmişdir [2].

Material və metod:  Tədqiqat işində  iştirak edən fərdlər 2015 - 2016 tarixləri arasında Qazi Universiteti Diş Həkimliyi Fakültəsinə müxtəlif periodontal və ağız qoxusu şikayəti ilə müraciət edən, xroniki periodontitis diaqnozu qoyulan şəxslər ilə digər dental şikayətlərlə  müraciət edən  periodontal baxımdan sağlam fərdlər tərəfindən yaradılmışdır. Tədqiqat işində iştirak edən xroniki periodontitis xəstələrinin diaqnozu, 1999-cu ildə Amerikan Periodontoloji Akademiyası (AAP) tərəfindən qəbul edilən meyarlar nəzərə alınaraq qoyulmuşdur [3].

Tədqiqat nəticəsində  bir-birinə qonşu olmayan ən az 6 dişində ≥5 mm ataşman itkisi təsbit edilən və panoramik-periapikal radyoqrafik alınaraq edilən araşdırmalar nəticəsində vertikal və ya horizontal sümük itkisi görülən xəstələr xroniki periodontitis qrupuna daxil edilmişdir.  Xəstələrdən başlanğıcda ağız qoxusu, organoleptik test və Winkel dil kaplama indeksi (WDKI) ölçümləri edilmişdir. Organoleptik ölçümlərlə əldə edilən 2 və 2-dən çox, Winkel dil kaplama indeksi 4 və 4'den çox, Halimeter hesablamaları 125 ppb'den yüksək  olan fərdlər ağız qoxusu olan xroniki periodontitis qrupuna və aşağı olanlar isə ağız qoxusu olmayan xroniki periodontitis qrupuna daxil edilmişdir [4,5]. İlk seansda bütün xəstələrdən ətraflı sistemik və dental anamnez alınıb fərdlərin yaşı və cinsiyyət məlumatları, oral gigiyena vərdişləri, ağız qoxusu şikayəti və hər hansı bir sistemik narahatlığa sahib olub olmadığı qeyd edilmişdir. (Cədvəl 2). Sistemik anamnez alındıqdan sonra edilən nəticələrə  uyğun olaraq seçilən 25 ağız qoxusu olan xroniki periodontitis (Qrup1- AK (+)), 25 ağız qoxusu olmayan xroniki periodontitis (Qrup2- AK (-)) və 25 periodontal baxımdan sağlam (Qrup3 - Control) fərd işə daxil edilərək ümumi 3 fərqli iş qrupu yaradılmışdır. Tədqiqat işimizə 37'si qadın 38'si kişi olmaq üzrə cəmi 75 fərd daxil edilmişdir (Cədvəl 3).

Cədvəl  № 1.

Ağız qoxusu  prevalansı

Ölkə

  Tədqiqat  qrupu

Dəyərləndirmə  metodu

    %

Yaponiya

Miyazaki və b.

Ağız qoxusundan şikayətçi  olan insanlar

24

ABŞ

Van Stenberg və b.

Sabah ağız qoxusu hissətmə

50

Fransa

Frezinos və b.  

Ağız qoxusu olduğunu bildirən insanlar

22

İsveç

Söder və b.  

Organoleptik şkala ile dəğərləndirmə

2.4

Səudiyyə Ərəbistanı

Almas və b.  

Ağız qoxusunu özü  hiss edən

% 44 kişi,

%32qadın

Nigeriya

Arowojulo ve Dousa

Ağız qoxusunu hakim muayenə eden

14.5

İsrail

Levin L və Rosenberg

Ağız qoxusu olduğunu bildirən insanlar

6.3

Çin

Liu və b.

Organoleptik test ile dəğərləndirmə

27.5

Hindistan

Ashwath və b.

Ağız qoxusunu özü  hiss edən

%44kişi, %45.32 qadın

Kuveyt

Al-Annsari və b.  

Ağız qoxusunu özü  hiss edən

23.3

Türkiyə

Nalçacı və b.

Organoleptik test ile dəğərləndirmə

14.5

 

Cədvəl2.

stəaid demoqrafik, davranış, psixoloji, oral gigiyena və  ağız sağlamlığı viyyəsinə bağsuallar

 Demografik  Faktorlar

1.Yaş
2. Cins
3.Təhsil vəziyyəti (məktəb, lisey, universitet)
4.Sistemik xəstəliklər

 Davranış  Faktorları

1. Sigaret istifadəsi   a) bəli  b) xeyr

Psixoloji Faktorlar

1.Ağız qoxusu olduğunu bilirmi?  a) özü fərq etmiş  b) başqası söyləmiş
2.Ağız qoxusu üçün müalicə görmüşmü?  a) bəli  b) xeyr

Oral Gigiyena Səviyəsi

1.Diş fırçalama sıxlığı
2.Diş ipi, ara yüz fırçası istifadə sıxlığı

 Ağız Sağlığı Durumu

1.Diaqnoz (xroniki periodontitis, sağlam)
2.Diş həkiminə getmə tezliyi
3.Ən son nə vaxt diş həkiminə getmiş

 

Tədqiqat işində xəstələrdən alınan oral  gigiyena məlumatlarına görə; tədqiqat işinə daxil edilən fərdlərin 16.4 %  ilk məktəb, 32.7 % lisey və 50.9 %  universitet məzunu olaraq müəyyən edilmişdir(Cədvəl 5).Tədqiqat işinə daxil edilən xəstələr qiymətləndiril-diyində bunların 27.3 % gündə 1 dəfə və 72.7 % gündə iki dəfə dişlərini fırçaladıqlarını bəyan etmişlər (Cədvəl 6). Tədqiqat işinə daxil edilən şəxslərin hamısı qiymətləndirildiyində bunların 25.5 %  diş ipi və ara yüz fırçası istifadə etmir, 43,6 % gündə bir dəfə istifadə etdiyini və  30,9% isə gündə iki dəfə istifadə etdiyini ifadə etmişdir. Tədqiqat işinə daxil edilən şəxslərin hamısı qiymətləndirildiyində bunların 25.5 %  diş ipi və ara yüz fırçası istifadə etmir, 43,6 % gündə bir dəfə istifadə etdiyini və  30,9 % isə gündə iki dəfə istifadə etdiyini ifadə etmişdir

Cədvəl  № 3.

Çalışma Qrupları

Qruplar

Qrup 1

Qrup 2

Qrup 3

Periodontal vəziyyət

xroniki periodontitis

xroniki periodontitis

Sağlam

Ağız qoxusu

AQ (+)

AQ (-)

Sağlam

Say

25

25

25

 Nəticələr:Tədqiqat işində iştirak edən xroniki periodontitis xəstələri və periodontal baxımdan sağlam fərdlərə aid demoqrafik məlumatlar cədvəl 4-də göstərilmişdir.

Cədvəl  № 4.

Qruplarda tirak edən rdlərin demoqrafik lumatları

 

 

 

Qrup1

AQ(+)

(Say-25)

 

Qrup2

AQ(-)

(Say-25)

 

 

Qrup3

Kontrol

(Say-25)

 

 

P

AQ(+)/AQ (-)

 

P

AQ(+)/

Kontrol

 

 

 

P

AQ(-)/ Kontrol

Qadın

(n=37)

 

12

 

12

 

13

 

 

 

Kişi

(n=38)

 

 

13

 

13

 

12

 

 

 

 

 

    Yaş

ortalaması

 (ort±std)

 

 

 

47,3±9,8

 

 

41,2±8,9

 

 

39,2±9,0

 

 

0.061

 

 

0.057

 

 

0.707

Qrup 1- AQ (+): Ağız qoxusu olan xroniki periodontitis qrupu 2 - AQ (-): Ağız qoxusu olmayan xroniki periodontitis qrupu 3 - Kontrol: Periodontal baxımdan sağlam qrup. P

 

Diaqram 1. Tədqiqat işində iştirak edən fərdlərin təhsil vəziyyəti

Diaqram 2. Tədqiqat işində iştirak edən fərdlərin diş fırçalama sıxlığı.

 

 Diş ipi və ara yüz fırçası işlətməyənlərin 64.3 % ağız qoxusu olan xroniki periodontitisli və 35.7 % isə ağız qoxusu olmayan xroniki periodontitisli qrupda iştirak edən fərdlərdən meydana gəlmişdir. Bir dəfə diş ipi və ara yüz fırçası istifadə 25 % ağız qoxusu olan xroniki periodontitisli və 75 % isə periodontal olaraq sağlam fərdlərin meydana gətirdiyi qrupda yer almışdır. Gündə iki dəfə diş ipi və ara yüz fırçası istifadə fərdlərin 58.8 % ağız qoxusu olmayan xroniki periodontitisli və 41.2 % isə periodontal olaraq sağlam qrupda yer almışdır. Tədqiqat işinə daxil edilən xəstələrdən alınan oral gigiyena məlumatlarına görə işə daxil edilən  şəxslərin 80 % ildə bir, 16,4 % 2 ildə bir və 3,6 % 3 ildə bir dəfə diş həkiminə getdiyini ifadə etmişdir. İldə bir dəfə diş həkiminə gedən fərdlərin 15,9 % ağız qoxusu olan xroniki periodontitis, 27,3% ağız qoxusu olmayan xroniki periodontitis və 56,8 % periodontal olaraq sağlam qrupda yer almışdır. İki ildə bir dəfə diş həkiminə gedən fərdlərin  77,8 %  ağız qoxusu olan xroniki periodontitisli və 22,2 % ağız qoxusu olmayan xroniki periodontitisli qrupda yer almışdır. Üç ildə bir dəfə diş həkiminə gedən fərdlərin  50 % ağız qoxusu olan xroniki periodontitisli və 50 % ağız qoxusu olmayan xroniki periodontitisli qrupda yer almışdır.

Tədqiqat işinə  daxil edilən xəstələrdən alınan oral gigiyena məlumatlarına görə  işə daxil edilən fərdləri  23,6 faizi ən son 6 ay, 70,9 % 1 il, 1,8 % 2 il, 3,6 %  isə 3 il əvvəl diş həkiminə getdiklərini ifadə etmişdir. 6 ay əvvəl diş həkiminə gedən fərdlərin 23,1 % ağız qoxusu olmayan xroniki periodontitisli və 76,9 % periodontal olaraq sağlam qrupda yer almışdır. Ən son 1 il əvvəl diş həkiminə gedən fərdlərin 33.3 % ağız qoxusu olan xroniki periodontitisli, 28.2 % ağız qoxusu olmayan xroniki periodontitisli və 38.5 % periodontal olaraq sağlam qrupda yer almışdır. Ən son 2 il əvvəl diş həkiminə gedən fərdlərin hamısı ağız qoxusu olan xroniki periodontitisli qrupda müəyyən edilmişdir. 3 il əvvəl diş həkiminə gedən fərdlərin 50 % ağız qoxusu olan xroniki periodontitisli, 50 % isə ağız qoxusu olmayan xroniki periodontitisli qrupda müəyyən edilmişdir.

Müzakirə  Ağız qoxusu cəmiyyətdə çox sayda fərdə təsir etməkdə olub, fərdlərə ciddi ictimai və psixoloji təsir göstərir. Bu mənada ağız qoxusu ictimai ünsiyyətdə əhəmiyyətli bir maneə törədici faktor olaraq qarşımıza çıxmaqdadır. Ağız qoxusu əhəmiyyətli bir sağlamlıq problemi olmaqla birlikdə, fərdlərin cəmiyyətdə ictimai və fərdi izolasyonuna səbəb olaraq, psixoloji problemlər də yaradır. Periodontal olaraq xəstəlikli fərdlərin sıxlıqla ağız qoxusundan şikayətçi olduqları bilinir. Edilən bir tədqiqat işində periodontal dərin ciblərdə hidrogen sülfit səviyyəsi tədqiq və bu cür dərin ciblərdə hidrogen sülfit dəyəri yüksək müəyyən edilmişdir [6]. Edilən bir digər tədqiqat işində 3 mm və üstündə cib dərinliyi ilə uçucu sulfid birləşmələri (USB) səviyyəsi arasında müsbət korrelyasiya tapılmışdır. Tədqiqat işində yer alan xəstələrə periodontal müalicə tətbiq olunduqdan sonra USB konsentrasiyasında azalma qeydə alınmışdır [7]. Rosenberg və b. etdiyi tədqiqat  işində bir və birdən çox diş bölgəsində 5 mm və üstündə cib varlığı olan fərdlərdə USB nisbətində 30 % səviyyəsində artım müəyyən edilmişdir. Miyazaki və b. etdiyi tədqiqat işində USB ilə periodontal ölçmələr və dil kaplama dəyərləri arasında müsbət korrelyasiya tapılmışdır. Yaşlı fərdlərdə ağız qoxusunun periodontal xəstəlik və dil səthindən qaynaqlandığı, gənc fərdlərdə isə ağız qoxusunun dil səthi ilə əlaqəli olduğu müəyyən edilmişdir[8]. Morita və b. etdiyi bir işdə periodontitis ilə ağız qoxusu və sülfit dəyərləri arasındakı əlaqə araşdırılmışdır. Uçucu sulfid komponentləri və organoleptik ölçü ilə qanama indeksi arasında statistik olaraq mənalı əlaqə etmişdir. Orta və irəli dərəcədə sümük itkisi varlığı ilə uçucu sulfid komponentləri dəyərləri arasında əhəmiyyətli korrelyasiya tapılmışdır [9]. Bu nəticələr ilə uyğun olaraq işimizdə də xroniki periodontitisli fərdlərdə ağız qoxusu yüksək müəyyən edilmişdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Sanz, M., Roldan, S., & Herrera, D.. Fundamentals of breath malodour. J Contemp Dent Pract, (2001) 2(4), 1-17.

2.Nassrawin, N. , Nabil F. Bissada, N. F.. Oral  malodor as a health and social problem. Jacobs Journal of Dentistry and Research. (2016) 3(1): 033

3.Armitage, G. C.. Development of a classification system for periodontal diseases and conditions. Annals of Periodontology, (1999) 4(1), 1-6.

4.Rosenberg, M., Septon, I., Eli, I.  Halitosis measurement by an industrial sulphide monitor. Journal of Periodontology, (1991). 62(8), 487-489.

5.Winkel, E. G., Roldan, S., Van Winkelhoff, A. J. Clinical effects of a new mouthrinse containing chlorhexidine, cetylpyridinium chloride and zinc‐lactate on oral halitosis. Journal of Clinical Periodontology, (2003). 30(4), 300-306.

6.Rizzo, A. A. The possible role of hydrogen sulfide in human periodontal disease. I. Hydrogen sulfide production in periodontal pockets. Periodontics, (1966).5(5), 233-236.

7.Tonzetich, J. Oral malodour: an indicator of health status and oral cleanliness. International Dental Journal, (1978). 28(3), 309-319.

8.Miyazaki, H., Sakao, S., Katoh, Y.,  Takehara, T. Correlation between uçucue sulphur compounds and certain oral health measurements in the general population. Journal of Periodontology, (1995). 66(8), 679-684.

9.Morita, M., Wang, H. L. Association between oral malodor and adult periodontitis: a review. Journal of Clinical Periodontology, (2001). 28(9), 813-819.


Müəlliflər:
B. Aliyev
Tüter Gülay

Digər jurnal və qəzetlər