SADƏ HERPES İNFEKSİYALARINDA AĞIRLAŞMALAR.
23-07-2017
Hepes infeksiyaları XXI əsrin başlanğıncından infeksion xəstəliklər sırasında geniş yayılmaqdadır. SHV-I-II tip virusların, xüsusən kiçik yaşlı uşaqlar arasında yayılma etimalı 70-90%- ə yüksəltmişdir (7,8). Törətdiyi müxtəlif patologiyalar-MSS-dən tutmuş veqetativ sinir sisteminə və daxili orqanları xüsusən dəri örtuyunu zədələyən viruslar sayılır. Dəri örtüyünün 40-45% -də gedən patoloji dəyişikliklərin əsası bu virusa söykənir (5,8). Xüsusən MSS–nin patologiyalarından, aseptik meningit, mielit, poliomielit və ensefalitlər kimi xəstəliklər fonunda, uşaqlar arasında əlillik dərəcələrinin artımını 45-50 % -ə çatdırmış olur (4,3). Dispanser qeydiyyatına alınan kiçik yaşlı xəstə uşaqların arasında virus- ensefalitlərinin xüsusi rolu vardir. Bu göstərici 20-25 % təşkil edir və əlilliklə yanaşı yüksək ölüm faizi də vermiş olur (2,5). Bu viruslar xüsusən serroz gedişli meninqoen-sefalitlərin 35%-nin ölümünə səbəb olur(16,5). Kilinik və laborator göstəricilərə görə lokal və yayilmis ensefalitərin: əsasən 15 %-i I-II tip herpetik virusların payına düşür (1). Bu viruslar orqanizmin hüceylərində ömürlük simbioz yaşadığı üçün törətdiyi infeksion prosesin gedişatı - latent, kəskin, yarim kəskin və xroniki formalarda olur. Xronik-gedişatlı klinki əlamətlər: daimi residivləşmə verən patalogiyalarda olur (6). Ona görə (I-II tip-SHV)-lar tipdə törətdiyi patalogiyanın ağır gedişatlarında ölüm halları artmış olur (3,4) . Ölüm halları daha çox 3-10 yaşlı uşaqlar arasında 10-15% artmaqla serroz meningoensefalitlərdə olur (3,8) Herpes infeksiyalar-kəskin respirator virus infeksiyalarından,grip ağırlaşmaları-dan sonra, liderlik edən yeganə viruslardır. Virusun orqanizmdə olduğu müddət orqanizmdə virusa qarşı əmələ gələn anticisimlərin kəmiyyət və keyfiyyətcə az olması –immun hüceyrələrdə,T.B.- limfositlərdə fizioloji dəyişiliklərə səbəb olur (4-6,7). Xəstəliyin müxtəlif ağırlaşmalarına-xüsusən ömürlük virusun, orqanlarda adoptasiyasına görə, xəstə uşaqlar dispanser qeydiyyatına götürülür.Tibbi statistikada bu virusların törətdiyi xəstəliklərdən dispanser qeydiyyatına alınan: sulu çiçək, infeksion mononukleoz, genital herpes xəstəlikləri kontagiozluğla yanaşı neonatal yoluxma ilə də uşaq orqanizmində çoxalmasına təsir edir (8). Ümumi neonatal yoluxmanın hesabına.Atipik pnevmaniyanın 60-70%-i, BH virusların hesabına olur. Yeni dogulmuş uşaqlar arasında virusun uzun müddət qalması immundefisitli patalogiyaların formalaşmasına təsir edir (5). Belə uşaqlar demək olar ki, il müddətində 6 -7 dəfə həkim müayinə və müalicəsinə cəlb olunurlar (6). Sadə herpes viruslar: Xüsusən dəridə residivləşən dəri-səpgilərini etioloji amilidir (3):
1. Dəridə - sadə herpeslərə, herpesəbənzər ekzemalara, xoralı-nekrotik herpeslərin əmələ gəlməsinə səbəb olurlar.
2. Orofaringeal sistemin selikli qişalarında - stomatitlər, gingivitlər, faringitlərə və xeylitlərin təkrarlanmasına iştirak edirlər.
3. Yuxarı tənəffüs yollarında- kəskin respirator xəstəliklərə və residivləşmələrinə
4. Gözdə - keratit, keratokonyuktivit, irit, iridosiklitlərin gedişinə:
5. Urogenital orqanlarda - uretrit, sistit, vulvoganinit, servitlərin əmələ gəlməsinə
6. MSS-də: meningit, ensefalit, meninqoensefalitlər və mielitlərin ağır gedişinə:
7. Daxili orqanlarda: ezofaqit, pnevmoniya, hepatit, qlomerullonefitlər kimi ağır xronik xəstəliklərin demək olar ki, etioloji amilləridi I-II tip SHV-lardır.
Yuxarida qeyd olunan patologiyaların əksəriyyəti dispanser geydiyatında olan xəstə uşaqlar arasında immundefisitli patalogiyalar sayılır. Bu patologiyalar zəif inkişaf etmiş uşaqlar arasında, (4,5) dövri olaraq təkrarlanan və tez –tez rast gəlinən usaq patologiyaları sırasına daxildirlər.
Müayinə və metodlar :
Kiçik yaşlı (3-10 yaş arasında)
-Herpes infeksiyaların, kəskin gedişli kliniki formaları ilə yanaşı atipik formalarına, da çox rast gəlinir. Bu forma 30-40% təsadüf olunduğu üçün xəstəliyin klinika və diaqnostikasında çətinlik yaranır. Xüsusən kiçik yaşlı uşaqlar arasında dövri olaraq təkrarlanan ümümi əlamətlərə: - ümumi halsızlıq,subfebril hərarət, lokal, vezikulyoz səpkilər, daimi qaşınmanın və yandırıcı hissiyatın olması, nevroloji əlamətlərin, xüsusən soyuqdəymə hallarının tez-tez təkrərlanması olur: Bu xəstələrdə orqanizmin antibiotiklərə qarşı rezistentliyinin artımı kimi, kliniki görüntülərın uzun müddətli antibiotikoterapiya almasının nəticəsidir. Yuxarıda qeyd olunan xəstəliklərin çoxluğunu və kliniki müxtəlifliyini nəzərə alaraq kiçik yaşlı uşaqlar arasında( 3- 10 yaş) serroz .Ensefalitlə yanaşı və ensefalopatiyalı uşaqlarda müayinəyə cəlb olundu. Müayinəyə cəlb olunan (3-10) uşaqlar Uşaq Nevroloji Dispanserindən və Ə.F.Qarayev adına 2 saylı KUX-nın 1-ci neyroinfeksiya şöbəsində müayinə və müalicə olunan (3-10 yaşlı 30-uşaq) araşdırılmışdır. Meningit, meningoensefalit, ensefalit, poliomielit D-slu xəstələr in orta ağır gedişli müayinəyə cəlb olunmuşdur. Stasionar müayinə ilə yanaşı, 30 uşagin ambulator kartalar formalarda arasdirilmis, 30 xəstədən-10-da bakterial meningit, 5 xəstədə mikotik meningit, 10- xəstədə serroz meninqoensefalit və 5 xəstədə isə kəskin virus ensefaliti , təstiqlənmişdir. Meningitlə xəstələnmiş uşaqların hamısı – nevroloji reabilitasiya mərkəzində-müalicə də proflaktik nəzarətdədirlər. Agirlasmadan öncə 15 meninqoen-sefalitli usaqların əksəriyyətində, xüsusən aftoz stomatit, iridosiklit ,neyrodermit, eritrodermiya, kəskin respirator xəstəliklərdən-bronxotonzillit, bronxolaringit və sistit kimi xroniki xəstəliklərin olması geyd olunmuşdur. Bu usaqlar il müddətində 3-6 dəfə xəstələnmə hallarının olması agirlasmasinin yekunu kimi: sirf serroz ensefalitlər, formalaşdırmis olur. Müayinədə 30 usaqdan -10 xəstədə sırf ensefalit əlamətləri oldugu ucun bu usaqlarin müaynəsinə xüsusi diqqət verilmişdir. Diaqnozlarda lokal və diffuz ensealitlər qeyd olunmaqla xəstəliyin etioloji amili tapılmamışdır. Bu baximdan qeyd edilmədiyi usaqların onurga beyni mayesində və qaninda seroloji müayinələrinin əsası olan SHV I –II- li anti –JgC2 YgM, YgCo, 1-nin arasdirlimasina diqqet yetirdik.15 xəstənin onurga beyni mayesində irinli proseslə yanaşı yuksək zulal qalıg cöküntüləri, üstünlük təskil etmisdir. 5 xəstənin bioloji materialıda virusa xas olan anticisimlərlə yanasi protey copləri və stofilokoklar askarlanmisdir.10 bioloji materialda isə sirf PHAR – sı qanda ilə I-II tip SHV-lara xas olan-ümumi qlobulinlərin (spesifik anticisimlərin) və viruslara xas olan virus yükünün askarlanması olmuşdur.Virus yükü-(5000-10:000 ul) Reabilitasiyaya cəlb olunmus usaqlarin muayinə kartlarında usaqlar arasinda muxtəlif loklizasiyali herpetik vezikulların olması, agız boşluğunda herpetik səpkilərlə və yanaşı xoracıqların və yuxarı tənəffus yollarının KRX – in tez-tez təkrarlanması qeyd edilmisdir.Ambulator kartlarda bu usaqların naməlum etiologiyalı ensefalit diaqnozu: əsas diaqnoz kimi təsdiq edilmişdir. Nevroloji 10- usaqdan, 6-da xüsusən residivləşən herpes dermatitlərinə və qalıq əlamətləri kimi stomatıtlərə rast gəlinir. Muayinə və müalicə alan usaqların qaninda və onurga beyin mayesində reabilitasiya mərkızində 1-3 il müddəti dövründə, I-tip SHV-a xas olan anticisimlər və orta titrli virus yükü (3.000-5,000 ul) aşkar olmuşdur.2 uşaqda II tip SHV lara xas anticisimlərdən: spesifik JgC1 – JgC2 -400-800 (E-mn), və (JgM-600 ul) artımı diqqəti cəlb etmişdir. 2 xəstədə isə sitomeqalovirusa xas olan spesifik anticisimlər həm qanda, həm onurga beyin mayesində tapilmisdir. Yanaşı qanda SMV – a xas (JgG0) olan sitolitik virus aşkarlanmışdır (bu virusa qarşı qanda Jg Co ) əmələ gəlmiş olur.
Müayinələrdən: komplimentin birləşmə reaksiyası, immunflüresensiya reaksiyası, immunferment, və RNT xəncirvarı – polimeraza reaksiyalarından istifadə edilmişdir. RNT xəncirvarı - polimieraza reaksiyası ilə virus yükünüdəqıq öyrənilmişdir. Qanda və onurğa beyni mayesində isə immunqlobulinlərin (IgA2, IgM2 və IgG2) - təyini immunoferment analizi ilə müayinə edilmişdir. Qanda və punktatda spesifik immunqlobulinlərin migdarca təyini diaqnozların dəqiqliyində, xususi önəm daşıyır. Xüsusən punktatda çöküntü zülaların çoxluğu, qlükoza və çöküntü zülalın miqdarca artımı, M/s/s-də qliya hüceyrələrinin miqdarca azalmasına bir başa təsir edir. (1,5-2,0 azalma olur). Beyin daxili təzyiqin və ocaqlı iltihabın aşkarlanması (Maqnit – tomoqrafiya) ilə müayinə edilmişdir. SHV-I-II virus yüklərinin aşkarlanması müayinənin (510-1012 ul) əsas aparıcı qöstəriciləridir. 10 serroz ensefalitli diaqnozun–6-da yungul gedişli, 4-də orta agir gedisli virus ensefalitlərinin klinik təzahür formalarının əlamətləri,xəstəlik tarixində qeyd edilmişdir.10 xəstənin- 7 də, virusla yanası agız boslugunda: (Candida albikans törədicisinin olması)aşkarlanmışdır. Xəstəliyin residivləşmə hallarına təsir edən mikroorqanizmlərdən: Stafilakokk və strepto-kokkların laborator təstiqi verilmişdir. Onurğa beyin mayesində və qanda seroloji müayinələrə əsasən: 6 uşaqda: SHV-I- ci növünə aid olan, mononuklear anticisimlərin (monositozun) artması aşkar olunmuşdur. Bu uşaqlarda (leykositar- monositozun) artımı,ensefalitin klinik əlamətlərinin zəifləməsi, itməsi əsas göstəricidir. Mononuklear faqositozun aktivliyinin artması, (onurğa beynində-norma 0,1-0,9x109/l) vastələrdə isə (6,0-108/ul) (8-11%) aşkarlanma, sağalma prosesinin surətlənməsini göstərir. Xəstələrdə xüsusən virus ensefalitlərində, asektik, antivirusal dərman preparatları ilə yanaşı immun modulyatorların, stimulyatorunun qəbulu: mononuklear sistemin aktivləşdiyinin avtimina təsir edən dərman preperetlarıdır. Yanaşı- (qanda monositozun artımı). SHV-I -II törəcilərinin dominantlığının əsas amili kimi 10 uşaqdan 8-də (virus yükünün 5,0-107 Ul) olması diqqəti cəlb edir. Orqanizmdə virusun uzun müddətli troplugunu və xəstəliyin təkrar agırlaşma hallarının mümkünlüyünü təsdiqləyir. Bu göstərici ilə yanaşı – qanda IgM 400-800 E/ml aşkarlanması ilə yanaşı-onurğa beyini-mayesində anticisimlərin (IgA,IgM,IgG–in miqdarca təyinini-öyrənilmişdir): Müayinə-immunoferment vasitəsilə aşkarlanmışdır. Göstərici:10 uşaqdan götürülən OBM-də, SHV-I-II tiplərinə qarşı IgM-nin (normada klassik antitellərin miqdar; 100 E/ml qədər dəyişə bilər). Qanda Leykositar-limfasitozla, yanaşı qanda neytrofiloz, EGR – si və zülal qalığı artmışdır. Laborator göstəricilərə görə isə OBM–də çöküntü zülalın çoxluğunda- baş beyində miqdarca xüsusən azalmış Qliya hüceyrələrinin titpı azlır. 4-5.Xəstələrdə müxtəlif anticisimlərlərə Spesifik- hüceyrələrlə yanaşı immunoqlobulinlərin aşkarlanması: qanda olan, müxtəlif etioloji amillərin olmasını göstərir. Onurga beyin mayesində də anticisimlər müayinə olunmuşdur: xüsusən də I-II-tip SHV-lara yarısı spesift YgC2 –YgH IgA2 - <6, IgM - <1, IgG2 - <40, albumin – 150-300 mkq/l miqdarda askar olunmusdur.Bu göstəricilərlə yanası xəstələrin, qanında – limfositlərin miqdarı (normada 19-35 % olur), xəstələrdə isə limfositlərin artımı 40-55% arasinda dəyişilmişdir. Qanda Neytrofilyozun olması, beyində iltihabli prosseslərlə yanaşı orqanizmdə, də irinli-iltihabli proseslərin artımını göstərir. Qeyd olunan laborator göstəricilərə əsasən xəstələrdə ensefalitin kəskinləşmə dövrü mövcuddur. Spesifik anticisimlərin qanda artımı ilə yanaşı-yükünün artımı (1012 ul) isə virus ensefalitinin kəskinləşmə dövrünün residivləşməyə keçməsinin əsas göstəricilərdir:
- Anti HCV-I remisiya dövründə: 150 – 300 E/ml
2 . Anti CMV – a ğırlaşma dövründə 600-700 E/ml
3 . Anti HCV-II kəskin dövründə 800-yuxarı E/ml
Muayinəyə cəlb olunmus usaqlarda müayinədən öncə antibiotikoterapiya, antimikotik terapiya aparılmasına baxmayaraq onlara virusoloji müalicə təyin olunmamışdır. Antivirusoloji və immunoloji müalicədən və müayınədən sonra xəstələrə kompleks-müalicədə uşaqlara təyin edilmişdir. Yanası-antihistamin preparatlarindan: asiklovir, atavir, timoptin ,jenşen və digər dərman preparatları qəbul edilmişdir. Müalicədə-neyrostimulyatorlar da təyin edilmişdir. Antivirusal mualicə (4 gün müddətində) qəbul edən usaqlar arasında xüsusən, ağız boşluğunda, aralıq nahiyəsində və dəridə olan herpetik səpkilər itmişdir. Herpes vezikulalarının itməsi ilə yanaşı, hərarətin normalaşması, umumi əlamətlərin azalması, xüsusən dəridə-göynədici qasınma hissiyatının, təkrari qusmanın, azalması viruslara qarşı spesifik müalicə taktikasının düzgün aparılmasını göstərir. Xəstələrə Spesifik mualicə ilə yanaşı reabilitasiya mualicəsini də tətbiq edilmişdir.
Göstəricilərə görə orqanizmdə mononuklear sistemin artımı xəstəliyin sağalma əlamətlərindən biri kimi qəbul edilir.Uzun müddətli virus infeksiyaları keçırən insanlarda (xüsusən immundefisetli xəstəliklərdə CD4- 0,8; CD8-0,6 ) olduğu halda- mualicədən sonra isə CD4 – 1; CD8 -0.9 göstəricinin artması uşaqlarda mononuklar sistemin oktivləşməsinin göstəricisi sayılır.
Nəticə:
1)Ümun kopitent hüceyrələrdən xüsusən V limositlərin kəmiyyət və keyfiyyət göstəricisi artmışdır.T-limfositlərin isə (CD4/CD8) misbəti normada (1,0/1,5 olduğu hala) müalicədən sonra isə bu göstərici 1,5/0,8 olması spesifuk ümumi hüceyrələrin xüsusən TX –in 2 dəfə artımı xəstəliyin pemisiya dövründə olmasının əsas laborator və klinik göstəricisidir.
2. 7 xəstə- orta ağir gedi.li ensafalitlərdə qanda (SHV-I tipinə aiddir) viras (yükü 1012 ) ul müalicədən sonra isə (2,0-5,010 ul) azalmasıdır. Yəni müalicə zamanı antivirusla preparatlar virusun aktivliyini zəifləmənin olduğunu göstərir.
Xəstələrin klinik əlamətləri, orta ağır gedişli (virus SHV – I)ensefalitlərinə aiddir. (törədicisi isə SHV –I tiplidir).
3. 2-nin xəstənin onurğa beyin mayesində isə İgG2 və İgM norma daxilinə düşməsi anti – virusal, immunqlobulinlərin qanda artımı ilə yanaşı, uzun müddət qalması, xəstəliyin əlamətlərinin sönməsini, xəstəliyin yaxşilaşmasının göstəricisidir.
4. 3 xəstədə Anti- HCV-I, 2 xəstədə Anti HCV-II artımı (150-300 E/ml) xəstəliyin remisiya dövründə olmasını göstərir.
5. 8 xəstənin qanda və onurga beyinin mayesində isə sırf I- II növ SHV-lara xas olan spesifik anticismlər (İgM, İgA2, İgG0) və xüsusən virus yükünün askarlanması, orqanizmdə bu xəstəliyin etioloji amili: SHV- ların oldugunu və bu virusların orqanizmdə uzun müddətli troplugunu təstiq edir.
6.Virus ensefalitlərinin mualicə taktikasinda etiotrop mualicə ilə yanaşı nevroloji reabilitasion mualicə taktikalarının da xəstəliyin sağalmasında böyük əhəmiyyətli rolunun olduğunu təsdiq edir. Qanda və onurğa beyni mayesində JgC, G2, G3 Jg A1 – A2 yüksək titrldə olmalarları virusa qarsı, spesifik immunitetinin.Yəni B-limfositlərin kəmiyyət və keyfiyyət göstəricilərinin artımı molikulyar sistemin aktivləşməsini göstərir ki, molekulyar sistem aktivləşdikdə xüsusən (B-lifositlər çoxalır) və leykositlər sistemi də aktivləşdirilmiş olur. Xəstələrdə bu sistemlər oyandıqda sağalma prosesinin artmasını və ümumən cavabın oyanmasın göstərən amillərdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. ChastF.L., Chastel C, Elion G. Virus herpes etpenseemedicale. – Imothep|Maloine., 1997.
2. Мамедов Я.Д., Гасымов Т.П.Биохимическая картина крови и лимфы при остром нарушение мозгового кровообращения //Здоровье,2000,№1,с.58-60.
3.StoekleM.,The Spectrum of Human Herpesvirus-6 Intection From Roseola Infantum to adult Disease.Annu. Rev.Med. 2000, V. 51,p.423-430.
4. Змишсо Е.И., Белозеров Е.С., Му Ю.А. «Клинсеская иммуноложия- М-2001»
6.Долгих М.С. Журнал “Вестник транспланталогии и искусственных органов”.Вирус герпеса-6 у иммунодефицитных пациентов.Часть 1.М.,2001 №1
7. Мамедов Я.Д., Талышинская М.Б., Ибрагимова Г.Г. Лимфотическая система в патогенезе постреанимационных нейроиммуных растройств/ Тез. Докл. II Росс. конф.по нейроиммунопатологии. Москва, 2002, с.46.
8.ScottL.A., StoneM.S. Viralexanthems ||DermatologyOnlineJournal,2003,V.3,p.4.
9. Каримова И.М. Герпесвирусная инфекция. Диагностика,клиника,лечение. М.,”Медицинское информационное агентство”, 2004.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı