AĞIR METALLARIN CANLI ORQANİZMƏ TƏSİRİ
18-10-2017
Müasir dövrdə elmin və texnikanın xüsusilə sənayenin müxtəlif sahələrinin sürətli inkişafı insanların həyat şəraitini yaxşılaşdırmaqla yanaşı ətraf mühitin müxtəlif tullantılarla çirklənməsinə səbəb olur. Torpağa, suya və havaya daxil olan fiziki və kimyəvi hissəciklər biosferdə kimyəvi tarazlığın pozulmasına, atmosferdə enerjinin paylanmasına, assimilyasiya və dissimilyasiya proseslərini-nm gedişinə, hətta ekosistemin dağılmasına səbəb olurlar. Ətraf mühitdə baş verən bu dəyişkənliklər birbaşa və ya dolayı yolla insan orqanizminə təsir göstərə-rək bir sıra patoloji proseslərin yaranmasına və eləcə də yaranmış patologiya-nın sürətli inkişafında vacib rol oynayırlar (1, 2, 5, 7, 20).
Orta hesabla hər il atmosferdən yer üzərinə təxminən 200 milyon ton karbon qazı, 20 milyon ton dəm qazı, 200 milyon ton kükürd qazı, 53 milyon ton azot 2 oksid, 0,4 milyon ton qurğuşun daxil olur. Biosferə daxil olan tullantı materiallarının tərkibində miqdarınma görə birinci yeri ağır metallar tutur. Tədqiqatlar göstərir ki neft və daş kömür yataqlarında ağır metalların bütün növlərinə rast gəlmək olur (5).
Hazırda ətraf mühiti çirkləndirən başlıca amil antropogen amillərdir. Son illər terxnoloji proseslərin təkmilləşdirilməsinə və yeni müasir təmizləyici qurğuların tətbiq olyunmasına baxmayaraq ətraf mühitin kimyəvi tullantılarla o cümlədən ağır metallarla çirklənməsi davam edir. (11, 12, 13, 21, 25)
Ağır metallara torpaqda, suda, havada, bitkilərdə, heyvanlarda və s. rast gəlmək olur. Onlar müxtəlif yollarla – qida, su , hava, dəri, dərman preparatları və s .şəklində insan orqanizminə daxil olaraq bir sıra biokimyəvi proseslərə nüfuz edirlər. Az miqdaeda onlar maddələr mübadıləsinə müsbət təsir göstərərək böyümə və inkişaf proseslərini sürətləndirirlər. Lakin orqanizmdə toplanmış ağır metalların miqdarı orqanizm üçün adekvat olan həddi aşdıqda isə orqanizmə toksiki təsir göstərməklə qaraciyərin, böyrəklərin, qan-damar və sinir sisteminin funksiyasını-pozmaqla orqanizmdə yaranmış patoloji prosesləri dərinləşdirirlər.
Ağır metalların orqanizmə göstərdiyi toksiki təsirin dərəcəsi müxtəlifdir və bir sıra xarici və daxili amillərdən asılıdır. Müəyyən edilmişdir ki, insan orqanizmə daha güclü toksiki təsiri Cd, Hg,Pb göstərirlər.
Qurğuşun (Pb) təbiətdə geniş yayılmış ağır metallardan biridir. Torpaqda kifayət qədər qurğuşun yataqları mövcuddur. Qurğuşun qiymətli metaldır ondan akumilyator istehsalında, lak, parlaq kraskalar, hərbi sursatlar istehsalında, pirotexniki materiallar, tipoqrafiya işlərində, kabel, xrustal şüşə, keramik materiallar istehsalında geniş istifadə olunur. Hələ 5 min il əvvəl Yunan və Ərəb alimləri qurğuşunun yoksiki metal olduğunu qeyd etmişlər. Qurğuşunun zərərli təsirinə ən çox onun çixarılması və emalı ilə məşğul olan insanlar məruz qalırlar (12, 19). Uşaq orqanizmi qurğuşuna daha həssas olur (12). Adətən qurğuşun istehsalı və istehlakı ilə məşğul olan sənaye müəssisələrinin yaxınlığında və avtomaqistral yollara yaxın ərazilərdə qurğuşunla zəhərlənmə risqi dəfələrlə yüksək olur. Əksinə aqrar sənayesi yaxşı inkişaf etmiş ölkələrdə və yaşıllıq çox olan ərazilərdə qurğuşun birləşmələri dəfələrlə azdır (12, 13, 15). Qurğuşun kifayət qədər güclü neyrotoksik xassəyə malikdir. O xüsusilə uşaqlarda sinir sisteminə ciddi təsir göstərərək əqli inkişafın ləngiməsinə səbəb olur. 6 yaşa qədər uşaqlar üçün qurğuşun duzları daha təhlükəlidir. Qurğuşunla xroniki zəhərlənmiş uşaqlar aqressiv olub, çətin tərbiyə olunurlar, davranişları pozulur. Belə uşaqlarda həmçinin iştahanın pozulması, qarında ağrılar, qəbzlik, anemiya müşahidə olunur. Qurğuşun insan orqanizminə müxtəlif yollarla , əsasən bitki və heyvan mənşəli qida məhsullarının tərkibində daxil olur. Toz halında qurğuşun avtomobil yollarında, nəqliyyatın hərəkəti zamanı havaya qalxır və ətrafa yayılır. Parlaq boyada və lakda qurğuşunun miqradı daha çox olur. Ona görə də mənzillərin divarını təmir edən zaman havadakı toz hissəciklərində qurğuşunun miqdarı artmış olur. Köhnə mənzillərdə çox vaxt metal su boruları erroziyaya uğrayan zaman qurğuşun birləşmələri içilən suyun tərkibinə daxil olur və xüsusilə kiçik yaşlı uşaqlarda zəhərlənmə risqini artırır. Elə bu səbəbdən də bəzən köhnə evlərin təmiri zamanı ailə qzvlərinin qurğuşundan zəhərlənməsi baş verir.
Qurğuşun insan orqanizminə çox az miqdarda lazımdır. Sağlam adamın bədənində 2 mq-a qədər qurğuşun olur.Normada qurğuşunun miqdarı qanda 0,25 mkq/l, sidikdə isə 0,08 mkq/L olmalıdır. Onun miqdarı 10 mq/kq-dan çox olduqda ölüm şansı yüksəlir. (5). Az miqdarda qurğuşun orqanizm üçün vacibdir: sümük toxumasında mübadilə proseslərində iştirak edir, orqanizmdə Fe mübadıləsinə, böyümə və inkişafa təsir etməklə yanaşı bir sıra proseslərdə o cümlədən qanda hemoqlobinin miqdarına təsir edir, fermentləri fəallaşdırır (5, 13, 24). Orta hesabla hər qün insan orqanizminə 10-20 mq qurğuşun duzları daxıl olur. Lakin onun çox hissəsi bədəndən xarıc olunur. Orqanlarda qurğuşunun toplanması oradakı antoqonist və sinergist ionların miqdarından asılıdır.(2,16,). Qurğuşunun antoqonisti – Fe, Mn, Ca, Zn, P. Se, Cr, həmçinin A, C və E qrupu vitaminləridir. Orqanizmə daxil olan qurğuşun əsasən sümüklərdə, qaraciyər, böyrəklərdə, beyində toplanır. Hamilə qadınlarda qurğuşun sümüklər-dən qana daxil olur və rüşeymin normal inkişafını pozur. Zaman keçdikcə qurğuşunun orqanizmdə miqdarı artir və təsir gücü çoxalır. Ona görə də qurğuşunla zəhərlənmə kəskin və xroniki ola bilir. Kəskin zəhərlənmə orqanizmə qurğuşun birləşmələrinin normadan dəfələrlə artıq miqdarının birdəfəlik və sistematik həzm kanalına daxil olması zamanı baş verir. Məişətdə istifadə olunan parlaq boyalar, keramik materiallar istehsalı və emalı ilə məşğul olan insanlarda kəskin zəhərlənmə risqi yüksəkdir. Zəhərlənmə ilkin olaraq – qusma, bağirsaq disfunksiyası, böyrək funksiyasında baş vermiş kəskin pozğunluqlar, sinir sisteminin oyanması, həyacanlanma, depressiya müşahidə olunur.
Xroniki zəhərlənmə tərkibində nisbətən çox qurğuşun duzları olan qida məhsulları və ya içməli suyu uzun müddət qəbul etdikdə, məişətdə keramik əşyalardan istifadə zamanı, parlaq boya ilə rənglənmiş divar və ya digər əşyalarla uzun müddət təmasda olduqda baş verir (5, 13, 20). Qida vasitəsi ilə orqanizmə daxil olan qurğuşun nazik bağırsaqdan qana sorularaq qaraciyərdə toplanır. Buradan ödə daxil olur və onun vasitəsilə yenidən 12 barmaq bağırsağa daxil olur. Onun bir hissəsi qana sorulur, qalan hissəsi isə orqanizmdən nəcislə xaric olunur. Qana daxil olan qurğuşun sümüklərdə, böyrəkdə, beyində toplanır. Qanla dövr edən qurğuşun müxtəlif üzvlərdə toplandıqca həmin üzvün funksiyasını pozmaqla yanaşı eyni zamanda bir sıra tənzimləyici sistemlərin o cümlədən enzimlərin təsirini zəiflədir. Nəticədə son sidiyin tərkibində protoporfirinin miqdarı artır və saturnizm xəstəliyinin ilk əlaməti meydana çıxır (5, 16, 17).
Qurğuşunun orqanizmdə miqdarı normadan bir neçə dəfə çox olduqda daha ağır fəsadlar, əzələlərinin distrofiyası, potensiyanın azalması, yaddaşın zəifləməsi, qan təzyiqinin artması, ateroskleroz, böyrək çatışmazlığı, depressiya müşahidə olunur. Qurğuşun nukleotidlərin fosfat qrupuna birləşir və RNT-ni dağıdır.
Kadmium (Cd). Təbiətdə kadmium həmçinin sulfid suxurlarında mis və sinklə birlikdə toplanır. Torpaqda təxminən 4,5x10-4 faiz kadmium birləşmələri olur. Atmosferə kadmium əsasən (44,5%) onun istehsalı və istehlakı ilə məşğul olan sənaye müəssisələrinin tullantılarının tərkibində, qalan böyük bir hissəsi isə onunla zəngin olan əşyaların yandırılması və ya emalı zamanı toz halında daxil olur. Torpağa isə əsasən kübrələrin tərkibində keçərək, bitkilərə, heyvan və nəhayət insan orqanizminə sirayət edir. Kənd təsərrüfatında kalsium superfosfatın normadan çox verilməsi bitkilərdə kadmium birləşmələrinin miqdarını artırır.
Kadmium və onun birləşmələri çox zəhərlidir. Torpaqda, suda, havada onun miqdarı nisbətən çox olmadığına görə insan orqanizminə uzun müddət ərzində daxil olur və tədricən toplanır (14, 18, 20). Kadmium birləşmələrinin bir hissəsi toz vasitəsi ilə və ya siqaret tüstüsü ilə tənəffüs yollarına daxil olur və qana keçir (30-50%). Həzm kanalına daxil olan kadmium duzlarının çox az hissəsi (5%-ə qədər) qana sorulur. Onların böyük bir hissəsi bədəndən xaric olunur. Kadmium əsasən qaraciyər, böyrəklərdə və sümüklərdə toplanır. Qanda nisbətən az toplanır. Kadmiumla xroniki zəhərlənmə zamanı qan təzyiqi artır, ağciyər və böyrəklərin işi pozulur, sidikdə zülalların miqdarı artır, kürək və ətraf əzələlərində kəskin ağrılar olur, sümüklər kövrəkləşir, xərçəngə meyillilik artır, fermentlərin fəaliyəti zəifləyir, “ox-ox” xəstəliyi əmələ gəlir, Fe, Ca və s. metalların mübadiləsi pozulur (13, 26). Şəkərli diabed xəstəliyi olanlar və siqaret çəkənlər kadmiuma daha həssas olurlar. Kadmiumun insan orqanlarinda toplanması Fe ionlarının miqdarından asılıdır. Qadınlarda Fe ionları nisbətən az olduğuna görə onların zəhərlənmə risqi daha yüksəkdir. Kadmiumun toksiki və toksiki olmayan dozaları arasında fərq çox azdır (4,6,26).Uzun müddət siqaret çəkən adamlarda kadmiumla xroniki zəhərlənmə risqi yüksək olur. Bir ədəd siqaretin tərkibində 1,2-2,5 mkq-a qədər kadmium olur. Ağciyər xərçənginin və beyin qansızmalarının yaranmasında kadmium vacib rol oynayır (7, 10, 26). Sağlam adamın bədəninə gün ərzində 48 mq kadmium daxil olması təhlukəli deyil. Kadmium ion şəklində daha təhlükəlidir. O tərkibində Zn olan fermentlərin fəaliyyətini xeyli zəiflədir. Hüceyrədə kadmium membran keçiriciliyini pozur (9,11,26). Kadmiumla xroniki zəhərlənmə zamanı əzələlərdə şiddətli ağrılar əmələ gəlir, sümüklərin sınma qabiliyyətinin artması müşahidə olunur. Qaraciyər və böyrəkləfin işi pozulur .
Öz xassəsinə görə kadmium misə oxşayır və orqanizmdə misi əvəz edə bilir. Kadmium orqanizmdə bir sıra zülallarla, o cümlədən 2 qlobulinlə birləşir və bu birləşmə nisbətən az zəhərli olur. Kadmiumun bir hissəsi orqanizmdə ion şəklində olur ki, bu halda o daha zəhərli olur (8,10,11). Kadmium tərkibində Zn olan 300-ə qədər fermetin ingibitoru hesab olunur (5, 6, 9, 23 ). Selen birləşmələri kadmiumun təsirini zəiflədir.
Mis (Cu). Mis insan orqanizmi üçün çox vacib olan mikroelementlərdən biri olub oksidləşmə-reduksiya reaksiyalarının gedişində iştirak edən fermentlərin – sitoxromoksidaza, tironaza və digər vacib zülalların tərkibinə daxildir. Orqanizmdə mis çatışmadıqda hidroksilləşmə, oksigen və elektronların daşınması prosesləri zəifləyir, immunitet aşağı düşür, qan damarlarının divarının elastikliyi azalır, endokrin sistemin fəaliyyəti pozulur (5, 22). Sağlam insanın bədənində misin artıq miqdarı toplanmır. Bu onunla əlaqədardır ki orqanizmin özünün bu metalın miqdarını tənzimləyən mexanizmi mövcuddur ki, onun miqdarı az olduqda adsorbsiyası artır, çox olduqda isə - bədəndən xaric olunması sürətlənir (5, 22). Mislə xroniki zəhərlənmə zamanı böyümə zəifləyir, hemoliz, hemoqlobinin miqdarının azalması, qaraciyər, böyrək və beyin hüceyrələrinin deqradasiyası müşahidə olunur (5, 12, 26). Misin 95%-i qanın seriloplazmin zülalının tərkibində olur. Eritrositlərin tərkibinə daxil olan zülal superdesmutazada 60%-ə qədər mis vardır. Normada insan orqanizmində 100-150 mq mis olur. Bazedov xəstəliyi olan adamlarda və dölün qaraciyərində mis bir qədər çox olur. Orqanizmdə irsi xəstəlik kimi naddələr mübadıləsi pozulduqda Vilson-Konovalov adlı irsi xəstəlik əmələ gəlir. Mis qan damarlarının düzgün formalaşmasını təmin edən elastin adlı zülalin tərkibinə daxildir. Mis ionları Hipofizin hormonlarının sintezini stimullaşdırır, immuniteti artırır, həzmi yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, kollagenin tərkibinə daxildir. Mis orqanizmin ümumu sağlamlığına müsbət təsir göstərir, Qadınlarda cinsiyyət hormonlarının sintezini artırır. Tüklərin, dərinin rəngini, dərinin elasstikliyini tənzimləyir. Təsadüfi deyildir ki Aristotel əlində metal misdən hazırlanmış şarla yatırmış. Kleopatra qızıl və gümüş boyunbağı ilə bərabər mis boyunbağı da taxırmış.
Mis əksər bitkilərdə paxlalılarda, dənli bitkilərdə, qozda, ət və süd məhsullarında balıq ətində içməli suda kifayət qədər vardır. Ona görə də onun orqanizmdə çatışmazlığı ilə əlaqədar xəstəliklər çox az təsadüf olunur ( 3, 26).
Sink (Zn).Təbiətdə 60-a yaxın mineralların tərkibində tapılmışdır. Torpaqda və suda kifayət qədər sink duzları vardır (4, 7, 17). Qida məhsullsrından almada, limonda, əncirdə, qreyfutda, balda, əksər tərəvəz bitkilərində, dəniz məhsullarında daha çoxdur. Gün ərzində orqanizmə 10-25 mq sink daxil olmalıdır. Yaşlı adamın bədənində onun miqdarı 1,5-3,0 mq arasındadır. Orqanizmdə sinkin artıq miqdarının toplanması müxtəlif bioloji fəal əlavələrin və eləcədə dərman preparatlarının uzunmüddətli qəbulu zamanı baş verə bilər. Qida ilə orqanizmə daxil olan sinkin 20-30 %-i bağırsaqlardan qana sorulur.
Normada sink sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, beyinin inkişagfına və yaddaşın güclənməsinə səbəb olur. Orqanizmdə sink sümük toxumasının inkişafını stimullaşdırır, böyümə və inkişaf proseslərinə kömək edir, toxumaların regenerasiya qabiliyyətini artırır, reproduktiv funksiyalara təsir göstərməklə spermotozoidləri fəallaşdırır, cinsiyyət hormonlarinin sintezini gücləndirir (5, 8, 17) Hamiləliyin normal gedişini tənmzimləyir. İnsanın genetik aparatındakı 100-ə qədər nukleoproteidin tərkibinə daxildir (5, 20). Orqanizmin immun sisteminin fəaliyyəti xeyli dərəcədə sink ionlarından asılıdır. Sink Timus vəzisinin Timolin adlı hormonunun tərkibinə daxildir. Bu hormon orqanizmdə T-limfositlərin miqdarını tənzimləyir . Ona görə də bir sıra alimlər hesab edirlər ki, sink immuniteti artırır (16, 17). Sink yaxşı antioksidantdır. O lipid peroksidləşməsini tənzimləyən ferment -superoksidesmutazanın tərkibinə daxildir. Artrit və revmatizmin müalicəsində istifadə olunur. Sink orqanizmdə insulinin sintezi və paylanmasını tənzimləyir (17, 22). Mədəaltı vəzdə B-hüceyrələrin dağılmasının qarşısını almaqla qanda şəkərin miqdarını tənzimləyir. Hipofiz, qalxanabbənzər vəz, böyrəküstü vəz və yumurtalıqlarda gedən mübadilə proseslərində iştirak edir. Prostat vəzin fəaliyyətinə müsbət təsir göstərməklə adenomanın inkişafını ləngidir. Sinkin qanyaranma sisteminə pozitiv təsiri sübuta yetirilmişdir (5, 17). Sink bir çox viruslar əleyhinə yaxşı vasitədir. Mədədə HCl sintezinə kömək edir, alkoqol zəhərlənmələrinin qarşısını alır.
Sinkin qeyri-üzvü birləşmələrindən ZnCl2 və ZnSO4 yüksək toksikliyə malikdir. Ərzaq məhsullarını sinklənmiş qablarda uzun müddət saxladıqda qidanın tərkibində ZnCL2 və ZnO əmələ gəlir ki, bu da zəhərlənmə ehtimalını yüksəltmiş olur. Sink əsasən hüceyrə strukturlarında, toxumluqda, əzələlərdə, dəridə, tükdə, sümükdə toplanır. A və B6 vitaminləri sinkin mənimsənilməsini sürətləndirir (5). Orqanizmdə sinkin əsas antoqonistləri Cu, Cd, Ca-dur. Orqanizmdə sink çatışmadıqda böyümə və inkişaf prosesləri, DNT-nin ikiləşməsi zəifləyir, iştahanın pozulması və arıqlama müşahidə olunur, yaddaş və immunitet zəifləyir, xərçəng xəstəliyinin inkişaf ehtimalı yüksəlir (5, 17).
Orqanizmdə sink normadan çox olduqda qaraciyərin fəaliyyəti zəifləyir, mədəaltı vəz və prostatın fəaliyyəti pozulur, immunitet zəifləyir. Tüklər tez qırılır, dırnaqlar qabıq qoyur.
Adətən orqanizmə daxil olan ağır metal ionları buradakı müxtəlif maddələrlə birləşərək yeni üzvü və ya qeyri-üzvü birləşmələr əmələ gətirirlər. Onların bir qismi kimyəvi cəhətdən fəal olmurlar və müxtəlif orqanlarda toplanaraq çirklənmələrə səbəb olurlar. Digər bioloji fəal ağır metal birləşmələri maddələr mübadiləsinin ümumi axarına qoşularaq müxtəlif biokimyəvi proseslərin normal gedişini pozurlar. Nəticədə orqanizmdə müxtəlif patoloji hallar, xəstəliklər əmələ gəlir və ya əvvəllər orqanizmdə mövcud olan patologiyaların ağırlaşmasına səbəb olurlar. Buna görə də ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanması və orqanizmin ağır metallarla nomadan çox miqdarı ilə təmasda olması ehtimalının azaldılması eim və texnikanın yüksək inkişaf etdiyi hazırkı şəraitdə olduqca aktual məsələdir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Левина Э.Н. Общая токсикология металлов Л.1972.
2.Лужников Е.А. Клиническая токсикология. М.,1982
3.Алексеев Ю.В. Тяжелые металлы в почвах и растениях. Л. 1987.
4.Осипова Н.А., Язиков Е.Г., Янкович Е.П. Тяжелые металлы в почве и овощах как фактор риска для здоровья человека // Фундаментальные исследования 2013, №8, С.681-686.
5.Зинина О.Т. Влияние некоторых тяжелых металлов и микроэлементов на биохимические процессы в организме человека –// Избранные вопросы судебно медицинской экспертизы . Хабаровск 2001, №4, 99-105.
6.Казымов М.А., Алиева И.В. Изучение и гигиеническая оценка риска для здоровья от присутствия тяжелых металлов в продуктах питания. //Казан Мед. Журнал 2014, 95, №5, 706-709.
7.Казымов М.А. Загрязнение атмосферного воздуха крупного города тяжелыми металлами и оценка их опасности для здоровья населения. //Медицина труда и промышленная экология 2014, №5, С. 37-40.
8.Березин И.И., Сучков В.В., Влияние загрязнения почвы на формирование риска здоровью населения . //Санитарный врач 2014, №1, 10-13.
9.Митциев А.К., Брин В.Б, Боциева Н.В. О возможности профилактики мелаксеном нефротоксического действия кадмия в эксперименте.// Мат. 1 Международной научной Конференции 31октября-2 ноября, Владикавказ, 2013, Ч. 1, 324-326.
10.Рыбьянова Ж.А., Дерхо М.А., Середа Т.И., Мальцева Л.Ф. Влияние кадмия на белковый спектр крови мышей в пост интоксикационный период.// Материалы 7 межд. Заочной научно-практической Интернет конференции Орел 7 апреля 2014, 2014, С 104-108.
11.Мирзоев Э.Б. , Кобялко В.О., Губина О.А., Фролова Н.А. Ответная реакция организма крыс (F1) при хроническом воздействии малых доз кадмия в антенатальный период развития.// Токсикологический вестник 2014, №4, С. 29-33.
12.Аскарова З.Ф., Ящук А.Г., Аскаров Р.А., Байкина И.М., Динамика смертности детского населения города с высокой техногенной нагрузкой. //Проблемы Социальной гигиены здравоохранения и ист. мед. 2013, №6, С. 10-12.
13.Шумакова А.А., Трушина Э.Н., Мустафина О.К. Сочно С.Х., Гмошлинский И.В. Хотимченко С.А. Влияние наночастиц диоксида Титана и диоксида кремна на накопления и токсичность свинца в эксперименте при их внутримышечном введении.// Вопросы питания 2014, 83, №2, 57-63.
14.Митцеев А.К., Брин В.Б., Боциева Н.В. О возможности профилактики мелаксеном нефротоксического действия кадмия в эксперименте. //Материалы 1 международной научной конференции Развитие регионов в ХХ1 веке. Владикавказ 31 октября 2013 г. 2013, Ч.1, С. 324-326.
15.Ахнолова В.О. Изменение токсичности ацетета свинца в условиях экспериментальной гиперкальцемии.// Материалы Международной научной конференции . Развитие регионов в ХХ! Веке . Владикавказ 31 октября 2013 г. 2013, Ч.1, С. 73-75.
16.Гуськова О.А., Завьялова Н.В., Скворцова Е.Л. Наночастицы Аg, Zn, Ti обзор современных токсикологических данных.// Санитарный врач. 2014, №6, 47-51.
17.Тунгушбаева З.Б., Кулжанова Д.К. Биохимические показатели крови крыс при кадмиевой интоксикации и последующих коррекции тагансорбитом.// Успехи соврем естествознания 2014, №3, 199-200.
18.Брин В.Н., Митциев А.К. Профилактика изменений функционального состояния почек и сосудистой системы в условиях свинцового отравления.// Материалы международной научно- практической конференции «Белые ночи» Грозный 1-3 июня 2014 г. 2014, С.44-49.
19.Любавина Е.В., Сухова Х.Х., Шамшурина С.О. Загрязнение окружаюшей среды и здоровье человека .// Материалы 5 Всесоюзной научно- практической конференции Ярославль 8-9 декабря 2011, 2011, Ч.1, 344-349.
20.Даукаев Р.А., Сулейманов Р.А. Эколого-гигиеническая оценка влияния предприятий черной металлургии на окружающую среду территорий Башкирского Зауралья. //Экология человека 2008, №7, С.9-13.
21.Антонович Е.А, Подрушняк А.Е., Щуцкая Т.А. Токсичность меди и ее соединений // Современные проблемы токсикологии 1999,№3,С.4-13
22.Asvold B.O., Bjoro T. , Platon C., Vatton L.I. Clin . Thyroid function and the risk of coronary heat disase: 12-year follow –up of the HUNT study in //Norway. Endocrinol. 2012, 77,№6, 911-917.
23.Jelea Stela –Gabriela Biochemical and structural changes in the Liver at prepubesceut rest treated with lead acetate .// Bul. Univ Aqr. Sci and Vet. Med. 2008, 65, №2, p. 16-19.
24.Willi R.E., Felgenhuer N., Ejer F.,Buters I.T., Zilker T. Gruppenvergittung mit Blci am Arbeitspats .// Dtsch. Med Wochenschr. 2009,134, №50, p. 2556-2560.
25.Khlifi Rim,Olmeyda Pavlo, Gil Fernando, Feki-Tounisi Malko, Mammami Bonthaine, Rebai Ahmed, Hamza-Chaflai Amei. Risk of laryenqeal and nasopharyuqal cancer assoceitd with arsenic and cadmium in the Tunusian population.// Euviron Set. Pollut Res. 2014, №3, 2032-2042
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı