ANTİ-MÜLLER HORMONU AŞAĞI OLAN QADINLARDA İNHİBİN B HORMONUNUN OVARİAL REZERVİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ROLU

05-10-2017

Ingibinlər granulyoz hüceyrələr tərəfindən sintez olunan transformasiyaedici beta-inkişaf faktoru superailəsindən olan glikoprotein hormonudur. İnhibin B hipofiz tərəfindən FSH–ın (Follikul Stimuləedici hormon) sekresiyasını və inkişaf edən follikullara parakrin təsirini tormozlayır. 24-40 yaşlı sonsuz qadınlar arasında aparılan tədqiqatda bazal İnhibin B və FSH arasında neqativ, İnhibin B və antral follikul sayı arasında isə düz korrelyasiya aşkarlanmışdır [1,2].

Seifer ve b.-nın  tədqiqatında bazal serum İnhibin-B səviyyəsi az olan halda köməkçi reproduktiv texnologiyaya cavab reaksiyası zəif olmuşdur. Hormonun səviyyəsi 45 pg/ml-dən çox olan qadınlarda i stimulyasiyadan sonra estrogen cavab və oosit sayı daha yüksək olmuş, 100 pg/ml-dən çox olduğu halda isə oositlərin bərpası və serum İngibin B arasında əhəmiyyətli korrelyasiya aşkarlanmış və bu halda oosit sayı 6-dan çox olmuşdur.  Digər tədqiqatda isə tək İnhibin B-nin ovarial rezervin  qiymətləndirilməsində əhəmiyyətli marker rolu inkar edilir. Belə ki, McLveen və başqaları İnhibin B konsentrasiyasının tsiklin müxtəlif günlərində dəyişkən olduğunu göstərir [3,4].

AMH homodimerik qlikoprotein olub, Mullerin ingibə edən hormonu kimi də adlanır. Bu funksiyanın transformasiya faktoru  β (TGF- β) ailəsinə daxildir və hormonu  kodlaşdıran gen 19-cu xromosomda yerləşmişdir [5].

Qadınlar konkret sayda primordial follikullarla doğulurlar. Primordial follikulların sayı və keyfiyyəti yumurtalıqların ehtiyatını – reservini təşkil edir. Bu yatmış follikullar AMH sekresiya etmir və yalnız inkişafa başladıqda hormon ifrazı qeyd edilir. İmmunokimyəvi olaraq məlumdur ki, 2-8 mm olan preantral və kiçik antral follikullar çox sayda AMH ifraz edir ki, bu da yumurtalıqların follikulyar inkişafının erkən markeridir. Follikullar FSH-asılı inkişaf fazasına daxil olduqda (8-10 mm), hormon ifrazı dayanır [6,7].

AMH ovarial reservin saxlanmasında potensial rol oynayır. Follikulun ölçüsü 8 mm-ə çatdıqda və dominant olduqda AMH sintezi kəskin azalmağa başlayır. Menstrual tsikl  ərzində AMH səviyyəsi tərəddüd edir. Lakin intertsiklik variasiya eyni yaş fərdlər arasında aşağıdır. Baxmayaraq ki, son vaxtlar az sayda tədqiqatlar intertsiklik flüktuasiyanın təsadüfi olduğunu sübut etsə də, tədqiqatçıların çoxu inandırıcı dəlillərlə AMH-ın tsiklin istənilən vaxtında aşkarlanmasını göstərirlər. Zəif flüktuasiya dominant follikulun AMH sintezini dayandırması və nəticədə gec follikulyar mərhələdə səviyyənin azalması ilə bağlıdır [8,9]. Ayrıca fərdlər arası tərəddüdlər onlar arasında ovarila rezervin (OR) müxtəlifliyini də təyin edir. Bu faktorlar AMH səviyyəsinin dünyada müxtəlif populyasiyalar arasında təyininin vacibliyini diktə edir. Hal-hazırda 25-40 yaşlı qadınlarda AMH-səviyyəsinin 1000-3000 mkg/ml olması “norma”, 700-900 mkg/ml olması “aşağı norma”, 300-600 mkg/ml-“aşağı”,

Hal hazırkı işin məqsədi də AMH 600 mkg/ml-dən aşağı olan qadınlarda İnhibin B–nin ovarial rezervin qiymətləndirilməsində rolunu öyrənməkdir. Bu məqsədlə müayinəyə AMH səviyyəsi 600 mkq/ml-dən az olan 82 qadın cəlb olunmuşdur. Qadınlar 2 qrupa bölünmüşlər - əsas qrupda  30,4±0,7 (min 20-max 41) yaşda olan 67 sonsuz qadın, kontrol qrupda isə reproduktiv sağlam və  31,1±1,5 (min 25-max 42) yaşda olan 15 qadın. Qadınlarda Menstrual tsiklin 3-cü günü Anti-Muller hormonu (AMH), İnhibin A, İnhibin B, Follikulstimuləedici hormon (FSH) və Lüteinləşdirici hormonun (LH) səviyyəsi immunofer-ment analiz metodu vasitəsilə təyin edilmişdir. Eyni zamanda bütün qadınlarda ginekoloji ultrasonoqrafiya müayinəsi aparılmış və follikulların sayı menstrual tsiklə uyğun təyin edilmişdir. Alınan nəticələr SPSS 20 komputer statistik proqrami ilə işlənmiş və qeyri-parametrik üsulla (Mann-Uitney)  müqayisə edilmişdir. Göstəricilər arasında korrelyasiya əlaqəsi Spearman testinə əsasən aparılmışdır.

Nəticələr və onların müzakirəsi:Məlum olmuşdur ki, İnhibin B-nin periferik qanda səviyyəsi sonsuz qadınlarda sağlam qadınlara nisbətən 1,5 dəfə aşağı olmuşdur (p<0,05). Kontrol qrupu qadınlarında isə AMH-ın konsentrasiyası normadan aşağı olsa da, İnhibin B-nin qanda səviyyəsi yüksək olmuşdur (Cədvəl 1).

Cədvəl1.

Müayinə qruplarında  Bədən-cəki indeksi  ( BMİ)  və hormonların səviyyəsi.

 

             Əsas  qrup

          Kontrol qrup

BMİ, M±m

Min-max

25,2±0,5

14,5-38,6

26,9±0,7

23-31,6

İnhibin A, ng/ml, M±m

Min-max

107±22,8

5,6-931

114±35,2

27-434

İnhibin B, ng/ml, M±m

Min-max

51±11

1,5-436, p<0,05

75,4±22,8

2,2-291

T4, ng/ml, M±m

Min-max

18,3±6

0,7-172

1,5±0,2

0,1-2

TSH, ng/ml, M±m

Min-max

4,6±1,5, p<0,05

0,9-73,8

2,1±0,4

0,2-5,1

Prolaktin, ng/ml, M±m

Min-max

19±1,8

8,6-62

13,3±2

2,9-32

Estradiol, ng/ml, M±m

Min-max

67±6

1-168

46,5±7,4

17-80

FSH, ng/ml, M±m

Min-max

10,4±2,1

2,1-79

10,9±4,3

3,4-36

LH, ng/ml, M±m

Min-max

7,4±1,3

1-36

5,8±1,3

1,7-10

 

Qrupdakı qadınlar eyni zamanda cəki indeksinə, hiperprolaktinemiya və hipotireozun rastgəlmə tezliyinə, yaş dövrlərinə, menarxe yaşına, LH və FSH nisbətinə və ultrasəs müayinəsində antral follikulların sayına əsasən xarakterizə olunmuşlar (Cədvəl 2) Əsas qrupda artıq çəkili qadınlar faiz hesabı ilə kontrol qrupa nisbətən 2,6 dəfə çox qeyd edilmiş, 11,9 % halda isə piylənmə halı aşkarlanmışdır.

Estrogen piy hüceyrələri və ilkin olaraq cinsi orqanlar tərəfindən sintez olunduğundan piylənmə zamanı bu hormonun hipersekresiyası hamiləliyin baş verməsini nəzarət altında saxlayır, az çəki olduqda isə estrogen azlığı anovulyator tsikllərin yaranmasına səbəb olur [14, 15]. Hazırki tədqiqatda sonsuz qadınlar arasında artıq çəki və piylənmə hallarının çox olması yumurtalıqların rezervinə də öz təsirini göstərmişdir.

Hamiləliyin baş verməsinin yaşla və yumurtalıqların rezervində olan dəyişikliklə əlaqəli olması haqda tədqiqat işləri çoxluq təşkil edir [16, 17]. Əsas qrupda 35-40 yaş arası qadınlar sağlam qrupa nisbətən çox rast gəlsə də, yaş faktoru ilə AMH, İnhibin A və İnhibin B arasında statistik dürüst əlaqə aşkarlanmamışdır. 

LH və FSH nisbətinin artması polikistoz sindromu olan  qadınlarda qeyd edilir [17]. Əsas qrup qadınlarda yalnız 2 halda LH və FSH nisbətinin 3-dən çox olması qeyd edilmişdir.

Antral follikuların say göstəriciləri yumurtalıqların rezervini göstərən əlamət hesab olunur. Sonsuz qadınlar arasında antral follikulların sayı 38 % qadında  az olmuşdur. Tədqiqatlarda antral follikulların sayı ilə AMH arasında əhəmiyyətli korrelyasiya qeyd edilmişdir.


Cədvəl  № 2.

Qruplar üzrə qadınların xarakteristikası.

 

Əsas qrup, n=67

Kontrol qrup, n=15

BMİ 

az çəki

normal çəkili

artıq çəkili

piylənmə        

 

3-4.5%

33-49,3%

23-34,3%, p<0,05

8-11,9%

 

 

10-86,7%

2-13,3%

Hiperprolaktinemiya

17-25,4%

0

Hipotireoz

9-13,4%

2-13,3%

Menarxe

11-13 yaş

14-16 yaş

 

49-73,1%

18-26,9%

 

12-80%

3-20%

LH/FSH

<1

1-3

>3

 

22-32,8%

13-19,4%

2-3%

 

15-100%

Yaş

18-29 yaş

30-35 yaş

36-40 yaş

40 yaşdan yuxarı

 

28-41,8%

21-31,3%

17-25,4%, p<0,05

1-1,5%

 

7-46,7%

5-33,3%

1-6,7%

2-13,3%

Antral follikulların sayı

Normal (6-12)

Anormal, <6

 

41-61,2%

26-38,8%

 

15-100%

 

Korrelyasiya əlaqələrini araşdırdıqda əsas qrupda İnhibin A və İnhibin B arasında düz (k=0,546, p<0,01) korrelyasiya əlaqəsi qeyd edildi. Kontrol qrupda isə bu hormonlar arasında tərs korrelyasiya aşkarlansa da, bu əlaqə statistik dürüst olmamışdır (k=-0,354, p>0,01).

AMH-ın səviyyəsinin 600 mkg/ml-dən aşağı olmasının yumurtalıqların rezerv qabiliyyətinin azalmasını əks etdirdiyini nəzərə alaraq apardığımız bu tədqiqat işinin sonunda belə nəticəyə gəlmək olar ki, yumurtalıqların ovarial rezervini yalnız AMH səviyyəsinə görə dəyərləndirmək düzgün deyil. Hər iki qrup qadınlarda AMH səviyyəsinin aşağı olmasına baxmayaraq  İnhibin B səviyyəsinin sonsuz qadınlarda az olması bu hormonun yumurtalıqların rezervini qiymətləndirməkdə rolunu bir daha sübut edir.

   

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Tremellen K.P., Kolo M., Gilmore A., Lekamge D.N. Anti-müllerian hormone as a marker of ovarian reserve.// Australian and New Zealand Journal of Obstetrics and Gynaecology. 2005, №45 pp.20–24

2. Fanchin R., Taieb J., Lozano D.M., Ducot B. High reproducibility of serum anti-Müllerian hormone measurements suggests a multi-staged follicular secretion and strengthens its role in the assessment of ovarian follicular status. // Human Reproduction. 2005, №20, pp.923–927

3. Broekmans FJ, Kwee J, Hendriks DJ, et al., A systematic review of tests predicting ovarian reserve and IVF outcome. // Human Reproduction Update. 2006, №12, pp.685–718.

4. de Carvalho B.R., Reis R.M., Ferriani R.A., et al. Ovarian reserve evaluation: state of the art.// Journal of Assisted Reproduction and Genetics. 2008, №25, pp. 311–322.

5. Rowe T. Fertility and a woman’s age. // The Journal of Reproductive Medicine. 2006, №51,pp.157–163.

6. de Carvalho B.R., Cabral D.O., Nakagava H.M., Silva A.A. Woman’s age and ovarian response in ICSI cycles. // Jornal Brasileiro de Reproducao Assistida. 2010, №14, pp. 24–27.

7. Cole L.A., Ladner D.G., Byrn F.W. The normal variabilities of the menstrual cycle. // Fertility and Sterility. 2009, №91,pp. 522–527.

8. Klein N.A., Harper A.J., Houmard B.S., et al.,  Is the short follicular phase in older women secondary to advanced or accelerated dominant follicle development? // The Journal of Clinical Endocrinology and Metabolism. 2002, №87, pp. 5746–5750.

9. Brodin T, Bergh T, Berglund L, et al.,  Menstrual cycle length is an age-independent marker of female fertility: results from 6271 treatment cycles of in vitro fertilization. // Fertility and Sterility. 2008, №90, pp.1656–1661.

10. Silberstein T, MacLaughlin D.T., Shai I, et al. Müllerian inhibiting substance levels at the time of HCG administration in IVF cycles predict both ovarian reserve and embryo morphology. // Human Reproduction. 2006, №21, pp.159–163.

11. Al-Azemi M, Killick S.R., Duffy S, et al. Multi-marker assessment of ovarian reserve predicts oocyte yield after ovulation induction. // Human Reproduction. 2011, №26,pp.414–422.

12. van der Steeg J.W., Steures P, Eijkemans J.C., et al. Predictive value and clinical impact of basal follicle-stimulating hormone in subfertile, ovulatory women. // The Journal of Clinical Endocrinology and Metabolism. 2007, №922, pp.163.


Müəlliflər:
A.Ə. Abdullayeva

Digər jurnal və qəzetlər