GÖZLƏRİN MİKOZU XƏSTƏLİKLƏRİ OLAN PASİYENTLƏRDƏ İMMUNOLOJİ DƏYİŞİKLİKLƏRİN XARAKTERİ

04-10-2017

Son illər şərti-patogen mikroorqanizmlərlə, o cümlədən göbələklərlə şərtlənmiş xəstəliklərin sayının artması nəzərə çarpır. Planetimizin hər 5-ci sakini mikoz infeksiyası ilə yoluxmuşdur 1, 2, 3, 4].  Mikozlar - insanın ən geniş yayılmış patologiyasıdır. Müasir dövrdə mikozların potensial törədiciləri olan 400-dən artıq göbələk növü məldumdur, onların 50-ə yaxın növü görmə orqanı və onun törəmələri üçün patogendirlər  [5, 6].

          Gözlərin mikozu (GM) ilə xəstələrin əksəriyyətində göbələklər gözün toxumalarına ətraf mühitdən  daxil olurlar və ya dəridə və bədənin digər hissələrinin selikli qişasındakı mikoz ocaqlarından daşınırlar, az hallarda daha dərin mənbələrdən hematogen yolla daxil olurlar. Göbələklərlə ekzogen yoluxma adətən göz almasının ön şöbəsinin və törəmələrin mikozlarını törədirlər. Endogen yoluxma ağır gözdaxili prosesləri törədir [7, 8]. Göz qapaqlarının, konyunktivanın və göz almasının toxumalarına göbələk infeksiyasının inokulyasiyasında onların zədələnmələri, çox vaxt kiçik sıyrıntılar, eroziyalar, konyunktivanın və buynuz qişanın səthi yad cisimləri (xüsusilə bitki mənşəli)  böyük rol oynayırlar. Gözlərin bakterial və virus mənşəli yoluxucu xəstəliklərindən fərqli olaraq, göbələk xəstəlikləri zamanı dərman terapiyası az effektivdir.

          Tədqiqat işinin məqsədi gözlərin mikozlu xəstəlikləri olan pasiyentlərin müalicədən əvvəl və sonra immunoloji pozuntuların xarakterini təyin etmək və onların dəyişikliklərinin müqayisəli təhlilini  aparmaqdır.

          Tədqiqat işinin material və metodları.İş Azərbaycan əhalisi arasında 5-dən 55 yaşa qədər gözün mikozu olan 135 pasiyent arasında aparılmışdır.  Kontrol qrupu 50 sağlam şəxs təşkil etmişdir. Tədqiqata pasiyentlərin aşağıdakı klinik müayinəsi və laborator müayinəsi: ümumklinik, biokimyəvi, mikoloji, İFA-da göbələklərə qarşı spesifik IgG-nin təyin edilməsi, ZPR metodu ilə göbələklərin DNT-nin kəmiyyətcə təyin edilməsi daxil edilmişdir.

Bütün pasiyentlərdə standart oftalmoloji müayinə (vizometriya, tonometriya, oftalmoskopiya, biomikroskopiya, perimetriya, exoqrafiya)   aparılmışdır. İmmunoloji müayinə axar sitoflüorimetriya metodunun köməyi ilə «Bio Rad» (ABŞ) cihazında monoklonal əkscisimlərdən («Becton Dickinson») istifadə etməklə aparılmışdır. Müayinə üçün material xəstəliyin 1-2 və 17-20-ci günü  götürülmüşdür. İL-2, İL-6, İL-8, İL-18, ŞNA-α (şişin nekrozu amili – α),  İNF- α (interferon), qanda və göz yaşında İNF-γ göstəricilərin miqdarı təyin edilmişdir. Alınmış nəticələrin statistik işlənməsi variasion statistikanın məlum metodu üzrə orta riyazi ədədin (M), xəta göstəricisinin (m) təyin edilməsi ilə həyata keçirilmişdir.

Tədqiqat işinin nəticələri və onların müzakirəsi.  Son illər bir çox oftalmoloq-ların elmi işlərində göz xəstəliklərinin immunpatogenezində iltihab və reparasiya proseslərinin fəal biotənzimləyiciləri kimi  sitokinlərin aparıcı rolu sübut olunmuşdur [1, 5, 7, 8]. Sitokinlərin səviyyəsi iltihabın immun şərtlənməsinin kriteriyalarından biri kimi xidmət edə bilər. Gözlərin iltihabi xəstəlikləri zamanı patogenetik əlverişsiz reaksiyalar həm yerli, həm də sistem səviyyələrində inkişaf edirlər. Pasiyentlərin hamısının qan zərdabında İL-2, İL-6, İL-8, İL-18, ŞNA-α, İNF-α aşkar edilmişdir. İNF-γ xəstələrin 88,0%-də (92% nümunədə) aşkar edilmişdir (cədvəl 1). İL-1b mühüm iltihaöbnü sitokinlərdən biridir,  yalnız GM olan müayinə olunan pasiyentlərin 1/3-də kiçik miqdarda (kontrol qrup səviyyəsində) hasil edilmişdir ki, bunu da qismən onlarda birtərəfli uveitlərin (İL-1b hasilinin artması ikitərəfli proseslər zamanı nəzərə çarpır) üstünlük təşkil etməsi ilə izah etmək olar. İltihabəleyhinə İL-4 və İL-10 sitokinlər iltihabönü sitokinlərə nisbətən az aşkar edilmişdir.

Cədvəl  1.

GM olan pasiyentlərin qan zərdabında sitokinlərin miqdarı

Sitokin

 

Sitokin aşkar edilib,  (%)

Sitokinin miqdarı, pq/ml, M ± SD

(diapazon)

Xəstələrin sayı

Nümunələrin sayı

GM olan pasiyentlər

Kontrol

     İL-1b

33,0

23,0

1,48±1,4 (0,08–2,60)

1.7 (0-12)

İL-2

100,0

100,0

1,8±0,81 (0,12–3,38)

0,4 (0–11)

İL-4

67,8

55,0

0,35±0,22 (0,07–5,02)

0,3 (0–5)

İL-6

100,0

100,0

4,32±4,6 (0,21–23,0)

2 (0–11)

İL-8

100,0

100,0

16,7±26,0 (3,1–100,0)

2 (0–11)

İL-10

44,0

33,0

4,53±6,6 (0,53–25,8)

5 (0–21)

İL-17

52,0

37,0

1,02±0,67

 

İL-18

100,0

100,0

314±182 (46–980)

368 (105–642)

ŞNA-α

100,0

100,0

5,3±1,54 (1,2–6,95)

0,5 (0–7)

İNF-α

100,0

100,0

15,8±3,7 (10,2–18,6)

(0–6)

İNF-γ

87,8

94,0

6,41±5,6 (1,3–18,2)

2 (0–11)

 

Ümumilikdə GM olan pasiyentlərin qanında kontrol qrupla  müqayisədə iltihabönü və iltihabəleyhinə sitokinlərin səviyyəsinin: İL-2, İL-6, ŞNA-α, İNF-α, İNF-γ və xemokin İL-8  mötədil yüksəlməsi meyli nəzərə çarpmışdır (cədvəl 1). Həm infeksion, həm də qeyri-infeksion uveitlərin kəskin dövründə İL-2, İNF-γ, ŞNA-α hasilinin artmasını bir çox müəlliflər qeyd edirlər [1, 2, 5, 7].

Gözdaxili iltihabın, o cümlədən angiogenezin  inkişaf etməsində  İL-8-in  sistemli və lokal sintezinə mühüm əhəmiyyət verilir. Müayinə etdiyimiz GM olan  xəstələr qrupunda İL-8 həm gözün müxtəlif qişalarında damarların yenitörəmələrinin olması, həm də neoangiogenez əlamətləri olmayan xəstələrin qan zərdabında təyin edilmişdir. Müasir təsəvvürlərə görə, infeksion və autoimmun xəsəliklərin patogenezində mühüm rol oynayan İL-18-nin miqdarının yüksəlməsini biz aşkar etməmişik. Sitokinlərin miqdarında aşkar etdiyimiz dəyişikliklər  əsasən I tip T-helperlərlə şərtlənmiş və makrofaqlarla fəallaşmış immun cavabın inkişafını əks etdirir. Çox güman ki, bu, onunla şərtlənmişdir ki, xəstələr əsas etibarilə  xəstəliyin fəal dövründə müayinə edilmişlər.

          İltihabəleyhinə İL-4 və İL-10 sitokinləri GM olan pasiyentlərdə iltihabönü sitokinlərə nisbətən az aşkar edilmişlər. İL-4 miqdarı kontrol qrupdakı göztəricilərdən yüksək  olmamışdır və bu, ədəbiyyat məlumatları ilə üst-üstə düşür [1, 5]. Bir sıra tədqiqatçılar bizdən fərqli olaraq, uveitlər zamanı (lokalizasiya dəqiqləşməyib) İL-4 aşağı konsentrasiyaları fonunda İL-10 sistemli şəkildə hasilinin xeyli artmasını aşkar etmişlər [6,7]. İltihabəleyhinə sitokinlərin vaxtında adekvat hasili  bir çox virus infeksiyalarından, o cümlədən respirator  infeksiyalardan  tam sağalma zamanı mühüm əhəmiyyət kəsb edir.

Uveitləri olan pasiyentlərin sitokin profilindəki fərqlər bir çox səbəblərlə: xəstəliyin fəallaşması, ağırlıq dərəcəsi və davametmə müddəti, aparılan terapiyanın xarakteri, müxtəlif istehsallı test-sistemlərin istifadə edilməsi ilə izah edilir. İltihabın lokalizasiyası da, görünür ki, az əhəmiyyət daşımır.

          Aparılan müayinələrin sayəsində müəyyən edilmişdir ki, ön uveitlərin ağır gedişi olan pasiyentlər qrupunda perikorneal inyeksiyanın itməsi orta hesabla 5,21±0,74-cü gün, presipitatların tam itməsi – 9,38±1,41-ci gün baş vermişdir, tərləmə və buynuz təbəqənin şişkinliyi 8,14±1,04-cü gün, qüzehli qişanın ödemi isə orta hesabla 9,42±0,78-ci günü yox olmuşdur. Periferik uveitlər, xorioretinitlər zamanı şüşəyəbənzər cisimdə ekssudasiya orta hesabla 20,58±0,8-ci gün, göz dibinin ödem 18,68±1,07-ci gün keçib getmişdir. Orta dərəcəli uveitlər zamanı inyeksiyanın yox olması orta hesabla 3,92±0,45-ci günü, presipitatların sayının azalması və ya tam itməsi 5,95±1,08-ci gün  baş vermişdir, buynuz qişa orta hesabla 6,07±0,53-ci günü şəffaf olmuşdur, qüzehli qişanın ödemi orta hesabla 6,46±0,72-ci günü yox olmuşdur. Yüngül gedişə malik uveiti olan pasiyenlər qrupunda perikorneal inyeksiyanın itməsi orta hesabla 4,28±0,32-ci gün, presipitatların sayının azalması və ya tam itməsi - 4,85±0,51-cü gün baş vermişdir,  5,50±0,45-ci günü isə buynuz qişa  şəffaf olmuş, tərləmə və buynuz qişanın şişkinliyi azalmış, qüzehli qişanın şişkinliyi orta hesabla 3,90±0,38  günü yox olmuşdur.

Uveitlə xəstəliyin başlanğıc mərhələsində sitokinlərin göstəriciləri adətən norma həddində olmuşdur. Aparılan müalicənin fonunda əksər sitokinlərin dürüst azalması qeydə alınmışdır. İL-1 və İL-6 sitokinlərin əhəmiyyətli dərəcədə azalması GM-nin yüngül və orta formalarında, İL-8 sitokinlərin və TNF-α – azalması isə GM-nin orta və ağır formalarında müşahidə edilmişdir.

          Beləliklə, aparılan müayinələrin məlumatları onu təsdiq edir ki, pasiyentlərdə GM-nin klinik gedişinə immunitetin müxtəlif həlqələrinin dəyşiklikləri təsir göstərir. Belə güman edirik ki, sitokinlərdən iltihab prosesinin markerləri qismində, həmçinin xəstəliyin gedişinin proqnozu məqsədilə istifadə edilə bilər. Qan zərdabında bütün sitokinlərin ən yüksək göstəriciləri uveitlərin daha ağır klinik gedişinə uyğun gəlir, onlar çox vaxt mikoz xarakterli xəstəliklər zamanı rast gəlirlər ki, bu da uveitin inkişafında autoimmunlaşma prosesinin mühüm rol oynamasını təsdiq edir. 

Aparılan müayinələr zamanı müəyyən edilmişdir ki, pasiyentlərin klinik müayinəsinin məlumatlarını gözün mikotik zədələnmələrinin diaqnostikasında həlledici hesab etmək lazımdır. Gözün mikotik zədələnmələrinin olmasından şübhələnməyə əsas verən bu klinik meyarlar təyin edilmişdir: uzunsürən xronik, əsasən birtərəfli konyunktivitlər və göz yaşı yollarının iltihabi xəstəlikləri; əvvəllər antibiotiklərlə uzun müddət aparılan müalicənin səmərəsiz olması; kortikosteroidlərlə müalicənin fonunda xəstəliyin gedişinin ağırlaşması; yanaşı gedən xronik xəstəliklər (burun boşluğunun və burunətrafı boşluqların, allergik xəstəliklər, şəkərli diabet və s.); pasiyentin immun statusunun azalması fonunda xəstəliyin inkişaf etməsi; digər orqanların göbələk xəstəlikləri; üz-çənə nahiyəsinin travması fonunda xəstəliyin inkişaf etməsi. 

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Сергеев А. Ю., Сергеев Ю. В. Грибковые инфекции. Руководство для врачей.  М.:Бином, 2003, 440 с.
2.Сергеев Ю. В., Шпигель Б. И., Сергеев А. Ю. Фармакотерапия микозов. М.:Медицина  для всех, 2003, 200 с.
3.Mikosz C., Smith R., Kim M., et al. Fungal endophthalmitis associated with compounded products // Emerg Infect Dis., 2014, Vol. 20 (2), Р. 248-256.
4.McMillan B., Miller G., Nguyen J. Rare case of exogenous Candida dublieniensis endophthalmitis: a case report and brief review of the literature // J Ophthalmic Inflamm Infect., 2014, Vol. 2 (4), р.11
5.Persin B., Mahmutov W., Boginskaya O., Panina M. Clinical case of fungal endophthalmitis in a patient with primary refractory during T-cell acute lymphoblastic leukemia // Russian Journal of Pediatric Hematology and Oncology, 2014, №2, р.85-86
6.Sakai T., Kohzaki K., Watanabe A., et al. Use of DNA microarray analysis in diagnosis of bacterial and fungal endophthalmitis // Clin Ophthalmol., 2012, Vol. 6, р.321-326.
7.Nayak N. Fungal infections of the eye — laboratory diagnosis and treatment // Nepal Med Coll J., 2008, Vol. 10 (1), р.48-63.
8.Sridhar J., Flynn H., Kuriyan A., et al. Endogenous fungal endophthalmitis: risk factors, clinical features, and treatment outcomes in mold and yeast infections // J Ophthalmic Inflamm Infect., 2013, Vol. 3 (1), р.60.


Müəlliflər:
V.B. İsgəndərli

Digər jurnal və qəzetlər