AZƏRBAYCANDA VƏRƏM ƏLEYHİNƏ TƏDBİRLƏRİN TƏKMİLLƏŞİIRİLMƏSİ YOLLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
19-09-2017
Açar sözlər: vərəmin epidemik vəziyyəti, xəstələnmə, ağır kliniki formalar, coğrafi mövqeyindən asılı olaraq ərazinin regionlaşdırılması, müayinə və müalicənin təkmilləşdirilməsi.
Dünyada vərəm qlobal problem olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şərqi Avropa ölkələrində vərəmə görə epidemik vəziyyəti gərgin olan 18 ölkədən birini və birincisinin Azərbaycanın olduğunu bildirir [1. 7. 9]. ÜST-na görə Azərbaycanda ilkin qeydiyyata alınan vərəm hadisələri arasında 22-25%, fəal kontingent arasında isə 50-55% halda izoniazid və rifampisinə davamlı xəstələr (multirezistent-ciddi dərmana davamlı) təşkil edir [6]. Sözsüz, ÜST-ı öz direktiv sənədlərində hər bir ölkənin özünün milli vərəm proqramması çərçivəsində belə məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin yerinə yetirilməsinin əleyhinə deyil [5]. Bu təşkilatın təklif etdiyi strategiyanın əsas məqsədi xəstə ilə əhali arasında yoluxma zəncirinin mümkün qədər tez qırılması və epidemioloji əminamanlığa nail olmaqdır. Ölkələrin vərəmin aşkarı, müalicəsi və profilaktikası sahəsində öz milli proqrammasının olması prioritet məsələdir. Bu baxımdan sırf ÜST-nın strategiyası ilə kifayətlənən ölkələrdə vərəmin epidemik stabilliyinin əldə olunması məsələsi aktual olaraq qalmaqdadır. Eyni zamanda ÜST-nın vərəm strategiyasının elementlərinin hər yerdə eyni taktika ilə yerinə yetirilməsi mümkün deyil. Sözsüz, tibb müəssisələrinin material texniki bazasının vəziyyəti, kadr potensialı, sadə mikroskopiyanın təşkili, laboratoriyaların avadanlıq və kadrlarla təminatı və s. məsələlər bu sahədə mühüm əhəmiyyət kəsb edir [1. 2. 3.4.6].
Tədqiqatın məqsədi: Azərbaycanda vərəm xəstəliyinin epidemioloji vəziyyətinin təhlili və epidemioloji stabilliyə nail olmaq üçün vərəm əleyhinə tədbirlərin təkmilləşdirilməsinin mühüm yollarının təyini.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur.
1.Azərbaycanda son 5 ildə (2011-2015-ci illər) vərəm xəstələrinə aid əsas epidemioloji göstəricilərin təhlili və epidemik vəziyyəti xarakterizə edən göstəricilərin səviyyəsinin müəyyənləşdirilməsi;
2.Ölkə ərazisi coğrafi yüksəkliyə görə regionlaşdırılaraq vərəmin epidemioloji göstəricilərinin təhlili.
3.Əldə olunmuş epidemioloji göstəricilərin əsasında epidemik vəziyyətin stabil və gərgin olduğu iki vərəm əleyhinə müəssisənin: şəhər tipli düzənlik zonada yerləşən 1 saylı vərəm əleyhinə dispanserin və dağlıq zonada yerləşən Qobustan vərəm əleyhinə kabinetin timsalında təhlili.
4.Aparılan təhlilin nəticələrinə əsaslanaraq xəstəliyinaşkarlanması və effektli müalicəsinin təkmilləşdirilməsinin yollarının təyini.
Tədqiqatın material və metodikası. Son 5 ildə (2011-2015-ci illər) Azərbaycanda ilkin vərəm hadisələrinin və müşahidədə olan fəal vərəm xəstələrinə aid intensiv və ekstensiv göstəricilərlə müqayisəli təhlili aparılmışdır. Bu məqsədlə Azərbaycan Dövlət Statistika Komitəsinin 30.01.2012-ci il tarixli 6/09 N-li qərarı ilə təsdiq olunmuş 8 saylı formadan istifadə olunmuşdur. Əsas epidemioloji göstəricilərə ölkədə vərəmlə xəstələnmə, xəstələnmə hadisələri arasında ağ ciyər vərəminin və ag ciyərdən kənar üzvlərin vərəminin xüsusi çəkisi, vərəmin ayrı-ayrı kliniki formalar üzrə aşkarlanma səviyyəsi, yaş qrupları üzrə xəstələnmə, uşaq və yeniyetmələr arasında xəstələnmə, ölüm səviyyəsi və s. aid edilmişdir. Ilkin ağ ciyər vərəm xəstələri arasında dağılma mərhələsinin səviyyəsi, mikobakteriya ifrazının dağılma mərhələsinə nisbət indeksi, dərmana davamlı formaların (mono, poli, multirezistent və XDR) rast gəlmə tezliyinin dinamikası, profilaktik müayinələrin səviyyəsi, müalicənin effektliyi və s. aid edilmişdir.
Xəstəliyin aşkar edilməsində əsas rol oynayan ilkin tibbi müəssisələrinin fəaliyyətinin coğrafi mövqeyə uyğunlaşdırılmasının ümumi epidemik vəziyyətə təsirinin qiymətləndirilməsi məqsədi ilə ölkənin yaşayış məntəqələri dəniz səviyyəsindən yüksəkliyə görə 400m, 400-700 m və 700 m səviyyəsində qruplaşdırılıb. Bu üç coğrafi regionda epidemik vəziyyətin təhlili, buna uyğun əksepidemik tədbirlərin həyata keçirilməsi epidemioloji əhəmiyyət kəsb edir. Başqa sözlə, I- dağlıq rayona dəniz səviyyəsindən 700 –dən yüksəklikdə yerləşən məntəqələr; II- dağatəyi-düzənlik regiona dəniz səviyyəsindən 400-700 m yüksəklikdə yerləşən yaşayış məntəqələri və III- düzənlik regiona isə dəniz səviyyəsindən 400 metrə qədər yüksəklikdə yerləşən yaşayış məntəqələri aid edilmişdir. Məlum olmuşdur ki, 2015-ci ilin sonuna dağlıq zonada 1988138 nəfər, dağatəyi zonada 4175700 nəfər, düzənlik zonada 3056920 nəfər əhali yaşamışdır. Azərbaycan ərazisinin 46% hissəsini I zona, 43% hissəsini II zona, 11 % hissəsini isə III zona təşkil edir. Müalicənin təkmilləşdirilməsi və effektliyin yüksəldilməsi məqsədi ilə mikobakteriyanın DNK-sının spesifik genetik markerləri katric texnologiyası ilə təyin edilmişdir.
Alınan nəticələr əsas götürülərək xəstəliyin aşkar edilməsi və effektli müalicəsi təkmilləşdirilmişdir. Ayrı-ayrı qruplar arasında dürüstlük səviyyəsi Styudentin variasion statistikası ilə müəyyənləşdirilmişdir.
Vərəmlə xəstələnmə - 100 min əhaliyə görə ilkin aşkar edilmiş fəal vərəm hadisələrinin səviyyəsinin əhalinin orta illik səviyyəsinə nisbəti ilə müəyyənləşdirilir. Təhlil Azərbaycan və Bakı şəhəri üzrə ayrılıqda təhlil edilmişdir. Təhlilin nəticələri diaqram 1-də göstərilmişdir.
Diaqrammandan görünür ki, 2011-2015-ci illərdə Azərbaycanda xəstələnmə 52.4-dən (4801 xəstə) 39.1-ə (3795 xəstə) enərək 25.4% azalmışdır. Xəstələnmənin göstərilən 5 ildə yüksək səviyyəsi 2011-ci ildə müşahidə olunur.
Buna baxmayaraq respublikanın bəzi regionlarında müvafiq göstərici həddindən artıq yüksək olmuşdur ki, bu regionlara Xızı (95), Saatlı (92.3), Bərdə (90.4), Mingəçevir (87.2), Beyləqan-Kürdəmir (84.0), Xaçmaz-Göyçay (81), Quba-Qəbələ (80), Qusar-Yevlax (79), Şamaxı-Qobustan (64) və s.aid olmuşdur. Bir sıra regionlarda isə müvafiq göstərici həddindən artıq aşağı olmuşdur ki, bunlara: Goranboy(12.9), Abşeron (24.9), Sumqayit (27..3), Qobustan (35.3), Masallı (37.9), Səlyan (37.4) və s. aiddir. Təhlil göstərir ki, kadrla
Diaqramma 1
Azərbaycanda son 5 ildə xəstələnmənin intensiv səviyyəsi (100 min əhaliyə görə)
təmin olunmuş regionlarda xəstələnmənin aşağı səviyyəsi (Sumqayıt, Abşeron, Masallı, Salyan və s.) ilkin xəstələrin qeydiyyata alınmaması hesabına baş verir. Xüsusən əhalinin sıxlığı və sayı yüksək olan Abşeron və Sumqayıt kimi regionlarda bu özünü ciddi şəkildə təsdiqləyir. Müvafiq göstərici Bakı şəhəri üzrə götürülmüş və nəticələri 2-ci diaqrammaya uyğun olmuşdur.
Diaqramma 2
Bakı şəhərində son 5 ildə xəstələnmənin intensiv səviyyəsi (100 min əhaliyə görə)
Diaqram 2-dən görünür ki, 2011-ci ildə Bakı şəhərində ilkin fəal vərəmlə xəstələnmənin səviyyəsi 38,5 olaraq respublika göstəricisindən 26,5% aşağıdır. Bu göstərici 2015-ci ildə 29.7 təşkil edərək 2011-ci ilə nisbətən 22.9% azalmışdır. Fəal vərəmin aşkar edilməsində passiv aşkarlanmanın ilkin tibbi yardım mərhələsində səviyyəsi ≥70 % olmalıdır. Azərbaycanda bakterioloji xidmətin təşkilinin təkmilləşdirilməsi bu vəzifəni Milli İstinad Laboratoriyasının (MİL) üzərinə yönəltmişdir. Əlbəttə, bu passiv aşkarlanmanın ÜST-nın tələblərinə uyğun olmadığını göstərir. Lakin, regionlarda bakterioloji laboratoriyaların az olması və kadr çatmamazlığı məsələnin bu variantda həllinə səbəb olmuşdur. Digər tərəfdən, kadr potensialı olan Bakı, Sumqayıt, Lənkəran, Əlibayramlı, Quba, Gəncə kimi şəhərlərdə ilkin tibbi yardım mərhələsində passiv aşkarlanmanın səviyyəsi 1-3%-dən yuxarı deyil. MİL-na isə əsasən rentgenoloji olaraq vərəm təsdiq olunmuş xəstələrin bəlğəmi göndərilərək turşuya davamlı vərəm çöpləri sadə mikroskopik, molekulyar-genetik və kultural müayinələrlə aşkarlanır. ÜST tərəfindən qəbul olunan ilkin fəal vərəm xəstələrinə aid olub, passiv aşkarlanmaya aid deyil. Məsələyə aydınlıq gətirmək üçün aşkar edilmiş xəstələr arasında dağılma mərhələsi və mikobakteriya ifrazı səviyyəsi müqayisəli təhlil edilmiş və nəticələri cədvəl 1-də verilmişdir.
Azərbaycanda ağ ciyər vərəm xəstələri arasında son 5 ildə mikobakteriya ifraz edən və dağılma mərhələsində aşkar edilən xəstələrin xüsusi çəkisi və onların nisbət indeksi
Cədvəl № 1.
|
İllər |
|||||
2011 (%) |
2012 (%) |
2013 (%) |
2014 (%) |
2015(%) |
||
Ağ ciyər vərəminin ümumi fəal xəstələr arasında xüsusi çəkisi |
76.9 |
78.3 |
79.7 |
80.4 |
77.5 |
|
O cumlədən:
|
Mikobakteriya ifrazı |
54.8 |
55.9 |
57.1 |
50.1 |
51 |
Dağılma mərhələsi |
35.4 |
37.7 |
37.3 |
31.9 |
33 |
|
Mikobakteriya ifrazının dağılma mərhələsinə nisbət indeksi |
1.6 |
1.5 |
1.5 |
1.7 |
1.6 |
Cədvəl № 2.
Azərbaycanda 2011-2015-ci illərdə vərəmin epidemioloji gərginliyini xarakterizə edən göstəricilər
Azərbaycan Respublikası |
Xəstələnmə |
Ağ ciyər vərəmi |
Ocaqlı vərəm |
Fibroz-kavernoz |
Səpələnmiş |
Meningit |
Dağılma mərhələsi |
Mikobakteriya ifrazı |
|
% |
% |
% |
% |
% |
% |
% |
% |
||
Illər |
2011 |
52.4 |
76.9 |
15.4 |
3.6 |
2.1 |
5.9 |
35.8 |
54.8 |
2012 |
49.3 |
76.3 |
15.9 |
2.4 |
2.7 |
4.4 |
37.7 |
55.9 |
|
2013 |
44.2 |
79.7 |
15.8 |
2.3 |
2.8 |
3.8 |
37.3 |
57.1 |
|
2014 |
43.3 |
80.4 |
19.8 |
2.0 |
2.3 |
3.6 |
31.9 |
50.1 |
|
2015 |
39.1 |
77.5 |
14.5 |
1.4 |
3.1 |
2.8 |
33.9 |
51 |
olaraq 1.5-1.6 təşkil edərək optimal həddən (1.2) çox yüksəkdir. Bu isə xəstələrin aşkar edilərək qeydiyyata götürülməsində rentgenoloji hipodiaqnostikanın olduğuna dəlalət edir. Bunun isə 2 böyük səbəbi və çox ağır nəticələri mövcuddur. Səbəblərə vərəm əleyhinə müəssisələrdə həkim rentgenoloqların azlığı və müasir rentgen-flüoroqrafiya aparatlarının olmamasıdır. Başqa sözlə, dağılma boşluğunun düzgün qiymətləndirilməməsi xəstələrin ÜST-nın Dot strategiyasının kateqoriyalarına uyğun seçilərək müalicəyə qoşulmasında yanlışlığın baş verməsinə səbəb olur və nəticədə müalicənin effektliliyi kəskin aşağı düşməklə yanaşı rezistent formaların sürətlə artmasına gətirib çıxarır. Azərbaycanda 2011-2015-ci illərdə vərəmin epidemioloji gərginliyini xarakterizə edən göstəricilərin vəziyyəti cədvəl 2 də verilmişdir.
Cədvəl 2 –dən aydın görünür ki, son 5 ildə vərəmdən xəstələnməsi göstəricisi azalsa da kliniki strukturda gərginlik qalmaqdadır. Belə ki, 2011-ci ilə nisbətən 2015-ci ildə ilkin fəal vərəm xəstələri arasında ocaqlı vərəmin xüsusi çəkisi 5.8% azalaraq optimal səviyyəsindən 2.7-4.1 dəfə geri qalır. Eləcə də, xəstələnmə nisbətən aşağı olan 2015-ci ildə (39.1) fibroz-kavernoz vərəmin xüsusi çəkisini 1.4% səpələnmiş vərəmin 3,1%, vərəm meningiti 2.8% olması bir daha epidemioloji gərginliyi göstərir. Ümumilikdə bu müzakirənin kənd və şəhər yerlərində fəaliyyət göstərən ilkin tibbi yardım müəssisələrindəki
Cədvəl № 3.
Coğrafi yüksəklikdən asılı olaraq 2011-2015-ci illərdə vərəmin epidemioloji göstəriciləri
Coğrafi yüksəklikdə asılı olaraq zonalar |
Xəstələnmə |
Ağ ciyər vərəmi |
Ocaqlı vərəm |
Fibroz-kavernoz |
Səpələnmiş |
Meningit |
Dağılma mərhələsi |
Mikobakte-riya ifrazı |
|||||||||
%, |
m± |
%, |
m± |
%, |
m± |
%, |
m± |
%, |
m± |
%, |
m± |
%, |
m± |
%, |
m± |
||
I
I
|
2011 |
60.3 |
0.1 |
77.1 |
0.01 |
16.8 |
0.07 |
5.6 |
0.3 |
2.4 |
0.1 |
5.0 |
0.1 |
37.6 |
0.04 |
53.9 |
0.02 |
2012 |
54.1 |
0.07 |
76.2 |
0.0 |
15.5 |
0.02 |
4.5 |
0.4 |
2.8 |
0.03 |
3.7 |
0.1 |
39.4 |
0.04 |
51.1 |
0.07 |
|
2013 |
51.6 |
0.1 |
80.5 |
0.01 |
15.8 |
0.0 |
2.5 |
0.06 |
2.2 |
0.2 |
2.1 |
0.4 |
35.9 |
0.03 |
55.9 |
0.02 |
|
2014 |
48.0 |
0.08 |
81.8 |
0.02 |
25.0 |
0.2 |
1.7 |
0.1 |
2.2 |
0.04 |
3.5 |
0.02 |
29.1 |
0.07 |
44.9 |
0.08 |
|
2015 |
45.4 |
0.1 |
76.6 |
0.01 |
16.3 |
0.08 |
1.9 |
0.2 |
2.9 |
0.04 |
3.8 |
0.2 |
27.3 |
0.2 |
39.7 |
0.2 |
|
II
II |
2011 |
62.8 |
0.1 |
77.3 |
0.001 |
14.8 |
0.02 |
4.0 |
0.07 |
2.2 |
0.03 |
8.5 |
0.3 |
38.3 |
0.04 |
53.9 |
0.01 |
2012 |
54.4 |
0.07 |
79.6 |
0.03 |
14.5 |
0.07 |
2.5 |
0.03 |
3.3 |
0.1 |
6.7 |
0.3 |
47.2 |
0.2 |
57.8 |
0.02 |
|
2013 |
54.5 |
0.1 |
81.4 |
0.01 |
15.9 |
0.004 |
2.5 |
0.05 |
3.4 |
0.1 |
6.3 |
0.3 |
41.3 |
0.07 |
57.0 |
0.001 |
|
2014 |
53.1 |
0.1 |
81.7 |
0.01 |
17.8 |
0.07 |
2.6 |
0.2 |
2.7 |
0.1 |
4.9 |
0.2 |
35.5 |
0.07 |
49.5 |
0.008 |
|
2015 |
46.9 |
0.1 |
79.3 |
0.01 |
14.6 |
0.004 |
1.6 |
0.09 |
3.5 |
0.03 |
3.7 |
0.04 |
40.4 |
0.1 |
54.3 |
0.04 |
|
III
III |
2011 |
41.3 |
0.2 |
75.9 |
0.009 |
15.4 |
0.0 |
0.8 |
0.7 |
1.7 |
0.1 |
1.7 |
0.7 |
27.9 |
0.2 |
57.7 |
0.03 |
2012 |
34.7 |
0.2 |
71.0 |
0.05 |
13.5 |
0.1 |
0.8 |
0.9 |
1.9 |
0.05 |
1.7 |
0.6 |
27.3 |
0.2 |
51.8 |
0.05 |
|
2013 |
32.5 |
0.2 |
75.1 |
0.04 |
15.8 |
0.0 |
1.5 |
0.3 |
1.8 |
0.3 |
2.5 |
0.3 |
28.7 |
0.2 |
58.9 |
0.02 |
|
2014 |
33.9 |
0.2 |
76.5 |
0.03 |
19.0 |
0.02 |
1.0 |
0.4 |
1.6 |
0.2 |
1.3 |
0.6 |
24.6 |
0.2 |
56.7 |
0.08 |
|
2015 |
30.6 |
0.2 |
74.7 |
0.02 |
12.8 |
0.08 |
0.6 |
0.5 |
2.4 |
0.1 |
0.4 |
0.8 |
25.9 |
0.2 |
55.0 |
0.05 |
vəziyyətini müzakirə etmək üçün epidemioloji göstəricilər coğrafi yüksəkliyə görə müqayisəli təhlil edilmişdir və nəticələr cədvəl 3-də göstərilmişdir.
Cədvəl 3-dən görünür ki, 2011-2015-ci illərdə dağlıq ərazisində yaşayan əhali arasında vərəmlə xəstələnmənin səviyyəsi düzənlik zonaya nisbətən 1.5-dəfə yüksək olmuşdur. Bu zonada vərəmin ağır kliniki forması sayılan fibroz-kavernoz vərəmin xüsusi çəkisi 2011-2015-ci illərdə I zonada III zonadan 3.2 dəfə yüksəkdir (p≤0.05). Anoloji vəziyyət vərəm meningitində də özünü biruzə verir və uyğun olaraq 9.5 dəfə yüksəkdir(p≤0.05). Gərginliyin yüksək dağlıq zonada mövcud olması ilkin xəstələr arasında dağılma boşluğunun səviyyəsində və mikobakteriya ifraz edən xəstələrin xüsusi çəkisində də müşahidə olunur və 1.4-1.5 səviyyəsindədir (N 1.2-1.5). Anoloji göstəricinin III - düzənlik zonada səviyyəsi 2.1 təşkil edir (p≤0.05). Başqa sözlə bu göstərici düzənlik zonada rentgenoloji müayinələrin zəif aparılmasını və ya xəstələrin qeydiyyatdan yayındığını göstərir.
Son 5 ildə yüksək dağlıq zonada xəstələnmə 24.7% azalmasına baxmayaraq ağır kliniki formaların müşahidəsi, və ocaqlı vərəmin xüsusi çəkisinin 16.3% (N 40-60%) eyni səviyyədə qalması, epidemik gərginliyi göstərməklə yanaşı, ilkin tibbi yardım mərhələsində vərəm əleyhinə xidmətinin təşkilində olan çatışmamazlıqları göstərir. Bu zonada 2011-2015-ci illərdə ilkin fəal vərəm xəstələri arasında mikobakteriya ifraz edənlərin səviyyəsi 23.4% azalmışdır ki, bu da passiv aşkarlanmanın təşkilindəki geriliyi sübut edir. Hər üç zonada 2015-ci ilin sonuna ilkin xəstələr arasında ocaqlı vərəmin xüsusi çəkisi 16.8%-14.8% və 12.8% olması erkən aşkarlanmanın 72%-75%-78.7% geri qaldığını göstərir. Sözsüz, bu göstərici bir başa vərəmin fəal aşkarlanmasında olan çatışmamazlığa dəlalət edir (p≤0.05).
Cədvəl № 4.
Göstəricilər |
Müəssisələr |
Illər |
||||
2011(%) |
2012(%) |
2013(%) |
2014(%) |
2015(%) |
||
Ağ ciyər vərəmi |
1 nömrəli vərəm əleyhinə dispanser |
77 |
71.8 |
77.9 |
73.8 |
76.1 |
Qobustan vərəm kabineti |
81 |
80 |
80.9 |
81 |
61.1 |
|
m± |
0.03 |
0.08 |
0.03 |
0.07 |
0.15 |
|
Mikroskopik mikobakteriya ifraz edənlərin xüsusi çəkisi
Genexpert MBT/Rif |
1 nömrəli vərəm əleyhinə dispanseri |
73.8 |
68.9 |
67.1 |
57.3 |
60.2 (37.3) |
Qobustan vərəm kabineti |
47 |
41.7 |
58.8 |
53 |
45.5 |
|
m± |
0.02 |
0.65 |
0.09 |
0.05 |
0.2 |
|
1 nömrəli vərəm əleyhinə dispanser |
- |
- |
- |
- |
10 |
|
Dağılma mərhələsi |
1 nömrəli vərəm əleyhinə dispanseri |
32.1 |
39.1 |
29.8 |
28 |
31.9 |
Qobustan vərəm kabineti |
52.9 |
33.3 |
24 |
17.6 |
36.4 |
|
m± |
0.34 |
0.12 |
0.15 |
0.32 |
0.09 |
|
Mikobakteriya ifrazının dağılma mərhələsində olanlara nisbət indeksi |
1 nömrəli vərəm əleyhinə dispanseri |
2.3 |
1.8 |
2.3 |
2.0 |
1.9 |
Qobustan vərəm kabinetində |
0.9 |
1.3 |
2.5 |
3.0 |
1.3 |
|
m± |
0.23 |
0.10 |
0.06 |
0.27 |
0.27 |
Müvafiq təhlil Bakı şəhərinin nisbətən kifayət edən material-taxniki bazası və kadr potensialına malik olan Yasamal və Nəsimi rayonları və kifayət qədər material-taxniki bazası və kadr potensialı olmayan Qobustan rayonu üzrə aparılmış və nəticələr cədvəl 4-də göstərilmişdir. Təhlil göstərir ki, 1 nömrəli vərəm əleyhinə dispanserində ağ ciyər vərəminin xüsusi çəkisi 2011-2015-ci illərin müqayisəsində 3.9% azalmış və ağ ciyərdən kənar üzvlərin vərəmi isə müvafiq səviyyədə artmışdir. Müvafiq təhlil Qobustan rayonu üzrə aparıldıqda məlum olur ki, ağ ciyərdən kənar üzvlərin vərəmi 2015-ci ildə 2011-ci ilə nisbətən 24.6% artmışdır (p≤0.05).
Son 5 ildə (2011-2015) 1 nömrəli vərəm əleyhinə dispanserdə və Qobustan rayon vərəm kabinetində ilkin ağ ciyər vərəm hadisələri arasında mikobakteriya ifraz edənlərin və dağılma mərhələsində aşkar olunanların nisbət indeksi
Cədvəl 4-dən görünür ki, son illər ağ ciyər vərəminin aşkarında şüa diaqnostikasının kifayət etmədiyini və ağ ciyərdən kənar üzvlərin vərəminin aşkarlanmasında ultrasəs, MRT və KT müayinələrinin dövlət və özəl müəssisələrdə geniş tətbiqinin fəal nəticəsidir. Digər tərəfdən, məsələyə aydınlıq gətirmək üçün ağ ciyərdən kənar üzvlərin vərəminin xüsusi çəkisinin yüksəlməsində heyvandarlıqla məşğul olan Qobustan rayonunda heyvandarlıq təsərrufatlarının vərəmə görə sağlamlıq vəziyyəti də diqqətdə saxlanılmalıdır.
Təhlil göstərir ki, material-texniki bazası və kadr potensialı olan, düzənlik zonada yerləşən dispanserdə ilkin xəstələr arasında dağılma mərhələsi 2011-2015-ci illərdə 32.1-32.9 % səviyyəsində olduğu halda, əksinə dağlıq zonada yerləşən vərəm kabinetində bu göstərici 52.9-36.4% təşkil edərək yüksək səviyyədə qalır. Bu xəstələrin gecikmiş aşkar edilməsini təsdiqləyir və buna uyğun olaraq xəstələr arasında mikobakteriya ifrazının səviyyəsi də düzənlik zonadan geri qalır (p≤0.05). Düzənlik zonada yerləşən müəssisədə immunogenetik Genexpert MBT/Rif müayinəsinin 2015-ci ildə 1 nömrəli vərəm əleyhinə dispanserdə mümkün olmuş və müayinə aparılmışdır. Nəticədə müayinənin effektliliyi 10 % artmışdır. Beləliklə, təhlil göstərir ki, müalicənin effektliyinin əsas meyarı mikobakteriyanın tapılması və onun spesifik dərmanlara həssaslığının təyini sayılırsa, ilkin tibbi yardım mərhələsində sadə mikobakteriyanın və immunogenetik Genexpert MBT/Rif metodunun tətbiqi çox önəmlidir və yoluxma zəncirinin qırılması üçün əsas vasitədir.
Beləliklə, aparılan təhlildən belə bir nəticəyə gəlmək olar ki, bu günki, epidemik vəziyyətdə vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində kadrla təminat və vərəm əleyhinə müəssisələrin material texniki bazasının vəziyyəti önəmli yer tutur. Sözsüz, regionların coğrafi mövqeyindən asılı olaraq vərəm əleyhinə tədbirlərin həyata keçirilməsi də mühüm amil kimi mövcuddur.
Beləliklə, Azərbaycanda vərəm əleyhinə tədbirlərin keyfiyyətini xarakterizə edən əsas epidemioloji göstəricilər vərəmin stabilliyini xarakterizə etsə də, regionlar üzrə təhlil epidemioloji gərginliyi göstərir. Bu baxımdan müxtəlif coğrafi relyefə malik olan dağlıq və dağatəyi regionlar üstünlük təşkil edən Azərbaycanda və buna oxşar ölkələrdə ilkin tibbi yardım mərhələsində vərəm əleyhinə tədbirlərin təşkili və epidemioloji qiymətləndirilməsi coğrafi mövqeydən asılı olaraq aparılmalı, və buna uyğun vərəmin aktiv və passiv aşkarlanma təşkil edilməlidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Şıxəliyev Y.Ş. “Vərəm xəstəliyinin epidemiologiyasına aid qeydlər” “Vərəmli xəstələrin erkən aşkarı, müalicəsi və müşahidəsi” dərs vəsaiti, Bakı 2015-ci il, səh. 26-355
2.Şıxəliyev Y.Ş. “Kütləvi rentgen-fluoroqrafik müayinələr” “Vərəm xəstəlikləri” dərslik 2016 səh.193-199
3.Слогодская Л.В., Богородская Е.М. «Сравнительная характеристика иммунологических тестов для выявления туберкулезной ифекции, возможность массового скрининга.» Журнал /Туберкулез и болезни легких/ 2016, №5 ст. 5-16
4.Слогодская Л.В., Сенчухина О.Ю., Никитина Г.В. и др. «Эффективность кожного теста с аллергеном туберкулезным рекомбинантами при выявлении туберкулеза у детей и подростков» Москва 1913г., Педиатрия, фтизиатрия 2015, №1 ст. 99-103
5.Шыхалиев Я.Ш., Новрузов М.А., Юкелис Л.А. «Роль бактериологического обследования в раннем выявлении туберкулеза в сельского-высокогорных условиях. В кн. : Материалы Х съезда фтизиатров , Киев 1986, ст. 33
6.Шыхалиев Я.Ш., Новрузов М.А. Факторы, влияющие на эпидемиологию туберкулеза легких в Азербайджанской Республике Тезисы докладов IV Съезда научно-медицинской аccoциации фтизиатров Москва, Йошкар-Ола 1999 ст. 32
7.Mark Danzon. План “Остановить ТБ” для 13 наиболее приоритетных стран Европейского региона ВОЗ, Материалы ВОЗ, Ташкент 2008, ст.3-27
8.Ağayev F.F., Musayev A.İ., Səfərov F.Q., “Problems of tuberkulosis Azerbayjan Scensе Bisiont Borders Linsbrusk 2009 p.38-43
9.Styblo K. ”Epidemiology of Tuberkulosis selected papers Royal Netherland tuberkulosis Assocation, the 1991 vol.24
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı