QİDA BORUSU XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKASINDA XROMOSKOPİYANIN ROLU.

15-08-2017

Xromoskopiya metodu və ya selikli qişaların vital(həyati) boyalarla rənglən-məsi, endoskopiyanın ayrılmaz bir hissəsidir. Bu metod yemək borusu şişlərinin erkən diaqnoz qoyulmasında,selikli qişada olan nahamarliq, eroziyalar, poliplər, daralma-lar, Barrett sahələrini və onların ölçüsünü təyin etməklə, endoskopiyanın imkanlarını genişləndirir. Metod ilk dəfə Schiller tərəfindən uşaqlıq boynu şişlərinin erkən diaoqnostikasında tətbiq edilmişdir (9). Klinikamızda bu metodla aparılan endoskopiya əməliyyatlarının nəticələrini təhlil etmək qərarına gəldik.

Material və metod:Təcrübə 56 Qastroezofaqeal reflü  simptomları və 11 hiatal hernisi olan, 67  xəstədə (43-ü kişi-64%,24ü-36,40%-i qadındır,kişilərdə orta yaş 75±24,5, qadınlarda 58±35- dir) aparılmışdır.Normal endoskopiyadan  sonra, yemək borusu selikli qişasına10-15ml 3,5%-lilyuqol məhlulu çiləndikdən sonra,normal selikli qişa çoxqatlı yastı epiteldə olan qluqogenlə qarşılıqlı təsirdə olaraq, lyuqol absorbsiya olunur. Bu zaman normal selikli qişa tünd qəhvəyi rəng alır,epitel toxumasının tamlığı pozulmuş nahiyyələrdə qluqogen olmadığından selikli qişa boyanmır.Boyanmamış nahiyyəlıərdən biopsiyalar götürülmüşdür.Normal endoskopiyadan və xromoendos-kopiyadan sonrakı görünən patologiyalar müqayisəli şəkildə təhlil edilmişdir. Müayinədən sonra selikli qişa səthində qalan lyuqol məhlulu 10 ml -3 %-li Natrium tiosulfat məhlulu ilə yuyularaq neytrallaşdırılmışdır.

Nəticələr: Müayinə obyektinə daxil olan reflü simptomları olan 56 xəstənin 22-sindən, hiatal hernisi olan 11 xəstənin 3-dən standart endoskopiya zamanı selikli qişada dəyişiklik olduğundan biopsiya götrülmüşdür. Xromoskopiyadan sonra isə, reflü simptom-ları olan 34- xəstənin 5-də selikli qişa tamam boyanmış, 29-dan yemək borusu Z xəttindən 0,5-4 sm distalda selikli qişadan boyanmamış nahiyyələrdən (p<0,01) biopsiyalar götürülmüşdür.Hiatal hernisi olan 8 xəstənin 7-sində selikli qişa tam boyanmamış,1-də isə tam boyanmışdır.Boyanmamış nahiyyələrdən cəmi 260 biopsiya götürülmüşdür.Histoloji nəticələr ;bazal hüceyrə hiperplaziyası və papilla uzanması 31 xəstədə, leykosit -limfosit infiltrasiyası 13, Barrett qida borusu 7 ,displaziya 10 xəstədə aşkar olunmuşdur. Xəstələrin əsas şikayərləri ;döş sümüyü arxasında yanğı (25) ,ağrı hissi ( 22) , qarnın yuxarı hissəsində yanğı hissi (27) ,gəyirmə (17) ,disfagiya (11) olmuşdur.

Сədvəl  № 1.

Standart  və  xromoskopiyadan  sonrakı  nəticələrin  müqayisəsi.

histoloji

standart endoskopiya

xromoskopiya

Normal                                                 6

42

6

hiperplaziya                                         15   

5

10

 Papilla uzanması                                16                     

7

9

 Limfosit leykosit infiltrasiyası              13                             

6

7

Barrett qida borusu, displaziyaziya      17                          

7

10

Cəmi :                                                 67

67

42

 

 

Standart endoskopiya Xromoskopiyadan  sonra

Müzakirə:Yemək borusunun yastı epitel hüceyrəli və adenokarçinoması həzm traktı şişləri arasında proqnozu ağır olan şişlər hesab olunur(4). Buna görə də şişönü xəstəliklərin vaxtında aşkarlanması xüsusilə vacibdir.Standart endoskopik müayinədə bu tələblər həmişə yerinə yetirilmədiyinə görə,selikli qişanın Lyuqol məhlulu ilə boyanması, yemək borusu xəstəliklərinin diaqnostikasında yüksək effektlilik göstərir (1). Bu metod yastı epitel toxumasında olan qluqogenlə Yod arasında baş verən reaksiyaya əsəslanır(1).Boyama 2 tip ilə xarakterizə olunur: I tipdə selikli qişa tünd qəhvəyi rəngə boyandıqda normal, II tipdə isə selikli qişanın qeyri bərabər boyanması həmin nahiyyədə iltihabla əlaqədar qluqogenin olmaması ilə bağlıdır. (7,8). Diaqnostik kriteriyalar çox vacibdir,belə ki, endoskopiyada düzgün olmayan diaqnoz 80%-ə qədər ola bilər (5). Biopsiya sərhədlərini təyin etməklə Z xətti və yuxarıda olan kiçik qan damarlarını zədələməmək mümkündür (4,2). Sərhədləri təyin etməklə nişanlanmış biopsiya götürmək imkanı yaranır.Ancaq, klassik endoskopiya vaxtı bu damarlar həmişə identifikasiya olunmadığına görə mexaniki zədələnmələr ola bilər. Lyuqol işlədilməsi isə ,metaplastik epiteldə qluqogen olmadığına görə həmin sahə aydın seçilir. Bu üsul yemək borusu Barretti və şiş önü displaziyanı dəqiq təyin etmək imkanı yaradır. Bir çox üəlliflər (1,3) hesab edirlər ki, şişlərin başlanğıc forması yemək borusunda uzun müddətli iltihabı prosesin olması ilə əlaqədar ola bilər. Bəzi müəlliflər displaziyanın 7%-18% (5), digərləri bu rəqəmin 14%-36% arasında dəyişdiyini göstərdikləri halda (6,8),bizim təcrübədə isə, bu rəqəmlər 7%-14% arasında dəyişmişdir.

Nəticə: Yemək borusu xəstəliklərinin (qastroezofaqial reflü,ezofaqit,hiatal herni, Barrett, displaziya,metaplaziya,yastı epitel hüceyrəli şiş,adenokarçinoma) diaqnostikasında xromoskopiyaın tətbiqi, standart endoskopiyada görünməyən dəyişikliklərin aşkarlanmasında, dəqiq biopsiya götürülməsində, ən asan və effektiv metoddur.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Inoue H, Rey JF, Lightdale C. Lugol chromoendoscopy for esophageal squamous cell cancer. Endoscopy 2001; 33: 75-79. 

2. Levine DS, Blount PL, Rudolph RE, Reid BJ. Safety of a systematic endoscopic biopsy protocol in patients with Barrett’s esophagus. Am J Gastroenterol 2000; 95: 1152-11

3. Kitamura K, Kuwano H, Yasuda M, et al. What is the earliest malignant lesion in the esophagus? Cancer 1996; 77 (8 Suppl): 1614-1619. 

4. Mueller J, Werner M, Stolte M. Barrett’s esophagus: histopathologic definitions and diagnostic criteria. World J Surg 2004; 28: 148-154

5. Miros M, Kerlin P, Walker N. Only patient with dysplasia progress to adenocarcinoma in Barrett’s esophagus. Gut 1991; 32: 1441-1446. 

6. Reid BJ, Haggitt RC, Rubin CE, et al. Observer variation in the diagnosis of dysplasia in Barrett’s esophagus. Hum Pathol 1988; 19: 166-178

7. Siewert JR, Stein HJ. Barrett’s cancer: indications, extent and results of surgical resection. Semin Surg Oncol 1997; 13: 245-252. .

8. Włodarczyk. J Application of Lugol's solution in diagnostics of oesophageal diseases with high risk of malignancy.  Kardiochirurgia i Torakochirurgia Polska 2008; 5 (1): 38–4

9. Schiller V. Early diagnosis of carcinoma of the cervix. Surg Gynec and Obstet 1933; 56: 210-222.


Müəlliflər:
C.H. Hüseynov
Ə.Ş. Şıxəliyev
M.C. Hüseynli

Digər jurnal və qəzetlər