UŞAQLIQ BOYNU PATOLOGİYALARININ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA
25-02-2016
Uşaqlıq boynu patologiyaları çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. Vaxtında qoyulan diaqnoz və adekvat müalicə uşaqlıq boynunun onkoloji xəstəliklərinin profilaktikası hesab olunur (2). Müasir təbabətin yüksək nəaliyyətlərinin olmasına baxmayaraq uşaqlıq boynu xərçəngi ginekologiyanın aktual problemlərindən biridir və onkoginekoloji xətəliklərin strukturunda 2ci yeri tutur və təəssüf ki, ilbəil müxtəlif yaş qruplarında miqdarı artmağa meyllidir.
Uşaqlıq boynunun vaginal hissəsində patoloji vəziyyətlərin yaranması uzun və mürəkkəb prosesdir. Tədqiqatlara əsasən bədxasssəli proseslər leykoplagiya, servisit kimi fon xəstəlikləri əsasında yaranır. Uşaqlıq boynunun fon xəstəlikləri iltihabi, hormonal, travmatik mənşəli xoşxassəli proseslərdir. Onlar xərçəngönü vəziyyət deyil, lakin bu xəstəliklərin fonunda uşaqlıq boynu epitelində proliferativ dəyişikliklər inkişaf edir. Displastik prosesin erkən mərhələsində maliqnizasiya riski yüksək deyil, III dərəcəli displaziya isə invaziv xərçəngə transformasiya edir(1). Buna görə də proqnostik markerlərin axtarışı uşaqlıq boynunun xərşənginin patogenezinin tədqiqatında vacib istiqamətdir (2).
Xərçəngönü xəstəliklərin etiologiyasında açar rolu insan papillamatoz virusu ( İPV ) oynayır. İPV ilə uşaqlıq boynu displaziyası arasındakı əlaqə geniş epidemioloji tədqiqatlarla sübut olunmuşdur (3). Tədqiqatlara əsasən İPV displaziyalarda 19-90% halda, epiteldaxili karsinomlarda58-89% rast gəlinir (4). ÜST-nın məlumatına görə dünyada hər gün 1300-ə qədər qadın İPV- nu ilə yoluxma nəticəsində əmələ gələn uşaqlıq boynunun xərcəngi ilə xəstələnir. Bu təhlükəli xəstəliyin qurbanları daha cox reproduktiv yaş dövründə olan qadınlardır. Hər il 240000-dən artıq qadın uşaqlıq boynu xərcəngi nəticəsində ölür (5).
İPV uşaqlıq boynunun yalnız bazal qatının proliferə edən epitel hüceyrələrini infeksiyalaşdırır. Əksər hallarda İPV digər cinsi yolla ötürülən xəstəliklərlə birlikdə rast gəlinir. Urogenital traktın infeksiyaları xüsusilə xlamidioz, ureoplazmoz, mikoplazmoz, herpetik və sitomeqalovirus infeksiyaları, disbiotik vəziyyətlər İPV ilə yoluxmanın xronikiləşməsinə, daha dayanıqlı və müalicəyə çətin tabe olan iltihabi dəyişikliklərin yaranmasına səbəb ola bilər (6,4,7).
Nəzərə alsaq ki,yalnız İPV-na təsir edən spesifik preparatlar hələ ki mövcud deyil, virusun orqanizmdən tamamilə itməsini təmin etmək mümkün deyil. Müalicənin əsas məsələsi İPV infeksiyasının klinik və subklinik formalarının ləğvinə yönəlməlidir (5).
Müalicə prinsiplərinin kriterisi xəstəliyin formasından aslıdır. İPV yoluxmasın klinik və subklinik formalarının CİN I və CİN II-də xəstə ginekoloqda müalicə alır, CİN III və uşaqlıgın boynu xərçəngində onkoloqda müalicə alır. Müalicə taktikasında ən vacib hər iki partnerun birgə müalicəsidir. İPV-nin latent formasında immunomodulyator preparatların qəbulun əsaslanmamışdır. İPV ilə xəstələnmənin subklinik formasında dispanser nəzarət, sistem və yerli virus əleyhinə müalicə məsləhət görünür (4,8).
Klinik CİN I-II-də kombinə olunmuş müalicə tətbiq olunur.
Anogenital kondilomların göturülməsi məqsədilə çox saylı metodların olmasına baxmayaraq, istənilən metodun tətbiqindən sonra residivlərin yaranması tezliyi yüksəkdir- 30-90%. Residiv problemi müalicə metodunun növündən asılı deyil , bu daha çox infeksiyanın reaktivasiyası ilə əlaqədardır.
Daha optimal müalicə metodunun seçilməsi zamanı 4 əsas prinsipə nəzarət etmək lazımdır: məhz bu patologiyada effektin alınması, müalicədən sonra residivin yaranması tezliyi, müalicənin yan təsirlərinin minimum olması, prosedurun aparılmasının sadəliyi (9,10).
İPV ilə yoluxmada müalicədə aşağıdakı taktika təklif olunur:
1.Papilomatoz ocaqların dağıdılması
2.Virus əlehinə immunitetin stimulyasiyası ( yerli və ümumi )
3. Residiv əmələ gətirən faktorların aradan götürülməsi.
Müalicə vaxtı nəzərə alınmalıdır ki, bazal qatın sanasiya olunmadan epidermisin götürülməsi xəstəliyin rezidivləşməsi ilə nəticələnir.
Usaqlıq boynu hormonal asılı orqan olduğuna görə qadınlarda endokrin sistemin vəziyyətini araşdırmışıq. Belə ki, 16 (13%) qadında qalxanvari vəzin xəstəlikləri (hipo-, hipertireoz və s.), 22(18,3%) qadında reproduktiv sistemin xəstəlikləri, 10 (8,3%) qadında şəkərli diabet aşkarlanmışdır. Uşaqlıq boynu patologiyalarının yaranmasına səbəb olan risk faktorları müəyyən olunmuşdur ki, onlar da ekzogen və endogen olmaqla 2 qrupa bölünmüşdür.
Ekzogen risk faktorlarına aid edilmişdir: erkən menarxe –9 (7,5%) xəstə, erkən cinsi həyat – 16 (13%) xəstə, pis vərdişlər (siqaret çəkmə)-3 (2,5%) xəstə, uşaqliq boynunun travmaları (abortdan və ya doğuşdan sonrakı)- 22 (18,3%) xəstə, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri – 25 (20,8%) xəstə, xronoki anovulyasiya- 12 (10%) xəstə. Endogen faktor: mioma- 18 (15%) xəstə, endometrioz- 12 (10%) xəstə, endometriyanin hiperplastik xəstəlikləri- 7 (5,8%) xəstə, disfunksional uşaqlıq qanaxmaları - 10 (8,3%) xəstə.
UBP (uşaqlıq boynunun patologiyası) olan qadınların müayinə protokolu tərtib edilmişdir.
Buna əsasən 95 (79%) qadın doğmuş, onlardan 65 (54%) qadın təbii yolla, 30 (25%) qadın cərrahi yolla doğuşu başa vurmuşdur. 56 (46,6%) qadında 1 və daha artıq abort, 10 (8,3%) qadında doğuşda uşaqlıq boynunun cırılması kimi ağırlaşmalar olmuşdur. 22 (18,3%) qadında menstrual tsiklin pozulması olmuşdur.
78 (65%) qadın ilkin, 42 (35%) qadın təkrar müraciət etmişdir.
9 (7,5%) qadında uşaqlıq boynunun deformasiyası, 6 (5%) qadında uşaqlıq boynunun hipertrofiyası, 65 (54%) qadında servisit, 46 (38%) qadında psevdoeroziya, 9 (7,5%) qadında uşaqlıq boynunun polipi müəyyən edilmişdir.
II. İnfeksiyon skrininq-İPVgenotiplənməsi aparılmışdır.
İPV 87 (72,5%) qadında neqativ, 33(27,5%) qadında pozitiv olmuşdur.
Onlardan 12 (10%) qadında aşağı riskli genotip, 11 (9,2%) qadında yüksək riskli genotip aşkarlanmışdır.
İPV pozitiv olan qadınlar sonrakı etapda sitoloji müayinə olunmuşlar.
III. Sitoloji müayinə CİN və Betestd sistemilə aparılmışdır. Aşağıdakılar müəyyən edilmişdir. Betesd terminoloji sisteminə görə (The Bethesda System- TBS)
1. Norma- ASCUS (Atypical squamaus cells of undertermned significance)-(atipik yastı epitel hüceyrələri aydın olmayan ) -17 (14%) qadın
2. LSİL (Low grade squamous intraepithelial lesion) asağı dərəcəli zədələnmiş intraepitelial yastı hüceyrələr- 12 (10%) qadın
3.HSİL (High grade squamous intraepithelial lesion) yüksək dərəcəli zədələnmə-3 (2,5%) qadın.
4. Karsinoma 1(0,8%) qadın
IV. Kolposkopik müayinə olunmuş 12 (10%) qadında yastı epitel, 3 (2,5%) qadında kobud mozaika, 3 (2,5%) qadında nazik leykoplagiya , 1 (0,3%) qadında qalın punktasiya, 14 (11,6%) qadında skvamoz epitel müəyyən edilmişdir.
İPVİ –nın müsbət olduğu hallarda aşağıdakı formalar (Handley və müəl.görə) ayırd olunmuşdur:
1. Klinik formalar (itiuclu gözlə görünən, vulqar kondiloma, simptomatik, CİN erkən mərhələlərdə koylositoz, diskeratoz displaziya əlamətləri olmadan – yastı kondiloma) 8 (6,6%) qadın
2. Subklinik formalar (gözlə görünməyən, simptomsuz yalnız kolposkopik ve sitoloji ve ya histoloji muayinədə askarlanan asimptomatik CİN (koylositoz və diskeratoz, displaziya olmadan) 8 (6,6%) qadın
3. Latent formalar (Morfoloji ve histoloji dəyişikliklər yoxdur PVİ-DNT olmasına baxmayaraq) 17(14%) qadın
İPV müəyyən olunmuş 33(27,5%) qadından histoloji müayinədə HSİL (3(2,5%) qadın) və karsinoma (1(0,8%) qadın) diaqnozlaşdırılan xəstələr onkoloji klinikaya yönəldilmişlər.
UBP olan 116 qadın öz klinikamızda kompleks müalicə almışlar. İPV-nun klinik forması olan 8(6,8%) qadında elektrokoaqulyasıya ilə yanaşı virusəleyhinə preparatlar sitotoksik, antioksidant və immunoloji müalicə tətbiq olunmuşdur. Subklinik formalı 4(3,4%) qadına virusəleyhinə və immunkorektəedən preparatlar, yerli iltihabəleyhinə, antioksidant müalicə aparılmışdır. Latent formalı 17 (14,6%) qadına yerli və immunkorektə edən preparatlarla müalicə aparılmışdır.
Ektopiyalı 46(38,3%) qadından 22(18,3%) qadına elektrokoaqulyasiya, 20 (16,6%) qadına kriodestruksiya, 4 (3,3%) qadına solkovaginlə sanasiya aparılmışdır. Sadə leykoplagiyalı 26 (21,6) qadına yalnız yerli antioksidant (vagimin samı) tətbiq ounmusdur. Uşaqlıq boynunun ektopiya deformasiyası olan 9 (7,5%) qadında yerli konservativ müalicə və deformasiya zonasının elektrocərrahi kəsilməsi icra olunmuşdur. Ektopiya və hipertofiya olan 6 (5%) qadına yalnız yerli konservativ müalicə (solkoseril mazı və soleplus şamı) təyin olunmuşdur.
Beləliklə, uşaqlıq boynu patologiyalarının rast gəlmə tezliyinin yüksək olmasını nəzərə alaraq kompleks müayinə metodlarının tətbiqi və erkən müalicəsi atipik proseslərin profilaktikasında böyük praktik əhəmiyyət kəsb edir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА– REFERENCES:
1.Бабичева, И.А. , Ю.Д. Ландеховский, Л.С. Ежова Клинико — морфологические параллели прилейкоплакии шейки матки // Акушерство и гинекология. — 1997. -№4.-С. 35-39.
2.Баевский, P.M. Прогнозирование состояний на грани нормы и патологии. М. - 1979. - 167с.
3.Вишнякова, C.B. и др. Этиопатогенетические аспекты псевдоэрозий шейки матки // Журнал акушерства и женских болезней.- 2000. №2.- С 30-32.
4.Волков, В.Г., Кузина Е.В. Папилломавирусная инфекция шейки матки у женщин старшего возраста // Вестник новых медицинских технологий. 2001. - Т. 8, №2.1. C. 30-32.
5.Кустаров, В.Н. , В.А. Линде. Патология шейки матки Спб.: Гиппократ, 2002.
6.Вишнякова, C.B. , О.Г. Пекарев, A.B. Ефремов Особенности клиники кольпитов и экзоцервицитов в климактерическом периоде // Актуал. пробл.акушерства и гинекол.- 2002.- Т.1, №1.- С.21.
7.Заболевания шейки матки (Клинические лекции) / Под ред. проф. В.Н.Прилепской М.: Медиа Сфера, 1997. - 85 с.
8.Голубкова, О.В. Отдаленные результаты лечения фоновых заболеваний шейки матки // Проблемы репродукции. 2003. - №2. - С. 48 — 51.
9.Гаврилова, Т.А. Прогнозирование патологии шейки матки и совершенствование диспансерного наблюдения Текст.: автореф. дис. .канд. мед. наук: 14.00.01 / Гаврилова Татьяна Анатольевна; [Самар. гос. мед. универ.]. Самара, 1996.- 25с.-Библиогр.: с.21-22.
10.Голубкова, О.В. Оптимизация тактики ведения женщин репродуктивного возраста с доброкачественными заболеваниями шейки матки Текст. / О.В. Голубкова [и др.] // Проблемы репродукции. 2003. - №1. - С. 53 — 57.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı