QADINLARDA CİNSİ ORQANLARIN PROLAPSİ VƏ SİDİK SAXLAMAMAZLIQ BİRGƏ PROSESLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ

07-11-2017

Qadın çanağının xüsusiyyətləri yanaşı orqanların anatomiya və fiziologiyası ilə sıx qarşılıqlı əlaqədə olduğundan istənilən dəyişikliklər bütun sistemin funksiyasının pozğunluqlarına gətirib cıxarır. Ilk növbədə bu, uşaqlıq yolu və uşaqlığın sallanması və düşməsinə, sidik ixracı pozulmalarına aiddir. Xəstəlik daha cox reproduktiv yaşda başlayır, proqressiv xarakter daşıyır, proses davam etdikcə anatomik və funksional pozğunluqlar dərinləşir, əmək qabiliyyətinin hissəvi və ya tam pozulması baş verir. Cinsi orqanların prolapsı ginekoloji xəstəliklərin strukturunda 28-38,9%, ginekoloji əməliyyatların 15%-ni təşkil edir (1, 2). Avropa və ABŞ –n statistik məlumatlarına görə 40-60 yaşlı qadınların 45%-də bu və ya digər dərəcədə sidiyin qeyri iradi ixracı baş verir (3,4). Uşaqlıq yolu və uşaqlığın sallanması və düşmələri ilə sidik ixracının pozulması 50-84% halda olur (5, 3, 6). Kiçik çanaq orqanlarının anatomofunksional dəyişiklikləri tibbi problem olmaqla yanaşı qadının həyat keyfiyyətinin pozulmasına səbəb ola bilir. Çanaq dibi xəstəlikləri ilə uroloji xəstəliklərin birlikdə rastlaşmasının yüksək faizi (85,5%), patoloji prosesin cavanlaşması problemin çoxəhatəli olmasını və tibbi sferadan kənara çıxmasını sübut edir (7, 8).

Çanaq dibi xəstəliklərinin patogenezindəki evalyusiyanın dəyişiklikləri ilə yanaşı xəstəliklərin aparılması taktikası da dəyişmişdir. Hal hazirda uşaqlıq yolu divarlarının sallanmasına pubovesikal və rektovaginal arakəsmələrin defekti və onların çanaq divarlarından qopması kimi baxılır (9, 10). Birləşdirici toxumanın displaziyası reproduktiv dövrdə xəstəliyin inkişafının səbəblərindən biri kimi götürülür. Birləşdirici toxumanın anadangəlmə anomaliyası kollagenin quruluş pozulmaları və ya onun möhkəmliyinin azalması ilə əlaqədardır. Kollagen defektləri ətraf mühit faktorlarının təsiri və irsiyyət ilə əlaqəli ola bilər. Çanaqdaxili fassiya daimi mexaniki təsirlərə, maddələr mübadiləsi, hormonal və nevroloji aktivliklərə reaksiya verir. Cinsi orqanların sallanması və düşməsi sidik saxlamazlıq ilə birgə proseslərin etiologiyasında kollagenin rolunun müəyyənləşdirilməsi aktual problemdir (11, 12).

Çanaq dibi xəstəliklərinin əsas etioloji faktorlarına aiddir: çanaq dibi əzələlərinin zədələnməsi, aralıgın dərin cırıqları, doğuşda cərrahi müdaxilə (maşaların qoyulması, dölün şanaq ucundan ixracı), sidik-cinsiyyət diafraqmasının innervasiya pozulmaları (yayılmış skleroz, çanaq nahiyəsinin anadangəlmə qüsurları, birləşdirici toxuma xəstəlikləri).

Çoxsaylı tədqiqatlara əsasən risk faktorlarına aşağıdakılar aid edilir: anamnezdə çoxsaylı doğuşlar, ahıl yaş, qarındaxili təzyiqin artması və s. (10, 13).

Cinsi orqanların prolapsı sidik saxlamamazlıq ilə birlikdə təbabətin aktual problemi olmaqla yanaşı qadının əmək qabiliyyətinin və həyat keyfiyyətinin pozulmasına gətirib çıxararaq və sosioloji əhəmiyyət kəsb edərək müalicə prinsiplərinin yaxşılaşdırılmasını tələb edir. Bu məqsədlə 20 qadın tədqiq olunmuşdur.Ilkin tədqiqat anamnezin əhatəli toplanmasından və ginekoloji baxışdan ibarət olmuşdur. Şikayətlərin qiymətləndirilməsində aşagıdakılara diqqət yetirilmişdir: xəstəliyin başlanma müddəti, həyat keyfiyyətinə təsiri, ailə anamnezi, dərman maddələrinin qəbulu, doğuşun sayı, yanaşı ginekoloji xəstəliklər, nefroloji xəstəliklər, keçirilmiş əməliyyatlar, öskürək, asqırmada sidik saxlamamazlıq, sidik ixracına tez-tez çağırış, sutka ərzində sidik ixracının ritmi və tezliyi, qarnın aşağı hissəsində ağrılar və ağırlıq hissi, aralıqda yad cisim hissiyatının olması.

Ginekoloji kresloda baxış funksional sınaqlarla birgə aparılmışdır ki, bu da ilkin diaqnoz qoymağa və sonrakı taktikanı müəyyənləşdirməyə imkan vermişdir. Baxış xarici cinsiyyət üzvlərindən və vestibulyar nahiyədən başlayır. xəstədə atrofik dəyisikliklər müəyyən edilmışdir ki, bu da estrogen hormonun çatışmazlığını göstərməklə yanaşı, uretranın tonusunun azalmasına və qapayıcı aparatın pozulmasının göstıricisidir.

Sonrakı baxışda aşağıdakılar qiymətləndirilmışdir: uşaqlıq yolunun ölçüsü- 1)böyüməyib- 4 xəstə (20%), 2) böyümüşdür-8 (40%) xəstə, 3) cox böyümüşdür-8 (40%) xəstə, selikli qişanın vəziyyəti: hiperemik-7 (35%) xəstə, hipertrofik-13(65%) xəstə, çapıq dəyişiklik –5 (25%) xəstə, sistosele-2 (10%) xəstə, uretrosele-6(30%) xəstə, ureta və sidik kisəsi boynunun vəziyyəti:1) dəyişib-14 (70%) xəstə, dəyişməyib- 6 (30%) xəstə, uşaqlıq boynunun düşməsi-6 (30%) xəstə, uşaqlığın düşməsi-2(10%) xəstə, usaqlıq yolunun sallanması – 12 (60%)xəstə.

Bütün xəstələrdə bimanual müayinə aparılaraq paravezikal sahə qiymətləndiril-mışdir. Uşaqlıq və sidikliyin hərəkətliliyi: var- 10 (50%) xəstə, yoxdur-10 (50%) xəstə. Bonni testi aparılmışdır: müsbət –18 (90%) xəstə, mənfi- 2 (10%) xəstə. Konus test: 10-20q-2 (10%) xəstə, 30-40q- 6 (30%) xəstə, 50-60q- 8 (40%) xəstə, 70-80q –4 (20%) xəstə. Valsalva sınağı: müsbət-2 (10%) xəstə, mənfi-18(90%) xəstə.

Cinsi orqanların prolapsı və sidik inkontenansı olan qadınlarda müalicə metodlarının seçilməsi indiyə qədər problem olaraq qalır. Bir sıra faktorlarla əlaqəlidir: cinsi orqanların sallanma dərəcəsi, uşaqdoğma və menstrual funksiyanın saxlama imkanları, sidikliyin, uretranın, düz bağırsağın funksiya pozulmalarının xüsusuyyətləri, yanaşı ekstragenital xəstəliklər, cərrahi müdaxilənin risk dərəcəsi.

Birgə patologiyanın cərrahi müalicəsi nəticələrində olan müvəffəqiyyətlərə baxmayaraq, 9-30% halda sidik saxlamamazlıq aradan götürülmür, 33-61,5% % halda isə prolapsın residivləşməsi baş verir (12, 14). Bu da yeni müalicə metodlarının tətbiq olunmasını tələb edir.

20 qadın müvafiq əməliyyatönü hazırlıq keçdikdən sonra əməliyyat olunmuşdur. 18 (90%) xəstədə puborektal plastika TOT əməliyyatı ilə, 2 (10%) xəstədə puborektal plastika pubovesikal arakəsmənin bərpası ilə icra olunmuşdur.

Beləliklə,  sidik saxlamamazlıq və cinsi orqanların prolapsının birlikdə rast gəldiyi proseslərin patogenetik aspektlərin öyrənilməsi aktualdır, tədqiqatların aparılmasını, müalicəsində yeni, effektiv metodların işlənib hazırlanmasını tələb edir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Аполихина И.А., Ибинаева И.С., Саидова А.С., Железнякова А.И. Особенности тактики ведения женщин с недержанием мочи в амбулаторно-поликлинических условиях // Материалы IV съезда акушеров-гинекологов России. – Москва. – 2008. – С. 305-306.

2. Komeso Y.M., Ketai L.H., Rogers R.G., et al. Restoration of continence by pessaries: magnetic resonance imagine assessment of mechanism of action // Obstetr. And Gynec. – 2008. – Vol.198. – N1. – P. 563-565.

3. Sentilhes L., Berthier A., Loisel C. et al. Female sexual function following surgery for stress urinary incontinence:tension-free vaginal versus transobturator tape procedure. // Urogynecol. – 2009. – Vol.20. – P. 393-399.

4. Melville J.L., Newton K., Fan M.-Y. et al. Health care discussions and treatment for urinary incontinence in U.S.women // Obstetr. And Gynec. – 2006. – Vol.194. – N1. – P. 229-237.

5. Mallett V.T., Brubaker L., Stoddard A.M., et al. The expectations of patients who undergo surgery for stress incontinence // Obstetr. And Gynec. – 2008. – Vol.198. – N1. – P. 308-310.

6. Patel. D. A., Xu X., Thomason A.D. et al. Childbirth and pelvic floor dysfunction: An epidemiologic approach to the assessment of prevention opportunities at delivery // Obstetr. And Gynec. – 2006. – Vol.195. – N1. – P.23-28.

7. Строцкий А.В., Рябчевский А.Н. Оценка отдаленных результатов хирургического лечения стрессового недержания мочи у женщин // I съезд белорусской ассоциации урологов, Минск, 2008. – С. 312-313.

8. Denman M.F., Gregory T., Boyles S.H., et al. Reoperation 10 years after surgically managed pelvic organ prolapse and urinary incontinence // Obstetr. And Gynec. – 2008. – Vol.198. – N1. – P. 555-556.

9. Абдуризаев А.А., Мин А.В. Эффективность TVT-O при стрессовом недержании мочи у женщин. // I съезд белорусской ассоциации урологов, Минск, 2008. –С. 72-73.

10. Горбенко О.Ю. Новые подходы к оперативному лечению опущения и выпадения внутренних половых органов: Автореф. дис. ... канд. мед. наук. – М. – 2007. –С. 14.

11. Нечипоренко Н.А., Егорова Т.Ю., Юцевич Т.Ю. Синтетические протезы в хирургическом лечении женщин с выпадением половых органов // Акуш. и гин. – 2009. – №2. – С. 64-67.

12. Мицкевич Е.А., Мастыков А.Н. Этиопатогенетические аспекты выпадения внутренних половых органов и стрессового недержания мочи у женщин // Актуальные вопросы современной медицины и фармации. Материалы 61 итоговой научно-практической конференции студентов и молодых учен– Витебск. – ВГМУ. – 2009. – С. 415-416.

13. Дьяков В.В., Пушкарь Д.Ю. Предварительные результаты оперативного лечения недержания мочи по методике ТОТ у женщин пожилого возраста // Клиническая геронтология. – 2003. – Т.9. – №9. – С. 79-80.

14. Пушкарь Д.Ю. Диагностика и лечение сложных и комбинированных форм недержания мочи у женщин: Автореф. дисс. докт. мед. наук. М., 1996. – 53 с.


Müəlliflər:
K.D. Quliyeva

Digər jurnal və qəzetlər