HAMİLƏLİYİN I TRİMESTRİNDƏ DÖLÜN YAXALIQ SAHƏSİNİN QALINLIĞININ BÜZDÜM-ƏNSƏ ÖLÇÜSÜNDƏN ASILI SƏCİYYƏLƏRİ

28-03-2018

Giriş. Anadangəlmə inkişaf qüsurlarının, xüsusən xromosom anomaliyalarının erkən markerlərindən biri dölün yaxalıq sahəsinin qalınlığının normadan çox olmasıdır [1-7]. Bu markerin həssaslığı və spesifikliyi yüksək olduğuna görə hamiləliyin I trimestrində onun ultrasəs vasitəsi ilə skrininqi zəruri sayılır. Göstəricinin ölçüləri geniş intervalda dəyişir, onun norması vahid kəmiyyətlə deyil, populyasiyon səviyyənin 5–95-ci sentillərinin intervalı kimi müəyyən olunmuşdur. Hamiləliyin I trimestrində dölün yaxalıq sahəsinin qalınlığı ən çox büzdüm-ənsə ölçüsü ilə mütənasib dəyişir. Ona görə də yaxalıq sahəsinin qalınlığının norması büzdüm-ənsə ölçülərinin variyasiyasından asılı tərtib olunmuş sentil cədvəllərinə müvafiq müəyyən edilir [1]. Dölün bütün fetometrik ölçüləri kimi yaxalıq sahəsinin qalınlığı da ayrı-ayrı etnik qruplar və populyasiyalar üçün fərqli səciyyələrə malikdir [8]. Bunu nəzərə alaraq tədqiqatçılar tövsiyə edirlər ki, hamiləliyin I trimestrində dölün yaxalıq sahəsinin qalınlığı anadangəlmə qüsurların markeri kimi adekvat istifadə etmək məqsədi ilə regionlar üzrə onun sentil cədvəlləri tərtib edilsin [1,3,6-8].

Tədqiqatın məqsədi.Sumqayıt şəhər populyasiyası nümunəsində hamiləliyin I trimestrində dölün büzdüm-ənsə ölçülərinin variasiyaına müvafiq onun yaxalıq sahəsinin normativ səviyyəsini əsaslandırmaq.

Tədqiqatın materialları və metodları.Müşahidə Sumqayıt şəhərində yaşayan hamilə qadınlar üzərində aparılmışdır. Müşahidə vahidi kimi tədqiqatın məqsədinə müvafiq hamiləliyin I trimestrində ultrasəs müayinəsinə cəlb edilmiş qadın götürülmüşdür. Müşahidənin minimal həcmi 5% ehtimalla rast gəlinə bilən yaxalıq sahəsinin qalınlaşmasının normadan çox səviyyəsi və yol verilən xətanın 2,5%-dən çox olmaması şərti ilə aşağıdakı formulla hesablanmışdır:

Yaxalıq sahəsinin qalınlığı hestasiya müddətindən asılı olduğuna və müşahidəmizdə I trimestrin tam səciyyəsini əhatə edən 11, 12 və 13 həftəlikdə göstəricinin səciyyəsinin müəyyən olunması planlaşdırdığımıza görə hər ayırd olunmuş 3 variant həftəliyə müvafiq 350 (cəmi 1050) təkdöllü hamilə qadın müayinəyə cəlb olunmuşdur. Beləliklə, müşahidəmizin ehtimal olunan həddi xətası 2,32% səviyyəsində planlaşdırılmışdır.

Hamiləliyin müddəti axırıncı aybaşının birinci gününə görə təyin edilmiş, tam həftə (11, 12 və 13) və günlərlə (11/0–11/6; 12/0–12/6; 13/0–13/6) ifadə edilmişdir. Ultrasəs müayinəsi klinik protokolun şərtlərinə müvafiq aparılmış, yaxalıq sahəsinin qalınlığı orta sagital müstəvidə başın neytral durumunda müəyyən edilmişdir. Büzdüm-ənsə ölçüsünə müvafiq 8 qrup ayırd edilmişdir (45-50; 41-55; 56-60; 61-65; 66-70; 71-75; 76-80; 81-84). Bu qruplarda döllərin sayı müvafiq olaraq 135, 162, 135, 132, 135, 120, 135, 96 təşkil etmişdir. Bu qruplar üzrə yaxalıq sahəsinin qalınlığının ölçüləri fərdi kompyuterə salınmış, Excel proqramının “məlumatların analizi” paketinin köməyi ilə təsviri statistikanın nəticələri və sentil bölgü alınmışdır [9].

Alınmış məlumatlar. Müşahidə toplumunun ümumi səciyyələri 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi, hamilə qadınların yaş tərkibində 20-24 və 25-29 yaşlı (müvafiq olaraq 39,9 və 36,6%), hamiləliyin sıra sayına görə bölgüsündə ilk dəfə hamilə olanlar (35,4%), gözlənilən doğuşların sıra sayına görə bölgüsündə ilk dəfə doğanlar (38,5%) və təkrari doğanlar arasında doğuşlararası intervalı 18-24 ay olanlar (57,2%) üstün paya malikdirlər.

Döllərin büzdüm-ənsə ölçüsü 45-84mm intervalında dəyişmiş və bu toplumda göstəricinin ölçüsü 45-50, 51-55, 56-60, 64-65, 66-70, 71-75, 76-80, 81-84mm olanların xüsusi çəkisi müvafiq olaraq təşkil etmişdir: 12,9; 15,4; 12,9; 12,6; 11,4; 12,9 və 9,0%.

Büzdüm-ənsə ölçüsünün variantlarına görə ayırd edilmiş qruplarda dölün yaxalıq sahəsinin qalınlığının təsviri statistikasının nəticələri 2-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi büzdüm-ənsə ölçüsünün 45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm olması fonunda dölün yaxalıq sahəsinin qalınlığı müvafiq olaraq 1,44±0,04; 1,53±0,036; 1,63±0,055; 1,66±0,033; 1,75±0,047; 1,79±0,054; 1,99±0,078 və 2,57±0,12mm təşkil etmişdir. Bu qrupların qoşa müqayisəsi sıfır hipotezini inkar etməyə əsas verir (t≥2; P≤0,05). Ayırd edilmiş qruplarda dölün yaxalıq sahəsinin qalınlığı bir-birindən statistik dürüst fərqlənir (qruplar arası dispersiya–95,96; qrupdaxili dispersiya 440,81; F=33,48; P<0,001).

Beləliklə, büzdüm-ənsə ölçüsündən asılı döllərin yaxalıq sahəsinin qalınlığı dəyişir, göstəricinin minimal və maksimal səviyyələri müvafiq olaraq təşkil etmişdir: 0,72-2,49; 0,72-2,38; 0,77-3,89; 1,01-2,51; 0,77-2,54; 0,99-2,75; 0,99-6,45 və 1,74-7,88mm.

Cədvəl  № 1.

Müşahidə toplumunda qadınların ümumi səciyyələri (N=1050)

Əlamətlər

Əlamətlərin variantları

Say

Cəmə görə %

Əlamətlər

Əlamətlərin variantları

Say

Cəmə görə %

Yaş, İllər

<20

20-24

25-29

30-34

35+

68

419

384

115

64

6,5

39,9

36,6

11,0

6,0

Doğuşların ardıcıllıq nömrəsi

0

1

2

3+

404

262

294

90

38,5

25,0

28,0

8,5

Hamiləliyin ardıcıllıq nömrəsi

1

2

3

  4+

372

248

289

141

35,4

23,6

27,5

13,5

Doğuşlar -arası inerval, aylar

 

<18

18-24

24+

 

172

374

108

 

26,3

57,2

16,5

 

Qeyd etmək lazımdır ki, dölün yaxalıq sahəsinin qalınlığının orta səviyyəsinin və büzdüm-ənsə ölçüsünün ranqları arasında korrelyasiya əlaqəsi düz və güclüdür (ρ=1,0). Yaxalıq sahəsinin qalınlığının büzdüm-ənsə ölçüsünə görə ayırd etdiyimiz qruplarda medianasının (cədvəl 2) ranqları büzdüm-ənsə ölçüsünün ranqları ilə nisbətən zəif korrelyasiya olunur (ρ=0,8). Göstəricinin orta səviyyəsi ilə mediananın fərqi variasiya cərgəsində asimmetriyanın olması ilə bağlıdır. Ona görə də dölün yaxalıq sahəsinin qalınlığının büzdüm-ənsə ölçüsündən asılı dəyişməsini sentil bölgüyə görə izləmək daha məqsədyönlüdür. Aldığımız nəticələrə görə büzdüm-ənsə ölçüsünün varinatlarına görə ayırd edilmiş qruplarda dölün yaxalıq sahəsinin qalınlığının 5, 10, 25, 50, 75, 90 və 95-ci sentilləri 3-cü cədvəldə əks olunmuşdur. Göründüyü kimi, göstəricinin 5-ci sentili büzdüm-ənsə ölçüsündən asılı (45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm) mütənasib çoxalır və təşkil edir: 0,79; 0,82; 0,85; 0,88; 0,89; 1,05; 1,22 və 1,79mm.

Cədvəl  № 2.

Hestasiya müddətinin I trimestrində (11/0-13/6 həftə/gün) büzdüm-ənsə ölçüsündən (mm) asılı yaxalıq sahəsinin qalınlığının (mm) təsviri statistikası

Təsviri statistika göstəriciləri

Büzdüm-ənsə ölçüsü (mm)

45-50

51-55

56-60

61-65

66-70

71-75

76-80

81-84

Orta

1,44

1,53

1,63

1,66

1,75

1,79

1,99

2,57

Orta xəta

0,04

0,036

0,055

0,033

0,047

0,054

0,078

0,12

Mediana

1,39

1,52

1,44

1,65

1,87

1,57

1,81

2,21

Standart kənaraçıxma

0,48

0,46

0,65

0,38

0,55

0,60

0,91

1,24

Dispersiya

0,23

0,21

0,42

0,14

0,31

0,36

0,83

1,54

Ekses

-0,31

-1,18

0,70

-1,2

-1,19

-1,51

8,53

7,11

Asimmetriya

0,61

0,002

0,95

0,015

-0,42

0,36

2,75

2,78

Minimum

0,72

0,72

0,77

1,01

0,77

0,99

0,99

1,74

Maksimum

2,49

2,38

3,89

2,51

2,54

2,75

6,45

7,89

Etibarlılıq dərəcəsi

0,08

0,07

0,11

0,06

0,09

0,11

0,15

0,25

 

Cədvəl3.

Hestasiya müddətinin I trimestində (11/0-13/6) döllərin yaxalıq sahəsinin qalınlığının (mm) sentil bölgüsünün büzdüm-ənsə ölçüsündən asılılığı

Büzdüm-ənsə ölçüsü (mm)

Sentillər

5

20

25

50

75

90

95

45-50

0,79

0,87

1,07

1,39

1,73

2,26

2,33

51-55

0,82

0,90

1,14

1,53

1,93

2,30

2,35

56-60

0,85

0,92

1,12

1,44

2,10

2,30

2,39

61-65

0,88

1,15

1,33

1,66

1,99

2,38

2,40

66-70

0,89

0,92

1,12

1,87

2,21

2,40

2,42

71-75

1,05

1,11

1,29

1,58

2,26

2,34

2,43

76-80

1,22

1,29

1,48

1,81

2,15

2,35

2,45

81-84

1,79

1,84

1,98

2,22

2,26

2,29

2,47

 

Oxşar trend 95-ci sentilin səviyyəsinə görə də izlənilir (müvafiq olaraq: 2,33; 2,35; 2,39; 2,40; 2,42; 2,43; 2,45 və 2,47mm).

Anadangəlmə qüsurların, xüsusən xromosom anomaliyalarının riski baxımından dölün yaxalıq sahəsinin qalınlığının 95-ci sentildən yüksək səviyyəsi əhəmiyyət kəsb edir. Büzdüm-ənsə ölçüsünün 45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm olması fonunda yaxaıq sahəsinin qalınlığının 95–100-cü sentillərinin intervalı müvafiq olaraq təşkil etmişdir: 2,33-2,49; 2,35-2,38; 2,39-3,89; 2,40-2,51; 2,42-2,54; 2,43-2,75; 2,45-6,45; 2,47-7,89mm. Bu kateqoriyalı döllərin xüsusi çəkisi ümumi toplumda 8,5±0,86% (95% etibarlılıq intervalı 6,78–10,22%) olmuşdur.

Alınmış nəticələrin müzakirəsi.Qrebnyak [1] Xabarovskda apardığı müşahi­dələrə görə göstərir ki, büzdüm-ənsə ölçüsündən asılı (45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm) yaxalıq sahəsinin qalınlığının 5-ci sentili 0,74-0,89mm, 50-ci sentili 1,52-1,67mm, 95-ci sentili 2,30-2,45mm təşkil etmişdir. Bu məlumatlarla müqayisədə bizim məlumatlarımız az fərqlənir. Dölün yaxalıq sahəsinin 5-ci sentili 0,79-1,79mm, 50-ci sentili 1,39-2,22mm, 95-ci sentili 2,33-2,47mm olmuşdur. Fərq 5-ci sentildə nəzərə çarpan olsa da 95-ci sentildə çox azdır. Anadan­gəlmə qüsurların riski baxımından göstəricinin 95-ci sentilindən yuxarı səviyyə təhlükəlidir. Aldığımız məlumatlara görə ümumi toplumda 8,5±0,86% qadında hestasiyanın 11–13-cü həftələrində dölün yaxalıq sahəsində qalınlığı 95-ci sentildən çox olmuşdur.

Nəticələr

1.Hamiləliyin I trimestrində (11–13 həftə) döllərin 12,9; 15,4; 12,9; 12,6; 12,9; 11,4; 12,9 və 9,0%-nin büzdüm-ənsə ölçüsü müvafiq olaraq 45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm intervalında dəyişir.
2.Büzdüm-ənsə ölçüsü 45-50, 51-55, 56-60, 61-65, 66-70, 71-75, 76-80, 81-84mm olan döllərin yaxalıq sahəsinin qalınlığının 95-ci sentili müvafiq olaraq 2,33; 2,35; 2,39; 2,40; 2,42; 2,43; 2,45 və 2,47mm təşkil edir.
3.Yaxalıq sahəsinin qalınlığının 95-ci sentildən yuxarı səviyyəsi 8,5±0,86% təkdöllü 11–13 həftəlik hamiləlikdə qeydə alınır.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Гребняк О.А. Ультразвуковое исследование плода в первом триместре бере­менности. Хабаровск. изд. центр ИПКСЗ, 2013-122 с.
2.Алтынник Н.А. Ультразвуковые пренатальные маркеры врожденных и наследственных заболеваний в ранние сроки беременности. Автореф. дисс… докт. мед. наук М. 2012, 33с.
3.Пренатальная эхография / под ред. Медведева М.В. М.: Реальное время, 2005, 560с.
4.Кипрос Н. Ультразвуковое исследование в 11-13+6 недель беременности. Пе­ре­вод с английского А. Михайлова, Е. Некрасовой. Санкт-Петербург, ИД «Петрополис», 2007-144 с.
5.Mademont-Saler J., Morales C., Soler A. et al. Prenatal diagnosis of chromosomal abnormalities in fetuses with abnormal cardiac ultrasound findings evaluation of chromosomal microarray-based analysis // Ultrasound obstet Gynecol. 2013, 41: 375-382
6.Cuckle H. and Maymon R. Role of second-trimestr ultrasound in screening for Down syndrome // Ultrasound obstet Gynecol, 2013; 41:241-244
7.Турсунова Д.Т., Бахарев В.А., Каретникова Н.А., Стыгар А.М. Динамический контроль за состоянием плода с использованием не инвазивных методов пре­натальной диагностики // Доклад Академии наук Республики Таджикистан, 2011,  3, с.58-68
8.Cossi P.S., Junior E.F., Bussamara L.S. et al. Measurement of fetal nasal bone length in the period between 11 and 15 gestational weeks in a Brazilian population: a preliminary study // Radiol. Bras., 2008, 41(3): 155-158
9.Стентон Г. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.


Müəlliflər:
M.A. Mahmudlu

Digər jurnal və qəzetlər