REVMATOİD ARTRİTLİ XƏSTƏLƏRDƏ ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN RİSK AMİLLƏRİNİN YAYILMASI

29-06-2018

Bu gün autoimmun xroniki artritlər üçün ümumiləşmiş model kimi çıxış edən revmatoid artritdə (RA) özünü aşkar biruzə verən vaskulitlər aterosklerozun mühüm patogenetik həlqələrindən biridir. RA-da damarların aterosklerotik zədələnməsinin inkişafında iltihabın rolu, iltihabın inkişafı ilə lipid mübadiləsi arasındakı əlaqələr indiyədək az öyrənilən məsələlərdəndir. Bəzi müəlliflər ÜİX-nin ağrısız formalarının Minnesot şifrələməsinin köməyi ilə diaqnostikası fikirlərini çap etdirmişlər. Son illər vaskulitlərlə müşaiyət edilən patologiyalarda yuxu arteriyalarının dopleroqrafıyası kimi müayinə üsullarından istifadə olunur. Bu zaman orta intima qişasının qalınlığı aterosklerozun erkən markerləri sırasına daxil edilir (1).

ÜİX-nin klassik risk amilləri ilə (papirosçəkmə, şəkərli diabet, arterial hipertenziya, hiperxolesterinemiya) yanaşı yeni risk amillərinin də xüsusi çəkisi artmaqdadır (2,4,3). Belə risk amilləri sırasına anemiya, homosisteinemiya, protrombotik amillər, C reaktiv zülal, A zərdab amiloidi və s. aiddir (1).

Dislipidemiya kimi pozğunluqlar RA-li xəstələrdə iltihabın kəskin faza göstəricilərinin yüksəlməsi ilə müşayiət olunur. RA-da kardiovaskulyar patologiyaların formalaşmasında fıbrinogen və digər trombotik risk amillərinin (toxuma plazminogen aktivləşdiriciləri, D-dimer, von Villebrand amili) əhəmiyyəti dərəcədə yüksəlmişdir (4,5).

Tək-tək ədəbiyyat mənbələri RA-nm aktivlik dərəcəsi ilə ümumi xolesterin, aşağı sıxlıqlı lipoprotein, (ASL) yüksək sıxlıqlı lipoprotein (YSL) arasındakı korrelyativ əlaqələrdən xəbər verir (7).

ÜİX-nin klassik risk amilləri ilə RA-nı müşayiət edən aktiv faza göstəriciləri, eləcədə anemiya, protrombotik amillər kimi yeni risk amilləri arasında olan münasibətləri öyrənmək məqsədilə 125 RA-lı xəstə tədqiqata cəlb olunmuşdur.

Materiallar və üsullar: 125 revmatoid artritli xəstədə ürəyin koronar xəstəliyinin klassik risk amilləri - papirosçəkmə, arterial hipertenziya, şəkərli diabet, artıq bədən kütləsi (ABK), hiperlipidemiya ilə yanaşı C-reaktiv zülalın və fıbrinogenin miqdarı, eləcədə aşağı fiziki aktivlik və anemiyanın səviyyəsi öyrənilmişdir. Müayinə ərəfəsində xəstələrin orta yaşı 17-68 arasında tərəddüd etmişdir (orta yaş 34,2±6,1 il). Xəstəliyin davamı 6 aydan - 30 ilədək orta hesabla 8,6±6,6 il olmuşdur, qanın zülal-lipid spektrini öyrənmək üçün aterosklerozu öyrənmə üzrə Avropa cəmiyyətinin göstəricilərindən istifadə olunmuşdur. Xolesterin (XS) - 200mq/dl-dən aşağı, triqliseridlər (TQ) - 150 mq/dl-dən aşağı, aşağı sıxlıqlı lipoprotein (ASLP)-130mq/dl-dən yuxarı, yüksək sıxlıqlı lipoprotein (YSLP)-39 mq/dl-dən aşağı norma kimi qəbul edilmişdir. Arterial təzyiqin göstəricisi kimi iki ölçmənin orta göstəricilərindən istifadə olunur. Bu vaxt sistolik AT üçün 340 mm.c.st.-dan çox, qəbul edilmişdir. RA-in aktivlik dərəcəsi kimi eritrositlərin çökmə surəti (EÇS) əsas götürülmüşdür.

I dərəcə aktivlik EÇS - 20 mm/saata-dək; II dərəcə aktivlik EÇS - 20-39 mm/saatdır; III dərəcə aktivlik EÇS - 40 mm/saatdan çox.

Revmatoid amilin müsbət olduğu hallar seropozitiv forma RA-ə aid edilmişdir. Anemiyanın ağırlıq dərəcəsi kimi hemoqlobinin miqdarına diqqət yetirilmişdir:

Yüngül dərəcəli anemiya 101 -120 q/1; Orta ağır dərəcəli anemiya -81-100 q/1;

Ağır dərəcəli anemiya - 80 q/1 və aşağı

Revmatoid artiriti davam müddətinə görə aşağıdakı kimi təsnif etmişik 1 ilədək; 1-5 il; 5 ildən çox.

Artıq bədən kütləsi kimi Ketle indeksinin 26-dan çox olduğu hallar qəbul edilmişdir. Aşağı fiziki aktivlik 2 km-dək məsafə qət edilməsi başa düşülür. Papirosçəkmə dedikdə gün ərzində 1 ədəd siqaret çəkilməsi nəzərdə tutulmuşdur. Fibrinogenin miqdarı kimi 150-360 mq/1, C-reaktiv zülalın miqdarı isə < 6 mq/1 həddində tərəddüd etmişdir.

Tədqiqatın nəticələri və müzakirələr:  Tədqiqata cəlb olunmuş 125 RA-li xəstələrdə ürəyin koronar xəstəliyinin risk amilləri içərisində papirosçəkmə RA-li qadınlar arasında təsadüf etməmişdir. Kişilər arasında isə bu rəqəm 90% təşkil etmişdir.

Mühüm risk amili kimi arterial hipertenziyaya (AH) diqqət yetirilmişdir.

125 RA-li xəstənin 55 nəfərində (44,4%) arterial təzyiqin yüksəlməsi müşahidə edilmişdir. Yüksək AT müşahidə edilənlərin 30 nəfərində sistolik, 15 nəfərində diastolik, 10 nəfərində isə həm sistolik, həm də diastolik təzyiqin yüksəlməsi qeyd edilmişdir. 1 saylı cədvəldə AH-nın RA-in aktivlik dərəcəsi, xəstəliyin davam müddəti, forması ilə əlaqələri verilmişdir.

Cədvəldən göründüyü kimi sistolik AT-in yüksəlmə halları RA-in II,III aktivlik dərəcəsində, RA-in davam müddətinin 5 ildən çox olduğu variantlarda (66,7%), eləcə də seropozitiv formada (73,3%) özünü qabarıq biruzə vermişdir. Diastolik AT-in yüksəlməsi də sistolik AT-in yüksəlməsinə uyğun olmuşdur (46,7%, 60,0%). Bu rəqəmlər bir daha damarların vaskulit tipli zədələnməsinin AT-in inkişafındakı rolunu göstərir.

Xroniki vaskulitlərin uzunmüddətli mövcudluğu damar endotelisinin qalınlaşma istiqamətində ciddi dəyişikliklərə məruz qalmasından xəbər verir.

Bu gün ÜİX-nin yeni və mühüm risk amili kimi qəbul edilən RA-i müşaiyət edən bir göstərici kimi anemiya ilə AH arasındakı əlaqələr nəzərdən keçirilmişdir.

2 №-li cədvələ nəzər salsaq anemiyanın ağırlığı ilə AT-in yüksəkliyi arasında müsbət korreiyativ əlaqələr mövcuddur. Bu əlaqələr ham sistolik AT-in, həm də diastolik AT-in səviyyəsində özünü biruzə vermişdir. Bu əlaqələr AT-in anemiya zamanı kompensator yüksəlməsi ilə özünü göstərir.

Qanın lipid-zülal spektri 60 xəstədə öyrənilmişdir. Aşağı sıxlıqlı lipoproteinlər (ASLP) - 58.3% halda normadan çox olmuşdur. Yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) miqdarının azlığı 40-nəfərdə - 66,6%-də özünü biruzə vermişdir. Ümumiyyətlə götürdükdə ümumi xolesterinin (17X) miqdarı 50% halda normadan çox olmuşdur. RA-in klinik formaları ilə qanın lipid-zülal spektri arasında əlaqələr 3-cü cədvəldə verilmişdir.


Cədvəl  № 1.

RA-in klinik formaları ilə AH arasında əlaqələr

RA-in klinik

Formaları

Sistolik

AH

n=30

Diastolik

AH

n=15

Həm sistolik həm də diastolik AH n= 10

Aktivlik dərəcəsi

I

II

III

 

5n ---16,6%

13n ---- 43,3%

12n----40,1%

 

3n ---20%

6n ---- 40%

6n----40%

 

2n ---20%

2n ---- 20%

6n----60%

Davam müddəti

1 ilədək

1 -5 il

5 ildən çox

 

3n----10,0%

7n----23,3%

20n----66,7%

 

3n----20%

5n----33,3%

7n----46,7%

 

2n----16,6%

2n----43,3%

6n----40,1%

Seropozitiv forma

22n----73,3%

9n----60%

8n----80%

Seroneqativ forma

8n----26,7%

6n----40%

2n----20%

 

Cədvəl2.

RA-lixəstələrdə ancmiya ilə AH arasında əlaqələr

Anemiyamn formaları

Sistolik AH > 140 mm.c.st.

Diastolik AH  < 90 mm.c.st.

Ağır

170,3 ±4,7

92,3 ±6,7

Orla ağır

160,3 ± 3,2

90,0 x 5.4

Yüngül

145 ±4,7

85,4 ±7,8

 

 

Cədvəl  № 3.

RA-in klinik

formaları

ASLP >130 mq/dl n = 35

YSLP < 39 mqdl

n=40

ÜİX >200 mq/dl n = 30

Davam müddəti

1 ilədək

1 -5 il

5 ildən çox

 

5n----14,2%

10n----28,4%

20n----57,4%

 

8n----20%

10n----25%

22n----55%

 

3n----10%

7n----23,3%

20n----66,7%

Aktivlik dərəcəsi

I

II

III

 

6n ---17,1%

12n ---- 34,2%

17n----48,7%

 

8n ---20%

10n ---- 25%

22n----55%

 

11n ---36,6%

9n ---- 30,0%

10n----33,7%

Seropozitiv forma

25n----71,6%

30n----75%

22n----73,3%

Seroneqativ forma

10n----28,4%

10n----25%

8n----26,7%

 

Cədvəl4.

RA-in klinik formaları

Fibrinogen

160-350%

C-reaktiv zülal

Aktivlik dərəcəsi

I

II

III

210 ±22,4

280 ± 35,0

340 ± 27,2

                           10,5x6,4

16,4 ± 3,2

18,2 ±4,7

Davam müddəti

1 ilədək

1-5 il

5 ildən çox

 

270 ± 40,0

350 ± 30,0

420 ± 22,0

 

11,2±4,3

12,3±3,7

11,7±4,2

Seropozitiv forma

400 ± 32,0

13,0 ± 2,5

Seroneqativ forma

380 ± 30,0

8,0 ±4,7

 

Məlum olmuşdur ki, ASLP-in artmış səviyyəsi RA-in II və III aktivlik dərəcəsində (34,2 və 48,7% ) I dərəcə (17,1%) ilə müqayisədə çox olmuşdur. (p<0,01). Eləcədə YSLP-in azalmış səviyyəsi III aktivlik dərəcəsində (55,0%) I və II ilə müqayisədə ciddi fərqlənmişdir. (p< 0,01) RA-in formasına gəlincə seropozitiv forma RA-də həm ASLP-in səviyyəsi (75,0%), həm də ÜX-in (73,3%) miqdarı seroneqativdən kəskin fərqlənmişdir (p< 0,01). Eləcə də RA-in davam müddəti ilə qanın lipid-zülal spektirinə nəzər saldıqda xəstəliyin davam müddətinin 5 ildən çox olduğu təsadüfündə hər göstəricidən ateroskleroza münasibətdə proqnostik ciddi olmuşdur. Belə ki, ASLP -57,4%, YSLP-in azalması -55,0%, ÜX-nm yüksəlməsi -66,7% təşkil etmişdir. Tədqiqatda firinogenin miqdarına yetirilmişdir. Revmatoid artritin aktivlik dərəcəsi ilə fıbrinogenin miqdarı arasında ciddi fərqlər olmamışdır. Xəstəliyin davam müddəti ilə fibrinogenin miqdarı arasındakı münasibətlərinə gəlincə bu rəqəmlər 4-cü cədvəldə verilmişdir.

Belə ki, xəstəliyin davam müddətinin 5 ildən çox olduğu xəstələrdə fibrinogenin miqdarı 420±22,0 mq% olmaqla, xəstəliyin davam müddəti 1 ilədək olanlardan (270±40,0) kəskin fərqlənmişdir (p<0,01). Seropozitiv forma RA-da fibriogenin miqdarı seponeqativ formaya nisbətən çox olmuşdur (p<0,05).

S-reaktiv zülalın miqdarına gəlincə bu rəqəmlər ən çox RA-nın aktivlik dərəcəsi ilə korrelyasiya olunmuşdur. Əgər III aktivlik dərəcəsində C-reaktiv zülal 18,2+4,7 mq/1 təşkil edirsə bu I aktivlik dərəcəsində 10,5±6,4 mq/l-ə çatır (p<0,001). Seropozitiv forma RA-da C-RZ-in miqdarı {13,0±2,5) seroneqativə nisbətən çox olmuşdur (8,0+4,7 mq/1) p< 0,01).

Yekun nəticələr:

Ürəyin işemik  xəstəliyinin risk amilləri sırasına daxil olan papirosçəkmə Azərbaycan Respublikasında revmatoid artritli xəstə qadınlar arasında təsadüf etməmişdir. Kişilərdə isə papirosçəkmə 90% təşkil etmişdir;

Arterial hipertenziya RA-in davam müddəti və seropozitiv formada daha çox təsadüf etmişdir;

Sistolik arterial hipertenziya özünü ağır anemiya fonunda daha çox biruzə vermişdir;

RA-li xəstələrdə qanın lipid-zülal spektrində ciddi dəyişikliklər aşkar edilmişdir. Bu dəyişikliklərlə RA-in aktivlik dərəcəsi, xəstəliyin davam müddəti, seropozitiv forması arasında müsbət korrelyativ əlaqələr mövcud olmuşdur;

RA-li xəstələrdə qanda fibrinogenin səviyyəsi xəstəliyin davam müddətindən, C-reaktiv zülalın miqdarı isə aktivlik dərəcəsindən asılı olmuşdur.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Axunbəyli A.Ə., Zamanov N.T. Revmatoid artrit zamant ürək-damar sisteminin zədələnməsi. Sağlamlıq, 2004. №9.
2.Banks M, Flint J. Bacon G.D. Rheumatoid arthritis is an independent risk factor for ischemic heart disease (abstract;.Arthritis Rheum. 2000,43. s.3385.
3.Goodson N. Coronary artery disease and rheumatoid arthritis. Curr. Opin. Rheumatol. 2002; 146: 115-20.
4.McEntergart A. Capell H.A., Creran D el al. Cardiovascular risk factors, in a population with rheumatoid arthritis Rheumatology 2001; 40: 640-4.
5.Zamanov N.T. Revmatoid artritli xəstələrdə Minncsot şifrefoməsinin köməyi ilə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası. Sağlamlıq 2005, №6, s. 34-37.


Müəlliflər:
N.T. Zamanov
X.İ. Səfərova
G.R. Ələkbərova
C.H. Əhmədov

Digər jurnal və qəzetlər