QADINDA ÇANAQ DİBİ XƏSTƏLİKLƏRİNİN MÜASİR METODLARLA MÜALİCƏSİ

25-06-2016

     Özündə sidik saxlamamağı, çanaq orqanlarının sallanması və düşməsini, düz bağırsağın disfuksiyasını birləşdirən çanaq dibi pozğunluqları qadının həyat keyfiyyətlərinin və əmək qabiliyyətinin azalmasına səbəb olur. Mayo Clinik-in göstəricilərinə görə bütün qadınların üçdə biri həyatlarının müxtəlif dövrlərində bu pozğunluqlardan əziyyət çəkir. Müasir təbabətin imkanları haqqında məlumatı olmayan bəzi qadınlar isə hətta həkimə müraciət etməyərək susmağa üstünlük verirlər.
     Pensilvaniya Univerisitetinin mamalıq və ginekologiya departamentinin tədqiqatları inkontinensiya ilə müraciət etmiş xəstələrin 42% -də kiçik yaşlardan sidik disfunksiyasının olmasını göstərmişlər (2).
     Subut olunmuşdur ki, bu patalogiya qadının içtimai, sosial, klinik və psixoloji vəziyyətinə pis təsir edir. Əksər tədqiqatlarda inkontinensiya olan qadınların depressiv vəziyyətə düşməsi, özünü tədric, seksual disfunksiyaların olması göstərilmişdir (18,25).
     İnkontineksiya və genital orqanların prolapsının müalicəsinin effektiv olmasına bir sıra faktorlar təsir edir. Bunlardan biri bu xəstələrdə aparılan müayinə alqoritminin olmaması və müalicə metodlarının seçilməsinə individual yanaşma tərzinin olmamasıdır. Dianostik alqoritmə riayət olunmaması inkontinensiyanın və prolapsın səbəbini təyin etməyə çətinlik törədir ki, bu da öz növbəsində müalicə taktikasının düzgün seçilməməsinə şərait yaradır.
     Çanaq orqanlarının prolapsı və inkontinensiya çox rast gəlinən və müalicəyə cətin tabe olunan patologiyadır. Müxtəlif dərəcələrlə təbii yolla dogmuş qadınların 50%-də rast gəlir (4,5). Bu vəziyyət qadının həyat keyfiyyətini və intim münasibətini pozur. Həyat kefiyyətinin pozulması prolaps inkontinensiya ilə müşayət olunduqda daha dərin xarakter daşıyır. Müəyyən qadınlarda prolaps və ya inkontinensiya infeksion-iltihabi proseslərlə agırlaşır ki, hətta xəstənin həyatı üçün təhlükəli olur.
     Son zamanlarda bəzən çanaq dibi toxumalarını müayinə məqsədilə USM aparılır. Lakin bu metod həldə standartlaşmayıb. Xaricdə geniş istifadə olunan POPQ (İCS,1996) üzrə təsnifatlandırma ölkəmizdə geniş yayılmayıb. Çox zaman ginekoloqlar xəstələrin müaiyinəsində şikayətlər, anamnestik məlumatlar və klinik baxışdan istifadə edirlər ki, bu da xəstəliyin ağırlıq dərəcəsini tam dəqiqləşdirmək , residiv üçün risk qrupunu müəyyən etmək, yanaşı patologiyanı aşkara çıxarmaq, xəstənin əməliyyatdan sonrakı aparılma taktikasını təyin etmək üçün kifayət deyil.
     Çanaq dibi xəstəliklərinin rekonstruktiv-plastik cərrahiyyəsinin inkişaf etməsi əməliyyatdan sonrakı residivlərin profiaktikası nın yeni yollarının açır: az invaziv metodların tətbiqi, müasir sintetik materialların çanaq fassiyasının defektlərinin bərpası məqsədilə istifadəsi. Lakin tədqiqatlarda bir sıra sualların açıq qalması yeni aparılacaq işlərdə sintetik materialın istifadəsinə göstəriş və əks göstərişlərin, kretirilərin və məqsədəuyğun olub-olmamasının dəqiqləşdirilməsini tələb edir.
     Çanaq dibi xəstəliklərinin müalicəsi məqsədilə 2014-2015 ci illərdə 70 qadında cərrahi əməliyat aparılmışdır. Xəstələr üç qrupa bölünmüşlər: I qrupa- prolaps və inkontinensiya olan xəstələr ( 25 xəstə-35,7%) daxil edilmişdir. Bu qrup da öz növbəsində 2 yarım qrupa bölünmüşdür: IA-prolaps və sidik inkontinensiya olan (15xəstə 21,4% ), IB-prolaps və anal inkontinensiya olan (10 xəstə 14,2%). II qrupa – yalnız prolaps olan xəstələr daxil edilmişdir (26 xəstə 37,2%). III qrupa – yalnız inkontinensiya olan xəstələr (19 xəstə 24,2%) daxil edilmişdir.
      Xəstələrin yaşı 27-80 arasında olmuşdur. Yaşı 25-45 olan xəstə sayı 25 (35%), 46-55 olan 16 (23%), 56-65 olan 16 (23%), 66 yaşdan yuxarı 13 (19%) olmusdur.

Xəstələrin şikayəti aşağıdakılardan ibarət olmuşdur:

      Uşaqlıq yolunda yad cisim olması hissi - 51xəstə (73%), uşaqlıq yolunda qaşınma, quruluq – 45 xəstə (64%), dispareuniya – 41 xəstə (58%), çanaq ağrıları- 17 xəstə (24%), dekubital yaralar-14 xəstə (20%). Sidik ifrazı ilə bağlı şikayətlər : sidik boşaltmanın çətinləşməsi –23 xəstə (33%), tez-tez sidiyə getmə hissinin artması- 12 xəstə (17%), sidik saxlamamaq (stress)-15xəstə (24%).

      Bağırsaq şikayətləri: bağırsaq boşaltmanın çətinləşməsi-24xəstə (34%), defekasiya zamanı ağrı – 7 xəstə (10%), qazların saxlanmaması - 6 xəstə (8.5%), duru nəcizin saxlanmaması – 3 xəstə (4,3%), bərk nəcizin saxlanmaması-1xəstə (1,4%).
      İrsiyəti öyrənərkən 20 xəstədə (28%) ana xəttilə prolapsın müxtəlif formalarının olması müəyyən olmuşdur ki, bu da birləşdirici toxuma strukturlarının çatışmazlığına irsi meylliyin olmasını sübut edir.
      Risk faktorlarının araşdırarkən aşağıdakıları müəyyən etmişik: fiziki əməklə bağlı iş-16 xəstə (23%), artıq çəki (BÇİ 25-29,9) –38 xəstə (54%), piylənmə (BÇİ 30)- 9 xəstə (13%), birləşdirici toxuma displaziyası- 12 xəstə (17%), keçirilmiş ginekoloji əməliyyatlar -17 xəstə (24%), az yaşlı ilk doğan-11 xəstə (16%), təbii yolla doğuş 50 xəstə (71%), 3 doğuşdan artıq-32 xəstə (46%), iri döllə doğuş-23 xəstə (33%), doğuşda cırıq (epiziotomiya)-38 xəstə (54%), doğuşda masaların istifadəsi-8 xəstə (11%). Risk faktorlarının analizi göstərir ki, çanaq dibi patalogiyalarının patogenizində piy mübadiləsinin pozulmasının rolu var. 60%-dən çox xəstədə piy mübadiləsinin pozulması aşkar olunmuşdur ki,orta bədən çəkisi indeksi 26,5 + 6,7 olmuşdur.
      17 xəstədə(24%) müxtəlif ginekoloji əməliyyatlar-5 xəstədə (7%) total histerektomiya, 3 xəstədə (4%) subtotal histerektomiya abdominal yolla, 3 xəstədə (4%) vaginal histerektomiya, 6 xəstədə (8% ) ön, arxa kolporrafiya icra olunmuşdur.
       2 xəstəyə (2,8%) arxa divara polipropilen protez qoyulmuş, sonradan uşaqlıq yolunun xorası ilə bağlı protezin hissəvi kəsilməsi aparılmış və residiv yaranmışdır.
       Tərəfimizdən çanaq dibi xəstəliyi olan qadınlarda yanaşı gedən ekstra genital xəstəliklər araşdırılmışdır. Bunlara : II-III dərəcəli hipertonik xəstəlik –17 xəstə (24%), UŞX 9 xəstə (13%), varikoz xəstəlik -14 xəstə (20%), bronxial astma- 8 xəstə (11%), MBS-nin xroniki xəstəlikləri – 12 xəstə (17%), şəkərli diabet –9 xəstə (13%), sidik ifrazı sisteminin xəstəlikləri –11 xəstə (16%), ostexondroz –5 xəstə (7%).
       Xəstələrin müayinə planı tərtib edilmişdir.Xüsusi sual kartı tərtib olunaraq xəstələrə təqdim olunmuşdur. Ginekoloji statusun dəyərləndirilməsi zamanı POPQ (Baden –Walker 1996 ) sistemindən istifadə olunmuşdur.
       I dərəcə -4 xəstə (5%), II dərəcə - 24 xəstə (34%), III dərəcə -29 xəstə (41%), IV dərəcə -13 xəstə (19%).
       Psixometriya metodunu aparmaq məqsədilə Cleivland Clinik Fondation tərəfindən işlənmiş PFDİ-20 (Pelvic Floor Disorders Distress İnventory ) və PFİQ – 7 (Pelvic Floor İmpact Questionnaire) Azərbaycan dilinə tərcümə edərək tətbiq etmişik. 70 xəstənin hamısı əməliyyatdan əvvəl və 1 il sonra sual kartlarını doldurmuşlar. Doldurduqdan sonra ballar sayılmışdır, beləki alınan və rəqəm nə qədər yüksək olursa, prolapsın və inkontinensiyanin həyat keyfiyyətinə təsiri bir o qədər neqativ olur. Bütün xəstələrə USM aparılmış aralıq toxumaların vəziyyəti yeni diaqnostik kriterilərlə araşdırılmışdır.
       Uroflurometriya, elektromioqrafiya, manometriya, sfinkterometriya tətbiq olunmuşdur.
       USM-də 20 xəstədə (28%) uretranın deformasiyası, 5 xəstədə (7%) uretranın proksimal nahiyyədə genişlənməsi, 3 xəstədə (4%) uretranın uzunluğu-nun azalması müəyyən olunmuşdur. Düz bağırsağın qapayıcı aparatının funksional vəziyyəti 15 xəstədə (21%) öyrənilmişdir.
        Elektromioqrafiyada düz bağırsağın qapayıcı aparatının fon və iradi aktivliyinin azalması aşkar olunmuşdur.
        Xəstələr müvafiq əməliyyatönü hazırlıq kecərək əməliyyata hazırlanmışlar. 15 xəstədə (21%) puborektal plastika TOT əməliyyyatı ilə, 10 xəstədə (14%) puborektal plastika sfinkterolevatoroplastika ilə, 8 xəstədə (11%) puborektal plastika pubovesikal arakəsmənin bərpası ilə, 9 xəstədə (13%) puborektal plastika rektovaginal arakəsmənin bərpası ilə, 15 xəstədə (21%) puborektal plastika pubovesikal və rektovaginal arakəsmənin bərpası ilə, 10 xəstədə (14%) vaginal histerektomiya M C kuldoplastika ilə yanaşı puborektal plastika icra olunmuş-dur, 3 xəstədə (4%) Berç əməliyyatından sonra puborektal plastika icra olunmuşdur.
        Beləliklə, qadınlarda çanaq dibi patologiyaların rast gəlmə tezliyinin yüksək olmasını nəzərə alaraq kompleks müayinə metodlarının tətbiqi və vaxtında aparılan kompleks müalicə qadının həyat keyfiyyətini yaxşılaşdıraraq sosial əhəmiyyət kəsb edir.

ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА– REFERENCES:

1.Azar M; Noohi S; Radfar S; Radfar MH Sexual function in women after surgery for pelvic organ prolapse. Int Urogynecol J Pelvic Floor Dysfunct. 2008 Jan;19(1):53-7. Epub 2007 Jun 15 123
2.Bruce RG, El Galley RE, Galloway NT. Paravaginal defect repair in the treatment of female stress urinary incontinence and cystocele. Urology 1999; 54: 647–51.
3.Boyles SH, Weber AM, Meyn L. Procedures for urinary incontinence in the United States, 1979–1997. Am J Obstet Gynecol 2003; 189: 70–75.
4.Debodinance P, Berrocal J, Clave H, Cosson M, Garbin O, Jacquetin B, et al. Changing attitudes on the surgical treatment of urogenital prolapse: birth of the tension-free vaginal mesh [in French]. J Gynecol Obstet Biol Reprod 2004;33:577–88.
5.Gousse AE, Barbaric ZL, Safir MH, et. al., Dynamic half Fourier acquisition, single shot turbo spin-echo magnetic resonance imaging for evaluating the female pelvis. J Urol 2000;164:1606– 1613.


Müəlliflər:
X. N. Musayev
C. F. Qurbanova
K. D. Quliyeva

Digər jurnal və qəzetlər