BAKI ŞƏHƏRİNDƏ UŞAQLARIN NEKROTİK ENTEROKOLİT İLƏ XƏSTƏLƏNMƏ DİNAMİKASI VƏ YAYILMA SƏVİYYƏSİ

08-04-2018

Keywords: necrotizing enterocolitis, risk factors, young children

Ключевые слова:   некротический энтероколит, факторы риска, дети раннего возраста

Açar sözlər: nekrotik enterokolit, risk faktorları, erkən yaşlı uşaqlar

Yarımçıq doğulan uşaqlara göstərilən tibbi yardım zamanı müasir perinatal texnologiyalar kompleksinin tətbiq edilməsi həm neonatal dövrdə, həm də sonralar onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmışdır.Təcrübədə surfaktantlarla aparılan əvəzedici terapiyanın tətbiq edilməsi, ağciyərlərin yüksək tezlikli ventilyasiyasının istifadə edilməsi, ağciyərlərin inkişafını stimulyasiya edən kortikosteoidlərin prenatal yeridilməsi doğulduqda ekstremal və çox aşağı bədən çəkisinə malik  yarımçıq doğulan uşaqların  sağ qalma tezliyini xeyli artırmışdır [1, 2, 3]. Bununla yanaşı, nekrotik enterokolitin (NEK) tezliyi də yüksəlmişdir – bu xəstəlik, bir sıra tədqiqatçıların fikrincə, bronx-ağciyər displaziyası, xəstəxanadaxili infeksiyalar və retinopatiyalarla birlikdə vaxtındanqabaq yenidoğulanlarda ən aktual problemlərdən biri sayılır [4, 5, 6, 7].

        Bununla əlaqədar olaraq, uşaqların mədə-bağırsaq yolunun xəstəliklərindən və onun ağırlaşmalarından sağlamlığının itirilməsinin azaldılması üzrə elmi cəhətdən əsaslandırılmış tədbirlər kompeksinin işlənib hazırlanması üçün bu xəstəliklərin epidemioloji aspektlərinin öyrənilməsi, xəstələrin erkən diaqnostikası və aparılması alqoritminin təkmilləşdirilməsi lazımdır ki, bu da hazırkı tədqiqat işinin aktuallığını müəyyən etmişdir.

Tədqiqat işin məqsədi bu patologiyanın klinik-epidemioloji aspektlərinin öyrənilməsinin əsasında uşaqlarda NEK-in kompleks profilaktikası sisteminin təkmilləşdirilməsi olmuşdur.

Tədqiqatın material və metodları.Bakı şəhərində uşaqlarda NEK-in yayılmasının retrospektiv epidemioloji təhlili metodundan istifadə edilmişdir. Uşaqlarda 5 illik dövrdə NEK-in yayılması və xəstələnmə səviyyəsi xəstəlik tarixlərinin təhlili sayəsində öyrənilmişdir. O, hamiləliklərin klinik xarakteristikasının, doğuşların, doğuşdansonrakı dövrün gedişinin xüsusiyyətlərinin, 192 yenidoğulan uşaqda dölün vəziyyətinin təhlilini nəzərdə tutur. Uşaqların hamısı aşağıdakı qruplara bölünmüşlər: əsas qrupda - NEK olan 128 uşaq; kontrol qrupda – 64 sağlam yenidoğulan vardır. Əsas qrupda olan uşaqlar 2 qrupa bölünmüşlər: 1-ci qrupa (n=83) – NEK olan, konservativ müalicə alan və ağırlaşmaları olmayan uşaqlar; 2-ci qrupa (n=45) – NEK olan, irinli-iltihabi ağırlaşmaları olan və cərrahi yolla müalicə edilən (ileus ilə birgə peritonit, sepsis və pnevmoniya, anastomozun sağalmaması) uşaq daxildir. Kontrol qrupu normal fizioloji doğuşlardan sonra sağlam yenidoğulanlar (n=64) təşkil etmişdir. Alınan nəticələr aşağıdakı biometrik metodlarla işlənmişdir: orta ədədi kəmiyyət və Styudent meyarı.

Nəticələr və müzakirə.Təsadüfi deyildir ki,  Bakı şəhərində uşaqlarda NEK-in hər hansı bir düzəmli profilaktika sistemi hazırlanmamışdır, onlarsız isə təkcə müalicə tədbirləri ilə bu xəstəliyin yayılmasının qarşısını almaq mümkün deyildir. Bununla əlaqədar olaraq, uşaqlarda NEK-in epidemioloji baxımdan bir sıra vacib profilaktika məsələlərinin öyrənilməsi bizim başlıca vəzifəmiz olmuşdur. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Bakı şəhərində 2011-ci ildən 2015-ci ilə qədər müddətdə epidemioloji müayinələr aparılmışdır. Epidemioloji təhlil nəticəsində müəyyən edilmişdir ki, 2011-ci ildən 2015-ci ilə qədər olan dövrdə Bakı şəhərində MBY ilə xəstələnmənin strukturunda uşaqlarda NEK-in yayılmasının xüsusi çəkisi 49,7±1,3%  təşkil etmişdir (cədvəl 1.)

Cədvəl  № 1.

Bakı şəhərində uşaqlarda NEK ilə xəstələnmə dinamikası (2011-2015-ci illər ərzində)

İllər

Cəmi - MBY ilə xəstələnmə

Onlardan NEK

Müt.

%

2011

149

26

17,5±3,1

2012

181

28

15,5±2,7

2013

256

120

46,9±3,1

2014

290

146

50,3±2,9

2015

578

402

69,6±1,9

Cəmi

      1454

   722

             49,7±1,3

 

Əgər 2011-ci ildə Bakı şəhərində uşaqlarda NEK ilə 26 xəstələnmə hadisəsi (17,5±3,1%) qeydə alınmışdırsa, onda 2012-ci ildə uşaqlarda NEK ilə 28 (15,5±2,7%) xəstəlik hadisəsi qeyd olunmuşdur. 2013-cü ildən NEK qeydə alınmış xəstə uşaqların sayı artmağa başlayır. 2013-cü ildə  NEK ilə uşaqların sayı 2012-ci illə müqayisədə xeyli artmış və 120 hadisə (46,9±3,1%, p<0,001) təşkil etmişdir. 2014 və 2015-ci illər ərzində NEK ilə daha çox xəstəlik hadisələri qeydə alınmış və 2014-cü ildə müvafiq olaraq 146 hadisə (50,3±2,9%, p<0,001), 2015-ci ildə 402 (69,6±1,9%, p<0,001) hadisə təşkil etmişdir (şək.1.).

 Şək.1.Bakı şəhərində uşaqlarda  NEK ilə xəstələnmə göstəriciləri  

(2011-2015-ci illər).

Şərtiişarələr:

1-            MBYiləxəstələrincəmi;      2- uşaqlardaNEK, müt. rəq.;       3- %-

2015-ci ildə NEK ilə belə yüksək xəstələnmə onunla izah edilir ki, bu xəstəlik «sağ qalmış yarımçıq doğulanların» xəstəliyi hesab edilir. Ona görə də, bu patologiyası olan xəstələrin sayı həmişə həddən artıq yarımçıq doğulan, həmçinin risk qrupundan olan uşaqların sağ qalması faizinin yüksəlməsinə paralel olaraq artacaqdır.

        Bakı şəhərində 2011-2015-ci illər ərzində uşaqlarda NEK ilə xəstəlik hadisələrinin ümumi sayı 722 hadisə təşkil etmişdir. Bakı şəhərində 2011-2015-ci illər ərzində uşaqlarda NEK ilə xəstələnmənin strukturunun öyrənilməsi 2015-ci ildə uşaqlarda NEK-in üstünlük təşkil etdiyini göstərmişdir ki, bu da 402 hadisə (55,7±1,9%) təşkil etmişdir. Uşaqlarda  NEK ilə xəstələnmənin ən aşağı göstəriciləri 2011-ci və 2012-ci illərdə qeydə alınmışdır – müvafiq olaraq 3,6% və 3,9%. (şək.2.)

Şək.2. Bakı şəhərində uşaqlarda NEK ilə xəstələnmə  (% - lə).

Şərtiişarələr:

1-            2011; 2- 2012; 3- 2013; 4- 2014; 5- 2015-ciillər.

Uşaqlarda Bakı şəhərində 2011-2015-ci illər ərzində qeydə alınan MBY-nin patologiyalarının strukturunun və dinamikasının öyrənilməsi stomanın daşıyıcısı (23,9%) və bağırsağın invagina-siyası (10,5%) ilə müqayisədə NEK-in üstünlük təşkil etdiyini (49,7±1,3%) göstərmişdir. Nazik bağırsağın burulması 6,4%-dən yüksək deyildir; bitişmə mənşəli bağırsaq keçməməzliyi 3,5%, qastrointestinal qanaxma – 2,1% təşkil etmiş və stranqulyasion bağırsaq keçməməzliyi isə cəmi 1,23%-ə bərabər olmuşdur (cədvəl 2).

Beləliklə, aparılan müayinələrin məlumatları Bakı şəhərində 2011-2015-ci illər ərzində uşaqlarda NEK-in epidemioloji xarakteristikasını (xəstələnməni, strukturunu, dinamikasını)  müəyyən etməyə imkan vermişdir.

NEK keçirmiş uşaqlara xüsusi yardımın təşkili formalarından biri uşaqlar üzərində aparılan katamnestik müşahidələr sayılır.Katamnestik müşahidələrin aparılmasının məqsədi – NEK keçirmiş uşaqlara tibbi-sosial reabilitasiyanın tam həcmdə həyata keçirilməsidir. Aparılan tədbirlər kompleksinə aşağıdakılar daxildir:

1.Uşağın inkişafı üzərində 2 il ərzində neonatologiya üzrə xüsusi hazırlıq keçmiş  pediatr tərəfindən mütəmadi dinamik müşahidənin aparılması.

2.Birinci müraciət zamanı stasionardan evə yazıldıqdan 2 həftə sonra - klinik müayinə, uşağın fiziki və sinir-psixi inkişafının qiymətləndirilməsi, anamnez (sosial, genealoji, perinatal anamnez) məlumatların ciddi təhlil edilməsi; lazım olan müayinənin həcminin təyin edilməsi.

3.Birinci müraciət zamanı mütəxəssislər – nevropatoloq, cərrah, ortoped, okulist tərəfindən uşağın vəziyyəti haqqında mütləq məsləhətləşmə. Neonatal dövrdə keçirilmiş xəstəliklərin, həmçinin intensiv (reanimasiya, infuzion), massiv antibakterial terapiyanın aşağıdakı fəsadları ola bilər: mədə-bağırsaq yolunun uzun müddət saxlanan disfunksiyası; qaraciyərin və sidik-ifrazı sisteminin funksiyasının pozulması;

4.Müayinə kompleksində müasir klinik-laborator və instrumental diaqnos-tika metodlarının istifadə edilməsi: qarın boşluğunun parenximatoz orqanlarının və baş beynin ultrasəs müayinəsi; qanın və sidiyin biokimyəvi müayinəsi; bağırsağın mikroekoloji statusunun müayinəsi; elektroensefaloqrafiya, exoensefaloqrafiya; kompüter tomoqrafiyası; fibroqastroduodenoskopiya; exokardio-qrafiya.

5.Müalicə-reabilitasiya tədbirlərinin fərdi planının işlənib hazırlanması.

Əldə olunan məlumatlar tibbi xidmətin bütün mərhələlərində NEK keçirmiş uşaqlar üzərində xüsusi dispanser müşahidə sisteminin hazırlanması üçün əsas zəmin ola bilər. Belə uşaqlarda aparılan reabilitasiya tədbirləri təkcə stasionar deyil, həmçinin ambulator şəraitdə aşkar edilmiş patologiya nəzərə alınmaqla daima aparılmalıdır. 

Cədvəl  2.

Bakı şəhərində 2011-2015-ci illər ərzində MBY-nin qeydə alınan patologiyası

Xəstəliklər

2011

2012

2013

2014

2015

Cəmi

 

müt.

%

müt.

%

müt.

%

müt.

%

müt.

%

müt.

%

Pilorostenoz

1

0,7

-

-

-

-

-

-

1

0,2

2

0,14

Mədənin spontan perforasiyası

-

-

3

1,7

1

0,4

-

 

1

0,2

5

0,34

Nekrotik enterokolit

26

17,5

28

15,5

120

46,9

146

50,3

402

69,6

722

49,7

Bağırsaq invaginasiyası

19

12,8

24

13,3

32

12,5

36

12,4

42

7,3

153

10,5

Qastrointesti-nal qanaxma

5

3,4

4

2,2

7

2,7

6

2,1

8

1,4

30

2,1

Bağırsaq keçməməzliyi

20

13,4

-

-

-

-

-

-

-

-

20

1,4

Obturasion bağırsaq keçməməzliyi (Bezoar)

1

0,7

1

0,6

-

-

-

-

1

0,2

3

0,21

Bitişmə mənşəli bağırsaq keçməməzliyi

4

2,7

16

8,8

2

0,8

17

5,9

12

2,1

51

3,5

Stranqulasion bağırsaq keçməməzliyi

-

-

3

1,7

5

0,9

5

0,9

5

0,9

18

1,23

Nazik bağırsağın burulması

2

1,3

-

-

-

-

-

-

-

-

2

0,14

Kəskin appendisit

7

4,7

15

8,2

28

11,0

19

6,6

24

3,9

93

6,4

Stoma daşıyıcısı

59

39,4

87

48,0

59

23,0

61

21,0

82

14,2

348

23,9

Mədə - bağırsaq yolunun yad cismi

5

3,4

-

-

2

0,8

-

-

-

-

7

0,49

Cəmi

149

100

181

100

256

100

290

100

578

100

1454

100

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Quliyev N.C. Yenidoğulanlarda baş beynin bətndaxili infeksiyalarla zədələnmələrinin erkən diaqnostik dopleroqrafik meyarları // Azərbaycan Tibb Jurnalı, 2009, №2, s. 37-40
2.Məmmədov C., Əliyeva F., Əliyeva E., və baş., Vaxtından  əvvəl doğuşlar üzrə klinik protokol, Bakı, 2011, 16 səh.
3.Rzayeva A.Ə. Yenidoğulanlarda nekrotik enterokolitin klinik – immunoloji xüsusiyyətləri və müalicə prinsipləri. Avtoreferat , Bakı, 2015, 24s.
4.Антонова Л.К., Близнецова Е.А., Герасимов В.В. Выхаживание недоношенных детей с экстремально низкой массой тела в перинатальном центре г. Твери // Верхневолжский медицинский журнал, 2012, Т. 10, вып.2, c.38-40
5.Башмакова Н.В., Ковалев В.В. Выживаемость и актуальные перинатальные технологии при выхаживании новорожденных с экстремально низкой массой тела // Российский  вестник акушерства и гинекологии, 2012, № 1, c.4-7
6.Cho S.X., Berger P.J., Nold-PetryC.A., Nold M.F. The immunological landscape in necrotising enterocolitis // Expert Rev Mol Med.,  2016, vol 24, No3, p.18
7.Jacob J.A. In infants with Necrotizing Enterocolitis, gut dysbiosis precedes disease // JAMA,  2016, vol 315, No 7, p.2264-2265


Müəlliflər:
S.C. İsmayılova

Digər jurnal və qəzetlər