MÜASİR ŞƏRAİTDƏ BAKI ŞƏHƏRİ VƏ ABŞERON YARIMADASINDA GEOHELMİNTOZLARIN (ASKARİDOZ VƏ TRİXOSEFALYOZ) ƏHALİ ARASINDA YAYILMA SƏVİYYƏSI VƏ EPİDEMİOLOJİ XÜSUSİYƏTLƏRİ

07-02-2018

Açar sözlər: askaridoz; trixosefalyoz.

Ключевые слова: аскаридоз; трихоцефалез.

Key words: ascariasis, trichocephaliasis.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hazırda dünyada 2 milyarda yaxın insan geohelmintozlarla yoluxmuşdur ki, onlardan təkcə Avropa regionunda 4 milyonunu uşaqlar təşkil edir. Ona görə də, ÜST geohelmintozlarla mübarizənin qlobal planında bu parazitozların məktəbyaşlı uşaqlar arasında 2020-ci ilə kimi eliminasiya edilməsini qoymuşdur [3].

Geohelmintozlar içərisində askaridoz və trixosefalyoz ən geniş yayılan helmuntozlardır. Dünyada 1,3 milyard insan askaridoz, 900 milyonu isə trixosefalyozla yoluxmuşdur [2, 3, 5, 7, 8].

Azərbaycan respublikasında da bu xəstəliklər çox geniş yayılmışdır və onların müxtəlif aspektləri öyrənilmişdir [1, 4, 6].

Bu parazitozlarla mübarizədə müəyyən nəticələr əldə olunsa da, rəsmi məlumatlara görə ildə 23000-25000 askaridozlu və 5000-6000 trixosefalyozlu xəstə aşkar edilir. Azərbaycan müstəqillik qazandığı ilk illərdə müharibə şəraiti ilə əlaqədar göstərilən parazitozlara endemik olan bölgələrdən xeyli sayda insanın məcburi miqrasiyası baş vermiş və onlar respublikanın müxtəlif rayonlarında məskunlaş-mışlar. Bu baxımdan ən çox miqrasiyaya məruz qalan Bakı şəhəri və Abşeron yarımadasıdır. Göstərilən bölgənin geohelmintlər üçün o qədər də əlverişli olmadığına baxmayaraq, son zamanlar burada intensiv şəkildə fərdi evlərin, bağ evlərinin tikintisi və həyətyanı sahələrdə bağçılığın, bostançılığın, tərəvəzçiliyin inkişafı geohelmintozlara görə xüsusi epidemioloji vəziyyətə səbəb olmuş və bu helmintozların əhali arasında yayılmasına şərait yaranmışdır.

Digər tərəfdən, Abşeron yarımadasında dəniz sahillərində çoxlu turist obyektlərinin olmasını nəzərə alsaq, burada bu parazitozlarla mübarizənin nə qədər aktual olduğu görünər.

Tədqiqatın məqsədi askaridoz və trixosefalyozun əhali arasında yayılma səviyyəsi, risk qrupları, xarici mühitin helmint yumurtaları ilə çirklənmə dərəcəsi və digər epidemioloji xüsusiyyətlərinin öyrənilməsidir.

Tədqiqatın material və metodları.Tədqiqatdakoproloji, seroloji, sanitar-helmintoloji, epidemioloji, statistik və s. üsullardan istifadə edilmişdir.

1820 nəfər askaridoz və trixosefalyoza görə müayinə edilmişdir. 174 torpaq nümunəsi sanitar-helmintoloji müayinə edilmişdir.

Alınmış nəticələr və onların müzakirəsi.Bakı şəhəri və Abşeron yarıma-dasının bəzi məntəqələrində aparılan helmintoloji müayinələr zamanı əhali arasında askaridoz 9,73±0,7%, trixosefalyoz isə 4,29±0,48% hallarda aşkar edilmişdir. Müayinə edilənlərdən 148 nəfərdə (8,13±0,64%) askaridoz, 49 nəfərdə (2,69±0,38%) trixosefalyoz monoinvaziya şəklində, 29 nəfərdə (1,59±0,29%) isə askaridoz və trixosefalyozun mikst invaziyası aşkar edilmişdir.

Əhalinin yaşa görə yoluxması da araşdırılmışdır (cədvəl 1).

Cədvəl  № 1.

Yaşa görə askaridoz və trixosefalyozun əhali arasında yayılması

Yaş

qrupları

Müayinə olunanların sayı

Askaridoz

Trixosefalyoz

müt.

%

müt.

%

1

2

3

4

5

6

1-3

142

6

4,23±1,69

2

1,41±0,99

4-7

329

44

13,37±1,88

21

6,38±1,35

8-11

293

41

13,99±2,03

20

6,83±1,47

12-15

214

21

9,81±2,03

12

5,61±1,57

16-20

193

17

8,81±2,04

6

3,11±1,25

21-40

224

20

8,93±1,91

8

3,57±1,24

41-60

229

16

6,99±1,69

6

2,62±1,06

1

2

3

4

5

6

61-dən yuxarı

196

10

5,10±1,57

3

1,53±0,88

CƏMİ

1820

177

9,73±0,70

78

4,29±0,48

 

Cədvəldən göründüyü kimi, askaridoz ən az 1-3 yaşlı uşaqlarda (4,29±1,69%) və 61 yaşdan yuxarı şəxslərdə (5,10±1,57%), ən çox 4-7 və 8-11 yaşlı uşaqlarda (müvafiq olaraq, 13,37±1,88% və 13,99±2,03%), sonra 12-15 yaşlı uşaqalarda (9,81±2,03%). Nisbətən az və eyni səviyyədə 16-20 və 21-40 yaşlı şəxslərdə (müvafiq olaraq, 8,81±2,04% və 8,93±1,91%) rast gəlir. Askaridoz 41-60 yaşlı şəxslər arasında da nisbətən az (6,99±1,69%) rast gəlir. Eyni qanunauyğunluq trixosefalyozda da müşahidə olunur. Qadınlar arasında askaridozda (11,21±0,99%), trixosefalyozda (5,7±0,73%) kişilərdən (müvafiq olaraq, 7,85±0,95%; P<0,05 və 2,49±0,55; P<0,001) xeyli çox rast gəlir (cədvəl 2).

Cədvəl  № 2.

Askaridoz və trixosefalyozun qadın və kişilər arasında yayılması

Əhali

qrupu

Müayinə olunanların sayı

Aşkar edilən helmintozlar

Askaridoz

Trixosefalyoz

müt.

%

müt.

%

Qadınlar

1017

114

11,21±0,99

58

5,7±0,73

Kişilər

803

63

7,85±0,95

20

2,49±0,55

CƏMİ

1820

177

9,73±0,7

78

4,29±0,48

 

Bundan başqa, yaşayış yerinə görə də askaridoz və trixosefalyozun əhali arasında yayılması araşdırılmışdır. Nəticələr 3 saylı cədvəldə öz əksini tapmışdır.

 

Cədvəl  № 3.

Askaridoz və trixosefalyozun yaşayış yerindən asılı olaraq rastgəlmə tezliyi

Yaşayış məntəqəsi

Müayinə olunanların sayı

Helmintozların aşkar edilməsi

askaridoz

Trixosefalyoz

müt.

%

müt.

%

1

2

3

4

5

6

Şəhərin mərkəzi

328

7

2,13±0,8

3

0,92±0,28

1

2

3

4

5

6

Şəhər

 ətrafı

765

56

7,32±0,94

26

3,4±0,66

Kənd tipli qəsəbə

727

114

15,68±1,35

49

6,74±0,93

CƏMİ

1820

177

9,73±0,7

78

4,29±0,48

Cədvəldən göründüyü kimi, şəhərin mərkəzi hissəsində yaşayanların 2,13±0,8%-də, şəhər ətrafında yaşayanların 7,32±0,94%-də (P<0,001), kənd tipli qəsəbələrdə yaşayanların isə 15,68±1,35%-də (P<0,001) askaridoz aşkar  edilmişdir. Eyni hal trixosefalyozda da müşahidə edilir. Geohelmintozlar olan askaridoz və trixosefalyozun törədicilərinin inkişafının müəyyən hissəsi xarici mühitdə baş verir. İnsan xarici mühit amilləri (torpaq, göyərti, meyvə-tərəvəz və s.) ilə təmasda olduqda əllər vasitəsi ilə və ya yaxşı yuyulmamış göyərti, meyvə-tərəvəzdən ağız vasitəsilə yoluxurlar. Ona görə də, xarici mühitin bu helmintlərin yumurtaları ilə çirklənmə dərəcəsindən asılı olaraq insanlar da yoluxurlar. Bu səbəbdən xarici mühitin sanitar-helmintoloji müayinə edilməsi və onun nəticələrinin qiymətləndirilməsi onlarla mübarizə və profilaktika tədbirlərinin aparılması üçün olduqca vacibdir.

Bunu nəzərə alaraq, şəhər, şəhərətrafı qəsəbə, kənd tipli qəsəbələrdən torpaq nümunələri götürülərək müayinə edilmişdir. Nəticələr 4 saylı cədvəldə göstərilmişdir. 

Cədvəldən göründüyü kimi, şəhərin mərkəzi hissələrindən götürülmüş toraq nümunələrinin 1,92±1,9%-də askarid yumurtaları tapılmışdır. Bu nümunələrdə tükbaş yumurtaları aşkar edilməmişdir. Bu nümunələrdə hər kq torpağa 5-7 askarid yumurtası aşkar edilmişdir. Səhər kənarı sahələrdən götürülmüş torpaq nümunələrinin 8,2±3,51%-də askarid, 3,28±2,28%-də isə tükbaş yumurtaları aşkar edilmişdir. Şəhərin bu hissələrindən götürülmüş torpaq nümunələrinin 1 kq-da 12-15 askarid, 7-9 tükbaş yumurtası tapılmışdır. Kənd tipli qəsəbələrdən götürülmüş torpaq nümunələrinin 23,73±5,54%-də askarid, 10,17±3,94%-də isə tükbaş yumurtaları aşkar edilmişdir. Bu nümunələrdə hər kq torpağa 27-32 askarid, 15-18 tükbaş yumurtaları tapılmışdır.


Cədvəl4.

Xarici mühitin askarid və tükbaş yumurtaları ilə çirklənmə dərəcəsi

Yaşayış məntəqəsi

Torpaq nümunəsi

Müayinə olunan

nümunə-lərin

sayı

Askarid yumurtası

aşkar edilənlər

Tükbaş yumurtası

aşkar edilənlər

müt.

%

1 kq torpağa düşən yimurtaların sayı

müt.

%

1 kq torpa-

ğa düşən yumurtaların sayı

Şəhərin mərkəzi

52

1

1,92±1,90

5-7

0

0

0

Şəhər

kənarları

61

5

8,2±3,51

12-15

2

3,28±2,28

7-9

Kənd tipli qəsəbələr

59

14

23,73±5,54

27-32

6

0,17±3,94

15-18

 

Aparılan tədqiqatların nəticələrini yekunu göstərir ki, Bakı şəhəri və Abşeron yarımadasında askaridoz və trixosefalyoz əjhali arasında yayılmaqda davam edir. Əhali arasında askaridoz mono invaziya şəklində 8,13±0,64%, trixosefalyoz mono invaziya şəklində 2,69±0,38%, askaridozla trixosefalyozun mikst invaziyası isə 1,59±0,29% aşkar edilmişdir. 

Bundan başqa Bakı şəhəri və Abşeron yarımadasında bu helmintozlar bərabər yayılmamışdır. Kənd tipli qəsəbələrdə askaridoz və trixosefalyoz daha çox yayılmışdır. Kənd tipli məntəqələrdə xarici mühit helmint yumurtaları ilə daha çox çirklənmişdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Nəcəfov İ.H. Tibbi helmintologiya, insan helmintlərinin klinikası, diaqnostikası, müalicə və profilaktikası, Bakı, 2009, 334 s.
2.Валинурова Е.Р.  Клинико-лабораторная характеристика кишечной стадии аскаридоза у взрослых. // Автореф. дисс. канд. мед. наук, Москва, 2008,  19 с.
3.Рамочная программа контроля и профилактики геогельминтозов в Европейском регионе ВОЗ, 2016-2020 гг.
4.Салехов А.Э., Ибрагимова М.В.  Кишечные паразитозы (аскаридоз и лямблиоз) среди детей и эффективность их серодиагностики в Азербайджане. // Аллергология и иммунология, Москва, 2013, том 14, №2, с.94-95
5.Токмолаев А.К., Кожевникова Г.М.  Клиническая паразитология (протозоозы и гельминтозы), Москва, 2010, 426 с.
6.Чобанов Р.Э. Эпидемиологические основы разработки единого комплекса оздоровления населения от аскаридоза, энтеробиоза и трихосефалеза (на примере Азербайджанской ССР). // Автореф. докт. дисс., Москва, 1985,  46 с.
7.Gyokos T.W., Gilbert N.L., Larocque R., Casapia M. Trichuris and hookworm infections associated with anaemia during oregnancy. Trop. Med. Int. Health, 2011; 16(4): 531-7
8.Vins J., Stanfield P., Bruteon M.  Diseases of children in the subtropic and tropics. // Chan eds London, 1991, p.633


Müəlliflər:
A.Ə. Salehov
N.E. Fətullayeva
F.İ. Xanmirzəyev
R.O. Quliyeva
S.H. Baxşiyeva
G.O. Əliyeva

Digər jurnal və qəzetlər