TƏLƏBƏLƏRİN ORQANİZMİNİN ADAPTASİYA İMKANLARİNA MÜXTƏLİF NÖVLÜ HƏRƏKƏT AKTİVLİYİNİN TƏSİRİ

15-03-2018

Açar sözlər:         aerob dözümlülük, aerob iş qabiliyyəti, adaptasiya imkanları, hərəkət aktivliyi, oksigenin maksimal sərfi, fiziki yüklər, intensiv məşq yükləri.

İnsan orqanizminin hərəkət və vegetativ sistemlərində müntəzəm icra onunan fiziki hərəkətlərin (idmanın) təsiri altında formalaşan adaptasiya reaksiyaları onların somatik sağlamlığının möhkəmləşməsində, qorunmasında və xəstəliklərin profilaktikasında əsas rol oynayır (1,2,3). Qeyri-spesifik (ümumi) adaptasiya reaksiyaları orqanizmdə kəskin morfoloji və funksional dəyişiklərin yaranması ilə müşaiyyət olunmur və onun fiziki yüklərə uyğunlaşmasına (adaptasiyasına) təsir etmir (4,5). Onlar ətraf mühitin xoşagəlməz amillərinin və fiziki yüklərin təsirinə qarşı sinir-humoral dayanaqlığın nisbi tənzimlənməsi və fiziki iş qabiliyyətinin müvəqqəti olaraq yüksəlməsi ilə xarakterizə olunurlar. Spesifik adaptasiya reaksiyaları isə orqanizmin sistemlərində kəskin morfoloji, funksional və biokimyəvi dəyişiklərinin yaranması, onun ehtiyyat imkanlarının yüksəlməsi ilə müşaiyyət olunurlar (6,7,8).

Tələbələrin fiziki durumunun təkmilləşdirilməsi prosesi yükləri icra edən sistemlərin məşqolunma potensialından aslıdır. Ali məktəblərdə oxuduqları müddətdə tələbələrin məşqolunma potensialını onların fiziki məşğələrdə iştirakının intensivləş-dirilməsi və müstəqil hərəki tapşırıqların yerinə yetirilməsi hesabına artırmaq mümkündür. Ona görədə, fiziki tərbiyədə pedaqoji proses məqsədyönlü olmalı, məşğələlərə motivasiya yaradılmalı, böyük həcmli və intensivli məşq yüklərinin icrasına şüurlu yanaşmaq vacibdir (9,10). Proqramda nəzərdə tutulan hərəki tapşırıqların yerinə yetirilmə şəraiti, tələbələrin morfofunskional vəziyyəti və idman qurğularının imkanları nəzərə alınmalıdır.

Tədiqiqatın təşkili və metodları.Aparılmış yoxlamaların nəticələrinə əsasən birinci kursda oxuyan tələbə qızlardan ibarət olan iki qrup formalaşdırılmışdır: eksperimental və nəzarət. Eksperimental qrupun formalaşması zamanı tələbə qızların arzusu nəzərə alınmaqla, həftəlik məqsədyönlü sağlamlamlaşdırıcı idman aerobikası ilə (4-5 dəfə) məşğul olmağa razılıq vermişlər. Bu zaman meyyar qismində orqanizmin fiziki yüklərə uzunmüddətli adaptasiyanın baş verməsini nəzarət altında saxlamaq məqsədi ilə ürək-damar sisteminin göstəricilərinin dinamikası (ÜVS, AQT sistolik, AQT diastolik), veloerqometrik yuklərin köməyi ilə fiziki iş qabiliyyətinin mütləq və nisbi(PWC170) göstəriciləri və OMS olçüsü təyin olunmuşdur.Üç il ərzində müntəzəm icra olunan fiziki yükləmələrdən sonra yuxarıda sadalanan göstəricilər həftəlik mikrosilsilələlərdə yenidən təyin olunmuşdur. Ekspiremental qrup sağlamlaşdırıcı idman aerobikası ilə həftədə 4-5 dəfə məşğul olmuşdursa, nəzarət qrupu yalnız müntəzəm olaraq cədvəl üzrə dərslərdə iştirak etmişdir.

Alınan nəticələr və onların müzakirəsi. Tədqiqatların nəticələrinin analizi göstərdi ki, eksperimental qrupun tələbələrində nəticələrin etibarlı yaxşılaşması (p<0,05) baş vermişdir. İkinci mərhələnin tədiqiqatları (1-ci kursun sonu) göstərmişdir ki, eksperimental qrupda sistematik icra olunan məşğələlərdən sonra OMS-nın nisbi ölçüləri orta hesabla 38,620,45 ml/dəq/kq-dan 45,50,64 ml/dəq/kq-ə qədər artmışdır, bu zaman aşkarlanan fərq 6,89ml/dəq/kq (15,14%) (p<0,05) olmuşdur. OMS-nın nisbi göstəriciləri nəzarət qrupunda 37,150,68 ml /dəq/kq-dan 40,364,66 ml /dəq/kq, fərq isə 3,2ml/dəq/kq(7,9%) (p>0,05) təşkil etmişdir. PWC170  mütləq göstəricisinin eksperimental qrupda orta ölçüsü 577,926,95 kqm/dəq.-dən 708,759,80 kqm/dəq-dək artmış, aralarındakı fərq 130,83 kqm/dəq (18,46%) (p<0,05) olmuşdur. PWC170 nəzarət qrupundakı mütləq göstəriiciləri 564,5410,80-dən 608,6319,6 kqm/dəq, aralarındaki fərq isə 44,09 kqm/dəq(7,24%) (p<0,05) olmuşdur. PWC170 nisbi göstəriciləri eksperimental qrupda ortalama olaraq 11,570,14 kq m/dəq/kq-dan 14,100,21 kq.m/dəq/kq, aralarında fərq 2,53 kq m/dəq/kq (17,94%) (p<0,05) olmuşdursa, nəzarət qrupunda bu göstərici 11,260,22 kq m/dəq/kq-dan 12,360,42 kqm/dəq/kq qədər yüksəlmiş, aralarındakı fərq 1,1 kq m/dəq/kq(8,9%) (p<0,05) təşkil etmişdir. İkinci mərhələdə aparılan tədqiqatlar göstərmişdir ki, eksperimental qrupda nəticələrin etibarlı olaraq yüksəlməsi müşahidə olunur, nəzarət qrupunda isə yaxşılaşmağa doğru meyilliliyi nəzərə çarpır, lakin statistik olaraq etibarlı fərqlər (p<0,05) olmamışdır. Tədqiqatların ücüncü mərhələsində (III kursun sonu) alınmış nəticələrin analizi göstərmişdir ki, OMS, PWC170 mütləq və PWC170 nisbi ölcülərində etibarlı artma (p<0,05) müşahidə olunur. Beləki, OMS-nın orta göstəriciləri ikinci mərhələ ilə müqayisədə eksperimental qrupda 5,11 ml/kq/dəq (10,1%) (p<0,05) artmış və 50,620,26ml/kq/dəq təşkil etmişdirsə, nəzarət qrupunda bu 2,37ml/kq/dəq (5,54%) (p>0,05) artaraq 40,35 4,66 ml/kq/dəq olmuşdur. PWC170 mütləq göstəricisinin orta qiymətləri eksperimental qrupda 105,0 kqm/dəq (12,9%) (p<0,05) artaraq 813,756,28 kqm/dəq təşkil etmişdir. Nəzarət qrupunda bu göstərici 23,01kqm/dəq (3,64%) (p>0,05) artaraq 608,6319,93 kqm/dəq olmuşdur. Buna bənzər yaxşılaşmalar, həmçinin, PWC170 nisbi göstəricilərinə görə eksperimental qrupda 2,13kqm/dəq/kq (13,2%) artaraq (p<0,05) 16,230,13kqm/dəq/kq olmuşdursa, nəzarət qrupunda bu artma 0,1kq.m/dəq/kq.(0,8%) (p>0,05) olmuş və 12,460,30kq m/dəq/kq təşkil etmişdir.

Tədiqiqatıların dördüncü mərhələsində (III kursun sonu) alınan nəticələrin təhlili göstərmişdir ki, OMS-nın orta göstəriciləri eksperimental qrupda ilkin qiymətlərlə müqayisədə 13,42 ml/kq/dəq (25,78%) (p<0,05) artaraq 52,041,63 ml/kq dəq, nəzarət qrupunda isə 1,41 ml/kq/dəq (3,65%) (p>0,05) artaraq 38,560,76 ml/kq/dəq təşkil etmişdir. PWC170 mütləq göstəricilərinin orta qiymətləri həmçinin 303,5kqm/dəq(34,43%) artaraq (p<0,05) 881,422,77 kqm/dəq eksperimental qrupda,36,36 kq m/dəq/kq (5,10%)(p>0,05) artaraq -594,9039,3 kqm/dəq olmuşdur. PWC170 nisbi göstəriciləri eksperimental qrupda 5,52 kqm/dəq/kq (32,3%)(p<0,05) artaraq 17,09 kq m/dəq/kq, nəzarət qrupunda isə 1,74 kqm/dəq/kq (3,38%) artaraq – 13,001,81 kq m/dəq/kq olmuşdur.

Eksperimental qrupa daxil olan tələbə qızların orqanizmin uzunmüddətli yüklərə adaptasiyasının göstəricilərindən olan OMS-nın ölçüsünün statistik olaraq etibarlı yüksəlməsi 13,42 ml/kq dəq (25,78%) (p<0,05), PWC170 mütləq göstəricilərinin 303,5 kqm/dəq (34,43%) (p<0,05) və PWC170 nisbi göstəricisinin isə 5,52 kqm/dəq/kq (32,3%) (p<0,05)olduğu müşahidə olunmuşdur. OMS və PWC170 müəyyən olunmuş müsbət dinamika orqanizmin energetik potensialının artmasını və fiziki iş qabiliyyətinin yüksəldiyini təstiq edir, çünki, OMS-nin ölçüsü insanın somatik sağlamlığının əsas meyyarıdır (6,4,5).

Nəzarət qrupuna daxil olan tələbələrin təlim-məşq prosesi çərçivəsində həftə ərzində müntəzəm icra etdiyi hərəki tapşırıqlara sərf olunan 700 kkal enerji kəskin dəyişikliklərin yaranmasına təsir göstərməmişdir.

Ürək-damar sisteminin göstəricilərinin (AQTsistolik, AQT diastolik, ÜVS) ilkin yoxlamalardan sonra alınan nəticələrin analizi zamanı məlum olmuşdur ki, eksperimental qrupun tələbələrində ÜVS-in səviyyəsi 84,421.47vur/dəq, AQT sistolik 120,16 2.52mm c.st., AQT diastolik 75.5 4,75 mm c.st.olmuşdur. Nəzarət qrupunda isə ÜVS-87,08 1,85vur/dəq, AQT sistolik 121,91 4,93mm c.st.AQT diastolik 77.453.47mm c.st.təskil etmişdir. Veloerqometrik yüklərin icrasının beşinci dəqiqəsində eksperimental qrupun tələbələrində ÜVS-nın göstəriciləri 131,25 3,38 vur/dəq.,AQT sistolik 142,181,81 mm c.st.,AQT diastolik 78,182,26mm c.st. olmuşdursa, nəzarət qrupunda isə ÜVS 134,12,50 vur/dəq, AQT sist. 146,12,2mm c.st. AQT diast. 87,272,4mm c.st. olmuşdur.Sınağın icrasının ücüncü dəqiqəsində eksperimental qrupun tələbələrində aşağıdakı göstəricilər müəyyən olunmuşdur: ÜVS 165,584,32 vur/dəq., AQTsist. 162,632,36mm e.st., AQT diast. 73,641,52mm c.st., nəzarət qrupunun tələbələrində isə ÜVS 168,455,08 vur/dəq., AQTsist. 166,11,3mm c.st., AQT diast. 86,42,10 mm c.st.

Alınmış nəticələrin analizi göstərir ki, ÜVS-nın beşinci və on üçüncü dəqiqələrində veloerqometrik yüklərə verdiyi reaksiya eksperimental qrupda nəzarətlə müqayisədə 2,85 vur/dəq.(2,13%) (p<0,05) və 2,87 vur/dəq (1.7%) (p>0,05) aşağı olmuşdur. AQT sist. 3,92mm c.st.(2,68%) (p<0,05) və 2,87 mm c.st.(2,10%) (p<0,05) təşkil etmişdir. Buna bənzər dəyişiliklər həm də beşinci dəqiqənin sonunda 9,09mm c.st(10,42%) (p<0,05) və on üçüncü dəqiqədə 12,7mm c.st.(14,77%) (p<0,05) müşahidə olunmuşdur.

Uzunmüddətli adaptasiya prosesinin gedişində, nisbi sakitlik vaxtı aşağıdakı nəticələr alınmışdır: eksperimental qrupun tələbə qızlarında ÜVS 76,420,03 vur/dəq., AQTsist. 113,925,58 mmc.st., AQTdiast.76,163,76mm c.st., nəzarət qrupunda isə ÜVS 87,423,26 vur/dəq., AQTsist.125,94,93mm c.st., AQTdiast. 78,093,72mm c.st. olmuşdur.Veloerqometrik yüklıərin icrasının beşinci dəqiqəsində eksperimental qrupun tələbələrində ÜVS-nın orta göstəricisi 127,162,04 vur/dəq., AQTsist.135,53,58mm c.st., AQT diast.72,164,23mm c.st., nəzarət qrupunda isə ÜVS 139,547,24 vur/dəq, AQT diast.144,272,40mm c.st., AQTdiast.80,182,23mm c.st. olduğu məlim olmuşdur.Yükün icrasının on ücüncü dəqiqəsində eksperimental qrupun tələbələrində ÜVS 166,084,42 vur/dəq., AQTsist. 166,021,32mm c.st., AQTdiast. 77,633,83mm c.st. olmuşdur. Alınan nəticələrin təhlili göstərir ki, yükün icrasının beşinci dəqiqəsində ÜVS-nın göstəriciləri nəzarət qrupunun nəticələrinə nəzərən 12,38vur/dəq.(8,87%) (p<0,05) aşağı olmuş, on üçüncü dəqiqədə isə bu göstərici 1,64 vur/dəq.(0,97%) (p<0,05%) aşağı olmuşdur. AQTsist. beşinci dəqiqədə 8,77mm c.st.(6,08%) (p<0,05), on üçüncü dəqiqədə 4,37mm c.st.(2,63%) (p<0,05) olmuşdur.AQTdiast. Beşinci dəqiqədə 8,02mm c.st.(100%) (p<0,05), on üçüncü dəqiqədə isə 10,63mm c st (13,69%) (p<0,05) olmuşdur.

Uzunmüddətli adaptasiya prosesində tədqiq olunmuş tələbələrdə arterial qan təzyiqində üc il müddətində etibarlı dəyişiliklər müşahidə olunmamışdır. ÜVS-nın birinci və dördüncü mərhələlərdəki nəticələrin müqayisəsi göstərmişdir ki, nisbi sakitlik vaxti eskperimental qrupun tələbələrində ilkin göstəricilərlə müqayisədə nəbz vurğuları 8,0 vur/dəq.(10,47%) (p<0,05), nəzarət qrupunda isə dəyişilməmiş qalmışdır. Yükün icrasının beşinci dəqiqəsində eksperimental qrupda 4,09vur/dəq. (3,22%) (p<0,05), nəzarət qrupunda isə5,44vur/dəq.(39%) (p<0,05) azalmışdır, ücüncü dəqiqədən sonra etibarlı dəyişiliklər müşahidə olunmamışdır. Onu da nəzərə almaq lazımdır ki, eksperimental qrupun tələbələrində PWC170 yükün həcmi on üçüncü dəqiqədən etibarən 10 vt artırılmışdır

Nəticələr. Nəzarət qrupunda OMS-nın və ümumi iş qabiliyyətinin (PWC170 mütləq və PWC170 nisbi) göstəricilərində yaxşılaşmaya doğru etibarlı dəyişiliklər müşahidə olunmamışdır. Tədbiq olunan məşq yükünün həcmi həftəlik mikrosilsilədə kandar səviyyəsindən aşağı təsirə malik olmuş və ona görə də, heç bir uzunmüddətli adaptasiya prosesi formalaşmamışdır.

Eksperimental qrupdan olan tələbələrin orqanizmində müsbət adaptasiya dəyişiliklərin yaranmasını onunla izah oluna bilər ki, həftəlik mikrosilsilədə idmançının 4-5məşğələdə 2500-3500 kkal enerji sərf etməsidir. Enerji sərfinin bu səviyyəsi məşq prosesində sağlamlaşdırıcı istiqamətə malik olub, müsbət məşq effekti göstərir, orqanizmin orqan və sistemlərinə baş verən adaptasiya dəyişiliklərinə stimullaşdırıcı kandar səviyyəsinə uyğun gələn təsirə malik olur.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Соколовкая Т.И. Влияние состава тела на процессы физического развития в детском, подростковом и юношеском возрасте Педиатрия.-2009.-Т.88,N6 с.65-72
2.Столярова Н.В. Морфофункциональная характеристика студентов татаро-башкирской и русской национальностей // Теор.практ.физ.культуры. – 2011. - №4. – С. 62-64.
3.Тегако Л.И., Саливон И.И., Марфина О.В., Гурбо Т.Л. Таблицы оценки физического развития детей, подростков и молодежи Республики Беларусь : метод. Пособие /. – Минск : Право и экономика, 2008. – 24 с.
4.Кузнецова М.В. Особенности физического развития студентческой молодежи Оренбуржья: атореф. дисс. …докт. мед. наук: 14.00.07 – Гигиена. –  Оренбург: ОренбГМА, 2005. – 22 с.
5.Левушкин С.П., Платнов Р.И., Гуляев М.Д., Готовцев И.И. Мониторинг физического состояния школьников. – М.: Советский спорт, 2012. – 167с.
6.Абызова Т.В., Шаров Л.В Уровень здоровья студентов с различным режимом двигательной активности // Вестник Южно-Уральского государственного университета. – 2012, – Вып.  22. – № 6 (182), – С. 127-131.
7.Андреева А.В. Аристова И.С., Николенко В.Н. Телосложение и антропометрические характеристики девушек 17-20 лет Саратовского региона популяций 2003-2007 гг. / // Математическая морфология. – 2007. – Т.6. – Вып. 4. – С.42-45.
8.Драгич О.А Закономерности морфофункциональной изменчивости организма студентов юношеского возраста в условиях  Уральского федерального округа: автореф.дисс. …докт.биол.наук: 03.00.13  – физиология. –Тюмень, 2006. –52 с.
9.Ляликов С.А., Орехов С.Д. Таблицы оценки физического развития детей Беларуси – Гродно : ГрГМУ, 2000. – 63 с.
10.Негашева М.А Морфологическая конституция человека в юношеском периоде онтогенеза (интегральные аспекты) : автореф.дисс. …докт. биол. наук: 13.00.04 – антропология – М.: МГУ им. М.В.Ломоносова, 2008. – 51 с.


Müəlliflər:
S.A. Əliyev
N.T. Əsədullayeva
S.N. Məmmədova
G.Ə. Sadıqova
S.P. Mürsəlova
M.A. Aşirov

Digər jurnal və qəzetlər