2-Cİ TİP ŞƏKƏRLİ DIABETİ OLAN XƏSTƏLƏRDƏ DİSLİPİDEMİYANIN KORREKSİYASINDA ROZUVASTATİNİN EFFEKTİVLİYİNİN TƏHLİLİ

10-10-2015

     Şəkərli diabet (ŞD) ən çox yayılmış xronik endokrin xəstəlikdir və bu xəstələrin sayı sürətlə artır. Müxtəlif ölkələrdə ŞD olan pasiyentlərin sayı 3-10% təşkil edir.
     ŞD olan xəstələrdə əlilliyin və ölümüm əsas səbəbi ürək-damar ağırlaşmalarıdır. ŞD olan xəstələrdə ŞD olmayanlarla müqayisədə nisbi ölüm riski 2,8 dəfə yüksəkdir. Müəyyən edilmişdir ki, xolesterinin səviyyəsi fərqlənməyən xəstələr arasında ŞD 2 olan pasiyentlərdə diabeti olmayanlarla müqayisədə ÜİX-dən ölüm halları 3-4 dəfə çoxdur (1).
     Şəkərli diabet zamanı ürək-damar ağırlaşmalarının yaranmasının əsas səbəblərindən biri lipid mübadiləsinin pozulmasıdır (2,3). ŞD 2 olan xəstələrdə qanda lipoproteinlər kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalırlar. Kəmiyyət göstəricilərinə qanda triqliseridlərin (TQ) miqdarının artması və əksinə, yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) səiyyəsinin azalması aiddir. Keyfiyyət göstəricisi qanda aşağı sığlıqlı lipoproteinlərin (ASLP) kiçik bərk hissəciklərinin əmələ gəlməsidir. Ona görə də şəkərli diabetin idarə olunmasında şəkərsalıcı, antihipertenziv terapiya ilə yanaşı, dislipidemiyanın korreksiyası da əsas müalıcə taktikalarından biri sayılır (4-7).
     Son zamanlar statin sırasından olan preparatlardan rozuvastatinə daha çox yer verilir (8-11). Bu preparat Shionologi (Yaponiya) farmaseftik kompaniyası tərəfindən hazırlanmış və 2003 –cü ildən istifadəsinə ABŞ –da icazə verilmişdir.      

Tədqiqatın məqsədi 2-ci tip şəkərli diabeti olan xəstələrdə dislipedimiyanın korreksiyasında  rozuvastatinin effektivliyini öyrənməkdir.

Material və metodlar:Bu məlumat ATU-nun II Daxili xəstəliklər kafedrası ilə VM Endokrinologiya, Diabet və Metabolizm mərkəzinin birgə tədqiqatının bir hissəsini əks etdirir. 3 ay ərzində 2-ci tip şəkərli diabet xəstələrində rozuvastatinlə müştərək terapiya alan pasiyentlərlə dislipidemiyanın korreksiyası nəzərdə tutulmayan, amma kompleks müalicə alan xəstələrin müqayisəli təhlili aparilmiştir.                                  

Statinoterapiya qrupuna daxilolma meyarları:

1.I2-ci tip şəkərli diabetin olması
2.Ürək –damar patologiyası olmayan, aşağı sıxlıqlı lipoprotein  (ASLP) 100 mq/dl və yuxari olan, ürək-damar xəstəliyi olan, ASLP 70 mq/dl və daha yüksək olan xəstələr

Statinoterapiya qrupundan çıxarılma myarları:

1.Müşahidə olunan kişi və qadın xəstələrdə ALT,AST,KFK –nın normanın yuxarı  səviyyəsindən 2 və daha çox yüksək olması
2.Yumaqcıq filtrasiyası sürətinin 60 ml/dq/1,73 m2 dan aşagı olması

Nəzarət qrupuna daxil olma meyarları:

1.Kişi və qadın xəstələrdə ALT,AST,KFK –nın normal göstəricilərin üst sərhəddindən 2 dəfə və daha çox yüksək olması
2.Yumaqcıq filtrasiyası sürətinin 60 ml/dq/1,73m2 aşağı olması
3.TQ uygun göstəriciləri

     Nəzarət qrupa (N qrupu) 22 xəstə (12 qadın,10 kişi ), rozurvastatin qrupuna (RST qrupu) 07.01.2014-28.09.2014 müddətində VM  Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinə (Bakı, Azərbaycan) müraciət edən 247 xəstə (124 kişi ,123 qadın) daxil edilmişdir.
     Statinoterapiya zamanı xəstələr gündə 20 mg rozuvastatin qəbul ediblər. 83 xəstə “Mertenil” (Gedeon Richter Macarıstan) adı ilə həb, 81 xəstə ”Rovastat” həbi (Abdil İbrahim, Türkiyə), 83 xəstə isə “Ultrox” (Nobel Farma, Türkiyə) qəbul etmişlər. Alınan nəticələrdən məlum olmuşdur ki, hər 3 həbin lipid mübadiləsinə və başqa klinik-metabolik gösəricilərə təsiri eynidir.
     RST və N  qrupuna daxil olan xəstələr cinsiyyətinə, yaşına, xəstəlik müddətinə, bədən çəkisi indeksinə, sistolik və diastolik təzyiqin ölçülərinə, acqarına qlikemiya və qlikohemoqlobinin göstəricilərinə, böyrək və qaraciyərin funksional vəziyyətinə, KFK səviyyəsinə görə statistik dürüstlük cəhətdən fərqlənməmişlər. Ümumi xolesterinin, yüksək sıxlıqlı lipoproteinlər, triqliseridlərin  səviyyəsi Human Diagnostics Word-wide (Almaniya) reaktivləri vasitəsilə Cobas Mira (Roche Diagnostics Corporation, İsveçrə) avtomatk analizatorunda təyin edilmişdir. ASLP-nin səviyyəsi Fridvald düsturu ilə hesablanmışdir. Bu düstur TQ
     Tədqiqat zamanı öyrənilən materialın minimal, orta, maksimal göstəriciləri təyin edilmiş və xəta faizi də öyrənilmişdir. Statistik təhlil Microsoft Excel standart kompüter proqramı vasitəsilə aparılmışdır.

Nəticələr və onların təhlili:  Cədvəldə N və RST qrupuna  daxil olan xəstələrin tədqiqatın əvvəlində və sonunda lipid göstəriciləri təqdim olunmuşdur.

Жядвял  № 1.

 

Qrup

Göstəricilər

Tədqiqatın

əvvəli

Tədqiqatın

Sonu

Tədqiqat zamanı olan dəyişikliklər

ÜХ (в мq/dl)

N (n = 22)

158,0 ± 8,82

175,8 ± 7,41

+17,8 ± 5,45

RST (n = 247)

219,0 ± 2,75

144,2 ± 1,10

-74,8 ± 1,99

P

< 0,001

< 0,001

< 0,001

Aşagı sıxlıqlı lipoproteinlər (в мq/dl)

N (n = 22)

76,2 ± 7,77

95,7 ± 6,48

+19,5 ± 5,48

RST (n = 247)

136,4 ± 2,66

69,8 ± 1,08

-66,6 ± 1,73

P

< 0,001

< 0,001

< 0,001

Yüksək sıxlıqlı lipoproteinlər (в mq/dl)

N (n = 22)

48,7 ± 1,60

47,5 ± 1,40

-1,2 ± 0,31

RST (n = 247)

41,6 ± 0,51

46,5 ± 0,44

+4,8 ± 0,26

P

< 0,001

> 0,05

< 0,001

ТQ (в mq/dl)

N (n = 22)

175,1 ± 17,59

162,0 ± 10,75

-13,1 ± 7,54

RST (n = 247)

208,4 ± 4,05

144,7 ± 1,45

-63,7 ± 3,48

P

> 0,05

> 0,05

< 0,001

orta göstərici ±ortagöstərici xətası

     Cədvəldən göründüyü kimi, ümumi xolesterinin səviyyəsi  tədqiqatın əvvəlində N qrupunda 158±8,82 mq/dl, RST qrupunda 219±2,75 mq/dl olmuşdur. Qruplar arasında fərq statistik dürüst (p<0,001) olmuşdur. N qrupunda tədqiqatın əvvəlində və sonunda ümumi xolesterinin göstəriciləri arasındakı fərq statistik dürüst olmamış (p>0,05), RST qrupunda isə statistik dürüst nəticə əldə olunmuşdur (p<0,001). Tədqiqatın gedişi boyu N qrupunda ümumi xolesterinin səviyyəsi 17,8±5,45 mq/dl artmış, RST qrupunda isə 74,8±1,99 mq/dl azalmışdır. Qruplar arasında statistik dürüst fərq (p<0,001) olmuşdur. Beləliklə, rozurvastatinin qəbulu RST qrupunda ümumi xolesterinin statistik əhəmiyyətli (34,2%) enməsinə səbəb olmuşdur.
     Məlumdur ki, şəkərli diabetli xəstələrdə lipid mübadiləsinin korreksiyası zamanı aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsinin  azaldılması əsas vəzifələrdəndir. Aşağı sıxlıqlı lipoproteinin orta səviyyəsi tədqiqatın əvvəlində  N qrupunda 76,2±7,77 mq/dl, RST qrupunda 136,4±2,66 mq/dl olmuşdur. Qruplar arasındakı fərq statistik dürüst olmuşdur (p<0,001). Tədqiqatın sonunda isə bu göstərici N qrupunda 95,7±6,48 mq/dl, RST qrupunda 69,8±1,08 mq/dl olmuşdur. Qruplar arasıdakı fərq statistik dürüst olmuşdur (p<0,001). Tədqiqatın gedişi boyu N qrupunda  aşagı sıxlıqlı lipoproteidlərin azalma tezliyi 14,3±4,63% oldugu halda, RST qrupunda bu göstərici 89,9±1,59% çatmışdır. Qruplar arasındakı fərq statistik dürüst olmüşdur (p<0,001). Rozuvastatinin qəbulu RST qrupunda yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsinin statistik əhəmiyyətli enməsinə səbəb olmuşdur (48,8%).
     Tədqiqatin əvvəlində N qrupunda yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsinin orta göstəricisi 48,7±1,60 mq/dl, RST qrupunda isə 41,6±0,51 mq/dl olmuşdur. Qruplar arasındakı fərf statistik dürüstdür (p<0,001). Tədqiqatın sonunda isə bu göstəricilər müvafiq olaraq  47,5±1,40 mq/dl və 46,5±0,44 m1/dl olmuşdur. Qruplar arasındakı fərq statistik əhəmiyyətini itirmişdir (p>0,005). Tədqiqatın əvvəlində və sonunda yüksək sıxlıqlı lipoproteinlərin göstəriciləri arasında fərq N qrupunda statistik dürüst olmamışdir (p>0,05), RST qrupunda isə statistik dürüst olmuşdur (p<0,001).
      Tədqiqatın gedişində TQ–nin səviyyəsi N qrupunda 13,1±7,54 mq/dl, RST qrupunda 63,7±3,48 mq/dl enmişdir. Qruplar arasındakı fərq statistik durust olmuşdur (p<0,001). Beləliklə, rozuvastatinin qəbulu RST qrupunda TQ statistik əhəmiyyətli enməsinə səbəb olmuşdur. N qrupunda TQ azalması dietoterapiya və qlikemiyanın effektiv enməsi ilə izah edilir. Qlikemiya və TQ arasında əlaqə yaxşı məlumdur. N qrupunda TQ azalması 7,5%, RST qrupunda 30,6% təşkil etmişdir.
      Beləliklə, gündə 20 mq rozurvastatinin qəbulu 2-ci tip şəkərli diabetl olan xəstələrdə 89,9±1,59% hallarda aşagı sıxlıqlı lipoproteidlərin azalmasına və məqsədli parametrlərə çatmasına səbəb olur.

 ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 


1.Арутюнов Г.П. Сахарный диабет и атеросклероз. Какова оптимальная стратегия сдерживания атеросклеротического     процесса? // Сердце. Том 3, №1 (13), 2004г,  С.36–40.
2.Howard B.V. Pathogenesis of diabetic dyslipidaemia. Diabetes Rev 1995; 3: 423–432.
3.Laakso M. Epidemiology of Diabetic Dyslipidemia. Diabetes Rev 1995; 3: 408–422.
4.Moon Y.S.K., Kashyap M.L. Pharmacologic Treatment of Type 2 Diabetic Dyslipidemia // Pharmacotherapy, 2004, v.24, N12,p.1692–1713
5.American Diabetes Association. Standards of medical care in diabetes: 2015 // Diabetes Care, 2015, v.38, Suppl.1, p.S11 S66
6.Дедов И.И.,Шестакова М.В (Ред.). Алгоритмы специализированной медицинской помощи больным сахарным диабетом / Москва: Информполиграф, 2013, 120 с
7.Лякишев А.А., Козлов С.Г. Гиполипидемическая терапия при СД 2 типа. РМЖ, Т.9, №24, 2001
8.Дупляков Д.В., Попова И.В. Розувастатин в первичной и вторичной профилактике сердечно-сосудистых заболеваний // Лечащий врач, 2012, N2, http://www.lvrach.ru/2012/02/15435339/
9.Ершова А.К. Розувастатин – оптимальный препарат для лечения и профилактики атеросклероза // Российский Медицинский Журнал, 2014, 1658, http://www.rmj.ru/articles_7957.htm
10.Kassianos G., Reckless J., Emmas C., et al. A UK Survey of Rosuvastatin in General Practice: Reaching Cholesterol Targets // Br J Cardiol. 2008, v.15, N2, p.95-100.
11.Tsai C.-L. Total Cholesterol Changeand Goal Attainment After Receiving Rosuvastatin –an Example From  a Regional Teaching Hospitalin Taiwan., 2005,  www.tsim.org.tw/article/A95/.../END-22.pdf


Müəlliflər:
V. Ə. Əzizov
F. Ə. İbadova
V. A. Mirzəzadə
A. S. Rəhimova

Digər jurnal və qəzetlər