MÜXTƏLİF TİP YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ UŞAQLAR ARASINDA HİPERMETROPİYANIN YAYILMASI

08-09-2018

Uşaqlar arasında hipermetropiyanın yayılması barədə ədəbiyyatda bir-birindən kəskin fərqlənən məlumatlar mövcüddur [1-9]. Erkən yaşlı uşaqlarda hipermetropiya İran və Çex alimlərinin məlumatlarına görə 25%-dən çox, bir sıra ölkələrdə isə 15%-dən az qeydə alınmışdır. Bütün tədqiqatlarda oxşar cəhət odur ki, uşaqların yaşı artdıqca hipermetropiyanın yayılma səviyyəsi azalır: 5-15 yaş intervalında azalma Çində 34 dəfə, İranda 2,9 dəfə, Çexiyada 4 dəfə, digər ölkələrdə 5-10 dəfəyə qədər müşahidə edilmişdir. [1] Əksər hallarda hipermetropiya qızlar arasında oğlanlarla müqayisədə çox qeydə alınmışdır. Göstərilir ki, hipermetropiyanın uşaqlar arasında yayılmasında oxşar cəhətlərlə yanaşı kəskin fərq də mövcuddur [2-7]. Azərbaycanda hipermetropiyanın uşaqlar arasında yayılması Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı rayonları nümunəsində öyrənilmişdir, regionlarda bu patologiyanın yayılmasına dair məlumat azdır.

Tədqiqatın məqsədi:Azərbaycan Respublikasının Gəncə-Qazax iqtisadi rayonunda müxtəlif tip yaşayış məntəqələrində (Gəncə-iri şəhər; Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Göranboy, Göygöl, Daşkəsən və Naftalan şəhər­ləri-kiçik şəhərlər, rayonların kəndləri) uşaq əhalisi arasında hipermetropiyanın yayılma səciyyələrini qiymətləndirmək.

Tədqiqatın materialları və metodları. Müşahidənin həcmi (n) hipermetropiyanın yayılmasına dair ədəbiyyat mənbələrindəki məlumatları (p=5–20%) nəzərə almaqla həddi xətanın (∆) 5%-dən az olmasını təmin etməklə aşağıdakı formulla hesablanmışdır:

Bu şərtlərə müvafiq ən kiçik həcmli müşahidə qrupuna (yaş, cins və yaşayış yerini nəzərə almaqla) 150 nəfər oğlan, 150 nəfər qız daxil edilmişdir. Cəmi üç tip yaşayış məntəqəsinin hər biri üzrə 900 (üç yaş qrupunun hər birində 300 uşaq) uşaq müayinə olunmuşdur. Toplumun ümumi həcmi 2700 uşaqdan ibarət olmuşdur. Uşaqların hamısı tərəfimizdən kompleks oftalmoloji müayinə olunmuşdur, müayinənin minimal proqramı klinik standartlar həcmində olmuşdur (oftalmos­kopiya, vizometriya, perimetriya, kampimetriya, biomikroskopiya, refrektometriya, oftalmometriya və sair). Hipermetropiyanın iki ağırlıq dərəcəsi (3D) ayırd edilmişdir. Xəstəliyin yayılma səviyyəsi 100 nəfərə görə ayrı-ayrı yaş qruplarına (5–9, 10–14, 15–19), cins qruplarına (oğlan qız) və yaşayış yerinə görə (iri şəhər, kiçik şəhərlər, kəndlər) hesablanmışdır. Göstəricinin orta xətası (m), 95% etibarlılıq intervalı (±2m) müəyyən edilmiş, qruplar arasında fərq χ2 meyarı ilə qiymətləndirilmişdir [10].

Alınmış nəticələr. Uşaqlar arasında hipermetropiyanın yayılması barədə aldığımız nəticələr cədvəldə əks olunmuşdur. 5–19 yaşlı uşaqlar arasında hipermet­ropiyanın yayılma səviyyəsi 5,3±0,4% təşkil etmişdir (95% etibarlılıq intervalı 4,5–6,1%). Yüngül dərəcəli hipermetropiya (3,7±0,4%; 95% etibarlılıq intervalı 2,9 –

Cədvəl1.

Hipermetropiyanın üşaq əhalisi arasında yayılmasının səviyyəsi (n;%)

Yaş, İllər

Hiper-metro-piyanın dərəcə-ləri

İri şəhər

Kiçik şəhər

Kənd

Cəmi

Oğlan

Qız

Hər ikisi

Oğlan

Qız

Hər ikisi

Oğlan

Qız

Hər ikisi

Oğlan

Qız

Hər ikisi

 

5-9

<3D

10

6,7± 2,0

9

6,0± 1,9

19

6,3± 1,4

6

4,0±1,6

6

4,0± 1,6

12

4,0± 1,1

7

4,7± 1,7

8

5,3± 1,8

15

5,0± 1,3

23

5,1± 1,0

23

5,1± 1,0

46

5,1± 0,7

>3D

2

1,3±

0,9

2

1,3± 0,9

4

1,3± 0,7

4

2,7±1,3

3

2,0± 1,1

7

2,3± 0,9

3

2,0± 1,1

2

1,3± 0,9

5

1,6± 0,7

9

2,0± 0,7

7

1,6± 0,6

16

1,8± 0,4

Cəmi

12

8,0± 2,2

11

7,3± 2,1

23

7,7± 1,5

10

6,7±2,0

9

6,0± 1,9

19

6,3± 1,4

10

6,7± 2,0

10

6,7± 2,0

20

6,7± 1,4

32

7,1± 1,2

30

6,7± 1,2

62

6,9± 0,8

 

10-14

<3D

4

2,7± 1,3

6

4,0±1,6

10

3,3± 1,0

5

3,3±1,5

4

2,7± 1,3

9

3,0± 1,0

5

3,3± 1,5

6

4,0± 1,6

11

3,7± 1,1

14

3,1± 0,8

16

3,6± 0,9

30

3,3± 0,6

>3D

2

1,3± 0,3

2

1,3± 0,3

4

1,3± 0,7

3

2,0±1,1

3

2,0± 1,1

6

2,0± 0,8

2

1,3± 0,3

2

1,3± 0,3

4

1,3± 0,7

7

1,6± 0,6

7

1,6± 0,6

14

1,6± 0,4

Cəmi

6

4,0± 1,6

8

5,3± 1,8

14

4,7± 1,2

8

5,3±1,8

7

4,7± 1,7

15

5,0± 1,3

7

4,7± 1,2

8

5,3± 1,8

15

5,0± 1,3

21

4,7± 1,0

23

5,1± 1,0

44

4,7± 0,7

 

15-19

<3D

3

2,0± 1,1

4

2,7± 1,3

7

2,3± 0,9

4

2,7±1,3

4

2,7± 1,3

8

2,7± 0,9

5

3,3± 1,5

4

2,7± 1,3

9

3,0± 1,0

12

2,7± 0,8

12

2,7± 0,8

24

2,7± 0,5

>3D

1

0,7± 0,7

2

1,3± 0,3

3

1,0± 0,6

2

1,3±0,3

3

2,0± 1,1

5

1,7± 0,7

2

1,3± 0,3

2

1,3± 0,3

4

1,3± 0,7

5

1,1± 0,3

7

1,6± 0,6

12

1,3± 0,4

Cəmi

4

2,7± 1,3

6

4,0± 1,6

10

3,3± 1,0

6

4,0±1,6

7

4,7± 1,7

13

4,3± 1,2

7

4,7± 1,7

6

4,0± 1,6

13

4,3± 1,2

17

3,8± 0,9

19

4,2± 0,9

36

4,0± 0,7

 

5-19

<3D

17

3,8± 0,9

19

4,2± 0,9

36

4,0± 0,7

15

3,3±0,8

14

3,1± 0,8

29

3,2± 0,6

17

3,8± 0,9

18

4,0± 0,9

35

3,9± 0,6

49

3,6± 0,5

51

3,8± 0,5

100

3,7± 0,4

>3D

5

1,1± 0,5

6

1,3±0,5

11

1,2± 0,4

9

2,0±0,7

9

2,0± 0,7

18

2,0± 0,5

7

1,6± 0,6

6

1,3± 0,5

13

1,4± 0,4

21

1,6± 0,3

21

1,6± 0,3

42

1,6± 0,2

Cəmi

22

4,9± 1,0

25

5,5± 1,1

47

5,2± 0,7

24

5,3±1,1

23

5,1± 1,0

47

5,2± 0,7

24

5,4± 1,0

24

5,3± 1,1

48

5,3± 0,7

70

5,2± 0,6

72

5,4± 0,6

142

5,3± 0,4

p<0,05 (5-9 yaşlı uşaqlarla müqayisədə)

5,5%) ağır dərəcəli hipermetropiya nisbətən (1,6±0,2%; 95% etbarlılıq intervalı 1,2–2,0%) çox aşkar edilmişdir. Müvafiq yaşlı oğlan (5,2±0,6%; 95% etibarlılıq intervalı 4,0–6,4%) və qız (5,4±0,6%; 95% etibarlılıq intervalı 4,2–6,6%) uşaqlarında aşkar edilmiş hipermetropiyanın yayılma səviyyəsi bir-birindən statistik dürüst fərqlənmir (p>0,05). 5–9, 10–14, 15–19 yaş arası oğlanlarda hipermetropiyanın aşkar edilmiş səviyyəsi (7,1±1,2; 4,7±1,0 və 3,8±0,9%) bir-birindən fərqlənir, yaş artdıqca hipermetropiyanın yayılma səviyyəsi azalır. Oxşar nəticə 5–9, 10-14, 15-19 yaş arası qızlar qruplarında da izlənilir (müvafiq olaraq: 6,7±1,2; 5,1±1,0 və 4,2±0,9%). 5–9, 10-14, 15-19 yaşlı uşaqlarda hipermetropiyanın aşkar edilmiş səviyyəsi (6,9±0,8; 4,7±0,7 və 4,0±0,7%) xəstəliyin yaş dinamikasını daha dürüst (p<0,05) əks etdirir.

İri şəhərdə, kiçik şəhərlərdə və kəndlərdə 5–19 yaşlı uşaqların müvafiq olaraq 5,2±0,7; 5,2±0,7 və 5,3±0,7%-də hipermetropiya aşkar edilmişdir, göstəricilərin səviyyəsi praktik eynidir (p>0,05). Qeyd olunan yaşayış məntəqələrində oğlan və qızlarda hipermetropiyanın aşkar edilmiş səviyyəsi (müvafiq olaraq 4,9±1,0 və 5,5±1,1% iri şəhərdə, 5,3±1,1 və 5,1±1,0 kiçik şəhərlərdə, 5,4±1,0 və 5,3±1,1% kəndlərdə) bir-birinə yaxındır (p>0,05).

İri şəhərdə 5–9 yaşlı uşaqların 7,7±1,5%-də, o cümlədən oğlanların 8,0±2,2%-də, qızların 7,3±2,1%-də hipermetropiya diaqnozu müəyyən edilmişdir. 10–14 yaşlı uşaqlarda hipermetropiyanın səviyyəsi 4,7±1,2% olmuş, 5–9 yaşlı uşaqların müvafiq göstəricisindən az olsa da onların fərqi statistik dürüst deyildir (p>0,05). Oxşar nəticə 10–14 yaşlı oğlanların və qızların qruplarında hipermetropiyanın səviyyəsinə görə də izlənilir (müvafiq olaraq 4,0±1,6 və 5,3±1,8%).

İri şəhərdə 15-19 yaşlı uşaqlarda hipermetropiya 2,3±1,0% hallarda aşkar edilmişdir (95% etibarlılıq intervalı 1,3-5,3%). Bu göstəricinin 5-9 (7,7±1,5%) yaşlı uşaqların müvafiq göstəriciləri ilə müqayisəsi göstərir ki, onların fərqi statistik dürüstdür (p<0,05). Amma 15-19 və 10-14 yaşlı uşaqlarda aşkar edilmiş hipermet­ropiyanın səviyyəsi (3,3±1,0 və 4,7±1,2%) bir-birindən statistik dürüst fərqlənmə­mişdir. Beləliklə, 5-9 və 10-14 yaşlarda uşaqlar arasında hipermetropiya yayılma səviyyəsi statistik dürüst fərqlənmir, göstəricinin statistik dürüst azalması 15-19 yaşlarda müşahidə edilir.

Kiçik şəhərlərdə 5-9, 10-14, 15-19 yaşlarda hipermetropiyanın uşaqlar arasın-da yayılma səviyyəsi (müvafiq olaraq 6,3±1,4; 5,0±1,3 və 4,3±1,2%) iri şəhərin müvafiq yaşlı uşaqlarının göstəricilərindən (7,7±1,5; 4,7±1,2 və 3,3±1,0%) statistik dürüst fərqlənməmişdir. Kiçik şəhərlərdə uşaqların yaşından asılı hipermetropiyanın yayılma səviyyəsi fərqli olsa da onların fərqi statistik dürüst deyildir (p>0,05).

Kəndlərdə 5-9, 10-14, 15-19 yaşlarda uşaqların müvafiq olaraq 6,7±1,4; 5,0±1,3 və 4,3±1,2%-də hipermetropiya aşkar edilmişdir. Yaş qrupları bir-birindən hiper­metro­piyanın yayılma səviyyəsinə görə statistik dürüst fərqlənməmişdir (p>0,05). İri şəhərin və kəndlərin eyni yaşlı uşaq qruplarının hipermetropiyanın yayılma səviyyəsinə görə müqayisəsi sıfır hipotezini inkar etməyə əsas vermir. Beləliklə, Gəncə-Qazax iqtisadi rayonunun iri çəhər, kiçik çəhərləri və kəndləri nümunəsində uşaq əhalisi arasında hipermetropiyanın yayılmasında statistik dürüst fərq izlənilmir. Sübut olunur ki, hipermetropiya ehtimalı regionun yaşayış məntəqə-lərində bir-birinə yaxındır. Hipermetropiyanın oğlan və qızlar arasında yayılmasına görə də regionun yaşayış məntəqələrində oxşarlıq izlənilmir. Aşkar edilmiş ümumi səciyyə odur ki, hipermetropiya 5-9 yaşlarda nisbətən yüksək səviyyədədir, 15-19 yaşda hipermetropi­yanın yayılma səviyyəsi əhəmiyyətli dərəcədə (p<0,05) azalır.

Alınmış nəticələrin müzakirəsi.Ədəbiyyatdahipermetropiyanın uşaqlar arasında yayılmasına dair zəngin məlumat bazası mövcuddur [1-9]. Bu məlumatların müqayisəsini çətinləşdirən şərtlər (fərqli yaş qrupları, hipermetropiyanın diaqnostik meyyarları və sair) olsa da müəyyən qanunauyğunluqları izləmək olur. Ilk növbədə hipermetropiyanın yayılmasını qiymətləndirmək üçün uşaqların yaş intervalının seçimidir. Bir sıra tədqiqatlarda 5-15, 5-16, 6-7, 6-15, 12-18, 7-9, 7-15, 12-14, 6-11, 7-15, 6-17, 11-15, 4-15, 12-13, 0-15, 5-16, 6-18, 10-19 yaş qrupları ayırd edilmişdir [1]. Bizim tədqiqatlarımızda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında 5 illik yaş intervalı seçilmiş, 5-9, 10-14, 15-19 yaş qrupları (5-19 ümumi toplum) ayırd edilmişdir. İri miqyaslı meta analiz aparmış Castagno və həmmüəliflər [1] göstərirlər ki, hipermetropiyanın yayılma səviyyəsi (bütün ədəbiyyat mənbələrində) 0,4%-lə (Kambodjanın kəndlərində) 30,8% (Çexiya və Polşanın kəndlərində) intervalında dəyişmişdir. Belə fərqin səbəbi ilk növbədə ondadır ki, hipermetropiyanın diaqnostik meyyarının fərqli seçilmişdir. Əksər tədqiqatlarda hipermetropiyanın diaqnostik meyyarı kimi ≥+2D götürülmüşdür. Bizim təqiqatımızda bu meyyar istifadə olunmuşdur. Amma Çexiyada, Polşada meyyar kimi +1,5D və 1,0D, Amerika Birləşmiş Ştatlarında +1,25D, Hindistanda +1D, Nepalda +0,5D istifadə olunmuşdur. Ona görə də tədqiqatımızın nəticələrini diaqnostik meyyar kimi +2D istifadə olunmuş tədqiqatların nəticələri ilə müqayisə etmişik.

İran alimləri [5] 5-15 yaşlı uşaqların 19,05%-də hipermetropiya aşkar etmişdir. Bizim müşahidəmizdə 5-9, 10-14 yaşlı uşaqlarda hipermetropiya 6,9±0,8 və 4,7± 0,8%, 5-14 yaşlı uşaqlarda 5,9±0,6% təşkil edərək İran alimlərinin Məşhəd şəhərində [6] 6-17 yaşlı uşaqların (≥+2D) 5,4%-də (95% etibarlılıq intervalı 4,3-6,5%) hipermetropiya aşkar etmişdir. Bu məlumatlar bizim aldığımız nəticələrə çox yaxındır və statistik dürüst fərq yoxdur.

Tədqiqatımızda kənd və şəhərlərdə yaşayan uşaqlar arasında hipermetropi-yanın yayılmasına görə statistik dürüst fərq olmamışdır. Oxşar nəticə Hindistanda [1] alınmışdır (3,3% şəhərlərdə, 3,1% kəndlərdə).

Tədqiqatımızda sübut olunmuş müddəalardan biri 5-9 və 10-14 yaşlı uşaqların bir-birindən hipermetropiya ehtimalına görə dürüst fərqlənməməsidir. Ədəbiyyatda oxşar yaş qrupları yalnız Bakı və Sumqayıt şəhərləri üzrə nəşr edilmişdir [8,9] və nəticələr oxşardır. Xarici ədəbiyyatda da bir neçə oxşar nəticə müşahidə olunmuşdur [1]: Hindistanda 10 və 14 yaşlı uşaqların müvafiq olaraq 5,2 və 4,4%-də hipermetropiya qeydə alınmışdır. Hindistanın digər tədqiqatları göstərirlər ki, 8 və 14 yaşlı uşaqlarda aşkar edilmiş hipermetropiya eyni səviyyədə olmuşdur (0,3%). Şirazda aparılan tədqiqatın nəticəsinə görə 9 yaşda (4,8%) 14 yaşa nisbətən (5,9%) az hipermetropiya qeydə alınmışdır [1]. Beləliklə, hipermetropiyanın yaşdan asılı fərqli səviyyədə olması dünya alimləri tərəfindən təsdiq olunur və bizim tədqiqatımız da bu aspektdə istisna deyildir.

Tədqiqatımızda hipermetropiyanın yayılmasında gender fərqi aşkar edilməmişdir (5,2±0,6% oğlanlarda, 5,4±0,6% qızlarda). Ədəbiyyatda bu fenomenin təsdiqi barədə məlumat Çili (15 yaşlı oğlanlarda 7,1% və qızlarda 8,9%), Çin (15 yaşlı oğlanlarda və qızlarda eyni səviyyədə 2%) alimlərinə istinadən Castagno V.D. və həmmüəlliflər tərəfindən nəşr olunmuşdur [1].

Beləliklə, Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonu modelində iri şəhər, kiçik şəhərlərdə və kəndlərdə yaşayan uşaqlar arasında hipermetropiyanın yayılma-sının səciyyələri əsasən dünyanın digər regionlarında mövcüd olan səciyyələrlə uzlaşır.

Nəticələr

1.Gəncə-Qazax iqtisadi rayonunda 5-19 yaşlı uşaqlıarın 5,3±0,4%-də (5,2±0,6% oğlan, 5,4±0,6% qız qruplarında) hipermetropiya qeydə alınmışdır, patologiyanın yayılma səviyyəsinə görə iri şəhər (5,2±0,7%), kiçik şəhərlər (5,2±0,7%) və kəndlərdə (5,3±0,7%) yaşayanlar arasında fərq izlənilmir (p>0,05).
2.Hipermetropiya 5-9 yaşlı uşaqlarda (6,9±0,8% ümumi toplumda, 7,1±1,2% oğlan, 6,7±1,2% qız qruplarında) 15-19 yaşlı uşaqlarla müqayisədə (müvafiq olaraq 4,0±0,7; 3,8±0,9 və 4,2±0,9%) statistik dürüst çox aşkar edilir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Castagno V.D., Fassa A.G., Garret M.L. et al. Hyperopia: a meta-analysis of prevalence and a review of associated factors among school-aged children // BMC Ophthalmology, 2014, 14:163
2.Pi L.H., Chen L., Liu Q. et al. Refractive status and prevalence of refractive errors in suburban school-age children // Int J. Med. Sci, 2010 (6), 342-53
3.Gao Z., Meng N., Muecke J. et al. Refractive error in school children in an urban and rural setting in Cambodia // Ophthalmic Epidemial, 2012, 19 (1,) 16-22
4.Casson R.J., Kahawita S., Kong A. et al. Exceptionally low prevalence of refractive error and visual impairment in school children from Lao Peoples Democratic Republic // Ophthalmology, 2012, 119(10), 202-17
5.Ostadimoghaddam H., Fotouhi A., Hashemi H. et al. Prevalence of the refractive errors by age and gender: the Mashad eye study of Iran // Clin. Experiment, Ophtholmol. 2011, 39(8), 743-51
6.Rezvan F., Khabazkhoob M., Fotouhi A. et al. Prevalence of refractive erors among school children in Northeastern Iran // Ophthalmic. Physiol Opt., 2012, 32(1), 25-30
7.Logan N.S., Shaah P., Rudnicka A.R. et al. Childhood ethnic diffrences in ametropia and ocular biometry: the Aston Eye Study // Ophthalmic Pgysiol Opt., 2011, 31(5), 50-8
8.Агаев Ф.Б., Шюкюрова А.Р. Сравнительная оценка факторов и степени риска тиокин у детей // Международный Медицинский журнал, Харьков, 2010, №3, с. 41-44
9.Гахраманова Л.Ф., Агаева К.Ф. Роль болезней глаз в ограничение возмож­ностей здоровья детского населения // Казанский медицинский жур­нал, 2015, №6, с. 1057-1060
10.Стентон Г. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.


Müəlliflər:
Y.С. Abdıyeva

Digər jurnal və qəzetlər