BÖYRƏKÜSTÜ VƏZİLƏRİN ORQANİZMDƏ METABOLİK HOMEOSTAZI STABİLƏŞDİRMƏ FUNKSİYALARI
04-05-2018
Böyrəküstü vəzi (BÜV) funksional olaraq daxili sekresiya vəzilərinə aid olub böyrəklərin terminal uclarında lokallaşırlar. Stromada quruluşuna görə üç fərqli bölmələr yerləşir (1).
a)qrup ilə düzülmüş kürəvi hüceyrələrdən təşkil olunmuş yumaqcıqlı hissə
b)uzunsov paralel dəstələrdən təşkil olunmuş orta hissə
c)hüceyrələrin çıxıntılarının çarpazlaşması nəticəsində əmələ gələn torlu təbəqə.
Evalyusiya nöqteyi nəzərcə vəzin qabıq maddəsi interrenal, beyin maddəsi isə xromaffin adrenal sistemlərdən təşəkkül edirlər. Böyrək böyrəyə nisbətən vəzilərin kütləsi yeni doğulmuşlarda 1:3, yaşlılarda isə 1:20 nisbətini təşkil edir və beyin maddə qabıq maddəyə nisbətən intensiv inkişaf edir. [2]
Böyrəküstü vəzilər orqanizmdə metabolik mübadilənin homeostazın sabit saxlanmasında müstəsna tənzimləyici əhəmiyyət kəsb edirlər. Belə ki, eksperimentdə vəziləri tamamilə xaric etdikdə heyvanlarda qan təzyiqinin azalması, ürək döyünmələrini, intensivliyinin və sayının azalması, arıqlama, bədən hərarətinin aşağı düşməsi, həzmin kəskin pozulması və apatiya müşahidə olunur. Vəzin beyin maddəsindən ifraz olunan adrenalin simpatik sinir liflərini qıcıqlandıraraq damarların yığılmalarını və tonusunu artıraraq qan təzyiqini lazimi səviyyədə təmin edərək angiotonik təsir göstərir. [3].
Vəzin qabıq maddəsindən ifraz olunan lipoidlər, lisitin və xolesterin isə alimentar mübadiləsindən və əzələ yorğunluğundan hasil olan zəhərli maddələri neytrallaşdıraraq antitoksiki təsir göstərir. Xolesterin həmçinin ödün yağlılıq dərəcəsini yüksəldərək, onun öd yollarından bağırsağa hərəkət sürətini tənzimləyərək, fater məməciyindən bağırsağa daxil olmasını yüngülləşdirərək, həzm prosesini nazik və yoğun bağırsaqlarda getməsini asanlaşdırır. Nəticədə zülalların, karbohidratların və yağların sonməhsullarının bağırsaq ilgəklərindən qana sorulmasını təmin edir. Bununla yanaşı xolesterin öd yollarında antispastik təsir göstərməklə öd axarlarının diskineziyalarını da aradan qaldırır. Qabıq maddəsində yuxarıda göstərilənlərdən əlavə xolin, kortikosteronlar, aldosteron və qlükokortikosteroidlər ifraz olunaraq karbohidrat, su, duz mübadilələrinin requlyasiyasında iştirak edirlər. Qlükosteroidlər hüceyrə daxili metabolizmi sürətləndirərək zülal sintezini artırır. Ona görə də bəzi xroniki immunodefisit və distrofikli xəstələrdə müalicə məqsədilə təyin olunur[4]
Müəyyən səbəblərdən böyrəküstü vəzin qabıq maddəsinin hiperfunksiyası baş verərsə, uşaq yaşlarında böyüklərdə və cinsi orqanlarda nəzərə çarpan dəyişikliklər baş verir. Uşaqlarda qabıq maddənin hiperfunksiyası zamanı bədən çəkisinin artması ümumi zəiflik fonunda ikincili cinsi əlamətlərin vaxtından qabaq formalaşması baş verir. Nəticədə cinsiyyət üzvlərində vaxtından əvvəl yetişkənlik baş verir. Pubertad dövrdə belə şəxslərdə qasıq ətrafında sifətdə tüklərin meydana çıxması görünür. Bəzən də bədəndə ümumi tüklülük müşahidə olunur. Yaşlılarda dərinin normadan artıq quru olması, bürünc rənginə çalaraq kifayət qədər ləkələrin mövcudluğu xarakterikdir. Ədəbiyyatda bu sindrom adissonizm adlanır. [5]
Müəyyən olunmuşdur ki, ağır doğuş travması ilə dünyaya gələn yeni doğulmuşların böyrəküstü vəzilərin qabıq maddəsinin qansızmaları baş verdiyindən onlarda erkən yaşlarda qabıq maddənin funksional çatışmazlığı baş verir. Belə hallarda xəstələrdə kəskin baş ağrıları, qıcolmalar, hafizənin alaqaranlıqlaşması, ürəkbulanma və mədə nahiyəsində dözülməz ağrılar baş verir.
Vəzilərin funksional çatışmazlığında toksiko infeksion səbəblərdən vərəmin rolu göstərilir (70-80%) və proses xroniki gedişli olur. Vərəm intoksikasiyaları nəticəsində xəstələr uzun müddət ümumi zəiflikdən, tez yorulmadan, halsızlıqdan, baş gicələnmədən şikayətlənirlər. Müalicə zamanı spesifik dərmanlarla yanaşı kortikosteroidlərdən də istifadə etmək məsləhət görülür[6]
Vəzilərdə rast gəlinən şişlərdən feoxromositomonı göstərmək olar. Bu zaman qana ifrat dərəcədə katexolaminlər ifraz olunduğundan metabolik proseslərdə ağır nəticələr baş verir. Əksər hallarda uzunmüddətli qan təzyiqinin yüksəlməsi xəstələri narahat edir.
Xəstəlik paroksizmal tutma şəklində və daimi formada təzahür edir. Paroksizmal formada xəstələr çox tərləyərək əsmə, qorxu və tez həyəcanlıqlarını bildirirlər. Bununla yanaşı qan təzyiqi ifrat dərəcədə yüksəldikdə ikili görmədən, baş gicəllənmədən və dözülməz baş ağrılardan narahat olurlar. Xəstəliyin daimi forması hipertoniya, sinir psixi və mədə-bağırsaq pozğunluqları ilə səciyyələnir. Diaqnoz ultrasəs və kompüter tomoqrafiya müayinələrinə əsasən dəqiqləşir.
Adrenogenital şiş böyrəküstü vəzin qabıq maddəsindən inkişaf edərək başlıca olaraq irsi xarakter daşıyır. Əksər hallarda bir nəsildə və onun üzvlərində təsadüf edilərək qadınlarda rastgəlmə tezliyi yüksək dərəcədə müşahidə edilir. Qanda və sidikdə isə kortikosteroidlərin artması müşahidə olunur [7]
Böyrəküstü vəzi hormonları maddələr mübadiləsinin bütün mərhələlərində immun sistemin fəaliyyətində kişi və qadınların cinsi fəaliyyətində müstəsna rol oynayırlar. Xüsusən ifraz olunan kortikosteroidlər, androgenlər və esteronlar xüsusi əhəmiyyət kəsb edir. Androgenlər kişilik hormonu olaraq kişilərdə cinsi fəaliyyətlərin evalusiyasında xüsusi əhəmiyyət kəsb edirlər. Bu hormon qadınlarda müşahidə olunarsa, onlarda bədən kütləsinin artması, menustral tsiklərin pozulması bəzən də sonsuzluqla nəticələnə bilər.
Böyrəküstü vəzi hormonlarının sintetik növləri orqanizmdə iltihabi və infeksion xəstəliklərin müalicəsində geniş tətbiq olunur. Böyrəküstü vəzilərin sekrotor funksiyası məqsədəuyğun olaraq üç mərhələdə fəaliyyət göstərir.
1.Monokrin hüceyrələrin fəaliyyəti nəticəsində
2.Apokrin hüceyrələrin protoplazmasında gedən dəyişikliklər
3.Bolokrin hüceyrələrin metamorfozaya uğraması nəticəsində baş verir [8.]
Bunlar ifraz elədikləri sekretor məhsulları bilavasitə qan və limfaya keçirdikləri üçün daxili inkretor daxili sekresiya vəziləri qrupuna aiddir. Vəzilər qan damarları ilə və kapilyarların geniş zənginliyi nəticəsində ifraz etdikləri bioloji aktiv maddələr yəni hormonlar qana keçərək öz metabolik təsirlərini göstərirlər. Təsirə məruz qalan orqanlar isə hormonozon adlanır. Sinir sisteminin birgə fəaliyyəti ilə orqanizmin neyro-humoral tənzimində iştirak edir[9]
Böyrəküstü vəzilər özlərinin fəaliyyətinin funksiyalarını və maddələr mübadiləsin-dəki rolunu hipofiz vəzinin ifraz etdiyi hormonların nəticəsində həyata keçirir. Belə ki, böyrəküstü vəzin qabıq maddəsinin ifraz etdikləri karbohidrat, zülal və yağların mübadiləsini stimulə edən aktiv maddələr hipofiz vəzi tərəfindən sintez olunan adrenokortikotrop hormon tərəfindən nizamlanır. Beyin maddəsi tərəfindən ifraz olunan simpatin və adrenalində vazopresin hormonu tərəfindən requlə edilir. Belə sıx korreksiyaedici əlaqəni nəzərə alaraq hipofiz vəzi ilə böyrəküstü vəzilərini hipofizar böyrəküstü vəzi sistemi altında birləşdirirlər. Böyrəküstü vəzin su, duz mübadiləsini requlə edən aldestoron hormonu isə hipofiz vəzi tərəfindən sintez olunan adiukrekrin bioloji aktiv maddə tərəfindən olunur. Bu hormon böyrək kanalcıqlarından su, duz mübadiləsini nizamlayaraq, onların sidiklə xaric olmasını təmin edir. Hormonun funksional aktivliyi azalarsa, o zaman sidiyin böyrək kanalcıqlarından geriyə reabsorbsiyası zəifləyərək çoxlu miqdarda sidik ifrazına səbəb olur [10]. Nəticədə xəstələri ağızda quruluq və susuzluq hissiyatı narahat edir ki, bu da şəkərsiz diabet adlanır. Böyrəküstü vəzin kişilərdə və qadınlarda cinsi əlamətlərin formalaşmasında və fəaliyyətində ifraz etdikləri androgenlər və esteronlarda hipofiz vəzi tərəfindən stimullaşdırıcı qonadotrop hormon tərəfindən həyata keçirilir. Bu hormon prolin adı ilə qadınlarda yumurtalıqların fəaliyyətini və ovulyasiya prosesini tənzimləyir. Oksitosin isə hamiləliyin son aylarından başlayaraq, uşaqlıq əzələlərini və vəzilərini fəallaşdıraraq doğuş prosesini normallaşdırır. Kişilərdə isə birincili, ikincili cinsi əlamətlərdən başlayaraq, onların fiziki və mənəvi kamilləşməsini təmin edir. Böyrəküstü vəzinin dərinin piqmentasiyasında iştirak edən melonin maddəsi də hipofiz vəzi tərəfindən ifraz olunan melanotrop hormonu tərəfindən fəaliyyəti requlə olunur. Hormon çatışmadıqda dərinin rəngi tündləşərək, bərkiyərək tunc rəngini xatırlayır, xəstəlik isə adissonizm adlanır. Belə xəstələri dərinin quruması ilə yanaşı şiddətli qaşınma narahat edir ki, zədələnmiş nahiyədən orqanizmə mikrobların keçməsi asanlaşaraq infeksiyalaşır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Ермолов A.C. Смирнов C.B., Герасимова Л.И и др. Синдром полиорганной недостаточности у обожженных: проблемы диагностики, профилактики и лечения // Комбустиология (электронная версия), 1999. № 1.(3)
2.Пронина Т.С., Шитов Л.А. Циркадианный ритм гормонов надпочечников и щитовидной железы у взрослых собак и щенков // Пробл. эндокринологии, 2004. №6. - С. 39-42.(9)
3.Лебедева Р.Н., Полуторнова Т.В. Некоторые аспекты патогенеза и лечения полиорганной недостаточности // Анест. и реаним., 1995. № 2. - С. 83-88.(7)
4.Петеркова В.А., Семичева Т.В., Кузнецова Э.С и др. «Врожденная дисфункция коры надпочечников у детей». Пособие для врачей. Москва, 2003г. (1)
5.The Adrenal Gland 2nd edit. /ed. James V.H.T. N.Y., Raven Press, 1992.-P. 131.(10)
6.Косьянова H.A., Свириденко Н.Ю. Гипотиреоз: диагностика, принципы заместительной терапии // Белорус, мед. журнал, 2006. -№ 14. С. 1911-1912.(6)
7.Дедов И.И., Марова Е.И., Вакс В.В. Надпочечниковая недостаточность. Методическое пособие для врачей. Москва, 2000. (4)
8.Мавраева М.А. Функциональная морфология и тиреоидный гомео-стаз щитовидной железы у крыс при курсовом воздействии сульфидных ванн //Медицинские науки, 2006 -№4.(16) С. 53-54.(8)
9.Кулагин В.К. Роль коры надпочечников в патогенезе травмы и шока. — JL: Медицина, 1965 -187 с.(5)
10.Фадеев В.В., Мельниченко Г.А.. Надпочечниковая недостаточность. Методические рекомендации для врачей. Медпрактика-М. Москва, 2001.(2)
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı