BLASTOSİSTA HOMİNİSİN BAĞIRSAQ XƏSTƏLİKLƏRİNDƏ ROLU VƏ DİAQNOSTİKASINDA RAST GƏLİNƏN ÇƏTİNLİKLƏR

16-05-2018

 

Blastosista hominisin uzun illər təsnifatda yeri müəyyənləşdirilməmişdir.Belə ki, bəzi müəlliflərə görə göbələk, bəzilərinə görə isə protozoa sinifinə daxil edilmişdir. Protozoa üçün olan qidalı mühitdə artıb çoxalması,göbələklər üçün olan mühitdə isə çoxala bilməməsi;protozoalara təsirli dərmanlara həssas olub, amfotericinə davamlı olması; hüceyrə divarının protozoalara oxşayıb, yavaş hərəkət edən psevdopodlarının olması onun protozoa kimi qəbul olunmasına əsas verir. (1,2) Zierdt Blastosista hüceyrələrində nüvə, endoplazmatik retikulum, holci kompleksi və mitoxondriyaya bənzər orqanellaların olmasına görə onu  Sporozoa alt sinfinə aid etmişdir. Sinifləndirmədə yenidən dəyişikliklər olunmuş və 1996-cı ildə Stramenopiles qrupuna daxil edilmişdir (18,19).

Blastosista hominis bağırsaqda təsadüf edilir və nəcisin ümumi müayinəsində tez-tez aşkarlanır. Patogen olub-olmaması bəzən mübahisələrə gətirib çıxarır.Əhali arasında Blastosista hominis inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən daha çox rast gəlinir. Blastosistozlu xəstələrdə diareya, qarın nahiyyəsində ağrı, şişkinlik, çəkinin itirilməsi, rektal qanama və qaşınma tez-tez müşahidə edilir (3,4,5). Eyni zamanda uşaqlarda inkişafdan geri qalma, iltihabı əlamətlər, qanda hemoqlobin və hematokritin azalması və s. də müşahidə edilir (6,7,8). Blastosistozlu xəstələrdə bağırsaqda sorulma və motorikada pozğunluq da ola bilir. Qıcıqlanmış bağırsaq sindromlu xəstələrdə Blastosista hominis daha çox aşkar olunur (9). Bəzi hallarda bu parazit hemorragik proktosiqmoiditə də səbəb ola bilir (10).

1993-cü ildə Nagler və yoldaşları araşdırmalarında iltahabi bağırsaq xəstəlikləri İBX diaqnozu qoyulmuş və nəcis nümunələrində B.hominis tapılan 12 xəstəni qeydiyyata almışdırlar (27).

1996-cı ildə isə Carrascosa və yoldaşları B. hominis’in səbəb olduğu hemorragik proktosigmoidit xəstəsini aşkar etmişlər.Xəstə qarında sancı, tenezm, qanlı diarreya şikayətləri ilə müraciət etmişdir.Nəcisin mikroskopik müayinəsində 30 ədəd B. hominis aşkar edilmiş, digər mikroorganizmalar üçün aparılmış bakterioloji müayinədə hər hansı bir mikroorqanizm aşkarlanmamışdır.

Sigmoidoskopiyada diffuz eritema görülmüş, sigmoid və rektal nahiyyədən alınan biopsiya nümunələrində iltihabı bağırsaq xəstəliyinə xas olmayan kəskin iltihab və diffuz eritema müşahidə olunmuşdur.Hər gün 3x750 mg, 7 günlük Metronidazol müalicəsindən sonra simptomlar müşahidə edilməmişdir. 2 və 7 həftə sonra aparılan nəcis müayinəsində parazit tapılmamışdır.Müalicədən sonra sigmoidoskopiya və biopsiya nümunələrində  normal nəticələr görülmüşdür (28).

Qıcıqlanmış bağırsaq sindromu (QBS) zamanı orqanik patologiya olmadan qarın ağrısı və ya qarında diskomfort hissi ilə birlikdə defekasiyada dəyişikliklər ön planda olur.Belə ki, etiopatogenezində müxtəlif faktorlar yer alır.Adətən bağırsaq müxtəlif endogen və ekzogen qıcıqlandırıcılara qarşı adekvat cavab verir.

QBS lu xəstələrdə müşahidə olunan əsas simptomlar:

 • Defekasiyada pozulmalar: ishal, qəbizlik, bəzən hər ikisi də birlikdə rast gəlinə bilər.

• Qarında şişkinlik, gərginlik, qaz, toxluq hissi

• Tam lokalizə edilə bilməyən, defekasiya  ilə keçən qarın ağrısı.

Göstərilən simptomların hamısı eyni xəstədə müşahidə edilməyə bilər.

QBS diaqnozu qoyulmuş xəstələrin nəcis nümunələri müayinə olunduqda

B. hominis’in daha çox aşkarlandığı diqqəti çəksə də, bu mövzu ilə əlaqəli daha ətraflı araşdırmalara ehtiyac hələ də var.

2004-cü ildə Yakoob və yoldaşları  QBS diaqnozu qoyulmuş 95 xəstənin, 55-i kontrol qrupunda olmaqla cəmi 150 xəstə üzərində araşdırma aparmışlar. Obyektiv müayinədən sonra nəcisin ümumi analizi və B. hominis üçün kultivasiya, həmçinin xəstəyə kolonoskopiya edilmişdir. Xəstələrin 32% -ində (95 xəstənin  30 -unda) və kontrol qrupunun  7% ində (55 xəstənin 4’ündə) mikroskopik müayinə ilə B. hominis tapılmışdır. Nəcisin kultivasiyasının nəticəsində xəstələrin 46%ində (95 xəstənin 44 ündə) B. hominis tapılmışdır. B. hominis diaqnozu üçün nəcisin kultivasiyası daha həssas hesab olunmuşdur.(29).

2004ci ildə isə Tungtrongchitr və yoldaşları nəcisin ümumi müayinəsində parazit tapılmayan 59 QBS  xəstə üzərində araşdırma aparmışlar. Nəcis nümunələri nəcisdə gizli qanın araşdırılması, nativ boyama, formalinlə boyama, B.hominisə görə nəcisin kultivasiyası, modifikasiya olunmuş trixrom boyama metodu, modifikasiya olunmuş Zill-Nilsen boyama metodu, trixrom boyama metodu olmaqla 7ayrı metodla müayinə aparılmışdır.

13 (22.1%) xəstənin nəcisi müxtəlif parazitlər baxımından müsbət qiymətləndirilmişdir.Digər parazitlər 8.5% nisbətində görüldüyü halda, B. hominis 13.6% rast gəlinmişdir.Beləliklə, bir çox laboratoriyalarda istifadə olunan nəcisin birbaşa müayinəsi metoduna nisbətən nəcisin əkilməsi daha həssas olaraq qəbul olunmuşdur. (30)

Uzun illər  Blastosista növünün yalnız birinin insanlara və digər növlərinin isə heyvanlara yoluxduğu fikiri mövcud olmuşdur.Ona görə də insandan izolyasiya edilən növü B. hominis adlanmış və heyvanlardan izolyasiya edilənlərə isə müxtəlif adlar verilmişdir.Siçanlardan izolyasiya edilən növə B.ratti adı verilmişdi.Son zamanlarda aparılan genetik analizlər insanlara yoluxan  tək bir növ olmadığını göstərmişdir.Nəticədə, 9 fərqli Blastosista növünün (genetik fərqliliklərə əsasən) insanlara yoluxa bildiyi və B. ratti adlandırılan növün də bu qrupa daxil olduğu göstərilmişdir. Buna əsaslanaraq 2007 ildən B. hominis terminini əvəzinə insanlardan və heyvanlardan izolyasiya edilən növlər üçün “Blastocystis sp. subtype nn” formada istifadə olunması məsləhət olunmuşdur. Burada “nn” genetik olarak məlum olan 9 növə aid nömrəni bildirir və yoluxmuş orqanizmin adına görə adlandırılmasından daha doğru olacağı bildirilmişdir. Eyni ildə Çində 10-cu növ də aşkar edilmişdir. Ancaq bu növün genetik analizi tam aparılmadığı üçün yeni bir növ və ya məlum olan növlərdən biri  olduğu hələlik tam dəqiqləşdirilməmişdir. Onuncu növ isə primatlar da daxil olmaqla digər heyvanlarda izolyasiya edilmiş olub hələki insanlarda aşkar edilməmişdir (20,21,22,23,24)

Blastosist cinsinin 17 subtipi aşkar olunmuşdur ki, onlardan  9u insanlarda tapılmışdır. (11) ST1 insan və digər məməlilərdən, ST2 primatkimilər  və donuzlardan, ST4 gəmiricilərdən, ST5 mal və donuzlardan, ST6 və ST7 quşlardan ayırd edilir. Epidemiyoloji araşdırmalarda ən çox aşkar olunan ST3 isə, hələki insan qaynaqlı tək subtip olaraq bildirilir. Daha az bilinən ST8 meymun, insan və qırqovuldan, ST9 isə nadir olaraq insanda aşkar edilmişdir.Subtiplərin müəyyən olunmasında, STS (sequenced-tagged site) primerləri ilə aparılan polimeraza zəncir reaksiyası (PCR) ilə yanaşı, son illərdə DNT analizi ve pirosekanslama metodları da istifadə olunu (12-14). Aparılan araşdırmaların çoxunda ən çox ST3 (30-60%)aşkar olunur.Subtip yayılmasında coğrafi bölgələr arasında fərqliliklər olduğu göstərilmişdir (14,15,16).

Ankara Dışkapı Yıldırım Beyazıt Eğitim ve Araştırma Hastanesi Etik Kurul

Komisyonu icazəsi ilə (28.08.2010-14) aparılmış bir çalışmada iyun-avqust 2011-ci il tarixində müxtəlif klinikalardan gastrointestinal sistem şikayətləri olan 350 xəstənin rutin müayinəsi  üçün göndərilən nəcis nümunələri müayinə olunmuşdur.

Rutin müayinədə adətən, nativ-lüqol və trixrom boyama kimi mikroskopik metodlar istifadə olunur, kultivasiya və molekulyar metodlar daha dərin araşdırma məqsədilə istifadə olunur. Bu araşdırmada, gastrointestinal şikayətləri olan xəstələrin nəcis nümunələrində Blastocystis spp. olub-olmaması mikroskopik və kultivasiya metodları ilə və izolyasiya edilən ştamların subtip təyini zəncirvari polimeraza reaksiyası (PZR) ilə aparılmışdır. Araşdırmaya, ishalı olan (n=157) və olmayan (n=193) xəstələr ümumilikdə 350 nəcis nümunəsi daxil edilmişdir.Nümunələrdə Blastocystis spp. aşkarlanması, nativ-lüqol, trixrom boyama və immunofloresan antigen (İFA) metodları ilə aparılmış; kultivasiya üçün 10% at serumu və 0.05% asparagin tərkibli Ringer məhlulu istifadə olunmuşdur. Kultivasiya 37°C də 3-4 günlük inkubasiyadan sonra mikroskopik müayinə ilə dəyərləndirilmişdir. Kultivasi-yadan əldə edilən Blastocystis spp. izolatlarının subtip təyini STS (sequenced-tagged site) primerləri istifadə olunaraq PZR ilə aparılmışdır. İshalı olan xəstələrin 26 (16.6%) da və ishalı olmayanların isə 40 (21%) da olmaqla cəmi 66 (19%) da nəcis nümunəsinin kultivasiyasından Blastocystis sp. izolyasiya olunmuşdur.Nümunələrin 12% (42/350)-də nativ-lüqol müayinəsi, 17%-də (58/350) trixrom boyama və 19%-də (66/350) İFA metodu ilə müsbət nəticə alınmışdır. Aparılan dəyərləndirmədə, nativ-lüqol metodunun kultivasiya metodu ilə uyğunluğu yüksək (κ=0.752), trixrom boyama və İFA metodlarının kultivasiya metodu ilə uyğunluğu isə çox yüksək (κ=0.922 ve κ= 1.00) olmuşdur. Kultivasiya metodu referans olaraq qəbul olunduqda, nativ-lüqol, trixrom boyama və İFA metodlarının həssaslıq və spesifikliyi sırayla 65% və 100%, 88% və 100%, 100% və 100% olaraq hesablanmıştır. Blastocystis spp. pozitiv olan nümunələrin  43 (65%)ündə PZR ilə  subtip (ST) təyini aparılmış, 23 ştamın  tipləndirilməsi mümkün olmamışdır.Buna görə ən çox aşkar edilən sub tip ST3 (12/43; 28%) olmuşdur; bunu ST1 (6/43; 13.9%), ST4 (5/43;11.6%) və ST7 (5/43; 11.6%), ST2 (3/43; 7%) və ST6 (1/43; 2.3%) izləmişdir. Nümunələrin heç birində ST5 aşkar edilməmişdir; 11 (25.6%) nümunədə subtiplərin qarışıq olaraq aşkarlandığı görülmüşdür. İshalı olan və olmayan xəstə qrupları arasında Blastocystis spp. pozitivliyi və sub tip yayılması baxımınından statistik olaraq əsaslı fərq görülməmişdir (p>0.05). Bütün göstərilənləri nəzərə alaraq, kultivasiya metodunun vaxt tələb etməsi və əziyyətli olması, nativ-lüqol metodunun həssalığının aşağı olması, PZR metodunun isə maliyyətinin yüksək olması səbəbləri ilə, rutin diaqnostikada  Blastocystis spp. aşkarlanmasında sürətli və yüksək həssaslığı olan İFA metodunun istifadə oluna biləcəyi qənaətinə gəlinmişdir (17).

Son zamanlar dünyanın bir çox inkişaf etmiş ölkələrində B.hominisin diaqnostikasında müasir üsullar tətbiq edilmiş və bu sahədə çoxlu elmi tədqiqatlar aparılmışdır.Azərbaycan Respublikasında bu sahədə müəyyən işlər görülsə də B.hominisin vaxtında diqnozunun qoyulması üçün yetərli deyildir.Ona görə də Respublikada bu sahədə ən müasir, effektli, praktik cəhətcə sadə diaqnostik üsulların tətbiqi zəruridir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Altıntaş K. Tıbbi Parazitoloji. Ankara, Kozan ofset. 2002, S:185-168.

2. Kuman HA, Altıntaş N. Protozoon hastalıkları. İzmir, Ege Üniversitesi Matbaası. 1996,S:189-191.

3. Biedermann T, Hartmann K, Sing A, Przybilla B. Hypersensitivity to nonsteroidal anti-inflammatory drugs and chronic urticaria cured by treatment of  Blastocystis hominis infection. Br J Dermatol, 2002, 146: 1102-1117

4. Garcia LS, Bruckner DA, ClancyMN. Clinical relevance of Blastocystis hominis. Lancet, 1984, 1233-1234.

5. Ok UZ, Girginkardeşler N, Balcioğlu C, et l. Effect of trimethoprim-sulfamethaxazole in Blastocystis hominis infection. Am J Gastroenterol, 1999, 94(11): 3245-3247.

6. Ertug S, Karakas S, Okyay P, et al. The effect of Blastocystis hominis on the growth status of children. Med Sci Monit, 2007, 13(1): CR40-3.

7. Qadri SM, al-Okaili GA, al-Dayel F. Clinical significance of Blastocystis hominis. J Clin Microbiol, 1989, 27(11): 2407-2409. 13. Ricci N,Toma P,

8.Yavasoglu I, Kadikoylu G, Uysal H et al. Is Blastocystis hominis a new etiologic factor or a coincidence in iron deficiency anemia. Eur J Haematol, 2008, 81(1): 47-50.

9. Giacometti A, Cirioni O, Fiorentini Aet al. Irritable bowel syndrome in patients with Blastocystis hominis infection. Eur J Clin Microbiol Infect Dis, 1999, 18: 436-439

10. Moghaddam DD, Ghadirian E, Azami M. Blastocystis hominis and the evaluation of efficacy of metronidazole and trimethoprim/sulfamethoxazole. Parasitol Res, 2005, 96: 273–275.

11. Alfellani MA , Taner-Mulla D, Jacob AS, et al. Genetic diversity of Blastocystis in livestock and zoo animals. // Protist 2013; 164(4): 497-509.

12. Stensvold CR, Traub RJ, von Samson-Himmelstjerna G, et al. Blastocystis: subtyping isolates using pyrosequencing technology. // Exp Parasitol 2007; 116(2): 111-9.

13.Verweij JJ, Stensvold CR. Molecular testing for clinical diagnosis and epidemiological investigations of intestinal parasitic infections. // Clin Microbiol Rev 2014; 27(2): 371-418.

14. Clark CG, van der Giezen M, Alfellani MA , Stensvold CR. Recent developments in Blastocystis research. // Adv Parasitol 2013; 82: 1-32.

15. Alfellani MA , Stensvold CR, Vidal-Lapiedra A et al. Variable geographic

distribution of Blastocystis subtypes and its potential implications. // Acta Trop 2013; 126(1): 11-8.

16. Tan KS. New insights on classification, identification, and clinical relevance of Blastocystis spp. // Clin Microbiol Rev 2008; 21(4): 639-65.

17. Mikrobiyoloji  Bulteni  2015; 49(1): 85-97, Dışkı Örneklerinde Blastocystis spp. Varlığının Mikroskobik, Kültür ve Moleküler Yöntemlerle Araştırılması, Gülcan Adıyaman Korkmazı, Funda Doğruman AL2, İpek Mumcuoğlu

18. Silberman JD, Sogin ML, Leipe DD, Clark CG. Human parasite finds taxonomic home. Nature 1996; 380: 398.

19. Stechmann A, Hamblin K, Perez-Brocal V et al. Organelles in Blastocystis that blur the distinction between mitochondria and hydrogenosomes. // Current biology 2008; 18: 580-5.

20. Noel C, Dufernez F, Gerbod D et al. Molecular phylogenies of Blastocystis isolates from different hosts: implications for genetic diversity, identification of species, and zoonosis. // J Clin Microbiol 2005; 43: 348-55.

21. Puthia MK, Sio SW, Lu J, Tan KS. Blastocystis ratti induces contactindependent  apoptosis, F-actin rearrangement, and barrier function disruption in IEC-6 cells. // Infect Immun 2006; 74: 4114-22.

22. Stensvold CR, Suresh GK, Tan KS et al. Terminology for Blastocystis subtypes--a consensus. // Trends Parasitol 2007; 23: 93-6.

23. Li LH, Zhang XP, Lv S et al. Crosssectional surveys and subtype classification of human Blastocystis isolates from four epidemiological settings in China. // Parasitol Res 2007; 102: 83.

24. Stensvold CR, Alfellani MA, Norskov-Lauritsen S. Subtype distribution of Blastocystis isolates from synanthropic and zoo animals and identification of a new Blastocystis sp. subtype. // Int J Parasitol 2009; 39: 473-9.

25.Jewel DP. Ulcerative colitis. Feldman M, Scharschmidt BF, Sleisenger MH. eds. Sleisenger and Fordtran’s Gastrointestinal and Liver Diseases. USA: W.B. Saunders company. 6Th edition. 1998, p.1735-1758.

26. Kayhan B. Crohn Hastalığı, Ülseratif Koli et al. Gastroenteroloji. Medikomat Basım Yayın San. ve Tic. Ltd. Şti, Ankara. Cilt:I, 1993, s:437-467.

27. Nagler J, Brown M, Soave R. Blastocystis hominis in inflammatory bowel disease. J Clin Gastroenterol, 1993, 16(2):109-112.

28. Carrascosa M, Martinez J, Perez-Castrillon JL. Hemorrhagic proctosigmoiditis and Blastocystis hominis infection. Ann Intern Med, 1996, 124(2): 278-279.

29. Yakoob J, Jafri W, Jafri N et al. Irritable bowel syndrome: in search of an etiology: role of Blastocystis hominis. Am J Trop Med Hyg, 2004, 70(4): 383-385.

30. Tungtrongchitr A, Manatsathit S, Kositchaiwat C. Blastocystis hominis infection in irritable bowel syndrome patients. // Southeast Asian J Trop Med Public Health, 2004, 35(3): 705-710.


Müəlliflər:
N.O. Məmmədova
N.N. Ağayeva

Digər jurnal və qəzetlər