KATAMENİAL EPİLEPSİYALI XƏSTƏLƏRDƏ REPRODUKTİV SAĞLAMLIĞIN VƏZİYYƏTİ

25-06-2016

Açar sözlər: katamenial epilepsiya, reproduktiv status, menstrual pozğunluqlar

     Epilepsiya  nevroloji patologiyalar arasında aktual problemlərdən biri kimi həmişə diqqət mərkəzindədir. Bu baxımdan epilepsiyalı qadınlarda reproduktiv sağlamlığın zərər görməsi xüsusi qeyd edilməlidir. Belə ki, ümumi populyasiya ilə müqayisədə epilepsiyalı qadınlarda menstrual pozulmalara (MP) daha çox rast gəlinməsi müəyyən edilmişdir. Məlum olmuşdur ki, MP epilepsiyalı qadınların  33%-də aşkarlandığı halda, ümumi populyasiyada cəmi 12-14%-i əhatə edir [1]. Sonsuzluğun, miqrenin, emosional pozğunluqların və qadın cinsiyyət üzvlərinin xərçənginin yaranmasında risk amili hesab olunan yüksək tezlikli epileptik tutmalar və anovulyator sikllərlə müşaiyyət olunan MP klinik-nevroloji baxımdan da diqqət mərkəzindədir [2]. Epilepsiyanın reproduktiv sağlamlığa  və bununla da dermoqrafik göstəricilərə təsir etməsi onun yalnız tibbi deyil, daha geniş - ictimai- iqtisadi bir problem olması göstərir. Epilepsiya zamanı reproduktiv disfunksiyalar xəstələrdə özünü daha çox MP-lar şəklində və 20% hallarda isə yumurtalıqların polikistozu sindromunun klinik-biokimyəvi əlamətlərinin meydana çıxması ilə biruzə verir [1,3,4]. Bütün bunlar qadınlarda epilepsiya, o cümlədən onun xüsusi bir forması kimi baxılan katamenial epilepsiya (KE) zamanı reproduktiv funksiyalarda baş verə biləcək mümkün dəyişikliklərin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını göstərir.
     Məlumdur ki, 10-14 yaş arası olan dövr qadınlarda epilepsiya üçün proqnozu xoş olmayan - böhran dövr hesab olunur [5,6]. Aparılan tədqiqatlar əsaslı olaraq KE-nın menstrual siklin (MS) fazalarından asılı olaraq meydana çıxmasını göstərmişdir. Bu zaman epileptik tutmaların debütu ilk menstruasiya ilə üst-üstə düşə və ya mensturasiya fazalarının sabitləşməsindən dərhal sonra baş verə bilər. Sonrakı tutmaların dа menstruasiya fazaları ilə müəyyən bağlılığı müşahidə edilir [7,8,9,10]. Bəllidir ki, KE-nın başlanması adətən orqanizmin fəal hormonal  yenidən qurulması ilə əlaqədar olur. 65% hallarda menstruasiyanın başlanmasındаn, 12,5% hallarda isə doğuş və abortdan sonra müşahidə edilir [11]. Pubertatdan əvvəl ki, dövrlə müqayisədə pubertat dövründə yeniyetmə qızlarda epileptik tutmaların əhəmiyyətli dərəcədə artması müşahidə edilir [12,13]. Qadınlarda reproduktiv endokrin pozulmaların (REP) səbəbi kimi limbik strukturlara epileptik boşalmaların yayılması göstərilir ki, nəticədə qonadotropin- rilizinq hormonun pulsativ sekresiyası dəyişir, bu da REP-a gətirib çıxarır. REP və epilepsiyanın yaranmasının etioloji faktoru eyni ola bilər [14,15,16]. Onu da qeyd etmək lazımdır ki, pubertat yaş dövründə hipotalamo-hipofizar-qonodal sistemdə ardıcıl olaraq baş verən dəyişikliklər epilepsiyanın o cümlədən KE-nın patogenezində müstəsna rol oynayır [17,18].
     KE-nın rast gəlmə tezliyi çox geniş diapazonda dəyişir. Belə ki, ABŞ-da epilepsiyalı 1,3 mil. qadından təxminən 400 mini fəal reproduktiv yaş dövründə KE-dan əziyyət çəkir [12]. Ümumiyyətlə araşdırmalar hər 3 epilepsiyalı qadından birinin KE-lı olduğunu göstərən və üstünlük təşkil edən bir fikiri dəstəkləyir [10]. Bütün bu qeyd edilənlər KE zamanı xəstələrdə reproduktiv sferada baş verən dəyişikliklərin araşdırılmasının mühüm elmi-praktik əhəmiyyət daşıdığını göstərir.

Tədqiqatın məqsədi.Katamenial epilepsiya zamanı qadınlarda reproduktiv sağlamlığın öyrənilməsi

Material və metodlar. Müşahidələr 13-36 yaşlarında olan 40 katamenial və 40 qeyri-katamenial olmaqla, 80 epilepsiyalı xəstə üzərində aparılmışdır. Xəstələrin seçilməsində onlarda KE və qeyri-KE diaqnozunun təsdiq olunması əsas götürülmüşdür.
      Reproduktiv sistemin vəziyyəti MS-də pozulmaların olması ilə qiymətləndirilmişdir. MS-də pozulmaların əlamətlərini aydınlaşdırmaq məqsədilə hər tərəfli anamnestik məlumatlar toplanılmışdır: MS-in 21-35 gün çəkməsi, aybaşı  müddətinin 3-7 gün davam etməsi, bu zaman itirilən qanın həcmi 30-80 ml olması, xəstələrin ümumi vəziyyətin pozulmaması və müxtəlif xarakterli ağrıların olmaması normal MS olaraq qəbul edilmişdir. Sikl arası müddətin 35 gündən çox olması - oliqomenoreya, 21 gündən az olması - polimenoreya, menstruasiyanın ən azı 3 ay olmaması isə amenoreya kimi qəbul edilmişdir. Bəzən sikllərin 21 gündən qısa, bəzən isə 35 gündən artıq olması irrequlyar - nizamsız menstruasiya kimi qiymətləndirilmişdir. Menstrual ifrazatın çox olması - hipermenoreya, az olması - hipomenoreya, aybaşı günlərinin sayının az olması - opsomenoreya və aybaşının ağrılı olması - alqodismenoreya hesab edilmişdir.
      Tədqiqata cəlb olunmuş xəstələr öz növbəsində menzisin debüt yaşına görə hər bir qrup daxilində yarımqruplara ayrılmışlar: I yarımqrup - menzisin başlanması 10-12 yaşda olanlar, II - menzisin başlanması 13-14 yaşda olanlar, III - menzisin başlanması 15-16 yaşda olanlar.
     Ümumdünya Səhiyyə Təşkilatının yaş dövrlərinin təsnifatına (1977) uyğun olaraq epilepsiyanın debüt yaşına görə xəstələr 3 yarımqrupa bölünmüşdür: I - debut yaşı 1-9 yaş - pubertata qədər ki, II- debüt yaşı 10-18 yaş - pubertat,               III - debüt yaşı 19 yaşdan yuxarı - pubertatdan sonrakı yaş dövrləri. Epileptik tutmaların debütü KE zamanı 5-23, qeyri-KE-lı xəstələrdə isə 5-27 yaşlarda müşahidə edilmişdir. KE-lı xəstələrin 5(12,5%)-i I yarımqrupun, - 27(67,5%)-i II-nin, - 8(20%)-i III-nün payına düşmüşdur. Qeyri-KE-da isə müvafiq olaraq I-də -9(22,5%)-ni, II-də - 18(45,0%)-ni, III-də - 13(32,5%)-ni əhatə etmişdir.
     Xəstələr yaşa görə də yarımqruplara ayrılmışlar: I yarımqrup - 18 yaşadək olan xəstələr, II - 19-29 yaş arasında olanlar, III - 30 yaş və daha yüksək olanlar.  KE-da I yarımqrupda - 8(20%), II-də - 22(55%), III-də - 10 (25,0%); qeyri-KE-da isə müvafiq olaraq - 11(27,5%), - 20(50,0%), - 9(22,5%) xəstə olmuşdur.
     Epileptik tutmaların tezliyi (TT) son 6 ay ərzində gündəlik müşahidələrə əsaslanaraq müəyyən edilmişdir və xəstələr hər qrupda 4 yarımqrupa bölünmüşlər: TT1 - tutmaların olmaması, TT2 - tək-tək tutmalar - tutmaların ayda bir dəfədən az, TT3 - tezləşmiş tutmalar - ayda 1-4 dəfəyədək, TT4 - çox tez-tez tutmalar - ayda 5 və ya həftədə 1 dəfədən, gündə 1 və daha çox. Tutmaların tezliyinə görə xəstələr aşağıdakı kimi paylanmışdır: KE-lı xəstələrdə - TT1 - 3 xəstə (7,5%), TT2 - 4 xəstə (10%), TT3 - 26 xəstə (65,0%), TT4 yarımqrupunda 7 xəstə (17,5%) olmuşdur. Qeyri-KE zamanı bu göstəricilər müvafiq olaraq xəstələrin: TT1 - 6(15,0%), TT2 - 11 (27,5%), TT3 - 12(30,0%), TT4 - 11(27,5%)-ni əhatə etmişdir.
     Xəstəliyin davam etmə müddətinə görə xəstələr 3 yarımqrupa bölünmüşlər: I yarımqrup - davam etmə müddəti 1-4 il, II - davam etmə müddəti 5-9 il və III - xəstəliyi 10 il və daha artıq davam edənlər. KE-lı xəstələrdə I yarımqrupda - 8 (20,0%) xəstə, II-də - 15 (37,5%), III-də - 17(42,5%) xəstə müəyyən edilmişdir. Qeyri-KE-lı xəstələrdə isə: I-də - 10(25,0%), II-də - 16(40,0%), III-də - 14(35,0%) olmuşdur. Görundüyü kimi hər iki qrupda xəstələrin əksəriyyətində - I qrupda 23(57,5%)-də, II qrupda 26(65,0%)-də xəstəliyin müddətinin 1-9 il olmaqla dəyişməsi üstünlük təşkil etmişdir.
     Katamenial və qeyri-KE-lı xəstələrdə yuxarıda göstərilən klinik-anamnestik məlumatların ayrı-ayrı qruplar və yarımqruplar üzrə göstəriciləri müqayisə edilərək araşdırılmışdır. Aparılan müşahidələr nəticəsində əldə edilən məlumatlar statistik işlənərək Vilkokson-Mann-Uitnin U - meyarına görə dəyərləndirilmişdir.

Nəticələr və müzakirə. Müşahidələr zamanı əldə edilən məlumatların təhlili göstərmişdir ki, hər iki qrupda MP müəyyən olunmuş xəstələrin sayı kifayət qədər yüksək

MP-lar müxtəlif əlamətlərlə biruzə vermiş, polimorf xarakter daşımışdır.  Hər iki qrupda irrequlyar menstruasiya, oliqomenoreya, alqodismenoreya kimi əlamətlərin olması üstünlük təşkil etmişdir - müvafiq olaraq xəstələrin 27,5%, 20%, 15% və 25%, 15%, 17,5%-də qeyd edilmiş və KE-da xəstələrin 62,5%, qeyri-KE-da isə 57,5%-ni əhatə etmişdir (cədvəl 1).olmuş və KE-da xəstələrin 72,5%(29), qeyri-KE-da 52,5%(21)-ni əhatə etmişdir. Normal MS isə müvafiq olaraq xəstələrin 27,5%(11) və 47,5%(19)-də müşahidə olunmuşdur. Göründüyu kimi KE-da MP-lar olan xəstələr normal siklli xəstələri 2,6 dəfə üstələmişdir. Qeyri-KE-lı qrupda isə bu fərq xeyli aşağı - 1,1 dəfəyə bərabər olmuşdur. Eyni zamanda KE-da MP-lar müşahidə edilənlər qeyri-KE ilə müqayisədə 1,4 dəfə çox olmuşdur. Normal MS-li xəstələrin sayı isə əksinə, qeyri-KE-lı qrupda daha çox - 1,7 dəfə yüksək olmuşdur.

Жядвял  № 1.

Xəstələrdə menstrual pozğunluqlar zamanı əlamətlərin rast gəlmə tezliyi.

 

Əlamətlər

Katamenial epilepsiya

Q-katamenial epilepsiya

Mütləq

%

Mütləq

%

İrrequlyar

11

27,5

10

25

Oliqomenoreya

8

20,0

6

15

Polimenoreya

4

10,0

5

12,5

Alqodismenoreya

6

15,0

7

17,5

Hipermenoreya

5

12,5

5

12,5

Hipomenoreya

3

7,5

4

10

Opsomenoreya

3

7,5

3

7,5

 

     I qrupda MP qeyd edilən xəstələrdə orta yaşın 24,1±1,2 il, xəstəliyin davam müddətinin 8,5±0,96 il, mensturasiyanın başlamasının 13,83±0,3 və xəstəliyin debütünün 14,9±0,8 yaşda, tutmaların tezliyinin isə 3,75±0,4 olması müəyyən edilmişdir. Normal MS olanlarda bu müvafiq olaraq: - 24,4±2,0 il, - 12,1±1,1 il, -14,6±0,6, - 14,4±0,8, - 0,65±0,3 olması aşkar olunmuşdur (cədvəl 2).
     Cədvəl 2-dən də göründüyü kimi normal MS-li xəstələrdə epileptik tutmaların tezlik göstəriciləri MP olanların və qrupun ümumi göstəriciləri ilə müqayisədə xeyli aşağı olmuş və bu stastistik əhəmiyyət daşımışdır (p<0,001). Eyni zamanda normal MS-li xəstələrdə davam müddəti MP olanların göstəricilərindən statistuk dürüst olmaqla çox olmuşdur (p<0,05). Digər göstəricilərin müqayisəsi zamanı isə statistik əhəmiyyət daşıyan fərq müəyyən edilməmişdir (p>0,05). İrsi meyillik KE-da 6(15%), qeyri-KE-da isə 13(32,5%) halda qeyd edilmişdir.
     II qrupda MP olanlarda orta yaş 21,9±1,4 il, xəstəliyin müddəti 9,1±0,7 il, menzisin başlaması 13,5±0,4 və xəstəliyin debütü 13,4±1,2 yaşda, tutmaların tezliyi isə 4,0±0,98 olmuşdur. Normal MS olanlarda bu müvafiq olaraq: orta yaş - 25,3±1,5 il, davam müddəti - 7,9±1,2 il, menzisin başlanması - 13,8±0,5 və xəstəliyin debütü - 17,0±1,5 yaşda, tutmaların tezliyinin - 3,55±0,8 olması aşkar edilmişdir. Nəticələrin müqayisəsi zamanı statistik əhəmiyyətli fərq müəyyən edilməmişdir (p>0,05). (Cədvəl 3).

  Жядвял  № 2.

KE zamanı menstrual pozğunluqlar olan və normal MS-li xəstələrin göstəriciləri

Göstəricilər

Nəticələr

 

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=29

p

Normal MS

n=11

p

 p*

Xəstələrin

orta yaşı

24,2±1,1

(13-36)

24,1±1,2

(13-36)

>0,05

24,0±2,0

(13-36)

>0,05

>0,05

Epilepsiyanın debüt yaşı

14,3±0,6

(5,0-23)

14,9±0,8

(5,0-22)

>0,05

14,4±1,0

(9-23)

>0,05

>0,05

Xəstəliyin müddəti

9,4±0,6

(1,0-22)

8,5±0,96

(1,0-20)

>0,05

12,1±1,1

(2,0-22)

>0,05

<0,05

Menzisin başlanma yaşı

13,95±0,2

(11-16)

13,83±0,3

(11-16)

>0,05

14,6±0,6

(13-15)

>0,05

>0,05

Tutmaların tezliyi

3,23±0,2

(0-8,0)

3,75±0,4

(0,5-8,0)

>0,05

0,65±0,3

(0-1,0)

<0,001

<0,001

 

Qeyd:  p-ümumi göstərici ilə və p*-yarımqruplar arasında fərqin etibarlığı

 

                                                                                                         Жядвял  № 3.

Qeyri-katamenial epilepsiya zamanı menstrual pozğunluqlar olan və normal menstrual siklli xəstələrin klinik-anamnestik göstəriciləri

Göstəricilər

Nəticələr

 

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=21

p

Normal MS

n=19

p

 p*

Xəstələrin

orta yaşı

23,3±1,0

(13-36)

21,9±1,4

(13-34)

>0,05

25,3±1,5

(15-36)

>0,05

>0,05

Epilepsiyanın debüt yaşı

15,5±0,5

(5,0-27)

13,4±1,2

(5,0-23)

>0,05

17,0±1,5

(7,0-27)

>0,05

>0,05

Xəstəliyin müddəti

8,85±0,8

(1-18)

9,1±0,7

(3,0-16)

>0,05

7,9±1,2

(1,0-18)

>0,05

>0,05

Menzisin başlanma yaşı

13,7±0,2

(11-16)

13,5±0,4

(11-16)

>0,05

13,8±0,5

(11-16)

>0,05

>0,05

Tutmaların tezliyi

3,8±0,63

 (0-13)

4,0±0,98

(0-13)

>0,05

3,55±0,8

(0-10)

>0,05

>0,05

 

Qeyd:  p-ümumi göstərici ilə və p*-yarımqruplar arasında fərqin etibarlığı

     MP olan katamenial və qeyri-katamenial epilepsiyalı xəstələrdə klinik-anamnestik göstəricilər müqayisə edilərkən statistik əhəmiyyət daşıyan fərqlər aşkar edilməmişdir. Yalnız hər iki qrupda normal MS müşahidə edilən xəstələrin nəticələrinin müqayisəsi zamanı xəstəliyin davam etmə müddəti (p<0,05) və tutmaların tezlik göstəricilərində (p<0,01) statistik əhəmiyyət daşıyan fərqlər meydana çıxmışdır. Belə ki, normal MS-li xəstələrdə KE qrupunda xəstəliyi müddətinin, qeyri-KE-lı xəstələrdə isə epileptik tutmaların tezliyinin yüksək olması müşahidə edilmişdir.
     Menzisin debüt yaşı hər iki qrupda xəstələrin əksəriyyətində öz vaxtında, 10-14 yaşlarında olmuşdur. Bu KE-da xəstələrin 70%, qeyri-KE-da isə 62,5%-də müşahidə edilmişdir. Menzisin gecikməsi, 15-16 yaşlarda olması KE-da 30,0%, qeyri-KE-da 37,5% hallarda qeyd olunmuşdur. Müşahidə olunan MP-la menzisin başlanma yaşı arasında müəyyən asılılığın olub-olmaması araşdırılmışdır. KE-da MP-ların olması əsasən 13-14 və 15-16 yaş yarımqruplarının payına düşmüş və müvafiq olaraq xəstələrin 41,4% və 37,9%-ni, 10-12 yaş olanlarda isə 20,7%-ni əhatə etmişdir. Qeyri-KE-lı xəstələrdə bu göstərici fərqlənməmiş, hər üç yarımqrupda 33,3%-ə bərabər olmuşdur (cədvəl 4).

Жядвял  № 4.

Menstrual disfunksiyalarla menzisin başlanma yaşı arasında asılılıq

Menzisin başlanma yaşı:

 

KE-lı xəstələr

Qeyri-KE-lı xəstələr

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=29

Normal MS

n=11

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=21

Normal MS

n=19

N

%

N

%

N

%

N

%

N

%

N

%

10-12 yaş

13-14 yaş

15-16 yaş

6

22

12

15,0

55,0

30,0

6

12

11

20,7

41,4

37,9

-

10

1

-

91,0

9,0

13

12

15

32,5

30,0

37,5

7

7

7

33,3

33,3

33,3

6

5

8

31,6

26,3

42,1


     Beləliklə 4-ci cədvəldən də görundüyü kimi müqayisə zamanı KE-lı xəstələrdə menzisin başlanma yaşına görə ayrı-ayrı yarımqruplarda fərqli nəticələr meydana çıxmışdır. Qeyri-KE zamanı isə bu göstəricilərdə elə bir fərq olmamışdır. Bununla yanaşı katamenial və qeyri-KE-lı qrupların menzisin başlanma yaşına görə müəyyən edilmiş ayrı-ayrı yarımqruplarında alınan nəticələrdə ciddi fərqlər aşkar olunmuşdur. Məlum olmuşdur ki, KE-da menstrual pozğuluğun olması menzisin başlanmsı 10-12 yaşa düşən xəstələrin hamsında - 100%, 13-14 yaşda - 60%-də, 15-16 yaşda - 91,7%; qeyri-KE-da isə müvafiq olaraq - 53,8%, - 58,3%, - 46,7%-də qeyd edilmişdir. Bu cür ciddi fərqlərin olması KE zamanı oranizmdə baş verən neyroendokrin dəyişikliklərin olması ilə izah oluna bilər.
     Xəstəliyin başlanması KE-lı xəstələrin əksəriyyətində - 27(67,5%)-də pubertat dövründə - 10-18 yaşlarda olanlarda müşahidə olunmuşdur. Xəstəliyin debüt ilə menstruasiyanın başlanma yaşının üst-üstə düşməsi isə xəstələrin 25(62,5%)-ni əhatə etmişdir. Qeyri-KE-lı qadınlar arasında bu göstəricilər müvafiq olaraq 18(45,0%) və 2(5%) hallarda müəyyən olunmuşdur. Eyni zamanda KE-da xəstəliyin başlanması pubertat dövrünə təsadüf edən xəstələr arasında debüt yaşının menstrasiyanın başlanması ilə üst-üstə düşməsi xəstələrin 25 (92,6%)-ni əhatə edirsə, qeyri-KE-da bu 2(11,0%)-ə bərabər olmuşdur. KE-da xəstəliyin debütü pubertata qədər ki, dövrə düşənlər xəstələrin 12,5%-ni, pubertatdan sonrakı dövrə düşənlərisə 20%-ni əhatə etmişlər. Qeyri-KE-da bu xəstələrin 22,5% və 32,5%-ni əhatə etmişdir. Müşahidə olunan menstrual disfunksiyalarla xəstəliyin debut yaşı arasında olan biləcək mümkün asılılıq da araşdırılmıdır. Məlum olmuşdur ki, KE zamanı MP aşkar olunmuş xəstələrin 13,83%-i - I, 62,1%-i - II, 24,1%-i - III yarımqrupun payına düşmüşdür. Qeyri-KE-lı xəstələrdə isə bu göstəricilər müvafiq olaraq - 28,6%, - 52,4%, - 19,0%-ə bərabər olmuşdur. Göründüyü kimi hər iki qrupda xəstələrin əksəriyyətini pubertat yarımqrupundan olan xəstələr təşkil etmişdir və bu göstərici KE-lı xəstələrdə əhəmiyyətli dərəcədə yüksək olmuşdur (p<0,05). (Cədvəl 5).
     Xəstəliyin debüt yaşına görə ayrı-ayrı yarımqruplarda olan xəstələr arasında MP olanların sayının araşdırılması zamanı alınan nəticələrin KE-lı xəstələrdə daha yüksək olduğu aşkar edilmişdir. Belə ki, I yarımqrupda xəstələrin 80,0%-ni, II-də 66,7%-ni, III-də 87,5%-ni MP olan xəstələr təşkil etmişlər. Qeyri-KE-lı xəstələrdə  bu göstəricilər müvafiq olaraq 66,7%, 61,0%, 30,8% olmuşdur.
     Qeyd edildiyi kimi KE və qeyri-KE-lı qruplarda müqayisə zamanı xəstəliyin davam müddətinin ümumi göstəricilərində və ayrı-ayrı yarımqruplar üzrə əldə edilən məlumatlarda elə bir ciddi statistik əhəmiyyətli fərqlər olmamışdır. Belə ki, KE-lı xəstələrin 20,0%-i - I, 37,5%-i - II, 42,5%-i - III yarımqrupda cəmlənmişdir. Qeyri-KE-lı qrupda isə I-də- 25,0%, II-də - 40,0%, III-də - 35,0%-i olmuşdur. MP-ın olması ilə xəstəliyin müddəti arasında olan mümkün asılılıq da araşdırılmışdır. Bu zamanı KE-da belə xəstələrin 20,7%-i - I, 41,4%-i - II, 37,9%-i - III yarım-qrupun payına düşmüşdür. Qeyri-KE-lı qrupda isə bu göstəricilər - 4,8%, - 57,1%, - 38,1% təşkil etmişdir. Normal MS olan xəstələrin yarımqruplar arasında

 

Жядвял  № 5.

Xəstələrdə menstrual disfunksiyalarla xəstəliyin debütü arasında asılılıq 

 

 

Xəstəliyin debüt yaşı

 

                    KE-lı xəstələr

 

           Qeyri-KE-lı xəstələr

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=29

Normal MS

n=11

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=21

Normal MS

n=19

N

%

N

%

N

%

N

%

N

%

N

%

1-9 yaş

 

10-18 yaş

 

19 və daha artıq

 

5

 

27

 

8

 

12,5

 

67,5

 

20,0

4

 

18

 

7

 

13,8

 

62,1

 

24,1

1

 

9

 

1

9,1

 

81,8

 

9,1

9

 

18

 

13

 

 

22,5

 

45,0

 

32,5

6

 

11

 

4

28,6

 

52,4

 

19,0

3

 

7

 

9

15,8

 

36,8

 

47,4

paylanması müəyyən edilərkən bu KE-da I yarımqrupda xəstələrin - 18,2%, II - 27,3%, III - 54,5%-ni; qeyri-KE-lı qrupda isə müvaviq olaraq - 42%, - 21%, - 37%-ni əhatə etmişdir. Nəticələrin təhlili göstərir ki, hər iki qrupda MP-ın olması xəstəliyin davam müddəti çox olan yarımqruplarda daha yüksək faiz təşkil etmişdir. Beləliklə araşdırmalar xəstəliyin müddəti ilə qeyd edilən MP-ın arasında mümkün əlaqənin olmasını göstərir və bunu hər iki - həm katamenial, həm də qeyr-katamenial xəstələrə aid etmək olar. Bununla yanaşı xəstəliyin erkən dövrlərində (1-4 il) qeyri-KE-lı xəstələrlə müqayisədə KE-da MP-ın daha yüksək  - 4,3 dəfə çox olması məlum olmuşdur (p<0,05). Bu isə xəstəliyin erkən dövrlərində KE-lı xəstələrdə MP ehtimalının yüksək olmasını göstərir (cədvəl 6).

Жядвял  № 6.

Epilepsiyada menstrual disfunksiyalarla xəstəliyin müddəti arasında asılılıq

 

 

Xəstəliyin davam

müddəti

KE-lı xəstələr

Q-KE-lı xəstələr

Ümumi xəstələr n=40

MS-də pozğunl. n=29

Normal MS

n=11

Ümumi xəstələr n=40

MS-də pozğunl. n=21

Normal MS

n=19

N

%

N

%

N

%

N

%

N

%

N

%

 

1-4 il

 

5-9 il

 

10 il və daha çox

 

8

 

15

 

17

 

20,0

 

37,5

 

42,5

 

6

 

12

 

11

 

20,7

 

41,4

 

37,9

 

2

 

3

 

6

 

18,2

 

27,3

 

54,5

 

10

 

16

 

14

 

 

 

25,0

 

40,0

 

30,0

 

1

 

12

 

8

 

4,8

 

57,1

 

38,1

 

8

 

4

 

7

 

42,0

 

21,0

 

37,0 

     Xəstəliyin davam müddətinə görə olan ayrı-ayrı yarımqruplarda MP aşkar edilmiş xəstələrin müəyyən edilməsi zamanı alınan nəticələrin qeyri-KE ilə müqayisədə KE-lı xəstələrdə daha yüksək olduğu məlum olmuşdur. Belə ki, KE-da I yarımqrupda - xəstələrin 75,0%-ni, II-də - 80,0%-ni, III-də - 64,7%-ni MP olan xəstələr təşkil etmişlər. Qeyri-KE-lı xəstələrdə isə bu göstəricilər müvafiq olaraq - 10,0%, - 75,0%, - 57,1%-ə bərabər olmuşdur. Alınan nəticələr KE-lı xəstələrdə, xüsusən xəstəliyin erkən dövrlərində MP-ın daha tez-tez rast gəlməsini və bununla da MP-ların olması ilə xəstəliyin davam müddəti arasında müəyyən paralelliyi olmasını göstərir.
     Göstərdiyimiz kimi hər iki qrupda ümumi, MP qeyd edilən və normal MS olan xəstələrin orta yaş göstəricilərində statistik əhəmiyyətli fərqlər aşkar olunmamışdır. Xəstələrin qruplar üzrə ayrı-ayrı yarımqruplarda paylanmasına görə həm qrupların ümumi göstəriciləri baxımından, həm də MP-ların aşkar olunmasına görə fərqli nəticələr əldə edilmişdir. Belə ki, müşahidə olunan KE-lı xəstələrin 27,5%-i - I, 47,5%-i - II, 25%-i - III yarımqrupun payına düşmüşdür. Qeyri-KE-da isə bu göstəricilər - 27,5%, - 50,0%, - 22,5% olmuşdur. KE-da MP-lar aşkar olunan xəstələrin 27,6%-ni - I, 51,7%-ni - II, 20,7%-ni - III yarımqrupdan olan xəstələr təşkil etmişlər, Qeyri-KE-da isə bu göstəricilər müvafiq olaraq - 33,3%, - 52,4%, - 14%-ə bərabər olmuşdur. Nəticələrin təhlili göstərir ki, həm KE-da, həm də qeyri-KE-da 29 yaşadək olan xəstələr əksəriyyət təşkil etmişlər: 75,0%, - 77,5%. MP-lar aşkar olunan xəstələr arasında da analoji hal müəyyən olunmuşdur: KE-da 79,3%, qeyri-KE-da 85,7%. Göründüyü kimi hər iki qrupda cavan yaşda olan xəstələr əksəriyyət təşkil etməklə bərabər, MP-da əsasən daha cavan yaşda olanlar arasında müşahidə edilmişdir (cədvəl 7).

Жядвял  № 7.

Epilepsiya zamanı menstrual disfunksiyalarla xəstələrin yaşı arasında asılılıq 

Xəstələrin yaşı:

 

KE-lı xəstələr

Q-KE-lı xəstələr

Ümumi xəstələr n=40

MS-də pozğunl. n=29

Normal MS

n=11

Ümumi xəstələr n=40

MS-də pozğunl. n=21

Normal MS

n=19

N

%

N

%

N

%

N

%

N

%

N

%

19-29 yaş

 

> 30 yaş

11

 

19

 

10

 

27,5

 

47,5

 

25,0

8

 

15

 

6

 

27,6

 

51,7

 

20,7

3

 

4

 

4

27,3

 

36,4

 

36,4

11

 

20

 

9

 

27,5

 

50,0

 

22,5

7

 

11

 

3

33,3

 

52,4

 

14,0

4

 

9

 

6

21,0

 

47,4

 

31,6

 


     Xəstələrin yaşına görə ayrı-ayrı yarımqruplarda MP olanların sayının araşdırılması zamanı alınan nəticələr KE-lı xəstələrdə daha yüksək olmuşdur: I yarımqrupda xəstələrin 72,7%, II-də 78,9%, III-də 60,%-ni əhatə etmişdir. Qeyri-KE-da bu göstəricilər müvafiq olaraq - 63,6%, - 55,0%, - 33,3% olmuşdur. Beləliklə təhlillər göstərmişdir ki, xəstələr arasında MP-lar bütün yaş qruplarında qeyri-KE ilə müqayisədə KE-lı xəstələrdə daha çox meydana çıxır və bu 19-29 yaşı və 30-dan yuxarı olanlarda diqqəti daha çox cəlb etmişdir. Qeyri-KE-da I yarımqrupda nəticənin kifayət qədər yüksək (63,6%) olmasını isə xəstələrin 18 yaşadək  olmaları ilə əlaqələndirmək olar.
      KE zamanı MS-də pozğunluq qeyd edilən xəstələrdə tutmaların tezliyi (3,75±0,4) normal MS olan xəstələrdən (0,65±0,3) dəfələrlə - 5,8 dəfə yüksək olmuşdur (p<0,0001). Qeyri-KE-da isə bu göstəricilər müvafiq olaraq 4,0±0,98 və 3,55±0,8-ə bərəbər olmuş, alınan fərq statistik əhəmiyyət daşımamışdır (p>0,05).
     Tutmaların tezliyinə görə ayrı-ayrı yarımqruplarda xəstələrin paylanma-sında da müxtəliflik olmuşdur. Belə ki, KE-lı xəstələrdə tutmaların olmaması - 7,5%, tək-tək tutmalar - 10,0%, tezləşmiş tutmalar - 65,0%, çox tez-tez tutmalar - 17,5% hallarda təsadüf edilmişdir. Qeyri-KE-da bu göstəricilər müvafiq olaraq - 15%, - 27,5%, - 30%, - 27,5% təşkil etmişdir. Müqayisə edilərkən KE zamanı tezləşmiş tutmalar qeyd edilən xəstələrin əksəriyyət təşkil etməsi və bunun qeyri-katamenial qrupdan 2 dəfədən də çox olması diqqəti cəlb etmişdir (p<0,01). KE-da tezləşmiş və çox tez-tez tutmaların olması ümumilikdə xəstələrin 82,5%-ni əhatə etmişdir. Qeyri-katamenial qrupda isə belə halların qeyd edilməsi xeyli az olmuş və xəstələrin 57,5%-ni təşkil etmişdir. Eyni zamanda qeyri-KE zamanı tutmalar olmayan və tək-tək tutmalar müşahidə olan xəstələrin çoxluq təşkil etməsi - 42,5%, katamenial qrupla müqayisədə çox tez-tez tutmalar olan xəstələrin sayının bir elə fərqlənməməsi də göstərilməlidir (cədvəl 8).
     KE zamanı MP-lar aşkar olunanlar arasında epileptik tutmaların tezliyinə görə xəstələrin paylanmasının araşdırılması zamanı tək-tək tutmalar müəyyən edilənlər - 6,9%, tezləşmiş - 69%, çox tez-tez tutmalar- 24,1% təşkil etmişdir. Qeyri-KE-da bu göstəricilər müvafiq olaraq - 33,3%, - 28,6%, - 28,6%-ə bərabər olmuşdur (cədvəl 8).

Жядвял  № 8.

Epilepsiyada menstrual disfunksiyalarla tutmaların tezliyi arasında asılılıq 

Tutmaların  tezliyi

 

KE-lı xəstələr

Qeyri-KE-lı xəstələr

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=29

Normal MS

n=11

Ümumi xəstələr n=40

MS-də pozğunluq n=21

Normal MS

n=19

N

%

N

%

N

%

N

%

N

%

N

%

olmaması

tək-tək

tezləşmiş

çox tez-tez

3

4

26

7

7,5

10,0

65,0

17,5

-

2

20

7

-

6,9

69,0

24,1

3

2

6

-

27,3

18,2

54,5

-

6

11

12

11

15,0

27,5

30,0

27,5

2

7

6

6

9,5

33,3

28,6

28,6

4

4

6

5

21,05

21,05

31,6

26,3

 

     Cədvəl 8-dən də göründüyü kimi KE-lı qrupda MP aşkarlanan xəstələr arasında tutmaların olmaması halına rast gəlinməmiş, qeyri-KE qrupda isə bu 15% halda təsadüf edilmişdir. Bununla yanaşı KE-da MP olanlar arasında tezləşmiş və çox tez-tez tutmalar meydana çıxan xəstələr qeyri-katamenial qrupla müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək olmuş və müvafiq olaraq 93,1% - 57,2% təşkil etmişdir (p<0,01). Beləliklə KE zamanı epileptik tutmaların olmaması hallarının müşahidə edilməməsini, xəstələrin əksəriyyətində  tutmaların tezləşmiş və çox tez-tez tutmalar şəklində meydana çıxmasını, bunun qeyri-KE-lı qrupla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasını katamenial faktorla əlaqələndirmək olar.
     MP olması ilə tutmalar arasında mümkün əlaqə araşdırılmışdır. Epileptik tutmalar olmaması KE-da yalnız MS normal olan xəstələrdə qeyd edilmişdir. Qeyri-KE-lı qrupda isə tutmalar olmayan 6 xəstənin 33,3%-ni MP olanlar, 66,7%-ni normal MS-li xəstələr təşkil etmişdir. MP olması KE-da II yarımqrupda xəstələrin 50,0%-də, III-də - 76,9%-də, IV-də hamısında - 100,0%-də aşkar edilmişdir. Qeyri-KE-da bu müvafiq olaraq - 63,6%, - 50,0% və - 54,5% xəstəni əhatə etmişdir. KE-lı qrupda MP-lar olan xəstələr həm qruplar, həm də yarımqruplar üzrə - xüsusən III və IV yarımqruplarda əhəmiyyətli dərəcədə yüksək təşkil etmişdir. Bu da KE-lı xəstələrdə epileptik tutmalarla MP-lar arasında müəyyən paraleliyin olmasını göstərir. Belə ki, tutmaların tezliyi yüksək olduqca MP aşkar olan xəstələrin sayıda çox olur. Qeyri-KE-da bu paralellik zəif nəzərə çarpmışdır. Bütün bu göstərilənlər xəstələrin reproduktiv vəziyyətinə təsir etməmiş deyildir.
    Beləliklə müşahidələr göstərmişdir ki, MP aşkar edilənlərin sayı kifayət qədər yüksək olmuş - KE-da xəstələrin 72,5%, qeyri-KE-da 52,5%-ni əhatə etmişdir və KE zamanı MP-lar olan xəstələrin normal siklli xəstələrdən 2,6 dəfə, qeyri-KE-da isə 1,1 dəfə yüksəkdir. MP-lar qeyri-KE ilə müqayisədə KE-da 1,4 dəfə çox aşkar edilmişdir. Qeyri-KE-lı qrupda isə əksinə, normal MS-li xəstələrin sayı MP olanlardan 1,7 dəfə çoxdur. Eyni zamanda KE-da MP-un olması menzisin debütü 10-12 yaşa düşən xəstələrin hamsında -100%, 13-14 yaşda - 60%-də, 15-16 yaşda - 91,7%, qeyri-KE-da isə müvafiq olaraq - 53,8%, - 58,3%, - 46,7%-də qeyd edilmişdir.
    KE zamanı MP olanlarda xəstəliyin debütü pubertat yaş dövrünə düşənlər əksəriyyət təşkil etmişlər və bu göstərici qeyri-KE-lı xəstələrdən yüksək olmuşdur (p<0,05). Xəstəliyin debütünə görə ayrı-ayrı yaş qruplarında MP olması da KE-da daha çox xəstədə aşkar edilmişdir: I yarımqrupda - 80,0%, II - 66,7%, III - 87,5%; qeyri-KE-da müvafiq olaraq: - 66,7%, - 61,0%, - 30,8% olmuşdur. Epileptik tutmalarla MP-lar arasında müəyyən paralellik müşahidə edilmişdir. Belə ki, KE-lı qrupda MP olanlarda tutmaların tezliyinin normal MS olanlardan - 5,8 dəfə (p<0,0001) yüksək olmuş və tutmaların tezliyi yüksək olduqca MP aşkar olan xəstələrin sayı da çox olmuşdur. KE-lı xəstələrin əksəriyyətində tutmaların tezləşmiş və ya çox tez-tez tutmalar şəklində meydana çıxmışdır. Bu, xüsusən tezləşmiş tutmaların qeyri-KE qrupla müqayisədə 2 dəfə yüksək olması katamenial faktorla əlaqələndirilir.
    Ayrı-ayrı yaş qruplarında MP olanların sayı KE-da daha çox olmuşdur və bu əsasən yaşı 19-29 və 30-dan yuxarı olanlarda qeyd edilmişdir. Qeyri-KE-da 18 yaşadək olanlar arasında nəticənin kifayət qədər yüksək olmasını isə xəstələrin pubertata qədər ki, və pubertat yaş dövründə olmaları ilə izah edilə bilər. Xəstəliyin müddətinə görə aparılan araşdırmalarda KE-lı xəstələrdə MP-ın tez-tez təsadüf edilməsini, xəstəliyin erkən dövrlərində MP ehtimalının yüksək olmasını göstərmişdir. Belə ki, qeyri-KE-lı xəstələrlə müqayisədə 4,3 dəfə çox olmuşdur (p<0,01). Bu isə MP-ın meydana çıxması ilə xəstəliyin müddəti arasında müəyyən paralelliyin olması haqqında fikirləşməyə əsas verir.
     Son olaraq qeyd edilməlidir ki, MP-ın KE-lı qadınlarda tez-tez təsadüf edilməsi gələcəkdə reproduktiv disfunksiyanın və xəstəliklərin inkişafına təkan verə bilməsi ehtimalının yüksək olmasını göstərir. Ona görədə reproduktiv hormon dəyişikliklərinin və MP-ın araşdırılmasının, həmçinin hormon dəyişiklikləri ilə MP arasında əlaqələrin öyrənilməsi məqsədi ilə aparılan tədqiqat işlərinin mühüm elmi-praktik əhəmiyyət daşıdığı qeyd edilməlidir.

 ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 

1. Herzog A. Disorders of reproduction


Müəlliflər:
Ş. İ. Mahalov
Z. M. Əliyev
N. C. Tağıyeva
Ş. N. Mehdiyeva

Digər jurnal və qəzetlər