QARIŞIQ ETİOLOGİYALI BAKTERİAL UROGENİTAL İNFEKSİYALI XƏSTƏLƏRDƏ LAKTOBASİL VƏ BİFİDOBAKTERİYALARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
18-05-2018
Harmanli və əməkdaşları öz tədqiqatları zamanı 67 qadından 15-ində (22,4%) həm bakterial vaginoz, həm də urogenital infeksiya aşkar etmişdir. Buna baxmayaraq, onlardan 6 nəfərində (9,7%) yalnızca urogenital infeksiya aşkar edilmişdir [7]. Hillebrand və əməkdaşları apardıqları tədqiqat zamanı 503 hamilə qadını urogenital infeksiya və bakterial vaginoz baxımından tədqiq etmişlər və bu zaman 140 nəfər bakterial vaginozdan əziyyət çəkən qadınlardan 13,6%-ində həm də urogenital infeksiya, onlardan yalnız 6,6%-ində bakterial vaginoz olmadan uorgenital infeksiya aşkar edilmişdir [1,3]. Onun tədqiqatı zamanı hamiləlik zamanı bakterial vaginozun mövcudluğu urogenital infeksiya riskini yüksəldir. Bəzi tədqiqatlar zamanı Papanikolu yaxmasında uşaqlıq boynundan götürülmüş yaxma nümunəsində Gardnerella vaginalis mikroorqanizminin aşkar edilməsi ilə uşaqlıqda intraepitelial zədələnmələrin yaranmasında rolunun olduğunu dəstəkləyir. Ancaq buna baxmayaraq, onların arasındakı etioloji əlaqə tam aydınlaşdırılmamışdır.
Bakterial vaginoz və onunla birlikdə olan mikroorqanizmlər ilə qadının kiçik çanaq boşluğunun ciddi infeksiyaları arasındakı əlaqə bu mikroorqanizmləri kompleks şəkildə öyrənilməsinə səbəb olmuşdur. Bakterial vaginoz aşağıdakılarla əlaqədardır:
1.Bakterial vaginoz zamanı digər vaginal patogenlərin də yuxarı cinsiyyət yolu şöbələrinə çatma şansı yaranır,
2.Vaginoz zamanı leykositlərin iltihab prosesini ram etmə qabiliyyətini azaldan fermentlər olur,
3.Endotoksinlərin səviyyəsinin yüksəlməsi sitokin və prostaqlandinlərin əmələ gəlməsini stimulə edir [5].
Tədqiqatlar zamanı bakterial vaginozlu hamilə qadınlarda vaginada interleykin-1 və iltihabi sitokinlərin, hamilə olmayan bakterial vaginozlu qadınlarda isə sevikal IL-1β və interleykin-8-in səviyyəsi yüksəlməsi müəyyən edilmişdir. Hidrogen peroksid əmələ gətirən Laktobasillər vaginal mikroflorada adi halda da mövcud olan anaerob mikroorqanizmlərin həddindəna artıb çoxaralaraq problem yaratmasına mane olduqları üçün vacibdir [8]. Laktobasillərin azalması vaginanın pH göstəricisinin artması və vaginal anaerobların kütləvi sürətdə artması ilə nəticələnir. Bu anaerob mikroorqanizmlər çoxlu miqdarda proteolitik karboksilaza fermentləri ifraz edir. Bu fermentlər vaginal peptidləri müxtəlif aminlərə parçalayır [2]. Bu aminlər uçucu, pis qoxulu olmaqla bərabər, vaginal transudasiyanın artması və epitelial eksfoliasiya ilə nəticələnir ki, bunlar da bakterial vaginozlu xəstələrin əsas kliniki əlamətlərinin inkişafına gətirib çıxarır [6]. Vaginal pH-ın yüksəlməsi G.vaginalis mikroorqanizminin adheziyasını yaxşılaşdırır, digər mikroorqanizmlərin də eksfoliasiyaya məruz qalmış epitelə yapışması yaxşılaşır ki, bu da xəstəliyin diaqnostikası üçün əhəmiyyət daşıyan “yumşaq hüceyrələrin” aşkar olunmasına səbəb olur [4, 9].
Tədqiqatın məqsədi:Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində laktobasil və bifidobakteriyaların keyfiyyət göstəriciləri və vaginal axıntının xarakterinin öyrənilməsi.
Tədqiqatın material və metodları:Bu məqsədlə tərəfimizdən Gəncə şəhər Qadın məsləhətxanasına müraciət etmiş 39 nəfər U.urealyticim, U.parvum, M.hominis, G.vaginalis, A.vaginae, C.albicans kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (həm xroniki residivləşən genital kandidozlu, həm də bakterial vaginozlu-xəstələr-qrup-2), 29 nəfər U.urealyticim, U.parvum, M.hominis, G.vaginalis, A.vaginae kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (residivləşmiş bakterial vaginoz-qrup-3), 20 nəfər U.urealyticim, U.parvum, M.hominis, C.albicans kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (xroniki residivləşən genital kandidomikoz-qrup-4) əziyyət çəkən qruplar və 22 nəfər adı çəkilən tibb müəsisəsinə müraciət etmiş sağlam qadınların (Nəzarət qrupu-qrup-1) vaginal maye nümunələrində laktobasil və bifidobakteriyaların keyfiyyət göstəriciləri (KƏV-lə) və vaginal axıntının xarakteri öyrənilmişdir. Həm xəstələr qruplarına həm də nəzarət qrupuna qadınlar 30-35 yaş intervalında götürülmüşdür. Yaş intervalının belə dar götürməyimizin səbəbi yaş amilinin tədqiqatın nəticələrinə təsirlərini minimuma endirməkdir. Mikrobioloji müayinələr adı çəkilən tibb müəsisəsinin nəzdində fəaliyyət göstərən laboratoriyada icra edilmişdir. Vaginal mayenin xarakteri xəstələrdən sorğu əsasında müəyyən edilmişdir. Əldə edilmiş ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir. Qeyd edək ki, tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi kompüter proqramı ilə aparılmışdır.
Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində maye nümunələrində laktobasil və bifidobakteriyaların keyfiyyət göstəriciləri (KƏV-lə) və vaginal axıntının xarakterinin tədqiqi zamanı həm xroniki residivləşən genital kandidoz, həm də bakterial vaginozdan əziyyət çəkən 39 nəfərlik qadınlar qrupunda Laktobakteri-yaların koloniyalaşma qabiliyyəti 3,78±0,19 KƏV olduğu halda, 29 nəfərdən ibarət residivləşən bakterial vaginozdan əziyyət çəkən şəxslər qrupunda 1,17±0,16 KƏV və 20 nəfərdən ibarət xroniki residivləşən genital kandidozdan əziyyət çəkən qadınlar qrupunda bu göstərici qrup üzrə ortalama 3,08±0,27 KƏV hesablanmışdır (cədvəl 1). Nəzarət qrupu kimi təşkil etdiyimiz 22 nəfərdən ibarət, cari profilaktik müayinə məqsədilə qadın məsləhətxanasına müraciət etmiş qadınlar qrupunda bu göstərici qrup üzrə ortalama 6,07±0,21 KƏV hesablanmışdır. Laktobasillərin koloniyalaşma qabiliyyəti göstəricilərinin tədqiqi nəticəsində ən yüksək göstərici nəzarət qrupunu təşkil edən sağlam qadınlarda, ən aşağı isə vaginozlu xəstələr qrupunda qeydə alınmışdır.
Сədvəl № 1.
Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində laktobasil və bifidobakteriyaların keyfiyyət göstəriciləri.
Mikroorqanizmlər |
Koloniyalaşma qabiliy-yəti (KƏV-lə) |
Nəzarət n = 22 |
Genital mikst infeksiyalı qadınlar |
|||
xroniki residivləşən genital kandidoz+residivləşən bakterial vaginoz n=39 |
residivləşən bakterial vaginoz n=29 |
xroniki residivləşən genital kandidoz n=20 |
||||
Laktobasillər |
M±m |
6,07±0,21 |
3,78±0,19 |
1,17±0,16 |
3,08±0,27 |
|
р |
|
<0,001 |
<0,001 |
<0,05 |
||
Bifudobakteriyalar |
M±m |
3,91±0,14 |
1,87±0,08 |
0,31±0,03 |
1,24±0,05 |
|
p |
|
<0,001 |
<0,001 |
<0,05 |
||
Qeyd: p –nəzarət qrupuna görə statistik dürüstlük.
Bifudobakteriyaların həm bakterial vaginoz, həm də xroniki residivləşən genital kandidoz xəstəliyindən əziyyət çəkən qadınlar qrupundakı ortalama koloniya əmələ gətirmə qabiliyyəti 1,87±0,08 KƏV, residivləşən bakterial vaginozdan əziyyət çəkən 29 nəfərlik qadınlar qrupunda ortalama 0,31±0,03 KƏV və xroniki residivləşən genital kandidozdan əziyyət çəkən qadınlar qrupunda isə 1,24±0,05 KƏV hesablanmışdır.
Tədqiqatın ikinci mərhələsində müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal axıntıların xarakterinin tədqiqi zamanı həm xroniki residivləşən genital kandidoz, həm də bakterial vaginozdan əziyyət çəkən 39 nəfərlik qadınlar qrupunda vaginal axıntının ağ rəngdə olması 18 nəfərdə qeydə alınmışdır ki, bu müvafiq qrupun 46,2%-ni təşkil edir. Bu qrupda vaginal axıntının selikli olması halları 20 nəfərdə olmaqla qrupun 51,3%-ni təşkil etmişdir. Vaginal axıntının irinli xarakterli olması qrup üzrə 4 nəfərdə olmaqla qrupun 10,3%-ni əhatə etmişdir (Cədvəl 2). Axıntının sarı rəngdə olması bu qrup üzrə 6 nəfərdə müşahidə olunmaqla qrupun 15,4%-ni təşkil etmişdir. Bu xəstə qrupunda vaginal axıntının olmaması halları qeydə alınmamışdır.
Residivləşən bakterial vaginozdan əziyyət çəkən 29 nəfərlik qadınlar qrupunda 12 qadın ağ vaginal axınıtının olduğundan şikayət etmişdir ki, bu da qrupun 41,4%-ni təşkil etmişdir. Bu qrupda vaginal mayenin selikli xarakter daşıması 11 qadında müşahidə edilmişdir və bu göstərici qrupun 37,9%-ni əhatə etmişdir. Qrup üzrə 2 nəfərdə yəni qrupun 6,9%-ində vaginal axıntının irinli olması qeydə alınmışdır. Vaginal mayenin sarı rəngdə olması isə bu qrupda 5 xəstədə qeydə alınmışdır və müvafiq qrupun 17,2%-ni əhatə etmişdir. Bu qrupdakı bütün xəstələrdə vaginal axıntı qeydə alınmışdır.
Сədvəl № 2.
Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal axıntılarının xarakteri.
Vaginal axıntının xarakteri |
Rast gəlinməsi
|
Nəzarət n = 22 |
Genital mikst infeksiyalı qadınlar |
||
xroniki residivləşən genital kandidoz+residivləşən bakterial vaginoz n=39 |
residivləşən bakterial vaginoz n=29 |
xroniki residivləşən genital kandidoz n=20 |
|||
Ağ |
Sayla |
1 |
18 |
12 |
4 |
%-lə |
4,5 |
46,2 |
41,4 |
20,0 |
|
р |
|
|
|
|
|
Selikli |
Sayla |
0 |
20 |
11 |
12 |
%-lə |
0 |
51,3 |
37,9 |
60,0 |
|
P |
|
|
|
|
|
İrinli |
Sayla |
0 |
4 |
2 |
5 |
%-lə |
0 |
10,3 |
6,9 |
25,0 |
|
P |
|
|
|
|
|
Sarı |
Sayla |
0 |
6 |
5 |
5 |
%-lə |
0 |
15,4 |
17,2 |
25,0 |
|
Р |
|
|
|
|
|
Axıntının olmaması |
Sayla |
21 |
0 |
0 |
0 |
%-lə |
95,5 |
0,0 |
0,0 |
0,0 |
|
р |
|
|
|
|
Qeyd: p –nəzarət qrupuna görə statistik dürüstlük.
Xroniki residivləşən genital kandidozdan əziyyət çəkən 20 nəfərlik qrupda isə vaginal axıntının ağ rəngli olması hallarına 4 qadında rast gəlinmişdir ki, bu müvafiq qrupun 20%-ni əhatə etmişdir. Vaginal axıntının selikli xarakter daşımasına bu qrupda 12 qadında rast gəlinmişdir və bu göstərici qrupun 60%-ni əhatə etmişdir. Qrup üzrə 5 nəfərdə irinli xarakterli vaginal axıntı müşahidə olunmuşdur və bu qrupun 25%-ni təşkil etmişdir. Bu qrupda vaginal axıntının sarı rəngdə olması da 5 nəfərdə (25%) qeydə alınmışdır. Bu qrupda da vaginal axıntının qeydə alınmadığı hal müşahidə olunmuşdur.
Nəzarət qrupu kimi götürdüyümüz sağlam şəxslərdən ibarət 22 nəfərlik sağlam qadınlardan ibarət qadınlardan cəmi 1 nəfərində (4,5%) vaginal axıntı qeydə alınmışdır ki, bu da ağ rəngli olmuşdur. Qalan digər hallarda, yəni 21 nəfərdə (95,5%) vaginal axıntı müşahidə edilməmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Livengood C.H., Bacterial vaginosis: an overview. // Rev. Obstet & Gynecol., 2 (1), 2009, 28-37.
2.J. Thulkar, A. Kriplani, N. Agarwal, S. Vishnubhatla, Aetiology & risk factors of recurrent vaginitis & its association with various contraceptive methods. // Indian J Med Res., 131, 2010, 83-87.
3.Menard J.P., Mazouni C., Fenollar F et al. Diagnostic Accuracy of Quantitative Real-Time PCR assay versus Clinical and Gram Stain Identification of Bacterial Vaginosis, // Eur J Clin Microbiol Infect Dis., 29 (12), 2010, 1547-1552.
4.Menard J.P., Fenollar F., Raoult D. L. et al. Self-collected vaginal swabs or the quantitative real-time Polymerase Chain reaction assay of Atopobium vaginae and Gardnerella vaginalis and the diagnosis of bacterial vaginosis, Eur J Clin Microbiol Infect Dis., 31, 2012, 513-518.
5.Lowe N.K., Neal J.L., Ryan-Wenger N.A. Accuracy of the clinical diagnosis of vaginitis compared to a DNA Probe Laboratory Standard, Obstet Gynecol., 113(1), 2009, 89-95.
6.Nyirjesy P. Vulvovaginal candidiasis and bacterial vaginosis. Infect Dis Clin North Am., 22, 2008, 637-652.
7.Amsel R., Totten P.A., Spiegel C.A et al. Nonspecific vaginitis. Diagnostic criteria and microbial and epidemiologic associations. Am J Med. 74, 1983, 14-22.
8.Mathew R., Sudhakshina R., Kalyani M. et al. Microbiological profile of vaginosis among women of the reproductive age group, who attended a tertiary care hospital, // J Clin Diag Res., 5(8), 2011, 1548-1551.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı