REVMATOİD ARTRİTLİ XƏSTƏLƏRDƏ LİPİD MÜBADİLƏSİ DƏYİŞİKLİKLƏRİ

20-10-2018

Aterotrombozun inkişafına səbəb ola biləcək vacib amillərdən biri də qan zərdabında lipid-zülal spektrindəki dəyişiklikləridir. Sistemli qırmızı qurdeşənəyi və revmatoid artrit (RA) zamanı rast gələn dislipoproteidemiyanın iki əsas tipi ayırd olunur. Birinci tip gənc yaşlarda inkişaf tapır, xəstəliyin iltihabi aktivliyi ilə assosiasiya olunur və yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) azalması, aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) və triqliseridlərin (TQ) səviyyəsinin artması müşahidə edilir. İkinci tipdə xolesterinin yüksəlməsi aterosklerozun digər risk amilləri ilə müştərək rast gəlir. Lipid-zülal spektrində olan dəyişikliklərin səbəblərindən biri immun iltihabi prosesin yüksək aktivliyi fonunda sitokinlərin lipoprotinazanın aktivliyini azaltmasıdır. Digər səbəb kimi kəskin faza zülallarının hiperproduksiyası lipoprotein-lərlə qarşılıqlı əlaqəyə girərək onların metabolizmini poza bilər.

Hal-hazırda aterosklerozun patogenezində ASLP-nin peroksid oksidləşməsinə xüsusi diqqət yetirilir. Müəyyən olunmuşdur ki, malon aldehidi lizin qalıqları ilə oksidləşmiş ASLP-ya qarşı antitellərin formalaşmasına gətirib çıxarır. Bu antitellərin səviyyəsinin artması koronar arteriyaların zədələnməsinə, karotid arteriyalarda aterosklerozun proqressivləşməsinə və miokard infarktının inkişafına səbəb olur [1].

Kitas G.D. və Erb N [2] RA-lı xəstələrdə dislipidemiyanın aktiv faza zülalları ilə assosiasiyasını dəqiqləşdirmişlər. RA-nı aktiv gedişində ümumi xolesterinin və ASLP-nin səviyyəsinin artması, eləcədə lipidlərin əlverişsiz təsirinə qarşı YSLP-nın azalmasını göstərmişlər [3].

Bəzi müəlliflər [4,5] RA, sistemli qırmızı qurdeşənəyini, şəkərli diabetin bəzi formalarında anti malyariya preparatlarının tətbiqindən ümumi XS və ASLP-in səviyyəsinin azalmasını, YSLP-in isə səviyyəsinin qalxdığını göstərirlər. Sistem xəstəliklərin aktivlik dərəcəsi ilə qanın lipid-zülal profilinin bir sıra xüsusiyyətləri arasındakı assosiasiya immun iltihabi prosesin dislipoproteidemiyaya gətirib çıxarmasına və arteriyalarda endotelin zədələnməsinə səbəb olur.

İmmunoloji konsepsiyaya görə damar endotelisinin zədələnməsi və aterosklerotik prosesin inkişafı lipid mübadiləsi komponentləri ilə immun amillərin qarşılıqlı təsiridir [6].

Aterosklerotik lövhəciklərin inkişafında iltihabi prosesə ciddi diqqət yetirilir. Məlum olmuşdur ki, aterosklerotik zədələnmə ocağında makrofaqlar, aktivləşmiş T-limfositlər, trombositlər, tosqun hüceyrələr aşkar edilir. Bu hüceyrələr iltihabi prosesi stimulə edən sitokinlər ifraz edirlər [8, 7]. Aterosklerotik lövhəciklərdə gedən iltihabi prosesi qanda kəskin faza zülalları xüsusilə C-RZ, interleykin -8 təsdiq edir [9,8].

Ədəbiyyat məlumatları (Becker, Anderson) C-RZ-ın bəzi adgiziv molekulların ekspressiyasını artırmaqla proiltihabi xassələr kəsb edir. Bu malekullar içərisində İcAM-l (immun cell adhesion molecules) və VcAM-1 (vascular cell adhesion molecules) xüsusilə seçilir.

Revmatoid artritin forma, aktivlik dərəcəsi, davam müddəti, RA-nı müşayiət edən anemiya fonunda lipid mübadiləsinin öyrənilməsi ədəbiyyatda demək olar ki, rast gəlmir. Tədqiqatdan məqsəd yuxarıdakı göstəricilərlə lipid mübadiləsi arasındakı münasibətləri araşdırmaqdır.

Materiallar və üsullar. Lipid-zülal spektri 60 revmatoid artritli xəstədə öyrənilmişdir (xəstələrin 45-i qadın 15-i kişi olmuşdur). Müayinə anında xəstələrin yaşı 15-dən 55-dək (orta yaş 39,8 ±8,1 il), xəstəliyin davam müddəti M m 3 aydan 28 ilədək (orta hesabla 12,4±8,4 il). Revmatoid amil bütün xəstələrdə yoxlanılmışdır. Seropozitiv forma 47 xəstədə (78,3%), seroneqativ isə 13 xəstəni (21,7%) əhatə etmişdir. Aktivlik dərəcəsi kimi I (minimal) aktivlik dərəcəsi (EÇS 20 mm/saatadək), II (mülayim, EÇS 21-39 mm/saat) və nəhayət III (yüksək, EÇS 40mm/saat) aktivlik dərəcələri ayırd edilmə­mişdir. Xəstəliyin davam müddəti 1 ilədək, 1-5 il, 5 ildən çox olmaqla 3 qrupda öyrənilmişdir. Revmatoid artritli xəstələrdə anemiyaya diqqət yetirilmişdir. Məlum olmuşdur ki, 44 xəstədə hemoqlobinin (HB) miqdarı 120 q/l-dən az olmuşdur. HB-in miqdarından asılı olaraq anemiya üç qrupda öyrənilmişdir: yüngül anemiya HB 101-119 q/l, orta ağır anemiya HB 81-100 q/l, ağır anemiya HB

Seçilən 60 RA-lı xəstələr arasında ürəyin koronar xəstəliyinin klassik risk amilləri papirosçəkmə, arterial hipertenziya, şəkərli diabeti olan xəstələr müayinəyə cəlb olunmamışlar. Bütün xəstələrdə gərginlik stenokardiyasının təyininə yönələn Rose anket sorğusu, EKQ və onun Minnesot şifrəlməsi tədbiq olunmuşdur və əsas qrupla yaş (38,7±7,8 il) və cins tərkibinə (27 qadın və 8 kişi) görə uyğun olmuşdur.

Lipidlərin səviyyəsini təyin etmək üçün Avropa aterosklerozu öyrənmək cəmiyyətinin tövsiyyələri əsas götürülmüşdür: Xolesterinin (XS) normal göstəricisi 39 mq/dl.

Nəticələr və müzakirələr. RA-lı xəstələrdə lipidlərin səviyyəsi kontrol qrupla müqayisədə 1 saylı cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi ümumi xolesterinin miqdarında RA-lı xəstələrdə nəzarətlə müqayisədə fərq cüzi olmuşdur. TQ və XS ASLP-ya gəldikdə isə nəzarətlə müqayisədə hər iki göstərici ciddi fərqlənmişdir (p<0,05).

XS YSLP konsentrasiyası isə bu göstərici (anti aterogen göstərici) RA-lı xəstələrdə nəzarət qrupuna nisbə­tən az olmuşdur. Sistem əlamətlərinin üstün olduğu SP forma RA-da seroneqativlə müqayisədə lipid spektri­nin öyrənilməsi 2 saylı cədvəldə verilmişdir. Ümumi xolesterinin səviyyəsi SP forma RA-da 202,1±28,3 mq/dl olmaqla SN-la müqayisədə (192,4±25,4 mq/dl) cüzi fərq müşahidə olunmuşdur (p=0,04).

Сədvəl  № 1.

RA-lı xəstələrdə lipidlərin səviyyəsi (mq/dl) (M±m)

Göstərici

RA-lı xəstələr ır=60

Kontrol qrup (n=35)

XS

192,4 ±41,4

193,0 ±28,9 (ed)

TQ

131,0 ±62,2

98,7 ± 38,3 (p<0,05)

XS ASLP

125,1 +46,2

110,4 ± 17,4 (p<0,05)

XS YSLP

41,2 ± 10,4

50,4 ±17,5 (p<0,05) ed (etibarlı deyil)

 

Сədvəl  № 2.

RA-nın formasından asılı olaraq lipidlərin səviyyəsi (mq/dl) (M±m)

Göstərici

Seropozitiv forma RA n=47

Seroneqativ forma RA n=13

Ümumi XS

202,1 ±28,3

192, 4 ±25,4

TQ

152,4 ±57,4

141 ±36,4

XS ASLP

155,1 +46,2

135,2 ± 31,4

XS YSLP

30,4 ± 17,5

41,2 ±10,4

 

Сədvəl  № 3.

RA-lı xəstələrdə xəstəliyin aktivlik dərəcəsindən asılı olaraq

lipidlərin səviyyəsi (M±m) (mq/dl)

Göstərici

RA-nın aktivlik dərəcəsi

I  (n=15)

II  (n=20)

III (n=25)

XS

201,4 ±41,4

186, ±38,24

186,7 ±46.4

TQ

97,3 ± 18,5

111,6 ±41,2

172 ±75,1 (p<0,05)

XS ASLP

112,0 ±43,1

117,2 + 35,4

133,0 ±43,1 (p<0,01)

XS YSLP

52,3 ± 8,5

46,2 ±9,8

38,7 ± 7,4 (p<0,01)

 

Сədvəl № 4.

RA-nın davam müddətindən asılı olaraq lipidlərin səviyyəsi (M±m) (mq/dl) 

Göstərici

RA-nm davam müddəti

1 ilədək

1-5 il

5 ildən çox

Ümumi xolesterin

195,1 ±24,1

201,4 ±12,4

210,1 ±27,2

Triqliseridlər

140,4 ±14,2

131,0 ±62,2

170,4 ± 35,4

XS ASLP

125,1 ±46.2

137,2 ±34,1

150,2 ±10,4

XS YSLP

38,4 ±12.4

31,2 ±14,2

28,2 ± 7,9

 

Сədvəl5.

RA-nı müşayiət edən anemiyadan asılı olaraq lipidlərin səviyyəsi (mq/dl) n=48

Göstərici

Yüngül anemiya

Orta ağır anemiya i

Ağır anemiya

XS

185,4 ±22,4

195,4 ±10,1

202,4 ±21,4

TQ

130,4 ± 17,6

140,4 ± 16,8

145 ± 32,4

ASLP

131,4 ±47,2

110,4 ±28,2

1 102,4 ±12,3

YSLP

39,2 ± 10,4

35,4 ± 8,2

1 31,4 ±7,8

 

TQ və XS ASLP-ya gəlincə bu göstəricilər SP forma RA-da ciddi fərqlənmişdir (p<0,01). Bu bir daha se­ropozitiv forma RA-da iltihab markerlərinin konsentrasiyasının artması və bu fonda lipoproteinlipazanm aktivliyinin artmasına işarədir. Antiaterogen fraksiya kimi qəbul edilən XS YSLP-ın konsentrasiyası SP-formada 30,4±17,5 mq/dlolmaqla SN-dan 41,2± 10,4 mq/dl kəskin fərqlənmişdir.

Lipid dəyişikliyi ilə RA-nın aktivlik dərəcəsi arasındakı mövcud əlaqələr 3 saylı cədvəldə öz əksini tapmışdır. Xəstəliyin aktivlik dərəcəsinin minimal (I)-dan maksimala doğru artdığı hallarda TQ-ın 97,3±18,5-dən (1), 172±75,1 mq/dl (III) çatması, eləcə də XS ASLP-ın miqdarının I dərəcədəki 112,0±43,1 mq/dl-dən III maksimal dərəcədəki135,0±43,1 mq/dl-dək çatması və XS YSLP-ın miqdarının maksimal aktivliyə doğru azalması 5l,3±%,5 mq/dl-dən 38,7±7,4 mq/dl-ə (p<0,01) iltihab sitokinlərinin lipoproteinlipazanın aktivliyinin enməsi ilə əlaqədar olduğunu göstərən müəlliflərin fikri ilə üst-üstə düşür [1].

Xroniki iltihabi proses kimi başa düşülən RA-da lipid mübadiləsinin xəstəliyi davam müddətindən astlı olaraq öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. RA-nın davam müddətinin lipid-zülal tərkibinə olan münasibəti 4 saylı cədvəldə verilmişdir. 4 saylı cədvəldən göründüyü kimi davam müddəti uzandıqca TQ və XS ASLP-ın miqdarı uyğun olaraq artir. Belə ki, TQ-ın konsentrasiyası davam müddəti 1 ilədək olan RA-lı xəstələrdə l40,4±14,2 mq/dl təşkil etmişdir.

Bu rəqəm 5 ildən çox davam müddəti olan xəstələrdə 170,4±35,4 mq/dl təşkil etmişdir ki, (p<0,01) eləcədə analoji hal XS ASLP-da da müşayiət olunmuşdur. XS YSLP-ya gəldikdə isə onun konsentrasiyası davam müddəti tərs korrelyativ əlaqədə olmuşdur (r=-0,5)

Son illərin ədəbiyyatında RA-nı müşayiət edən anemiyanı xəstəliyin aktivlik dərəcəsini təyin edən kriteriya kimi qəbul edirlər. Bu baxımdan xəstəliyin gedişini pisləşdirən, proqnozu ciddiləşdirən anemiya fonunda RA-lı xəstələrdə baş verən lipid mübadilə dəyişiklikləri 5 saylı cədvəldə verilmişdir. XS YSLP xüsusilə, HB-miqdarının 80 q/l-dən az olduğu ağır hallarda XS, TQ, ASLP və YSLP kimi mühüm göstəricilər ciddi dəyişikliyə uğramışdır.

Maraqlı hal kimi anemiyanın ağır, aktivlik dərəcəsinin maksimal, davam müddətinin 5 ildən çox, sistem əlamətləri ilə müşayiət olunan seropozitiv formalı RA-da lipid spektrində ciddi dəyişikliklər baş vermişdir. Beləliklə, sistem xəstəliklərin klassik modeli rolunu oynayan RA zamanı aterogenez problemlərinin həllində lipid zülal spektrində baş verən dəyişikliklərin vaxtında aşkar edilməsi və korreksıyası günün vacib məsələlərindən biridir.

Nəticələr

1.Qan zərdabında lipid spektrində baş verən dəyişikliklər sistem əlamətlərin üstünlük təşkil etdiyi seropozitiv forma revmatoid artritdə seroneqativ forma RA-la müqayisədə özünü daha qabarıq biruzə vermişdir.
2.Lipidlərin səviyyəsində ən aşkar dəyişiklik revmatoid artritin maksimal aktivlik dərəcəsinə uyğun olmuşdur.
3.Revmatoid artritdə xəstəliyin davam müddəti uzandıqca lipid spektrində aterogenezə münasibətdə ciddi dəyişikliklər baş verir.
4.Revmatoid artriti müşayiət edən anemiyanın ağırlıq dərəcəsi ilə lipid mübadiləsi pozğunluqları arasında müsbət korrelyativ əlaqələr mövcuddur.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Насонов Е.Л., Панюкова Е.В., Александрова Е.Н. С-реактивный белок-маркер воспаления при атеросклеро­зе (новые данные)// Кардиология 2002; №7, с. 53-62
2.Kitas G.D., Erb N. Tacking ischemic heart disease in rheumatoid arthritis // Rheumatology, 2003, V 42, p. 607-613.
3.Lee Y.H., Jhoi S.I., Ci Id, Seo H.S., Song G.G. Lipoprotein (a) and lipids and lipoprotein in rheumatoid arthritis // Clin. Rheum., 2000, v 19, p. 324- 325.
4.Svenson K.L., Lithell H., Hallgren R., Vessby B. Serum lipoprotein in active rheumatoid arthritis//Clin. Rheum., 2000, v 19, p. 325- 329.
5.Wallace D.C., Metzger A.L., Stexher V.C., Turnbull B.A., Kem P.A. Cholesterol - lowerig effect of hydroxyl-chloroquine in patients with rheumatic disease; reversal of deleterious effect of steroids on lipids // Am. C. Med., 1990, V 89, p. 322- 326.
6.Окороков А.Н. Диагностика болезней внутренних органов /Диагностика болезней сердца и сосудов , Т.6. – M.: Мед.Лит., 2002, 464 с.
7.Becker A.E., de Boer O.C., van der Wal A.J. The role of inflammation in coronary artery disease // Annu. Rev Med., 2001, v 52. p. 289- 297
8.Чазов Е.И. К вопросу об антитромботической болезни // Кардиология, 2001, №4, с. 4-7
9.Мазуров В.И., Столов С.В., Зарайский М.И. Иммунологические механизмы в патогенезе коронарного атеросклероза // Тер. архив, 2005, №9, с. 24-28.


Müəlliflər:
N.T. Zamanov
U.A. Xəlilov
C.H. Əhmədov
A.Ə. Nuriyev

Digər jurnal və qəzetlər