AZƏRBAYCAN POPULYASİYASINDA NEONATAL QİCOLMANIN EPİDEMİOLOJİ SƏCİYYƏLƏRİ
06-06-2018
Giriş. Neonatal qıcolmalar perinatal dövrün patologiyaları arasında neqativ proqnozu ilə diqqəti cəlb edən patologiya kimi çoxdan öyrənilir [1-10]. Xəstəliyin diaqnostik meyarları, klinik səciyyələri, etiologiyası və patogenezi barədə yekun müddəalar müvafiq klinik protokollarda əksini tapmışdır [1;2]. Neonatal qıcolma sindromunun yayılması barədə məlumatlarda və onun epidemioloji digər səciyyələrində bir-birindən fərqlənən məlumatlar mövcuddur. Belə ki, doğulanda bədən kütləsi 1000 qramdan az olan uşaqların 64‰-də, 1500-2500 qram olan uşaqların isə 4,4‰-də qıcolma ehtimalı “Queensland” klinik protokolunda göstərildiyi halda [2] digər mənbədə daha yüksək risk ehtimalı barədə məlumat vardır [9]. Hindistanda aparılmış bu tədqiqat pediatriya klinikasında 2550 uşağın neonatal dövrdə müalicəsi zamanı aşkar edilmiş hadisələrə əsaslanır. Göstərilir ki, neonatal qıcolmanın kumulyativ tezliyi 3,9% təşkil edir [9]. Neonatal qıcolmaların epidemioloji səciyyələrində belə kəskin fərq onların öyrənilməsində fərqli metodoloji yanaşmanın tətbiqi ilə bağlıdır. Ona görə də bu patologiyanın epidemioloji səciyyələrini dəqiqləşdirmək zərurəti obyektiv mövcuddur.
Tədqiqatın məqsədi.Neonatal qıcolma sindromunun Azərbaycan populyasiyası üçün səciyyəvi olan epidemioloji göstəricilərinin səviyyəsini müəyyənləşdirmək və onun perinatal amillərdən asılılığını qiymətləndirmək.
Tədqiqatın materialları və metodları. Müşahidə Respublika Perinatal mərkəzində aparılmışdır. Retrospektiv 2012-2017-ci illərdə diri doğulmuş 24472 körpənin sənədlərini araşdırmaqla 73 neonatal qıcolma diaqnozu ilə müalicə olunmuş xəstə ayırd edilmişdir. Bütün toplum, o cümlədən onun tərkib hissəsi olan neonatal qıcolması olan uşaqlar analarının yaşına (<20, 20-24, 25-24, 30-34, 35+illər), analarında hestasiya dövründə olan patologiyalara (şəkərli diabet, arterial hipertenziya, anemiya, preeklampsiya və eklampsiya), intranatal amillərə (infeksion fəsadlar, ciftin vaxtından qabaq qopması, doğuş fəaliyyətinin anomaliyaları, ağırlaşmış doğuşlar), doğuşun növlərinə (abdominal, vaginal operativ, vaginal müdaxiləsiz) və sıra sayına (1, 2, 3, 4, 5-ci), dölün cinsinə və bədən kütləsinə (<1500; 1500-1999, 2000-2499, <2500; 2500-4000, >4000 qram; hestasiya yaşına görə bədən kütləsi az – SGA, normal – AGA və çox – LGA olanlar) görə qruplaşdırılmışdır. Müvafiq qruplar üzrə neonatal qıcolmaların uşaqlar arasında yayılma səviyyəsi (1000 nəfərə görə), onun orta xətası və 95% etibarlılıq intervalı hesablanmışdır. Statistik işləmə keyfiyyət əlamətlərinin statistikası metodları ilə aparılmışdır. Qruplar arasında qıcolma sindromunun yayılmasına görə fərqin dürüstlüyü χ2 meyarı ilə müəyyən edilmişdir [11].
Alınmış nəticələr.Neonatal qıcolmaların nisbətən rastgəlmə tezliyi 20-24 yaşlı anaların uşaqlarında qeydə alınmışdır (2,0±0,1‰; 95% etibarlılıq intervalı 1,8-2,2‰). Digər yaş qruplarında olan anaların uşaqlarında neonatal qıcolmalar nisbətən çox müşahidə edilmişdir, amma statistik dürüst yüksək səviyyə yalnız 35 və yuxarı yaşlı anaların uşaqlarında qeydə alınmışdır (cədvəl 1). Bütövlükdə anaların yaş qruplarından asılı qıcolma sindromunun rastgəlmə tezliyi dürüst fərqli olmuşdur (υ=4; χ2=9,5; p<0,05). Referent (göstəricinin səviyyəsi nisbətən az olan 20-24 yaş) qrupla müqayisədə neonatal qıcolmaların nisbi riski ananın yaşı <20; 30-34, 35 və çox olanda müvafiq olaraq 2,05; 2,45; 5,30 təşkil etmişdir.
Сədvəl № 1.
Neonatal qıcolmaların ananın yaşından asılılığı
Ananın yaşı, illər |
Diri doğulanların sayı |
Neonatal qıcolması olanlar |
1000 nəfərə görə |
95% etibarlılıq intervalı |
<20 |
1221 |
5 |
4,1±1,8 |
0,5 – 7,7 |
20-24 |
9450 |
19 |
2,0±0,1 |
1,8 – 2,2 |
25-29 |
10131 |
24 |
2,4±0,2 |
2,0 – 2,8 |
30-34 |
9442 |
12 |
3,9±1,4 |
2,1 – 7,7 |
35+ |
1228 |
13 |
10,6±2,9● |
4,8 – 16,4 |
Cəmi |
24472 |
73 |
3,0±0,1 |
2,8 – 3,2 |
● – p<0,05 referent qrupla (20-24 yaş) müqayisədə
Hestasion diabeti olan anaların uşaqlarında qıcolma sindromu nisbətən çox qeydə alınmışdır (7,3±2,2‰; 95% etibarlılığın intervalı 2,9-11,7‰). Arterial hipertenziya və anemiyası olan anaların uşaqlarında aşkar edilmiş neonatal qıcolmaların tezliyi (müvafiq olaraq 3,3±1,6 və 3,0±0,2‰) ümumi toplumun müvafiq göstəricisindən statistik dürüst fərqlənməmişdir (cədvəl 2).
Сədvəl № 2.
Neonatal qıcolmaların ananın antenatal durumundan asılılığı
Antenatal səciyyələr |
Diri doğulanların sayı |
Neonatal dövrdə qıcolma diaqnozlarının sayı |
1000 diri doğulanlara görə |
95% etibarlılıq intervalı |
Şəkərli diabet ... |
138 |
1 |
7,3±2,2● |
2,9 – 11,7 |
Arterial hipertenziya |
1222 |
4 |
3,3±1,6 |
0,1 – 6,5 |
Preeklampsiya və eklampsiya .. |
6024 |
31 |
5,2±0,9● |
3,4 – 7,0 |
Anemiya |
8565 |
26 |
3,0±0,2 |
2,6 – 3,4 |
●p<0,05 ümumi toplumla müqayisədə
Hamiləliyin ağır fəsadı hesab edilən preeklampsiya və eklampsiya fonunda doğulmuş uşaqların 5,2±0,9‰-də (95% etibarlılıq intervalı 3,4-7,0‰) qıcolma sindromu müşahidə edilmişdir. Bu göstərici ümumi toplumda qeydə alınmış qıcolma sindromunun tezliyindən (3,0±0,1‰) statistik dürüst yüksək səviyyədədir, nisbi risk 1,7 dəfədir.
İntranatal dövrdə qeydə alınmış amillər fonunda doğulmuş uşaqlarda qıcolma sindromunun tezliyi 3-cü cədvəldə əks olunmuşdur. İntranatal dövrdə infeksiyalar fonunda doğulmuş uşaqlarda qıcolma sindromunun tezliyi 3,9±1,8‰ (95% etibarlılıq intervalı 0,3-7,5‰) təşkil edərək ümumi toplumun müvafiq səviyyəsindən (3,0±0,1%) statistik dürüst fərqlənməmişdir. Ciftin vaxtından qabaq qopması fonunda doğulmuş uşaqlarda qıcolma sindromu ən yüksək səviyyədə olmuş (5,3±2,0‰; 95% etibarlılıq intervalı 1,3-9,3‰) amma ümumi toplumun müvafiq səviyyəsindən statistik dürüst fərqlənməmişdir. Doğuş fəaliyyətinin anomaliyaları və ağırlaşmış doğuşlar fonunda doğulmuş uşaqlarda neonatal qıcolmaların tezliyi müvafiq olaraq 4,3±1,7 və 4,4±1,5‰ təşkil edərək ümumi toplumun müvafiq göstəricisindən statistik dürüst fərqlənməmişdir (p>0,05). Bütövlükdə yuxarıda qeyd olunan intranatal amillər fonunda doğulmuş uşaqlarda neonatal qıcolma tezliyi (4,5±0,9‰) ümumi toplumun müvafiq səviyyəsindən (3,0±0,1‰) statistik dürüst fərqlənmişdir (p<0,05), nisbi riskin səviyyəsi 1,5 təşkil etmişdir.
Сədvəl № 3.
Neonatal qıcolmaların intranataı amillərdən asılılığı
İntranatal səciyyələr |
Diri doğulanların sayı |
Neonatal qıcolması olanlar |
1000 nəfərə görə |
95% etibarlılıq intervalı |
Anada infeksiyalar |
1268 |
5 |
3,9±1,8 |
0,3 – 7,5 |
Ciftin vaxtından qabaq qopması |
1318 |
7 |
5,3±2,0 |
1,3 – 9,3 |
Doğuş fəaliyyətinin anomaliyası |
1412 |
6 |
4,3±1,7 |
0,9-7,7 |
Ağırlaşmış doğuşlar |
1834 |
8 |
4,4±1,5 |
1,4 – 7,4 |
Cəmi |
5832 |
26 |
4,5±0,9 |
2,7 – 6,3 |
Doğuşun ayırd etdiyimiz variantları (abdominal, vaginal operativ və vaginal tibbi müdaxiləsiz) fonunda doğulanlarda neonatal qıcolmaların tezliyi 4-cü cədvəldə vrilmişdir. Göründüyü kimi qıcolmaların tezliyi 2,9±0,8‰ ilə (gündüz abdominal doğuşlar) 3,5±1,1‰ (vaginal operativ) arasında dəyişərək ümumi toplumun müvafiq səviyyəsindən statistik dürüst fərqlənməmişdir. Gecikmiş (hestasiya yaşı ≥ 42 həftə) doğuşlarda diri doğulanlarda neonatal qıcolma sindromunun tezliyi nisbətən yüksək olmuşdur (7,1±2,2‰; 95% etibarlılıq intervalı 2,7-11,5‰) və ümumi toplumla müqayisədə statistik dürüst çoxdur (χ2=5,8; υ=1,0; p<0,05).
Сədvəl № 4.
Neonatal qıcolmaların doğuşun variantlarından asılılığı
Səciyyələr |
Diri doğulanların sayı |
neonatal qıcolması olanlar |
1000 nəfərə görə |
95% etibarlılıq intervalı |
Abdominal doğuş (gündüz) |
4109 |
12 |
2,9±0,8 |
1,3 -4,5 |
Abdominal doğuş (gecə) |
1991 |
7 |
3,5±1,3 |
0,9 – 6,1 |
Vaginal operativ |
2865 |
10 |
3,5±1,1 |
1,3 – 5,7 |
Vaginal müdaxiləsiz |
15507 |
44 |
2,8±0,4 |
2,0 – 3,6 |
Doğuşun ≥ 42 hestasiya yaşında |
1405 |
10 |
7,1±2,2 |
2,7 – 11,5 |
Doğulanda bədən kütləsindən asılı neonatal qıcolmaların tezliyi 5-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi, doğulanda bədən kütləsi 2500-4000 qram olan uşaqlarda qıcolma sindromunun tezliyi nisbətən aşağı səviyyədə olmuşdur (2,1± 0,4‰; 95% etibarlılıq intervalı 1,3-2,9‰).Bu qrupda müqayisədə doğulanda bədən kütləsi 2500 qramdan az olmuş uşaqlarda qıcolma sindromu (5,3±1,9‰; 95%-etibalılıq intervalı 3,5-7,1‰) statistik dürüst 2,5 dəfə çox rast gəlinir. Neonatal qıcolma sindromunun tezliyi əsasən bədən kütləsi 0,05).
Doğulanda bədən kütləsi hestasiya yaşının səciyyəsindən az olan (SGA-small for Gestational age) uşaqlarda qıcolma sindromunun tezliyi 6,4±1,6‰ (95% etibarlılıq intervalı 3,2-9,6‰), doğulanda bədən kütləsi hestasiya yaşına yaşına uyğun olan uşaqlarla müqayisədə (AGA-appropriate for gestational age) statistik dürüst çox olmuşdur (2,5±0,4‰). Doğulanda bədən kütləsi hestasiya yaşının müvafiq səciyyəsindən çox olan (LGA-large for gestational age) uşaqlarda qıcolma sindromunun tezliyi 3,5±0,4‰ (95% etibarlılıq intervalı 0,7-6,3‰) təşkil edərək ümumi toplumun müvafiq səciyyəsindən (3,0±0,1‰) statistik dürüst fərqlənməmişdir.
Сədvəl № 5.
Neonatal qıcolmaların dölün bədən kütləsindən asılılığı
Doğulanda bədən kütləsi, qram |
Diri doğulanların sayı |
Neonatal qıcolması olanlar |
1000 nəfərə görə |
95% etibarlılıq intervalı |
<1500 |
1528 |
18 |
11,8±2,8● |
6,2-17,4 |
1500-1999 |
1697 |
6 |
3,5±1,4 |
0,7-6,3 |
2000-2499 |
2631 |
7 |
2,7±1,0 |
0,7-4,7 |
<2500 |
5856 |
31 |
5,3±0,9● |
3,5-7,1 |
2500-4000 |
16908 |
35 |
2,1±0,4 |
1,3-2,9 |
>4000 |
1708 |
7 |
4,1±1,5 |
1,1-7,1 |
SGA |
2498 |
16 |
6,4±1,6● |
3,2-9,6 |
AGA |
20266 |
51 |
2,5±0,4 |
1,7-3,3 |
LGA |
1708 |
6 |
3,5±1,4 |
0,7-6,3 |
●p<0,05 referent qrupla (bədən kütləsi 2500-4000 qram) müqayisədə
Doğuşların sıra sayından asılı yenidoğulmuş uşaqlarda neonatal qıcolma sindromunun tezliyi 6-cı cədvəldə əks olunmuşdur. Göründüyü kimi göstəricinin nisbətən aşağı səviyyəsi üçüncü doğuşdan olan uşaqlarda müşahidə edilmişdir (2,4±0,85‰; 95% etibarlılıq intervalı 0,70-4,10‰). Birinci, ikinci və dördüncü doğuşlardan olan uşaqlarda qıcolma sindromu nisbətən çox olsa da (müvafiq olaraq 3,3±0,53‰; 2,6±0,54‰; 3,7±2,62‰) üçüncü doğuşdan olan uşaqların müvafiq göstəricisindən statistik dürüst fərqlənməmişdir. Yalnız 5 və sonrakı sıra saylı doğuşlardan olan uşaqlarda qıcolma sindromunun tezliyi statistik dürüst (χ2=5,4; σ=1,0; p<0,05) çox olmuşdur (10,0±9,95‰). Uşaqların cinsindən asılı qıcolma sindromunun tezliyinə görə fərq statistik dürüst deyildir (3,34±0,49‰ oğlanlarda, 2,54±0,48‰ qızlarda).
Beləliklə, neonatal qıcolmaların ehtimalı perinatal amillərdən asılı fərqli səciyyələrə malikdir.
Сədvəl № 6.
Neonatal qıcolma ehtimalının doğuşların sıra sayından və dölün cinsindən asılılığı
Doğuşların sıra sayı |
Diri doğulanların sayı |
Neonatal qıcolması olanlar |
1000 nəfərə görə |
95% etibarlılıq intervalı |
Birinci |
11747 |
39 |
3,3±0,53 |
2,24-4,36 |
Ikinci |
8809 |
23 |
2,6±0,54 |
1,52-3,68 |
Üçüncü |
3279 |
8 |
2,4±0,85 |
0,70-4,10 |
Dördüncü |
537 |
2 |
3,7±2,62 |
0-8,94 |
Beşinci və sonrakı |
100 |
1 |
10,0±9,95 |
0,29,9 |
Oğlan |
13460 |
45 |
3,34±0,49 |
2,36-4,32 |
Qız |
11012 |
28 |
2,54±0,48 |
1,58-3,50 |
Alınmış nəticələrin müzakirəsi.Ədəbiyyatda fərqli populyasiyalar nümunəsində neonatal qıcolmaların tezliyi barədə məlumatlar çoxdur [1-10]. Bu mənbələrdə müqayisədə Respublika Perinatal Mərkəzi nümunəsində azərbaycan populyasiyasının səciyyələrinin oxşar və fərqli cəhətləri vardır. Ən mühüm fərqli cəhət odur ki, azərbaycan populyasiyası (3,0±0,1‰) digər populyasiyalarla çüqayisədə neonatal qıcolmaların tezliyinə görə orta mövqədə yeləşir: ən kiçik göstərici 1,5‰, nisbətən yüksək göstərici-4,4‰ [2]. Qeyd olunan mənbələrdə qıcolma sindromunun tezliyinə təsir edə bilən amillərin rolu statistik dürüst sübut olunmamışdır. Bunun əsas səbəbi odur ki, müşahidə toplumun həcmi nisbətən kiçik olmuşdur. Müşahidəməzdi iri həcmli (24472 diri doğulmuş uşaq) toplumun materialları istifadə olunduğuna görə ilk dəfə perinatal amillərinin neonatal qıcolma sindromunun tezliyinə təsirinin statistik dürüstlüyü sübut edilmişdir. Ən mühüm risk amillərinə aid etmək olar: ananın yaşının 35 və çox olması; anada şəkərli diabetin olması; hamiləliyin preeklampsiya və eklampsiya ilə fasadlaşması; intranatal risk amilləri fonunda doğulanlar dölün bədən kütləsinin doğulanda 2500 qramdan az olması, xüsusən
Nəticələr
1.Azərbaycan populyasiyasında neonatal qıcolmaların tezliyi 3,0±0,1‰ (95% etibarlılıq intervalı 2,8-3,2‰) səviyyəsindədir.
2.Uşaqlarda neonatal qıcolmaların tezliyini statistik dürüst çoxaldan amillərə aiddir: ananın yaşı >35 il; hestasiya diabeti; preeklampsiya və eklampsiya; intranatal amillər fonunda doğulanlar; gecikmiş (hestasiya yaşı ≥42 həftə) doğuşlar; doğulanda bədən kütləsinin
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Клинические протоколы по неонатологии. Выпуск 1. Министерство здравоохранения Киргизской Республики ЮНИСЕФ. Б., 2010. 147с.
2.Queensland Clinical Guidelines. Neonatal seizures. May, 2017. 32p.
3.Эфендиева М.З., Кулиева С.А., Гусейнова Г.Н., Мамедова Т.А. Клинико-функциональная характеристика неонатальных исходов // V.Y. Axundovun 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın tezisləri toplusu. Bakuç 2016; 162-113
4.Kang S.K. and Kadam S.D. Neonatal seizures: impact on neurodevelopmental outcomes // frontiers in Pediatrics, 2015, November, volume 3, article 101, 1-9.
5.Mwaniki M., Mathenge A., Gwer S. et al. Neonatal seizures in a rural Kenyan District hospital: aetiology, incidence and outcome of hospitalization // BMC Medicine, 2010, 8:16
6.Bateman B.T., Huybreaths K.F., Maeda A. et al. Calcium channel blocker exposure in late pregnancy and the risk neonatal seizures // obstet. Gynecol. 2015, august, 126 (2): 271-278
7.Мырзалиева Б.Д. Неонатальные судороги. Этиологические аспекты и вопросы терапии // Вестник АГИУВ, специальный выпуск, 2011, с. 24-25.
8.Adeblami O.J. Pattern of neonatal seizures in Oshogbo, South-Western Nigeria // SA Journal of child health, 2010, N2, vol. 4., 46-49
9.Aziz A., Gattoo J., Aziz M., Rasool C. Clinical and etiological profile of neonatal seizures: a tertiary care hospital based study // International journal of reserch in Medical Sciences, 2015, sep. 3(9): 2198-2203
10.Eghbalian F., Monset A., Taghdiri M. Neonatal seizures: etiology and frequency // Iran J Child neurology, 2007, feb., 39-42.
11.Стентон Г. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı