PERİORBİTAL EKZEMANIN YARANMASINDA ETİOLOJİ FAKTORLARIN DƏYƏRLƏNDİRİLMƏSİ

10-10-2018

Açar sözlər: Periorbital ekzema, allergik kontakt dermatit, atopik dermatit, allergiya, yama testi

Göz qapağı insan vücudunda ən həssas nahiyələrdəndir. Bu nahiyyəni zədələyən periorbital dermatoz (PD) sıx rast gəlinən, açıq olduğu üçün və göründüyü üçün xəstələri narahat edən xəstəlikdir (1). Gözətrafı nahiyyənin dərisində dəyişikliklərə səbəb olan bir çox xəstəlik periorbital dermatoz adı altında birləşsədə bu xəstəliklərin böyük bir hissəsini periorbital ekzema (PE) təşkil edir. Başda kontakt dermatit və atopik dermatit (AD), həmçinin seboreyalı dermatit, psoriaz, liken planus, liken simpleks kronikus, bəzi periokulyar rozasea formaları, kollagen xəstəlikləri PD-un səbəbləri arasındadır (2,3). Bu səbəbdən göz qapaqlarının dərisində dermatozların çox rast gəlinməsi heç də təsadüfi deyil (4). Bu xəstəliklərin önəmli bir bölümünü periorbital ekzema (PE) təşkil edir. Periorbital ekzema polietioloji bir xəstəlikdir. Bizim məqsədimiz  böyük bir xəstə qrupunda xəstəliyi yaradan səbəbləri dəyərlən-dirməkdir.

Apardığımız tədqiqatda 311 xəstədən ibarət qrup yaradıldı. Bu xəstələrin 218-i qadın (48,9%), 93-ü (29,9%) kişi idi. Kişi qadın nisbəti əmsal olaraq 2,3/1-dir. Yaşlar 1-76 arasında dəyişirdi. Yaş ortalaması  27,2±16,0 –dir. Müddət isə 24,6±49,9 aydır ki, ortalama 8-ay sayılır. Həmçinin 311 xəstənin 152-də (48,9%) atopik xəstəlik, 46-da izoləolunmuş atopik dermatit (AD), 47-də mukozal atopiyaya meyilli AD, 93-də (29,9%) AD var idi. Əlavə olaraq 25 nəfərdə (8,1%) atopik dəri quruluşu var idi.

311-xəstənin 158-nə yama testi (50,8%) edildi. Bu xəstələrində 52,5%-nə yama testində ən az 1 maddəyə müsbət reaksiya oldu. Yama testində ən sıx nikel sulfat ilə pozitiv reaksiya (31,7%), TSRF (10,1%), timerosal (8,1%), qoxu qarışığı (7,6%) və neomisin sulfat (8,2%) olmuşdur. Tədqiqatımızda periorbital ekzemanın səbəblərini araşdırdıqda birinci yerdə allergik kontakt dermatitlər (34,1%), 2-ci atopik dermatitlər üstünlük təşkil etdi.(21,2%). Bununda əsasını irritan kontakt dermatit təşkil edirdi.(20,6%) AKD-diaqnozu qoyulan xəstələrin 29,2 %-də kontakt həssaslıq AD zəmnində yaranmışdı ki, bunların 12-də atopik yama testində ev tozu idi. Buda aerogen PE-nin diaqnostikasının qoyulmasına səbəb olur.

PE-etiologiyasında rolu olan allergenlərin qaynağına baxdığımızda Avropa standartlı yama testi seriyasında allergenlərin yalnızca 37,1%-i müəyyənləşmiş, standart seriyaya əlavə edilən 10 maddənin istifadəsi allergiya tapılmasında 15,7% artıma səbəb olmuşdur. Xəstələrin özlərinin istifadə etdiyi məhsulların allergen kimi qiymətləndirilməsində yama testində 32,6% əlavə olmuşdur.

Tədqiqatın məqsədi  Bu araşdırmada məqsədimiz poliklinikamızda təqib edilən xəstələrimizin diaqnostikası çətinlik törədən, qarışıq və polietioloji bir dermatit forması olan PE-yə yanaşmanı müəyyən etməkdir. Əldə etdiyimiz nəticələr PE-nin diaqnostikasında standart seriya ilə yama testinin yetərliliyində, insanların öz istifadə etdiyi məhsullarla testlərin önəminə, müsbət uyumluluq olan maddələrin klinik incələnməsi, atopik prosesin PE-nin inkişafında təsirinin rolu olduğunu göstərməkdir. Əldə etdiyimiz nəticələrlə göz ətrafı ekzeması olan xəstələrdə diaqnostikada standart bir yanaşma protokolu yaratmaq hədəfimizdir.

Material və metod  Bu retrospektiv, metodoloji və məhdud araşdırma işi İstanbul Universiteti Tibb Fakültəsi Dəri-Zöhrəvi xəstəliklər kafedrasının, dəri xəstəlikləri poliklinikasında iyun 1996-avqust 2009-cu il tarixləri arasında müraciət edən və xəstəlik vərəqəsi olan 1834 “atopiya” və 3367 “kontakt ekzema” diaqnozlu ümumi 5201 xəstə sənədləri incələnərək PE mövcud olan ümumi 311 xəstə sənədləri incələnmiş, əldə edilən nəticələr SPSS for Windows XP Release 11,5 version proqramı ilə analiz edilərək ədəbiyyat məlumatları əsas götürülərək müzakirə olunmuşdur. Bu metodoloji izləmədə standart anamnez və diaqnostik metodlardan əlavə klassik qapalı yama testi başda olmaqla bir sıra dəri testləri (açıq test, ÇTAT, AYT) istifadə edilmişdir. Tənəffüs allergiyası olan xəstələrdə dərini dəlmə testi və qan serumunda IgE təyini edilmişdir. Allergoloji poliklinikasında xəstələrin xəstəlik vərəqələrinin incələnməsi nəticəsində PE –si olan 311 xəstə araşdırma qrupunun əsasını təşkil etdi. PE  diaqnozu anamnez, dermatoloji müayinə, lazım olduqda histopatoloji incələmə nəticəsində seboreyalı dermatit, psoriaz, DLE (discus lupus ertyema), dermatomiozit və s. kimi periorbital zədələnmə yarada biləcək diaqnozlar kənarlaşdırdıqdan sonra qoyuldu. Allergiya bölməsində sınaqdan keçirilmiş standart yama test seriyasının 2008-ci ilin revizyonundan əvvəl 22 allergenə əlavə olaraq, daha 10 maddəyə istifadə olundu. Beləliklə 32 maddəlik genişlədilmiş standart yama testi seriyası istifadə olundu. (cədvəl 1). Əlavə edilən 10 maddə bəyaz vazelin, etilendiamindihidroxlor, terebentin, timerosal, Euxyl® K400, diaminodifenilmetan, karbamat qarışığı, merkuriamonium xlor, TSFR ve paladyum xlordur.

Xəstənin istifadə etdiyi kosmetik məhsullarda yama testinə əlavə edildi. Göz, əl və vücud kremləri, göz farı, göz və dodaq qələmləri, makyaj təmizləmə losyonları, salfetlər, dodaq boyası, pudra, günəş qoruyucu, saç jelesi və saç köpüyüdə test edilmişdir. Qıcıqlandırıcı şübhəsi olan kosmetik məhsulları açıq test etdik. Şampun, duş geli, təraş köpüyü, saç boyası və saç kremi, sabun, parfüm və kolonya kimi duru və ya buxarlanan dəri üzərində uzun müddət qalmayan kosmetiklər 1%  nisbətində sulandırılmış halda açıq test metodu ilə test edildi. Dırnaq lakı, maskara kimi islanan qıcıqlandırıcı təsiri olan məhsullar həmçinin göz damcıları, topikal kartikosteroidlər,antibiotiklər, anfunqal preparatlarda yama testinə daxil  edilmişdir. Xəstələrdə test nəticələrinə təsir edə biləcək dərmanlar (immunsupressiv, antihistamin, non-steroid iltihabəlehinə) sorğulanmışdır. Son 4 həftə içərisində sistematik kartikosteroid istifadə edən, test bölgəsinə topikal preparat istifadə edənlər testə alınmamışdır.Eləcədə hamilələr, süd verən analarda testən kənar tutuldu. Yama testində IQ® Chamber (Chemotechnique Diagnostics) və ya Finn® Chamber (Epitest) istifadə edilərək xəstələrin çoxunda yapışqan bir selobandın 5-10 dəfə dəriyə

Сədvəl  № 1.

Genişləndirilmiş Avropa standartlı yama  testi seriyası

No

Allergen

%

Daşıyıcı

1

Potasium dikromat

0,5

Vazelin

2

p-Fenilen diamin

1

Vazelin

3

Tiuram qarışığı

1

Vazelin

4

Neomisin sulfat

20

Vazelin

5

Kobalt xlor

1

Vazelin

6

Benzokain

5

Vazelin

7

Nikel sulfat

5

Vazelin

8

Xinolin qarışığı

6

Vazelin

9

Kolofoniya

20

Vazelin

10

Paraben qarışığı

12

Vazelin

11

N-izopropil-N-fenil-p-Fenilen diamin

0,1

Vazelin

12

lanolin

30

Vazelin

13

Merkapto qarışığı

2

Vazelin

14

Epoksi qətranı

1

Vazelin

15

Peru balzamı

25

Vazelin

16

P-tert-butilfenol formaldehid qətranı

1

Vazelin

17

Merkaptobenzotiazol (MBT)

2

Vazelin

18

Diaminodifenilmetan

0,5

Vazelin

19

Qoxu qarışığı

8

Vazelin

20

Seskiterpen lakton qarışığı

0,1

Vazelin

21

Quaternium 15 (Dowicil 200)

1

Vazelin

22

Karbamat qarışığı

1

Vazelin

23

Toluen sulfonamid formaldehid qatranı

10

Vazelin

24

Vazelin

100

Vazelin

25

Etilendiamindihidroxlor

1

Vazelin

26

Merkuriamin xlor

1

Vazelin

27

Paladium xlor

1

Vazelin

28

Timerosal (mertiolat)

0,1

Vazelin

29

Metildibromoglutaronitril/fenoksietanol1Euxyl® K 400

0,52

Vazelin

30

Terebentin

10

Vazelin

31

Metilkloroizotiazolinon/ metilizotiazolinon3(MCIT/MIT) (Kathon®

0,01

Su

32

Formaldehid

1

Su

 1 Metildibromoglutaronitril/fenoksietanol 1:4;

 2Euxyl®K 400konsentrasiyası  1996– 1999 illərdə % 0,5-ikən, 1999-2006 illərdə firmaya görə % 1 ila % 1,5 arasında dəyişirdi.

 3MCIT/MIT 3:1.

yapışdırılıb çəkilməsilə dəri incələmə metodu (tape stripping) tətbiq edilmişdir. Sözlü və ya yazılı razılıq alınmaqla test maddələri 48 saat müddətdə kürək, çiyin nahiyyəsinə yapışdırılmışdır. Test plasterlərinin hərəkətliliyinin qarşısının alınması üçün üzəri “Hypafix”-lə örtülmüşdür. Qapalı yama testinin nəticələri 48 saatda bandlar uzaqlaşdırıldıqdan 30 dəq sonra 72 və 96-cı saatlarda  eləcədə 7 gün sonrasında dəyərləndirildi. Həm qapalı həmdə açıq metodlarla aparılan yama testləri ICDRG-nin kriteriyalarına görə( 5) dəyərləndirildi. Hər hansı bir maddəyə qarşı ən azı 2 ardıcıl dəyərləndirmə günündə 1 müsbət reaksiya olması halında yama testi pozitiv qəbul edildi.

Сədvəl2.

 

Reaksiya

Şərh

Test nahiyyəsində nəticələr

-

Negativ

Reaksiya yox

? +

Şüphəli pozitiv

Zəif ləkə şəklində eritema

+

1 pozitiv

Test nahiyyəsində homogen eritema və infiltrasiya, bir neçə papula

++

2 pozitiv

Eritema, infiltrasya və tək tək seçiləbilən papula, vezikula

+++

3 pozitiv

Eritema, infiltrasiya, birləşən vezikullar

İR

İrritan (qıcıqlanma) reaksiya

İritasyon lehinə nəticələr (kənar effekti, sabun effekti, pustulalar v.b.)

 

Atopik xəstəlikÖnə çıxarılan faktlar atopik xəstəlik baxımından dəqiqləşdirildi. Hanifin və Rajka kriteriyalarına görə (6) AD-nin diaqnostikası, atopik dəri qurluşu isə Diepgen ve Fartasch kriteriyalarına görə (7) müəyyən edildi. AD-diaqnozu olan xəstələrdə periorbital, üz, boyun və açıqda qalan dəri sahələrində ekzema varlığında tənəffüs allergenlərinə qarşı açıq yama testi istifadə edilmişdir. 1999-2000 illərdə D1 ve D2qarşığı olan Dermatophagoides mix (% 30 vazelində) (Chemotechnique Diagnostics) ilə,2003-2008 illər arasında isə ayrı ayrı D1 vəD2 (Stallergenes Laboratoriyası, Fransa) allergenləri ilə açıq yama testi edildi. Neqativ kontrol olaraq bəyaz vazelin istifadə edilmişdir.

Son diaqnoz

Nəticə olaraq PE –göstəriciləri bu cür təsnif edildi.

*AKD (allergik kontakt dermatit)- PE-nin səbəbi olaraq ən az 1 kontakt allergen müəyyən olunan və atopiya olmayan

*Atopiya zəmnində AKD- PE-nin səbəbi olaraq ən az 1 kontakt allergen müəyyən olunan və AD və ya atopik dəri qurluşlu xəstələr

*Periorbital AD-Kontakt allergiyası olmayan və PE –nın AD-nin bir hissəsi olaraq qəbul edilmiş AD-xəstələri

*İKD (irritant-qıcıq kontakt dermatit) –kliniki əlamətlərə görə irritan ekzema düşünülən, anamnezində qıcıqlandırıcı faktoru olan və yama testində kontakt allergiyası neqativ olan xəstələr

*Diaqnoz qoyulmadı-Araşdırma qrupunda olan 311 xəstədən yuxarıdakı kateqoriyaların heç birinə uymayan, məlum səbəblərdən yama testi edilə bilməyən (aktiv ekzema, dərman qəbulu, yay ayı), xəstəlik kağızında yetərsizlik olanlar, həmçinin bir sıra klinik və laborator müayinələrə baxmayaraq PE-nin səbəbi tapılmayan xəstələrə /diaqnoz qoyulmadı/ şərhi verildi.

Xəstə sənədləri məlumatına görə demoqrafik xüsusiyyətlər, peşə sahəsi, atopik xəstəliyin olması, lokalizasiyası, atopik dəri/dermatiti olan və olmayan xəstələrin ekzema lokalizasiyası baxımından dəyərləndirliməsi, yanaşı xəstəliklər, dəri testləri (dəri dəlmə testi, yama testi,) nəzərə alındı. Tədqiqatın statik analizləri Statistical Packages for the Social Sciences (SPSS) for Windows XP Release 11,5 version proqramından istifadə edərək aparıldı. Qarşılaşdırmalarda kappa saylarına uyğun, Kİ-kare (χ²) və Fisher-in dəqiq Ki-kare testi istifadə edildi, p<0,05 olaraq qəbul edildi.

Tədqiqatın nəticələri və müzakirə Ümumi demoqrafik xüsusiyyətlər311 xəstənin 218’i (70,1 %) qadın, 93’ü ( 29,9%) kişidir. Qadın/kişi nisbəti=2,3/1 -idi. Qadınlarda yaş aralığı 1-70 arasında olup ortalama dəyəri 28,5±15,5 yaş, orta dəyəri 25 yaş idi. Kişilərdə yaş aralığı 1-76 arasında olup ortalama dəyəri 24,3±16,9 yaş, orta dəyər 21 yaş idi. Ümumi yaş ortaq rəqəm 27,2±16,0 yaş, ortalama 23,00 idi. Uşaq sayı (<14yaş) sayı 59 (% 19) idi.

Peşə bölgüsü

Klinikamıza müraciət edən 311 xəstənin 207-si (% 66,6) işləmir. Bunlardan 22-si 7 yaş altında məktəbəqədər uşaqlar, 104 (33.4%)-ü tələbə, 8 (2.6%) təqaüdçü, 54 (17.4%) evdar xanım, 2 (0.6%) işsiz və 17 (5.5%) xəstəlik sənədlərində peşəsi haqqında yalnış məlumatlar olanlar var idi. Geridə qalan 104 xəstə (33.4%) müxtəlif peşə sahibləri idi. Bunlardan

- 17-si (5,4%) tibb sektoru (7 həkim, 1 baytar, 8 tibb bacısı, 1 əczaçı),

- 17-si (5,4%) ofis işçisi,

- 12-si (3,9%) təhsil işi (12 müəllim),

- 12-si (3,9%) işçi (2 dərzi işçisi, 1ayaqqabı təmirçisi, 2 saç ustası, 7 işçi),

- 46-sı (14,8%) digər peşə sahibləri

Atopik xəstəlik olması311 xəstənin 152-də 48,9% atopik xəstəlik müəyyən edildi. 46 faktda izoləolunmuş AD, 47 mukozal atopiya müşahidə olunan və 93 (29.9%) faktda AD müəyyən olundu. 34 faktda (10,9%) təmiz mukozal atopiya, 15 faktda isə (3,2%) mukozal atopiyalı atopik dəri qurluşu müəyyən edildi.

Lokalizasiya311 xəstənin 145-(46.6%) də izolə periorbital lokalizasiya var idi. 72 xəstədə (23,1%) PE zədələnməsi gövdə və alt üst ekstrimit zədələnməsi, 60 xəstədə (19,3%) baş boyun zədələri (üzün digər nahiyyələri, ənsə, boyun, qulaq) ,21 xəstədə (6,8%) əl qol zədələri, 13 xəstədə isə baş boyun zədələri var idi. Ümumi 145 xəstədə bir nahiyyə, 81 xəstədə 2 nahiyyə, 85 xəstədə 2-dən çox nahiyyə zədələnməsi müşahidə olundu. 311 –xəstənin 5-də tək göz qapağı, digərlərində iki göz qapağında simmetrik proses var idi. Bunların 3-də ağır alt göz qapağı, 1-də üst göz qapağında proses var idi.

Atopik dəri və atopik dermatiti olan və olmayan xəstələrdə ekzema lokalizasiyasının qarşılaşdırılmasıAD və ya atopik dərisi olan məlumatlarda “atopik dəri/dermatit var”, digər məlumatlarda isə (atopiyası olmayan və ya sadəcə mukozal atopiyası olan) “atopik dəri/dermatit yox” başlıqları altında dəğərləndirildi. Atopik dəri/dermatiti olmayanlarda izole PE-nin sıxlığı (n=124,% 63,6) statistik olaraq çox idi.(p˂0,001). Atopik dəri/dermatit varlığında isə PE-yə digər lokalizasiyalarda ekzema probleminin yanaşı getməsi diqqət çəkici idi. Atopik dəri/dermatiti olan və PE-yə digər lokalizasiyalarda ekzemanın yanaşı olması 95 faktın 52-sində (54,7 %) zədələnmələr AD üçün tipik fleksural (diz arxası, dirsək içtərəfi) yayılma görülməkdə idi.

Yanaşı gedən xəstəliklər:Yeddi xəstədə PE- şikayətlərinə yanaşı olaraq göz xəstəlikləridə var idi. 6 xəstədə qlaukoma, 1 xəstədə blefarokonyuktivit var idi. Xəstələrdən birində periorbital selulit var idi ki, topikal Neosporin dərmanının istifadəsinə görə allergik kontakt dermatit yaranmışdı. Ümumi 37 xəstədə anamnezlərində lokal göz damcıları istifadəsi var idi. Göz damcılarının rolu ədəbiyyatdada öz əksini tapmışdır. (8) Feser və komandası göz dərmanlarının PE-ni yaranmasında rolu ilə bağlı araşdırmada bunu sübuta yetirmişlər. (1)

Tədqiqatda ən çox allergik kontakt dermatit (AKD) xəstələrindən ibarət bir qrup idi. Tədqiqatımızda ən çox AKD- diaqnozu qoyulmuş xəstələrdə PE-nin diaqnostikasında yama testinin əhəmiyyətidə ortaya çıxır. Həmçinin xəstəlik qadınlarda və atopik dəri/dermatit olanlar da daha çox risk faktoru sayılır. Bir çox tədqiqatlardada qadın cinsin xəstəliyin yaranmasında rolunu göstərməkdədir. (9,10) Bu da qadınların daha çox kosmetik vasitələr istifadəsinə görə izah olunur. (11) Bizim tədqiqatımızda yama testinin nəticəsinə görə ilk yerdə duran allergenlər nikel sulfat, TSRF(toluene sulfonamide formaldehyde resin), qoxu allergiyası, timerosalin ədəbiyyatda öz əksini tapmışdır. (12,9,13,10). Həmçinin TSRF (14) tədqiqatımızda 10,1 % göstərici ilə ikinci (n=16) ən çox rast gəlinən allergen sayıldı. Bu maddə dırnaq boyalarında əsas maddədir. (15) Dırnaq boyası allergiyası Miller və Taussing tərəfindəndə araşdırma etmişdir.(16,17)

Atopiya baxımından araşdırmamızda xəstələrin demək olar yarısı atopiyalı xəstələr idi. (48.9%, (18) .PE-nin yaranmasında atopiyanın rolu ədəbiyyatda göstərilir (1,9). Açıq sahələrdə ekzema zədələnməsi olan xəstələr kontak allergen kimi ev tozununda ola biləcəyi unudulmamalıdır ki burda açıq yama testi çox əhəmiyyətlidir. Nəticə olaraq PE-xəstələrində diaqnostikasında ətraflı anamnez, ekzemanın lokalizasiyası, geniş profildə yama testi, xəstənin istifadə etdiyi dərmanlar, kosmetik məhsullar, evdə hər hansı allergenlərin olması araşdırılmalı və yama testinin də diaqnostikada əhəmiyyətli rolu olduğu diqqətdə saxlanmalıdır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Feser A., Plaza T., Vogelsang L., Mahler V. Periorbital dermatitis- a recalcitrant disease: causes and differential diagnoses, Br J Dermatol-British Journal of Dermatology (2008): Sep, 159 (4), 858-863

2. Menné T., Lepoittevin J.P., Frosch P.J. Regional Contact Dermatitis: Eyelids.İn: Contact Dermatitis 4th edition,chapter 6, Germany, Springer, (2006): 66-70

3. Howard I. Maibach, Engasser P., Ostler B. Upper eyelid dermatosis syndrome, Dermatologic Clinics July, (1992): 10 (3), 549-54

4. Svensson A., Möller H. Eyelid dermatitis: the role of atopy and contact allergy, Contact dermatitis Sep, (1986): 15 (3), 178-182

5. Ayala F., Fabbrocini G., Bacchilega R.(eds). Eyelid dermatitis: an evaluation of 447 patients, Am J Contact Dermat June, (2003): 14 (2), 69-74

6. Hanifin J.M., Rajka G. Diagnostic features of atopic dermatitis, Acta Derm Venereol (1980): 92, 44-47

7. Diepgen T.L, Fartasch M., Hornstein O.P. Kriterien zur Beurteilung der atopischen Ekzems im Kindersalter, Z Hautkr (1993): 68, 155-58

8. Rein D.B., Zhang P., Wirth K.E. The economic burden of major adult visual disorders in the United States, Arch Ophthalmol, (2006): 124, 1754-60

9. Guin, J.D. Eyelid dermatitis: A report of 215 petients, Contact dermatitis Feb, (2004): 50 (2), 87-90

10. Temesvari E., Ponyai G., NemethI., et al. Periocular dermatitis: a report of 401 patients, J Eur Acad Dermatol Venereol, Feb, (2009):  23 (2), 124-8

11. Cooper S.M., Shaw S. Eyelid dermatitis: an evaluation of 232 patch test patients over 5 years, Contact Dermatitis May, (2000): 42 (5), 291-293

12. GoossensA. Contact allergic reactions on the eyes and eyelids,Bull Soc Belge Ophtalmol (2004): (292), 11-17

13. Pascher F. Adverse reactions to eye area cosmetics and their management, J Soc Cosmet Chem, (1982): 33, 249

14. Amin K.A., Belsito D.V. The aetiology of eyelid dermatitis: a 10-year retrospective analysis, Contact Dermatitis Nov, (2006): 55 (5), 280-85

15. SimonF.A. Nail polish eczema, South Med, (1943): 36, 157-9

16. Aksakal A., Burhan A. Kozmetoloji ve Tırnaklar. Yazan Y. Kozmetik Bilimi. İstanbul. Nobel Tıp Kitabevleri, (2004): 1-31

17. Miller H.E., Taussig L.R. Cosmetics, JAMA, (1925): Jun 84 (26), 1999-2002

18. Geier J., Uter W., Lessmann H., Schnuch A. The positivity ratio-another parameter to assess the diagnostic quality of a patch test preparation, Contact Dermatitis, May, (2003): 48 (5), 280-2


Müəlliflər:
L.Ə. Mirzoyeva

Digər jurnal və qəzetlər