PEŞƏKAR İDMANÇILARA STOMATOLOJİ YARDIMIN OPTİMALLAŞDIRILMASI
13-10-2018
Peşəkar idmanla məşqul olan şəxslər tez tez fiziki və emosional gərginliklərə məruz qalırlar ki, bunlar da orqanizmin müxtılif orqanlarında, məsələn, ağız boşluğu və parodont toxumalarında patoloji dəyişiklərin, xəstəliklərin meydana çıxmasında mühüm rol oynayan ümumi orqanizmin mübadilə proseslərinin xarakteri, neyroendokrin tənzim, immunoloji reaktivlik, yerli qan döranını, orqan və sistemlərinin neqativ dəyişikliklər kimi endogen amillər fonunda onların beynalxalq yarışlar zamanı bir sıra arzuolunmaz problemlər meydana cıxır. Peşəkar idmançılar professional idmanla məşqul olmayan və adi həyat tərzi keçirən şəxslərdən fərqli olaraq qarşıda duran məqsəd və vəzifələri həll etmək üçün orqanizmə kumulativ təsir göstərirlər, yəni çox kiçik patoloji dəyişikliklər sonda üst –üstə gələrək, son ciddi fəsadlara gətirib çıxara bilən psixo-emosional stressə də məruz qalırlar. Aparılan bir sıra tədqiqatların nəticələrinə əsasən peşəkar idmanla məşğul olan insanların orqanizmlərində intensiv məşqlər fonunda baş verən yüklənmə və yorulma prosesi onların funksional və fizioloji parametrlərində ciddi dəyişikliklərə gətirib çıxarır (1,2,3). Praktikada geniş istifadə olunan stastistik və stomatoloji indeksləşmə metodları ilə aparılan elmi işləmələrin nəticələrinə əsasən ağır məşqlər və yarışqabagı ümumi orqanizm səviyyəsində baş verən proseslər əksər hallarda özünü ağız boşluğu toxumalarinda da biruzə verməkdədir (4,5,6,7). Bu baximdan professional idmançılar arasında yüksək fiziki gərginlik nəticəsində yaranan hətta kiçik bir xəstəlik əlaməti belə vaxtında öyrənilməli və onların müxtəlif növ ixtisaslı stomatoloji yardıma ehtiyac dərəcəsinin öyrənilməsi, dispanserizasiya uyğun müalicə tədbirlərinin vaxtında icra edilməsi çox mühüm və təxirasalınmaz məsələlərdən biridir. Beləlklə, qeyd olunan əhali kontinqentdə meydana çıxan patologiyaların müxtəlif ixtisaslı həkimlər tərəfindən və müxtəlif müayinə üsulları əlaqəli şəkildə öyrənilməsi, idmançılar arasında xəstəliklərin yayilması və onların heyat keyfiyyəti ilə yanaşı əmək qabiliyyətlərinə təsirinin tam öyrənilməsi məsələləri aktual olaraq qalmaqdadır.
Işin məqsədi: Peşəkar idmançılar arasinda müalicə və profilaktika tədbirlərinin effektivliyinin yüksəldilməsi
Tədqiqatin material və metodlariTədqiqatın məqsəd və planına uyğun olaraq müxtəlif tərkibli kappa qoruyucuların istifadəsi zamanı onların ətraf yumşaq toxumalara təsirini müəyyən etmək məqsədi ilə adi dovşanlar üzərində eksperiment modeli yaradılmışdır. Baş verən dəyişikliklərə müqayisəli şəkildə 30 və 90 gün müddətində histoloji müayinələrin köməkliyi ilə nəzarət edillmişdir. Təcrübə məqsədi ilə 30 ədəd 2,6-3,2 kg ağırlıqda və 1-2 yaşında adi dovşanlar seçilmişdir. Dovşanlarda hər hansı bir somatik xəstəliyin olmamasına diqqət yetirilmişdir. Hər bir təcrübə heyvanının hər iki aşağı ətrafında eksperimental model yaradılaraq ümumilikdə 60 eksperimental model əldə edilmişdır. Bunun üçün ilk növbədə aşağı ətrafların əməliyyat icra olunacaq hissəsində dəri tüklərdən təmizlənmişdir. Ağrısızlaşdırma məqsədi ilə əməliyyat sahəsi 1,0 %`li novokain məhlulu tətbiq edilərək blokadaya alınmışdır. Ağrısızlaşdırma aparıldıqdan sonra dəri sadə insiziya ilə dərialtı toxuma görünənə qədər açılmışdır. Dəri kiçik bir sahədə küt üsulla aralanaraq dərialtı toxumada kiçik bir boşluq yaradılmışdır. Həmin boşluğa təcrübə üçün seçilmiş və əvvəldən hazırlanmış müxtəlif tərkibli kappa qoruyuculardan ibarət, 1.0-1.5 sm diametrdə yad hissəcik yerləşdirilmişdir. Həmin hissəciyin ətraf toxumlara bərkidilməsi üçün əlavə tikiş və ya digər vasitələr istifadə edilməmişdir. Beləliklə də ətraf toxumaların yalnız kappa qoruyucunun təsirinə məruz qalması təmin edilmiş, həmçinin əlavə vasitələrin ikincili dəyişiklik yaratmasının və histoloji görüntünü dəyişməsinin qarşısı alınmışdır. Hissəcik yerləşdirildikdən sonra dəri sintetik tikiş materialı ilə fasiləli tikiş tətbiq edilərək tikilmişdir. Cərrahi yara hər gün 70%-li spirt və 5%-li lyuqol məhlulu ilə təmizlənmişdir. Tikişlər 5-7 gün sonra çıxarılmışdır. Bütün təcrübə heyvanlarında cərrahi yara heç bir ağırlaşma olmadan birincili sağalmışdır.
Hər bir təcrübə heyvanında bir ətrafda təcrübə modeli 30 gün, digər ətrafda isə 90 gün müddətində saxlanılmışdır. Təcrübə müddəti bitdikdən sonra kappa qoruyucudan ibarət hissəcik dəri və dərialtı toxumalar ilə birlikdə eksizyon tədbiq edilərək çıxarılmışdır. Bunun üçün yenə ağrısızlaşdırma məqsədi ilə əməliyyat sahəsi 1,0 %`li novokain məhlulu tətbiq edilərək blokadaya alınmışdır. Sadə insizyon ilə əməliyyat çapığının ətrafından dəridə elips şəklində kəsik aparılmışdır. Həmin kəsik dərialtı toxumaya qədər dərinləşdirilmişdir və beləliklə dəri və dərialtı toxuma kappa qoruyucudan ibarət hissəcik ilə birlikdə konus şəklində çıxarılmışdır. Dəri və dərialtı toxuma çıxarıldıqdan sonra yara kənarları yaxınlaşdırılaraq cərrahi tikiş ilə tikilmişdir. İlk əməliyyatda olduğu kimi burada da dəri sintetik tikiş materialı ilə fasiləli tikiş tətbiq edilərək tikilmişdir. Cərrahi yaranın təmizlənməsi üçün hər gün 70%-li spirt və 5%-li lyuqol məhlulu istifadə edilmişdir. Tikişlər 5-7 gün sonra çıxarılmışdır. Bütün təcrübə heyvanlarında cərrahi yara heç bir ağırlaşma olmadan birincili sağalmışdır.Təcrübə müddətində tələf olan və ya hər hansı bir digər səbəbdən təcrübədən kənarlaşdırılan heyvan olmamışdır.
Təcrübəyə cəlb edilən dovşanlar kappa qoruyucunun tərkibindən asılı olaraq hər birində 10 dovşan olan 3 qrupa bölünmüşdür: I qrup (I nəzarət qrupu) – hər iki aşağı ətrafında dərialtına termoplast tərkibli hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir; II qrup (II nəzarət qrupu) – hər iki aşağı ətrafında dərialtına silikon tərkibli hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir; III qrup (əsas qrupu) – hər iki aşağı ətrafında dərialtına poliuretan tərkibli (ticari adı valplast®) hissəcik yerləşdirilən 10 dovşandan ibarətdir.
Tədqiqatin nəticələriAparılan histoloji müayinələrin nəticələri hər bir parametr üçün ayrılıqda təhlil edilmişdir. Bütün qruplarda biopsiya nümunələrində əsasən kappa qoruyucu materiallarının bilavasitə ətrafındakı toxumalarda dəyişikliklər görünmüşdür. Kappa qoruyucu materiallarından daha uzaq sahələrdə dəyişikliklər azlıq təşkil etmişdir. Eyni zamanda termoplast tətbiq edilən qrupa aid nümunələrdə daha ağır dəyişikliklər, silikon və poliuretan tərkibli qoruyucu tətbiq edilən qrupa aid nümunələrdə isə minimal dəyişikliklər qeydə alınmışdır. Ayrı ayrı parametrlərin müxtəlif qruplarda həftələr üzrə dinamik dəyişiklikləri aşağıda cədvəllər şəklində göstərilmişdir və təhlil edilmişdir.
Otuzuncu gündə alınan nümunələrdə limfosit infiltrasiyası daha çox termoplast tətbiq edilən I qrupda qeydə alınmışdır (şəkil 1). Belə ki, burada bütün nümunələrdə materialın ətrafında bu və ya digər dərəcədə limfosit infiltrasiyası görünmüşdür. Bir neçə nümunədə sərbəst yerləşmiş limfositlərlə yanaşı qruplar şəklində limfosit yığımları qeydə alınmışdır. Limfositlərin daha çox damarətrafı sahələrə toplandığı müəyyən edilmişdir. Daha az dəyişikliklər silikon maddə tərkibli qoruyucu tətbiq edilən II qrupda görünmüşdür. Bu qrupda da yenə demək olar ki, bütün nümunələrdə limfosit infiltrasiyası görünmüş, lakin limfositlərin aqreqat əmələ gətirməsi daha az qeydə alınmışdır. Ən seyrək limfosit infiltrasiyası isə poliuretan tərkibli qoruyucu maddə istifadə edilən III qrupda qeydə alınmışdır. Bu qrupa aid nümunələrdə limfositlər seyrək infiltrasiya şəklində olub limfoid aqreqatlar görünməmişdir.
Təcrübənin 90-cı günündə göstəricilər bütün qruplarda azalmışdır. Lakin müxtəlif qruplarda limfosit infiltrasiyasının bir birinə nisbəti demək olar ki eyni qalmışdır. Belə ki, termoplast tətbiq edilən qrupa aid nümunələrin əksəriyyətində zəif və orta dərəcəli limfosit infiltrasiyası izlənmişdir. Silikon və poliuretan tərkibli qoruyucuların istifadə edildiyi qruplarda isə limfositlər seyrək infiltrasiya şəklində yalnız bir neçə nümunədə müəyyən edilmişdir.
Şəkil 1.Termoplast tətbiq edilən qrupda yumşaq toxumalarda fibroz fonunda çox sayda limfosit infiltrasiyası, təcrübənin 30-cu günü (boyaq: hematoksilin-eozin, böyütmə: х100).
Müxtəlif qruplar arasında göstəricilərin orta həddi müqayisə edildiyi zaman məlum olmuşdur ki, təcrübənin 30-cu günü I və III qrupun göstəriciləri arasında orta dərəcəli statistik dürüst fərq mövcuddur (p=0,009). Təcrübənin 90-cı günü isə yenə eyni qruplar arasında zəif dərəcəli statistik dürüst fərq müəyyən edilmişdir (p=0,045). Buradan görünür ki, kappa qoruyucu maddə ətrafında limfosit infiltrasiyası poliuretan tətbiq edilən heyvanlarda termoplast tətbiq edilən heyvanlara nisbətən statistik dürüst fərqlə daha az olmuşdur. Digər qruplar arasında aparılan müqayisəli təhlil zamanı statistik dürüst fərq aşkarlanmamışdır.
Təcrübə müddətində müxtəlif qruplarda limfosit infiltrasiyasının intensivliyi cədvəl 1-də göstərilmişdir.
Сədvəl № 1.
Limfosit infiltrasiyasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.
Qruplar Təcrübə müddəti |
I |
II |
III |
30 gün |
2,3±0,674 |
1,6±0,843 |
1,4±0,699 |
90 gün |
0,9±0,737 |
0,5±0,707 |
0,3±0,483 |
I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup. Limfositlərə plazma hüceyrələrinin müşayət etməsi təcrübənin 30-cu günü qrupların bütün nümunələrində görünmüşdür. Limfositlərlə müqayisə etdiyimiz zaman plazma hüceyrələri silikon və poliuretan tətbiq edilən qruplarda limfositlərdən çox, termoplast tətbiq edilən qruplarda isə limfositlərdən az miqdarda görünmüşdür. Ən çox plazma hüceyrə infiltrasiyası silikon maddə tərkibli qoruyucu istifadə edilən qrupda müəyyən edilmişdir. Burada nümunələrin hamısında müxtəlif intensivlikdə, əsasən damarətrafı sahələrdə plazma hüceyrə toplantıları görünmüşdür (şəkil 2).
Daha az plazma hüceyrə infiltrasiyası termoplast tətbiq edilən qrupda müəyyən edilmişdir. Poliuretan tərkibli qoruyucu tətbiq edilən qrupda isə plazma hüceyrə infiltrasiyası ən az həddə qeydə alınmışdır. Təcrübənin 90-cı günü nümunələrdə plazma hüceyrələr seyrəlmişdir.
Bu dövrdə alınan nümunələrdə ən intensiv plazma hüceyrə infiltrasiyası termoplast tətbiq edilən qrupda, daha az silikon tətbiq edilən qrupda, ən az poliuretan maddə istifadə olunan qrupda qeydə alınmışdır. Limfositlər ilə müqayisə etdiyimiz zaman təcrübənin 90-cı günü plazma hüceyrələrinin limfositlərdən daha çox olduğu görülmüşdür. Limfositlərdən fərqli olaraq plazma hüceyrələri əsasən histiosit və giqant çoxnüvəli hüceyrələr ilə birlikdə qarışıq iltihab populyasiyası təşkil etmişdir. Gördüyümüz kimi təcrübə müddətində nümunələrdə limfositlərin miqdarı ilə plazma hüceyrələrin miqdarı sinxron şəkildə dəyişməmişdir. Təcrübə müddətində həm qruplar arasında, həm də dinamik olaraq limfosit və plazma hüceyrələrin bir-birinə nisbəti qeyri-müəyyən şəkildə dəyişmişdir.
Şəkil 2. Silikon maddə tətbiq edilən qrupda yumşaq toxumalarda fibroz fonunda çox sayda limfosit, histiosit və plazma hüceyrə infiltrasiyası, təcrübənin 30-cu günü (boyaq: hematoksilin-eozin, böyütmə: х100).
Müxtəlif qruplarda plazma hüceyrə infiltrasiyasının orta göstəriciləri arasında aparılan müqayisəli təhlil zamanı hər hansı bir statistik dürüst fərq aşkarlanmamışdır.
Təcrübə müddətində müxtəlif qruplarda plazma hüceyrə infiltrasiyasının intensivliyi cədvəl 2-də göstərilmişdir.
Сədvəl № 2.
Plazma hüceyrə infiltrasiyasının təcrübənin 30 və 90-cı günündə müxtəlif qruplardakı intensivliyi.
Qruplar Təcrübə müddəti |
I |
II |
III |
30 gün |
1,7±0,823 |
1,9±0,737 |
1,5±0,707 |
90 gün |
1,1±0,567 |
0,7±0,483 |
0,6±0,516 |
I – termoplast tərkibli qoruyucu maddə tətbiq edilən qrup; II – silikon tərkibli qoruyucu maddə tətbiq edilən qrup; III – poliuretan tərkibli qoruyucu maddə (valplast®) tətbiq edilən qrup.
İltihab hüceyrələrinin populya-siyasında neytrofillər təcrübə müddə-tində çox az miqdarda qeydə alınma-mışdır. Neytrofil infiltrasiyası əsasən təcrübənin 30-cu günündə nümunə-lərin bir neçəsində zəif dərəcədə görünmüşdür. Bütün qruplarda demək olar ki, eyni miqdarda neytrofil infiltrasiyası müəyyən edilmişdir. Neytrofillər kappa qoruyucunun bilavasitə ətrafında, qranulomaların içində, damar yaxınlığında və bir neçə nümunədə damar divarında qeydə alınmışdır. Təcrübənin 90-cı günü neytrofillər sporadik olaraq sadəcə termoplast və poliuretan tətbiq edilən qruplarda görünmüşdür. Silikon tətbiq edilən təcrübə qrupunda isə heç bir nümunədə neytrofillərə rast gəlinməmişdir. İltihabın kəskin dövrü üçün xarakterik olan neytrofil infiltrasiyasının bütün qruplarda zəif həddə qeydə alınmasının ən əsas səbəbi təcrübə modelinin tam steril şəraitdə yaradılmasıdır. İlk həftədə zəif dərəcədə də olsa neytrofil infiltrasiyasının görülməsini təcrübə modelinin yaradıldığı zaman baş verən toxuma zədələnməsi ilə əlaqələndirmək mümkündür. Sonuncu həftədə isə yenə sporadik olaraq bu göstəricinin qeydə alınmasını isə eksperiment nahiyyəsinin mexaniki zədələnməsi ilə açıqlamaq mümkündür. Müxtəlif qruplarda neytrofil infiltrasiyasının orta göstəriciləri arasında aparılan müqayisəli təhlil zamanı hər hansı bir statistik dürüst fərq aşkarlanmamışdır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Андреев В. В. Индивидуальные особенности психологической защиты личности в спортивной деятельности : автореф. дис. … канд. психол. наук : 13.00.04 / Андреев Владимир Витальевич. – Санкт-Петербург, 2006. – 21 с.
2.Антонова И. Н. Исаева Е. Р. Механизмы психологической адаптации спортсменов и их взаимосвязь с воспалительными заболеваниями пародонта / // Ученые записки университета им. П. Ф. Лесгафта. – 2009. – № 4. – С. 45–51.
3.Гладков В. Н. Некоторые особенности заболеваний, травм, перенапряжений и их профилактика в спорте высших достижений /– Москва : Сов. спорт, 2007. – 152 с.
4.Голокова В. С. Критерии адаптации и дезадаптации молодых спортсменов-единоборцев Республики Саха (Якутия) : автореф. дис. … канд. мед. наук : 14.03.03 /. – Якутск, 2011. – 25 с.
5.Soares P. V., AB Tolentino, VLG Faria et al.Sports dentistry: a perspective for the future // Rev. Bras. Educ. Fis. Esporte. – 2014. – Vol. 28, N 2. – P. 351–358.
6.Gaini F., G Passalacqua, G Senna et al . Sport, immune system and respiratory infections // Eur. Ann. Allergy Clin. Immunol. – 2003. – Vol. 35, N 2. – P. 41–46.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı