MİKROORQANİZMLƏRLƏ ASSOSASİYALAR ZAMANI BAKTERİAL UROGENİTAL İNFEKSİYALI XƏSTƏLƏRDƏ MÜXTƏLİF MİKROORQANİZM KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
18-05-2018
1894-cü ildə Doderleyn normal vaginal mikrofloranın tərkibində Laktobasillərin mövcudluğunu aşkar etmişdir. Laktobasillər süd turşusu əmələ gətirərək vaginanın mühitinin turş olmasına və bu yolla digər mikroorqanizmlərin inkişafını inhibə etməklə ekoloji mühitdə özlərinin üstünlük əldə etmələrini təmin edirlər. 1914-cü ildə Curtis anaerob koklarla vaginal axıntı arasında əlaqənin olduğunu qeyd etmişdir. Bundan başqa, o, anaerob mikroorqanizmlərin yalnızca anormal vaginal axıntıya səbəb olmadığını, həmçinin doğuşdan sonra meydana gələn endometritin meydana gəlməsində rol oynayan bakterial kompleksin tərkibində də iştirak etdiyini aşkar etmişdir [2]. 1921-ci ildə Şreder Qram boyama üsulundan istifadə edərək, qeyri-patogen (Laktobasillərdən ibarət) və patogen vaginal mikrofloranı (Bakterial vaginoz) katoqorizə etmişdir. 1950-ci ildə Vyuver və əməkdaşları Bacteriodes növləri ilə bakterial vaginoz arasında əlaqə olduğunu və bu sindrom zamanı Laktobasillərin olmadığını qeyd etmişdir [5]. 1955-ci ildə Gardner və Dukes “yeni” mikroorqanizm Haemophilus vaginalis aşkar etmişdirlər və onlar bu mikroorqanizmnin vaginitə səbəb olduğunu inanmışlar [4]. Onlar həmçinin müasir dövrümüzdə xəstəliyin diaqnozunun əsasını təşkil edən kliniki əlamətləri də təsvir etmişlər. Onlara görə, vaginal axıntı bozumtul homogen görünüşdə olub, pH göstəricisi 5,5-6 arasında tərəddüd edir, pis qoxuya malikdir, tərkibində Laktobasillər olduqca azdır və “yumaqlı” hüceyrələr mövcuddur [1]. Gardner və Dukesin kəşfləri xəstəliyin kliniki xüsusiyyətlərinin müəyyənləşdirilməsi və H.vaginalis mikroorqa-nizminin sindromla əlaqəsini aşkar etmək üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, hal-hazırda bakterial vaginozun meydana gəlməsində müxtəlif anaerob mikroorqanizmlərin də rolu olduğu aşkar edilmişdir [2, 8]. Əvvəllər bəzi mikroorqanizmlərin təsnifatında qarışıqlıq var idi, belə ki, məsələn, H.vaginalis ilk əvvəl Corynebacterium kimi təsnif edilsə də, sonradan Haemophilus kimi təsnif edilmişdir [6]. Bu mikroorqanizmin ayrı növ kimi təsnifatı üçün DNT homologiyası tədqiqatları aparılmalı olmuş və bu tədqiqatlar Dr. Gardner şərəfinə G.vaginalis adlandırılmışdır. 70-ci illərdə anaerob mikrobiologiyada olan inkişaf bu xəstəliyin baş verməsində bir sıra anaerob mikroorqanizmlərin, o cümlədən də G.vaginalis mikroorqanizminin rolunu təsdiqləmişdir [7].
Tədqiqatın məqsədi: Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində müxtəlif mikroorqanizm növlərinin kəmiyyət və keyfiyyətcə müqayisəli öyrənilməsi.
Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən Gəncə şəhər Qadın məsləhətxanasına müraciət etmiş 39 nəfər U.urealyticim, U.parvum, M.hominis, G.vaginalis, A.vaginae, C.albicans kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (həm xroniki residivləşən genital kandidozlu, həm də bakterial vaginozlu-xəstələr-qrup-2), 29 nəfər U.urealyticim, U.parvum, M.hominis, G.vaginalis, A.vaginae kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (residivləşmiş bakterial vaginoz-qrup-3), 20 nəfər U.urealyticim, U.parvum, M.hominis, C.albicans kimi opportunist mikroorqanizmlərlə assosasiya olunmuş urogenital infeksiyadan (xroniki residivləşən genital kandidomikoz-qrup-4) əziyyət çəkən qruplar və 22 nəfər adı çəkilən tibb müəsisəsinə müraciət etmiş sağlam qadınların (Nəzarət qrupu-qrup-1) vaginal maye nümunələrində S.epidermidis, S.aureus, E.coli, Enterokoklar, S.saprophyticus və C.albicans mikroorqanizmlərinin rast gəlinməsi və koloniya əmələgətirmə qabiliyyəti uyğun olaraq, say və %-lə, KƏV-lə müəyyənləşdirilmişdir. Həm xəstələr qruplarına həm də nəzarət qrupuna qadınlar 30-35 yaş intervalında götürülmüşdür. Yaş intervalının belə dar götürməyimizin səbəbi yaş amilinin tədqiqatın nəticələrinə təsirlərini minimuma endirməkdir. Mikrobioloji müayinələr adı çəkilən tibb müəsisəsinin nəzdində fəaliyyət göstərən laboratoriyada icra edilmişdir. Əldə edilmiş ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir. Qeyd edək ki, tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi kompüter proqramı ilə aparılmışdır.
Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində müxtəlif mikroorqanizm növlərinin kəmiyyət göstəricilərinin tədqiqi zamanı həm xroniki residivləşən genital kandidoz, həm də bakterial vaginozdan əziyyət çəkən 39 nəfərlik qadınlar qrupunda S.epidermidis növünə 15 maye nümunəsində rast gəlinmişdir ki, bu da bu qrupun 38,5%-ni əhatə etmişdir. Bu qrupda S.aureus növünün rast gəlinməsi isə 8 nəfərdə olmaqla qrupun 20,5%-ni təşkil etmişdir. Bu qrupda nəzərdə tutulan digər mikroorqanizmlərin rast gəlinməsinə gəldikdə isə E.coli, Enterokoklar, S.saprophyticus və C.albicans növlərinin rast gəlinmələri müvafiq olaraq, 12, 3, 3 və 27 nümunədə olmaqla, uyğun olaraq, 30,8%, 7,69%, 7,69% və 69,23% təşkil etmişdir (cədvəl 1).
Residivləşən bakterial vaginozdan əziyyət çəkən 29 nəfər qadından təşkil etdiyimiz qrupdan götürülmüş vaginal maye nümunələrindən 10-unda S.epidermidis növlərinə rast gəlinmişdir ki, bu da bu qrup üzrə 34,5% təşkil edir. Bu qrupda S.aureus növlərinin rast gəlinməsi 6 nümunədə olmaqla qrupun 20,7%-ni əhatə etmişdir. E.coli mikroorqanizminə 8 vaginal maye nümunəsində rast gəlinmişdir və bu 27,59% təşkil etmişdir. Enterokoklar və S.saprophyticus növlərinə isə hər birinə 2 nümunədə rast gəlinməklə qrup üzrə ayrı-ayrılıqda 6,9% təşkil etmişdir. Bu qrupda C.albicans növünə bu qrupda rast gəlinməmişdir.
Xroniki residivləşən genital kandidoz diaqnozu qoyulmuş 20 nəfər qadından təşkil etdiyimiz qrupdan əldə etdiyimiz vaginal maye nümunələrindən 6-sında S.epidermidis növünə rast gəlinmişdir və bu qrup üzrə 30% hesablanmışdır. Bu qrupdan götürülmüş vaginal maye nümunələrindən 4-ündə S.aureus növünə rast gəlinmişdir ki, bu da qrup üzrə 20% təşkil edir. E.coli növünün rast gəlinməsi 20 vaginal maye nümunəsindən 7-sində olmuşdur ki, bu da qrup üzrə 35% hesablanmışdır. Enterokoklar və S.saprophyticus növlərinin rast gəlinmələri isə hər biri 1 nümunələrdə olmaqla qrup üzrə 5% təşkil olmuşdur. Bu qrupda C.albicans növünün rast gəlinməsi isə 2 nümunədə olmaqla qrup üzrə 10% təşkil etmişdir.
Сədvəl № 1.
Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal mayelərində müxtəlif mikroorqanizm növlərinin rast gəlinməsi.
Mikroorqanizmlər |
Göstərici-lər |
Nəzarət n = 22 |
Genital mikst infeksiyalı qadınlar |
||
xroniki residivləşən genital kandi-doz+residivləşən bakterial vaginoz n=39 |
residivləşən bakterial vaginoz n=29 |
xroniki residivləşən genital kandidoz n=20 |
|||
S. epidermidis |
Sayla |
5 |
15 |
10 |
6 |
%-lə |
22,7 |
38,5 |
34,5 |
30,0 |
|
р |
|
> 0,05 |
> 0,05 |
> 0,05 |
|
S. aureus |
Sayla |
0 |
8 |
6 |
4 |
%-lə |
0,0 |
20,5 |
20,7 |
20,0 |
|
р |
|
<0,05 |
<0,05 |
<0,05 |
|
E. coli |
Sayla |
0 |
12 |
8 |
7 |
%-lə |
0,0 |
30,8 |
27,59 |
35,00 |
|
р |
|
<0,01 |
<0,01 |
<0,01 |
|
Enterococcus spp. |
Sayla |
1 |
3 |
2 |
1 |
%-lə |
4,55 |
7,69 |
6,90 |
5,00 |
|
р |
|
> 0,05 |
> 0,05 |
> 0,05 |
|
S.saprophyticus |
Sayla |
1 |
3 |
2 |
1 |
%-lə |
4,55 |
7,69 |
6,90 |
5,00 |
|
р |
|
> 0,05 |
> 0,05 |
> 0,05 |
|
Candida albicans |
Sayla |
0 |
27 |
0 |
2 |
%-lə |
0,00 |
69,23 |
0,00 |
10,0 |
|
р |
|
<0,001 |
- |
- |
Qeyd: p –nəzarət qrupuna görə statistik dürüstlük.
Nəzarət qrupu məqsədilə təşkil etdiyimiz 22 nəfərdən ibarət profilaktik məqsədlə ginekoloji müayinədən keçmək üçün qadın məsləhətxanasına müraciət etmiş qadınlardan götürülmüş vaginal maye nümunələrindən 5-ində yaxud qrup üzrə 22,7% hallarda S.epidermidis mikroorqanizminə rast gəlinmişdir. Bu qrup üzrə hər biri 1 nümunədə olmaqla qrup üzrə 4,55% hallarda isə Enterokoklar və S.saprophyticus müəyyən edilmişdir. Yuxarıda adı çəkilən S.aureus, E.coli və C.albicans kimi mikroorqanizmlərə bu qrupda rast gəlinməmişdir.
Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində müxtəlif mikroorqanizm növlərinin keyfiyyət göstəricilərinin tədqiqi zamanı həm bakterial vaginoz, həm də xroniki genital kandidoz xəstəliyindən əziyyət çəkən 39 nəfər qadınlar qrupunda S.epidermidis, S.aureus, E.coli, Enterokoklar, S.saprophyticus və C.albicans növlərinin ortalama koloniyalaşma qabiliyyətləri müvafiq olaraq, 7,68±0,07 KƏV, 8,24±0,21 KƏV, 8,93±0,17 KƏV, 1,87±0,24 KƏV, 1,96±0,22 KƏV və 5,14±0,08 KƏV müəyyənləşdirilmişdir (cədvəl 2).
Residivləşən bakterial vaginozlu xəstələrdən təşkil etdiyimiz 29 nəfər qadından ibarət qrupdan əldə edilmiş vaginal maye nümunələrində S.epidermidis, S.aureus, E.coli, Enterokoklar və S.saprophyticus növlərinin ortalama koloniyalaşma qabiliyyətləri uyğun olaraq, 7,88±0,11 KƏV, 6,74±0,39 KƏV, 7,86±0,12 KƏV, 1,10±0,15 KƏV və 2,21±0,38 KƏV hesablanmışdır. C.albicans növünə bu qrupdan əldə edilmiş bioloji nümunələrdə rast gəlinməmişdir.
Сədvəl№ 2.
Müxtəlif opportunist mikroorqanizmlərlə assosasiyalar zamanı qarışıq etiologiyalı bakterial urogenital infeksiyalı xəstələrin vaginal maye nümunələrində müxtəlif mikroorqanizm növlərinin koloniyalaşma qabiliyyəti.
Mikroorqanizmlər |
Göstərici-lər |
Nəzarət n = 22 |
Genital mikst infeksiyalı qadınlar |
||
xroniki residivləşən genital kandidoz+residivləşən bakterial vaginoz n=39 |
residivləşən bakterial vaginoz n=29 |
xroniki residivləşən genital kandidoz n=20 |
|||
S. epidermidis |
M±m |
1,18±0,079 |
7,68±0,07 |
7,88±0,11 |
5,90±0,28 |
р |
|
<0,001 |
<0,001 |
<0,05 |
|
S. aureus |
M±m |
- |
8,24±0,21 |
6,74±0,39 |
8,16±0,30 |
р |
|
- |
- |
- |
|
E. coli |
M±m |
- |
8,93±0,17 |
7,86±0,12 |
7,66±0,19 |
р |
|
- |
- |
- |
|
Enterococcus spp. |
M±m |
0,024±0,002 |
1,87±0,24 |
1,10±0,15 |
1,00±0,12 |
р |
|
- |
- |
- |
|
S.saprophyticus |
M±m |
0,014 |
1,96±0,22 |
2,21±0,38 |
2,16 |
р |
|
- |
- |
- |
|
Candida albicans |
M±m |
- |
5,14±0,08 |
|
2,27±0,17 |
р |
|
<0,001 |
- |
- |
Qeyd: p –nəzarət qrupuna görə statistik dürüstlük.
Xroniki residivləşən genital kandidozdan əziyyət çəkən 20 nəfərlik qrupdan əldə olunmuş vaginal sekret nümunələrində S.epidermidis, S.aureus, E.coli, Enterokoklar, S.saprophyticus və C.albicans növlərinin ortalama koloniyalaşma qabiliyyətləri uyğun olaraq, 5,90±0,28 KƏV, 8,16±0,30 KƏV, 7,66±0,19 KƏV, 1,00±0,12 KƏV, 2,16 KƏV və 2,27±0,17 KƏV müəyyən edilmişdir.
Nəzarət qrupu kimi təşkil etdiyimiz 22 nəfərdən ibarət və cari profilaktik ginekoloji müayinələr üçün qadın məsləhətxanasına müraciət etmiş qadınlardan əldə edilmiş vaginal maye nümunələrində isə S.epidermidis, Enterokoklar və S.saprophyticus növlərinin koloniyalaşma qabiliyyətləri uyğun olaraq, 1,18±0,079 KƏV, 0,024±0,002 KƏV və 0,014 KƏV hesablandığı halda, S.aureus, E.coli və Kandidaların uyğun göstəricisi 0 olmuşdur.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Amsel R, Totten PA, Spiegel CA, et al. Nonspecific vaginitis. Diagnostic criteria and microbial and epidemiologic associations. Am J Med 2013; 74:14-22.
2.Chaijareenont K, Sirimai K, Boriboonhirunsarn D, Kiriwat O; Accuracy of Nugent’s score and each of Amsel criteria in the diagnosis of bacterial vaginosis. J Med Assoc Thai 2004; 87: 1270-1274.
3.Coppolillo EF, Perazzi BE, Famiglietti AM et al. Diagnosis of bacterial vaginosis during pregnancy. J Lower Genital Tract Dis2003; 2: 117-21.
4.Grataco AE, Figueras F, Barranco M, Ros R, Andreu AA, Pedro L et al.; Prevalence of bacterial vaginosis and correlation of clinical to Gram stain diagnostic criteria in low risk pregnant women. European Journal of Epidemiology 2009; 15: 913-6.
5.Huppert JS, Mortensen JE, Reed et al. Rapid antigen testing compares favorably with transcription-mediated amplification assay for the detection of Trichomonas vaginalis in young women. Clin Infect Dis. 2007;45:194-8.
6.Ilkit M., Guzel AB. The epidemiology, pathogenesis, and diagnosis of vulvovaginal candidosis: A mycocological perspective. Crit Rev Microbiol 2011;37:250-261.
7.Laxmi U, ]Bhat G, Kotigadd S, Shenoy S; Comparison of the Methods of Diagnosis of Bacterial Vaginosis. Journal of Clinical and Diagnostic Research, 2011; 5:498-501.
8.Madhivanan P, Krupp K, Chandrasekaran V, Karat C et al.; Prevalence and correlates of Bacterial vaginosis among young of reproductive age in Mysore. Indian J Med. Microbiology. 2008; 26: 132-7.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı