VƏRƏMİN DİAQNOSTİKASINDA VƏ RİFAMPİSİNƏ DAVAMLILIĞIN AŞKARLANMASINDA GENEXPERT MTB/RIF-IN AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBIQİ

13-10-2015

      Vərəm,hələ də dünyada ən çox ölümə səbəb olan xəstəlikdir. Beynəlxalq Səhiyyə Təşkilatının (BST) məlumatına görə hər il 8milyondan çox insan vərəmə yoluxur və 1,5 milyona yaxın insan isə bu xəstəlikdən ölür (15).
Azərbaycanda vərəmə görə xəstələnmə az da olsa ilbəil azalır. Lakin, çox dərmanlara davamlılıq (ÇDD) hazırda ilkin xəstələr arasında 13%,təkrar xəstələr arasında isə 29 % təşkiledir (1,2).
      Vərəm xəstəliyinin yüksək yayıldığı ölkələrdə ən yaxşı müayinə mikroskopiya üsuludur.Lakin yüksək ÇDD olan ölkələrdə isə həmin xəstələrin erkən aşkarlanması və müalicəyə qoşulması vacibdir (16). BST 2010 ilin dekabr ayında katric sistemi ilə işləyən avtomatik polimeraz zəncirvari reaksiya (PZR) olan Gene Xpert MTB/RIF üsulundan istifadə etməyi məsləhət görmüşdür ki, bu üsulun köməyi ilə bəlğəmdə 2 saat ərzində vərəm çöplərinin olmasını və eyni zamanda rifampisinə davamlılığı təyin edir(15).Gene Xpert MTB/RİF testinin birdəfəlik istifadə olunması mikroskopiya (+) olanlarda həssasliq 99% və mikroskopiya mənfilərarasında 80%-dirki,bu da ümumiyyətlə 92,2% təşkil edir (əkmə" qızılstandart" kimi götürülmək şərtiilə).Birdəfəlik mikroskopiya 59,5% həssaslıqdadır. Gene Xpert MTB/RIF üsulunun belə yüksək həssaslığı bəzən mikroskopiya mənfi, vərəmə şübhəli ağciyərdən kənar orqanlarda yerləşən patoloji prosesi olan xəstələrdə yeganə diaqnostika vasitəsi sayılır(10).Gene Xpert MTB/RIF üsulunun 99% vərəmin təsdiq etdiyini nəzərə alınsa "yalanmüsbət" nəticənin alınması ehtimalı çox azdır (6,9).
       Müxtəlif ədəbiyyatların məlumatına görə Gene Xpert MTB/ RIF üsulunda rifampisinə davamlılığın həssaslığı 99,1%,spesifikliyi isə 100%-dir(6,11).Yüksək ÇDD olan ölkələrdə rifampisinə davamlılığın aşkar edilməsi həmin xəstələrin aşkar olunması etibarlı göstəricidir. Aşkar olunmuş rifampisinə davamlılıq, yüksək ehtimal laizoniazidə davamlı olmasını göstərirki,bu da xəstədə ÇDD vərəminin olduğunu müəyyən edir.
       İşin məqsədi.Azərbaycan Respublikasında vərəmə şübhəli xəstələrin diaqnostikasında Gene Xpert MTB/RIF Dx System-in. tətbiq etməklə həmin xəstələri aşkar etmək və rifampisinə davamlılığı aydınlaşdırmaqdır.
Material və metodlar.2014-cü il ərzində vərəm üzrə Referes laboratoriyada Respublikanın mütəlif regionlarından gətirilmiş 6556 nəfərə diaqnostika məqsədilə GeneXpert MTB/RIF Dx Systemlə müayinələr aparılmışdır. Bu həm 4 modullu ,həmdə 16 modulluaparatda aparılmışdır.
Nümunələr ABŞ-ın Cepheid, Sunnyvale firmasının yazdıqları instruksiya əsasında işlənmişdir.Nümunələr durulaşdırıcı buffer(Sample reagent) məhlulu ilə 1:2 nisbətində qarışdırılır və çalxalanır.10 dəqiqə otaq havasında saxlanıldıqdan sonar yenidən çalxalanır və 5 dəqiqə gözlənilir. Sonra həmin durulaşdırılmış məhluldan 2 ml katricin içərisinə tökülürvə 4 vəya 16 modullu aparata yerləşdirilir. Hər katric 1 saat 50 dəqiqə aparatda qaldıqdan sonar avtomatik oxunur (7).
      Vərəmə şübhəli xəstələrin hər birindən alınmış nümunələrdən yaxma hazırlayarak Sil-Nelson üsulu ilə rəngləyib mikroskopda TDB-nin olmasına yoxlanılmışdır.Bakteriya ifrazetmə BST-nin tövsiyyəsinə əsasən və Vərəmlə mübarizə üzrə rəhbərliyə uyğun dərəcələnmişdir (3).
       Nəticələr və onların müzakirəsi. Azərbaycan Respublikası vərəmü zrə Referens laboratoriyasında 6556 nümunəyə eyni vaxtda həm yaxmaya mikroskopiya, həmdə Gene Xpert MTB/RIF testi olunmuşdur (cədvələbax). İlkin xəstələr arasında bəlğəmin mikroskopiyası zamanı TDB mənfiolan 195(6,1%) xəstədə M.tuberculosis-in rifampisinə davamlı dezoksiribonuklein turşusu (DNT) aşkar olunmuşdur.Həmin xəstələr arasında 743(23,9%)-n də rifampisinə həssas DNT –siolanM.tuberculosis müəyyənləşmişdir.İstehsalçı müəlliflərin(4,5) çox saylı müayinələrin nəticələrinə əsaslanan fikrinə görə Gene Xpert MTB/RIF ,mikroskopiya ilə müqayisədə daha həssas üsul sayılır.
       Müayinə olunmuş 4475 ilkin xəstələr arasında rifampisinə davamlılıq 406(9,1%) və 1559 təkrar müalicə olunmuş xəstələr arasında isə rifampisinə davamlılıq 261(16,74%) olmuşdur.Bugöstəricilər 2012-2013 –cü illərdə respublikada aparılmış DHT-nin (2) nəticələrindən aşağıdır. Şəkil 1.
       Bundan başqa şəkil 1 dən göründüyü kimi Gene Xpert mənfi olan xəstələrin demək olar ki,bütün göndərilən xəstələrin yarısını (47,67%) təşkil edir. Belə məlum olur ki, həkimlər tərəfindən vərəmə şübhəli xəstələr optimal seçilib laboratoriyaya göndərilmir. Uyğun nəticələr Qırğısıstan Respublikasında da alınmışdır (3).
Şəkil 2. Gene Xpert MTB/RİF köməyi ilə rifampisinə davamlılıq.
       Ümumiyyətlə M. tuberculo-sisin rifampisinə davamlı DNT-sinin olması 720 (10,98%) xəstədə aşkar olunmuşdur (şəkil 2). Rifampisinə həssas xəstələrin miqdarı 2208 (33,68%),mənfi nəticəli (MTB-) xəstələrin miqdarı 3125(47,67%) olmuşdur ki, bu da vərəmə şübhəli xəstələrin seçilməsini və həmin testin istifadəsinin optimallaşdırılmasını müəyyənləşdirir (12,13). 287 (4,38%) xəstələrdə naməlum (səhv,nəticə yoxdur,nəticə müəyyənləşməmiş) nəticə alınmışdır ki, bu da normada 3%-I keçməməlidir (17,3.). 87(1,33%) xəstədə M. Tuberkulosis tapılmış və rifampisinə davamlılıq və ya həssaslıq aşkarlanmamışdır.
Nəticələr:
1.Vərəm əleyhinə müəssisələrdə GeneXpert MTB/RİF üsulunun tətbiqi çox vacibdir və bu metoda dimikroskopiya üsulundan daha həssasdır.
2.Rifampisinə davamlılıqi lkin xəstələr arasında 9,1%,təkrar xəstələr arasında 16,74 % olmuşdur. Ona görə də bu test aparılacaq xəstələr həkimlər tərəfindən daha düzgün seçilməlidir.
0,00%
20,00%
40,00%
60,00%
80,00%
Yeni …
Təkrar …
Naməlu…
MTB/RİF-REZ
MTB/RİF-SEN
0,00%
20,00%
40,00%
60,00%
Category 1
MTB/RİF-REZ
1
3
4
4
1
3.GeneXpert MTB/RIF metodu yerləşdirilən tibb müəssisələri ÇDD xəstələri daha çox olan zonalar da yerləşdirilməlidir.
 
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
 
1. Агаев Ф.Ф., Ахундова И.М., Гасымов И.А.,и др.Актуальность индивидуального компьютерного учета для анализа эпидемиологических показателей в Азербайджане . //Туберкулез и болезни легких.2009.№7.стр.24-28
2. lixanovaN.A, Akhundova I., Seyfaddinova M. et al. First national survey of anti-tuberculosis drug resistence in Azerbaijan and risk factors analysis. //Public Health Action.vol.4.supplement 2.published 21 october 2014.p.s17-23
3.AдамбековаА.Д.,АдамбековД.А.,ЛитвиновВ.И.Тест Хреrt MTB/RIF для диагностики туберкулеза и устойчивости к рифампицину-результаты внедрения в Кыргызской Республике//Туберкулез и болезни легких -2014-№1.-34-36
4.AzərbaycanRespublikasında Vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində iştirak edən tibb işçiləri üçün rəhbərlik. E.N.Məmmədbəyovun rəhbərliyi ilə müəllif kollektivi.Bakı. 2013
5.BlakemoreR.,Story E.,Helb D.et al.Evaluation of the analytical performance of the XpertMTB/RIF assay//J.Clin.Microbiol.-2010-Vol.48,№7.P.2495-2501.
6.Boehme C.C.,NabetaP.,HillemanD.et al. Rapid molecular detection of tuberculosis and rifampin resistence //N.Engl.J.Med.-2010.-Vol.363.№ 11.-P.1005-1015.
6.Boehme C.C.,Nicol M.P.,NabetaP.Feasibility and impact of decentralized use of Xpert MTB/RIF for the diagnosis of tuberculosis and multi-drug resistence-result from a multi-center implementation study //Lancet/-2011.-Vol.377.-P.1495-1505.
7.Cepheid.Brochure:Xpert®MTB/RIF.Two-hour detection of MTB and resistance to rifampicin. http: //www. cepheid.com /media / files/eu/brochures/ Xpert MTB Broch R9 EU.pdf. Sunnyvale,Accessed 17,June 2012.
8.Helb D.,JonesM.,Story E., et al. Rapid detection of M.tuberculosis and rifampin resistence by use of on-demand, near-patient technology //J.Clin.Microbiol.-2010.-Vol. 48,№ 1.-P.229-237.
9.Hilleman D.,Rusch-Gerdes S.,BoehmeC. et al. Rapid molecular detection of extrapulmonary tuberculosis by the automated GeneXpert MTB/RIF system //J.Clin.Microbiol.-2011.-Vol. 49.-P.1202-1205.
10.Morlowe E.M.,Novak-Weekley S.M.,Cumpio J. Evaluation of the Cepheid Xpert MTB/RIFassay for direct detection of Micobacterium tuberculosis complex in respiratory specimens //J.Clin.Microbiol.-2011.-Vol.49.-P.1621-1623.
11.Rapid implementation of the Xpert MTB/RIF diagnostic test:Technical and operational«How-to»;practical considerations. WHO.2011
12.Rapid implementation of the Xpert MTB/RIF diagnostic test:Technical and operational«How-to»; practicalconsiderations. WHO/HTM/TB/2011.2.Geneva: World Health Organization,2011.
13.Review of the laboratory network of the Kyrgyz Republic .9-29 April 2012.Dr.Harald Hoffmann&Dr.UladzimirAntonenka.TB Laboratory Experts,IML red GmbH.Germany.
14.World Health Orgnization.Global tuberculosis control:WHO report 2011. WHO/HTM/TB/2011.16.World Health Orgnization, Geneva,Switzerland.2011.
15.WHO(World Health Orgnization).Global tuberculosis control-epidemiology, strategy, financing. Geneva, WHO, 2009 (WHO/HTM/TB/2009,411).World Health Orgnization.
16.Xpert® MTB/RIF implementation in MSF field projects.MartinaCasenghi,Elisa Ardizzoni.5th GLI meeting.16 April,2013.

Müəlliflər:
E. N. Məmmədbəyov
İ. N. Axundova
R. M. Abuzərov
M. N. Seyfəddinova
İ. Ə. Qasımov

Digər jurnal və qəzetlər