REPRODUKTİV YAŞLI QADINLARDA BAKTERİAL VAGİNOZUN MİKROBİOLOJİ DƏYƏRLƏNDİRİLMƏSİ
29-05-2018
Bakterial vaginoz (BV) - vaginal biotopun disbiozu ilə şərtlənmiş polimikrob etiologiyalı qeyri-infeksion sindrom olub, bu zaman peroksid hasil edən laktobasillərin kəskin azalması və ya tamamilə olmaması fonunda obliqat və fakultativ-anaerob şərti patogen mikrofloranın miqdarı kəskin artır. Bakterial vaginozun xüsusiyyəti - iltihabın olmamasıdır. Bakterial vaginozun səciyyəvi və çox vaxt yeganə simptomu - uşaqlıq yolundan bol miqdarda ağ və ya boz rəngdə ifrazatın axmasıdır [1, 2].
Vaginal kandidoz və trixomonad kolpiti ilə yanaşı, BV qadın cinsiyyət orqanlarının strukturunda 12%-dən 60% təşkil edir [3, 4, 5]. Qadınların BV ilə xəstələnmə səviyyəsi haqqında məlumatlar fərqlidir, çünki o, tədqiq olunan populyasiyaların strukturundan, tətbiq edilən diaqnostika metodlarının xarakterindən, bu xəstəliyin klinik təzahürlərinin şərhindən və digər amillərdən asılıdır. Son onillikdə bütün dünya üzrə BV-nin geniş yayılması nəzərə çarpır [6, 7, 8].
Tədqiqat işinin məqsədi: Reproduktiv yaşlı qadınlarda bakterial vaginozun mikrobioloji dəyərləndirilməsi olmuşdur.
Tədqiqatişinmaterialvəmetodları. Tədqiqat işinin əsas vəzifələrinə və BV-nin klinik gedişinin xüsusiyyətlərinə uyğun olaraq, BV olan 128 hamilə qadınların hamısı 2 qrupa bölünmüşdür: BV-nin simptomsuz forması olan 72 hamilə qadın və BV-nin kəskin klinik əlamətləri olan 56 hamilə qadın. Hamilə qadınların yaşı 18 ilə 39 yaş arasında dəyişmiş və orta hesabla 29,2±1,2 yaş təşkil etmişdir. Hamilə qadınların əsas müayinə qrupuna daxil edilməsi üçün meyar vaginal ifrazatlarla müsbət amin testinin olması, vaginal sekretin pH-nin 4,5-dən yüksək və vaginal ifrazatardan götürülmüş yaxmalarda Qram üsulu ilə rənglənmiş «özək hüceyrələrin» böyük sayda olması götürülmüşdür. Alınmış nəticələrin statistik işlənməsi variasion statistikanın məlum metodu üzrə orta riyazi ədədin (M), xəta göstəricisinin (m) təyin edilməsi ilə həyata keçirilmişdir.
Şək. 1. BV-nin patogen və ya şərti-patogen mikroorqanizmlərlə müştərək gedişinin məlumatları.
1-C.Trachomatis; 2-U.Urealyticum: 3- M. hominis.
Nəticələr və onların müzakirəsi. Reproduktiv yaşlı (20-39 yaş) 128 qadının uşaqlıq yolunun ifrazatının nümunələrində zəncirvari polimeraza reaksiyasının (ZPR) köməyi ilə real vaxt rejimində DNT təyin edilmişdir. Genotipin təyin edilməsi ZPR metodu ilə həyata keçirilmişdir (şək.1).
Qadınların müayinə olunan qrupunda ZPR metodu və kultural metodla kəmiyyətcə qiymətləndiril-mə zamanı 1-ci qrupda C.trachomatis 19 (26,4±5,2%) pasiyentdə, U. urealyticum – 8 (11,1±3,6%) və M.hominis yüksək titrdə – 38 (52,8±5,8%), 2-ci qrupda isə müvafiq olaraq - 18; 32,2±6,2%; 7; 12,5±4,4%; 33; 58,9±6,6% qadında aşkar edilmişdir. Bakterial vaginoz U. urealyticum ilə müqayisədə çox vaxt M. hominis ilə assosiasiya etmişdir (p<0,05). Qadınların tədqiq olunan qrupunda bakterial vaginozun bir infeksion amil ilə assosiasiyası 1-ci qrupda 27 (37,5±5,7%) halda və 2-ci qrupda 15 (26,8±5,9%) halda müşahidə edilmişdir. İki infeksion amillə assosiasiyası 1-ci qrupda 34 (47,2±5,9%) pasiyentdə və 2-ci qrupda 27 (48,2±6,7%) pasiyentdə müşahidə edilmişdir (şək.4.8). 1-ci qrupda 11 (15,3±4,4%) pasiyentdə və 2-ci qrupda 14 (25,0±5,8%) pasiyentdə bakterial vaginozun 3 infeksion amil: C.trachomatis, U. urealyticum və M. hominis ilə assosiasiyası müşahidə edilmişdir (şək.2.).
Şək. 2. BV-nininfeksionamillərlə assosiasiyaları.
1-Birinfeksionamil; 2- ikiinfeksionamil; 3 – üçinfeksionamil.
Aşkar edilmişdir ki, bakterial vaginozun 3 infeksion amillə assosiasiyası 1 və 2 infeksion amillə müqayisədə az rast gəlmişdir (müvafiq olaraq 1-ci qrupda 15,3±4,4% pasiyentdə və 2-ci qrupda 25,0±5,8% pasiyentdə; p<0,05). Urogenital xlamidiozun mühüm xüsusiyyətlərinə onun az simptomlara malik olması və ağırlaşmalarının yüksək tezliyindən başqa, cinsi yolla yayılan infeksiyalarının (CYYİ) digər törədiciləri ilə tez-tez rast gələn assosiasiyaları, həmçinin çoxocaqlılıq da aiddir ki, bu zaman patoloji prosesə nəinki sidik-cinsiyyət orqanlarının, həm də bəzən düz bağırsağın, udlağın, gözlərin, oynaqların, ürəyin, dərinin qoşulması baş verir.
Aşkar edilmiş urogenital xlamidiozu olan pasiyentlərin hamısı infeksion prosesin çoxocaqlılığını istisna etmək üçün müayinə olunmuşlar. Bu zaman ZPR metodu ilə düz bağırsaqda C. trachomatis 1-ci qrupda 12 (16,7±4,4%) pasiyentdə və 2-ci qrupda 16 (22,2±4,9%) pasiyentdə, ağız-udlaqda 1-ci qrupda 13 (18,1±5,5%) pasiyentdə və 2-ci qrupda 16 (28,6±6,0%) pasiyentdə aşkar edilmişdir. C.trachomatis urogenital ocaqda (uretra və servikal kanal) düz bağırsağın və ağız-udlağın xlamidiya ilə zədələnməsi ilə müqayisədə daha çox (müvafiq olaraq 26,4±5,2%; 32,2±6,2%; p<0,05) aşkar edilmişdir.
Son vaxtlar ZPR sidik-cinsiyyət infeksiyalarının törədicilərinin tez-tez tətbiq edilən diaqnostika metodlarından hesab edilir və onları orqanizmin mayelərində və toxumalarında identifikasiya etməyə imkan verir. Bu metod nukleotid ardıcıllığının müayinəsinə əsaslanmışdır və daha həssas (94-100%) və spesifik (97-100%) metod hesab edilir. ZPR-in istifadəsinin başlıca problemi metodun son dərəcə yüksək həssaslığı ilə bağlıdır ki, bu da iş qaydasına ciddi riayət olunmasını tələb edir. Bundan başqa, məlumatların interpretasiyası zamanı nəzərə almaq lazımdır ki, ZPR mikroorqanizmin genomunun təkcə kiçik hissəsini aşkar edir və deməli, onun həyat fəaliyyətini saxlamasını göstərən meyar deyildir [2, 3,8].
Beləliklə, hazırda bakterial vaginoz yalnız tez-tez rast gələn müstəqil nozoloji forma kimi deyil, həm də CYYİ-nin əlavə olaraq inkişaf etməsi zamanı əlverişli fon kimi baxılmalıdır. Buna görə də, bakterial vaginozla hər bir xəstənin CYYİ-ə görə ciddi laborator müayinəsi, o cümlədən xlamidiya infeksiyasının ekstragenital ocaqlarının olmasına görə skrininqin aparılması mühüm əhəmiyyət daşıyır. Diqqəti cəlb edən odur ki, hətta bakterial vaginozla xəstələrdə CYYİ olmadıqda uşaqlıq yolunun zədələnmələri ilə yanaşı, servisit və ya uretrit əlamətləri meydana çıxır.
Uşaqlıq yolunun selikli qişasından götürülmüş yaxmaların mikroskopiyasın-dan leykositlərin sayının, mikrofloranın keyfiyyət və kəmiyyət tərkibinin öyrənilməsi, «kök» hüceyrələrin olmasının dəyərləndirilməsi məqsədilə istifadə edilmişdir. Müalicə aparılana qədər müayinə olunan qadınların hamısının yaxmalarında böyük sayda qram-müsbət və qram-mənfi bakteriyalar və qardnerellalar aşkar edilmişdir. Elə həmin xəstələrdə «kök» hüceyrələr aşkar edilmişdir ki, onların iştirakı «anaerob vaginoz» diaqnozunun əminliklə qoyluması üçün mütləq şərt sayılır. Mikroskopik müayinənin aparılması üçün yaxmalar havada qurudulmuş, fiksə olunmuş, bundan sonra rənglənmişlər. Pasiyentlərin hamısında mikrob koloniyaları əkilmişdir ki, bu zaman onlar bir neçə törədicilərlə təmsil edilmişlər. Beləliklə, əsas amil müxtəlif şərti-patogen mikroorqanizmlər olmuşdur. Daha çox Staphylococcus aureus (1-ci qrupda 81,9±4,5 pasiyentdə və 2-ci qrupda 85,7±4,6 pasiyentdə) rast gəlmişdir. 1-ci qrupda 75,0±5,1% qadında və 2-ci qrupda 87,6±4,3 qadında Gardenella vaginalis rast gəlmişdir, 1-ci qrupda olan 73,6±5,2% qadında və 2-ci qrupda 80,4±5,6% qadında isə Escherichia Coli rast gəlmişdir. Uşaqlıq yolunun disbiozu müayinə olunanların hamısında qeydə alınmış və laktobakteriyaların, bifido-bakteriyaların xeyli azalması və ya tamamilə olmaması, polimorf qram (+) və qram (–) çöplərin və kokk mikroflorasının çoxlu sayda olması, «kök» hüceyrələrin olması ilə səciyyələnmişdir. Pasiyentlərin hamısında bifidobakteriyaların və süd-turşu streptokokların sayının artması nəzərə çarpmışdır (cədvəl 1).
Сədvəl № 1.
Uşaqlıq yolunun mikrobiosenozunun vəziyyəti
Mikroorqanizmlər |
Xəstələrin sayı (n=128) |
|||
1-ci qrup (n=72) |
2-ci qrup (n=56) |
|||
Müt. |
% |
Müt. |
% |
|
Staphylococcus aureus |
39 |
81,9±4,5 |
48 |
85,7±4,6 |
S. epidermidis |
42 |
58,3±5,8 |
34 |
60,7±6,5 |
Streptococcus spp |
37 |
51,4±5,9 |
27 |
48,2±6,7 |
Proteus vulgaris 11 |
12 |
16,7±4,4 |
8 |
14,3±4,6 |
Gardenella vaginalis 66 |
54 |
75,0±5,1 |
49 |
87,6±4,3 |
Proteus mirabilis 31 |
18 |
25,0±5,1 |
15 |
26,8±5,9 |
Lactobacillus plantarum |
4 |
5,6±2,1 |
6 |
10,7±4,1 |
Ureaplasma urelyticum |
8 |
11,1±3,6 |
7 |
12,5±4,4 |
Escherichia Coli |
53 |
73,6±5,2 |
45 |
80,4±5,6 |
Micoplazma Hominis |
38 |
52,8±5,2 |
33 |
58,9±6,6 |
Chlamydia trachomatis |
19 |
26,4±5,2 |
18 |
32,2±6,2 |
Atopobium vaginae |
36 |
50,0±5,9 |
32 |
57,2±6,6 |
Əldə olunan materialın təhlili müasir şəraitdə mikst-infeksiyaların inkişaf etməsinin davamlı meyllərin olmasını göstərir. Müayinə edilən pasiyentlərin hamısında uşaqlıq yolunun möhtəviyyatının bakterioloji müayinəsi zamanı qeyri-spesifik bakterial floranın (aerobların və anaerobların) diaqnostik əhəmiyyətli titrlərdə artması nəzərə çarpmışdır. Patogen və şərti-patogen mikrofloranın aşkar edilməsi ilə yanaşı, endogen anaerob mikrofloranın - laktobakteriyaların ifraz edilməsi tezliyinin və kəmiyyətcə miqdarının azalması, yəni kolonizasiya rezistentliyinin səviyyəsinin azalması qeydə alınmışdır. Belə ki, laktobasillər 1-ci qrupda 41 (56,9±5,8%) pasiyentdə və 2-ci qrupda 36 (64,3±6,4%) pasiyentdə olmamışdır, qalan pasiyentlərdə isə (müvafiq olaraq 43,1±5,8% və 42,8±6,6%) onların %-lə miqdarı kəskin azalmışdır. BV-nin klinik-laborator təsnifatına əsasən prosesin ağırlıq dərəcəsinə uyğun olaraq 3 dərəcə ayırd edilmişdir (şək. 3).
BV-nin II dərəcəsi daha çox (müvafiq olaraq qruplar üzrə 41; 56,9±5,8% və 36 (64,3±6,4%)), BV-nin III dərəcəsi nisbətən az hallarda (müvafiq olaraq qruplar üzrə 16; 22,3±4,9% və 14 (25,0±5,8%)), BV-nin I dərəcəsi daha az (müvafiq olaraq qruplar üzrə 15; 20,8±4,8% və 6 (10,7±4,1% qadında)) rast gəlmişdir. BV-nin I dərəcəsində anaerob floranın, G.vaginalis miqdarının bir qədər yüksəlməsi, klinik simptomatika olmadıqda laktobakteriyaların sayının azalması nəzərə çarpır.
Şək. 3. BV-nin ağırlıq dərəcəsindən asılı olaraq pasiyentlərin qruplara ayrılması. 1 - I dərəcə; 2- II dərəcə; 3 - III dərəcə.
Uşaqlıq yolunun selikli qişasının bu vəziyyəti patoloji proses kimi qəbul edilmir, lakin laktobakterial floranın olmaması boş qalan ekoloji taxçanın prinsipcə xarici cinsiyyət orqanlarından düşən mikroorqa-nizmlərlə məskunlaşması imkanını göstərir və laktobakteriyaların olmaması fonunda sonradan selikli qişanın təbii kolonizasiya rezistentliyinin pozulması sayəsində BV-nin formalaşmasını göstərir. BV-nin II dərəcəli (subkompensasiya olunmuş) forması üçün mülayim nəzərə çarpan klinik əlamətlərin olması, laktobakteriyaların sayının xeyli azalması, müştərək qram-dəyişkən polimorf bakterial floranın artması və nisbi mülayim leykositoz (görmə sahəsində 15–20) zamanı görmə sahəsində 1-dən 5-ə qədər «kök» hüceyrələrin tapılması səciyyəvidir. III dərəcəli BV (dekompensasiya olunmuş) kəskin nəzərə çarpan simptomokompleks ilə müşayiət edilir və mikroskopik olaraq laktobakteriyaların tamamilə olmaması, «kök» hüceyrələrin sayının çox olması ilə xarakterizə edilir. Sitoloji diaqnostika klinik materialın mikroskopik müayinəsindən ibarət olub, bu zaman material uşaqlıq boynunun səthindən xüsusi fırça vasitəsilə azacıq qaşımaqla əldə olunur və əşya şüşəsinin üzərinə nazik hamar qat şəklində yayaraq Papanikolau üsulu (hematoksilin-eozin) ilə rəngləyirlər. Sitoloji rəy kokk florası preparatlarda kəskin və mülayim dərəcəli degenerativ dəyişiklikləri olan leykositlərin aşkar edilməsinə əsaslanır. «Kök» hüceyrələrə görə aparılan test bu növ epitelial hüceyrələrin (Qram üsulu ilə rənglənmiş) uşaqlıq yolunun yaxmalarında aşkar edilməsi məlumatlarına əsasən dəyərləndirilmişdir. Mikroskopiya zamanı «kök» hüceyrələr 100% hallarda aşkar edilmişdir. «Kök» hüceyrələrin formalaşması G.vaginalis kolonizasiyasının artması və sonralar uşaqlıq yolunun yastı epitelisinin hüceyrələrinə adheziyası zamanı baş verir. Beləliklə, «kök» hüceyrələr epitelial qatdan qopub düşmüş intakt və ya litik dəyişilmiş hüceyrələrdən ibarət olub G.vaginalis ilə kolonizasiya edilmişlər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Белокрысенко С.С. Дисбактериоз с точки зрения микробиолога // Клиническая лабораторная диагностика, 2010, № 8, с.47 - 49
2.Бурменская О.В., Байрамова Г.Р., Непша О.С. Видовой состав лактобактерий при неспецифических вагинитах и бактериальном вагинозе и его влияние на локальный иммунитет // Акушерство и гинекология, 2014, №1, с.41 – 45
3.Гродницкая Е.Э., Латышкевич О.А. Микробиоценоз влагалища и пути его коррекции у женщин с невынашиванием беременности и преждевременными родами в анамнезе // Российский вестник акушера-гинеколога, 2014, №1, с.81 – 83
4.Ворошилина Е.С., Тумбинская Л.В., Донникова А.Е. Биоценоз влагалища с точки зрения количественной полимеразной цепной реакции: что есть норма? // Акушерство и гинекология, 2011, №1, с.57-65
5.Жаркин Н.А., Замараев В.С., Савченко Т.Н., Марушкина О.И. Бактериальный вагиноз и репродуктивное здоровье женщин // Медицинский Альманах, 2015, №4(39), с.84 – 86
6.Alves P., Castro J., Sousa C. Gardnerella vaginalis outcompetes 29 other bacterial species isolated from patients with bacterial vaginosis, using in an in vitro biofilm formation model // Journal of Infectious Diseases, 2014, No 2, p.593–596
7.Di Giulio D.B., Callahan B.J., Mc Murdie P.J. Temporal and spatial variation of the human microbiota during pregnancy // Proc. Natl. Acad. Sci. USA, 2015, No12, p.110- 160
8.Hickey R.J., Forney L.J. Gardnerella vaginalis does not always cause bacterial vaginosis // Journal of Infectious Diseases, 2014, No12, p.1682–1683
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı