UŞAQLARDA BAZU SÜMÜYÜ KONDİLUSUNDAN VƏ KONDİLUSÜSTÜNDƏN KEÇƏN SINIQLARINDA MÜALİCƏNİN NƏTİCƏLƏRİ

03-07-2018

Aşar sözlər: dirsək oynağı, uşaqlar, kondilusdan keçən və kondilusüstü sınıqlar.

Ключевые слова:локтевой сустав, дети, над и-чрезмщелковые переломы

Key words: elbow joint, children, supra and transcondylar fractures.

Uşaqlarda bazu sümüyü kondilusundan və kondilusüstündən keçən sınıqlar tez-tez rast gəlinir və əksər hallarda fraqmentlərin yerdəyişməsi müşahidə olunur. Onların müalicəsi çox böyük çətinliklər törədir və çox vaxt dirsək oynağının deformasiyasına, hərəkət məhdudluğuna, və bəzən oynağın funksiyasının tamlıqda pozulması ilə nəticələnir. Təzə sınıqlar zamanı fraqmentlərin böyük yerdəyişmələri, əksər halda periferik sinir-damar dəstəsinin zədələnmələri ilə müşahidə olunur [1,2]. Son zamanlar bazu sümüyünün kondilusdan keçən və kondilusüstündən kecən sınıqlarının açıq üsul ilə repozisiyasına daha cox üstünlük verilir [3,4

Tədqiqatın məqsədi: Uşaqlarda bazu sümüyü kondiluslardan və kondilusüstündən keçən sınıqları zamanı az invaziv atravmatik müalicə üsullarının seçilməsi ilə yanaşı ağırlaşmaların qarşısının alınmasına nail olmaq.

Material və metodlar:2009-cu ildən 2015-ci ilədək 1-yaşdan 15-yaşa kimi 155 xəstə olmuşdur ,onlardan Sumqayıt şəhəri TTYX-da 48 (31%) xəstə və Bakı şəhəri ETTOİ-da 107 (69,3%) xəstə. Bunlardan 107 (69%) oğlan, 48 (31%) qız olmuşdur.Bazu sümüyü kondilusunun sınıqlarınin müalicəsində yaxın və uzaq nəticələri öyrənərkən əməliyatdan əvvəl və sonrakı kriteriyalar nəzərə alınmışdır. Bazu sümüyünün kondilusdan və kondilusüstündən kecən sınıqları uşaqlarda ən çox rast gəlinən məişət travmasıdır və 5-11 yaşlı uşaqlar arasında daha çox təsadüf edilir.

Müzakirə: Bizim müşahidələrə görə oğlanlarda qızlara nisbətən bu növ sınıqlar 2,2 dəfə çox rast gəlinir. Birmomentli qapalı repozisiya vaxtında düzgün aparılarsa əsas müalicə üsullarından biri kimi istifadə edilə bilər. 19 xəstədə (12,3%) qapalı repozisiya aparılmış, onlardan 4-də (2,6%) yaxşı, 11-də (7,1%) kafi, 4-də (2,6%)  qeyri-kafi nəticə alınmışdır. Qapalı repozisiya və fraqmentlərin Kirşner milləri ilə fiksasiyası travmanın ilk saatlarında aparıldıqda  daha effektli olur. Bizim müşahidələrdə bu üsüldan 33 xəstədə (21,3%) istifadə edilmişdir. Onlardan 4-də (2,6%) yaxşı, 20-də (12,9%) kafi, 9-da (5,8%) qeyri-kafi nəticə alınmışdır. Oynaqda böyük şişkinlik olan zaman və sınıqdan 2-3 gün sonra müraciət edilən hallarda əvvəlcə skelet dartması tədbiq edilmiş, şişkinlik çəkiləndən sonra qapalı repozisiya aparılmış və Kirşner milləri ilə fiksasiya edilmişdir. Bu üsuldan 62 xəstədə (40%) istifadə edilmişdir. Bu xəstələrdən 50-də (32,2%) yaxşı, 10-da (6,5%) kafi, 2-də (1,3%) qeyri-kafi nəticə alınmışdır. Açıq üsul ilə repozisiyaya göstəriş: açıq sınıqlarda, fraqmentlərin dərini deşmək, damar-sinir zədələnmə təhlükəsi, ətrafda qan dövranı pozğunluğu olan hallarda, qapalı repozisiyanın alınmaması, sınığın təhlükəli yerdəyişməsi zamanı, stasionar müalicəyə bir sutkadan sonra daxil olmuş hallarda aparılır. Bizim müşahidələr əsasında açıq üsülla Krişner milləri ilə repozisiya 41 xəstədə (26,4%) aparılmışdır: 40-da (25,8%) yaxşı, 1-də (0,6%) kafi nəticə alınmışdır. Yekun olaraq 98 xəstədə (63,2%) yaxşı, 42 xəstədə (27,1%) kafi, 15 xəstədə (9,7%) qeyri-kafi nəticə alınmışdır. 8 xəstə konyulla edilmiş vintlər ilə osteosintez edilmiş bu da ümümi xəstələrin 5,2% təşkil edir. Stabil fiksasiyaya oynağın anatomik strukturunu bərpa etməklə yanaşı erkən funkusional nəticələrin alınmasına və ikincili yerdəyişmənin olmaması ilə də izah olunur. Digər üsulla, yəni qapalı yolla repozisiya edib Kirşner milləri ilə 33(21,3%) xəstədə aparılmış, osteosintez olunan xəstələrdə ətrafın funksiyası 1,5-2 aya bərpa olunmuşdur. Lakin köhnəlmiş sınıqlar zamanı həm ətrafın immobilizasiya müddəti, həm də reabilitasiya vaxtı bir qədər uzanır. Gecikmiş sınıqlarda daha çox açıq üsuldan istifadə olunur. Cərrahi əməliyyatdan sonra oynağın həm anatomik quruluşu,həm də funksiyası tez və tam bərpa olunmuşdur. Yaxşı nəticəyə o xəstələr qəbul edilmişdir ki, həmin xəstələrdə bazu sümüyü kondilusunun anatomik quruluşu tam bərpa olunmuşdur, lakin dirsək oynağında 10° bükmə məhdudluğunun olması ilə yanaşı açma 180°-dir. Kafi nəticə kimi o, xəstələr qiymətləndirilmişdir ki, həmin fraqmentin bitişməsi azaca yerdəyişmə ilə olmuş və dirsək oynağında 175-170° bucaq altında bükücü kontraktura vardır. Müalicənin yaxın nəticələri kimi 155 xəstədə öyrənilmişdir, 19 (12,3%) konservativ və 136 (87,7%) cərrahi üsulla müalicə olunmuşdur. Konservativ üsulla, yəni ətrafın gips sarğısı ilə müalicə olunan 4 (2,6±1,27%) xəstədə yaxşı nəticə, 11 (7,1±2,06%) xəstədə kafi nəticənin alınması gips sarğısının altında ikincili yerdəyişmənin əmələ gəlməsi olmuş, 4 (2,6±1,27%) xəstədə isə qeyri-kafi nəticənin olmasına səbəb üç gündən sonra (sınıqçı deyilən ara həkimi) müalicə olmuş və daxil olmuş bu xəstələrdə açıq üsulla cərrahi əməliyyat yerinə yetirilmişdir. Konservativ müalicənin yaxın nəticələrin analizi göstərir ki, bazu sümüyü kondilusnun azaca yerdəyişmə ilə olan osteoepifiziolizi zamanı qapalı yol ilə repozisiya və gips sarğısı ilə immobilizasiyası zamanı yaxşı nəticə o, vaxtı almaq olar ki, həmin xəstələr daymi həkimin nəzarətində olsunlar, həmişə gips sarğısına nəzarət olunsun, belə ki, reaktiv hematoma sorulduqca gips sarğısı boşalır, barmaqları yığan əzələlərin yeğılması nəticəsində müxtəlif böyüklükdə diyastaz, və ikincili yerdəyişmə əmələ gələrək müxtəlif agırlaşmalara səbəb olur.

Bu ağırlaşmaların qarşısını almaq üçün ümumu və ya yerli anesteziya altında qapalı yolla repozisiya aparılaraq, fraqmentlər Kirşner milləriylə osteosintez olunmalıdır. Ətraf gips langetiylə 3 həftəyə qədər immobilizasiya olunur. Bu sadə əməliyyat fraqmentin ikincili yerdəyişməsinin qarşısını alır və bu üsuldan sonra bitişməməyə, yalançı oynağa və oynağın funksiya pozğunluğuna rast gəlinmir, dirsək oynağında hərəkətin həcmi, oynağın anatomik quruluşu və funksiyası bərpa olur.Bazu sümüyünün kondilusunun bütün növ sınıqlarında dirsək oynağının digər zədələnmələrində olduğu kimi 3-həftədən sonra millər və gips sarğısı çıxarıldıqdan sonra xəstə reabilitasiya dövrü keçməlidir. Dirsək oynağının yumşaq toxumalarının böyük həcmdə zədələnməsi sınığı və çıxığı zamanı dirsək oynağının travmaya reaksiyasının yüksəlməsi bərpa müalicəsi aparılan zaman xüsusilə ehtiyatlı olmağı tələb edir və bununla əlaqədar reabilitasiya dövrü də uzanır. Dirsək oynağının funksional vəziyyətindən asılı olaraq bərpa müalicəsi bir neçə dövrə bölünür ki, bu da periferik qan dövranının vəziyyətindən, reperativ prosesin gedişindən asılıdır. Bərpa dövrünün hər birinin öz məqsədi, fiziki hərəkətləri ilə yanaşı fizioterapevtik müalicəsi mövcuddur.

I. Cərahi əməliyatdan sonra immobilizasiya dövrü 3-4 həftə müddətində olmaqla yanaşı əsas məqsəd qan dövranını yaxşılaşdırmaq, ətrafda ödemi azaltmaq.

II. İmmobilizasiyadan sonrakı dövr 4 və ya 6 həftədən sonra gips sarğısı çıxarılır, bitişmə zəif gedən halda immobilizasiyanın vaxtı uzadılır. Gips sarğısı acılmaqla yanaşı millər çıxarıldıqdan sonra oynağa ağrısız hərəkət təyin olunur. Bu zaman daha yaxşı olar ki, ilk vaxtlar oynaqda aktiv hərəkəti uşağın özü etsin, çünki kənar adam bu hərəkəti edərkən oynaqda ağrı olur  və  bu da uşağın qorxaraq hərəkətdən imtina etməsinə səbəb olur, valideyin yenidən uşağı inandırmağa məcbur olur.  Bu hərəkətlər 2 həftə davam etdirilir.

III-cü dövr 3 həftədən başlayaraq oynaqda ağrını, əzələlərin reflektor gərginliyini və ödemi azaltmaq məqsədilə oynağa( Novokain+KJ ilə) elektroforez təyin olunur.

IV-cü dövr 4 həftədən sonra oynaqda bərk ağrı, əzələ gərginliyi olmur, onun üçün də oynaqda hərəkətin intensivliyi artmış olur. Bu məqsədlə masanın üzərində kiçik maşının sürülməsi, rezin topla volleybol oynamaq, gimnastik çubuqlardan istifadə etmək, qantellə müxtəlif hərəkətlər məsləhət görülür. Qeyd etmək lazımdır ki, dirsək oynağı tərəfindən reaktiv əlamətlər güclənməsin deyə UTC, Parafin-ozokert apilkasiyası, isti vanna 40°-dən yüksək, dirsək oynağına masaj, kobud ağrılı passiv hərəkətlər, zədələnmiş ətrafa ağır yük vermək cərrahi əməliyyatdan sonra yolverilməzdir. Bu tədbirlər dirsək oynağında nəinki hərəkəti artırır, əksinə ödemi venoz durğunluğu, əzələlərin reflektor gərginliyini ağrı reaksiyasını artırır, oynaqda hərəkəti kəskin məhdudlaşdırır, ossifikatın əmələ gəlməsinə səbəb olur [5,6]. Belə olan halda bir qayda olaraq dirsək oynağının funksiyasının bərpası üçün coxlu vaxt tələb olunur. Açıq və ya qapal üsul ilə dirsək oynağının repozisiyası müxtəlif üsullarla osteosintezi 136 (87,7%) xəstədə aparılmışdır. Bu xəstələrin 100(64,5%) təzə, 55(33,5%) köhnəlmiş sınıqla daxil olmuşdur. Bunlardan 110(80%) kondilusdan keçən, 45 kondilusüstündən (20%) keçən sınıqlar olmuşdur.

Göründüyü kimi 94 (60,6%) xəstədə vaxtında kömək göstərildiyinə görə yaxşı,  31(20,0%) xəstədə kafi, 11 xəstədə isə əməliyyatdan sonra oynaqda kontrak-turanın və ikincili olaraq ossifikatın əmələ gəldiyinə görə qeyri-kafi nəticə alınmışdır, bu da ümumi xəstələrin 7,1% təşkil edir. Gips sarğısı ilə müalicədən alınan nəticələrlə müqayisədə stastik dürüst fərq alınmışdır. Təzə travma ilə olan xəstələrin müalicəsinin analizi onu göstərir ki, birinci gün müdaxilədən sonra və ya ən geci travmadan 3 gün sonra müdaxilə olunan xəstələrdə nəticə yaxşı olması qeyd olunur. Qapalı yol ilə repozisiya aparmaqla Kirşner milləri ilə osteosintez olunan xəstələrin hamısında ətrafın funksiyası 2-3aya bərpa olunmuşdur. Açıq üsul ilə repozisiya aparılıb osteosintez olunan xəstələrdə oynağın funkusiyası elə bu müddətdə bərpa olunur. Lakin köhnəlmiş sınıqlar zamanı həm ətrafın immobilizasi-yanın müddətinə, həm də reabilitasiyaya cox vaxt tələb olunur. 20 (12,9%) xəstədə bazu sümüyü kondilusunun köhnəlmiş sınığı açıq üsul ilə repozisiya edilərək osteosintez olunmuşdur. Bizim müşahidələrmiz onu göstərir ki, bazu sümüyü kondilusunun sınıqlarında millərlə osteosintez zamanı bu və ya digər dərəcədə sınıq səthlərində rezorbisiya gedir, bu da bitişmə prosesini pozur, və onun müdətinin uzanmasına səbəb olur. Ona görə də belə hallarda immobilizasiya müddətini uzatmaq lazım gəlir, bu da müalicəyə öz təsirini göstərir. Acıq üsul ilə repozisiya, osteosintez oynaq ətrafı toxumaların reaktivlik proliferasiya prosesini həddindən artıq gücləndirir (3,4,6) oynaq ətrafı toxumalarda fibroz toxmanın əmələ gəlməsinə şərait yaradır. Bu da oynaqda hərəkət məhdudluğuna kontrakturaya səbəb olur. Belə hallarda R-qrafiyada lokal osteoporoz, dirsək oynağı nahiyyəsində yumşaq toxmaların qalınlaşması qeyd olunur. Ona görə belə xəstələr ixtisaslaşmış müailicə almalıdır. Ondan başqa belə hallarda redressasiya, məcburən işlətmək, əks göstərişdir çünki oynaq ətrafı toxmalarda reaktivlik prosesini gecləndirir, ossifikatın əmələ gılməsinə meyilliyi artırır. Adətən normal gedişli proseslərdə, oynaqda immobilizasiya saxlandıqdan sonra 3-4 həftəyə oynaqda aktiv və passiv hərəkətlər bərpa olunur. Ədətən oynaqdaxili və oynaqdan kənar sınıqlar zamanı aparılan reabilitasiyalar, cərrahi və ya konservativ yol ilə aparılan müalicədən az rol oynamır. Əksər hallarda 6-8 həftə müddət ərzində reblitasiya dövürünü kecmiş uşaqlarda bu və ya digər dərəcədə oynaqda funksiya dəyşikliyi baş verir. Ona görə də dirsək oynağının oynaq daxili və oynaqdan kənar sınığı ilə olan uşaqlar reablitasiya dövrü keçməlidirlər. Bazu sümüyü kondilusnun təzə və köhnə sınığının müalicəsinin yaxın və uzaq nəticələri 155 xəstədə öyrənilmişdir. Bazu sümüyü kondilusnun açıq üsulla repozisiyası zamanı kafi nəticə bazu sümüyü sınığının köhnəlmiş sınığının osteosintezi zamanı alınmışdır. Konservativ müalicə zamanı ətrafın fiksasiyası 4 həftə, açıq üsul ilə repozisiya zamanı isə bitişmədən asılı olaraq 4-6 həftə davam etmişdir.

Beləliklə, bazu sümüyü kondilusunun müalicəsinin uzaq nəticələrinin öyrənilməsi onu göstərir ki, yaxşı nəticənı 78 (50,3%)xəstədə fraqmentlərin anatomik yerinə qoyulmasından və eyni zamanda fraqmentlərin stabil ostesintezindən sonra almaq mümkündür. 

Bizim müşahidələrmiz onu göstərir ki, bu və ya digər ağırlaşmalar olmayan zamanı 6-8 həftədən sonra dirsək oynağında hərəkət tamlıqda bərpa olunur. Açılma 165-170° və bükülmə 80-90° olan zamanı dirsək oynağında hərəkətin bərpasına xüsusi ilə diqqət vermək lazımdır. Çünki reabilitasiya nəticəsində oynaqda hərəkətin bərpası 165-170° qalarsa uşaqlarda dirsək oynağında açılmaya nail olmaq cox çətin olur. Belə bir hal da dirsək oynağında 50-55° bucaq altında bükülməyə nail olmaq mümkün olmazsa, sonradan tam bükülməyə nail olmaq mümkün olmur. Müalicədə buraxılan səhvlər nəticəsində oynaqda hərəkət məhdudluğu, fraqmentin kafi immobilizasiya olunmaması, sınıq səthlərinin konsolidasiyası prosesi zamanı rezorbisyası nəticəsində fraqmentin ikincili yerdəyişməsi baş verir, bizim materiyalda R-ji olaraq 4(2,6%) xəstə qeydə alınmışdır bu da oynaqda varus və valqus deformasiyası əmələ gətirmişdir

Ona görə də xəstələrin reabilitasiyasına başlayan zamanı xəstəliyin tarıxı ilə yanaşı rengenoloji əlamətlərlə də tanış olmaq lazımdır. Xüsusi ilə dirsək oynağında hərəkətin tam bərpa olunma imkanı təkcə fraqmentin bitişməsindən asılı olmayıb oynağın kapsulasında və həm də oynaqətrafı toxumalarda gedən ağır çapıq toxmalarının əmələ gəlməsindən də asılıdır. Bizim kliniki müşahidələrmiz onu göstərir ki, dirsək oynağından immobilizasiyanı açdıqdan sonra oynağın anatomik qurluşu oynaq ətrafı toxmaların hesabına qalırsa, uzun müddət aparılan reabilitasiya tədbirlərindən sonra ödem azalmırsa və əvvəlki kimi formada qalmırsa, bu proqnostik olaraq pis nəticə hesab olunur. Çünki oynaq ətrafında reaktiv fibroz toxuma artaraq ossifikatın əmələ gəlməsinə səbəb olur.

Bütün tədbirlər birləşdirici toxuma membranının keçiriciliyinin azalmasına, venoz qan dövranının yaxşılaşmasına yönəlməlidir. Adətən immobilizasiya çıxarıldıqdan sonra dirsək oynağında aktiv və passiv hərəkətlər birinci üç həftədə bərpa olur. Belə hallarda uşaqda MBT-ni kəskin və kobud etməmək lazımdır, həkim-metodist uşağın inamını qazanıb aktiv reabilitasiyaya qoşulmalı və tədricən oynaqda hərəkətin artırılmasına nail olmalıdır. Oynaqdaxili və oynaqətrafı sınıqlar zamanı uşaqlarda aparılan reabilitasiya tədbirləri  müalicə metodlarında az rol oynamır.

Uşaqlarda oynaqda hərəkətin məhdud qalmasına səbəblərdən biri də onların tam reabilitasiya tədbirləri almadan ambulator müalicəyə göndərilmələridir.

Bundan başqa cərrahi əməliyyatdan sonra, yəni fraqment millə bazu sümüyünə fiksə ediləndə və ətraf gips langetilə fiksə olunandan sonra dərhal bazu oynağına və əl barmaqlarına hərəkət təyin edilməlidir. Çünki bu həmin zədələnmiş ətrafda və oynaqətrafı toxumalarda qan və limfa dövranının tez bərpa olunmasına, reaktiv ödemin çəkilməsinə, toxumaların hipoksiyasının aradan qalxmasına, fibroz-çapıqlaşma prosesinin minimuma enməsinə və nazik çapığın əmələ gəlməsinə səbəb olur.

Сədvəl1.

Bazu sümüyü kondilusnu sınığının müalicəsinin uzaq nəticələri

Müalicə üsulu

Xəstə­lərin

sayı

Nəticə

Əla

Yaxşı

Kafi

Q/kafi

Konservativ gips sarğısı

19

-

4

2,6±1,27%

11

7,1±2,06%

4

2,6±1,27%

Skelet dartması Kirşner milləri ilə osteosintez

62

-

50

32,3±3,75%

10

6,5±1,97%

2

1,3±0,91%

Qapalı repozisiya Kirşner mili ilə osteosintez

33

-

4

2,6±1,27%

20 12,9±2,69%

9

5,8±1,88%

Açıq üsul ilə        repozisiya  Kirşner mili və +konyulla edilmiş vintlə osteosintez

Təzə

sınıq

21

10

6,5±1,97%

6+4

6,5±1,97%

1

0,65±0,64%

-

Köhnəl­miş sınıq

20

-

6+4

6,5±1,97%

10

6,5±1,97%

-

Cəmi:

155

10

6,5±1,97%

78

50,3±4,02%

52

33,5±3,79%

15

9,7±2,37%

 

 

Şək. 1. Bazu sümüyü kondulusunun sınığının müalicəsinin uzaq nəticələri.

Bizim müşahidələr göstərir ki, reabilitasiya tədbirləri yerinə yetirilən zaman buraxılan səhvlərlə yanaşı oynaqda hərəkətin bərpa olunmamasına səbəb fraqmentin ikincili yerdəyişməsinin yaranması və onun qeyri-düzgün  bitişməsi də ola bilər. Bu da bitişmə müddətində sınıq səthlərində gedən rezorpsiya prosesi nəticəsində oynaqda varus və valqus deformasiyasının yaranmasına səbəb olur.

Yerdəyişmə olmayan və ya cüzi yerdəyişmə olan hallarda osteosintez qapalı yol ilə, böyük yerdəyişmələrdə isə osteosintez açıq  üsulla aparılır. Cərrahi əməliyyat olunan bütün xəstələrin oynaqlarının anatomik qurluşunun kliniki-rentgenoloji öyrənilməsi göstərir ki,heç bir xəstədə ikincili olaraq deformasiyalar əmələ gəlməmişdir, lakin sınıqçı deyilən ara adamı müalicəsindən sonra kilinikaya daxil olmuş 15 xəstədə (9,7%) dirsək oynağında varus və valqus deformasiya müşahidə edilmişdir korreksiyaedici osteotomiyadan sonra ətrafın oxu bərpa edilmişdir. Cərrahi əməliyyatdan sonra rengenoloji olaraq boy zonasının zədələnməsinə yəni vaxtından əvvəl bağlanmasına rast gəlinməmişdir. Bu da onu göstərir ki, mil və konyullaedilmiş vintlə boyzonasında açılan deşik, boy plastinkasına mənfi təsir etmir. Ona görə də müalicəyə başlanmazdan əvvəl xəstəlik tarixindən əlavə R-qr öyrənilməsi tövsiyə edilir.

Nəticələr

1. Bazu sümüyü kondilusnun zədələnməsi zamanı müalicə üsulunun seçilməsi kliniki-rentgenoloji təsnifat əsasında aparılmaqla yanaşı, travmadan sonrakı müddətdə sınığın növü və yerdəyişmənin xarakteri nəzərə alınmalıdır. Bizim materyalda bazu sümüyünün kondilusdan və kondilusüstündən kecən sınıqları uşaqlarda ən çox rast gəlinən məişət travmasıdır və 5-11 yaşlı uşaqlar arasında bu da bizim materiyalda 34 xəstə daha çox təsadüf edilir. Bizim müşahidələrə görə uşaqlarda dirsək oynağı sınıqlarının 22% -ni təşkil edir və oğlanlarda qızlara nisbətən 2,2 dəfə çox rast gəlinir.

2. Birmomentli qapalı repozisiya vaxtında düzgün aparılarsa əsas müalicə üsullarından biri kimi istifadə edilə bilər. 19 xəstədə (12,3%) qapalı repozisiya aparılmış,onlardan 4-də (2,6%) yaxşı, 11-də (7,1%) kafi, 4-də (2,6%) qeyri-kafi nəticə alınmışdır.

3. Qapalı repozisiya və fraqmentlərin Kirşner milləri ilə fiksasiyası travmanın ilk saatlarında aparıldıqda daha effektli olur. Oynağın funksiyası 1,5-2aya bərpa olur.Bizim müşahidələrdə bu üsüldan 33 xəstədə (21,3%) istifadə edilmişdir. Onlardan 4-də (2,6%) yaxşı, 20-də (12,9%) kafi, 9-da (5,8%) qeyri-kafi nəticə alınmışdır.

4. Oynaqda böyük şişkinlik olan zaman və sınıqdan 2-3 gün sonra müraciət edilən hallarda əvvəlcə skelet dartması tədbiq edilmiş, şişkinlik çəkiləndən sonra qapalı repozisiya aparılmış və Kirşner milləri ilə qapalı fiksasiya edilmişdir. Bu üsuldan  62 xəstədə (40%) istifadə edilmişdir. Bu xəstələrdən 50-də (32,2%) yaxşı, 10-da (6,5%) kafi, 2-də (1,3%) qeyri-kafi nəticə alınmışdır.

5. Açıq üsul ilə repozisiyaya göstəriş: açıq sınıqlarda,  fraqmentlərin dərini deşmək, damar-sinir dəstəsinin zədələnmə təhlükəsi, ətrafda qan dövranı pozğunluğu olan hallarda, qapalı yolla repozisiya alınmadıqda, sınığın ağır yerdəyişməsi zamanı, stasionar müalicəyə bir neçə sutkadan sonra daxil olmuş anatomik strukturalarını bərpa etməklə, ikincili yerdəyişməni nqarşısını almaqla yanaşı erkən funksional hallarda aparılır. Bizim müşahidələr repozisiya 41 xəstədə (26,4%) aparılmışdır: 40-da (25,8%) yaxşı, 1-də (0,6%) kafi nəticə alınmışdır. əsasında açıq üsülla Yekun olaraq 98 xəstədə (63,2%) yaxşı, 42 xəstədə (27,1%) kafi, 15 xəstədə (9,7%) qeyri-kafi nəticə alınmışdır. Stabil fiksasiya oynağın anatomik strukturalarını bərpa etməklə, ikincili yerdəyişmənin qarşısını almaqla yanaşı erkən funksional nəticələrin alınmasına da səbəb olur.

6. Uşaqlarda bazu sümüyü kondilusundan və kondilusüstündən keçən sınıqlarında klınıkaya daxil olan 155 xəstədə aparılan müalicədən əvvəl və sonrakı nəticələri:önə yerdəyişmə ilə 50 (32,3%) xəstə olmuşdur: bunlardan 5 xəstədə (26,3%) qapalı repozisiya, 20 (32,2%) xəstədə skelet dartması, 12 xəstədə (36,4%) qapalı repozisiya Kirşner millər ilə osteosintez, 13 xəstədə isə (31,7%) açıq üsulla repozisiya; arxaya yerdəyişmə ilə 32 (20,6%) xəstə olmuş, bunlardan 7xəstədə (36,8%) qapalı repozisiya,10(16,1%)xəsədə skelet dartması,7 xəstədə (21,2%) Kirşner milləri ilə osteosintez, 8 (19,5%) xəstədə açıq üsulla osteosintez yerinə yetrilmişdir. Bayıra yerdəyişmə ilə 47 (30,3%) xəstə olmuşdur,bunlardan 3xəstədə (15,8%) qapalı olaraq repozisiya,22(35,5%)xəstə skelet dartması,7-də isə(21,2%) Kişner milləri ilə osteosintez,15 xəstədə (36,6%) açıq üsulla osteosintez yerinə yetirilmişdir.İcəriyə yerdəyişmə ilə 26(16,8%) xəstədə qeydə alınmışdır, 4 xəstədə (21%)qapalı repozisiya,10 (16,1%) xəstədə sklet dartması, 7 xəstədə (21,2%)qapalı olaraq Kişner milləri ilə osteosintez, 5(12,2%) xəstədə isə açıq üsulla osteosintez edilmişdir. 8(5,2%) xəstədə şişkinlik yatdıqdan sonra sklet dartmasını cıxartmadan repozisiya əldə edildikdən sonra az invaziv konyulla edilmiş vintlər ilə osteosintez aparılmışdır bu da 155 xəstənin 5,2%-ni təşkil edir.

7. Uşaqlarda bazu sümüyü kondilusunun sınıqlarının müalicəsinin nəticələrinin obyektiv qiymətləndirilməsi belə nəticəyə gəlməyə imkan verir ki, müalicə üsulunun seçilməsi zamanı həm sınığın növü, həm də fraqmentin yerdəyişməsinin xarakteri nəzərə alınmalıdır. Açıq üsulla repozisiya qapalı üsulla repozisiyaya qarşı qoyulmur. Hər bir üsula göstəriş vardır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Рейнберг С.А.. Рентгенодиагностика заболеваний костей и суставов. М., 2005,т.1,396 с.
2.Меркулов В.Н., Дорохин А.И., Стужина В.Т., Ельцин А.Г., Мининков Д.С. Лечение переломов  области локтевого сустава у детей  и подростков. Вестник травматологии и ортопедии.2011(2);38-45.
3.Дорохин А.Н. Особенности диагностики и лечения переломов длинных костей, осложненных нарушениями остео генезу пациентов детского возраста. 2006-Т.2-С-893-894. Чернов Д.В. Повторные переломы длинных костей. Весник Смоленский гос. мед. анатомии-2010.Спец. вып.С.12-16.
4.Умаров Ф.Х. Современные подходы к клинической больной оценке тяжести повреждений при множественных переломах длинных костей у детей  Педиатрия-Ташкент, 2011-№1-2, с.80-83.
5.İP. D, Tsang WL. Medial humeral epiсоntylar fracture in children and atolescents. J.orthp Surg  (Hong Kong) 2007. Aug; 15(2), 170-173.
6.Kim S.S., Kim D.H., Lee S.W, Kim K.H, Sohn S.K. Fine classitication and treatiment outcome of  lateral contyle fracture of  the humerus in children . J.Korean,  Orthop,    ASSOC.  2010;  40(3), 237-243.


Müəlliflər:
V.M. Xudiyev
Ə.M. Quliyev

Digər jurnal və qəzetlər