OTOMİKOZLARLA XƏSTƏLƏRİN MÜASİR TERAPİYA METODLARI
12-02-2018
Açar sözlər: otomikoz, yayılması, tibbi-sosial əhəmiyyət
Key words: otomicosis, prevalence, medical-social importance
Son illər müxtəlif lokalizasiyalı və klinik əlamətləri olan mikozlar müxtəlif ixtisas həkimləri tərəfindən ətraflı tədqiq edilir. Təbiətdə göbələklərin geniş yayılması, onların daima həm ətraf mühitdə, həm də orqanizmdə mövcud olması insanın onlarla təmasını və yoluxmasını qaçılmaz edir [1, 2].
Hazırda LOR-orqanların, o cümlədən xarici və orta qulağın mikoz mənşəli zədələnmələri, həmçinin orta qulağın əməliyyatdan sonra yaranan boşluqların zədələnmələri olan xəstələrin sayının artması qeydə alınır. Xəstələrin sayının artması həm mikozun inkişafının risk amillərinin əhəmiyyətli dərəcədə artması, həm də otitin müalicəsində yerli antibakterial preparatların sistemsiz və nəzarətsiz şəkildə tətbiqi ilə şərtlənmişdir. Bundan başqa, xronik göbələk mənşəli iltihab prosesinin tez-tez baş verən residivlərlə (dərman korreksiyasına tabe olmayan) bərabər, xüsusi çəkisinin yüksəlməsi nəzərə çarpır ki, bu da öz növbəsində əhalinin iş qabiliyyətinin itməsi və əlil olması müddətlərinin artması ilə müşayiət olunur [3, 4].
Mikozların ağır formaları ətraf mühitin çirklənməsi (tozla çikrlənmə, həddən artıq rütubət), radiasiya fonunun yüksəlməsi, həmçinin orqanizmin müdafiə qüvvələrini zəiflədən amillərin təsiri zamanı meydana çıxır. Otomikozun inkişafına təkan verən amillərdən biri travma hesab edilir. Dərinin zədələnməsi zamanı göbələyin daxil olması və toxumanın daxilinə törədicinin nüfuz etməsi asanlaşır, zədələnmə yerində müdafiə reaksiyaları zəifləyir ki, bu da göbələklərin kontaminasiyasına və çoxalmasına şərait yaradır. Travmaya uğramış örtük epitelinin ifraz olunan şirəsi göbələklərin çoxalması üçün əlverişli qidalı mühit sayılır. Bu zaman qəribə vəziyyət nəzərə çarpır: xarici qulağın göbələk mənşəli xəstəlikləri çox vaxt o şəxslərdə meydana çıxır ki, onlar qulaqlarını təmizləmək üçün tez-tez gigiyenik prosedurları yerinə yetirirlər və bununla da xarici qulaq keçəcəyinin dərisini zədələyirlər [5, 6]. Qulaq piyinin düzgün, yavaş kənar edilməsinin vacibliyindən danışarkən onu qeyd etmək lazımdır ki, qulaq keçəcəyində onun bir qədər az miqdarda olması vacibdir, çünki o, təkcə dərini mexaniki şəkildə qorumur, həm də bakterisid və funqisid funksiyanı yerinə yetirir. Yuxarıda deyilənləri, həmçinin qulaq keçəcəyindəki ifrazatın mexaniki şəkildə kənar edilməsi zamanı tək xarici qulaq keçəcəyinin divarlarının deyil, həmçinin təbil pərdəsinin də travmaya uğraması ehtimalını nəzərə alaraq, serumenolizisə təsir göstərən preparatların istifadəsinin (həm müalicə, həm də profilaktik məqsədlə) məqsədəuyğun olmasını qeyd etmək istərdik [3, 4]. Bu, hazırkı tədqiqat işinin aparılmasının vacibliyini şərtləndirmişdir.
Tədqiqatişininməqsədi: qulağın göbələk mənşəli zədələnmələrinin diaqnostikasının və müalicəsinin effektivliyinin yüksəldilməsi.
Tədqiqatınmaterialvəmetodları. Müşahidəmiz altında 18 yaşdan 67 yaşa qədər (orta yaş - 41,2±3,45 yaş) qulağın xronik iltihabi xəstəliklrəi olan 112 xəstə, o cümlədən 64 qadın və 48 kişi olmuşdur. Xəstəliyin etiologiyasının, patogenezinin klinik mənzərəsinin xüsusiyyətlərinin aşkar edilməsi və optimal müalicənin işlənib hazırlanması məqsədilə otomikozla bütün xəstələr iltihab prosesinin lokalizasiyasına müvafiq olaraq 3 qrupa bölünmüşlər: 1-ci qrupa - göbələk mənşəli xarici otiti olan pasiyentlər (57 nəfər), 2-ci qrupa - orta qulağın göbələk mənşəli zədələnməsi olan pasiyentlər (32 nəfər) və 3-cü qrupa - orta qulağın əməliyyatdan sonra yaranmış boşluğunun mikoz mənşəli zədələnməsi olan pasiyentlər (23 nəfər) daxildir. 63 xəstədə ikitərəfli proses aşkar edilmişdir. Xəstəliyin davametmə müddəti 2 aydan 15 ilə qədər təşkil etmişdir.
Müayinə metodları bunlardır: klinik, endomikroskopik, mikrobioloji, mikoloji, rentgenoloji (KT, MRT daxil olmaqla), epidemioloji, statistik.
Bizim tərəfimizdən kompleks müayinə, o cümlədən patoloji ifrazatın məqsədyönlü mikoloji müayinəsi həyata keçirilmişdir ki, buraya nativ yaxmanın və Romanovski-Qram üsulu ilə rənglənmiş preparatların mikroskopiyası, Saburo və Çanek mühitinə əkməklə kultural diaqnostika daxildir. Rənglənməmiş preparatın mikroskopiyası zamanı göbələklər 82% xəstədə, rənglənmiş preparatın – 100% xəstədə aşkar edilmişdir. Candida cinsi göbələklərinin növ identifikasiyası biokimyəvi əlamətlərin əsasında müəyyən edilmişdir. Qidalı mühitlərə əkmələr zamanı mühitin bütün nöqtələrində göbələklərin həmcins böyüməsi xəstələrin hamısında qeyd olunmuşdur.
Nəticələrvəonlarınmüzakirəsi. Prosesin lokalizasiyasından asılı olaraq müəyyən fərqlər aşkar edilmişdir. Belə ki, göbələk mənşəli xarici otit zamanı əsas törədicilər kif göbələkləri olmuşdur ki, onlar 38 xəstədə aşkar edilmişdir (66,7%), bu zaman Aspergillus cinsi göbləklərinin payına 21 müşahidə (36,8%) düşmüşdür. Mayayabənzər göbələklər 19 müşahidədə (33,3%) etioloji amil kimi iştirak etmişdir, bu zaman ən patogen növ Candida albicans yalnız 8 xəstə aşkar edilmişdir. Candida cinsi və digər növ göbələklərin etiopatogenetik rolu müəyyən edilmişdir: C. tropicalis, C. krusei, C. sake, C. parapsilosis, C. intermedia, Candida spp. Bu məlumatları otomikozun diaqnostika və müalicəsi zamanı nəzərə almaq lazımdır.
Müəyyən edilmişdir ki, göbələk mənşəli orta otit olan xəstələrdə mayayabənzər Candida cinsi (24 xəstə, 75,0%) göbələkləri üstünlük təşkil etmiş, kif göbələklərinin xüsusi çəkisi isə 25,0% bərabər olmuşdur ki, bu da xarici qulağın və orta qulağın əməliyyatdan sonra yaranmış boşluqlarının göbələk mənşəli zədələnmələri olan xəstələrdən fərqləndirən başlıca cəhətdir.
Candida cinsi gəbələkləri arasında Candida albicans mayayabənzər göbələklərin bütün digər növləri ilə müqayisədə yalnız 23,5% təşkil etmişdir, Candida non-albicans ştamlarının payı 76,5% bərabər olmuşdur. 8 xəstədə orta otitin törədicisi müxtəlif kif göbələkləri olmuşdur: iltihab prosesinin törədicisi 3 halda Aspergillus niger, 2 xəstədə Aspergillus fumigatus və 2 xəstədə – asperqillaların digər növləri olmuşdur. 1 xəstədə xəstəliyin törədicisi kimi Mucor cinsi göbələkləri iştirak etmişdir.
Orta otitin əməliyyatdan sonrakı boşluqların göbələk mənşəli zədələnməli olan xəstələrdə kif göbələkləri üstünlük təşkil etmişdir ki, onların xüsusi çəkisi bu patologiya olan xəstələrdə 91,3% (21 xəstə) təşkil etmişdir. Aspergillus cinsi göbələkləri üstünük təşkil etmişdir ki, onlar 84,6% hallarda aşkar edilmişdir, halbuki Candida cinsi göbələklərinin payına 8,7% düşmüşdür. Müəyyən etdiyimiz bu faktı - orta qulağın əməliyyatdan sonrakı boşluqların mikozları zamanı kif göbələklərinin üstünlük təşkil etməsi - müalicə üçün preparatın seçimi zamanı nəzərə almaq lazımdır.
Göbələk mənşəli xarici otit olan 57 xəstənin obyektiv klinik müayinəsi həm kif göbələkləri, həm də kandidozlu zədələnmələr zamanı ən səciyyəvi klinik əlamətləri aşkar etməyə imkan vermişdir. Xarici otitin göbələk mənşəli əsas klinik əlamətləri ağrı və qulaqdan rəngli ifrazatların axması olmuşdur. Baxış zamanı kazeoznekrotik kütlə şəklində patoloji ifrazat aşkar edilir ki, bu zaman törədici göbələkdən asılı olaraq rənglənir. Göbələk mənşəli orta otit və əməliyyatdan sonrakı boşluqların mikozu olan xəstələrin klinik müayinəsi zamanı aşkar edilmişdir ki, əsas şikayətlər qulaq ağrısı, küy, ifrazatların axması, başgicəllənmə olmuşdur. Xarakterik şikayətlərin tezliyi cədvəl 1-də təqdim edilmişdir.
Otomikozun terapiyası zamanı biz müəyyən prinsiplərə riayət etmişik: müalicə təkcə göbələk infeksiyasına deyil, həm də bu mikozun patogenezində rol oynayan müxtəlif amillərin aradan qaldırılmasına yönəldilməlidir. Biz sistem və yerli terapiyanı tətbiq etmişik. Müalicənin gedişində törədicinin həssaslığı nəzərə alınmaqla preparatların əvəzlənməsi aparılmışdır.
Xəstəliyin gedişinin təhlili göstərmişdir ki, bakterial zədələnmə ilə müqayisədə qulağın göbələk mənşəli zədələnməsi zamanı mikoz üçün həm spesifik, həm də qeyri-spesifik xarakter daşıyan patoloji ifrazatlar uzun müddət qalır. Göbələk mənşəli xarici otitin müalicəsi zamanı biz təkcə allilaminlər, azollar və polienlər qrupundan olan göbələkəleyhinə preparatların məhlul və kremlər şəklində yerli dərman formalarını tətbiq etmişik. Göbələk mənşəli orta otitin və orta otitin əməliyyatdan sonrakı boşluqların zədələnməsi olan xəstələrin müalcəsi zamanı azol və allilaminlər qrupu göbələkəleyhinə preparatları tətbiq edilmişdir. Müalicənin müddəti 14 gündən 48 günə qədər davam etmişdir. Göbələk mənşəli xarici otitin müalicəsi zamanı dərinin vəziyyətinin dəyişilməsi ciddi problem sayılır və o, laborator sağalmadan sonra da qalır və mikoloji müayinələrin təkrar məlumatları ilə təsdiq edilir.
Сədvəl№ 1.
Qulağınmüxtəlifşöbələrindəmikozprosesininlokalizasiyasızamanışikayətlərintezliyi
Əsas şikayətlər |
Prosesin lokalizasiyası |
||||||||
Xarici qulaq (n=57) |
Orta qulaq (n=32) |
Əməliyyatdan sonrakı boşluq (n=23) |
|||||||
Rast gəlmə tezliyi |
|||||||||
Müt. |
% |
Müt. |
% |
Müt. |
% |
||||
Qulaqdan ifazatlar |
57 |
100 |
32 |
100 |
23 |
100 |
|||
Xəstə qulaqda səs-küy: aşağı tezlikli |
31 |
54,4±6,6 |
12 |
37,5±8,6 |
23 |
100 |
|||
yüksək tezlikli |
12 |
21,1±5,5 |
23 |
71,9±7,9 |
8 |
34,8±10,1 |
|||
Qulaqda ağrı |
49 |
85,9±4,9 |
30 |
93,8±4,2 |
20 |
86,9±7,0 |
|||
Xəstə qulaq tərəfdə baş ağrısı |
14 |
24,6±5,7 |
28 |
87,5±5,7 |
18 |
78,3±8,6 |
|||
Qulaqda qaşınma |
42 |
73,7±5,8 |
24 |
75,0±7,6 |
17 |
73,9±9,1 |
|||
«Dolma» hissiyyatı |
6 |
10,5±4,1 |
25 |
78,1±7,3 |
11 |
47,8±10,4 |
|||
Başgicəllənmə |
2 |
3,5 |
12 |
37,5±8,6 |
11 |
47,8±10,4 |
|||
Eşitmənin zəifləməsi |
44 |
77,2±5,6 |
32 |
100 |
23 |
100 |
|||
Otitin müalicəsi zamanı məlhəm şəklində hazırlanan dərman formaları pasiyentin sərbət işlətməsi üçün rahat deyildir, çünki xarici qulaq keçəcəyinin və orta qulağın əməliyyatdan sonrakı boşluğunun səylə işlənməsini yalnız vizual müayinə altında aparmaq mümkündür, zədələnmiş təbil pərdəsi zamanı qulağın müstəqil tualeti isə daxili qulağın strukturlarının zədələnməsi riskinin yüksək olması ilə əlaqədar yolverilməzdir.
Beləliklə, qulağın göbələk mənşəli otiti və orta qulağın əməliyyatdan sonra yaranmış boşluğun mayayabənzər göbələklər tərəfindən törədilən mikozu ilə xəstələrin müalicəsi zamanı Kandibiotik preparatı seçim preparatı ola bilər.
Kandibiotik yüksək yerli anesteziyedici, iltihabəleyhinə, allergiyaəleyhinə, antimikotik və antibakterial xüsusiyyətlərə malikdir. Qulaq damlaları şəklində, tünd şüşədən hazırlanmış 5 ml flakonlarda probka-pipet komplekti ilə birlikdə buraxılır. Onun tərkibinə daxildir: təsiredici maddələr - klotrimazol, xloramfenikol, beklometazon dipropionat, liqnokain hidroxlorid; yardımçı maddələr – propilenqlikol və qliserin.
Kandibiotik yerli şəkildə, xəstə qulağın xarici qulaq keçəcəyinə gündə 3-4 dəfə damızdırmaqla tətbiq edilir. Xəstənin əhvalının yaxşılaşması 3-5 gün ərzində baş verir, müalicə kursu – 7-10 gün təşkil edir.
Beləliklə, xarici və orta qulaqda uzun müddət sürən iltihab prosesi olan xəstələrin müalicəsi zamanı qulaqdan axan patoloji ifrazatın kopleks mikoloji müayinəsinin aparılması vacibdir ki, buraya mikroskopik və kultural müayinə daxildir. Mayayabənzər göbələklər tərəfindən törədilən otomikozlarla xəstələrin müalicəsi zamanı Kandibiotik preparatı tətbiq edilə bilər. Yalnız yerli dərman formalarının tətbiq edilməsi göbələk mənşəli xarici otitlə xəstələrin müalicəsi zamanı məsləhət görülür. Göbələk mənşəli orta otit və orta qulağın əməliyyatdan sonrakı boşluqlarının mikozu olan xəstələrin müalicəsi zamanı sistem preparatlarının tətbiq edilməsi vacibdir. Otomikoz keçirmiş xəstələr dispanser müşahidə altında saxlanmalıdılar.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Кунельская В.Я., Шадрин Г.Б. Современный взгляд на диагностику и лечение отомикоза. Consilium medicum, 2008;
10 (10): 34–37
2.Богомильский М.Р., Радциг Е.Ю., Вязьменов Э.О. Новые возможности церуменолизиса у детей. Педиатрия. 2008; 5: 104–106
3.Перламутров Ю.Н., Ольховская К.Б. Наружная терапия хронического кандидоза крупных складок. Клин. дерматология и венерология, 2007; 4: 23–27.
4.Хамаганова И.В., Пивень Н.П. Комплексная терапия заболеваний наружного слухового прохода в практике врача дерматолога // Вестн. оториноларингологии, 2010; № 2: с. 66–68.
5.Groll AH, Tragiannidis A. Update of antifungal agents for paediatric patients // Clinical microbiology and infection. 2010; 16 (9): р.1343–1353.
6.Jones RN, Qing L. Contemporary antimicrоbial activity of triple antibiotic ointment: a multiphase study of recent clinical isolates in the United States and Australia // Diagnostic Microbiology and Infectious Diseases, 2006; 54: р.63–71.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı