ATOPİK DERMATİTLİ UŞAQLARDA DƏRİ MİKROBİOSENOZUNUN ARAŞDIRILMASI
05-10-2018
Atopik dermatit dərinin multifaktorial xroniki xəstəliyi olub,erkən yaşlarda başlayır, böyük yaşlara qədər davam edir və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur [2, 6, 8].
Son illər atopik dermatitin patogenezində dərinin disbiotik dəyişikliyi geniş müzakirə olunur[4]. Atopik dermatitin ağırlaşmasının əsas faktoru xəstənin dəri səthindəki patogen mikroarqonizmlərin olmasıdır. İnsan dərisində çoxlu miqdarda mikroblar artib çoxala biləcəyi açıq ekoloji sistemdir. Dərinin 1sm2–də mikrobların miqdarı bir neçə mindən bir neçə yüz minə kimi ola bilir [4, 9]. Sağlam insanın dərisində mikrobların miqdarı daim müəyyən hüdudda olur. Dəridə əsasən qrammüsbət bakterialar və maya göbələkləri üstünlük təşkil edir. Az hallarda isə stafilokokk aureus və stafilokokk pyogenes-ə rast gəlinir [9].
Aparılan erkən araşdırmalar göstərir ki,atopik dermatitli xəstələrin dərisindəki mikro mühit sağlam insanın dərisindən həm kəmiyyət həm də tərkib baximindan əhəmiyyətli dərəcədə fərqlənir [2, 5]. Əsas əhəmiyyətli mikrob agenti stafilokokk aureus sayılır [1]. Qızılı stafilokokk koloniyaları sağlam insanların dərisində 5 % hallarda, atopik dermatitli xəstələrdə isə 90 % hallarda rast gəlinir. Qızılı stafilokokk atopik dermatitin patogenezində mühüm rol oynayır [7], qrammüsbət kokdur, fakultatif anaerob mikrobdur, geniş spektirli hüceyrə sturukturuna virulentliyə maliktir. Bakterioloji müayinə zamanı stafilokokk aureus 80-100%hallarda atopik dermatitli xəstələrin və xəstəliyin kliniki təzahürü olmayan pasientlərin dərisində tapilir [3.7.9]. Şərti potogen mikrob kimi stafilokokk aureus atopik dermatitli xəstələrin zədələnməmiş dərisində artıb çoxala bilir [7]. Bakteriyaların kolonizasiya sürəti kəskinləşmə dövründə remissiya dövrünə nisbətən çoxdur və dərinin zədələnmə dərəcəsini təyin edir. Kolonizasiya dərəcəsi zədələnmiş dəridə zədələnməmiş nisbətən çoxdur [1.3.7]. Dərinin kəskin eksudativ dəyişikliklərində zədələnmiş ocaqda 1sm2-də 10/6 patogen mikroblar ola bilər [7].
Müayinənin məqsədi atopik dermatitli uşaqlarda zədələnmiş dəridə kəskin dövrdə pimafukort həmçinin Elidel kreminin aktiv konpanenti olan pimakralimusun tətbiqindən əvvəl və sonra qızılı stafilokokkun kolonizasiyasının xüsusiyyətlərinin öyrənilməsidir.
Materiallar və metodlar. Müxtəlif ağırlıq dərəcəsində olan 97 uşaq müayinə olunmuşdur. Xəstələrin orta yaş həddi 7,8=0,9 yaş [6 aydan 15 yaşa kimi] idi. Atopik dermatitin ağırlıq dərəcəsini qiymətləndirmək üçün aşağıdaki kriteriyalardan istifadə olunmuşdur: kəskinləşmə, remissiyanın müddəti və zədə sahəsinin yayılma dərəcəsi. Bütün xəstələrdə pataloji prosesin yayılma dərəcəsi eksudasiyanın və qaşınmanın olub, olmaması regional linfa düyünlərinin reaksiyası nəzərə alınmışdır. Dəri əlamətlərinin qabarıqlığı SCORAD [Scoringof Atopik Dermatitis] şkalası ilə qiymət-ləndirilir. Xəstaələrin bölgüsü xəstəliyin gedişinin ağırlığından asılı olaraq belə olmuşdur: 54[55.7%] yüngül gedişli, 23[23.7 %] orta ağrı, 20[20.6 %] ağır gedişli olmuşdur.
Stafilokokk aureuz ştammları smiv yolu ilə götürülmüşdür. Atopik dermatitli uşaqlarda material bir başa alın və bilək büküşü nahiyələrindən zədələnmiş dəridən götürülmüşdür. Material dərinin zədələnmiş və inaktiv nahiyələrindən 0.85% isladılmış panbıq tanponla götürülmüşdür. Smiviy. 0.1 ml məhlulu 5% qanla aqarda əkmişlər 48 saat sonra bitmiş koloniyaları saymışlar.
Kəskinləşmə dövründə xarici müalicəni pimafukort mazı ilə aparılmışdır, mazın təsir edici maddələri mikroiyonlaşmış Hidronortizon,natamitzin və heomitsin sulfatdır. Mazı zədələnmiş sahələrə nazik qatla gündə 2 dəfə çəkmişlər. 7 gün sonra elidel mazını gündə 2 dəfə nazik qatla səhər ,axşam zədələnmiş sahəyə çəkmişlər. Müalicəni atopik dermatitin əlamətlərinin tam sönməsinə kimi aparmışlar. Smivi.QKS müalicəsindən əvvəl ,müalicədən 7 gün sonra və 10 gün sonra elidelin təyini fonunda götürülmüşdür.
Tədqiqatın nəticələrini “STATISTIKA6.0” kompyuter proqramı vasitəsi ilə işləmişlər.
Nəticə və müzakirələr. Müayinə olunmuş uşaqlarda atopik dermatitin klinik şəkli morfoloji simptomların,o cümlədən elementlərin həqiqi polimorfizminin olması,çoxlu ikincili elementlərin olması,dəridə potoloji fon dəyişikliklərinin olması həmçinin dəri elementlərinin xarakterik lokalizasiyannın olması və qaşınmanın olması ilə xarekterizə olunur.
Dərinin mikromühütünün öyrənilməsi göstərirki, qızılı stafilokokk artıb çoxalır.Aparılan tədqiqatlar göstərirdiki,atopik dermatitin kəskinləşməsi zədələnmiş dəri qatlarında stafilokokk 87.7% uşaqda kolonizasiyası ilə müşahidə olunur. Yalnız 10 .3% dəridə stafilokokk aureusa rast gəlinməyib. Cədvəl 1. 87[89,7%] 10[10.3%] uşaqda
Onu da qeyd etmək lazımdır ki, kəskinləşmə dövründə qızılı stafilokokkun rast gəlmə tezliyi bütün ağır və orta ağır gedişli xəstələrdə 100% ,yüngül gedişli xəstələrdə isə 81.5%-də rast gəlinir. Yüngül gedişli xəstələrdə stafilokokk aureus kasad 10/2, orta ağır gedişli xəstələrdə çox miqdarda 10/3-10/4,ağır gedişli xəstələrdə çox miqdarda 10/4-dən yuxarı rast gəlinmişdir.
Qızılı stafilokokkla yanan dəridə digər mikroarqonizmlərdə aşkar olunmuşdur. Biz yalnız qızılı stafilokokk mikroarqonizmlərinin rast gəlmə tezliyini və miqdarını öyrənmişik. Nəticələr göstərir ki, 61,5% stafilokokk aureus monokulturalarda 38.5% isə bakterial assosiyalarda rast gəlindi. Bakterial assosiyalara stafilokokk haemolyticus, stafilokokk epidermidis, Enterococcus faecalis Candida albicans aiddir. Şəkil 1.
Pimofukort mazı ilə müalicədən sonra hissəvi remissiya aldıqdan sonra dəridə qızılı stafilokokkların rast gəlmə tezliyi 28.9% [p>0,01] qədər azalmışdır. Elidel mazı çəkilməsi fonunda atopik dermatitin tam remissiya dövründə qızılı stafilokokların rast gəlmə tezliyi 9,3% -ə qədər azalmışdır 90,7% hallarda isə dərinin normal vəziyyətinə rast gəlinir.
Pisinok – Bütün xəstələr uğurla müalicə olunmuşdur. Müalicədən sonra zədələnmə sahəsi kiçilmişdir. Kəskinləşmə dövründə SCORAD indensinin göstəriciləri 67,4+5 ,1 bərabər olmuşdur. Bütün qrupdakı xəstələrdə. Pimo kulort mazı ilə müalicədə hissəsi zamanı bu indeus 42,6+4,1 qədər azalmışdır. Elidel mazı ilə müalicə zamanı isə 10 gün sonra tam remissiya fonunda bu indeks əhəmiyyətli dərəcədə 25,3+_2,9 (p>0,05) qədər azalmışdır.
Uşaqların əksəriyyətində vəziyyətdə pisləşmə qeyd edilməmişdir. Yalnız ağır gedişli atopik dermatit olan iki xəstədə yenidən kəskinləşmə olmuşdur.Bu dərinin zədələnmə sahəsinin genişlənməsi qaşinma və dəridə qızılı stafilakokkların kolonizasiyası ilə müşahidə edilir.
Aparılan tədgiqat göstərirki pimofukord mazı ilə müalicə atopik dernafitli dərinin vəziyyətinin yaxşılaşması və qızılı stafilokokk kolonizasiyasının azalması ilə müşahidə olunur. Elidel mazı ilə müalicə nəinki uzun müddətli remissiya alınır,həmçinin dərinin qızılı stafilokokkla infeusiyalaşmasını qarşısını alır.
Beləliklə dərinin zədələnməsi yəni tamlığının pozulması burda potogen mikrobların artıb çoxalmasına və potogen mikrobların artıb çoxalması dərinin daha da zədələnməsinə gətirib çıxarır. Dəridə qızılı stafilokokkun artıb çoxalması dermatozun ağırlaşmasına gətirib çıxardır. Ağır və orta ağır gedişli atopik dermatitli xəstələrdə dəridə qızılı stafilokokkun artıb çoxalması göstərdi ki,qızılı stafilokokk dəridə iltihabi proseslərin profikasiya edici və saxlayıcı faktorudur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Бедин П.Г., Ляликов С.А., Некрашевич Т.В. и др. Связь золотистого стафилококка с клинико-лабораторными показателями у детей, страдающих атопическим дерматитом //Клиническая инфектология и паразитология. 2016. № 4. С. 398-410.
2. Котлуков В.К., Казюкова Т.В., Антипова Н.В. Атопический дерматит в детском возрасте //Медицинский совет. 2015. № 1. С. 60-65.
3. Кудрявцева А.В., Морозова О.А., Саввина Ю.А. Инфицирование стафилококком пораженной кожи детей с атопическим дерматитом //Аллергология и иммунология в педиатрии. 2013. № 3 (34). С. 23-27.
4. Маланичева Т.Г., Зиатдинова Н.В., Самигуллина С.Б. Микробиоциноз кожи у детей с осложненными формами атопического дерматита // Современное искусство медицины. 2012. № 1 (3). С. 31-37.
5. Маланичева Т.Г., Зиатдинова Н.В., Закирова А.М., Денисова С.Н. Изменения микробиоценоза кожи у детей с атопическим дерматитом, осложненным вторичной инфекцией //Вопросы практической педиатрии. 2012. Т. 7. № 4. С. 71-74.
6. Репкина О.В. Атопические дерматиты у детей //Управление качеством медицинской помощи. 2016. № 1-2. С. 104-113.
7. Стукова Е.И., Кениксфест Ю.В. Патогенетическое значение золотистого стафилококка при атопическом дерматите //Фундаментальные исследования. 2013. № 7-3. С. 680-687.
8. Торопова Н.П., Сорокина К.Н., Лепешкова Т.С. Атопический дерматит детей и подростков - эволюция взглядов на патогенез и подходы к терапии // Российский журнал кожных и венерических болезней. 2014. Т. 17. № 6. С. 50-59.
9. Popova I., Dudchenko M., Artemenko A., Vasilyeva K. Analysis of the skin microbiocenosis structure in children with atopic dermatitis//Дерматовенерология. Косметология. Сексопатология. 2014. Т. 1-4. С. 165-167.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı