SƏS-KÜY VƏ VİBRASİYA FAKTORUNUN MEBEL MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİNİN EŞİTMƏ ORQANLARINA TƏSİRİ

17-09-2018

Müasir mebel müəssisələrində ətraf mühitin insanların sağlamlıqları üçün təhlükəsiz olan texnoloji proseslərin tətbiq edilməsi aktual olaraq qalmaqdadır. Mebel istehsalı üzrə əmək təbabətinə həsr olunmuş çox rast gəlinməyən bəzi işlər (1,5,6,9) sübut edir ki, istehsalat mühiti faktorları burada çalışan işçilərin orqanizmlərinə təsir etdiyini sübut etməklə yanaşı, hal-hazırda bir sıra gigiyenik məsələlər öz həllini kifayət qədər tapmamışdır.

        Tədqiqatin məqsədi:mebel istehsalı işçilərinin eşitmə orqanlarına səs-küy və vibrasiya amillərinin təsirini öyrənməkdən ibarət olmuşdur.

        Materiallar və metodlar: Mebel müəssisələrinin aparıcı sexlərində 37 işçidə gigiyenik xronometraj müşahidəsi metodu tətbiq edilməklə, 95 işçidən anket sorğusu aparılmış, səs-küy və vibrasiyanın səviyyəsi ölçülməsi və qiymətləndirilməsi (2,3,4) iş yerlərində ayrı-ayrı oktava tezlikləri üzrə uyğun olaraq öyrənilmişdir. Səs təzyiqinin səviyyəsi (səs-küyün spektrləri analiz olunmaqla, 44 ölçü və 19 analiz aparılmışdır. Ölçülər filtrlərlə (1613) Brül və Ker firmasının (Danimarka) istehsal etdiyi şumomerlərlə həm səs-küyün və həmçinin lokal vibrasiyanın səviyyələri (12) halda ölçülmüşdür. Əmək fəaliyyəti - iş gününün xronometraj aparılmaqla əmək proseslərinin öyrənilməsi “Əmək proseslərinin ağırlıq və gərginliyinin qiymətləndirilməsi metodikası ilə DÜST 12.2.03378 ƏTSS”. “Ayaq üstdə işin görülməsi zamanı iş yerləri” normativ sənədinə əsasən qiymətləndirilmişdir. Dərindən aparılan tibbi müayinəyə ayrı-ayrı sexlər üzrə 93 işçi səs-küylə və vibrasiya ilə təması olmayan 50 nəfər şəxs kontrol qrupu olaraq müayinəyə cəlb olunmuşdur. Onların ambulator kartaları ayrılmış, anket sorğu aparılmış, yuxarı tənəffüs yollarına və eşitmə orqanlarına baxış keçirilmiş, profpatoloqun və otolarinqoloqun iştirakı ilə ön və arxa rinoskopiya, farinqoskopiya, dolayısı larinqoskopiya, otoskopiya kimi müayinələr aparılmışdır. Müayinə materialları student kriteriyaları üzrə statistik olaraq işlənilmişdir.

        Müayinələrinnəticələri. Mebel istehsalatının müxtəlif sexlərində texnoloji proseslər ağac materialından detallar və elementlərin hazırlanması işi müxtəlif səs-küy və vibrasiya yaradan vətən və xarici nümunəli maşınlar, qurğular və avadanlıqlardan (cilalayıcı, hamarlayıcı, yonucu, itiləyici, frezeləyici, tezfırlanan, birləşdirici və s.) istifadə edilməklə yerinə yetirilir. İşlərin tam mexanikiləşdiril-məməsi və avtomatlaşdırılmaması, distansion idarə olunmaması əl əməyinin (effektivliyin) azalmasına təsir göstərmiş olur.

        Mebellərin hazırlanmasının texnoloji prosesləri tədqiqatçıların diqqətini cəlb etməklə, onlar qeyd edirlər ki, işçilərin əməyinin düzgün təşkil edilməməsi müxtəlif qurğuların, alətlərin, bir otaqda qeyri rasional yerləşdirilməsi, səs-küyün, vibrasiyanın və digər zərərli istehsalat mühiti amillərinin artmasına səbəb olur. Həmçinin bir sıra müəlliflər sexdə yaranmış səs-küyün və vibrasiyanın intensivliyinin səviyyəsinin, işin texnoloji təşkilindən, eyni vaxtda yuxarıda qeyd olunan maşın və qurğuların texniki vəziyyətindən asılı olduğu qeyd olunur (5.10).

        Bu zaman işçi orqanizminin fizioloji imkanları istehsalat qurğularının erqonomik xüsusiyyətləri və işçi yerlərində onların düzgün yerləşdirilməməsi işçilərin məcburi bədən vəziyyətlərində və ya pozalarında yerinə yetirilməsinə gətirib çıxarmaqla, qeyri rasional əlavə işçi hərəkətlərin əmələ gəlməsinə səbəb olur.

Belə ki, xronometraj müşahidələri göstərmişdir ki, maşınlarla, qurğularla və avadanlıqlarla işləyərkən cilalayıcılar, frezl makinaçıları ayaqüstü məcburi pozada 25-30◦ bucaq altında əyilməklə, iş növbəsinin 76,8%-80% vaxtını məcburi bədən vəziyyətində işləməli olurlar.

Səs-küy faktorunun gigiyenik cəhətdən qiymətləndirilməsi nəticələri göstərmişdir ki, birləşdirici və frezer qurğularının müxtəlif növ formalarının yaratdığı geniş zolaqlı səs-küyün ekvivalent səviyyəsi 90-105dBA olub, yüksək tezlikli spektrli küylərin səviyyəsi yol verilən səviyyəni (YVS) 800-3000hs tezlikli diapazon iş rejimində 10-22dBA ötüb keçir ki, bu 1-ci cədvəldə verilmişdir.

Сədvəl  № 1.

Mebel istehsalındakı iş yerlərindəki səs-küy və vibrasiyanın səviyyəsi.

 

İstehsalat sexi,sahəsi

Küyün səviyyəsi,dBA

Vibrosürət

Dalğalanma həddi

dəyişmə həddi m/s

Tədarük sexi

Frezl sahəsi

Cilalama sahəsi

Yığma sexi

86,0 – 100,0

90,0 – 109,0

85,0 – 96,0

77,0 – 82,0

0,020/32

0,045/63

0,082/125

0,012/32

 

Tədarük sexi üzrə işçi yerlərində səs küyün səviyyəsi 100dBA çatmaqla, yayılan orta-yüksəktezlikli spektrli səslər YVS-ni 6-20 dBA (norma göstəricisi 80dB) ötüb keçir. Hamarlayıcı və yonucu qurğuları vibrasiya mənbəyi olaraq normallaşdırılan parametrlərdə (105 Hs-250 Hs) tezliklərdəki normalardan yüksək olmaqla, vibrosürət 3 dəfədən yüksək olur. Qurğuların yaxın yerləşdirilməsi (yonucu və birləşdirici) kifayət qədər səs izolyasiyası olmadıqda səs küy yaradan toz tutucuları qurğularının bir-birinə yaxın yerləşdirilməsi yüksək səviyyədə orta-yüksək tezlik spektrinə malik olan küy mənbəyinə çevrilməklə, onun səviyyəsi yol verilən səviyyəni 3-5 dəfə ötüb keçir.

Yığma sexində mebelin yığılması işinin yerinə yetirilməsi zamanı elektrik deşici, pnevmotapançalı pnevmosapmalı alətlərlə işləyərkən əllə işləyən yığıcı peşələrində əzələ gərginliyinə təsir edən aşağı tezlikli xarakterli yerli vibrasiyanın səviyyəsi yol verilən səviyyəni 3-5 dB ötüb keçir.

        Ümumi vibrasiyanın parametrləri iş yerlərində yol verilən səviyyəni ötməmişdir.

Yuxarıda qeyd olunanlar qeyd etməyə imkan verir ki,mebel müəssisələrində əsas aparıcı faktorlardan biri müvəqqəti xarakterli geniş zolaqlı mexaniki səs-küy və lokal vibrasiyadır.

İşçi qrupuna daxil olanlardan onların özlərinin LOR orqanları barədə şikayətlərini soruşarkən, onların əksəriyyətinin əsas şikayətləri boğazlarındakı quruluqdan, tənəffüslərinin çətinləşməsindən, quru öskürəkdən, udma zamanı ağrıların olmasından, burun axmasından, soyuqdəymə əlamətlərindən ibarət olmuşdur. LOR orqanlarından tez-tez şikayətlənənlər kontrol qrupuna nisbətən daha çox təcrübə qrupuna daxil olanlar olmuşdur. Nozoloji formalar üzrə LOR orqanlarının patologiyasını ardıcıl olaraq təyin edərkən onlardan burun çəpərinin əyriliyi-10%,xroniki faringit-16%, xroniki tonzillit-6.5%, hipertrofik, subatrofik rinit-8.2%, xroniki kataral otit-7.4%, boz tıxaclar-69% təşkil etmişdir. Alınmış nəticələr statistik olaraq təhlil olunmaqla 2-ci cədvəldə verilmişdir.

Eşitmə orqanlarının audiometrik müayinələrindən alınan məlumatlar, kamerton müayinələrin nəticələri ilə bütün hallarda təsdiq olunur.

        Lor orqanlarının müayinə materialların məlumatların analizi zamanı, peşə patologiyaları aşkar edilməsə də, müəyyən hallarda, normada kənara çıxmaların qeydə alınması müşahidə edilir ki, bunu iş yerlərindəki işçilərin tez-tez boş dayanmaları ilə əlaqədar olaraq lor orqanlarının funksional vəziyyətlərinə müsbət təsir etmələri ilə izah etmək olar. Aşkar olunan erkən patoloji dəyişikliklərə müvafiq olaraq, profilaktiki və müalicəvi tədbirlər aparılmışdır.

Сədvəl  № 2.

Mebel istehsalında işləyənlərin LOR orqanları patologiyasının yayılması

Müayinə olunan qruplar

Cəmi müayinə olunanlar

LOR orqanlarından olunan şikayətlər

P

LOR orqanlar üzrə aşkar olunan patologiyalar

P

İşçi qrupu

93

59,3±1,3

<0,001

44,8±1,5

<0,01

Kontrol qrupu

50

21,4 ±1,5

14,1 ±1,2

 

 

2-ci cədvəldə LOR orqanları xəstəliklərinin rast gəlmə tezliyi verilmişdir ki, bu göstəricilər 59,3±1,3% təşkil etmişdir. Bu zaman aşkar olunan patologiyalar əsas qrupda 44,8±1,5% təşkil etdiyi halda, həmin göstəricilər kontrol qrupda 14,1±1,2 olduqda 3 dəfədən də az olmuşdur.

Nəticələr: Mebel müəssisələrində işçilərə təsir göstərən zərərli istehsalat faktoru olaraq,genişzolaqlı küylər və lokal vibrasiyalardır ki, iş yerlərində onların səviyyəsi yol verilən səviyyəni ötüb keçir.

Mebel sexlərindəki əmək prosesləri zonası səs-küy və vibrasiyanın müştərək faktor kimi təsir göstərməsi işçilər arasında eşitmə analizatorlarının funksiya dəyişikliklərinin inkişafına səbəb olan risk effektini artırır.

Bununla yanaşı, təcrübə qrupuna daxil olanlardan 93 nəfərin üzərində aparılmış dərin tibbi müayinələr göstərmişdir ki, müayinə olunan fəhlələrin yarıdan çoxu 30-40 yaş 60,4%, 40 yaşdan yuxarı olan işçilər isə 39,6% təşkil etmişdir.

Peşələrinə görə iş stajları 5 ilə qədər olanlar 45,6%, 15 ilə qədər olanlar 36,9%; 17,5% fəhlələrin isə iş stajları 15 ildən çox olmuşdur. Peşələri üzrə müayinə olunanları bölərkən nəticəsi aşağıdakı şəkildə olur:

Makinə operatorları-26 nəfər (28%), cilalayıcılar 23 nəfər (24,7%), frezerçilər-15 nəfər (16,2%), yonucular 18 nəfər (19,3%), köməkçi işçilər 11 nəfər (11,8%) təşkil etmişdir.

Orqanların funksional vəziyyəti-əsas qrup üzərində danışıq eşidilməsi kamertonla və tonal audiometriya metodu ilə öyrənilmişdir. Eşitmə həddi 500, 1000,2000,4000Hs tezliklərində təyin edilmişdir. Analoji müayinələr həmçinin kontrol qrupa aid olan 50 nəfər sağlam şəxslər üzərində aparılmışdır. 35-40 yaşlılar səs-küyün təsirinə məruz qalmamışlar. Audioqrammaların analizi zamanı norma olaraq, yaşa uyğun eşitmə itkisi və audiotesterin səs-küy xətası nəzərə alınaraq, yuxarıda göstərilən tezlik üzrə orta hava keçiriciliyi  götürül-müşdür.

Müayinə olunana işçi qrupu üzrə qulaqlarında olan səs-küydən şikayət edənlər 22,5%, baş ağrısından, qıcıqlanmadan, ümumi kefsizlikdən şikayət edənlər 49,6% təşkil etmişdir. Kamerfonla müayinə olunanlardan eşitmə qabiliyyətinin birtərəfli azalmasından, həmçinin əsasən sol tərəfli eşitmə azalması ilə şikayət edənlər 6,1% təşkil etmişdir.

Arterial təzyiqi məlumatlarının öyrənilməsi göstərir ki, üümumi müayinə olunan 31 nəfərdən, hipertonik sindromda olan şəxslər 7 nəfər (23%), eşitmə qabiliyyəti dəyişilmiş 13 nəfərdə qıcıqlanma zəifliyi simptomu qeyd olunmuşdur. Əksər müayinə olunanlardan 63%-də arterial təzyiqi səviyyəsi normal olmuş, onlardan normal eşitmə qabiliyyəti olanlar-%, eşitmə dəddinin dəyişilməsi hadisəsi olunanlar müayinə olunanların 20%-ni təşkil etmişdir ki, bu, tərəfimizdən səs-küyün eşitmə orqanına təsirinin əlaməti kimi qiymətləndiril-mişdir.

Otoskopiya olunan bütün müayinə olunanların 69 nəfərində normal təbil pərdəsi aşkar olunmuş, 13,8% hallarda təbil pərdəsində kəskin olmayan dəyişikliklər və onun bulanması və dartılması aşkar edilmişdir. Eşitmənin azalması 2 halda 15 ildən artıq iş stajı olan cilalayıcılarda və maşın operator-larında qeydə alınmışdır.

Nəticələr.

1. Mebel müəssisələrində işçilərin sağlamlıqlarının mühafizəsi üçün sahibkarlar iş yerlərinin attestasiyasını keçirməklə zərərli və təhlükəli istehsalat faktorlarının aşkar etmək və texnoloji proseslərin, qurğuların təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirməlidir.Sektoral növlərə aid növcüklər üzrə işçilərə və qulluqçulara xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri verilməlidir.

2. Sexlərdə akustik işlərin iş istehsalat otaqları, divarların səthləri səs uducu materiallarla örtülməli, iş yerlərində ayrı-ayrı səs uducu qurğular quraşdırılmalıdır.Mənbələrdə küyün intensivliyini azaltmaq üçün metal hissələrin plastmas materiallarla əvəz etməklə oda davamlı materiallardan istifadə edilməlidir.

3. Mebel müəssisələrində tibbi müayinələrdə Respublika Səhiyyə Nazirliyinin qərarına № 24/2 15 may 2014-cü il tarix əsasına profpatoloq, otolorinqoloq iştirak etməklə audiometriya müayinələri aparılmalıdır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Аронин В.В; Афoнина Л.М; Подоприлин Е.П Организация медицинских осмотров работников связанных с вредными условиями труда (опыт работы) / Медицина труда и пром. экология, 2002, N7, с 39-40.
2.Black N, Dilvorth M; Summers N. Occupational Exposure  to Wood Dust in the British WoodWorking Industry in 1999/2000/ Ann.Hyg.2007.vol.51.p.249-260.
3.Денисов Э.И. Прокопенко Л.В. Чесалин П.В. Громкость и вредность шума : феноменология , измерение и оценка / Гигиена и Санитария, 2009  N5, с 26-28
4.Determinants of Wood Dust Exposure in the Danish Funiture Industry Results from Two- Gross- Sectional Studies 6 years Apart/ V.Schlunssen, Q.Jacobsen, M.Erlandsen etal. /Ann.Hyg.2008,vol 52, p 227-238.
5.ГОСТ 2.1.012 -90 Вибрационная безопасность. Общие требование безопасности. / М. Госстандарт 1990,38c
6.ГОСТ 12.1.050 -86 ССБТ. Метод измерения шума на рабочих местах . / M.Госстандарт 1986,16с
7.Щевцова В.М. Критерии индивидуальный чувствительности к производственному шуму / Гигиена и Санитария М ,2001, N3, с 8-12
8.Полежай М.Н. Гигиеническая оценка условий труда и профиссионального риска на современных мебельних предприятиях Автореф.дисс.канд.мед.наук, Санкт-Петербург 2010, 22с
9.Рашидов В.А Муратов С.А. Гигиеническая оценка шума вибрасионного фактора на основных рабочих местах мебельного производства «Ташкент-мебел» / Молодой ученый 2016,N2, с.380-382
10.Work and health country profiles of twenty two European countris ets. J.Pantanen, T.Kauppinen, S.etal/People and work research reports 52. Helsinki FIOH, 2002, 79p.


Müəlliflər:
R.H. Əliyeva
S.A Gürzəliyev
M.Y. Nəbiyeva
C.Y. Salihova

Digər jurnal və qəzetlər