LƏNKƏRAN RAYONUNDA AĞCAQANADLARIN (DİPTERA: CULİCİDAE) FAUNASI VƏ EKOLOGİYASI

10-10-2018

Açar sözlər: qansoran ağcaqanadlar, arboviruslar, yayılması

Lənkəran Azərbaycanın cənub şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında və Xəzər dənizinin sahilində yerləşir. Rayonun iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraqlıq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Bu yerlərdə sərt və qarlı qış olmur. Belə əlverişli ekoloji şərait rayonun zəngin flora və faunasının olmasını göstərir. Belə ki, Respublikamızda buğumayaqlı həşərat olan ağcaqanadların (Diptera:Culicidae) 7 cinsə aid 27 növündən 23 -nün Lənkəran rayonundan toplandığı nəzərə alınarsa, bu məlumat təəccüblü deyildir [1]. Həmçinin bu tədqiqat ərazisi keçmişdən (1967-1980) bir sıra arbovirusların Qızılağac, Sindbis (SİNV ), Tahina virusu və Qərbi Nil virusunun (QNV) ötürüldüyü və ya saxlandığı təbii ocaq hesab edilir [2].

2007 və 2009-cu illərdə Lənkəran yaxınlığında entomoloji tədqiqatların tərkib hissəsi olaraq toplanmış yetkin ağcaqanad növlərindən  Anopheles hyrcanus, Culex pipiens,Culex tritaeniorhynchus, Ochlerotatus caspius Uranotaenia unguiculata eləcə də, sürfələr şəklində toplanmış Culex pipiens, Culex hortensis Uranotaenia unguiculataya eləcə də, potensial SİNV keçiricisi olan ağcaqanadlardan Culex modestus, Culex pipiens, Culex theileriCulex tritaeniorhynchus[3 növlərinə rast gəlinmişdir. Azərbaycanda mövcud olan və QNV-un keçiricisi olduğu təsdiq edilmiş ağcaqanad növlərinə Anopheles maculipennis, Anopheles hyrcanus, Culex modestus, Culex pipiens, Culex tritaeniorhynchus, Coquillettidia richiardii 4 aiddir. Lənkəran rayonunda aparılmış tədqiqat nəticəsində təyin edilmiş ağcaqanad növlərindən bir çoxunun arbovirus daşıyıcısı olduğu məlumdur və bu isə insanların xəstəliklərə yoluxma ehtimalının qaçılmaz olduğunu göstərir.

Tədqiqatın məqsədi: Azərbaycanın cənub şərq rayonu olan Lənkəranda rast gəlinən ağcaqanadların növ tərkibini, yayılmasını və ekologiyasının öyrənilməsi üçün əsaslı araşdırmalar aparmaq, ağcaqanad ilə yayılan arbovirusların mövcudluğu və yayılma səviyyəsini müəyyənləşdirməkdir.

Material və metodlar:2015-2018-ci illərdə Lənkəran rayonunda aparılmış tədqiqatlar ən çox yayılması ehtimal edilən ərazilərdə , eləcə də su mənbələri və meşələrə yaxın olan  kəndlərdə (cədvəl 1.) aparılmışdır.

Сədvəl  № 1.

Tədqiqat üçün seçilmiş kəndlər və onların ekotipi

Lənkəran rayonu

Kəndin adı

Ekotipi

Şirinsu

meşə, çay

Ürgə

meşə, dəniz kənarı

Göyşaban

dəniz kənarı

Kənarmeşə

meşə, dəniz kənarı

Aşağı Nüvədi

meşə, dəniz kənarı

     

Ağcaqanadların toplanılması üçün seçilmiş ərazilər yollardan kənar, alçaq kolluqlardan ibarət və bir az kölgəli olmaqla meşə və bataqlıq ərazilərin kənarlarındakı yerlər idi. Dişi ağcaqanadlar CO2 (quru buz) əlavə edilmiş (sahib orqanizmin tənəffüs etdiyi havanı xatırladan) miniatur işıq tələləri və sahib orqanizmin bədən qoxusunu xatırladan (imitasiya edən) cəlbedici kimyəvi maddəyə malik sentinel (həssas) tələlərindən istifadə etməklə toplanmışdır. İşıq tələləri günəş batmazdan bir saat əvvəl ağaclardan və ya evlərin damından asılmış və batareyalar işə salınmışdır. Ertəsi gün tələlər toplanılmış və tədqiqat işinin yerinə yetirilməsi üçün Lənkəran Regional Taun Əleyhinə şöbənin laboratoriyasına entomoloji müayinə üçün ğətirilmişdir. Tələyə toplanmış həşəratlarlardan yalnız ağcaqanadlar seçilmiş və stereoskopik mikroskop vasitəsi ilə taksonomik əlamətlərinə görə entomoloji- morfoloji müayinə edilmişdir. Agcaqanadlar cinsinə və növünə görə təyin olunmuş (identifikasiya) [2], qruplaşdırılmış və bütün məlumatlar hesabat bazasına daxil edilmişdir [5].

Tədqiqat nəticəsində Lənkəran rayonunda 6 cinsdən olan 15 növ, 1589 ədəd ağcaqanad təyin edilmişdir (Cədvəl 2).

Сədvəl1.

Lənkəran rayonunda ağcaqanadların növ müxtəlifliyi (2015-2018-ci il)

Ağcaqanadların növü

Sayı

(ədədlə)

Faizlə miqdarı

(%)

Aedes caspius

125

7,8

Aedes geniculatus

11

0,7

Aedes vexans

422

26,6

Anopheles claviger

59

3,7

Anopheles hyrcanus

12

0,8

Anopheles maculipennis

55

3,5

Anopheles sacharovi

360

22,7

Anopheles superpictus

8

0,5

Culex mimeticus

49

3,1

Culex pipiens

417

26,2

Culex theileri

44

2,8

Culex tritaeniorhyncus

5

0,3

Culiseta longiareolata

2

0,1

Mansonia richiardii

13

0,8

Orthopodomyia pulchripalpis

7

0,4

Cəmi:

1589

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yığılmış ağcaqanadlardan Aedes vexans 26,6%, Culex pipiens 26,2%, Anopheles sacharovi 22,7% ən çox rast gəlinən növlər olmuşdur (Şək.1). Bu növ ağcaqanadların daha çox rast gəlməsi onların bu  ərazi üçün xarakterik olmasını göstərir. Culex tritaeniorhyncus, Culiseta longiareolata tək-tək rast gələn növlər olmuşdur.

Şəkil 1təyin edilmiş ağcaqanadlardan ən çox rast gəlinən növlər

Aparılmış tədqiqatlar nəticəsində Aedes vexans dominant növ olmuşdur.  Azərbaycanın cənub-şərq rayonu olan Lənkəranda aparılan tədqiqatlar nəticəsində Qərbi Nil virusu və Sindbis virusunun keçiriciləri olan qansoran ağcaqanad növlərinə rast gəlindi. Bu isə infeksiya rezervuarlarının, coğrafi ərazi-lərinin tədqiqi də daxil olmaqla keçirici həşəratlarla yayılan xəstəliklərin qarşısının alınması və onlara nəzarət üçün qabaqlayıcı tədbirlərin işlənib-hazırlanması və qiymətləndirilməsi üçün çox vacibdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Bağırov Ə.N., Əliyev M.İ  Azərbaycanda qansoran ağcaqanadların faunası (1771- 1998) Azərbaycan təbabətinin müasir nailiyyətləri , Bakı 2012, №1, s. 94-96.
2.Stackelberg A.A.,Gutsevich A.S. Fauna of USSR, Mosquitoes (Culicidae family), 3rd volume, 4th edition, Leningrad, 1970
3.Ergunay, K., Gunay, F., Oter, K et  al surveillance of field-collected mosquitoes reveals circulation of West Nile virus lineage 1 strains in eastern Thrace, Turkey. Vector-Borne Zoonotic Dis, 2013, 13, 744-752.
4.Гуцевич А.В., Мончадский А.С., Штакельберг А.А. Комары семейства Culicidae // Фауна СССР: Насекомые двукрылые. Наука. Ленинградское отделение. - Т. З. Вып. 4. - Л. 1970. - 384 С
5.Aghaie A., Aaskov J., Chinikar S.,et al Mohammadpour Kh. Frequency of West Nile Virus Infection in Iranian Blood Donors Indian J. Hematol. Blood Transfus. 2016 Sep; 32(3): 343–346


Müəlliflər:
Y.Ə. Sultanova

Digər jurnal və qəzetlər