AZƏRBAYCANIN DƏRMAN BİTKİLƏRİNDƏN ALINMIŞ FİTOPREPARATLARIN ANTİMİKROB TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

05-05-2018

Təbabətin vəzifələrindən biri də insan sağlamlığını müdafiə məqsədilə daha effektiv və orqanizmə əlavə təsiri az olan dərman maddələri ilə təmin etməkdir. Son dövrdə bitikilərdən hazırlanmış preparatlara üstünlük verilir. Azərbaycanda da bu sahə geniş öyrənilməkdədir. Bu məsələnin həlli üçün ölkəmizdə olan zəngin bitkilər tibbi praktikada geniş istifadə olunan müxtəlif qrup bioloji aktiv maddələrin mənbəyidir. Bioloji aktiv maddələrin axtarılması istiqamətində aparılan tədqiqatlar, onların tibbdə, baytarlıqda və kənd təsərrüfatında istifadə olunması, fitonsidlərin bitkilər aləminin əksəriyyətində mövcudluğunu göstərir [1,3].

Bitkilərdən alınan bioloji aktiv maddələr arasında efir yağları xüsusi əhəmiyyətlidir. Azərbaycanda minə yaxın efir yağı olan bitkilər müəyyən edilmişdir. Qədimdən misir, çin, yunan, roma və hind mədəniyyətlərində efir yağları müalicə, kosmetik vasitə kimi istifadə edilmişdir. İnsanlar həyatda qalmaq üçün təbiətin köməyindən faydalanmışlar [2,3,4].

Efir yağları bitkilərin kök, çıçəklər, toxum, meyvə və yarpaqlarından alınır və müxtəlif kimyəvi birləşmələrdən ibarətdir. Aparılmış kimyəvi müayinələr nəticısində onların tərkibində karbohidratlar  və onların  spirt, fenol, aldehidlər, ketonlar, turşula, mürəkkəb efirlər və laktonlar kimi oksigenli törəmələr aşkar edilmişdir. Kimyəvi quruluşunun mürəkkəb və müxtəlif olmasına görə efir yağları insan və heyvan orqanizminə geniş diapazonda təsir göstərir. Əksər efir yağları və onların preparatları tibbdə kosmetoloji vasitə, aromaterapiya, infeksion xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir [1,3,7].

Digər tərəfdən son dövrdə xəstəxanadaxili infeksion xəstəliklərin törədicilərinə qarşı geniş antibiotikoterapiyanın aparılması çoxsaylı rezistentliyin yaranma-sına səbəb olur. Xəstəxanadaxili infeksiya törədicilərinin spektrinin genişlənməsı və xəstələr arasında antibiotiklərə rezistent törədiciilərlə baş verən xəstəliklərin artması geniş təsir spektrinə malik patogen və ya şərti-patogen mikrofloraya təsir göstərən alternativ müalicə vasitələrinin öyrənilməsini aktuallaşdırır. Efir yağlarına rezistent-lik formalaşmır, effekti yüksək, əlavə təsiri yoxdur [2,8].

Bu səbəbdən dərman bitkiləri və onların komponentləri antimikrob təsirinə görə diqqət mərkəzindədir. İndiki dövrdə patogen mikroorqanizmlərə qarşı  mübarizə metodu kimi antibiotiklərdən istifadə olunur, lakin efir yağlarının patogen mikroorqanizmlərə qarşı bioloji aktivliyi müəyyənləşdirilmişdir.

Efir yağları mikroorqanizmlərin sitoplazmatik membranına destruktiv təsir göstərərək keçiriciliyini zəiflədir, aerob tənəffüsün aktivliyini aşağı salır [5,7].

Kimyəvi terapevtik dərmanların geniş istifadə edilməsi mikroorqanizmlərin fenotipik xüsusiyyətlərinin dəyişilməsi, bakteriyaların davamlı və L formalara çevrilməsi ilə müşayiət olunan dərmanlara rezistentliyin formalaşmasına gətirib çıxarır və onların aşkar edilməsi çətinləşir. Efir yağlarının təsiri bu neqativ hallara səbəb olmur [1,9].

Buna görə aparılan tədqiqatın məqsədi müxtəlif efir yağlarının son dövrdə geniş yayilmış bəzi qram müsbət və qram mənfi bakteriyalara, o cümlədən göbələklərə qarşı təsirini öyrənmək olmuşdur. Dərman bitkilərininmüalicə və profilaktika effektivliyi araşdırılmışdır.

Material və metodlar. Azərbaycan Tibb universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasında yanvar 2018-il tarixində 4 müxtəlif  bitkidən alınmış fitopreparatın ətirşahın (Geranium macrorrhizum L.) efir yağı, yarpız (Mentha longifolia(L.)) ekstraktı, itburnu (Rosaceae Rosa) toxumunun ekstraktı və qızılgül (Rosa rubra) yarpağının ekstraktı antimikrob təsiri öyrənilmişdır. Öyrənilmiş dərman bitki preparatlarını  AMEA  Botanika institunun etnobotanika laboratoriyası təqdim etmişdir. Dərman bitkilərinin ekstrakt, şirə və efir yağları Dövlət Farmako-piyasının(1989) tələbatına  uyğun hazırlanmışdır.

Maddələrin təsir mexanizmini aydınlaşdırmaq üçün iki üsuldan istifadə etməklə tədqiqatlar aparılmışdır: disk-diffuziya, emulsion-kontakt. Fitopreparatların antibakterial və antifunqal xüsusiyyətlərini öyrənmək üçün həssaslıq “Clinical and Laboratory Standarts İnstitute”-CLSİ kriteriyalarına görə disk-diffuziya üsulu ilə təyin olunmuşdur [6].

Antimikrob təsirin bakteriostatik və ya bakterisid olmasını müəyyən etmək üçün həssaslıq öyrənilmiş kasanın steril zona hissəsindən, aqardan kəsib içərisində bulyon olan sınaq şüşəsinə əkilir. 24-48 saat termostatda saxlanıldıqdan sonra inkişaf varsa bakteriostatik, inkişaf yoxdursa maddənin  bakterisid təsir göstərdiyi müəyyən-ləşdirilir.

Fitopreparatların antimikrob təsirini öyrənmək üçün test kultura kimi ümumi qəbul olunmuş qayda üzrə irinli-iltihabi proseslərin əsas törədicilərindən olan qram müsbət bakteriyaların nümayəndəsi kimi Staphylococcus aureus, diareyaya səbəb qram mənfi bakteriyalardan Esherichia coli, fermentləşdirməyən, antibiotiklərə təbii rezistentliyi ilə seçilən qram mənfi bakteriya Pseudomonas aeruginoza, şərti-patogen göbələklərin nümayəndəsi mayayabənzər göbələklər Candida albicans götürülmüşdür.

Disk-diffuziya üsulunda mikroorqanizmin fitopreparata həssaslığını təyin etmək məqsədilə sutkalıq mikrob kulturasından steril fizioloji məhlulda 1 ml-də 1milyard mikrob hüceyrəsi olan Mc Farland standartına uyğun suspenziya hazırlanır. İçərisində ƏPA (ət-peptonlu aqar) və Saburo aqarı olan Petri kasalarına ayrı ayrı mikrob suspenziyası qazon üsulu ilə kultivasiya edilir. 3-5 dəqiqə müddətində  bitki ekstraktı hopdurulmuş steril disklər mikrob əkilmiş qidalı mühitin səthinə yerləşdirilmişdir. Sonra kasalar ƏPA 37°C, Saburo mühiti isə 28°C temperaturda termostata qoyulmuşdur. 24-48 saat sonra nəticələr müqayisəli qiymətləndirilmişdir. Təcrübələr kontrollarla 4-5 dəfə təkrarlanaraq aparılmışdır.

Alınmış nəticələr və onların müzakirəsi.Aparılan tədqiqatların nəticələrinin analizi bəzi mikroorqanizmlərə efir yağlarının antibakterial təsirinin müqayisəli öyrənilməsi bakterisid və bakteriostatik xarakterli olması müəyyənləşdirilmişdir. Respublikamızın ərazisində olan bir sıra bitkilərin efir yağlarının antibakterial xüsusiyyətləri öyrənilmişdir. Antimikrob aktivliyi müəyyənləşdirilmiş maddələrin bəzi mikroorqanizmlərə qarşı aktivliyinin nəticələri 1-ci cədvəldə göstərilmişdir.

4 fitopreparatın mikroorqanizmlərə təsiri müqayisəli araşdırılmışdır. Ən güclü antimikrob təsir 1-ci maddə-ətirşah efir yağında (Geranium macrorrhizum L.)   aşkar edilmidir. Həmin efir yağının ən güclü funqisid təsiri C.albicans – inhibisiya zonası 18 mm, kontrolda 5mm, qram mənfi bakteriyalardan E.coli – 16mm kontrolda 8mm, qram müsbət bakteriya S.aureus – 15mm  kontrolda 8mm nisbətində olmuşdur. Müalicədə problem yaradan dərman preparatlarına yüksək rezistentliyə malik  qram mənfi bakteriya P.aeruginosaya qarşı aktivliyi 10mm, kontrolda 7mm olmuşdur. Digər mikroorqanizmlərlə  müqayisədə ətirşah efir yağının ən zəif təsiri P.aeruginosa-ya qeydə alınmış və bakteriostatik təyin edilmişdir.

2-ci maddə yarpız (Mentha longifolia L.) ekstraktının S.aureus-a bakterostatik təsiri inhibisiya zonası 8mm ən yüksək təyin edilmişdir. Ən zəif təsir C.albicans-a olmuşdur.

3-cü maddə itburnu (Rosaceae Rosa) toxumunun ekstraktı ən güclü təsiri S.aureus-a (12mm) qarşı, qram mənfi bakteriyalara (E.coli-10mm və P.aeruginosa-8mm) isə zəif bakteriostatik təsir göstərmişdir.

4-cü maddə qızılgül (Rosa rubra) yarpağının ekstraktı qram  müsbət bakteriya

 

Сədvəl  № 1.

4 müxtəlif dərman bitkisindən alınmış preparatın  müxtəlif  mikroorqanizmlərə antimikrob təsirinin nəticələri.

Test-kultura

Tədqid olunan bitki preparatları

(inhibisiya zonası, mm)

Kontrol – spirt(mm)

 

1

2

3

4

1

2

3

4

Staphylococcus aureus

15

8

12

11

7

7

7

7

Esherichia coli

16

6

7

10

6

6

6

6

P. aeruginoza

10

7

7

8

6

6

6

6

Candida albicans

18

5

10

6

5

5

5

5

 

S.aureus-a  bakteriostatik təsirinin  inhibisiya zonası 11mm olmaqla kontrolda 7mm qeyd edilmişdir. Digər mikroorqanizmlərlə müqayisədə ən zəif təsir C.albicans-a 6mm, kontrol 5mm müəyyənləşdirilmişdir.

Aparılmış müzakirələrdən belə nəticəyə gəlinir ki, ətirşah (Geranium macrorrhizum L.) efir yağı E.coli etiologiyalı infeksiyaların (məs, bağırsaq infeksiya-ları) və S.aureus-un törətdiyi müxtəlf irinli-iltihabi xəstəliklərin müalicəsində antibio-tikləri əvəz edə bilər.

Opportunist mikoz  törədicisi C.albicans infeksiyalarının müalicəsində ətirşah efir yağından istifadə oluna bilər.

Fitopreparatların bəzi antibiotiklərin bioloji təsirini gücləndirdiyi məlumdur [2]. Bunu nəzərə alaraq tədqiqatda istifadə edilmiş mikroorqanizmlərə efir yağları ilə antibiotiklərin ayrılıqda və sinergist təsiri iki qat disk-diffuziya üsulu ilə öyrənilmişdir. 1-ci maddə-ətirşah efir yağın (Geranium macrorrhizum L), 2-ci maddə yarpız (Mentha longifolia L.) ekstraktının və 3-cü maddə itburnu (Rosaceae Rosa) toxumunun ekstraktı S.aureus və P.aeruginosa-ya təsirini son dövrdə həmin bakteriyalara effektiv təsiri olan antibiotiklərlə müqayisəli öyrənilmişdir. Alınan nəticələr 2-ci cədvəldə verilmişdir.

Test kultura kimi götürülmüş S.aureus epidemik ştammına  antibiotiklər və efir yağlarının təsirinin müqayisəli öyrənilməsi göstərdi ki, bu antibiotiklərdən daha güclü sefotaksimdə (25mm) və efir yağlarından Mentha longifolia L.(yarpız ekstraktı), linezolidlə Geranium macrorrhizum L(ətirşah efir yağı) birlikdə təsir effekti - 25 mm, lakin linezolid və Geranium macrorrhizum L.-in ayrılıqda təsir effekti nisbətən zəif – 20 mm aşkar edilmişdir. Belə nəticəyə gəlmək olar ki, linezolid və Geranium macrorrhizum L.sinergist təsir göstərmışdır.

Antibiotiklərə rezistentliyinə görə fərqlənən nozokomial infeksiya törədicilərindən P.aeruginosa –ya antimikrob preparatlardan amikasin, imipenem, Geranium macrorrhizum L. xloramfenikol birlikdə təsir effekti - 25mm olmuşdur. Xloramfenikol və Mentha longifolia L efir yağı təsir effekti - 22mm qeyd edilmişdir.

Hər iki bakteriyaya qarşı  itburnu (Rosaceae Rosa) toxumunun ekstraktı zəif təsir effekti (10mm) göstərmişdir. P.aeruginosa-ya xloramfenikol -22mm və Geranium macrorrhizum L. - 20mm ayrılıqda təsirinə nisbətən birlikdə sinergist təsiri - 25 mm olmuşdur. göstərmələrinə əsaslanmışdır.

Son illərdə antibiotiklərin istifadəsi zamanı mikrooqanizmlər tərəfindən rezistentlik, onların orqanizmə toksiki təsirləri, disbakterioz və s. kimi mənfi təsirləri geniş yayılmışdır. Dərman bitkiləri kimyəvi terapevtik maddələrə nisbətən bir çox üstünlüyə malikdir: ucuz başa gəlməsi, əlavə təsirlərinin olmaması, rezistentlik formalaşmaması və tədricən təsir göstərən terapevtik effektə malik olmalarıdır[7,10].

Сədvəl  № 2.

Antibiotiklərlə efir yağlarının S.aureus və P.aeruginosa –ya təsir aktivliyinin müqayisəli tədqiqi

Test kultura

Antibiotiklər

maddə antibiotik

Efir yağları

İnhibisiya zonası(mm)

 

S.aureus

Linezolid

seftriakson

sefotaksim

Geranium

linezolid

Geranium

 

Mentha longifolia L

Rosaceae Rosa

20

0

25

25

20

25

10

 

P.aeruginosa

xloramfenikol

amikasin

imipenem

Geranium

xloramfenikol

 

 

 

22

25

25

25

20

22

10

                   

 

Azərbaycan florasından alınmış fitopreparatların antimikrob təsirinin öyrənilməsi göstərdi ki, onların müxtəlif patogen mikroorqanizmlərə müəyyən dərəcədə antivirus, antifunqal və antibakterial təsiri var.

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Aghaeva E.M., Narimanov V.A.,Bayramov A.G., et al., Dynamics of resistancefrequency of microorganisms to antibiotics in urogenital infections/ Health magazine, 2016, No. 6, pp. 92-96
2.Qanbarli I. J., Agayeva E. M.,  Ibadullayeva S.J., et al /The Prospects Usage for Certain Herbal Medicinals Preparation in Azerbaijan and the Fighting Against the Spread of Antibiotic-resistant microorganisms// International journal of science and research methodology am official publication of human journals/ 2018; Vol. 9 (1): 142-148.
3.Ibadullayeva S., Alakberov R. Medicinal plants (Etnobotany and Phytoterapya)// Baku, Elm, 2013, 331p.
4.Kulevanova S.//Farmakognozi. 2011.140s
5.Струкова Е.Г., Ефремов А.А., Гонтова А.А., Соколова Возвействие эфирных масел сибирского региона на условно-патогенные микроорганизмы Сибирский федеральный университет, пр. Свободный, 79, Красноярск, 660041 (Россия) E-mail: [email protected]
6.Performance Standards for Antimicrobial Susceptibility Testing; Twenty-Third Informational Supplement M100-S23 // Clinical and Laboratory Standards Institute (CLSI). -2013.
7.Thapa D. R.Losa, B. Zweifel, R. J. Wallace  D. Sensitivity of pathogenic and commensal bacteria from the human colon to essential oils // Microbiology. - 2012. -Vol. 158, № 11. - P. 2870-2877.
8.Essential oils of aromatic plants with antibacterial, antifungal, antiviral, and cytotoxic properties an overview / eds. J. Reichling, P. Schnitzler, U. Suschke, R. Saller // Forschende Komplementar medizin [Research in Complementary Medicine]. - 2009. -№ 16. - Р. 79-90.
9.Ibadullayeva S.J., Abbasova V.N. Ethnopharmacological Importance of Medicinal Plants Spread On Tovuz-Gazakh Territory/ ANAS Proceedings, Biological & Medicinal Sciences №2-72, 2017, p.66-72.
10.Маркелова Н.Н., Семенова Е.Ф.  Микробиологический мониторинг Pseudomonas aeruginosa в отделениях реанимации и интенсивной терапии // Материалы 78-й итоговой студ. науч.-практ. конф. с междунар. участием, посвящ. 95-летию со дня рождения проф. Ю. М. Лубенского . - Красноярск : Тип. КрасГМУ, Версо, 2014. - С. 391-393.


Müəlliflər:
H.T. Mansurova
Y.A. Baxışova
E.M. Ağayeva
İ.C. Qənbərli

Digər jurnal və qəzetlər