HİPOVİZ VƏZİNİN ORQANİZMDƏ BİOLOJİ REQULYATOR FƏALİYYƏTİ VƏ DİSFUNKSİYALARININ TƏZAHÜRÜ
08-08-2018
Hipofiz vəzi tam şəkildə oval yaxud girdə lobya formasında olaraq kəllənin əsas sümüyündə türk yəhəri çuxurunda yerləşir. Beyinin həyat əhəmiyyətli fəaliyyətində həlledici amil olduğundan bunu beyin artımı vəzi də adlandırırlar. Nazik qıfa bənzər törəmə ilə qabıqaltı nüvənin boz qabarı ilə funksional əlaqədə olur.
Yeni doğulmuşlarda vəzin çəkisi 0,1-0,15 qr olur, on yaşında artaraq 0,3 qrama çatır. Cinsi dəyişkənlik dövründə kütləsi artaraq böyüklərdəki olan 0,35-0,65 qrama çatır, vagital ölçüsü 5-10 mm, köndələn ölçüsü 12-15 mm və şaquli ölçüsü 6-7 mm-dir.
Strukturu: hipoviz vəzi bir-birindən rənglərinə görə aydın fərqlənən aşağıdakı paylardan ibarətdir.
1)Ön pay buna vəzli adenopayda deyilir.
2)Arxa sinir payı- Ön payın yuxarı baş seqmentiv hissəsi adlanır və damarlarla geniş vaskuliraziyasiya olunduğundan açıq çəhrayı rəngdə görünür. Arxa paya keçən seqmenti isə ara hissə adlanır. Vəzli ön payda bunlardan başqa vəzə yaxın distal hissə və periferik udlaq hissə də ayırd edilir. Vəzin arxa payı sinir elementləri ilə zəngin olduğundan boz-sarı rəngdə görünür.
Hipoviz vəzi xaricdən beyinin sərt qişasının davamı olaraq türk yəhərini örtən lifli fibroz kapsula ilə əhatə olunmuşdur.
Vəzin ön parenximası nazik birləşdirici toxumadan təşkil olunmuş qan və limfa damarları ilə zəngin olan tordan təşkil olunub. Torun artmaları arasında rəngsiz dənəli baş hüceyrələr və rəngli xromatin hüceyrələr yerləşmişdir.
Arxa payın parenximası uzun çıxıntıları və böyük sinir liflərindən təşkil olunmuş neyroqliyadan ibarətdir ki, sinir lifləri arasında yaşıl rəngli piqment hüceyrələri yerləşmişdir. Vəzin aralıq hissəsinin daxili çoxçıxıntılı bazofil hüceyrələrindən təşkil olunmuşdur. Hüceyrələrin çıxıntıları arasında müəyyən boşluqlar mövcuddur ki, bura kaloid maddə ilə zəngin olur. Bundan əlavə arxa paydan sinir lifləri gələrək paylar arasında informatik əlaqə yaradır. Yaşlı insanlarda ara pay reduksiya olunaraq rudiment halında qalır [3].
Hipoviz vəzi mənşəyinə görə iki mənbədən inkişaf edir. Birinci mənbə udlaq zarının önündən ekdodermol kisəcik şəkildə, ikincisi isə ağız boşluğunun arxa divarından ekdodermol epitelindən formalaşır. Beləliklə, hipoviz vəzi inkişaf mexanizminə görə heterogen üzv hesab olunur. Formalaşmış hipoviz mayası metamorfozaya uğrayaraq tədricən beyinin üçüncü mədəciyinin dibinə yaxınlaşır. Hamilələyin üçüncü aylığında içərisi kalloid maddəsi ilə zəngin olan kisəcik reduksiya olunaraq yerində vəzin ön payı yaranır [5].
Vəzin arxa payı isə üçüncü mədəciyin dibinə daxil olan maya kisəciyindən inkişaf edir. Vəzin vaskulirizasiyası-arteriyasından ayrılan şaxələrdən formalaşmış beyinin qan dövranı həlqəsindən sərt qişaya gedən damarlardan vəzə gələn qanla təmin olunur. Kapilyarlar anostomozlaşaraq ön və arxa payları qidalandırırlar. Venoz qan isə mağaralı cismin qanına toplanaraq baş beyinin böyük venasına açılır. Limfa isə hüceyrəarası boşluqları toplanaraq hörümçək torunabənzər qişaltı boşluğa axır.
Vəzin innervasiyasına gəldikdə ön payı daxili yuxu kələfindən ayrılan simpatik sinir lifləri ilə sekretor və vazomator fəaliyyətləri ilə yerinə yetirir. Arxa payı isə görmə sinirinin çarpazı üstündəki görmə qabaraltı nüvələrdən və hörümçək toru qişası kələfindən gələn simpatik sinir lifləri ilə təmin olunur.
Vəzin anatomik parenximatoz morfologiyasını nəzərdən keçirdikdə onun beyin qişaları ilə görmə qabarı ilə beyin daxili mədəciklər onun qan limfa mayesi və sinir şəbəkəsi kimpakt rabitədə olduğu nəzərə çarpır [4]. Bu vəzin insan orqanlarının neyro, hərəki və sekretor fəaliyyətlərində müstəsna rol oynadığına dəlalət edir.
Hipoviz vəzi orqanizmin orqanlarının fəaliyyətini tənzimləmək məqsədi ilə onun payları bir neçə hormonlar ifraz edirlər. Vəzin ön payı tərəfindən somatotrop, qonadotrop, adrenokortikotrop, pankreatrop və mammatrop hormonları hasil edərək qana ötürürlər. Somatotrop hormonu-sümüklərdə osteosid hüceyrələrinin fəaliyyətini requlə edərək, sümüyün uzununa inkişafını təmin etməklə skeletin formalaşmasına və vücudun boyatma prosesini təmin edir [6].
Qonadotrop hormon-canlılarda cinsiyyət üzvlərinin androgen və esterogen hormonlarının inkişafını təmin edərək birincili və ikincili cinsi əlamətlərinin differensasiyasını formalaşdırır. Qadınlarda isə prolan hormonu adı altında yumurtalığın follekullarının fəaliyyətini nizamlayaraq, sarı cismin inkişafını yetkinləşdirir. Bu səbəbdən həkimlər qadınlarda menustural tsiklin pozulması zamanı prolanın təyinini məsləhət görürlər. Bəzən də qadın sonsuzluğu zamanı da ginekoloqlar çox çətin vəziyyətlərdə hipoviz vəzinin fəaliyyətini də qiymətləndirməyi tövsiyə edirlər [2]. Bəzi tədqiqat vasitələri göstərmişdir ki, kişilərdə yumurtalığın, toxumluğun genezində də qonadatrop hormonunun nəzərə çarpacaq rolu olur. Hipoviz vəzinin önpayı tərəfindən qalxanabənzər vəzin hormonol və sekretor funksiyasını tənzimləyən tireotrap hormonu da hasil olunur. Bu hormon qalxanabənzər vəzin parenximasında yerləşən epiteliol və follekulyar vəzilərinin fəaliyyətini stimulə edərək, kolloid maddənin və tireoidin hormonunun çatışmazlığı nəticəsində insanlarda hipo vəz hipertrioz simptomo kompleksləri formalaşır ki, nəticədə əsəb sisteminin də daxili orqanlarda və cinsiyyət sistemi üzvlərdə fəsadlı gedişə malik olan patoloji proseslər formalaşır.
Vəzin ön payından pankreas vəzisinin fəaliyyətini tənzim edən pankreatrop hormonu da ifraz olunur. Məlumdur ki, mədəaltı vəzi həm ekskretor, həm də inkretor ikili vəzifəli vəzlər qrupuna aiddir.
Ekskretor funksiyası onunla şərtlənir ki, həzm sistemində fermentativ prosesləri həyata keçirərək pankreas şirəsini ifraz edir. Bu şirənin tərkibində züllaları amin turşulara qədər parçalayan proteolitik fermentlərdən protoeza və amilaza fermentləri mövcuddur. Bunlar çatışmayanda qida məhsullarının yarımçıq komponenntləri qana sorularaq, bağırsaqlarda dispeptid pozğunluqlara gətirib çıxarır. Nəticədə bağırsaqlarda qazın toplanması, metiorizm defekasiya aktının ya ləngiməsi (qəbizlik) ya da tezləşməsi (ishal) baş verir.
Qida maddələrinin tərkibindəki lipidlərin həzmini normallaşdırmaq məqsədi ilə pankreos şirəsinin tərkibində lipaza adlı fermentdə mövcuddur. Bu yağları doymamış yağ turşularına qədər ayıraraq həzm mübadiləsini yaxşılaşdırır. Bunlardan başqa qidanın tərkibindəki karbohidratların bağırsaqlarda monosaxaridlər şəklində sorulmasını təmin etmək üçün saxaroza fermentində ifraz olunur. Pankreos vəzi ekskretor funksiyadan başqa inkretor fəaliyyət göstərir. Belə ki, vəzin B hüceyrələri tərəfindən bilavasitə qana insulin hormonu ötürülür ki, bu da qanda qlükozanın miqdarını normallaşdıraraq şəkərli diabedin baş verməsinin qarşısını alır. Eyni zamanda bağırsağın ekologiyasını normallaşdıran elastaza fermenti ifraz edir ki, nəticədə disbakteriozun qarşısı alınır. Böyrəküstü vəzin qabıq maddəsinin funksiyasını stimulə etmək məqsədilə hipoviz vəzi tərəfindən adrenokortikotrop hormonu da ifraz olunur. Bunun təsiri altında böyrəküstü təsiri altında böyrəküstü vəzin qabıq maddəsinin adrenolin, noradrenalin və kortikosteroidlərin ifrazı tənzim olunur. Nəticədə qeyri-endokrin vəzlərin sekretor fəaliyyətləri damar sinir tonusları adi halda fəaliyyət göstərirlər.
Hipoviz vəzin ən ümdə funksiyalarından biri də süd vəzilərinin fəaliyyətini tənzim edən mamamtrop hormonunun ifraz etməsidir. Bu hormonun təsiri altında hamiləliyin axırına yaxın süd vəziləri inkişaf edərək, doğuşdan sonra laktasiya prosesi baş verir. Südün ifrazını isə bir yaşına qədər uşağın qidalanmasını təmin etmək üçün prolaktin fermenti həyata keçirir [1].
Hipoviz vəzinin arxa lobar hissəsindən pituitrin, (antidiuretik) hormon ifraz olunur. Bu hormon böyrək kanalcıqlarından mineral maddələrin və mayenin rearbsorpsiyasını təmin edir. Bu hormonunun defisiti nəticəsində uşaqlarda gecə sidiyin saxlanmaması, baş verir ki, bu da enkres xəstəliyi adlanır. Böyüklərdə isə böyrək ləyənində duz kristallarının yığılması baş verir. Pituitrin simpatik sinir sistemi vasitəsilə uşaqlığın saya əzələlərinin və sidik kisəsinin oyanmasını təmin edərək fizioloji proseslərin normal getməsinə də şərait yaradır. Vazonevral sinapslara təsir edərək, damarların arterial kapilyarlarının təqəllüsünü artıraraq onların tonusunu normal saxlayır. Hipovizin arxa payındakı sinir hüceyrələrindən görmə qabaraltı sahənin aksonları ilə qıf vasitəsilə rabitədə olaraq gözün damarlı qişasının sekretor fəaliyyətini tənzim edir. Nəticədə göz yaşı ifrazı və gözün daxili təzyiqi nizamlanır. Hipovizin orqanizmin həyat fəaliyyətini kompensasiya etməsi, onun paylarında olan dəyişikliklər nəticəsində pozula bilər. Nəticədə bir neçə patoloji vəziyyətlər formalaşa bilər. Bunlar vəzin hiperfunksiyası ilə əlaqələndirilir.
Vəzin hipofunksiyası zamanı orqanizmin yaş dövrlərindən asılı olaraq boyun inkişafdan qalması, vegetativ sinir pozğunluqları oliqafreniya cinsi əlamətlərin zəif inkişafı və ətrafların uzununa böyüməsinin ləngiməsi aiddir. Vəzin hiperfunksiyası ilə əlaqədar olaraq, uşaqlarda və gənclərdə piy toxumasının artıq inkişafı nəticəsində bədən kütləsinin artması müşahidə olunur ki, buna paratrofiya deyilir. Yaşlı insanlarda isə ətraf sümüklərinin və üz-çənə sümüklərinin böyüməsi nəticəsində bədəndə deformasiyalar əmələ gəlir ki, təbabətdə bu hala akromeqaliya deyilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq hipoviz vəzinin dəyişikliklərinin vaxtında aşkar edib adekvat tədbirlər görməyi tövsiyə olunur. Müasir dövrdə ümumiyyətlə beyinin morfologiyasını maqnit rezonans tomoqrafiya metodu ilə hərtərəfli öyrənilir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА – REFERENCES:
1. Смирнов В. М. Нормальная физиология. Издательство «Медицинское Информационное Агентство». 2007 г.
2. Эндокринология. В 2 томах. Том 1. Заболевания гипофиза, щитовидной железы и надпочечников. - М.: СпецЛит, 2011. - 400 c.
3. Jesse, Russell Гипофиз / Jesse Russell. - М.: VSD, 2012. - 817 c.
4. Попов, Н. А. Опухоли гипофиза и гипофизарной области: М.: Государственное издательство медицинской литературы, 2014. - 216 c.
5. Данилов, А.А. Новые данные к физиологии гипофиза. Роль гипофиза в осуществлении эффектов болевых раздражений и в деятельности нервной системы /- Москва: СПб. [и др.] : Питер, 2015. - 979 c.
6. Цондек, Бернгард Гормоны яичника и передней доли гипофиза. - М.: Государственное издательство колхозной и совхозной литературы, 2016. - 428 c.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı