AŞIQ SÜMÜYÜNÜN SINIQLARININ MÜALİCƏSİ
19-09-2018
Ayağın travmaları ilə müşayiət olunan xəstələrin sayı intensiv artmaqdadır və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan zədələnmələr çoxluq təşkil edir(1,2,3,7,8,9). Bu cür travmalar cavan və iş qabiliyyətli insanlar arasında daha çox müşahidə olunur(1,3,5).Ayaq sümükləri içərisində aşıq sümüyünün travmaları 3,08-15% müşahidə olunur(2,4,6,10) və bu zaman aseptik nekroz yaranma riski 5-90% arasındadır (6,8,9,10).
Aşıq sümüyünün 20% açıq sınıqları müəyyən edilir ki, bu travmaların müalicəsində infeksiyalaşma kimi fəsadların payına 40% düşür (5,9). Aşıq sümüyünün sınıqları 15-26% hallarda topuqların sınıqları ilə eyni anda baş verir. 60% hallarda isə digər sümüklərin sınıqları ilə birlikdə rast gəlinir(9).Aşıq sümüyünün sınıqlarının 17-50% hallarda bitişməməsi mümkündür (1,2,3,4). Sınıqlardan sonra 70% hallarda aşıq oynağının artrozu inkişaf edir (10). Aşıq sümüyünün sınıqlarının ənənəvi müayinə üsulları ilə diaqnostikası zamanı 4% hallarda aşıq sümüyünün osteoxondral sınıqları təyin edilir (5,6,7,9). Bu kimi hallarda müalicənin qeyri-adekvat aparılması artrozların inkişafına şərait yaradır.
Travmalar zamanı zədələnmənin xarakterinin tam aşkar edilməməsi, müalicənin qeyri-düzgün seçilməsi,əməliyyatdan sonrakı fəsadların çox olması aşıq sümüyü travmaları zamanı müşahidə olunan əsas problemlərdəndir. Bu kimi çatışmazlıqlar çoxlu sayda xəstələrin əlilliyinə səbəb olur.
Tədqiqatın məqsədi. Aşıq sümüyü sınıqları zamanı xəstələrin müayinə və müalicəsinin optimal variantlarının aşkar edilməsi və praktikaya tətbiqi.
Material və metodlar. Tədqiqat aşıq sümüyü sınıqları ilə müşahidə olunan 56 xəstə üzərində aparılmışdır.Xəstələr əsasən 1 saylı təcili yardım xəstəxa- nasına və tədris-cərrahi klinikaya müraciət edən pasientlərdir.Xəstələr 2 qrupa bölünmüşdür: tədqiqat qrupu və nəzarət qrupu.Tədqiqat qrupunda 36 xəstə,nəzarət qrupunda isə 20 xəstə yer almışdır.Tədqiqat qrupunda xəstələrin 41,6%-i (23 nəfər) kişi,17,7%-i (13 nəfər) qadındır.Nəzarət qrupunda isə 28,1% (15 nəfər) kişi,12,5%-i (5 nəfər) qadındır.
Xəstələrin müayinəsi zamanı hər bir xəstəyə mütləq 3 proyeksiyada düz, yan və rotasion proyeksiyalarda rentgen müayinəsi aparılmışdır.Xəstələr arasında aşıq sümüyünün zədələnməsinin kliniki əlamətləri aydın müəyyən edilən,lakin rentge- noloji olaraq aşkar edilməyən hallarda KT və NMRT müayinələri aparılmışdır. Əməliyyata planlaşdırılan xəstələr arasında aşıq sümüyünün boynunun 1 və 2-ci tip sınıqlarında KT müayinəsi təyin edilmişdir. NMRT müayinəsi kəskin ağrı sindro-mu olan,lakin rentgenoloji müayinədə sümük patologiyası aşkar edilməyən xəstələrə təyin edilmişdir. Bu zaman aşıq sümüyünün qığırdaq və qığırdaqaltı zədələnmələri aşkar edilmişdir (7,1%).
Aşıq sümüyü sınıqlarının yer dəyişməyən hallarında ətraf gips sarğısı ilə immobilizasiya edilmişdir.Əsas qrupda gips sarğısı ilə immobilizasiya 16 (44,4%) xəstədə,nəzarət qrupunda isə 13 (65%) xəstədə aparılmışdır. Aşıq sümüyünün yerdəyiş- miş sınıqlarında isə anatomik repozisiya və fiksasiya icra edilmiş,müasir osteosin-tezlər tətbiq edilmişdir. Əsas qrupda 11 (30,5%) xəstədə,nəzarət qrupunda 4 (20%) xəstədə operativ müdaxilə aparılmışdır. Aşıq sümüyünün açıq sınıqlarında xarici fiksasiya aparatları tətbiq edilmişdir. Əsas qrupda 3 (8,3%) xəstədə,nəzarət qrupunda isə 1(5%) xəstədə İlizarov aparatı montaj edilmişdir. Osteosintezlər əsasən elektron optik çevirici altında aparılmışdır. Halbuki nəzarət qrupu xəstələrinin müalicəsində konservativ müalicə üstünlük təşkil etmiş,həmçinin əməliyyatlar rentgensiz şəraitdə aparılmışdır. Nəzarət qrupu xəstələri əsasən skelet dartması altında müalicə alan xəstələrdir.
Xəstələrin həm əsas,həm də nəzarət qrupunda yaşa və cinsə görə ümumi qəbul olunmuş təsnifatı cədvəl 1-də əks etdirilmişdir.
Hər iki qrupda sınıqların tipinə görə xarakteristikası cədvəl 2-də əks etdirilmişdir.
Bütün xəstələr sınığın xarakterindən asılı olaraq konservativ və operativ yolla müalicə almış və alqoritm nəzərə alınmışdır.Alqoritmə görə yerdəyişməyən sınıqlar
Сədvəl № 1.
yaş |
əsas qrup |
nəzarət qrupu |
||
kişi |
qadın |
kişi |
qadın |
|
<20 |
3 |
1 |
2 |
1 |
21-40 |
12 |
8 |
7 |
2 |
41-60 |
8 |
3 |
5 |
2 |
>61 |
0 |
1 |
1 |
0 |
cəmi |
23 |
13 |
15 |
5 |
konservativ yolla,yerdəyişən və açıq sınıqlar operativ yolla müalicə edilmişdir.
Operativ müdaxilə zamanı metal yivlərdən və plastin lövhələrdən istifadə edilmişdir.Açıq sınıqlar zamanı xarici fiksasiya aparatları tətbiq edilmişdir.
Сədvəl № 2.
sınığın tipi |
|
əsas qrup |
Nəzarət qrupu |
1.aşıq sümüyü başının sınığı |
1 |
1 |
|
2.aşıq sümüyü boynu-nun sınığı i |
2.1. Yerdəyişməsiz (tip I) |
4 |
2 |
2.2.yerdəyişmə ilə, çıxıqsız (tip II) |
12 |
7 |
|
2.3.yerdəyişmə və çixiqla (tip III) |
8 |
4 |
|
2.4.aşıq oynağında tam dis-lokasiya ilə (tip IV) |
1 |
1 |
|
3. aşıq sümüyü cisminin sınığı |
3 |
2 |
|
4. aşıq sümüyü arxa çıxıntısının sınığı |
2 |
1 |
|
5. aşıq sümüyü lateral çixintisinin sınığı |
2 |
1 |
|
6.osteoxondrol sınıq |
6.1. sümük-qığırdaq fraqmentli sınıq (4-cü dərəcə) |
3 |
1 |
Cəmi |
|
36 |
20 |
Tədqiqatın nəticələri:Aşıq oynağı və ayağın vəziyyətini kriteriyasına uyğun müalicənin nəticələrini 100 ballıq sistemlə qiymətləndirmişik. Qiymətləndirmədə aşıq oynağı və ayağın Amerika Ortopedik Cəmiyyətinin təşkil etdiyi bal-qiymətləndirmə cədvəlindən istifadə etmişik (ADFaŞ).
Xəstədə aşıq oynağında ağrı müəyyən edilmirsə,hərəkətlər tam həcmdə mümkündürsə,aşıq oynağı stabilliyini saxlayaraq xəstə 3 mərtəbəni çıxa bilirsə,100 balla qiymətləndirilmişdir. Daimi olmayan ağrılar,hərəkətlər bir qədər məhdudlaşmış, nahamar yerdə gəzintidə çətinliklər, 2 mərtəbəni sərbəst qalxmaq yaxşı nəticə hesab edilir. Xəstənin yerişində pozğunluq,əlavə dəstəkdən istifadə, 1-2-ci mərtəbəyə çətinliklə qalxma,ayağın dayaq xüsusiyyətinin zəifləməsi kafi qiy-mətləndirilmişdir. Daimi ağrılar,yerişin kobud pozulması, fiziki aktivliyin məhdud- laşması qeyri-kafi qiymətləndirilmişdir.
Nəticələr cədvəl 3-dəki kimi qiymətləndirilmişdir.
Сədvəl № 3.
Müalicənin nəticəsi |
Ağrı |
Funksiya |
Səthə adaptasiya |
Cəmi |
Əla |
40 |
50 |
10 |
100-95 |
Yaxşı |
30 |
37,5 |
3,5 |
75-94 |
Kafi |
20 |
25 |
5 |
51-74 |
Qeyri-kafi |
0 |
12,5 |
2,5 |
0-50 |
Müalicənin nəticələri müqayisəli qiymətləndirilmişdir. Əsas qrupda 38,59% xəstədə əla nəticə,nəzarət qrupunda isə 23,08% əla nəticə alınmışdır.Yaxşı nəticə əsas qrupda 33,34%,nəzarət qrupunda 23,08% xəstədə təyin edilmişdir. Kafi nəticə əsas qrupda nəzarət qrupuna nisbətən 13,9% çox olmuşdur. Qeyri-kafi nəticə əsas qrupda 3,51%, nəzarət qrupunda 15,36% təşkil etmişdir.
Əməliyyatdan 8-12 ay sonra xəstələrin vəziyyətinin analizi zamanı əsas qrupda əla və yaxşı nəticə 71% xəstədə,nəzarət qrupunda isə 46,14% xəstədə təyin edilmişdir. Kafi və pis nəticələr əsas qrupda 78%,nəzarət qrupunda isə 41,02% təşkil etmişdir.
YekunAşıq sümüyü sınıqları ilə müalicə almış xəstələrin retrospektiv analizi göstərdi ki,xəstələrin müayinə və müalicəsində alqoritmin olmaması qeyri-kafi nəticələrin çoxluğuna səbəb olmuşdur.Sınıqların xarakterinə görə müayinə və müalicənin konkret seçilməsi səhvlərdən uzaqlaşmağa imkan verir.Müalicələrin müqayisəli analizi xəstələrin anatomo-funksional nəticələrinin əsas qrupda əla və yaxşı nəticə 68,42%,nəzarət qrupunda 56,41% olduğunu müəyyən etmişdir.Kafi nəticələr müvafiq olaraq 28,07% və 30,77%,qeyri-kafi nəticələr isə, müvafiq olaraq,12,82% və 20,51% olmuşdur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Науменко М.В. Диагностика и лечение переломов таранной кости/Мате-риалы I Международной Конференции по хирургии стопы и голеностопного сустава, г. Москва,31 март―1апрель.2006г.с.44
2.Науменко М.В., Скороглядов А.В. Ошибки диагностики при лечении повреждении таранной кости Научно-практический журнал “Травматология и ортопедия России” СПб-2008 с.133
3.Науменко М.В.Лечение переломов отростков таранной кости.//Актуаль-ные проблемы травмотологии и ортопедии:материалы науч.-прат.конф.—М,2008 С.75
4.Науменко М.В. Оценка исходов лечения переломов таранной кости/Вест-ник 2007,С.20
5.Науменко М.В.Анализ резултатов лечения повреждении таранной кости/ Рос.Мед.журнал―2012 С.22
6.Исакова Т.М., Гюлназарова С.В., Дъячкова Г.В., Налесник М.В. Раняя
диагностика аваскулярного некроза блока таранной кости/Гений ортопедии 2011,с.66,70
7.Корышков Н.А. Рациональные методы диагностики и лечения поврежде-нии стопы:дисс…д-ра мед.наук.―Ярославль 2005―360с.
8.Евсеев В.И., Кункенов И.Э. Биотехника повреждений голеностопного сустава.Чевоксары. “Изд.Чувашского университета” 2009—232с
9.Галухин В.В. Оперативное лечения переломов лодыжек с надсиндесмоз-ными повреждениями
10. Prasam M.L., Miller A.N., Dyke J.P. Arterial anatomy of the talus: a cadaver and gadolinum-enhanced MR study/Foot Ankle int.2010 c.987-993
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı