GƏNC İLK DOĞAN QADINLARDA HAMİLƏLİYİN VƏ DOĞUŞLARIN XÜSUSİYYƏTLƏRİ

06-03-2009

Gənc qadınların hamiləlikləri hal-hazırda mamalıq və ginekologiyanın ciddi problemlərindəndir (2, 4, 11). Çünki gənc anaların və onların gələcək yenidoğulmuşlarının sağlamlıq problemləri nəinki gənc orqanizmin fizioloji yetişməməzliyi ilə, həm də adaptasiya mexanizmlərin qeyri-adekvatlığı ilə şərtlənir ki, bütün bunların hamısı hamiləliyin gedişinə, doğuş aktına və nəticə etibarı ilə yenidoğulmuşun vəziyyətinə pis təsir göstərir (8, 11).

Əksər müəlliflər gənc ilkdoğan qadınlarda hamiləliyin və doğuşların fəsadlaşmaları yüksək tezlikdə olduğunu göstərirlər (14, 16). Bəzi müəlliflərin (8) verdiyi məlumatlara görə hestasiyanın vaxtından əvvəl pozulması halları istisna olmaqla yaşla əlaqədar ciddi fərqlər aşkar olunmur.

Başqa müəlliflər bir çox hallarda gənc ilk hamilələrdə ana və döl (yenidoğulmuş) üçün hamiləliyin və doğuşun nəticələrini əsasən yaşla əlaqələndirirlər. Mənbələrdə göstərilir ki, bu kateqoriyalı qadınlarda doğuşun fəsadlaşma halları 30%-dən 81%-ə qədər tərəddüd edir (9, 19). Belə qadınlarda doğuş fəaliyyətinin anomaliyaları, doğuşdan sonrakı və erkən zahılıq dövrlərində qanaxmalar, doğuş yollarının yumşaq toxumalarının travmaları daha çox müşahidə olunur. Eləcə də göstərirlər ki, abdominal doğuşların xüsusi çəkisi yüksək olur; həm də bu əməliyyatların əksər hissəsi doğuş vaxtı aparılmalı olur. Bu zaman əməliyyata göstərişlər içərisində ən çox dölyanı mayenin vaxtından əvvəl axması zamanı doğuş fəaliyyətinin olmaması (45,9%), doğuş fəaliyyətinin davamlı zəifliyi (31,3%), anatomik və kliniki dar çanaq (27,4%) olmuşdur (26).

Digər müəliflər isə qeyd edirlər ki, yeniyetmə və gənc yaşlarda hamiləlik orqanizmin əsas sistemlərinin yaşla bağlı funksional yetişməməzliyi, adaptasiya mexanizmlərinin qeyri-adekvatlığı ilə əlaqədar çox mürəkkəb şəraitdə keçir ki, bunlar da öz növbəsində hamiləliyin, doğuşun və zahılıq dövrünün gedişinə mənfi təsir göstərir (3,16,20). Onların verdikləri məlumatlara görə yeniyetmələrdə hamiləlik vaxtı və doğuşlar zamanı fəsadlaşmaların tezliyi 22-59% təşkil edir. Müəlliflərin verdikləri məlumata görə hestozun preeklampsiya və eklampsiya kimi ağır formaları cinsi yetgin ilkdoğan qadınlarla müqayisədə yeniyetmə və gənc qadınlarda 3 dəfə çox müşahidə edilir (23).

Hestasion dominantın kifayət qədər formalaşmadığından çox vaxt belə vəziyyət dölün bətndaxili vəziyyətinə pis təsir göstərir və sonradan doğuş dominantının formalaşmasının pozulması və doğuş fəaliyyətinin anomaliyasının inkişafı meydana çıxır (1,7). Hestasion və doğuş dominantının natamamlığı ilə yanaşı hamiləliyin və doğuşun gedişinin pozulmasının meydana çıxmasında uşaqlığın hipoplaziyasının da böyük rolu vardır. Uşaqlığın hipoplpziyası yeniyetmələrdə yumurtalıq hormonlarının (estrogenlər və progesteron) qatılıqlarının daha aşağı olmasından neyroendokrin tənzimləmə sisteminin təkmil olmaması ilə əlaqədardır (1, 14). Bu pozulmalar da öz növbəsində cift çatmamazlığının formalaşmasını müəyyənləşdirir və nəticədə də dölün hipoksiyasını və hipotrofiyasını törədir.

Homeostatik reaksiyaların dayanıqsızlığı və gərginliyi ilə müştərəkləşdikdə bu mexanizmlər doğuş fəaliyyətinin anomaliyalarının inkişafında və doğuşdan sonrakı qanaxmalarda mühüm əhəmiyyət kəsb edir; xüsusən uşaqlığın infantilizmi olduqda onun yığılma funksiyasının daha dərin pozulmaları meydana çıxır (1, 7). Ədəbiyyat məlumatlarına görə gənj ilkdoğan qadınlarda son və doğuşdansonrakı dövrlərdə uşaqlıq qanaxmalarının rastgəlmə tezliyi 4,0-27,3% təşkil edir.

Hamiləliyin və doğuşun pozulmalarının formalaşmasında çanağın quruluşunun da mühüm rolu vardır. Müasir dövrdə akselerasiya prosesinin getməsinə baxmayaraq, 15 yaşına qədər yeniyetmələrdə çanağın və dölün başının kliniki uyğunsuzluğu doğuşun tez-tez ağırlaşmalarına gətirib çıxarır (1, 7). Bu səbəblərdən də doğuş fəaliyyətinin anomaliyaları, doğuş yollarının travması, dölyanı mayenin vaxtından əvvəl axması hallarının tezliklərinin kifayət qədər yüksək olmaları müşahidə edilir. Eyni zamanda 16-18 yaşında doğan qadınlarda fəsadlaşmalar nisbətən başqa strukturda olur. Belə ki, müəlliflərin məlumatlarına görə bu yaş qrupunda tez doğuşlar, ya da doğuş fəaliyyətinin zəifliyi, uşaqlığın və aralığın cırılmaları, habelə hipotonik qanaxmalar üstünlük təşkil edir.

Yeniyetmələrdə müxtəlif formalı fəsadlaşmaların genezində psixoemosional mühit amillərini mütləq nəzərə almaq lazımdır. Müəyyən olunmuşdur ki, gənc ilk hamilələrdə qadının psixiko-emosional sferasının vəziyyəti mühüm əhəmiyyətə malikdir. Bu sferanın müvazinətsizliyi və zəifliyi çox hallarda doğuşların fəsadlaşmalarına zəmin yaradır (13).

Reprduksiyanın anomaliyalarının patogenezində mərkəzi pozulmalar əhəmiyyətli rola malikdir. Bu məsələlər V.N. Serov və həmmüəlliflərinin (12) işlərində qeyd edilmişdir; onlar müəyyən etmişlər ki, ətraf mühit amillərinin orqanizmin tənzimləyici sisteminə təsirlərinin artması nəticəsində bu pozulmaların tezliyi və ağırlığı çoxalır.

Gənc ilkdoğan qadınlarda orqanizmin hestasiya prosesinə lazımi səviyyədə hazır olmadığı üçün ekoloji, sosial və digər təsirlərin xüsusi əhəmiyyəti vardır; çünki ətraf mühitin əlverişsiz şəraiti və hər bir stress hipofizin qonadotrop hormonlarının sekresiyasına və ifrazına tormozlayıjı effekt göstərir ki, bu da öz növbəsində yumurtalıqların hormonal funksiyasına təsirsiz ötüşmür. Tədqiqatlardan alınan məlumatlara görə yaşdan asılı olaraq müxtəlif stresslərə məruz qalan qadın orqanizmində hipotalamo-hipofizar-yumurtalıq sistemindəki pozulmalar spesifik və ya reproduktiv funksiyanın pozulmaları ilə meydana çıxır.

Bununla əlaqədar olaraq ətraf mühitin ekaloji əlverişsiz amillərinin gənc qadın orqanizminin sağlamlıq vəziyyətnə və reproduktiv funksiyasına, dölə və yenidoğulmuşa təsirlərinin öyrənilməsi problemi xüsusi kəskinliyi və əhəmiyyəti ilə gündəmə gəlir (5).

Hamiləlikdən kənar vəziyyətdə mübadilə prosesləri və tsikliki dəyişikliklər hipotalamo-hipofizar sistemin və periferik endokrin vəzlərin hormonları vasitəsi ilə həyata keçirilir. Hamiləlik vaxtı isə vahid ana-jift-döl funksional sistemi ön plana keçir. Qeyd etmək lazımdır ki, bu sistemin hər bir həlqəsinin endokrin funksiyası müstəqildir və eyni zamanda bir-biri ilə sıx qarşılıqlı əlaqədədirlər. Həlqələrin hər hansında meydana çıxan normadan kənarlaşmalar ümumilikdə hestasiya prosesinin patoloji istiqamətlənməsinə gətirib çıxarır. Bu zaman hestosion proseslərin tənzimlənməsi üçün ən vacib həlqəsi cift və onun endokrin funksiyasıdır. Dölün özü də homeostatik mexanizmlərdə iştirak edir və hormonların əmələ gəlməsini tənzimləyir (11). Fetoplasentar sistemin vəziyyətinin qiymətləndirilməsi, bir qayda olaraq, hestasiya dövründə cift tərəfindən hasil olan və ya ciftdə metabolizmə uğrayan hormonların təyin edilməsinə əsaslanır (10, 15).

Gənc və yeniyetmə qadınlarda ilk hamiləlik orqanizmin əsas sistemlərinin yaşla bağlı cinsi funksional yetişməməzliyi, adaptasiya mexanizmlərinin qeyri-adekvatlığı ilə əlaqədar çox mürəkkəb bir şəraitdə keçdiyi üçün bu zaman fetoplasentar kompleksin funksiyasında çatmamazlıq meydana çıxır. Fetoplasentar kompleksin çatmamazlığı nəinki bu kateqoriyalı hamilələrdə, eləcə də müasir mamalıqda öz aktuallığını saxlayan problemdir, çünki bu, perinatal xəstələnmələrin və ölümünün baş verməsində meydana çıxan səbəblərindən ən vajibidir. Həmin məsələ ilə əlaqədar çoxsaylı tədqiqatların olmasına baxmayaraq, bu problem hal-hazırda öz həllini tapmamışdır (2, 7).

Fetoplasentar çatmamazlığın inkişafı etioloji səbəblərinin spektri çox genişdir və hal-hazırda ilk növbədə ekoloji və sosial amillər hesabına genişlənməkdədir. Bu zaman həmin amillərin təsirləri daha çox qarşılıqlı səbəb-nətijə xarakterində olur. Ədəbiyyat məlumatlarına görə gənc ilkdoğanlarda fetoplasentar çatmamazlığın (FPÇ) inkişafında neyroendokrin sisteminin tənzimlənməsinin yaşla əlaqədar qeyri-təkmilliyindən cinsi infantilizm və bunun nəticəsində də uşaqlıq və fetoplasentar qan cərəyanının azalması mühüm rol oynayır. Belə vəziyyətlərdə isə dölün bətndaxili hipoksiyası və inkişafının ləngiməsi meydana çıxır (6, 8).

Fetoplasentar kompleksin çatmamazlığının mürəkkəbliyi etioloji amillərin çoxsaylı olması ilə, habelə profilaktik və terapevtik tədbirlərin təkmil olmaması ilə, həm də FPÇ-ın müalicəsi üçün istifadə edilən bir sıra dərman preparatlarının teratogen təsirləri ilə bağlıdır (11). Son illərdə gənc qadınlarda hamiləliyin, doğuşun zahılıq dövrünün gedişi, dölün və yenidoğulmuşun vəziyyəti haqqında əldə olan ümumi məlumatlardan ətraf mühitin əlverişsiz şəraitində yaşayan bu qadınların fetoplasentar sisteminin hormonal funksiyasının nə vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil (11).

Müasir təsəvvürə görə fetoplasentar kompleks özünün və dölün böyüməsinə, inkişafına və funksiyasına, sonradan isə onların doğulmasına, habelə dölün yaşayıb qalmasına məsuldur (15). Bu funksiyaların endokrin tənzimlənməsi dölün böyrək-üstü vəzlərinin, cinsi vəzlərin (qonadaların) və jiftin steroid hormonlarının hasil etmələri ilə həyata keçirilir (dölün hipotalamo-hipofizar komplesin və ciftin neyropeptidlər və polipeptid hormonlarının hasil etməsi, dölün qalxanvari və mədəaltı vəzlərinin hasil etdikləri hormonlarla).

Son illər belə fikir təsdiq olunmuşdur ki, cift tam şəkildə biosintez tsiklini həyata keçirməklə steroid hasil edən orqan deyil. Bu hormonların sintezinin tam başa çatdırılması üçün onların sələflərinin döl qanından ana qanına keçməsi lazımdır (12).

Döl orqanizmində hasil olan androgen sələflərindən ciftdə estrogenlərin sintezinin asılı olması prinsipi əsasında fetoplasentar sistem anlayışı formalaşmışdır (11). Müəlliflər göstərirlər ki, ciftdən dəyişkənliyə uğramış hormonlar da keçə bilir. Cift hormonlarının sintez olunduğu yer sinsitio-, sitotrofoblast və habelə desidual toxumadır. Ciftdə xorion qonadotropini, plasentar laktogen və prolaktin, həmçinin immunreaktiv 0-endorfini, a-melanstimulyasiya edən hormon və propriomelanokortin hasil olunur (21, 22). Beləliklə, cift prinsip etibarı ilə yeni hormon hasil etmir, qadın orqanizminin hamiləlikdən kənar vaxtlarda endokrin vəzlərinin nisbətən az miqdarda sintez etdiyi və ya onlara oxşar hormonlar hasil edir. Onu qeyd etmək lazımdır ki, trofoblastın sinsitial hüceyrələri steroid və eləcə də zülal təbiətli hormonlar hasil edir. Lakin hipofizdə yalnız zülal təbiətli, yumurtalıqlarda və böyrəküstü vəzin qabıq maddəsində yalnız steroid hormonlar sintez olunur. Ana-cift hormonal kompleks sisteminin əmələ gəlməsində vasitəçi olan cift daxili sekresiya vəzi rolunu oynayır və döl ilə birlikdə vahid endokrin sistemini formalaşdırır.

Qeyd etmək lazımdır ki, cift yüksək endokrin fəallığa malikdir. Digər endokrin orqanlardan fərqli olaraq ciftdə hasil olan hormonal birləşmələrin miqdarı həddən artıq çoxdur. Hamiləlik vaxtı hormonlar artıq implantasiyaönü dövrdə blastosit mərhələdə hasil olmağa başlayır. Bu dövrdə embrion hüceyrələri progesteron, estradiol və xorion qonadotropini sekresiya edir ki, bunların döl yumurtasının nidasiyası üçün böyük əhəmiyyəti vardır (7).

Hesab edirlər ki, inteqral fetoplpsentar kompleks reproduktiv orqanlarda spesifik dəyişikliklərin meydana çıxmasını təmin edir, hamiləlik vaxtı dölün antinatal inkişafını və maddələr mübadiləsini tənzimləyir, habelə sonradan dölün doğulmasını və yeni mühitdə onun yaşamaq qabiliyyətini müəyyənləşdirir (14, 28, 29).

Trofoblastın hasil etdiyi hormonların təsiri hestasiyanın müxtəlif dövrlərində müxtəlif xarakterdə olur: hamiləliyin lap əvvəllərində bu təsirlər başlıja olaraq uşaqlığın yığılma qabiliyyətinin tormozlanmasına və dölün inkişafına yönəlir, sonradan isə hamiləlik proqressivləşdikcə ana orqanizmində doğuş aktının reallaşmasına və ana orqanizminin doğuşdansonrakı dövrdə bərpasına istiqamətlənən kompleks adaptasiya reaksiyalarının inkişafını təmin edir.

Beləliklə, ciftin hormonhasilediji funksiyası ana və döl arasında qarşılıqlı əlaqəni müəyyən edir. Buna görə də fizioloji yetginliyə çatmamış yeniyetmə və gənc qadınlarda hestasion prosesin hormonal tənzimlənmə mexanizmi qeyri-təkmil oduğundan hamiləliyin gedişində, doğuş zamanı müəyyən fəsadlaşmalar, habelə dölün və yenidoğulmuşun sağlamlıq göstəricilərində problemlər meydana çıxır.

Gənc yeniyetmə ilkhamilələr çox yüksək risk qrupuna daxil olan kontingentlər hesab edilməlidir. Bu səbəbdən də yeniyetmələrdə hamiləliyin fəsadlaşmalarının əksər hissəsi lazımınja tibbi müşahidənin olmaması ilə əlaqədardır (96, 62). Belə ki, P. Evans-ın məlumatlarına görə hestasiya dövründə yeniyetmə hamilələrin yalnız beşdən biri həkimə müntəzəm olaraq müraciət edir. Müşahidələrin keyfiyyətinin və tibbi xidmətin əhatəliliyi yeniyetmə hamilələrdə hamiləliyin və doğuşun fəsadlaşmalarının inkişafında həlledici amildir (25). Gənc hamilələrə müalicə-profilaktik yardımın prinsiplərini təkmilləşdirmək istiqamətində tədqiqatlar aparırkən G.B.Əkovleva (18) belə faktı göstərir ki, şəhərdə yaşayan 20 yaşına qədər hamilə qadınların dörddən birində, kənd yerlərində yaşayan həmin yaşda olan hamilə qadınlarda isə yüzdə birində hamiləlik süni abortla sonlanır. Müəllif göstərir ki, 14-19 yaşında qızların yarısında kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin kəskinləşməsi ilə abortdansonrakı fəsadlaşmaların faizi yüksək olur.

Tuxvatullina L.M. və Çeçulina O.V. (1995) təklif etmişlər ki, gənj hamilələrdə doğuşların və doğuşdansonrakı fəsadlaşmaların profilaktikası məqsədi ilə bu qadınların gündüz və ya bir günlük stasionarlarda hospitalizasiyasını təşkil etmək və bunun üçün göstərişləri genişləndirmək lazımdır. Müəlliflər gənc qadınların somatik vəziyyətini qiymətləndirmək üçün birinci hospitalizasiyanı hamiləliyin I trimestrində, dölün inkişaf anomaliyalarının aşkarlanması üçün ikinci hospitalizasiyanı hamiləliyin 18-20 həftəliyində, hestozun və anemiyanın profilaktikası üçün üçüncü hospitalizasiyanı 26-28 həftəliyində, feioplasentar kompleksin vəziyyətini və dölün hipoksiya əlamətlərini müəyyən etmək üçün dördüncü hospitalizasiyanı 32-34 həftəliyində aparmağı təklif etmişlər. Onlar qeyd edirlər ki, hamiləliyin gedişinin normadan kənarlaşmaları hallarında istənilən müddətdə hospitalizasiyaya göstəriş qoymaq lazımdır (14).

Müəlliflər həmçinin təklif edirlər ki, sosial-bioloji və perinatal risk amillərinin qiymətləndirilməsi sisteminə yenidən baxılsın və 16 yaşına qədər olan analar üçün 4 bal qiymətləndirmə ilə ayrılsın. 16 yaşından yuxarı gənc hamilələri II dərəcəli risk qrupuna, 16 yaşdan aşağı və ekstragenital patologiyası olan hamilələri isə III dərəcəli, yəni yüksək və çox yüksək risk qrupuna daxil edilmələrini məsləhət görürlər.

Nigahdan kənar hamiləliklər zamanı aşağı çəkili və asfiksiya ilə doğuşlarda perinatal ölümlər arasında paralel müqayisələr aparmışlar. Bu zaman məlum olmuşdur ki, hestasiya dövründə nigaha daxil olan qadınlarda belə fəsadlaşmaların tezliyinin azalması məlum olmuşdur (26). Digər müəlliflərin verdikləri məlumatlara görə gənc ilk doğan qadınlar arasında yarımçıq və normal müddətdə doğulan uşaqların sayı eynidir; lakin hər iki halda dölün bətndaxili inkişafdan qalma əlamətləri müşahidə olunmuşdur. Onlar qeyd edirlər ki, yeniyetmə və gənc ilk doğan qadınlarda dölün yarımçıqlığı və yetgin olmaması müştərəkləşdiyi hallar uşaq ölümünün birinci səbəblərindəndir (27).

Gənc analardan olan yenidoğulmuşlarda daha çox patologiyalar aşkar olunur. Belə ki, R.K. İqnatğeva-nın və D.A. İnqamovun məlumatlərına görə (50) 15-17 yaşlı anaların yenidoğulmuşlarının perinatal dövründə daha çox asfiksiyalar müşahidə edilir, ikinci yerdə pnevmoniya və digər respirator pozulmalar durur; bunlar ümumilikdə 23,8% təşkil edir. 19-20 yaşlı analardan doğulanlar arasında isə müvafiq patologiyaların tezliyi isə 7% olmuşdur. Müəlliflər qeyd edirlər ki, həmin qruplar arasında sümükəzələ sisteminin anomaliyaları (anadangəlmə əyriboyunluq, yastıayaqlıq) ilə doğulanların rastlaşma tezliyi statistik dürüstlüklə fərqli olmuşdur. Həmin uşaqların vəziyyətinin sonrakı dinamiki müşahidəsi zamanı müəyyən olunmuşdur ki, nisbətən yaşlı qadınlarla müqayisədə gənc anadan doğulan uşaqlarda həyatlarının birinci ilində xəstələnmələrin ümumi səviyyəsi dürüstlüklə yüksəkdir. Həmin uşaqlarda başqa infeksion etiologiyalı pnevmoniya, salmanelyoz, qastroenterit və enterokolit kimi xəstəliklər daha çox rastlaşır; II-III dərəcəli hipotrofiyalı uşaqlar isə daha çox müşahidə edilir. Gənc anaların uşaqlarında həmçinin ağır formalı raxitlər (11,6%) aşkar olunur ki, yaşlı anaların uşaqlarında bu patologiya rastlaşmır.

Müəlliflər uşaqların travmalarına və zəhərlənmələrinə, xüsusən baş beyin silkələnməsinə və I-II dərəcəli yanıqlara diqqət vermişlər və aydın olmuşdur ki, yeniyetmə anaların uşaqları arasında xəstələnmələrin strukturunda bunlar 8-ci yeri tutduğu halda yaşlı analar qrupunda bu sıra sonuncu 12-ci yerdə müəyyən olunmuşdur. Buradan belə nəticə çıxarılmışdır ki, gənc anaların uşaqlarının sağlamlıq səviyyələrinin aşağı düşməsini müəyyənləşdirən mühüm risk amillərinə belə qadınlarda dölün inkişafına hamiləlik və doğuş patologiyalarının daha təzahürlü mənfi təsirləri, yeniyetmə anaların yarısından çoxunda körpələrinin həyatının 1-ci ilində göstərdikləri qulluğun keyfiyyətsiz olması, habelə hamiləlik dövründə özlərinə və sonradan körpələrinə dispanser müşahidənin qeyri-adekvatlığı daxildir.

Bu səbəblərdən də yeniyetmə və gənc ilkhamilələrin sağlamlıq durumu xüsusi dəqqət mərkəzində olmalıdır. Belə ki, qeyd edildiyi kimi, onların reproduktiv sistemi fizioloji əlaqələrin formalaşması mərhələsindədir; bu zaman xarici mühitin istənilən təsirləri həm anada və həm də bətndaxili döldə, sonradan isə yenidoğul-muşda tənzimləmə proseslərmnin pozulmasına və patologiyaların inkişafına səbəb ola bilər. Yeniyetmə anaların və gələcək yenidoğulmuşların sağlamlıq problemləri nəinki gənc orqanizmin fizioloji yetişməməzliyi ilə, həm də adaptasiya mexanizmlərin qeyri-adekvatlığı ilə şərtlənir ki, bütün bunların hamısı hamiləliyin gedişinə, doğuş aktına və nəticə etibarı ilə yenidoğulmuşun vəziyyətinə pis təsir göstərir (11).

Beləliklə, yuxarıda şərh olunanların əsasında belə nəticəyə gəlmək olar ki, yeniyetmə və gənj hamilələr probleminə həsr olunmuş tədqiqat işlərinin apaprılmasına baxmayaraq, hal-hazırda bu qadınlarda hamiləliyin, doğuşların, zahılıq dövrünün gedişinin yaşla əlaqədar xüsusiyyətləri və yenidoğulmuşlarının vəziyyəti haqqında vahid fikir yoxdur. Yeniyetmə orqanizminin hamiləliyə qarşı adaptasiya imkanları ilə əlaqədar məsələlər mübahisəli qalmışdır; ana-cift-döl sisteminin vəziyyətinə ətraf mühitin əlverişsiz təsirləri ətraflı öyrənilməmişdir; belə yaşda olan kontingentlərdə perinatal və ana itgiləri müqayisəli şəkildə qiymətləndirilməmişdir. Hərçənd ki, əksər tədqiqatçıların fikrinə görə yeniyetmə hamiləlikləri mamalıq və perinataloji patologiyanın meydana çıxmasına görə yüksək və çox yüksək risk qrupuna aiddir. Ədəbiyyat məlumatlarının analizi göstərir ki, yeniyetmələrin hamiləlik və onların gələcək uşaqlarının tibbi problemləri bu kontingent hamilələrin mama-ginekoloji və sosial xidmətin düzgün təşkil olunması ilə həll oluna bilər. Buna görə də gənj qadınlarda hamiləliklərin, doğuşların və zahılıq dövrünün gedişinin fəsadlaşmasının qarşısının alınması üçün tədbirlər kompleksinin təklif edilməsi, həmçinin onların yenidoğulmuşlarının reproduktiv sağlamlıqlarının pozulmasının və patologiyalarının profilaktikası proqramının işlənilib hazırlanması müasir mamalığın aktual problemlərindən biri hesab edilməlidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Активное ведение родов – Спб.: Специальная литература.– 1996.– с. 42-44.
2.Брюхина Е.В. Беременность и роды девочек-подростков. Предупреждение осложнений, реабилитация: Автореф. дис….докт.мед.наук.  – Челябинск. 1996.– 40 С.
3.Веселов Н.Г. Орел В.И. Влияние социально-гигиенических факторов на беременность в подростковом возрасте / Тез. докл. первой Всерос. Науч. – практ. конф. дет. и подростковых гинекологов «Современные проблемы детской и подростковой гинекологии» (29 июня – 2 июля 1993) – Спб. – 1993. –с. 194-196.
4.Гедгафов Г.А. Кесарово сечение у юных женщин: Автореф. дис… канд. мед.наук.  –  М.,  2000.– 23 С.
5.Гросс К.Я.,  Кюютс Р.А. Каск В.А. О течении родов у несовершеннолетних матерей / Актуальные вопросы специализированной гинекологической помощи девочкам-подросткам: Тез. Докл. – Тарту. – 1981. – с.16-18.
6.Гуркин Ю.А. Беременность у несовершеннолетних // Гуркин Ю.А  Ювенильная гинекология: Пособие для врачей.– СПб.– 1993.– ч.1.- с.25-30.
7.Дуда И.В., Дуда В.И. Клиническое акушерство. Мн.: В. Шк.- 1997.- 604 с.
8.Игнатьева Р.К., Инагамов Д.А. Беременность и роды в подростковом возрасте // Сов. Здравоохранение. – 1989. - № 5. – с.38-42.
9.Комиссарова Л.М., Токова З.З., Мекша Ю.В. Абдоминальное родораз-решение первобеременных женщин // Акушерство и гинекология. – 2006.- №2.- с. 18-21.
10.Савельева Г.М., Федорова М.В., Клименко П.А., Сичинова Л.Г. Плацентарная недостаточность // М. «Медицина». – 1991. – 272 С.
11.Саловарова М.В. Особенности репродуктивной функции у юных первородящих женщин и состояние их новорожденных в зависимости от техногенной нагрузки среды проживания. Дисс. канд. мед.наук. – Самара–  2006. –  С. 170.
12.Серов В.Н., Кожин А.А., Прилепская В.Н. Клинико-физиологические основы гинекологической эндокринологии. Ростов н/Д. – 1998. – 367 С.
13.Сулейманова Т.Г. Особенности беременности и родов у юных первородящих: Автореф. дис… канд. мед.наук.  –  Самара,  2000.– 22 С.
14.Тухватуллина Л.М., Чечулина О.В. Профилактика осложнений беременности и родов у юных женщин // Казанский мед. журнал. – 1995. –№ 2.- с. 156-160.
15.Шарапова О.В., Дмитриев Д.А. Экологические аспекты репродуктивного здоровья женщины – Чебоксары – 1996.- 117 С.
16.Уразаева Л.И. Течение беременности и родов у юных первородящих // Казанский мед. журнал. – 1978. – Т. 9 -  № 3.- с. 26-28.
17.Юрьев В.К. Основные медико-социальные проблемы репродуктивного здоровья девочек /Тез. докл. Первой Всерос. науч.-практ. конф. дет. и подростковых гинекологов «Современные проблемы детской и подростковой гинекологии» (29 июня – 2 июля 1993) – Спб. – 1993. –с. 6–8.
18.Яковлева Э.Б. Принципы лечебно-профилактической помощи юным беременным // Советская медицина – 1991. - № 3. – с. 46-49.
19.Яковлева Э.Б. Юные беременные как группа риска акушерской и перинатальной патологии: Автореф. дис…канд.мед.наук.– Киев, 1991.–21 с.
20.Бендова М. Тще роле оф тще жлинижал псйжщолоэист ин эйнежолоэй анд обстетрижс // Жеск. Эйнеж. – 1989.- № 54. – p. 391-392.
21.Диеэуез Ж., Паэе М.Д., Сжанлон М.Ф. Эроwтщ щормоне неурореэулатион анд итс алтератион ин дисеасе статес. // Жлин. Ендожринол. – 1988 – В.28. -№ 1.- п. 109-143.
22.Куближкас М., Эринеwалд Ж., Ниселл Щ. ет алл. Интерпретатион оф пулсатилитй индех ин студиенс он ренал жиржулатион оф нормал анд преежламптиж преэнанжиес. // Еуроп. Ж. Ултрасоунд – 1994 -№1- П. 137-142.
23.Жартот В.Э., Клерман Л.В. Парентал жонжерт фор абортион импажт оф тще Массажщусеттс лаw // Амер. Ж. Пуб. Щеалтщ. – 1986.- В.  76(4). – p. 397-400.
24.Сибаи Б.М., Эордон Т. ет алл. Риск фажторс фор преежлампсиа ин щеалтщй нуллипароус wомен: А проспежтиве мултижаеньер студй. // Ам. Ж. Обстет. Жйнежол. – 1995. - В. 172. –п. 642-464.
25.Еванс П., Жлоw А., Щужклебридэе Ф. Стресс анд тще иммуне сйстем // Псйжщолоэист. – 1997. – В. 10. - № 7. – П. 303-307.
26.Вентура С.Ж., Щендерсщот Э.Е. Инфант Щеалтщ жонсеэуенже оф жщилдбеаринэ бй теенаэерс анд олдер мотщерс // Публ. Щеалщ Реп. – 1984. – В. 99. - №2. – p. 138-146.
27.Жларк А.М., Тщомсон Щ.Д., Мантел Ж.Д., Мутон Ж.Д. Жомпрещенсиве антенатал Жаре анд едужатион оф йоунэ адолесжент: бенефижал еффежтс он преэнанжй анд оутжоме // Н.З. Мед. Ж. – 1986. – В. 12. - № 99 (795). – п. 59-62.
28.МсДоналд Щ.М., О'Лоуэщлин Ж.А., Жоллей П. Жщанэес ин ваэинал флора дуринэ преэнанжй анд ассожиатион wитщ претерм биртщ // Ж. Инфежт. Дис. – 1994. – в. 170. - № 3. – П.724-728.
29.Роуссеау П. Деуил пендант ла эроссесе ет инжиденжес  сур ла депрессион постнатале // Неуропсйжщиат енфанже ет адолесженже. –1999. –В. 47. -№1-2. –п. 31-35.

 


Müəlliflər:
Z.A. Cabbarova
F.A. Qurbanova

Digər jurnal və qəzetlər