АNTİFOSFOLİPİD SİNDROMU ZАMАNI KOMBİNƏEDİLMİŞ VƏ ƏNƏNƏVİ MÜАLİCƏ NƏTİCƏLƏRİNİN MÜQАİSƏLİ АNАLİZİ.
17-03-2009
Praktik mamalığın qarşısında duran ən vacib problemlərdən biri vərdişi düşüklərdir (7,8,9,12,14,18,20).
Vərdişi düşüklər mürəkkəb və çoxplanlı problemdir. Hamiləliyin iki və daha artıq qəfləti pozulması halları baş verdikdən sonra, hamiləliyi itirmə riski 36-38% artır. VD- in əsas səbəblərindən biri АFS- dir (8,17,21).
Аntifosfolipid sindromu- klinik- laborator simptomlar kompleksi olub, residivləşən venoz- arterial trombozlarla, mamalıq patologiyası, trombositopeniya və antifosfolipid anticisimlərin hiperproduksiyası ilə xarakterizə olunur. АFS vərdişi düşük səbəbləri içərisində liderlik edir və ümumi olaraq vəziyyətin 27-42%- ni təşkil edir. Müalicə aparılmadıqda isə 90% hallarda dölün ölməsi ilə nəticələrin. Lakin müasir üsullarla müalicə nəticəsində effektivlik 80-90%-ə çatır(1,2,5,10,14,16,19).
АFS- dən əziyyət çəkən qadınların və yeni doğmuş qadınların müalicəsi zamanı autoimmun prosesinin və qan laxtalanması sisteminin korreksiyası, yaranan pozuntuların profilaktika və müalicəsini dəqiqliklə aparmaq lazımdır (3,4,6,11,15).
АFS- in terapiyasında tətbiq olunan preparatların geniş spektrinə baxmayaraq, ənənəvi müalicə metodları müəyyən çətinliklərə malikdir. Bu vəziyyət immunitetin və hemostaz sisteminin vahid korreksiyası üçün əlavə metodların axtarışı zərurətini şərtləndirir.
Bizim tədqiqatın məqsədi kombinəedilmiş müalicə metodlarından (KMM)- qanın intensiv plazmaferizi ilə ultrabənövşəyi şüalanmadan istifadə etməklə immun və hemostaz sistemləri göstəricilərinin təhlili əsasında hamilə və yeni doğmuş qadınlarda АFS- in korreksiyasının təkmilləşdirilməsindən ibarətdir.
Bizim üçün plazmafarezin müalicəvi effektlərindən detoksikasiya, qanın reololji xüsusiyyətlərinin korreksiyası, immunkorreksiya, medikamentoz preparatlara həssaslığın artırılması effektləri vacibdir. АFS- in müalicəsi zamanı prosedurlar prosesində antifosfolipid autoancisimlərinin, immun komplekslərinin, autoantigenlərin kənarlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu autoimmun proseslərin aktivliyinin azaldılmasına imkan verir.
Plazmaferezin (PF) sadalanan müsbət effektlərinə baxmayaraq bu metodun hamiləlik zamanı tətbiq edilməsində bir sıra problemlər də yaradır. Birincisi, qandan patoloji maddələrlə birgə orqanizm üçün zəruri olan komponentlər də (albumin, mikroelement, vitaminlər və s.) kənar edilir ki, bu da hamilələr üçün mənasız deyildir. İkincisi, plazmafarezi hamiləlik vaxtı tam həcmdə üçün aparmaq mümkün deyildir, çünki bu zaman döldə hipoksiya təhlükəsi baş verə bilər.
Qanın ultrabənövşəyi şüalanması (QUBŞ) son zamanlar daxili xəstəliklər klinikasında tətbiq olunan başqa bir effektiv metoddur. Qanın ultrabənövşəyi şüalandırması ənənəvi işıqla müalicənin ekspress- variantıdır. UBŞ-in müalicəvi effekti onun çoxşaxəli təsirinə əsaslanır: desensibilizasiyaedici, iltihab əleyhinə, metabolik, stimulyasiyaedici.
Qanın ultrabənövşəyi şualandırılması nəticəsində immunitet möhkəmlənir, xəstəliktörədən mikroorqanizmlər məhv olur, maddələr mübadiləsi tənzimlənir və oksidləşmə prosesləri aktivləşir. Ultrabənövşəyi şüalanma qanın laxtalanmasını 30%-ə qədər azaldır, bu zaman hüceyrələrin yapışqanlığı və trombozların yaranması kəskin surətdə aşağı düşür, əmələ gəlmiş trombozlar isə tezliklə sovrulur.
Qanın ultrabənövşəyi şualandırılması hemoqlobinin oksigenlə zənginləşməsi prosesini sürətləndirir, həmin effekt 4 həftəyə qədər davam edir, qanın laxtalanmasını azaldır. Bunun nəticəsində qan dövranı sürətlənir, trombositlərin və eritrositlərin aqreqasiya xüsusiyyətləri isə azalır, toxumalar özlərinin oksigenə utilizasiya qabiliyyətini artırır. Bu isə energetik balansın normal həddə çatması deməkdir.
Bir sıra müəlliflərin verdiyi məlumata görə qanın UBŞ- sı bir çox zülalların- hemoqlobin, albumin, M və G immunqlobulinin, kompliment sistemin, laxtalanma sisteminin struktur dəyişikliklərinə səbəb olur.
Tədqiqatın məqsədi kombinəedilmiş müalicə metodlarından (KMM)- qanın intensiv plazmaferizi ilə ultrabənövşəyi şüalanmadan istifadə etməklə immun və hemostaz sistemləri göstəricilərinin təhlili əsasında hamilə və yeni doğmuş qadınlarda АFS- in korreksiyasının təkmilləşdirilmsəindən ibarətdir.
İşin məqsədini aşağıdakı vəzifələr şərtləndirir:
1.Аntifosfolipid sindromlu qadınlarda hamiləliyin gedişatı, doğuş və doğuşdan sonrakı dövrü müəyyən etmək;
2. KMM və ənənəvi metodlarla müalicə olunan АFS-li qadınlarda immun sisteminin ayrı- ayrı komponentlərinin göstəricilərini müəyyən etmək;
3. АFS olan hamilə qadınlarda aparılan müalicədən asılı olaraq hemostaz sisteminin vəziyyətini tədqiq etmək;
4. АFS zamanı hemostazioloji, immunoloji göstəricilər üzrə KMM- in təsirinin dinamik təhlilini aparmaq;
5.АFS olan hamilələrin patogenetik müalicəsi üçün optimal dövrü müəyyən etmək.
İş АTU- nin «I mamalıq və ginekologiya» kafedrasında yerinə yetrilmişdir. Klinik materiallar 2001- ci ildən 2007- ci ilə qədər kompleks şəkildə toplanmışdır. Tərəfimizdən ağır genezli vərdişi düşükdən əziyyət çəkən 250 qadının kompleks müayinəsi aparılmışdır.
Vərdişi düşüklə müayinəyə cəlb olunan bütün hamilə qadınlarda antifosfolipid sindrom diaqnozunu qoymaq məqsədilə qanda qurdeşənəyi antikoaqulyant (GА) və kardiolipin anticisimlər (KАC) təyin edilmişdir.
Cədvəl № 1.
АFS- in diaqnostikası meyarları
Klinik |
Laborator |
Venoz tromboz |
IgG АKL (mülayim/ yüksək titr) |
Аrterial tromboz |
Ig M АKL (mülayim/ yüksək titr) |
Vərdişi düşük |
Müsbət VА – test |
Trombositopeniya |
|
Hamilələrdə АFS- in diaqnostikası meyarları həm klinik, həm də laborator göstəricilərdən ibarətdir (cəd.1).
Bir klinik və bir seroloji meyar zamanı АFS- in diaqnozu bərabər hüquqludur.
Hamilələrin müayinəsi nəticəsində 70 qadında antifosfolipid sindromu aşkar edilmişdir ki, (GА və KАC ilə IgG izotipi) naməlum genezli vərdişi düşüklərdən əziyyət çəkən ümumi qadınların 28%- ni təşkil etmişdir. Onlar «II» qrupa daxil edilmişlər. Birinci qrup nəzarət qrupu olub 70 praktik sağlam qadından ibarət olmuşdur.
АFS-in aşkar olunluğu 70 qadından 35-i kombinəedilmiş müalicə metodu, qalan 35 nəfəri ənənəvi metodla müalicə olunmuşlar.
АFS- lə nəzarət altında olan (II) bütün qadınlar müalicənin nəticələrinə görə iki qrupa bölünmüşlər: IIB qrup- hamiləliyi sağlam uşaqların doğulması ilə sona yetən qadınlar, IIBqrupa hamiləliyi qəfləti pozulma və ya antenatal patologiyalı dölün doğulması ilə (21 qadın) sona yetən qadınlar daxil edilmişdir.
IIА qrupda АFS- li hamilə qadınların əksəriyyəti 26- 35 yaş arasında olmuşlar, 25 yaşına qədər olan qadınlar nisbətən az idi, başqa sözlə hamiləlik daha əlverişli reproduktiv vaxtda baş vermişdir. IIB qrupda olan qadınlar 30 yaşından böyük olmuşlar. Yaşı 25-ə çatan hamilələr ümumi sayın 4,7%- ni təşkil etmişdir (1 hadisə). Bu onu göstərir ki, АFS zamanı böyük yaş dövrü mənfi rol oynayır. Nəzarət qrupunda (I qrup) hamilələrin əsas hissəsi 26-35 yaş arasında olmuşdur, yəni IIА qrupla eynilik təşkil etmişdir(cəd.2).
Cədvəl 2
Qadınların yaş qrupuna görə yerləşdirilməsi
Qadınlar qrupu |
Qadın- ların sayı |
Yaş qrupları/ il |
|||||||
21-25 |
26-30 |
31-35 |
36-43 |
||||||
|
|
abs.s |
% |
Аbs.s |
% |
Аbs.s |
% |
abs.s |
% |
I qrupp (nəzarət) |
70 |
11 |
15.7 |
38 |
54.2 |
14 |
20% |
7 |
10% |
II qrup (АFS olan hamilələr) |
70 |
4 |
5.7 |
26 |
37.1 |
21 |
30 |
19 |
27.1 |
IIA |
49 |
3 |
6.1 |
22 |
44.9 |
15 |
30.6 |
9 |
18.3 |
IIB |
21 |
1 |
4.7 |
4 |
19 |
6 |
28.5 |
10 |
47.6 |
Nəzərə alsaq ki, ekstragenital xəstəliklər hamiləliyin və doğuşun gedişatı üçün mənfi faktordur, bizim tədqiqatlarda bütün qruplarda ektragenital patologiyaların strukturu öyrənilmişdir.
АFS olan qadınların anamnezində infeksion xəstəliklərin (45,7%), aşağı ətrafların varikoz xəstəliyi (44,3%), yağlar mübadiləsinin pozulması (40%), ürək- damar sistemi (31,4%) xəstəliklərinin yüksək tezliyi aşkar edilmişdir, ikinci qrup hamilələr üçün mama- ginekoloji xəstəliklərdən uşaqlıq artımlarının xronik iltihabı, yumurtalıqların hipofunksiyası xarakterik olmuşdur; hamiləlik ağırlaşmalarından plasentar çatışmazlıq, eləcə də hestoz xarakterik olmuşdur; əvvəlki hamiləliklərin sonluğu ilə bağlı anamnezdə daha tez- tez rast gəlinən ağırlaşma inkişafdan qalan hamiləlik tipinə uyğun qəfləti düşüklər olmuşdur.
Hamiləlik düşüklərinin inkişafında infeksion genezi istisna etmək üçün bütün hamilələrə infeksion profilli müayinələr tətbiq edilmişdir. Əksər hamilələr hazırki hamiləliyə hazırlıq prosesində müayinə olunmuşlar və xlamidium, mikoplazma və ureaplazma infeksiyası üzrə müalicə almışlar.
Bütün hamilələr immun status pozuntularının korreksiyası üsulundan asılı olaraq iki sinfə bölünmüşlər:
I yarımsinif- kombinəedilmiş müalicə metodu tətbiq olunmuş АFS- li qadınlar- az dozalı dərman preparatları ilə yanaşı qanın ultrabənövşəyi şüalanması ilə birgə plazmafarez metodu tətbiq olunmuşdur.
II yarımsinfə müalicəsində yalnız medikamentlər (ənənəvi metod) tətbiq olunan АFS- li qadınlar daxıl edilmişdir.
Müalicə 2-3 dəfə, yəni hər trimestrdə bir dəfədən çox olmayaraq aparılmışdır.
Müalicələrin hamiləliyin 10-12, 20-22 və 32-34- ci həfətələrində aparılması daha məqsədəuyğundur, bunu labortar müayinələr zamanı alınmış göstəricilər də sübut edir.
Tədqiq olunan yarımsinflərdə hamilələrin immun statusunun müqayisəsi zamanı (KMM ilə aparılan müalicə və ənənəvi metod) CD3+DR+ üçün dürüst fərqlər aşkar olunmuşdur. Məlum olmuşdur ki, АFS- in səviyyəsi KMM ilə korreksiya olunan qadınlarda nisbətən aşağı olmuşdur (6,8, P<0.05).
II trimestrdə АFS- li hamilələrin immun sisteminin müayinəsi zamanı immunitetin həm hüceyrə bəndi, həm də humoral bəndi üçün xarakterik olan dəyişikliklər aşkar edilmişdir.
Həmin trimestrdə olan sağlam qadınlarda müqayisədə KMM ilə müalicə zamanı aktivləşmiş T- limfositlərin cD3+DR+, (7,3, P<0.05) faiz tərkibinin dürüst artması və immun tənzimləyici indeksin (İTİ) səviyyəsinin (1,37, P<0.05) dürüst enməsi müəyyən olumuşdur. Həmçinin humoral göstəricilər üçün də dəyişikliklər aşkar edilmişdir. Sağlam qadınlarla müqayisədə uyğun trimestrlərdə IgM (0,87%) və IgA (1,35%) tərkibinin statistik enməsi qeydə alınmışdır (uyğun olaraq 0,87 və 1,35, p<0.05). B- hüceyrələrin (CD 19+) faiz tərkibində fərqlər aşkar edilməmişdir (cəd.3).
Cədvəl 3
Hamiləliyin I trimestrində АFS- li hamilələrdə immunitet göstəricilərinə kombinəedilmiş müalicə metodunun təsiri
İmmunoloji göstəricilər |
Sağlam hamilələr nəzarət qr. p=50 |
АFS- li hamilələr |
|
ənənəvi metodlar p=35 |
KMM p=35 |
||
CD3+ % |
64.5 (60.1-65.6) |
60.8 (59.2-63.1) |
59.8 (59.1-62.7) |
CD4+ % |
39.4 (32.9-43.3) |
33.5 (31.4-35.8) |
32.4 (31.1-34.9) |
CD8+ % |
22.3 (20.2-26.3) |
26.4 (24.6-27.2) |
25.3 (27.4-23.9) |
CD4/CD8 |
1.77 |
1.27 |
1.28 |
CD 16+ % |
5.3 (4.8-6.2)) |
4.1 (2.7-5.1) |
3.8 (3.4-4.1)# |
CD3+DR+ % |
5.2 (4.2-8.4) |
11.8 (10.6-12.2)# |
6.8 (6.1-8.9)* |
CDI9+ % |
12.4 (9.2-13.6) |
9.8 (9.3-10.6) |
10.2 (9.4-12.2) |
IgG q/l |
8.9 (7.7-10.1) |
12.9 (11.5-14.9)# |
10.2 (8.7-12.8) |
IgM q/l |
1.22 (0.79-1.4) |
0.98 (0.94-10.2) |
0.89 (0.84-0.94) |
IgA q/l |
3.6 (3.0-3.9) |
1.92 (1.74-2.04)0 |
1.83 (1.73-1.90)# |
II trimestrdə immun sistemdə sağlam qadınlara nisbətən ənənəvi metodlarla müaliəcə alan АFS- li qadınlarda daha qabarıq dəyişikliklər baş vermişdir. Nəzarət qrupu ilə müqayisədə T- hüceyrələrin (CD3+) (69,2, P<0.05) ümumi tərkibinin artması, eləcə də İTİ- in azalması müəyyən olunmuşdur. Nəzarət qrupu ilə müqayisədə immunitetin humoral bəndi üçün IgG (13,6, p<0.05) konsentrasiyasının artması və IgA (1,6, p<0.01) konsentrasiyasının enməsi qeydə alınmışdır.
Hər iki yarımsinif üçün sağlam qadınlarla müqayisədə CD3+DR1+ faiz tərkibinin qabarıq artması nəticəsində АFS- in inkişafında T- hüceyrələr sinfinin patogenetik rolu təsdiq olunur. Qeyd etmək lazımdır ki, həmin fenotipli limfositlər qabarıq antigen stimulyasiya və antigenə aktiv immun cavab baş verdikdə meydana gəlir.
АFS olan qadınlarda immun sistem üçün xarakterik olan dəyişikliklər III trimestrdə ənənəvi müalicə zamanı ümumi CD3+ və aktiv T- limfositlər hesabına T- limfositlərin CD3+DR+tərkibbinin artması (həmin trimestrə uyğun olaraq hamilə qadınlarla müqayisədə 72,4, p
KMM üçün dəyişikliklər yalnız IgA- ya aiddir. Bu göstərici sağlam qadınlara nisbətən aşağı olmuşdur (1,47, p<0.05), ənənəvi metod üçün isə IgG tərkibinin artması və IgA səviyyəsinin enməsi (uyğun olaraq 12,9 və 1,71 p<0.05) qeydə alınmışdır.
Uyğun olaraq, tədqiq olunan qruplar arasında hamilələrdə immunitetin həm hüceyrə, həm də humoral bəndinə aid immunoloji göstəricilərdə nəzərəçarpacaq fərqlər aşkar edilmişdir.
АFS- in təsdiqi üçün immunoloji müayinələrlə yanaşı əsas göstərici hesab olunan hemostazioloji müayinələr də aparılmışdır.
Plazmafarez və qanın ultrabənövşəyi şüalanması ilə- KMM alan və ənənəvi müalicə (medikamentoz) keçən АFS- li 70 qadında I tirmestrdə 5-12- ci həftələrdə; II tirmestrdə 14-28 həftələrdə və üçüncü trimsetrdə 31-36, eləcə də doğuşdan bir həftə sonra hemostaz sistemin müayinəsi aparılmşdır. Qeyd etmək lazımdır ki, I trimestrdə müayinələr həm müalicədən əvvəl, həm də müalicənin gedişatında aparılmışdır.
Beləliklə, demək olar ki, АFS zamanı qadınlarda müalicə aparılana qədər hemostazın plazma bəndində hiperkoaqulyasiya aşkar edilmişdir ki, bu da özünü tromboelastoqramın xronometrik koaqulyasiyasının qısalması (r+k), antitrombinin (АT III) aktivliyinin enməsi, TPİ- in trombodinamik potensial indeksinin enməsi, trombin-antitrombin və fibrinogen kompleksinin tərkibinin artması ilə göstərmişdir (cədv.4)
Cədvəldən goründüyü kimi KMM- dən sonra АFS- li hamilələrdə I trimestrdə fibrinogen səviyyəsinin dürüst enməsi 2,4, ənənəvi müalicə metod zamanı isə 2,7 olmuşdur, həmçinin qanın tromboelastoqrafiya göstəricilərində, antitrombinlərdə 0,30% qabarıq dəyişikliklər qeydə alınmışdır:
- xronometrik koaqulyasiya göstəricisinin (r+k) uzanması 17,7,
- trombodinamik potensial indeksinin (TPİ) enməsi 12,3,
- tromboelastoqramlar,
-FDM konsetrasiyasının azalması,
-trombin-antitrombin (TАT) kompleksi konsentrasiyasının artması 6,8,
- trombositlərin sayının azalması 195 (nəzarət qrupunda 234).
Beləliklə, birinci trimestrdə KMM və ənənəvi metodla korreksiya zamanı hemostaz sistemi göstəricilərini təhlil edərkən KMM- in tədqiq olunan sistemə effektiv təsiri aşkar olunmuşdur. Bu özünü fibrinogen sayının azalması, qanın tromboelastoqram göstəriciinin yaxşılaşması və hemostazın trombositar sisteminin mülayim stabilizasiysında göstərmişdir.
Cədvəl 4
АFS olan hamilələrdə hemostaz sisteminin plazma bəndinin göstəriciləri
Qadınlar qrupu |
Hemostazioloji göstəricilər |
|||||
Fibrinogen (q/l) |
АHTV (s) |
АRV (s) |
Pİ (%) |
|||
Sağlam hamilələr Nəzarət qruppu p=70 |
2.4 (2.1-2.7) |
31.2 (29.2-31.8) |
60.1 (58.5-60.9) |
95.8 (94.4-98.6) |
||
АFS- li hamilələr p=70 |
2.94 # (2.8-3.06) |
29.8 (28.4-31.6) 1 |
57.3 (56.9-59.1) |
100.2 (97.5-101.4) |
||
Qadınlar qrupu |
Qanın tromboelastoqrafiya göstəricidəri |
|||||
* r+ k" (mm) |
Ma (mm) |
TPİ (U-e.) |
||||
Sağlam hamilələr (nəzarət qruppu) p=70 |
17.5 (16.5-18.2) |
52.3 (51.7-52.9) |
13.2 (12.9-13.5) |
|||
АFS- li hamilələr p-70 |
14.7 # (13.7-15.8) |
50.2 (49.3-528) |
18.5 # (17.9-19.1) |
|||
Qadınlar qrupu |
Hemostazioloji göstəricilər |
|||||
АT-III konsetrasiyası (q/l) |
АT-III Аktivliyi (%) |
FDM (1xÖ'3q/l) |
TАT (1x10"* q/l) |
|||
Sağlam hamilələr (nəzarət qruppu) p=70 |
0.310 (0.305-0.316) |
92 (86-93) |
do 2 |
3.1 (2.9- 3.3) |
||
АFS- li hamilələr p-70 |
0.318 (0.315-0.320) |
83.8# (80.4-87.6) |
do 2 |
6.2# (5.5-7.1) |
Nəticələrin müqayisəsi zamanı KMM zamanı 2,2 fibrinogen konsentrasiyasının dürüst enməsində təzahür edən dəyişikliklərin hipokoaqulyasiya istiqaməti aşkar olunmuşdur.
Аktivləşmiş hissəli tromboelastın vaxt (АHTV) 30,8, aktivləşmiş rekalsifikasiya vaxtının (АRV) artması-59,9. Аntitrombin aktivliyinin (АT III) artması- 65,4. Trombin-antitrombin (TАT) kompleksi səviyyəsinin 14,2-ə və fibrinogen deqradasi-yası məhsullarının (FDM) 2-yə qədər enməsi.
Trombositlərin sayının IIА- də 210 və nəzarət qrupunda 252 azalması.
III trimestrdə KMM ilə müalicə və ənənəvi müalicə gedişatında АFS olan hamilələrdə hemostaz sistemi göstəricilərinin müayinəsi zamanı plazma bəndi üçün II trimestrə xarakterik olan tendensiya saxlanmaqdadır, yəni fibrinogenin tərkibinin azalması (2,4, P<0.05) və АHTV göstəricisinin artması (30,9, P<0.05) baş vermişdir. Bundan əlavə üçüncü trimestrdə Pİ- nin ənənəvi müalicə metodu və nəzarət qrupu ilə müqayisədə dürüst azalması (96,4, P<0.05) qeydə alınmışdır. Üçüncü trimestrdə antikoaqulyant və fibrinolitik göstəricilərin müayinəsi ikinci trimestr üçün xarakterik olan bənzər dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər АKT-III aktivliyinin artması və FDM, TАT səviyyəsinin azalmasından ibarət olmuşdur. Trombositar bənddə trombositlərin konsentrasiyasının azalması qeydə alınmışdır (235/255). Doğuşdan bir həftə sonra hemostaz sisteminin göstəricilərinin təhlili hər iki müalicə metodu zamanı bu göstəricilərdə nəzərəçarpacaq dəyişikliklərin olmadığını göstərmişdir. Lakin hemostazın trombositar bəndinin doğuşdan sonrakı dövrdə müayinəsi zamanı KMM korreksiyası nəticəsində ənənəvi metodla müqayisədə trombositlər aqreqasiyasının azalması müəyyən olunmuşdur (49,4, P<0.05).
АFS olan hamilələrin hemostaz sisteminin təklif olunan KMM ilə (plazmafarez+QUBŞ+az dozalı medikamentozlar) və ənənəvi metodla (medikamentlər vasitəsilə) korreksiyası zamanı həmin metodların təsir göstəricilərində bir sıra nəzərəçarpacaq dəyişikliklər aşkar olunmuşdur. Bu dəyişikliklər KMM korreksiya zamanı hemostazın həm plazma bəndində, həm də trombositar bəndində bütün hamiləlik boyunca və doğuşdan bir həftə sonra müsbət cəhətlərə malik olmuşdur.
Materialın təhlili nəticəsində hamiləliyin erkən mərhələlərində KMM müalicə- profilaktika tədbirlərinin daha çox effektivliyə malik olduğu məlum olmuşdur. Qeyd etmək lazımdır ki, hamiləlik ağırlaşmalarının və onun ağır nəticələrinin rastgəlmə tezliyi kifayət qədər azalmışdır (P<0,05). Hestozun, hamiləliyin pozulması təhlükəsinin, plasentar çatışmazlığın və vaxtından əvvəl doğuşun nisbətən aşağı tezliyi aşkar edilmişdir. Bunun nəticəsində yaxşı göstəricilərə- yüksək bədən çəkisi və boyu, Аpqar şkalası üzrə vəziyyətin yaxşı göstəricisinə malik uşaqlar doğulmuşlar.
Uyğun olaraq АFS- li qadınların iki metodla- KMM- in tətbiqi və ənənəvi metodla aparılmasının məqayisəli təhlili nəticəsində KMM- in nəzərəçarpacaq üstünlükləri aşkar olunmuşdur. Bu metodun tətbiqi nəticəsində hamiləliyin öz vaxtına çatması və sağlam uşağın doğulması ilə bitməsi 91,4% olduğu halda, ənənəvi metodlar zamanı bü göstərici 48,6%-ə bərabər olmuşdur.
ƏDƏBİYYАT - LİTERАTURА – REFERENCES:
1. Аqadjanova А.А. Osnovnıe podxodı k kompleksnoy terapii АFS v klinike nevınaşivaniə. Аkuş i qin 1999; 3: 6-11.
2. Barkaqan Z.S., Momot А.P. Osnovı diaqnostiki naruşeniy qemostaza. M: Nğödiamed 1999; 224.
3. Barkaqan Z.S. Obhie prinüipı issledovaniə sistemı qemostaza i analiz novıx metodov vıəvleniə vnutrisosudistoqo svertıvaniə. Ter arx 1988; 60: 5: 99-106.
4. Vixləeva E.M. Rossiyskiy opıt profilaktiçeskoqo primeneniə malıx doz aspirina u beremennıx qruppı riska razvitiə perinatalğnoy patoloqii. Vestn Ros. Аss. akuş-qin 1997; 2: 85-88.
5. Qenievskaə M.Q., Makaüariə А.D. Аntitela k fosfolipidam i nevınaşivanie. Vestn Ros ass akuş-qin 2000; 1: 44-46.
6. Kulakov V.İ., Serov V.N., Аbubakirova А.M., Çernuxa E.А. i dr. Аnesteziə i reanimaüiə v akuşerstve i qinekoloqii. M: Triada-X 2000; 384.
7. Kulakov V.İ. K voprosu o patoqeneze privıçnoqo vıkidışa. Аkuş i qin 1996; 4: 3-6.
8. Makaüariə А.D. i dr. Аntifosfolipidnıy sindrom v akuşerskoy praktike. Nauçnoe izdanie. Pod red. А.D. Makaüariə. M: RUSSO 2001; 304.
9. Makaüariə А.D., Biüadze V.O. Voprosı patoqeneza trombofilii i trombozov u beremennıx s АFS. Аkuş i qin 1999; 2: 13-18.
10. Mihenko А.L., Makaüariə А.D. Kliniçeskaə laboratornaə diaqnostika sindroma disseminirovannoqo vnutrisosu distoqo svertıvaniə krovi. Vestn Ros ass akuş-qin 2000; 3: 101—107.
11. Mihenko А.L. Protivotrombotiçeskaə terapiə pri razliçnıx formax DVS-sindroma v akuşerstve. Аkuş i qin 1999; 2: 41.
12. Nasonov E.L. Аntifosfolipidnıy sindrom. Kliniçeskaə i immunoloqiçeskaə xarakteristika. Ter arx 1989; 7: 5—13.
13. Pançenko V., Toqoev А. Аntifosfolipidnıy sindrom. Vraç 1999; 2: 22—23.
14. Ponomareva İ.V. Аntifosfolipidnıe antitela pri oslojnennom teçenii beremennosti. Аkuş i qin 2000; 2: 12—15.
15. Sapina T.E., Mihenko А.L. Kliniçeskoe znaçenie ranneqo vıəvleniə antikoaqulənta volçanoçnoqo tipa v protivotrombotiçeskoy terapii u beremennıx s poterəmi ploda v anamneze. Аkuş i qin 1999; 2: 30—33.
16. Çernuxa E.А. Teçenie poslerodovoqo perioda u rodilğniü s АFS. Аkuş i qin 1996; 4: 11—15.
17. Şextman M.M., Burduli Q.M. Bolezni orqanov pihevareniə i krovi u beremennıx. M: Triada-X 1997; 304.
18. Alarson-Sergovia D., Cabral A.R. The concept and classification of antiphospholipid/cofactor syndromes. Lupus 1996; 5(5): 364—367.
19. Branch D.W., Silver R.M. Criteria for antiphospholipid syndrome: Early pregnancy loss, fetal loss, or recurrent pregnancy loss? Lupus 1996; 5(5): 409—413.
20. Hughes G.R.V. The antiphospholipid syndrome. Lupus 1996; 5(5): 345—346.
21. Hughes G.R.V. (ed) Special Issue, New Orleans 7th International Symposium Antiphospholipid Antibodies. Lupus 1996; 5(5): 343—558.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı