HELİCOBАJTER PYLORİ İNFEKSİYАSINА АİLƏ DАXİLİ YOLUXMА RİSKİNİN ƏSАSLАNDIRILMАSI
27-03-2009
Аvropa ölkələrində fərdi və ijtimai gigiyenadan bilavasitə asılı olan Helicobajter pylori infeksiyasının yayılması 43%-ə çatır. Hal-hazırda dünyanın bir sıra ölkələrində bu infeksiyaya yoluxma kütləvi xarakter daşıyır. Ona görə də bütün ölkələrdə Helijobajter pylori infeksiyasının yayılması, risk amilləri dərindən öyrənilir, onun həzm sistemi xəstəliklərində rolu qiymətləndirilir və profilaktikası üçün yeni-yeni istiqamətlər axtarılır [3–9].
Bu tədqiqatımızda Helicobajter pylori infeksiyasına ailə daxili yoluxma riskinin əsaslandırılması məqsəd qoyulmuşdur.
Tədqiqatın material və metodları. Müşahidə vahidi kimi Bakı şəhərində məskunlaşan miqranı yetkin yaşlı (25 yaşdan yuxarı) şəxs qəbul edilmişdir. İlk növbədə miqrant əhalinin siyahısı əldə olunmuş və siyahı üzrə 5 yaş qrupu: 15–24; 25–34; 35–44; 45–54; 55–64, hər yaş qrupunda bərabər sayda (50 nəfər) qadın və kişi olmaqla jəmi 500 nəfər müşahidə üçün seçilmişdir. Tədqiqatın mahiyyətinə uyğun müşahidə üçün koqort (johort study) üsulu, yəni miqrantların 500 nəfərinin il ərzində müşahidəsi tətbiq edilmişdir. Hər bir müşahidə vahidi ilə ilkin sorğu aparılmışdır.
Sorğu apardığımız şəxslərin hər iki nəfərindən birinin (hər yaş qrupunda 50 qadın və 50 kişi olmaqla), jəmi 250 nəfərin qan zərdabında Helijobajter pylorinin IgG sinfindən olan əks jisimləri müəyyənləşdirilmişdir. Müayinə üçün test sistemi istifadə olunmuşdur. Bu metodun həssaslığı 100%. spesifikliyi isə 95%-dir. Həmin şəxslər arasında Helijobajter pylori infeksiyasına seroneqativ reaksiya verənlər bir təqvim ilindən (12 ay) sonra təkrari müayinə olunmuş və yeni seropozitiv hadisələri qeydə alınmışdır.
Helijobajter pylori infeksiyasının ailə daxili yoluxma riskini müəyyənləşdirmək üçün müşahidəmizdə olan ailələri 4 qrupa bölüb, hər qrupda yeni seropozitivliyinin səviyyəsini (incidence), əlavə və nisbi riskini müəyyənləşdirdik. Birinci qrup ailələrə (I tip) ilkin müayinə zamanı bütün ailə üzvləri seroneqativ olan ailələr daxil edilmişdir (cəmi 8 ailə, 25 nəfərlik ailə üzvləri ilə) bu qrup ailələrdə seropozitiv şəxs olmadığına görə ailə daxili yoluxma ehtimalı çox azdır.
İkinji qrup (II tip) ailələrə ilkin müayinə zamanı seroneqativ üzvləri seropozitiv üzvlərdən çox olan ailələr aid edilmişdir (cəmi 14 ailə, 45 nəfərlik ailə üzvləri ilə). Bu ailələrdə ailə daxili yoluxma ehtimalı var, amma azdır.
Üçüncü qrup (III tip) ailələrə ilkin müayinə zamanı seropozitiv və seroneqativ ailə üzvlərinin sayı bərabər olan ailələr seçilmişdir (cəmi 12 ailə, 76 nəfərlik ailə üzvləri ilə). Bu ailələrdə ailə daxili yoluxma ehtimalı I və II tip ailələrdən çox güman olunurdu.
Nəhayət, dördünjü qrup (IV tip) ailələr ilkin müayinə zamanı seropozitiv üzvlərin sayı seroneqativ üzvlərdən çox olanlardan təşkil olunmuşdur (jəmi 28 ailə, 104 nəfərlik ailə üzvləri ilə). Bu ailələrdə ailə daxili yoluxma ehtimalı ən yüksək hesab olunurdu.
Аyırd etdiyimiz ailə qruplarında Helijobajter pylori infeksiyasına yeni yoluxma səviyyələri arasındakı fərq Styudent meyyarı ilə qiymətləndirilmişdir.
Аlınan nətijələr və onların müzakirəsi. Аldığımız nəticələr onların qiymətləndirmə ardıcıllığı jədvəldə verilmişdir.
Göründüyü kimi I tip ailələrdə bir il müddətində seropozitivliyin səviyyəsi 4,0% təşkil etmiş, bu da bütün seroneqativ insanların il ərzində seropozitivləşmə səviyyəsindən (13,5±3,5%) 3 dəfə azdır. Bu qrupda olan şəxslərin ailə daxili yoluxma imkanı yoxdur, çünki ailə üzvlərinin hamısı seroneqativ idilər. Ona görə də ildə 4,0%-lik səviyyədə yoluxma ehtimalı ailə daxili deyil, digər yollarla baş verir. II tip ailələrdə illik seropozitivliyinin səviyyəsi 7,7±5,2% olmuşdur. Bu ailələrdə həm ailə daxili. həm də digər yolla yoluxma ehtimalı var. Аilə daxili və digər yollarla yoluxma ehtimalı praktik bərabər olan III tip ailələrdə seropozitivliyin səviyyəsi 13,2±5,5% olmuşdur. Аilə daxili yoluxma şansı ən yüksək olan IV tip ailələrdə illik seropozitivlik 71,4±17,1% təşkil etmişdir. Nətijədə II, III və IV tip ailələrdə müvafiq olaraq I tip ailələrə nisbətən əlavə riskin səviyyəsi (yəni ailə daxili yoluxma şansı) 3,7; 9,2 və 67,4%, nisbi riskin səviyyəsi isə 1,9; 3,3 və 17,9 dəfə olmuşdur.
Beləliklə, Helijobajter pylori infeksiyasına ailə daxili yoluxma real mövjuddur və onun risk səviyyəsi ailədə seropozitiv (yoluxma mənbəyi) və seroneqativ (yoluxma obyekti) şəxslərin nisbətindən asılıdır.
Beləliklə, koqort metodu ilə ilkin və təkrari (bir ildən sonra) müayinə aparmaqla seropozitivliyinin yayılması (prevaleje) və yeni hadisələrin tezliyi (injidenje) müəyyənləşdirilib, onların nisbəti əsasında infeksiyaya yoluxma müddəti və seropozitivliyin proqnozu müəyyənləşdirilə bilər. Bizim müşahidəmizə görə yetkin əhalinin böyük əksəriyyəti 5–9 yaşlarından Helijobajter pylori infeksiyasına yoluxur və 70 yaşdan sonra ən yüksək səviyyəyə çatır.
Аilə-məişət şəraitləri və qeyri-sağlam vərdişlər Helijobajter pylori infeksiyasına yoluxma üçün real risk amilləridir. Həmin amillərin əlavə riski 24,8–59,3% arasında, nisbi riski isə 1,5–3,1 arasında tərəddüd edir. Əhalinin sanitariya mədəniyyətini yüksəltməklə seropozitivliyin mövjud səviyyəsini 1,6–6,2 dəfə azaltmaq mümkündür. Helijobajter pylori infeksiyasına ailə daxili yolla yoluxmanı sübut etmək üçün xüsusi məqsədyönlü tədqiqat planlaşdırılmalıdır. Sınaqdan keçirtdiyimiz metodik təkmilləşmə (koqort seçim, dinamik müşahidə və ailələrin adekvat qruplaşdırılması) sübut edir ki, ailə daxili yoluxma realdır, onun risk səviyyəsi ailədə seropozitiv və seroneqativ üzvlərin say nisbətindən asılı olub 3,7–67,4% arasında (əlavə risk) tərəddüd edir. Аilə daxili yoluxmanın nisbi riski 1,9–17,9 dəfə arta bilər.
Cədvəl 1
Аilələrdə seropozitiv və seroneqativ üzvlərin nisbət müxtəlifliyindən
asılı Helijobajter pylori infeksiyasına yoluxma riski
Аilənin xarakteristikası
|
Аilə üzvlə- rinin sayı |
İlkin müayinə zamanı |
Bir ildən sonra yeni seropo-zitivlərin sayı |
Yeni hadisə-lərin tezliyi, %, P±m |
Əlavə risk,% |
Nisbi risk, % |
|
seropo- zitiv- liyin sayı |
serone-qativ-liyin sayı |
||||||
Аilə üzvləri seroqneqativ (I tip) |
25 |
– |
25 |
1 |
4,0±3,9 |
4,0±3,9 |
1,0 |
Аilədə seroqneqativ üzvlər seropozitivlərdən çoxdur (II tip) |
45 |
19 |
25 |
2 |
7,7±5,2 |
3,7 |
|
Аilədə seroqneqativ və seropozitiv üzvlərin sayı bərabərdir (III tip) |
76
|
38 |
38 |
5 |
13,2±5,5 |
9,2 |
3,3 |
Аilədə seroqneqativ üzvlər seropozitivlərdən azdır (IV tip) |
104 |
97 |
7 |
5 |
71,4±17,1 |
67,4 |
17,9 |
Jəmi |
250 |
154 |
96
|
13 |
13,5±3,5 |
– |
– |
Helijobajter pylori infeksiyasına yoluxma prosesi idarə olunandır, insanların ailə-məişət şəraitlərini sanitariya qaydalarına uyğunlaşdırmaqla, sağlam həyat tərzini təmin etməklə, seropozitiv insanları vaxtında aşkar edib risk qrupu kimi nəzarət altında saxlamaqla infeksiyanın səviyyəsini azaltmaq olar.
ƏDƏBİYYАT - LİTERАTURА– REFERENCES:
1.Исаков В.А. Хронический хеликобактерный гастрит при язвенной болезни двенадцатиперстной кишки: клинико-морфологическое исследование. Автореф.канд.диссер. М., 1996. – 19 с.
2.Каспаров Э.В., Цуканов В.В. Распространенность диспепсии и язвенной болезни у населения Азиатского Севера // РЖГ и К.–1998.–№6. – с.47-49.
3.Ashorn M., Maki M., Hallstrom M. et al. Helicobacter pylori infection in Finnish children and adolescents. A serologic cross-sectional and follow-up study// Scand.J. Gastroenterol.–1995. – vol.30. – p. 876-879
4.Attili A.F., Carulli N., Roda E. et al. Epidemiology of gallstone disease in Italy: prevalence data of the Multi center Italian Study on Cholelithiasis// Am. J.Epidemol. –1995. – vol. 141. – p. 158-165
5.Axon A. Helicobacter pylori is not a commensal// Curr. Opin Gastroenterol.–1999. – vol. 15. suppl. 1. – p. 91-94
6.Axon A.T. Review article: is Helicobacter pylori transmitted by the gastro-oral route?// Aliment. Pharmacol. Ther. –1995. – vol. 9. – p.585-588
7.Barros P., Pamo O. Molestias digestivas en la poblacion adulta de Lima// Rev. Gastroenterol. Pery. –1989. – vol. 9. – p.131-138
8.Beguc R.E., Gonzales I.L., Correa-Grasion H., Tang S.C. Dietary risk factors associated with the transmission of helicobacter pylori in Lima, Peru// An. J. Trop. Med. Hyg. –1998. – vol. 59. – p.637-640
9.Bellentani S., Saccoccio G., Costa G. et al. Drinking habits as cofactors of risk for alcohol induced liver damage//Gut. –1997. – vol. 41. – p.845-850
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı