MÜXTƏLİF KONSTRUKSİYАLI PROTEZLƏRİN YАRАRLILIQ DƏRƏCƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
14-04-2009
Əhalinin stomatoloji yardıma olan ehtiyacı və müxtəlif növ protezlərlə təminatı haqqında məlumatlar heç də həmişə oların protezlərə olan tələbatını düzgün əks etdirmir. Belə ki, hazırlanmış protezlərin müəyyən hissəsi onlardan istifadə müddətinə, kliniki və texniki hazırlanma mərhələlərində buraxılan səhvlərə, ağız boşluğunda qalmış dişlərin vəziyyətinə, selikli qişanın protez materiallarına reaksiyasına görə istifadə üçün yaramır və onların dəyişdirilməsi problemi meydana çıxır [2, 3, 7].
Bəzi tədqiqatçılar müxtəlif konstruksiyalı protez gəzdirən şəxsləri müayinə edərək müəyyən etmişlər ki, onların 43-59%-i keyfiyyətsiz hazırlanmış və yaxud uzun müddətli istifadə nəticəsində yararsız hala düşmüş protezlərdən istifadə edirlər [1, 4, 6, 7]. Digər tədqiqatçılar isə müəyyən etmişlər ki, protez gəzdirən şəxslərin 39,7-43,6%-də protezlər diş-çənə sistemində patoloji dəyişikliklərə səbəb olurlar [2, 3, 5].
Protezlərin istifadə müddətinə görə yararlılıq dərəcəsinin dəyişməsi də müxtəlif alimlər tərəfindən öyrənilmişdir. Müəyyən edilmişdir ki, hazırlandıqdan sonra 1-3 il müddətində protezlərin 4,9-5,8%-i, 1-6 ildən sonra isə 30,6-33,2%-i öz funksional və estetik dəyərliliyini itirir. Bəzi müəlliflər isə artıq 3 ildən sonra protezlərin 45-48%-nin, 4 ildən sonra isə 75-80%-nin yararsız hala düşdüyünü qeyd edirlər [1, 5, 6].
Bəzi müəlliflər istifadə üçün yararsız hala düşmüş protezlərin çıxarılma səbəblərini araşdırmışlar.
Müəyyən edilmişdir ki, körpüyəbənzər protezlərin çıxarılmasının əsas səbəbi dayaq dişlərinin patoloji yüklənməsidir (48-52%). Bu isə protezlərin hazırlanması zamanı dayaq dişlərinin parodont toxumalarının ehtiyat gücünün nəzərə alınmaması nəticəsində əmələ gəlir [1, 3, 5].
Kariyes və onun ağırlaşmaları, eləcə də dayaq dişlərinə qapaqların düzgün hazırlanmaması nəticəsində baş verən iltihabı proseslər 30% hallarda protezlərin çıxarılmasına səbəb olurlar. 12% hallarda körpüyəbənzər protezlərin çıxarılmasının səbəbi aralıq hissənin lehimdən qopması və selikli qişaya bataraq yataq yarası əmələ gətirməsidir.
Bəzi tədqiqatçılar müxtəlif növ protezlərin yararlılıq müddətini öyrənmişlər. Müəyyən edilmişdir ki, süni qapaqların istifadə müddəti 7-8 il, körpüyəbənzər protezlərin istifadə müddəti 8-9 ildir. Hissəvi çıxan protezlər 4-7 ildən sonra, tam çıxan protezlər 4-5 ildən sonra öz yararlılığını itirir və yeniləri ilə əvəz olunmalıdır [1, 3, 6].
Bizim tədqiqatlarımız Аzərbaycan Respublikasının 16 yaşından yuxarı şəhər əhalisi arasında aparılmışdır. Ümumilikdə 2631 ədəd süni qapaq, 2264 ədəd çıxmayan körpüyəbənzər və konsol protezləri, 282 ədəd hissəvi çıxan və 40 ədəd tam çıxan protezlər müayinədən keçirilmişdir. Orta hesabla, protez gəzdirən hər bir şəxsdə 2,5 ədəd süni qapaq, 2,1 ədəd körpüyəbənzər və ya konsol protez, 0,3 ədəd hissəvi çıxan, 0,04 ədəd tam çıxan protez müayinə olunmuşdur.
Müayinədən keçirilmiş 2631 süni qapaqdan 2144 ədədi (81,5%) ştamplama üsulu ilə hazırlanmış tam qapaqlardan, 249-u metalkeramik qapaqlardan (9,5%), 97-si metalplastik qapaqlardan (3,7%), 47-si tam plastik qapaqlardan (2,8%), 36-sı tam keramik qapaqlardan (1,4%), 58-i ştiftli və güdüllü qapaqlardan ibarət olmuşdur (2,2%).
Süni qapaqların böyük əksəriyyətindən 31-35 (23,1%) və 36-45 (44,0%) yaş qruplarından oan əhali istifadə etmişdir. Bu iki yaş qrupunda süni qapaqların 67,1%-i toplanmışdır.
Cədvəl 1.
Yaş qrupları |
Qapaqların sayı |
Faizlə miqdarı |
16-20 |
42 |
1,6 |
21-25 |
75 |
2,8 |
26-30 |
133 |
5,1 |
31-35 |
607 |
23,1 |
36-45 |
1158 |
44,0 |
46-55 |
274 |
10,4 |
56-65 |
196 |
7,4 |
66 və yuxarı |
147 |
5,6 |
CƏMİ |
2631 |
100,0 |
Müayinələr zamanı qapaqların yararlılıq dərəcəsi də öyrənilmişdir. Müəyyən edilmişdir ki, hazırlanmış tək qapaqların 37,1%-i onlara olan tələbatları ödəmir və dəyişdirilməlidir (976 qapaq). Müayinələr zamanı qapaqların dəyişdirilməsinin əsas səbəbləri də öyrənilmişdir. 540 süni qapaq (20,5%) dişin boyun hissəsi açıldığı üçün dəyişdirilməlidir. Belə ki, belə dişlərin boyun nahiyəsində qida qalıqlarının toplanması nəticəsində kariyes və onun ağırlaşmalarının meydana gəlməsi müşahidə edilmişdir.
126 qapaq (4,9%) diş əti cibinə normadan artıq daxil olmuş, dişin həlqəvi bağ aparatını zədələmiş və nəticədə parodont toxumalarında patoloji dəyişikliklərə səbəb olmuşdur.
106 qapaq (4,0%) enli hazırlanmış, diş əti cibinə 0,1-0,3 mm daxil olmaq əvəzinə diş ətinin üzərində oturmuş və nəticədə diş ətinin iltihabına, qapağın altında qalan diş ətinin nekrotik çürüməsinə səbəb olmuşdur.
78 qapaq (3,0%) uzun müddətli istifadə nəticəsində deşilmiş və yararsız hala düşmüşdür.
34 (1,3%) qapağın qaralması müşahidə edilmişdir.
Tədqiqatlar zamanı 2264 çıxmayan protezlər müayinə edilmişdir. Bunlardan 1926-ı körpüyəbənzər protez, 338-i konsol protezləri olmuşdur (cədvəl 2).
Körpüyəbənzər protezlərdən 563-ü metalkeramik və metalplastik protezlərdən, 1260-ı dayaq qapaqları metal olan plastik üzlüklü protezlərdən, 86-sı tam plastik protezlərdən, 17-si tam metal proğezlərdən ibarət olmuşdur.
Konsol protezlərin 179-u plastik üzlüklü, 132-si tam metal, 25-i metalplastik və metalkeramik, 3-ü tam plastik protezlər olmuşdur.
Cədvəl 2.
Yaş qrupları |
Körpüyəbənzər və konsol protezlərin sayı |
Protezi olan əhalinin sayı |
Körpüyəbənzər və konsol protezlərin faizlə miqdarı |
16-20 |
6 |
16 |
0,3 |
21-25 |
52 |
42 |
2,3 |
26-30 |
78 |
55 |
3,4 |
31-35 |
599 |
260 |
26,5 |
36-45 |
1071 |
407 |
47,3 |
46-55 |
352 |
167 |
15,5 |
56-65 |
106 |
77 |
4,7 |
66 və yuxarı |
– |
66 |
– |
CƏMİ |
2264 |
1090 |
100,0 |
Müəyyən edilmişdir ki, körpüyəbənzər və konsol protezlərin 73,8%-i 31-45 yaşlı əhali tərəfindən istifadə edilir. 46 yaşından başlayaraq əhalinin körpüyəbənzər protezlərə olan tələbatı azalır, əvəzində hissəvi çıxan və tam çıxan protezlərə olan tələbat xeyli artır.
Müayinələr zamanı çıxmayan protezlərin keyfiyyət göstəricisinin öyrənilməsinə xüsusi fikir verilmişdir. Müəyyən edilmişdir ki, 2264 körpüyəbənzər və konsol protezlərindən 928-i (41,0%) istifadə üçün yararsızdır, protezlərə olan tələbatlara cavab vermir və dəyişdirilməlidir.
Cədvəl 3.
Yaş qrupları |
Hissəvi çıxan protezlərin sayı |
Faizlə miqdarı |
Tam çıxan protezlərin sayı |
Faizlə miqdarı |
16-20 |
– |
– |
– |
– |
21-25 |
– |
– |
– |
– |
26-30 |
2 |
0,7 |
– |
– |
31-35 |
4 |
1,4 |
1 |
2,5 |
36-45 |
8 |
2,8 |
1 |
2,5 |
46-55 |
50 |
17,7 |
2 |
5,0 |
56-65 |
122 |
43,3 |
8 |
20,0 |
66 və yuxarı |
96 |
34,1 |
28 |
70,0 |
CƏMİ |
282 |
100,0 |
40 |
100,0 |
363 körpüyəbənzər protez (39,1%) selikli qişanın iltihabına səbəb olmuş, 135 körpüyəbənzər protez (14,5%) dayaq dişləri düzgün seçilmədiyi üçün dişlərin laxlamasına gətirib çıxarmışdır. Konsol protez-lərdə 2, bəzən isə 3 asma diş qoyul-ması halları müşahidə edilmişdir.
Protezlərin keyfiyyət göstəri-cilərinin aşağı düşməsində diş boyunlarının açılması da mühüm yer tutur (32,1%). Buna da səbəb protezlərdən uzun müddət istifadə edilməsi, protezlərin keyfiyyətsiz hazırlanması, parodont xəstəlikləri-dir. 6,9% hallarda (62 protez) körpüyəbənzər protezlərin yararsız hala düşməsinə səbəb dayaq qapaqlarının uzun olması, 3,1% (29 protez) hallarda protezlərin rənginin qaralması, 1,3% (12 protez) hallarda ağız boşluğunda müxtəlif növ metalların olmasından əmələ gələn qalvanoz, 3,0% (28 protez) hallarda isə dayaq qapaqlarının sürtülüb deşilməsi olmuşdur.
Tədqiqatlar zamanı 282 hissəvi çıxan və 40 tam çıxan protezlər də müayinə edilmişdir. Bunlardan 3-ü hissəvi çıxan bügel protezləri, qalan 319-u isə akrildən hazırlanmış hissəvi və tam çıxan plastik protezlər olmuşdur (cədvəl 3).
Hazırlanmış protezlərin 306-dan (96,0%) 46 yaşdan yuxarı şəhər əhalisi istifadə edir. 45 yaşınadək olan şəhər əhalisinin cəmi 13 nəfəri 16 ədəd (5,0%) hissəvi və ya tam çıxan protezlərdən istifadə edir.
Protezlərin və ağız boşluğunun müayinəsi nəticəsində müəyyən edilmişdir ki, 322 hissəvi və tam çıxan protezlərdən 118-i (36,6%) protezlərə olan tələbatları ödəyir və onlardan istifadə etmək olar. Qalan 204 (63,4%) protez isə istifadə üçün yararsızdır və onlar yeni protezlərlə əvəz olunmalıdırlar. Çıxan protezlərdən istifadə edən 189 nəfərdən 9-nun protezi allergiya xarakterli ağırlaşmalar verdiyi üçün yeniləri ilə əvəz olunmalıdır (14 ədəd).
Çıxan protezlərin yararsız hala düşməsinin əsas səbəbləri uzun müddətli istifadə nəticəsində dişlərin sürtülməsi, protez sahələrinin atrofiyası ilə əlaqədar protezin bazisinin protez sahəsinə uyğun gəlməməsi, dişləmin hündürlüyünün aşağı düşməsi, orqanizmin protezlərə qarşı göstərdiyi allergiya reaksiyalarıdır.
ƏDƏBİYYАT - LİTERАTURА– REFERENCES:
1.Qarayev Z.İ., Tağıyev А.İ., Pənahov N.А. Dişin tac hissəsinin itirilməsi zamanı protezləmə. Dostijeniə mediüinskoy nauki i praktiçeskoqo zdravooxraneniə Аzerbaydjana. Sbornik nauçnıx trudov po materialam Respublikanskoy nauçnoy konferenüii, çastğ I, Baku, 1999, s. 35-37.
2.Qarayev Z.İ., Pənahov N.А. Parodont xəstəliklərinin ortopedik müalicəsi. Bakı, 2001, 111 s.
3.Kerimov G.G., Taqiev А.İ. Oşibki pri snətii slepkov silikonovımi slepoçnımi materialami // Sağlamlıq jurnalı, 1999, №8, s. 64.
4.Аbakarov S.İ. Vliənie retraküii desnı na tkani parodonta. Diss. kand. med.nauk. M., 1984, 169 s.
5.Fedəev İ.M. i dr. Vtoriçnaə adentiə i dentalğnaə implantaüiə // Stomatoloqiə, 2004, №6, s. 69-72.
6.Markina N.V. Vliəniə razmera mostovidnoqo proteza na naprəjennoe sostoənie periodonta opornıx zubov // Rossiyskiy stomatoloqiçeskiy jurnal, 2002, №1, s. 44-47.
7.Matveeva А.İ., Borisov А.Q., Qovröşin S.S. Planirovanie ortopediçeskoqo leçeniə bolğnıx s defektami zubnıx rədov verxney çelösti s ispolğzovaniem matematiçeskix metodov // Stomatoloqiə, 2002, №5, s. 53-57.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı