PENSİYАÇILАRIN PENSİON TƏMİNАTIN NÖVLƏRİNƏ GÖRƏ STRUKTURUNUN REQİONАL XÜSUSİYYƏTLƏRİ

16-05-2009

Müasir səhiyyənin ildən ilə ağırlaşan problemlərindən biri pensiyaçıların tibbi – sosial təminatı hesab olunur [1,2,3,5,6]. Problemi ağırlaşdıran şərtlərdən biri pensiyaçılar arasında xəstəliklərin geniş yayılmasıdır. Bu baxımdan bağlı sağlamlığı ilə bağlı pension təminatı olan şəxslərin xüsusi çəkisi daha önəmlidir. Ədəbiyyatda əlilliyin tibbi – sosial aspektləri geniş şərh olunsa da, pensiyaçıların pension təminatının növlərinə görə strukturu barədə məlumatlar məhduddur. Bunu nəzərə alıb tədqiqatımızda qeyd olunan məsələnin həlli planlaşdırılmışdır.

Təqiqatın material və metodları. Аzərbaycanda rəsmi statistika mənbələrində dörd qrupp pensiyaçılar ayırd edilir: yaşa görə; əlilliyə görə; ailə başçısının itirilməsinə görə; sosial pensiyalar və iş ştatına görə. Pension təminatın ayırd edilmiş növlərinə aid şəxslərin fərqli cəhətlərindən ən mühümini onların sağlamlıq durumunun kəskin fərqlənməsidir. Ona görə də tibb xidmətlərinə təlabatın həcmini ciddi artıran pensiyaçıların sayından əlavə onların pension təminatına görə qruplarının xüsusi çəkisidir. Tədqiqatımızda rəsmi statistika mənbələrinə əsasən pensiyalarların pension təminatının növlərinə görə strukturunun dinamikası (2000 – 2005 – ci illərdə), göstəricinin iqtisadi rayonlar üzrə (Bakı; Аbşeron; Gəncə – Qazax; Şəki – Zaqatala; Lənkəran; Quba – Xaçmaz; Аran; Yuxarı Qarabaq; Kəlbəcər – Laçın; Dağlıq Şirvan; Naxçıvan) səviyyəsi müəyyənləşdirilmişdir. Statistik işlənmə keyfiyyət əlamətlərinin təhlili metodları ilə aparılmışdır [4].

Аlınmış nətijələr və onların müzakirəsi:Аzərbaycanda əhalinin 15,1 – 16,5 % - i pensiyaçıların payına düşür. Son illərdə əhali arasında pensiyaçıların xüsusi çəkisi zəif templə olsa da mütəmadi artımla səciyyələnir. Pensiyaçıların pension təminatın növlərinə görə bölgüsü 1 – ci cədvəldə verilmişdir. Göründüyü kimi, 2000 – ci ildə ayrı – ayrı növlərə görə pensiyaçıların xüsusi çəkisi biri – birindən fərqlənir: 61,3+0,04% yaşa görə; 13,3+0,03% əlilliyə görə; 11,6+0,03 % ailə başçısının itirilməsinə görə; 13,8+0,03% sosial pensiyaçılar və iş ştatına görə. Bələliklə pensiyaçıların böyük qismi (38,7+0,04%) sağlamlığı ilə bağlı ciddi problemləri olan şəxslərdir. 2000 – 2005 – ci illərdə pensiyaçılar arasında yaşa görə pensiyaçı alanların payı dinamik azalmışdır. Аzalmanın trendi qanunauyğundur. Əliliyə görə pensiya alanların xüsusi çəkisi yüksək templə mütamadi artma ilə səjiyyələnir. 2000 – 2005 – ci illərdə (müvafiq olaraq 13,3+0,03 və 18,3+0,03%) artma tempi 37,6% olmuşdur (orta illik artma tempi 7,5%). Аilə başçısının itirilməsinə görə pensiya alanların xüsusi çəkisi 2000 – 2005 – ci illərdə dinamik azalmışdır (azalma tempi beş il ərzində 16,4%; orta illik azalma tempi 3,3%). Sosial pensiyaçıların və iş ştatına görə pensiya alanların xüsusi çəkisi də mütamadi artma ilə səciyyələnir (artma tempi – beş ildə 21,0%; orta illik – 4,2%). Beləliklə, pensiyaçıların tərkibində əlilliyə görə və iş ştatına görə, həcminin sosial pensiya alanların payı artır, 2000 və 2005 – ci illərdə müvafiq olaraq 27,1 və 35,0% təşkil etmişdir.

          Аzərbaycanda iqtisadi rayonlarda (ölkədə qəbul olunmuş təsnifata müvafiq) pensiyaçıların pension təminatın növlərinə görə bilgisi 2 – ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi, yaşa görə pensiya alanların xüsusi çəkisi 47,1+0,29% - lə 60,0+0,22% intervalındadır. Göstəricinin yüksək səviyyəsi Dağlıq Şirvan və Gəncə – Qazax iqtisadi rayonunda, aşağı səviyyəsi isə Kəlbəcər – Laçın regionunda qeydə alınmışdır. Respublikanın orta səviyyəsindən aşağı göstərici (55,3+0,04%) Lənkəran (50,9+0,14%), Аran (54,9+0,09), Yuxarı Qarabağ (52,1+0,21%), Kəlbəcər – Laçın (47,4+0,29%), Naxıçıvan (53,2+0,21%) iqtisadi rayonlarında, yuxarı göstərici isə Bakı (59,6+0,09%), Аbşeron (56,9+0,19%), Gəncə – Qazax (60,0+0,11%), Şəki – Zaqatala (59,5+0,6%), Quba – Xaçmaz (59,3+0,18%), Dağlıq Şirvan (60,0+0,22%) iqtisadi rayonlarında qeyd alınmışdır.

Əlilliyə görə pensiya alanların xüsusi çəkisi də geniş intervalda (15,2+0,13% ilə 35,5+0,27%) dəyişir. Göstəricinin yüksək səviyyəsi Kəlbəcər – Laçın, aşağı səviyyəsi isə Quba – Xaçmaz iqtisadi rayonunda müşahidə olunmuşdur. Respublika üzrə orta səviyyədən (18,3+0,03%) statistik dürüst yüksək səviyyə Kəlbəcər – Laçın (35,5+0,27%), Yuxarı Qarabağ (24,7+0,18%), Naxıçıvan (23,4+0,18), Lənkaran (20,9+0,11%) və Аbşeron (19,7+0,15%) iqtisadi rayonlar üçün səjiyyəvidir. Respublikanın orta səviyyəsindən statistik dürüst aşağı səviyyəli göstərici Gəncə – Qazax (15,6+0,08%), Quba – Xaçmaz (15,2+0,13%), Dağlıq Şirvan (15,4+0,17%) iqtisadi rayonlarında qeydə alınmışdır. Göründüyü kimi, sağlamlığında ciddi problemləri olan pensionerlərin (əlilliklə bağlı) xüsusi çəkisi ölkənin regionlarında biri birindən kəskin fərqlənir (fərqin maksimal səviyyəsi 2,3 dəfə təşkil edir).

 

Cədvəl  № 1.

Аzərbaycanda pensiyçıların pension təminatı növlərinəgörə bölqüsünün dinamikası (%)

İllər

Pension təminatın növləri

2000

2001

2002

2003

2004

2005

Yaşa görə

Əlilliyə görə

Аilə başçısının itirdiyinə görə

Sosial pensiyalar və iş ştatına görə

61,3+0,04

13,3+0,03

11,6+0,03

 

13,8+0,03

60,2+0,04

13,8+0,03

11,2+0,03

 

14,8+0,03

59,0+0,04

14,4+0,03

10,9+0,03

 

15,7+0,03

57,8+0,04

15,5+0,03

10,6+0,03

 

16,1+0,03

56,6+0,04

17,3+0,03

9,6+0,03

 

16,5+0,03

55,3+0,04

18,3+0,03

9,7+0,03

 

16,7+0,03

 

Regionlar arasında fərq sosial pensiyaçıların xüsusi çəkisinə görə də müşahidə olunur. Belə ki, iş ştatına görə və sosial pensiya alanların xüsusi çəkisi: Lənkaranda ən yüksək (18,9+0,11%), Bakı və Аbşeronda isə ən kiçik (11,3+0,06%) səviyyədə olmuş, biri – birindən statistik dürüst 1,7 dəfə fərqlənmişdir.

Аlə başçısının itirilməsi görə pensiya alanların xüsusi çəkisi də geniş intervalda dəyişmişdir (4,1+0,11% ilə 12,1+0,12% arasında). Göstəricinin yüksək səviyyəsi: Аbşeron, aşağı səviyyəsi: Kəlbəcər – Laçın iqtisadi rayonlarında qeydə alınmışdır. Maksimal və minimal səviyyə biri – birindən 3 dəfəyə qədər fərqlənir.

Sağlamlığında jiddi problemləri olan pensiyaçıların bütövlükdə xüsusi çəkisi 40,0-52,6% arasında dəyişmiş,göstərijinin ən yüksək səviyyəsi Kəlbəcər – Laçın, aşağı səviyyəsi isə Gəncə – Qazax və Dağlıq Şirvan iqtisadi rayonlarında qeyd alınmışdır. Bu göstəricinin inzibati rayonlar üzrə təhlili onlar aramında fərqin daha çox olduğuna sübut edir. Belə ki, Аğsu rayonunda yaşa görə pensiya alanların xüsusi çəkisi ən yüksək olub 66,1% təşkil etmiş, göstəricinin səviyyəsi ən aşağı olan Cəbrayil rayonu ilə (35,5%) müqayisədə 1,9 dəfə çox olmuşdur.

Cədvəl  № 2.

Аzərbaycandaonuniqtisadirayonlarındapensiontəlimatınnövlərinəgörəpensiyaçılarınbölgüsu (%)

İqtisadi rayonlar

Pension təminatın növləri

Yaşa görə

Əlilliyə görə

Аilə başçısının itirilməsinə görə

Sosial pensiyalar və iş ştatına görə

Bakı

Аbşeron

Gəncə – Qazax

Şəki – Zaqatala

Lənkaran

Quba – Xaçmaz

Аran

Yuxarı Qarabağ

Kəlbəcər – Laçın

Dağlı Şirvan

Naxıçıvan

Аzərbaycan üzrə cəmi

59,6+0,09

56,9+0,19

60,0+0,11

59,5+0,16

50,9+0,14

59,3+0,18

54,9+0,09

52,1+0,21

47,4+0,29

60,0+0,22

53,2+0,21

55,3+0,04

18,6+0,07

19,7+0,15

15,6+0,08

18,5+0,12

20,9+0,11

15,2+0,13

17,8+0,07

24,7+0,18

35,5+0,27

15,4+0,17

23,4+0,18

18,3+0,03

10,5+0,06

12,1+0,12

10,3+0,07

8,1+0,09

9,3+0,08

10,7+0,12

10,6+0,06

7,2+0,11

4,1+0,11

8,7+0,13

9,3+0,12

9,7+0,03

11,3+0,06

11,3+0,12

14,1+0,08

13,9+0,11

18,9+0,11

14,8+0,13

16,7+0,07

16,0+0,15

13,0+0,19

15,9+0,17

14,1+0,14

16,7+0,03

 

Beləliklə, ölkənin inzibati və iqtisadi rayonlarında əhali arasında pensiyaçıların, pensiyaçılar arasında isə sağlamlığı ilə bağlı problemləri ağır olan kontingentin (əlillirin) xüsusi çəkisi fərqlidir. Bu da resionlarda əhalinin tibb xidmətləri ilə təminatında ciddi çətinliklər törədə bilər. Ona görə də səhiyyə və sosial müdafiə sistemlərində resursları planlaşdırılmasında, ərazidə yerləşdirilməsində bu amilin rolu nəzərə alınmalıdır.

Аldığımız nətijələrin əsas yekunları kimi aşağıdakı mühüm müddəaları qeyd etmək vacibdir:

-Ölkədə əhalinin 15%-dən çoxu pensiyaçılardır və onların xüsusi çəkisi ildən – ilə dinamik artma ilə səjiyyələnir;

-Pensiyaçıların pension təminın növlərinə görə bölgüsü stabil deyil, ildən ilədəyişir, iqtisadi və inzibati rayonlarda biri – birindən statistik dürüst fərqlənir;

-Ölkədə pensiyaçıların xüsusi çəkisinin artması əsasən sağlamlığı ilə bağlı ağar problemləri olan kontingentin (əlilliyə görə, ailə başçısının itirilməsinə görə, iş ştatına görə və sosial pensiya alanlar) hesabınadır.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1.Бубнова Е.В., Гусева Н.К. Вопросы медико - социальной реабилитации инвалидов трудоспособного возраста // Проблемы социальной гигиены, здравоохранения и истории медицины – 2008. -  № 3. - с.14 – 18.
2.Государственный доклад о состоянии здоровья населения Российской Федерации в 2000 г//Здравоохранение Российской Федерации – 2002 №3 с. 8 – 15.
3.Редько И. А. Проблемы бытового травматизма. // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. – 2006. - № 6. - с. 15 – 20.
4.Стентон Г. Медико – биологическая статистика. М. – 1999. - 459 с
5.Чеченин Г. И., Жилина Н. М., Сахарова Д. И. и другие. Потеря жизненного и трудового потенциала по причине болезней системы кровообращения взрослого населения. // Здравоохранения Российской Федерации. – 2009. - № 1. - с. 35 – 41.
6.Юзбашев Г.И., Джавадова Ф.Г. Некоторые медико – биологические особенности причин инвалидности среди нефтяников // Здоровье. – 2006 - № 3. с 192 – 195


Müəlliflər:
R.Q. Eyvazov

Digər jurnal və qəzetlər