MÜXTƏLİF SOSİAL QRUPLARA MƏNSUB ŞƏXSLƏRDƏ H.PYLORİ NÖVÜNÜN RAST GƏLİNMƏSİ
04-03-2019
Ключевые слова: Helicobacter pylori, распространенность, обсеменён-ность,
Key words: Helicobacter pylori, prevalence, contamination.
Açar sözlər: Helicobacter pylori, yayılma,çirklənmə
Çoxsaylı epidemioloji tədqiqatlar H.pylori infeksiyasının dünya əhalisinin təxminən 60%-ni əhatə etməklə geniş yayıldığını göstərir. D.Y.Graham H.pylori infeksiyasını insanda ən çox rast gəlinən infeksiyalardan biri adlandırmışdır [1].
Müasir dövrümüzdə H.pylori növünün yayılmasının 2 variantının mövcud olduğunu qeyd edirlər. Birinci varianta görə, inkişaf etməkdə olan ölkələr (Nigeriya, Çili, Braziliya, Peru, Tailand, Səudiyyə Ərəbistanı və s.) üçün xarakterik olaraq, H.pylori artıq uşaq yaşlarında 90%-ə qədər yayılır və 30 yaşında bütün şəxslərdə olur. H.pylori növünün digər yayılma variantında isə onun yayılması tədrici xarakter daşıyır, uşaqlarda 5-15% hallarda, böyüklərdə isə 20-65% təşkil edir. H.pylori növünün yayılmasının bu variantı ABŞ, Qərbi Avropa ölkələri və s. inkişaf etmiş ölkələr üçün xarakterikdir. Bir sıra ölkələrdə yoluxma uşaq dövrlərində baş verdiyindən müxtəlif dövrlərdə doğulan uşaqlarda müxtəlif H.pylori növləri yoluxur. Bundan başqa, etnik xüsusiyyətlərin H.pylori mikroorqanizminin yayılması arasında asılılıq olduğunu dəstəkləyən fikirlər də müvcuddur. Belə ki, ABŞ-da qaradərili və ispanəsilli əhali arasında H.pylori növünün yayılması üzrə tədqiqat nəticəsində qaradərili əhali arasında 76%, ispanlar arasında isə 26% təşkil etmişdir [2]. Yeni Zelandiyada aparılan tədqiqat zamanı Tanzaniyadan gələn imiqrantlar arasında H.pylori növünün yayılması 70%, Saomadan gələnlərdə 44% və Avropa mənşəlilərdə 15% olduğu müşahidə edilmişdir. Papua Yeni Qvineyada 2 müstəqil populyasiya üzərində aparılmış tədqiqatın maraqlı nəticələri müşahidə edilmişdir [3]. Belə ki, sahil zonalarda yaşayan əhalidə H.pylori mikroorqanizminə qarşı anticisim 2%, dağlıq zonada yaşayan əlahidə isə bu göstərici 20% olmuşdur. Bu amilin əhəmiyyəti müasir dövrdə mübahisəyə açıqdır. Məsələn: Türkiyənin cənubunda yaşayan türk uşaqlarda H.pylori növünün yoluxması 72% olduğu halda, Almaniyada yaşayan türk uşaqlarda bu göstərici 64% qeydə alınmışdır [4,5]. Buna baxmayaraq, mikroorqanizmlə yoluxma baş vermiş şəxslərdən yalnızca bir qismində helikobakteriozun kliniki əlamətləri müşahidə edilir. Bunun səbəbləri kimi qeyd edildiyi kimi, diaqnostikanın natamama aparılması, mikroorqanizmin reaktivlik xüsusiyyətləri və patogenin virulentliyindəki müxtəlifliklər misal göstərilə bilər [6]. İzolə edilmiş H.pylori ştammlarının heterogenliyinə dair məlumatlar ədəbiyyatda öz əksini tapmışdır. H.pylori mikroorqanizminin müxtəlif genotipləri ilə əlaqədar olaraq, müxtəlif virulentlik amillərinin təzahürü də artıq sübut edilmişdir [7,8]. Müasir dövrümüzdə, müxtəlif H.pylori ştammlarının virulentlik amillərinə əsasən onların heterogenliklərinin aparılması istiqamətində tədqiqatlar aktual mövzunu əhatə edir [9].
Tədqiqatın məqsədi: Müxtəlif sosial qruplara mənsub şəxslərdə H.pylori növünün rast gəlinməsinin öyrənilməsi.
Tədqiqatın material və metodlar: Bu məqsədlə tədqiqatımızı 2 mərhələyə böldük. Tədqiqatın ilk mərhələsində Respublikamızın müxtəlif ali təhsil müəsisələrində təhsil alan I, II, III, IV və V kurslarda təhsil alan 120 tələbələr müayinələrə cəlb edilmiş və onlarda hər hansı bir xəstəliyin olmamasına əmin olunmuşdur. Sonra tələbər təhsil aldıqları kursa görə qruplara bölünmüşdür. Daha sonra kurslar üzrə bölünmüş tələbə qruplarında kliniki əlamətlər müşahidə edilməməklə və aşkarlanma üsuluna fərq qoyulmamaqla H.pylori növü ilə yoluxanların sayı öyrənilmişdir. Qeyd edək ki, tələbələrin yaş intervalı 16-25 yaş arasında tərəddüd etmişdir. Tədqiqatın bu mərhələsinə yaş çox olan və xaricdən ölkəmizə təhsil məqsədilə gələn əcnəbi tələbələr daxil edilməməklə bərabər, tələbələrdən kursda qalan yaxud universitetə orta məktəbi bitirdikdən 2 ildən uzun müddət sonra daxil ola bilmiş şəxslər də çıxadaş edilmiş obyektlər seçilmişdir.
Tədqiqatın ikinci mərhələsində isə Bakı şəhərində məskunlaşmış 110 nəfər məcburi köçkünlər obyekt kimi seçilmişdir. Xəstələrin yaşı 16-44 arasında tərəddüd etmişdir. Tədqiqatda ilk öncə xəstələr 16-35 və 36-44 olmaqla yaş intervalına görə qruplaşdırılmışdır. Sonra isə yaş qrupları və ümumilikdə olmaqla obyektlərdə müayinə üsulundan asılı olmayaraq H.pylori növü ilə yoluxma halları qeydə alınmışdır. Alınmış göstəricilər, verilənlərin daxil edilməsilə Statistica 7,0 tətbiqi kompüter proqramı ilə statistiki işlənmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi: Tədqiqatın ilk mərhələsi zamanı 120 nəfərdən ibarət müxtəlif kurslara mənsub tələbələrin 27 nəfəri I kursda təhsil almışdır. Bu 27 nəfərdən 17 nəfəri yaxud I kursda təhsil alan tələbələrin 63%-ində H.pylori mikroorqanizmi ilə yoluxma qeydə alınmışdır (diaqram 1).
Tədqiqatın bu mərhələsinə cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri II kursda təhsil alanlar olmuşdur və onlardan 11-i yaxud 44%-ində müvafiq növə yoluxma müşahidə olunmuşdur (cədvəl 1).
Tədqiqata cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri III kursda təhsilini davam etdirənlər olmuşdur və bu tələbələrdən 15 nəfərində yaxud müvafiq kursda təhsil alan tədqiqat obyektlərinin 60%-ində H.pylori ilə yoluxma halı qeydə alınmşdır. Tədqiqatın bu mərhələsi üçün nəzərdə tutulmuş müvafiq tələbələrdən (n=120) IV kursda təhsil alanların sayı 23 nəfər olmuşdur ki, onlardan 14 nəfəri yaxud IV kursda təhsil alan tələbələrin 60,9%-i H.pylori növü ilə yoluxmuş vəziyyətdə olmuşdur.
Tədqiqata cəlb edilmiş 120 tələbədən 20 nəfəri V kursda təhsil alanlar olmuşdur ki, onlardan da 13 nəfəri yaxud onların 65%-i H.pylori növünə yoluxmuş vəziyyətdə olmuşlar. Beləliklə, ümumilikdə tədqiqata cəlb edilmiş 120 nəfər I (n=27), II (n=25), III (n=25), IV (n=23) və V(n=20) kurslarda təhsil alan tələbələrdən 70 nəfərində yaxud onların 58,3%-ində mədə-bağırsaq sisteminin xora və zədələnmələrinin əsas mikrobioloji etioloji amilini təşkil edən H.pylori ilə yoluxma halı qeydə alınmışdır.
Tədqiqatın Bakı şəhərində məskunlaşmış 110 nəfər məcburi köçkünlər obyekt kimi seçildiyi və müvafiq sosial təbəqədə yaş qrupları üzrə H.pylori növü ilə yoluxma hallarının öyrənilməsi həyata keçirilmiş 2-ci mərhələsində yaşı 16-35 arasında tərəddüd edən şəxslərin sayı 62 nəfər olmuşdur (diaqram 2).
Bu yaş qrupuna daxil edilmiş şəxslərdən isə 48 nəfərin bu və ya digər üsulla H.pylori növü aşkar edilmişdir ki, bu da müvafiq yaş intervalına mənsub məcburi köçkünlərin 77,4%-ni əhatə etmişdir (cədvəl 1).
Diaqram 1.
Müxtəlif kurslarda təhsil alan tələbələrdə H.pylori növünün rast gəlinməsi.
Cədvəl № 1.
Müxtəlif kurslarda təhsil alan tələbələrdə H.pylori növünün yayılması.
Kurslar üzrə tələbələr |
Kurslar üzrə tələbələrin sayı |
H.pylori ilə yoluxma halları |
|
Sayla |
%-lə |
||
I kurs |
27 |
17 |
63,0 |
II kurs |
25 |
11 |
44,0 |
III kurs |
25 |
15 |
60,0 |
IV kurs |
23 |
14 |
60,9 |
V kurs |
20 |
13 |
65,0 |
Ümumilikdə |
120 |
70 |
58,3 |
Diaqram 2.
Müxtəlif yaş qrupuna mənsub olan məcburi köçkünlərdə H.pylori növünün aşkarlanması.
Cədvəl № 2.
Yaş qrupları |
Yaş qrupları üzrə say göstəriciləri |
H.pylori ilə yoluxma halları |
|
Sayla |
%-lə |
||
16-35 yaş |
62 |
48 |
77,4 |
36-44 yaş |
48 |
42 |
87,5 |
Ümumilikdə |
110 |
90 |
81,8 |
Müxtəlif yaş qrupuna H.pylori növünün yayılması.
Tədqiqatın Bakı şəhərində məskunlaşmış 110 nəfər məcburi köçkünlər obyekt kimi seçildiyi və müvafiq sosial təbəqədə yaş qrupları üzrə H.pylori növü ilə yoluxma hallarının öyrənilməsi həyata keçiril-miş 2-ci mərhələsində ümumilikdə 90 nəfərdə müvafiq mədə-bağırsaq sisteminin xora və zədələnmələrinin əsas mikrobioloji etioloji amilini təşkil edən H.pylori ilə yoluxma müşahidə edilmişdir ki, bu da ümumilikdə 81,8% təşkil edir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Исаков В.А., Домарадский И.В. Хеликобактериоз – Медпрактика-М –2003. – 411с.
2.Говорун В.М., Гущин А.Е., Кудрявцева Л.В., и др. Диагностика H.pylori молекулярным методом и с помощью количественного ИФА анализа концентрации антигена H.pylori в кале: результаты сравнительного исследования // Сборник тезисов докладов 3-й Всероссийской научно-практической конференции «Генодиагностика в современной медицине». – Москва, 2000, c. 295-296.
3.Ohkura R., Miwa H., Murai T., et al. Usefulness of a novel enzyme immunoassay for the detection of Helicobacter pylori in feces // Scand.J.Gastroenterol. – 2000; 35: 49-53.
4.Lee A.K., Tarr P.I., Haigh W.G., Lee S.P. Bacterial DNA in mixed cholesterol gallstones // Am.J.Gastroenterol. - 1999 (Dec); 94 (12): 3502-6.
5.Pilotto A., Rassu M., Franceschy M., Di Mario F. Prevalence of Helicobacter pylori resistance to antibiotics in Northerst Italy: a multicentre studi // Dig.Liver Dis. – 2000; 32(9): 763-8.
6.Prazeres Magalhaes P., de Magalhaes D. et al. Helicobacter pylori primary resistance to metronidazole and clarithromicin in Brazil // Antimicrob.Agents and Chemother. – 2002(june), p.2021-2023.
7.Boyanova L., Koumanova R., Gergova G. et al. Prevalence of resistant Helicobacter pylori isolates in Bulgarian Children // J.Med.Microbiol. – 2002; 51(9):786-790.
8.Kalach N., Bergeret M., Benhamou P. et al. High levels of resistance to metronidazole and clarythromycin in Helicobacter pylori strains in children // J.Clin.Microbiol. – 2001; 39(1):394-7.
9.Kato S., Fujimura S., Udagzwa H. et al. Antibiotic resistance of Helicobacter pylori strains in Japanese children //J.Clinical.Microbiol. - 2002; 40(2): 649-653.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı