ATOPİK DERMATİTİN FORMALAŞMASINDA NƏCİSİN ÜMUMİ ANALİZİNİN İNFORMATİVLİYİ
27-02-2019
Açar söz: koproloji analiz, allergiya, mədə-bağırsaq, selik
İmmun sisteminin formalaşmasında və atopik dermatitin (AtD) inkişafında bağırsaq selikli qişasının rolu olduqca əhəmiyyətlidir. Son araşdırmalar mədə-bağırsaq traktının selikli qişasının baryer funksiyasının pozulması allergik reaksiyası-nın formalaşmasında müəyyən edici faktorlardan biri kimi qiymətləndirilir [3,2,1].
Eksperimental tədqiqatlarda müəyyən edilib ki, əksər proseslərin başlan-ğıcında bağırsaq seliyi - bakteriya və toksinlərə qarşı protektiv funksiya yerinə yetirir. Bağırsaq seliyi yenidoğulanlarda karbohidrat tərkibi, sıxlığı və musin istehsalı qabiliyyətinin zəifliyi ilə fərqlənir [3]. Yenidoğulanın antigenlə tanışlığı mədə-bağırsaq traktı vasitəsi ilə baş verir. Bağırsaqda immun sistemin 80% hüceyrələri cəmlənib. Selikli qişa saysız-hesabsız yad antigenlərin təsirinə məruz qalır. Hər gün bağırsağa qida ilə >100 qram yad zülal daxil olur. Bunda başqa bağırsaqda sıx koloniyalarla kommensal mikroblar – mikrobiota məskünlaşıb. Mikrobiotanın sıxlığı mədə-bağırsaq boyunca artaraq, yoğun bağırsaq möhtəviyyatının hər 1 qramında 1012 bakteriyaya qədər yüksəlir. Adekvat perestaltikanın pozulması, bağırsağın müdafiə funksiyasında iştirak edən patogen mikrofloranın inkişafını da zəiflədir. Eyni zamanda bağırsaq baryeri incə və patoloji mikrofloraya qarşı həssasdır. Odur ki, bağırsaq immun sistemi patogenlərə qarşı müdafiə üçün immun cavab və potensial təhlükəli antigenlərə qarşı tolerantlıq (davamlılıq) balansını təmin etməlidir. Xüsusən südəmər uşaqlarda bağırsağın digər orqanlara nisbətən daha həssas olması, onun funksional yetkinsizliyi, fermentativ və sekretor çatışmamazlıq, ifrat antigen kontaktı ilə əlaqələndirmək olar [5,6,7].
Müasir təsəvvürlərə görə, bağırsaq səthi ilə mədə-bağırsaq möhtəviyyatı arasında yerləşən selik - müdafiə və requlya edici baryer təşkil edərək, qastrointestinal baryerin formalaşmasında, onun requlyasiyasının təminatında iştirak edir. Bağırsaq divarının baryer funksiyasının pozulması və orqanizmin balansının dəyişilməsi yerli immunitetin azalmasına və bağırsağın patoloji keçiricilik sindromunun formalaşmasına gətirib çıxarır. Bütün bunlar bağırsağın allergenlərin inkişafı üçün mühitin olmasından xəbər verir [9,8]. Bağırsaq selikli qişasının allergiyanın inkişafında əhəmiyyətli rol oynadığını nəzərə alıb, biz öz tədqiqatımızda bu orqanın vəziy-yətini nəcisin ümumi müayinəsinə əsasən qiymətləndirməyə cəhd etdik.
Tədqiqatın məqsədi erkən neonatal dövrdə aparılan koproloji müayinənin nəticələrinin atopik dermatitin formalşmasına təsirinin öyrənməkdir.
Yenidoğulanın klinik-laborator müayinəsi 2015-2018-cı illərdə Respublika Perinatal mərkəzdə və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında aparılmışdır. İnformasiyanı dəqiqləşdirmək və katamnestik dinamik nəzarət olması üçün anket tərtib olunmuşdur. Elmi tədqiqat işinə 578 yenidoğulan uşaq cəlb edilmişdir. Cəlb edilən uşaqlardan AtD formalaşan 260 uşaq əsas qrupu, 268 sağlam uşaq isə nəzarət qrupunu (yəni AtD formalşmayan qrup) təşkil etmişdir. Uşaqların hestasiya yaşı 37-42 həftə, çəkiləri 2500-4400 arasında tərəddüd etmişdir. Nəcisin ümumi analizi uşaqların həyatının 1-3-cü günlərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında aparılmışdır. Tədqiqatın gedişində alınmış bütün rəqəm göstəriciləri müasir tövsiyələr nəzərə alınmaqla statistik təhlil olunmuşdur. AtD ağırlıq dərəcisini qiymətləndirmək üçün SCORAD (Soring Atopic Dermatitis) əsasən dəyərləndirilmişdir.
Aparılan koproloji müayinəyə əsasən neonatal dövrdə müqayisə edilən qruplar arasında nəcisdə leykosit və sabun AtD formalaşan və AtD formalşmayan qruplarda eyni tezliklə aşkar olunmuşdur. Eritrosit, nişasta, neytral yağlar, yodofil flora, göbələk və Şarko-Leyden kristalları sonradan allergiya inkişaf edən uşaqlarda daha çox hallarda qeyd edilmişdir, lakin statistik dürüst olmamışdır. Tədqiqatın nəticəsinə əsasən, dürüstülük AtD qeyd olunan uşaqların nəcisində seliyin aşkarlanması ilə müəyyən olunmuşdur.
Cədvəl № 1.
Göstəricilər: |
AtD+(n=268) |
AtD-(n=260) |
P |
Leykosit (görmə sahəsində 10-dan çox olması) |
21 (7.8%) |
27 (10.4%) |
0,743 |
Eritrosit (görmə sahəsində 2-dən çox) |
67 (25%) |
17 (6.5%) |
0,122 |
Neytral yağlar |
179 (66.8%) |
104 (40%) |
0,165 |
Yağ turşuları |
112 (41.8%) |
87 (33.5%) |
0,694 |
Sabun (yağ turşularının duzları) |
67 (25%) |
52 (20%) |
0,756 |
Nişasta |
156 (58.2%) |
87 (33.5%) |
0,494 |
Selik |
187 (69.8%) |
52 (20%) |
<0,001 |
Yodofil flora |
139 (51.9%) |
80 (30.8%) |
0,156 |
Göbələk |
82 (30.6%) |
22 (8,5%) |
0,105 |
Şarko-Leyden kristalları |
12 (4,5%) |
1 (0,3%) |
0,121 |
Allergiyanın erkən fazasına həssas orqan olan mədə-bağırsaq selikli qişasının ilkin reaksiyasıdır. Məlumdur ki, selik bakteriyalar üçün optimal səth hesab edilir. Bizim baxışdan, seliyin yüksəlməsi kompensator xarakter daşıyır, bağırsağın özünü tənzimlənmə mexanizmi kimi dəyərləndirilir. Belə ki, selik bağırsaqda bakteriyalara persistə etməyi və kolonizasiya etməyə şərait yaradır. Allergenlərin davamlı təsirin-dən saya əzələnin spazmı (bağırsaq kolikası), seliyin hipersekresiyası və mədə-bağırsaq selikli qatında şişkinliyin artmasına gətirib çıxarır. Belə ki, allergen təsirin-dən 2-ci tip T helperlərin aktivləşir və onlar interleykin IL4, IL5 и IL13 ifrazı B limfositlərin IgE hiperproduksiyasına gətirir. IgE hədəf- hüceyrələr: tosqun hüceyrələr, bazofillərdə fiksasiya edilir. Təkrari allergenin daxil olması antigen-anticisim reaksiyası baş verir. Nəticədə əvvəlcə histamin daha sonra leykotrien, prostoqlandinin mediatorlarının ifrazı allergik reaksiyanın gec fazasının yaranmasına getirib çıxarır. Bu dövrdə artıq allergik fenotip formalaşır və klinik olaraq allergik əlamətlər: dəri quruluğu, qaşınma, səpginin tipik morfologiyası və lokalizasiyası, ekzematoz dəri səpgiləri, həyatın 1-ci ilinə kimi eritema, papula, ekzema üzdə və ətrafların açıcı büküşlərində mikrovezikulalar; yuxarı yaş dövründə papula, ətraflarda bükücü büküşlərdə simmetrik lixenifikasiya qeyd edilir. Allergiyanın gecikmiş fazasında iltihab sahəsinə eozinofillər, aktifləşmiş T limfositlər aktivləşir, iltihabönü sitokinlər istehsal olunur. Bu isə mədə-bağırsaqda xroniki allergik iltihabın yaranmasına səbəb olur.
Beləliklə, bağırsaq selikli qişaların massiv ifrazına səbəb, hələ allergiyanın erkən fazası formalaşmamış allergenlərlə ilkin təmasla əlaqələndirilə bilər. Neonatal dövrdə qeyri-invaziv, sadə, icrası ucuz və asan olan nəcisin ümumi analizin aparılması allergik xəstəliklər, xüsusən AtD formalaşmaşma riskini müəyyən etmək üçün informativdir. Koproloji müayinədə seliyin aşkar edilməsi AtD erkən neonatal dövrdə proqnozlaşdırılması üçün tövsiyə edilə bilər.
E-mail: [email protected]
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Клиточенко Г.В., Тонконоженко Н.Л., Кривоножкина П.С., Малюжинская Н.В. Лекарственный вестник Каскин-Беттаг М. Формирование предрасположенности к развитию заболеваний на ранних этапах развития у детей. «Практика педиатра» ноябрь-декабрь; 2016; стр. 18-24. 387
2.Кулакова В. А. Прогнозирование гипоксически-ишемических поражений мозга плода при комплексной оценке адаптационных особенностей системы «мать-плацента-плод».Диссертация на соискание ученой степени кандидата медицинских наук. Ростов-на-Дону, 2015. 139 с. 420
3.Чепель Т.В. Акушерская и перинатальная патология как фактор риска формирования инвалидности в детском возрасте. Тихоокеанский медицинский журнал, 2012, № 4, стр. 84-87. 351
4.Muir A.B., Benitez A.J., Dods K., et al. Microbioma and its impact on gastrointestinal atopy// Allergy. 2016. 71(9): 1256-1263.
5.Хотян Д. С. Клинико-иммунологические аспекты формирования пищевой аллергии у детей в антенатальный и постнатальный периоды. Диссертация на соискание ученой степени к. м. н. Оренбург, 2014.
6.Вялкова А.А., Гордиенко Л.М., Мотыженкова О.В. Патология желудочно-кишечного тракта у детей. Учебное пособие для аспирантов, обучающихся по специальности 14.01.08. Оренбург, 2016. 169 с.
7.Курбачева О.М., Амантурлиева М.Е. Роль барьерной функции слизистых оболочек при аллергических заболеваниях и при сублингвальной аллерген-специфической иммунотерапии. Бюллетень сибирской медицины, 2017;16 (2): 32–46.
8.Homburger H.A., Hamilton R.G. Allergic Diseases. ClinicalKey.com 2016. P. 1057-1070.
9.Ebisawa M., Ballmer-Weber B.K., Vieths S., Wood R.A. Food Allergy: Molecular Basis and Clinical Practice. 2015. 278 p.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı