ƏHALİNİN APTEK TƏŞKİLATLARINDA DƏRMAN VASİTƏLƏRİNİN KEYFİYYƏTİNƏ MÜNASİBƏTİNİN (İNAMININ) ÖYRƏNİLMƏSİ
27-02-2019
Giriş. Əczaçılıq xidmətinin keyfiyyətinin yüksəltmək sahəsində uzun müddətdir ki, tədqiqat işləri aparılır [1-4]. Əhaliyə daha yüksək əczaçılıq xidmətini həyata keçirtmək üçün son zamanlar məhsulların keyfiyyəti bütün təşkilatların diqqət mərkəzindədir. Çünki, keyfiyyətli məhsul istehsal edən istehsalçı təşkilatların keyfiyyətli əmtəələrin irəlilədilməsini həyata keçirən topdansatış təşkilatlarının və satışını təşkil edən pərakəndə satış şəbəkələrinin rəqabətə davamlılığı artır, özlərinə daha çox müştəri cəlb edə bilir və beləliklə də gəlirlərinin səviyyəsi yüksəlmiş olur [5].
Əczaçılıq məhsullarını istehlakçılara çatdıran pərakəndə satış şəbəkələri satdıqları məhsulların keyfiyyətinə əhalinin inamının olmasına daha çox çalışırlar.
Məlum olduğu kimi əczaçılıq bazarında yaranan ən mühüm münasibətlərdən biri alıcıların (istehlakçıların) dərman vasitələrinə olan münasibətləridir. Bu münasibət alıcıların dərman vasitələrinin alınmasına qərarlarının verilməsindən, dərman vasitələrinin keyfiyyətinə, alınan dərman vasitələrinə istehlakçıların inamından və s. ibarətdir. Bu münasibətlərin öyrənilməsi hər bir əczaçılıq obyekti üçün əhəmiyyət kəsb edir [6].
İşin məqsədi marketinq tədqiqatlarının üsullarının tətbiqi vasitəsi ilə əhalinin dərman vasitələrinin keyfiyyətinə münasibətini yəni inamını öyrənməkdir.
Material və metodlar.Əhalinin dərman vasitələrinin (DV) keyfiyyətinə münasibətini yəni inamını öyrənmək üçün özünə xidmət şəraiti (ÖXŞ) olan aptek təşkilatlarına (AT) daxil olan 6840 nəfərin, ÖXŞ az olan AT-yə daxil olan 5960 nəfərin, ÖXŞ olmayan AT-yə daxil olan 9860 nəfərin şifahi sorğu vasitəsilə fikirləri araşdırıldı. Şifahi sorğu “Siz dərman vasitəsinin keyfiyyətinə inanırsınızmı?” sualın-dan ibarət olmuşdur.
Suala verilən cavablar aşağıdakı şəkildə bölünmüşdür: “inanır”, “az inanır”, “inanmaqda tərəddüd edir”, “inanmır”. Sual əhaliyə, əczaçıya müraciətə qədər və müraciətdən sonra verilmişdir. Əczaçıya müraciətə qədər və eyni zamanda müraciətdən sonra əhalinin dərman vasitələrinin keyfiyyətinə inanmalarının, az inanmalarının, inanmaqla tərəddüd etmələrinin və inanmamalarının səbəbləri aşkarlanmışdır.
Sorğu 2017-ci ilin yanvar-aprel aylarında Baki şəhərinin Nizami, Nəsimi və Səbail rayon ərazilərində yerləşən aptek təşkilatlarına müraciət edən əhali arasında aparılmışdır.
Nəticələr və müzakirə.Marketinq tədqiqatlarının üsullarının tətbiqi ilə alıcıların dərman vasitələrinə münasibətləri, yəni dərman vasitələrinin keyfiyyətinə inamı öyrənilmişdir və eyni zamanda inanmalarının, az inanmalarının, inanmaqda tərəddüd etmələrinin, inanmamalarının səbəbləri aşkarlanmışdır.
Özünə xidmət şəraiti (ÖXŞ) olan AT-də (yəni geniş xidmət sahəsi və ixtisaslı kadrları olan) əhalinin dərman vasitələrinin keyfiyyətinə inamı əczaçıya müraciətinə qədər və müraciətdən sonra öyrənildi.
Sorğunun nəticələrindən məlum oldu ki, ÖXŞ olan AT-yə daxil olan əhalinin 76,6±0,5%-i əczaçıya müraciətə qədər, 88,1±0,4%-i isə əczaçıya müraciətdən sonra DV-nin keyfiyyətinə inanır. Görünür ki, əczaçıya müraciətdən sonra DV-nin keyfiyyətinə inanan əhalinin sayı 11,5% (88,1%-76,6%) artmışdır.
Dərman vasitələrinin keyfiyyətinə ÖXŞ olan AT-yə daxil olan əhalinin 14,9%-i əczaçıya müraciətinə qədər az inananlar olmuşdur. Əczaçıya müraciətdən sonra isə inamsızlıq 11,4%-ə qədər azalmışdır.
Əczaçıya müraciətinə qədər inanmaqda tərəddüd edənlər 6,6±0,3% olmuşdursa, müraciət etdikdən sonra bu faiz 0,4±0,08%-ə qədər enmişdir.
Bu AT-yə müraciət edən əhalidən dərman vasitələrinin keyfiyyətinə inanmayanların sayı çox azdır (1,9±0,03%), əczaçıya müraciət etdikdən sonra isə tamamilə inanmayanların sayı çox cüzidir (0,1±0,04%).
Növbəti mərhələdə özünə xidmət şəraiti (ÖXŞ) az olan AT-yə daxil olan əhalinin dərman vasitələrinin keyfiyyətinə münasibəti (inamı) öyrənildi.
Müəyyən olundu ki, ÖXŞ az olan AT-yə daxil olan əhalinin 67,8±0,6%-i dərman vasitələrinin keyfiyyətinə inananlar, 20,4±0,5%-i az inananlar, 8,8±0,4%-i inanmaqda tərəddüd edənlər, 3,0±0,2%-i isə inanmayanlar olmuşdur.
Əczaçılara müraciət etdikdən sonra dərman vasitələrinin keyfiyyətinə inananların sayı 83,6±0,5%, az inananların sayı 19,3±0,4%, inanmaqda tərəddüd edənlərin sayı 1,9±0,2%, inanmayanların sayı 1,2±0,1% təşkil etmişdir.
Göründüyü kimi, inananların sayı (83,6-67,8=15,8%) artır, az inananların, inanmaqda tərəddüd edənlərin, inanmayanların sayı isə azalır.
ÖXŞ olmayan AT-yə daxil olan əhalinin əczaçıya müraciətinə qədər və müraciətdən sonra dərman vasitələrinin keyfiyyətinə inamı müəyyənləşdirildi.
Əhalinin əczaçıya müraciətinə qədər ÖXŞ olmayan AT-də vasitələrinin keyfiyyətinə inananların sayı 56,8±0,5%, az inananların sayı 19,3±0,4%, inanmaqda tərəddüd edənlərin sayı 17,4±0,4%, inanmayanların sayı 6,5±0,3% təşkil etmişdir. Əczaçıya müraciət etdikdən sonra isə bu apteklərdə inananların sayı artır (71,8±0,5%), az inananların (18,5±0,4%), inanmaqda tərəddüd edənlərin (8,9±0,3%), inanmayanların (0,8±0,09%) sayları isə azalır.
Sorğunun nəticələrini müqayisə edərkən müəyyən olundu ki, dərman vasitələrinin keyfiyyətinə inam ən çox ÖXŞ olan AT-yə olan əhalinin payına düşür (76,6±0,5%).
1600 nəfər ÖXŞ olan, 1918 nəfər ÖXŞ az olan, 4260 nəfəri ÖXŞ olmayan AT-yə daxil olan alıcılar dərman vasitələrinin keyfiyyətinə az inanmış, inanmaqda tərəddüd etmiş və inanmamışlar.
Şifahi olaraq əhalidən əczaçıya müraciətə qədər keyfiyyətə inamın olmamasının bu səbəbləri soruşulmuşdur. Alınmış nəticələr cədvəl 1-də təqdim olunur.
Cədvəl 1-dən göründüyü kimi ÖXŞ olan AT-də DV-nin keyfiyyətinə az inananların, inanmaqda tərəddüd edənlərin və inanmayanların 34±1,2%-i məlumatın az olmasını, 25,1±1,1%-i saxtakarlığın mövcud olmasını, 12,8±0,8%-i istehsalçı şirkətə inamın olmamasını, 12,3±0,8%-i həkimin DV keyfiyyətinə fərqli baxışları, 9,3±0,72%-i təsiredici maddəsi eyni olan DV qiymətlərinin müxtəlifliyini səbəb kimi söyləmişlər.
ÖXŞ az olan AT-də 30,3±1,0%-i məlumatın az olmasını, 22,2±0,9%-i saxtakarlığın mövcud olmasını, 15,7±0,8%-i istehsalçı şirkətə inamın olmamasını, 11,2±0,7%-i həkimin DV-nin keyfiyyətinə fərqli baxışlarını, 9,9±0,7%-i təsiredici maddəsi eyni olan DV-nin qiymətlərinin müxtəlifliyini, 0,7±0,2%-i aptekin səliqəsiz, sanitar vəziyyətinin qənaətbəxş olmamasını səbəb kimi söyləmişlər.
Cədvəl № 1.
Əhalinin əczaçıya müraciətə qədər dərman vasitələrinin keyfiyyətinə münasibətlərinin səbəbləri.
№ |
Səbəblər |
ÖXŞ olan AT |
ÖXŞ az olan AT |
ÖXŞ olmayan AT |
|||
rəqəmlə |
%-lə |
rəqəmlə |
%-lə |
rəqəmlə |
%-lə |
||
1. |
Məlumatın az olması |
544 |
34±1,2% |
581 |
30,3±1,0% |
932 |
21,9±0,9% |
2. |
Saxtakarlığın mövcud olması |
404 |
25,1±1,1% |
426 |
22,2±0,9% |
902 |
21,1±6,6% |
3. |
İstehsalçı şirkətə inamın olmaması |
204 |
12,8±0,8% |
301 |
19,7±0,8% |
519 |
12,2±0,5% |
4. |
Həkimin DV-nin keyfiyyətinə fərqli baxışları |
197 |
12,3±0,8% |
214 |
11,2±0,7% |
812 |
19,0±0,6% |
5. |
Təsiredici maddəsi eyni olan DV-nin qiymətlərinin müxtəlifliyi |
149 |
9,3±0,7% |
190 |
9,9±0,7% |
400 |
9,4±0,4% |
6. |
Aptekin səliqəsiz, sanitar vəziyyətinin yaxşı olmaması |
|
|
14 |
0,7±0,2% |
81 |
1,9±0,2% |
7. |
2 və daha çox səbəb göstərənlər |
102 |
6,4±0,6% |
192 |
10,0±0,7% |
614 |
14,4±0,5% |
ÖXŞ olmayan AT-də DV-nin keyfiyyətinə az inananların, inanmaqda tərəddüd edənlərin və inanmayanların 21,9±0,9%-i məlumatın az olmasını, 21,1±6,6%-i saxtakarlığın mövcud olmasını, 12,2±0,5%-i istehsalçı şirkətə inamını olmamasını, 19,0±0,6%-i həkimin DV-nin keyfiyyətinə fərqli baxışları, 9,4±0,4%-i təsiredici maddəsi eyni olan DV-nin qiymətlərinin müxtəlifliyini, 1,9±0,2%-i aptekin səliqəsiz, sanitar vəziyyətinin qənaətbəxş olmamasını səbəb kimi söyləmişlər.
Qeyd etmək lazımdır ki, məlumatın az olmasını və saxtakarlığın mövcud olmasının səbəb göstərənlər daha çoxdur. Bu onu sübut edir ki, əczaçıya müraciətə qədər əhalinin dərman vasitələri haqqında məlumatı azdır və saxtakarlıq halları hələ də mövcuddur.
Əczaçıya müraciətdən sonra keyfiyyətə az inananlar, inanmaqda tərəddüd edənlər və inanmayanların sayı azalsa da yenə də mövcud oldu. Bu baxımdan 816 nəfər ÖXŞ olan, 980 nəfər ÖXŞ az olan, 2780 nəfər ÖXŞ olmayan AT-yə daxil olan alıcılardan inamlarının səviyyəsinin səbəbi soruşulmuşdur. Alınmış nəticələr cədvəl 2-də tədqim olunur.
Cədvəl 2-dən göründüyü kimi əhali (az inananlar, inanmaqda tərəddüd edənlər, inanmayanlar) əczaçıya müraciət etdikdən sonra DV-nin keyfiyyətinə münasibətin səbəbləri kimi ümumi olaraq məlumatın az olmasını (ÖXŞ olan AT-də 30,9±1,6%, ÖXŞ az olan AT-də 30,7±1,5%, ÖXŞ olmayan AT-də 14,5±0,4%) əczaçıya inamın az olmasını (ÖXŞ olan AT-də 8,8±0,99%, ÖXŞ az olan AT-də 9,1±0,9%, ÖXŞ olmayan AT-də 5,5±0,4%), saxtakarlığın mövcud olmasını (ÖXŞ olan AT-də 15,2±1,3%, ÖXŞ az olan AT-də 11,4±1,0%, ÖXŞ olmayan AT-də 32,4±0,9%), istehsalçı şirkətə inamın olmamasını (ÖXŞ olan AT-də 11,6±1,1%, ÖXŞ az olan AT-də 10,8±0,99%, ÖXŞ olmayan AT-də 11,1±0,6%), həkimin DV-nin keyfiyyətinə fərqli baxışlarını (ÖXŞ olan AT-də 12,0±1,1%, ÖXŞ az olan AT-də 15,5±1,2%, ÖXŞ olmayan AT-də 9,6±0,6%), təsiredici maddəsi eyni olan DV-nin qiymətlərinin müxtəlifliyini (ÖXŞ olan AT-də 13,6±1,2%, ÖXŞ az olan AT-də 11,6±1,0%, ÖXŞ olmayan AT-də 8,9±0,5%), aptekin səliqəsiz, sanitar vəziyyətinin qənaətbəxş olmamasını (ÖXŞ az olan AT-də 1,4±0,4%, ÖXŞ olmayan AT-də 2,9±0,3%) göstərmişlər.
Cədvəl № 2.
Əhalinin əczaçıya müraciət etdikdən sonra DV-nin keyfiyyətinə münasibətlərinin səbəbləri.
№ |
Səbəblər |
ÖXŞ olan AT |
ÖXŞ az olan AT |
ÖXŞ olmayan AT |
|||
rəqəmlə |
%-lə |
rəqəmlə |
%-lə |
rəqəmlə |
%-lə |
||
1. |
Məlumatın az olması |
252 |
30,9±1,6% |
901 |
30,7±1,5% |
402 |
14,5±0,4% |
2. |
Əczaçıya inamın az olması |
72 |
88±0,99% |
89 |
9,1±0,9% |
153 |
5,5±0,4% |
3. |
Saxtakarlığın mövcud olması |
124 |
15,2±1,3% |
112 |
11,4±1,0% |
900 |
32,4±0,9% |
4. |
İstehsalçı şirkətə inamın olmaması |
95 |
11,6±1,1% |
106 |
10,8±0,99% |
308 |
11,1±0,6% |
5. |
Həkimin DV-nin keyfiyyətinə fərqli baxışları |
98 |
12,0±1,1% |
152 |
15,5±1,2% |
268 |
9,6±0,6% |
6. |
Təsiredici maddəsi eyni olan DV-nin qiymətlərinin müxtəlifliyi |
111 |
13,6±1,2% |
114 |
11,6±1,0% |
248 |
8,9±0,5% |
7. |
Aptekin səliqəsiz sanitar vəziyyətinin yaxşı olmaması |
|
|
14 |
1,4±0,4% |
81 |
2,9±0,3% |
8. |
2 və daha çox səbəb göstərənlər |
64 |
7,8±0,9% |
92 |
9,4±0,9% |
420 |
15,1±0,7% |
Məlumatın yetərincə olmamasını və saxtakarlığın mövcud olmasını səbəb kimi göstərənlərin sayı daha çoxdur. Bu isə onu göstərir ki, apteklərdə dərman vasitələri haqqında informasiya işinin gücləndirilməsi vacibdir.
Daha geniş ticarət zalına malik, gigiyenik baxımdan səliqəli, bir neçə əczaçıdan ibarət xidmət heyəti olan AT-də dərman vasitələrinin keyfiyyətinə əhalinin inamı daha yüksək olur. Bu tədqiqatla biz həm də əhalinin dərman vasitələrinin keyfiyyətinə münasibətinin müsbət tərəfə dəyişilməsində əczaçının rolunu öyrənmiş olduq.
Beləliklə, ÖXŞ olan, az olan və olmayan AT-yə daxil olan əhalinin DV-nin keyfiyyətinə inamını, onun səviyyəsini öyrənməklə və inamın artırılmasının zəruriliyini nəzərə alaraq, bu sahədə yeni, mütərəqqi üsulların işlənməsini, tədbirlərin hazırlanmasını vacib hesab edərik.
Digər tərəfdən əhalinin əczaçıya müraciətə və müraciətdən sonra DV-nin keyfiyyətinə az inanmalarının, inanmaqda tərəddüd etmələrinin və inanmalarının səbəblərinin aşkar etməklə bu səbəblərin aradan qaldırılması istiqamətində görülən tədbirlər hər bir aptek təşkilatına müvəffəqiyyət qazandıra bilər.
Nəticə olaraq məlum olur ki, DV-nin keyfiyyətinə inam artdıqca, AT-yə cəlb edilən potensial alıcıların sayı artır və bununla da AT-nin mənfəəti də artmış olur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Велиева М.Н., Атакишизаде С.А. Разработка методических подходов к инновационной деятельности аптечных предприятий в Азербайджане. Сборник материалы V Межрегиональной научно-практической конференции с международным участием. Владикавказ, 2015, с.299-303.
2.Veliyeva M. N., Maharramov V. A., Atakishizade S. A. , Maharramova S. H. Marketing research in drug supply in Azerbaijan Republic. European Journal of Biomedical and Life Sciences. Austria, Vienna, 2017, с.94-98.
3.Смит М.С., Коласса Е.Н., Перкинс Г., Сикер В. Фармацевтический маркетинг. Принципы, среда, практика. Пер. с англ. Н.Г.Мефедовской. Москва, Литтерра, 2005, 392 с.
4.Васкова Л.Б., Романцева Н.В. Фармацевтическое управление качеством лекарственной помощи больным. Фармация, №4, 2015, с. 30-32
5.Чупандина Е.Е., Куролап М.С. Повышение качества фармацевтической помощи пациентам с глаукомой. Фармация, №4, 2015, с. 33-36
6.Славич-Приступа А.С. Практический маркетинг для аптек. «Ремедиум», Москва, 2005, с. 138
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı