AZƏRBAYCANDA ƏCZAÇILIQ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ ƏSASLARI
12-01-2019
Son illərdə Azərbaycan Respublikasında sosial-iqtisadi proseslərin dinamik inkişafı, bazar münasibətlərinin yeni şəraitdə əczaçılığın rolu əsaslı şəkildə dəyişmiş, fəaliyyət dairəsi genişlənmişdir. Əczaçılıq müəssisələri, əczaçılıq kompanİya və şirkətləri, dərman vasitələrinin topdan və pərakəndə satış mərkəzləri, dərmanların standartlaşdırılması və sertifikatlaşması sahəsində yeni münasibətlər yaratmışdır. Xarici ölkələrin əczaçılıq şirkətlərinin nümayəndəliklərinin tələbləri əsasında, konkret sahələrdə əczaçı-marketoloq, əczaçı-menecer, əczaçı-lider kimi idarəetmə funksiyalarını özündə birləşdirən fəaliyyət növləri yaranmışdır. Əczaçılıq fəaliyyəti ilə məşğul olan təşkilatların mütəxəssisləri yeni vahid idarəetməni (menecmenti) həyata keçirirlər.
Idarəetmə və ya menecment iqtisadiyyatda, həmçinin əczaçılıq fəaliyyətinin təşkilində müxtəlif funksional prosesləri birləşdirir: istehsal, ticarət, informasiya, kadrlarla iş, müəssisələrin təsərrüfat-maliyyə sistemlərinin planlaşdırılması, uçotu, hesabat təhlili. Respublikada müasir əczaçılıq yardımının nəzəri və təcrübi əsaslarının mükəmməl öyrənilməsi üçün bu sahədə müasir məlumat mənbəyinin yaradılması vacib və zəruridir.
Əczaçılıq yardımı dedikdə farmakoterapiyanın təmini sistemi nəzərdə tutulur (yəni pasientin səhhətinin yaxşılaşdırılmasını təmin etmək), çünki hər bir klinikada və ya xəstəxanada çalışan əczaçı, həkimlə yanaşı insanın sağlamlığının qorunmasına cavabdehlik daşıyır. Əczaçılıq yardımı özündə yalnız farmakote-rapiyanı deyil, həm də digər dərman preparatlarının fərdi təyinat kursları ilə əlaqədar olan bütün məsələlərin həllini özündə birləşdirir. Əczaçılıq yardımı konsepsiyası təkcə müalicə-profilaktika sektorunda deyil, həm də aptek təşkilat-larında da öz inkişafını tapıb. Əczaçılıq yardımı konsepsiyasının əsas fərqlən-dirici cəhətləri bunlardır:
–Həkim-əczaçı-pasiyent arasında qarşılıqlı münasibətlərin yeni növü;
–Ali təhsilli əczaçı mütəxəssisin müalicə prosesinin idarə olunmasında iştirak etməsi, lazım olan dərman preparatlarının seçiminin əsaslandırılması, pasiyentlərdə dərman müalicəsinin nəticəsinin qiymətləndirilməsi monitorinqinin aparılması;
–Optimal iqtisadi xərclərlə kliniki nəticələrin əldə edilməsi;
–Dərman preparatının bölüşdürülməsi sisteminin təkmilləşdirilməsi;
–Dərman preparatları haqqında əhaliyə informasiya yayımının təkmilləşdirilməsi.
Beynəlxalq Əczaçılıq Federasiyası (FIP – Federation of International Pharmaceutical) tərəfindən 1998-ci ildə qəbul olunmuş deklarasiyaya görə əczaçılıq yardımı farmakoterapiyanın məsuliyyətli bir hissəsi olub, pasiyentin həyatının qorunmasına, yaxşılaşdırılmasına, dərman qəbulu ilə əlaqədar olan problemlərin qarşısının alınmasına və onun həllinə nail olmağa yönəldilən fəaliyyət növüdür. Bu məsələdə həkim-əczaçı qarşıya qoyulan məsələnin həllində qarşılıqılı tamamlayıcı, qarşılıqlı qoruyucu, yardımçı funksiyalarını yerinə yetirməlidirlər.
Əczaçılıq xidmətinin həyata keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Bu səbəbdən də səhiyyənin bu sahəsinnin dövlət tərəfindən tənzimlənməsinə xüsusi diqqət yetirilir. Dövlət əhalinin sağlamlığının qorunması istiqamətində hüquqi, iqtisadi, inzibati üsullardan istifadə edərək, bu münasibətləri tənzimləyir.
Əhalinin sağlamlığının qorunmasının əsasları 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (2-ci bölmə 41-ci mad-də) öz əksini tapmışdır. 41-ci maddədə göstərilir ki, hər bir kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
Dövlət müxtəlif mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən səhiyyənin bütün sahələri üçün zəruri tədbirlər görür, sanitariya epidemiologiya sağlamlığına təminat verir, tibbi sığortanın tətbiqi üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları aradan qaldırmaq üçün tədbirlər görür.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas normativ hüquqi aktıdır və iyerarxiya qaydasına görə ən yüksək pillədə duran vacib qanundur.
İyerarxiya səviyyəsinin növbəti pilləsində, yeni iqtisadi şəraitdə səhiyyə sistemini formalaşmasında əsas sənəd 25.06.1997-ci il tarixli “Əhalinin sağlamlı-ğının qorunması haqqında” Azərbəaycan Respublikasının Konstitutsiya Qanunudur Bu hüquqi akt 10 fəsildən və 62 maddədən ibarətdir:
1.Ümumi müddəalar
2.Əhalinin sağlamlığının qorunmasının təşkili;
3.Sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları;
4.Tibbi – sosial yardım sahəsində vətəndaşların hüquqları;
5.Ailənin planlaşdırılması və insanların reproduktiv funksiyalarının tənzimlənməsi;
6.Vətəndaşlara tibbi sosial yardımın həyata keçirilməsinə dair zəma-nətlər;
7.Tibbi ekspertiza;
VIII. Tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsi;
1.Vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyət;
2.Yekun müddəaları.
Beləliklə, ilk dəfə respublikada əhalinin sağlamlığının qorunmasının hüquqi normaları hazırlanmışdır. Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmuundan ibarətdir.
Bu qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri – dövlət səhiyyə sistemlərinin subyekt-ləri arasında yaranan münasibətləri tənzimləyir.
Qanunvericiliyə əsasən Azərbaycan vətəndaşlarının sağlamlığının qorunma-sının əsas prinsipləri aşağıdakılardır:
–əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqularına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti;
–əhalinin sağlamlığnın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi;
–tibbi-sosial yardımın hamı üçün mümkünlüyü;
–sağlamlığının itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.
Əhalinin sağlamlığının qorunması sahəsində qanunvericiliyə görə dövlətin əsas vəzifələrinə aiddir:
–əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;
–sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
–səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdiril-məsi;
–dövlət səhiyyə sisteminin müəyyənləşdirilməsi;
–ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyinin təmin edilməsi;
–ijbari sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
–əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardımın göstərilməsinə təminat verilməsi;
–dövlət və qeyri-dövlət səhiyyə müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;
–ailənin, valideyinlərin və uşaqların mühafizəsi;
–səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Qanunun 46-cı maddəsində Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ ali və orta ixtisas tibb məktəblərində təhsil almış, müvafiq diploma (ixtisas sertifikatına) malik mütəxəssislərə şamil edilir.
Əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi üçün istinad olunan əsas normativ sənədlərdən biri də 28.06.2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir, dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə proqramı” (2000-2006-cı illər) həyata keçirilmiş və 2007-2017-ci illər üçün ikinci proqram təsdiqlənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 57 saylı, 9 mart 2006-cı il tarixli 67 saylı Qərarlarına edilmiş dəyişikliklərlə “Narkotik vasitələrin, psixotrop maddələrin alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi və onların dövriyyəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilmə qaydası” təsdiqlənmişdir.
“Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və dövriyyəsinə nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” Azərbaycan Respublikasının 28.06. 2005-ci il tarixli 960-11Q Qanunu ilə 4 siyahı təsdiqlənmişdir.
1.Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotikh vasitələr və psixotrop maddələr.
2.Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr.
3.Azərbaycan Respublikası ərazisindən idxalına, ixracına, tranzit daşınmasına və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar.
4.Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr.
Respublikanın əczaçılıq sahəsinin əməli fəaliyyətinə təkan verən vacib sənədlərdən biri də 06.02.2007-ci il tarixli “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunudur. Bu qanun, Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, və bundan irəli gələn digər müvafiq normativ-hüquqi aktlardan və Azərbayjan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Qanun 4 fəsil, 19 maddədən ibarət olmaqla, respublikada dərman və tibb vasitələr ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:
–Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması;
–Dərman vasitələrinin dövlət qeydiyyatı;
–Dərman vasitələrinin sertifikatlaşdırılması;
–Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi.
Beləliklə, Respublikada əczaçılıq fəaliyyətinin tənzimlənməsi sahəsində qəbul olunmuş qanunlar, qərarlar, qaydalar, standartlar əczaçılıq xidmətinin inkişafına və təkmilləşməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, əczaçılıq sahəsində aparılan islahatlar nəticəsində yaranmış reallıqlara uyğun olaraq, mövcud qanunvericilik bazası daima təkmilləşdirilir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Azərbaycan Respublikasının Konstitutsiyası. 12.11.1995.
2.Azərbaycan Respublikasıın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 25.06.1997
3.Azərbaycan Respublikası “Dərman vasitələri haqqında” Qanun, 06.02.2007
4.Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun, 28.06.2005
5.Azərbaycan Respublikasının “Tibbi sığorta” haqqında Qanun 28.10.1999
6.Azərbaycan Respublikası Prezidentinin sərəncamı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə proqramı”
7.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 57 saylı Qərarı
8.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2006-cı il tarixli 67 saylı Qərarı
9.Azərbaycan Respublikası Prezidentinin sərəncamı “Azərbaycan Respublikasında əhalinin hüquq və azadlıqlarının müdafəsinin səmərəliliyinin artırılması haqqında” Milli Fəaliyyət Proqramı 27.12. 2011 http://ru.president.az/articles/4089
10.Осинская Л.Нормотворческая деятельность Всемирной организации здравоохранения. //Тезисы докладов Международной научной конференции профессорско-преподавательского состав и аспирантов. Одесская национальная юридическая академия. Изд. Феникс. 2010. 732с.
11.Ибрагимов Ф., Ибраимова А., Кехлер Дж., Ричардсон Эр. Азербайджан: обзор системы здравоохранения. // Задачи и мероприятия Проекта реформы сектора здравоохранения. Системы здравоохранения: время перемен. ВОЗ. Т.12, №3. 2010.
12.Мамедов В.К. Степень развития медицинского права является показателем демократичности и развития общества. Аzərbaycan Tibb Jurnalı, №1. – Баку, 2011 г. – С.5-9.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı